Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1048/2023 25.10.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki iş üzrə (Açar sözlər: alimentin artırılması) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və X1 ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi, İddiaçı, onun vəkili X2, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki iş üzrə Şəki Rayon Məhkəməsinin 30 may 2023-cü il tarixli 2(075)-1073/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları
1. İddiaçı və Cavabdeh 13 oktyabr 2013-cü ildə rəsmi nikaha girmişlər. Birgə nikahlarından 25 may 2015-ci il tarixdə X10 və 27 fevral 2017-ci il tarixdə X11 adlı iki uşaqları olmuşdur. Şəki Rayon Məhkəməsinin 25 oktyabr 2018-ci il tаrixli,2(075)- 3721/2018 saylı qətnaməsi ilə nikahları pozulmuşdur. Həmin qətnamə ilə 25 may 2015-ci il təvəllüdlü X4 və 27 fevral 2017-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay Cavabdeh aylıq qazancının və (və ya) başqa gəlirlərinin 1/3 hissəsi məbləğində aliment tutularaq İddiaçı verilməsi qət edilmişdir. Şəki Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(075)-1556/2020 saylı qətnaməsi ilə hər ay hər uşaq üçün sabit pul məbləğində 160 manat olmaqla cəmi 320 manat alimentin Cavabdeh tutulub İddiaçı verilməsi qət edilmişdir.
Birinci instansiya məhkəməsində icraat:
2. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(075)-1556/2020 saylı qətnaməsi ilə hər ay hər bir uşaq üçün təyin edilən 130 manat alimentin məbləği artırılması, Cavabdeh 25 may 2015-ci il təvəllüdlü X4 və 27 fevral 2017-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 300 manat olmaqla cəmi 600 manat məbləğində alimentin və 50 manat mediasiya xərcinin cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Şəki Rayon Məhkəməsinin 25 oktyabr 2018-ci il tаrixli,2(075)-3721/2018 saylı qətnaməsi ilə iddiа təmin edilmiş, 25 may 2015-ci il təvəllüdlü X4 və 27 fevral 2017-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay Cavabdeh aylıq qazancının və (və ya) başqa gəlirlərinin 1/3 hissəsi məbləğində aliment tutularaq ona verilməsi, alimentin tutulmasının əvvəli 6 avqust 2018-ci il tarixdən hesablanması, alimentin tutulması hissəsində məhkəmə qətnaməsinin dərhal icra edilməsi və Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. 2018-ci ilin dekabr ayından etibarən cavabdehin gəlirindən tutulmalar başlamış və aliment öhdəliyi icra olunmağa başlamışdır. xx.xx.2018ci il tarixdə 1680 manat, xx.xx.2019-cu il tarixdə 1877 manat, xx.xx.2019-cu il tarixdə 1877 manat, xx.xx.2019-cu il tarixdə 1147 manat, xx.xx.2019-cu il tarixdə 2637 manat, xx.xx.2019-cu il tarixdə 2928 manat aliment ödənişi onun X22 filialındakı hesabına köçürülmüşdür. Sonradan cavabdeh alimentdən yayınmaq məqsədilə işdən çıxmışdır. 2019-cu ilin iyul ayından 2020-ci ilin mart ayınadək hər ay 300-320 manat civarında alimenti könüllü ödəmişdir. xx.xx.2020-ci il tarixdə 120 manat, xx.xx.2020-ci il tarixdə 200 manat, xx.xx.2020-ci il tarixdə 100 manat, xx.xx.2020-ci il tarixdə 100 manat ödəniş etmişdir (hesabdan çıxarış əlavə olunur). Cavabdeh Şəki Rayon Məhkəməsinə müraciət edərək aliment məbləğinin yaşayış minimumumdan dəfələrlə çox olduğunu bildirərək, qətnamənin icra üsulunun dəyişdirilməsi məqsədilə həmin aliment məbləğinin yarısının uşaqların gələcək