Məhkəmə qərarları › İş №2(107)-1049/2021

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1049/2021

06.05.2021 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1049/2021 06.05.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Abbasov Gündüz Qasım oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi ilə, Qəbələ Rayon Məhkəməsinin 01 aprel 2021-ci il tаrixli 2(025)-217/2020 nömrəli qərardadından İddiaçıoviç tərəfindən verilmiş şikayətə Şəki Apellyasiya Məhkəməsinin inzibati binasında аçıq məhkəmə iclаsındа bаxаrаq, müəyyən etdi: İddiaçıoviç cavabdehlər X5, X3 və X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər tərəfindən mülkiyyətində olan Qəbələ rayonu, Nic qəsəbəsində yerləşən 0.675 hektar torpaq sahəsindən istifadə hüququnun həyata keçirilməsinə edilən qanunsuz maneənin məhkəmə qaydasında aradan qaldırılması, cavabdehlər tərəfindən qanunsuz müdaxilə nəticəsində torpaq sahəsindən isitifadə edə bilmədiyinə görə ona vurulmuş maddi və mənəvi ziyanın məhkəmə qaydasında hesablanaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qəbələ Rayon Məhkəməsinin 03 noyabr 2020-ci il tarixli 2(025)-217/2020 saylı qətnaməsi ilə İddiaçıoviçin cavabdehlər X5, X3 və X1rşı “torpaq sahəsindən istifadəyə edilən maneənin aradan qaldırılması”tələbinə dair iddiası təmin edilməmişdir. Həmin qətnamədən İddiaçıoviç 17.03.2021-ci il tarixdə apellyasiya şikayəti vermiş və eyni zamanda ərizə ilə məhkəməyə müraciət edərək, həmin qətnamədən apellyasiya şikayətinin verilməsi üçün qanunda nəzərdə tutulmuş prosessual müddətin bərpa olunmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, məhkəmənin qətnaməsi ona gec təqdim edilmişdir. Covid-19 virusunun yayılmasının qarşısının alınması məqsədi ilə ölkə ərazisində sərtləşdirilmiş karantin tədbirlərinin həyata keçirilməsi ilə əlaqədar bir çox məhdudiyyətlər yarandığından qətnamədən qanunvericiliklə müəyyən olunmuş müddətdə şikayət verə bilməmişdir. Odur ki, şikayət vermək üçün buraxılmış müddətin bərpa edilməsi məhkəmədən xahiş olunur. Qəbələ Rayon Məhkəməsinin (hakim Elman İsayev) 01 aprel 2021-ci il tаrixli 2(025)- 217/2020 nömrəli qərardadı ilə ərizə təmin olunmamış, Qəbələ Rayon Məhkəməsinin 03 noyabr 2020-ci il tarixli 2(025)-217/2020 saylı qətnaməsindən İddiaçıoviç tərəfindən şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpa olunmasından imtina edilmişdir. İddiaçıoviç məhkəməyə şikayət göndərərək, Qəbələ Rayon Məhkəməsinin 01 aprel 2021-ci il tаrixli 2(025)-217/2020 nömrəli qərardadının ləğv edilməsini və şikayətin işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Şikayət belə əsaslandırılmışdır ki, qərardadda sadəcə qətnamənin tarixinə və qətnamədən verilən şikayətin tarixinə münasibət bildirilmiş, lakin həmin qətnamədən şikayət verə bilməməyinin üzrlü səbəbləri araşdırılmamlışdır. Qəbələ Rayon Məhkəməsinin 09 aprel 2021-ci il tarixli qərardadına əsasən şikayət təmin edilməmiş və şikayət baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçıoviç şikayəti müdafiə edərək onun təmin olunmasını, Qəbələ Rayon Məhkəməsinin 01 aprel 2021-ci il tаrixli qərardadının ləğv edilməsini və apellyasiya şikayəti üzrə işə baxılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq İddiaçıoviçin nümayəndəsi X2, X5, X3 və X6 məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası MPM-in 376.2-ci mаddəsinə əsаsən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdıraraq hesab edir ki, İddiaçıoviç tərəfindən verilmiş şikayət təmin edilməməli, Qəbələ Rayon Məhkəməsinin 01 aprel 2021-ci il tаrixli 2(025)-217/2020 nömrəli qərardadı və həmin qərardaddan verilmiş şikayətin təmin edilməməsi barədə 09 aprel 2021-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının MPM-in: 128.1-ci maddəsinə əsasən, prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. 