həyatının təminatlı olması naminə onların adına depozitə yatırılması və bu məbləğ üzərində 18 yaşına çatdıqdan sonra sərəncam vermək hüququnun əldə edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 8(075)-97/2019 saylı qərardadı ilə ərizə təmin edilməmişdir. Həmin qərardadından apellyasiya şikayəti verilmiş və Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2019cu il tarixli 8(107)-36/2019 saylı qərardadı ilə(ərizəyə əlavə olunur) şikayət təmin edilməmiş və Şəki Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 8(075)-97/2019 saylı qərardadı qüvvədə saxlanmışdır. Alimentin ödənilməsində cavabdeh problem yaratdığı üçün alimentin sabit pul məbləğində tutulması tələbi ilə Şəki Rayon Məhkəməsinə müraciət etmişdir. Şəki Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(075)-1556/2020 saylı qətnaməsi ilə hər ay hər uşaq üçün 160 manat olmaqla cəmi 320 manat tutulması qət edilmişdir. Məhkəmə qətnaməsindən artıq xeyli müddət keçmiş və yaşayış minimumu aliment məbləğinə nisbətdə kifayət qədər artmışdır. Onun maddi vəziyyəti isə uşaqların ehtiyaclarını qarşılamağa imkan vermir. Ona görə də cavabdehdən tutulacaq alimentin miqdarının artırılması qərarına gəlmişdir. Alimentin alınması ilə qanunvericiliyin tələblərinə uyğun olaraq aralarındakı mübahisəni mediasiya qaydasında həll etmək üçün mediatora müraciət etmişlər və xx.xx.2023-cü il tarixdə MŞŞ/1/00509 saylı arayış əldə edilmişdir. Cavabdeh mediasiya prosesində iştirak etmədiyi üçün ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış verilmişdir. Ona görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
4. İddiaçı sonradan məhkəməyə iddia tələbinin həcminin artırılması və dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, xx.xx.2020-ci il tarixli, 2 (075)- 1556/2020 saylı qətnaməsi ilə hər ay hər bir uşaq üçün təyin edilən 160 manat alimentin məbləğinin artırılması, Cavabdeh 25 may 2015-ci il təvəllüdlü X4 və 27 fevral 2017-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 750 manat olmaqla cəmin 1500 manat məbləğində alimentin və 50 manat mediasiya xərcinin cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddiaçı məhkəməyə təqdim etdiyi iddia tələbinin həcminin artırılması və dəqiqləşdirilməsi barədə ərizəsi MPM-nin tələblərinə uyğun verilmədiyindən məhkəmənin icraatına qəbul edilməmişdir.
6. Məhkəmə iclasında İddiaçı izahat verərək bildirdi ki, Cavabdeh əvvəllər "xxxx" ASC-də işləyirdi və yüksək əmək haqqı alırdı. Lakin cavabdeh sonradan aliment ödəməmək üçün həmin işdən çıxmış və “Qərbi Kaspi” universitetində müəllim kimi fəaliyyət göstərməyə başlamışdır. Cavabdehin maddi imkanı olduqca yaxşıdır. Uşaqları xəstədir. Məhkəmədən iddianın təmin olunmasını xahiş etdi.
7. Məhkəmə iclasında Cavabdeh etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil izahat verərək bildirdi ki, Cavabdeh Şəki Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(075)- 1556/2020 saylı qətnaməsi ilə hər ay hər uşaq üçün 160 manat olmaqla cəmi 320 manat tutulması qətedilsə də, o hər ay 200 manat məbləğində aliment ödəmişdir. O hər ay hər uşaq üçün 180 manat olmaqla, cəmi 360 manat aliment ödəməyə razıdır. İddia tələbini qalan hissədə qəbul etmir. Alimentin təyin olunması zamanı bütün bunların nəzərə alınmasını və qanuni qətnamə çıxarılmasını məhkəmədən xahiş edir.
8. Birinci instansiya məhkəməsi uşağın saxlanılması üçün zəruri tələbatları, İddiaçı Şəki Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(075)-1556/2020 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği ilə uşağın saxlanılması üçün artan tələbatı ödəyə bilməməsini nəzərə alaraq belə qənaətə gəlmişdir ki, 25 may 2015-ci il təvəllüdlü X4 və 27 fevral 2017-ci il təvəllüdlü X5 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılmalıdır.
9. Məhkəmə qeyd etmişdir ki, cavabdehin göstərdiyi dəlillər onu uşağı ilə bağlı hər hansı bir vəzifəsindən, o cümlədən maddi vəziyyətinin hansı səviyyədə olması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən heç də azad etmir. Çünki uşağın ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə edilməsi, müstəqil həyata hazırlanması, qabiliyyətinin inkişaf etdirilməsi, maddi və mənəvi tələbatlarının layiqli şəkildə təmin edilməsi, həmçinin digər hüquq və mənafelərinin mühafizəsinin zəruriliyi cavabdehin də valideyn kimi borcu və vəzifəsi olduğundan onun da həmin proseslərdə bu və ya digər formada iştirak etməsini tələb edir.
10. Şəki Rayon Məhkəməsinin 30 may 2023-cü il tarixli 2(075)-1073/2023 nömrəli qətnaməsi ilə (hakim Elşən Vəliyev) iddia qismən təmin olunmuş, Cavabdeh 25 may 2015-ci il təvəllüdlü X4 və 27 fevral 2017-ci il təvəllüdlü X5 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 190 (bir yüz doxsan) manat olmaqla, 380 (üç yüz səksən) manat aliment və ödənilmiş 50 manat ilkin mediasiya sessiyası xərcinin tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissəsinin təmin edilməməsi, alimentin tutulmasının əvvəlinin qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanması, Cavabdeh 65.60 manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.
11. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinə istinad etmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir:
12. Şəki Rayon Məhkəməsinin 16 noyabr 2020-ci il tarixli, 2(075)-1556/2020 saylı qətnaməsindən görünür ki, 25 may 2015-ci il təvəllüdlü X4 və 27 fevral 2017-ci il təvəllüdlü X5 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün sabit pul məbləğində 160 manat olmaqla, cəmi 320 manat alimentin Cavabdeh tutularaq İddiaçı verilməsi qət edilmişdir.
13. Doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, 25 may 2015-ci il təvəllüdlü X4 və 27 fevral 2017-ci il təvəllüdlü X5 ataları Cavabdeh, anaları isə İddiaçıdır.
14. 09 mart 2023-cü il tarixli, MŞŞ/1/00509 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiya xərci ödəmişdir. Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir.
15. Elektron sistemdən çıxarılmış 17 aprel 2023-cü il tarixli vətəndaşın iş yeri haqqında arayışdan görünür ki, Cavabdeh “Qərbi Kaspi” universitetində müəllim vəzifəsində işləyir. Aylıq əmək haqqısı 300 manatdır.
16. Elektron informasiya sistemindən əldə edilmiş çıxarışlardan görünür ki, Cavabdeh adına “Toyota Prius” minik markalı, **-FT-*** dövlət qeydiyyat nömrəli avtomobil qeydiyyata alınmış, etibarnamə ilə X8 və digər şəxlərə həmin nəqliyyat vasitəsindən istifadə hüququ verilmiş;
17. Cavabdeh adına “Toyota Prius” minik markalı, **-FR-*** dövlət qeydiyyat nömrəli avtomobil qeydiyyata alınmış, etibarnamə ilə X6 və digər şəxlərə həmin nəqliyyat vasitəsindən istifadə hüququ verilmiş; Cavabdeh adına “Toyota Prius” minik markalı, 77-FT
18. Cavabdeh adına “Toyota Prius” minik markalı, **-FT-*** dövlət qeydiyyat nömrəli avtomobil qeydiyyata alınmış, etibarnamə ilə X7 və digər şəxlərə həmin nəqliyyat vasitəsindən istifadə hüququ verilmiş;
19. Cavabdeh adına “Toyota Prius” minik markalı“Toyota Prius” minik markalı, **-FZ- *** dövlət qeydiyyat nömrəli avtomobil qeydiyyata alınmış, etibarnamə ilə X3 və digər şəxlərə həmin nəqliyyat vasitəsindən istifadə hüququ verilmiş;
20. Cavabdeh adına “Mercedes E220 CDİ” minik markalı, **-GT-*** dövlət qeydiyyat nömrəli avtomobil qeydiyyata alınmışdır.
21. Qətnаmədən nаrаzı qаlаn İddiaçı аpellyаsiyа şikаyəti vermişdir.
Apellyasiya şikayətinin dəlilləri
22. İddiaçı apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, iddia ərizəsi məhkəməyə verildikdən sonra vəkil sorğusu əsasında bəzi zəruri məlumatlar əldə olunmuşdur. Belə ki, cavabdehin maliyyə vəziyyətinin yaxşı olması barədə qeyri-rəsmi məlumatı olsa da indiyədək bunu təsdiq edəcək sübutları yox idi. Həmin sübutların əldə olunması üçün ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fonduna (əmək haqqı), DİN Baş Dövlət Yol Polisi İdarəsinə (nəqliyyat vasitələri), Daşınmaz Əmlakın DövlətReyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə (daşınmaz əmlak) və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə (aktiv fəaliyyəti) vəkil sorğuları edilmiş və müvafiq cavablar alınmışdır. Sorğulara verilən cavabların məzmunu aşağdakı kimidir: 1.Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri, X15 üzrə Baş İdarəsinin xx.xx.2023-cü il tarixli məktubunda cavabdehin xx.xx.2022-ci il tarixdən vergi orqanlarında vergi ödəyicisi kimi qeydiyyatda olmasını, hazırda fəaliyyətinin aktiv olmasını, onun əsas fəaliyyət növünün “Taksi fəaliyyəti” kimi qeyd edildiyini bildirmişdir. 2. DİN Baş DövlətYol Polisi İdarəsi 3-13-16/2-6707/2023 saylı məktubla Cavabdeh adına qeydiyyatda olan və qeydiyyatdan çıxarılaraq özgəninkiləşdirilən nəqliyyat vasitələrinin siyahısını təqdim etmişdir. Siyahıda Cavabdeh mülkiyyətində 6 ədəd Toyota Prius (Hybryd) markalı avtomobillər mövcud olduğu, həmin avtomobillərin 2022-ci ilin aprel-may aylarında alındığı və hər bir avtomobilə ən az 4, ən çox 10 nəfərə sürmə hüququ verən etibarnamənin verildiyi müəyyən edilir. 3. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 8249 saylı məktubunda qeyd edilmişdir ki, Cavabdeh adına Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində fərdi yaşayış evi (qeydiyyat tarixi xx.xx.2021), Şəki rayonunun Baltalı kəndində 2.34 ha (qeydiyyat tarixi xx.xx.2023)və 0.7533 ha (qeydiyyat tarixi xx.xx.2023) əkin torpaq sahələri qeydiyyata alınmışdır. Göründüyü kimi, cavabdehin maliyyə vəziyyəti həddindən artıq yaxşı olsa da o, övladlarının qayğılarını qarşılamamaq üçün müxtəlif vasitələrə əl ataraq az aliment ödəmək istəyir. Hansı ki, onun maliyyə vəziyyəti maddi imkanları həmişə yüksək olub.
23. Hazırda yenidən alimentin artırılaraq hər uşaq üçün 300 manat mələğində müəyyən edilməsini tələb etsə də, müvafiq qurumlardan əldə olunan məlumatlardan sonra cavabdehin maddi imkanın çox yaxşı olması bir daha sübuta yetirildi. Ona görə də iddia tələbinin həcmini artıraraq Şəki Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(075)- 1556/2020saylı qətnaməsi ilə hər ay hər bir uşaq üçün təyin edilən 160 manat alimentin məbləği artırılmasını, Cavabdeh 25 may 2015-ci il təvəllüdlü X4 və 27fevral 2017-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 750 manat olmaqla cəmin 1500 manat məbləğində alimentin və 50 manat mediasiya xərcinin cavabdehdən alınaraq ona verilməsi barədə ərizə vermişdir. Lakin məhkəmə ərizəni icraata götürməmiş, formal tələblərə riayət etməməyini əsas gətirərək hazırkı əsassız qətnaməni çıxarmışdır. İşdə mövcud olan bu qədər sübut cavabdehin maliyyə vəziyyətinin məhkəmədə çoxluq təşkil edən digər aliment tələbləri üzrə işlərdəkinə nisbətən aşkar şəkildə daha yaxşı olmasının göstəricisi olmasına baxmayaraq məhkəmə sadəcə hər uşağa 30 manat aliment artırmağı məqbul hesab etmişdir. Hansı ki, cavabdehin taksi fəaliyyəti ilə məğul olması və hər nəqliyyat vasitəsinə 4-10 sayda etibarnamələrin verilməsi, həmin şəxslərin hər gün ən az 30-40 manat qazanc əldə etməsi halında cavabdehin də eyni qazancı əldə etməsini istisna etmir. Buna baxmayaraq belə ədalətsiz qətnamə çıxarılmışdır.
24. Ona görə də, Şəki Rayon Məhkəməsinin 30 may 2023-cü il tarixli 2(075)- 1073/2023 nömrəli qətnaməsinin qismən ləğv edilməsini və hər ay hər bir uşaq üçün təyin edilən 160 manat alimentin məbləği artırılmasını, Cavabdeh 25 may 2015-ci il təvəllüdlü X4 və 27 fevral 2017-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 750 manat olmaqla, cəmi 1500 manat məbləğində alimentin və 50 manat mediasiya xərcinin cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını barədə yeni qətnamə qəbul edilməsini xahiş edir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
25. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
26. Məhkəmə kollegiyasının iclasında İddiaçı və onun vəkili X9 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər.
27. Məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Şəki Rayon Məhkəməsinin 30 may 2023-cü il tarixli 2(075)-1073/2023 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq
28. Azərbaycan Respublikası Ailə Məcəlləsi: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 76.2-ci maddəsinə əsasən alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. 78.1-ci və 78.2-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancının (gəlirinin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. 112.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərin birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
29. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanunu: «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 8-ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial, hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Qanunun 19-cu maddəsində göstərilir ki, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin müdafiyəsi valideynlərin əsas vəzifələridir. Valideynlərin uşaqlar barəsində hüquq və vəzifələrinin həyata keçirilməsinə dövlət orqanlarının qarışmasına yalnız qanunla nəzərdə tutulmuş hallarda və uşağın maraqları naminə yol verilə bilər.
30. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir.
31. Qərarlar: 20 noyabr 1989-cu il tarixdə BMT-nin Baş Məclisinin 44-cü sessiyasında qəbul edilmiş “Uşaq hüquqları haqqında” Konvensiya: 20 noyabr 1989-cu il tarixdə BMT-nin Baş Məclisinin 44-cü sessiyasında qəbul edilmiş “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən edilsin. Həmin Konvensiyanın 27-ci maddəsində qeyd olunur ki, iştirakçı dövlətlər hər bir uşağın fiziki, əqli, ruhi, mənəvi və sosial inkişafı üçün lazım olan həyat səviyyəsinə malik olmaq hüququnu təsdiq edirlər. Valideyn (lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarı: Həmin Qərarda məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsi). Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanılmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Ali Məhkəmənin yuxarıda göstərilən qərarında sərgilədiyi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarında da öz əksini tapmışdır. Həmin qərara görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.
32. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.3-cü maddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirə bilər. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
33. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
34. Cavabdeh Şəki Rayon Məhkəməsinin 30 may 2023-cü il tarixli 2(075)-1073/2023 nömrəli qətnaməsinin qismən ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını iddianın təmin edilməmiş hissəsində yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
35. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı qismən təmin edərkən iddianın təmin edilməmiş hər ay hər uşaq üçün 30 manata aid hissədə gəldiyi nəticə ilə razılaşmır.
36. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Hazırki iş üzrə iddiaçı cavabdehin uşağın saxlanması üçün hər ay hər uşaq üçün sabit pul məbləğində 300 manat aliment ödəmək imkanına malik olması barədə sübutları məhkəməyə təqdim etməmişdir.
37. Bununla belə, məhkəmə kollegiyası uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ olmasını, uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmalı olmasını, cavabdehin və iddiaçının maddi vəziyyətlərindəki fərqləri, nəzərə alaraq hesab edir ki, apellyasiya şikayətində qoyulmuş əsaslarla qətnamənin dəyişdirilməsinə və alimentin məbləğinin hər ay hər uşaq üçün 2023-cü il üzrə yaşayış minimumuna uyğun olaraq 220 manat müəyyən edilməsinə əsas ola biləcək hallar mövcuddur.
38. Kollegiya həmçinin apellyasiya şikayətinin digər dəlili olan iddiaçının iddia tələbinin həcminin artırılması barədə ərizəsinin icraata götürülməməsi məsələsinə münasibət bildirərək qeyd edir ki, hazırki iş üzrə məhkəmənin qətnaməsində iddia tələbinin həcminin artırılması və dəqiqləşdirilməsi barədə ərizənin icraata qəbul edilməsi göstərilsə də, qətnamə qəbul edilən məhkəmə iclasının protokolunda həmin ərizənin MPM-nin tələblərinə uyğun verilmədiyindən məhkəmənin icraatına qəbul edilmədiyi göstərilmişdir. Bu faktı iddiaçı özünün apellyasiya şikayətində də qeyd etmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsində alimentin məbləğinin artırılaraq hər ay hər uşaq üçün 300 manat, cəmi 600 manat müəyyən edilməsi barədə iddia tələbinə baxılmışdır. Apellyasiya baxışı zamanı iddi tələbinin həcminin artırılması yolverilməzdir. Birinci instansiya məhkəməsi verilmiş iddia tələbi həcmində işə baxmışdır ki, bu da MPM-in 218.3-cü maddəsinin tələbindən irəli gəlir. Həmin maddəyə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
39. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı qismən təmin edərkən hər ay hər uşaq üçün 190 manat miqdarında aliment müəyyən etməklə düzgün nəticəyə gəlmədiyindən və qətnаmə həmin hissədə fаktlаr nöqteyi-nəzərindən qаnunsuz və əsаssız, mаhiyyəti üzrə isə düzgün olmadığındаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün deyil, dəyişdirilməsi üçün əsаslаr olduğundаn İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmalı, Şəki Rayon Məhkəməsinin 30 may 2023-cü il tarixli 2(075)- 1073/2023 nömrəli qətnaməsi dəyişdirilməli, 25 may 2015-ci il tarixdə anadan olmuş X4 və 27 fevral 2017-ci il tarixdə anadan olmuş X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh tutularaq İddiaçı verilməli olan alimentin məbləği hər ay hər uşaq üçün 220 manat müəyyən edilməlidir.
40. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş аpellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Şəki Rayon Məhkəməsinin 30 may 2023-cü il tarixli 2(075)-1073/2023 nömrəli qətnaməsi dəyişdirilsin. 25 may 2015-ci il tarixdə anadan olmuş X4 və 27 fevral 2017-ci il tarixdə anadan olmuş X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh tutularaq İddiaçı verilməli olan artırılmış alimentin məbləği hər ay hər uşaq üçün 220 manat olmaqla, iki uşaq üçün cəmi 440manat müəyyən edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən: Ələddin Məcidov
Hаkimlər: Mahir Əsədli
Elçin Mehdiyev