130.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. 133.1-ci maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. 357.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üşüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. 360-cı mаddəsinə görə, аpellyаsiyа şikаyəti məhkəmə qətnаməsi rəsmi qаydаdа verildiyi gündən 1 аy müddətində verilir. 363.1.3-cü maddəsinə görə, apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. İş materiallarında olan xəbərnamədən görünür ki, Qəbələ Rayon Məhkəməsinin 03 noyabr 2020-ci il tarixli 2(025)-217/2020 saylı qətnaməsi İddiaçıoviç tərəfindən 17 noyabr 2020-ci il tarixdə poçt göndərişinin qəbul edilməsi barədə xəbərnaməyə şəxsən imza etməklə alınmışdır. İddiaçıoviç isə məhkəmə qətnaməsini rəsmi qaydada aldığı vaxtdan 1 ay müddətində qətnamədən apellyasiya şikayəti vermək hüququnun ona izah olunmasına baxmayaraq, 17.03.2021-ci il tarixdə şikayət vermək üçün buraxılmış müddətin bərpa edilməsinə dair vəsatətlə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, İddiaçıoviç qətnaməni 17 noyabr 2020-ci il tarixdə rəsmi qaydada aldığından, onun qətnamədən apellyasiya şikayəti vermə müddəti qanunla müəyyən edilmiş qaydada 17 dekabr 2020-ci il tarixdə bitmişdir. Lakin iddiaçı məhkəməyə 17.03.2021-ci il tarixdə apellyasiya şikayəti vermək üçün buraxılmış müddətin bərpa edilməsinə dair vəsatətlə müraciət etmişdir. Belə olan halda, İddiaçıoviçin Qəbələ Rayon Məhkəməsinin 03 noyabr 2020-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddət 04 ay ötürülmüşdür. İddiaçı şikayətində qeyd etmişdir ki, məhkəmənin qətnaməsi ona gec təqdim edilmişdir. Covid-19 virusunun yayılmasının qarşısının alınması məqsədi ilə ölkə ərazisində sərtləşdirilmiş karantin tədbirlərinin həyata keçirilməsi ilə əlaqədar bir çox məhdudiyyətlər yarandığından qətnamədən qanunvericiliklə müəyyən olunmuş müddətdə şikayət verə bilməmişdir. Bununla bağlı bildirilir ki, yuxarıda göstərildiyi kimi, qətnamə iddiaçıya gec yox, 17 noyabr 2020-ci il tarixdə rəsmi qaydada təqdim edilmişdir. Habelə, Covid-19 virusunun ölkəmizdə yayılması apellyasiya şikayəti vermək üçün buraxılmış müddətin bərpa edilməsi üçün əsas hesab edilə bilməz. Belə ki, ölkə ərazisində sərtləşdirilmiş karantin tədbirlərinin tətbiq edildiyi bütün müddətlərdə poçt müəssisələri dayanmadan fəaliyyət göstərmişdir və həmin müəssisələrin fəaliyyətinə hər hansı məhdudiyyət qoyulmamışdır. Göründüyü kimi, iddiaçının dəlilləri əsassızdır. Belə olan halda, birinci instansiya məhkəməsi İddiaçıoviçin Qəbələ Rayon Məhkəməsinin 03 noyabr 2020-ci il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayətini geri qaytarmaqda haqlı olmuşdur. MPM-in 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə hüququ vardır ki, qərardadı dəyişdirmədən saxlayıb şikayəti təmin etməsin. Ona görə də məhkəmə kollegiyаsı hesаb edir ki, şikayətin dəlilləri əsassız olduğundаn təmin edilməməli, Qəbələ Rayon Məhkəməsinin 01 aprel 2021-ci il tarixli 2(025)-217/2020 nömrəli qərardadı və həmin qərardaddan verilmiş şikayətin təmin edilməməsi barədə 09 aprel 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı MPM-in 400-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən on gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402-ci maddəsinə görə, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Şərh edilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 397, 398, 400, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərаrа аldı: İddiaçıoviç tərəfindən verilmiş şikayət təmin edilməsin. İş üzrə Qəbələ Rayon Məhkəməsinin 01 aprel 2021-ci il tаrixli 2(025)-217/2020 nömrəli qərardadı və həmin qərardaddan verilmiş şikayətin təmin edilməməsi barədə 09 aprel 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar