Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-105/2022 16.02.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi, İddiaçı QSC-nin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 oğluna qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi və borc tələbinin ipoteka predmetinə yönəldilməsi tələbinə dair” mülki iş üzrə Ucar Rayon Məhkəməsinin 15 fevral 2021-ci il tarixli 2(063)-1/2021 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikаyətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: Ucar Rayon Məhkəməsinin 15 fevral 2021-ci il tarixli 2(063)-1/2021 nömrəli qətnaməsi ilə (hakim Hilal Xəlilov) iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada 26R000003503 nömrəli kredit razılaşması üzrə əsas borca görə 27898.10 (iyirmi yeddi min səkkiz yüz doxsan səkkiz, on) USD, faiz borcuna görə 18926.54 (on səkkiz min doqquz yüz iyirmi altı, əlli dörd) USD, dəbbə puluna görə 700 (yeddi yüz) USD, cəmi 47524.64 (qırx yeddi min beş yüz iyirmi dörd, altmış dörd) USD, 26R000004650 nömrəli kredit razılaşması üzrə əsas borca görə 14661.67 (on dörd min altı yüz altmış bir, altmış yeddi) USD, faiz borcuna görə 9807.03 (doqquz min səkkiz yüz yeddi, üç) USD, dəbbə puluna görə 400 (dörd yüz) USD, cəmi 24868.7 (iyirmi dörd min səkkiz yüz altmış səkkiz, yetmiş) USD, ümumilikdə hər iki razılaşma üzrə 72393.34 (yetmiş iki min üç yüz doxsan üç, otuz dörd) USD məbləğində pulun ödənilən gün məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə, habelə iş üzrə ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişlərin qeydə alınması üçün ödənilmiş 30 (otuz) manat və xidmət haqqına görə 63 (altmış üç) manat, ümumilikdə 123 (bir yüz iyirmi üç) manat məbləğində pulun tutularaq iddiaçı “AccessBank" QSC-yə ödənilməsi, tələbin ipoteka predmeti olan Ucar şəhəri, Nəsimi küçəsində Cavabdeh1 xüsusi mülkiyyətində olan 0,045 ha torpaq sahəsində yerləşən 9 nömrəli fərdi yaşayış evinə, Ucar şəhəri, Heydər Əliyev prospekti 131A ünvanında Cavabdeh1 xüsusi mülkiyyətində olan 0,0078 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən qeyri-yaşayış binasına və Ucar şəhəri, Heydər Əliyev prospekti 131C ünvanında Cavabdeh1 xüsusi mülkiyyətində olan 0,0205 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən qeyri-yaşayış binasına yönəldilməsi, ipoteka predmetlərinin ilkin satış qiymətinin müvafiq olaraq 51000 (əlli bir min) manat, 45000 (qırx beş min) manat və 130000 (bir yüz otuz min) manat müəyyən edilməklə fərdi yaşayış evi, qeyri-yaşayış binaları və qeyri-yaşayış binalarının yerləşdiyi torpaq sahələrinin açıq hərracda satılması, satıldıqdan 1 ay ərzində fərdi yaşayış evi, qeyri-yaşayış binaları və qeyri-yaşayış binalarının yerləşdiyi torpaq sahələrinin boşaldılması, satışdan əldə edilən məbləğ İddiaçı QSC-nin tələbindən artıq olarsa, artıq məbləğin Cavabdeh1 qaytarılması, iddianın qalan hissədə təmin edilməməsi, Cavabdeh1 iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyərinə görə 290 (iki yüz doxsan) manat X1 (kod:210005, VÖEN **********, müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK-CTREAZ22) və 400 (dörd yüz) manat "xxxx" MMC-nin (h/h:AZ66AİİB********************, kod:200093, VÖEN:**********, SWİFT:AİİBAZ2X, m/h:AZ37NABZ********************) xeyrinə tutulması qət edilmişdir. İşin halları İddiaçı cavabdehlərə qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi və borc tələbinin ipoteka predmetinə yönəldilməsi barədə iddia ərizəsi və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə 26R000003503 saylı krеdit razılaşması üzrə 29058,17 USD məbləğində krеdit bоrcu, 20222,06 USD məbləğində faiz bоrcu və 37407,03 USD məbləğində cərimə borcu olmaqla, cəmi 86687,26 USD, 26R000004650 saylı krеdit razılaşması üzrə 18038,89 USD məbləğində krеdit bоrcu, 12246,77 USD məbləğində faiz bоrcu və 24113,89 USD məbləğində cərimə borcu olmaqla, cəmi 54399,55 USD, iki razılaşma üzrə cəmi 141086,81 USD məbləğində bоrcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişlərin qeydə alınması üçün ödənilmiş 30 manat dövlət rüsumunun və 63 manat xidmət haqqının tutulması, tələbin Ucar şəhəri, Nəsimi küçəsində birinci cavabdehin mülkiyyətindəki 0,045 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 9 nömrəli fərdi yaşayış evinə, Ucar şəhəri, Heydər Əliyev prospekti 131A ünvanında birinci cavabdehin mülkiyyətindəki 0,0078 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən qeyri-yaşayış binasına və Ucar şəhəri, Heydər Əliyev prospekti 131C ünvanında birinci cavabdehin mülkiyyətindəki 0,0205 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən qeyri-yaşayış binasına yönəldilməsi, həmin əmlakların açıq hərracdan satılması və ümumilikdə 141086,81 USD məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişlərin qeydə alınması üçün ödənilmiş 30 manat dövlət rüsumunun və 63 manat xidmət haqqının ipoteka predmetinin hərracda satışından əldə olunan vəsait hesabına iddiaçıya ödənilməsi, hərracda satışdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehlərdən müştərək qaydada tutulması, Ucar şəhəri, Nəsimi küçəsində yerləşən birinci cavabdehin mülkiyyətindəki 0,045 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 9 nömrəli fərdi yaşayış evinə tutma yönəldildikdən və о satıldıqdan 1 ay sonra birinci cavabdehin həmin fərdi yaşayış evinə istifadə hüququnun itirilməsi, fərdi yaşayış evinin boşaldılması və alıcıya təhvil verilməsi, Ucar şəhəri, Heydər Əliyev prospekti 131A ünvanında birinci cavabdehin mülkiyyətindəki 0,0078 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən qeyri-yaşayış binasına tutma yönəldildikdən və о satıldıqdan 1 ay sonra qeyri-yaşayış binasının boşaldılması və alıcıya təhvil verilməsi, Ucar şəhəri, Heydər Əliyev prospekti 131C ünvanında birinci cavabdehin mülkiyyətindəki 0,0205 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən qeyri-yaşayış binasına tutma yönəldildikdən və о satıldıqdan 1 ay sonra qeyriyaşayış binasının boşaldılması və alıcıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, birinci cavabdehə iddiaçı ilə bağladığı 06 aprel 2011-ci il tarixli, 26L000000394 nömrəli krеdit xətti müqaviləsinə əsasən 120 ay müddətinə 200000 USD məbləğində krеdit хətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə vеriləcək məbləğ və müddət ayrıca оlaraq krеdit razılaşması ilə müəyyən оlunur. Kredit xətti müqaviləsi üzrə birinci cavabdeh iddiaçı ilə bağladığı 14 noyabr 2013-cü il tarixli, 26R000003503 saylı krеdit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1,75 faiz оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 55000 USD məbləğində krеdit götürmüşdür. Tərəflərin imzaladıqları 20 may 2015-ci il tarixli, 26R000003503S saylı və 14 iyul 2015-ci il tarixli, 26R000003503SA saylı sazişlərlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Birinci cavabdeh krеdit razılaşmasının 1.2-ci bəndinin tələbini pоzaraq krеdit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış və krеdit bоrcu və faiz bоrcundan ibarət оlmaqla ödəməli оlduğu vəsaitləri 22 mart 2016-cı il tarixdən banka qaytarmamışdır. Birinci cavabdeh götürdüyü krеdit bоrcundan 25941,83 USD ödəmiş, onun 29058,17 USD məbləğində kredit borcu qalmışdır. Kredit müqaviləsinin 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1-ci bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildirilir ki, birinci cavabdeh kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün 28 iyun 2019-cu il tarixə 1193 gün üçün hesablanmış faiz borcu 20222,06 USD təşkil edir. Krеdit müqaviləsinin 4.2.2-ci bəndinə uyğun оlaraq borclu ödəniş planı üzrə krеditi və оna hеsablanmış faizi vaхtında qaytarmadıqda hər gеcikdirilən gün üçün kredit qalığının 0.5 faiz məbləğində cərimə ödəməlidir. 28 iyun 2019-cu il tarixə 1193 gün üçün hеsablanmış cərimə 37407,03 USD təşkil edir. Bundan başqa, kredit xətti müqaviləsi üzrə birinci cavabdeh iddiaçı ilə bağladığı 20 fevral 2014-cü il tarixli, 26R000004650 saylı krеdit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.6667 faiz оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 30000 USD məbləğində krеdit götürmüşdür. Tərəflərin imzaladıqları 20 may 2015-ci il tarixli, 26R000004650S saylı və 14 iyul 2015-ci il tarixli, 26R000004650SA saylı sazişlərlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Birinci cavabdeh krеdit razılaşmasının 1.2-ci bəndinin tələbini pоzaraq krеdit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış və krеdit bоrcu və faiz bоrcundan ibarət оlmaqla ödəməli оlduğu vəsaitləri 22 mart 2016-cı il tarixdən banka qaytarmamışdır. Birinci cavabdeh götürdüyü krеdit bоrcundan 11961,11 USD ödəmiş, onun 18038,89 USD məbləğində kredit borcu qalmışdır. Kredit müqaviləsinin 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1-ci bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildirilir ki, birinci cavabdeh kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün 28 iyun 2019-cu il tarixə 1193 gün üçün hesablanmış faiz borcu 12246,77 USD təşkil edir. Krеdit müqaviləsinin 4.2.2-ci bəndinə uyğun оlaraq borclu ödəniş planı üzrə krеditi və оna hеsablanmış faizi vaхtında qaytarmadıqda hər gеcikdirilən gün üçün kredit qalığının 0.5 faiz məbləğində cərimə ödəməlidir. 28 iyun 2019-cu il tarixə 1193 gün üçün hеsablanmış cərimə 24113,89 USD təşkil edir. Kredit xətti müqaviləsi üzrə birinci cavabdehin öhdəliklərinin icrasını təmin еtmək məqsədilə ikinci cavabdeh 06 aprel 2011-ci il tarixli, 26S000000641 nömrəli zaminlik müqaviləsinə, üçüncü cavabdeh isə 27 fevral 2013-cü il tarixli, 26S000002065 saylı zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1.1-ci bəndinə əsasən yuхarıda göstərilən krеdit хətti müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında bоrclu–birinci cavabdeh ilə birgə məsuliyyət daşıyır və krеdit müqaviləsi üzrə krеditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra еtməlidirlər. Həmçinin, kredit xətti müqaviləsi üzrə birinci cavabdehin öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə birinci cavabdeh-ipoteka qoyan ilə bank arasında bağlanılmış 27 aprel 2011-ci il tarixli, 26M000000067 saylı ipoteka müqaviləsinə əsasən Ucar şəhəri, Nəsimi küçəsində, birinci cavabdehin mülkiyyətindəki 0,045 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 9 nömrəli fərdi yaşayış evi iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ucar Ərazi İdarəsi tərəfindən 2 nömrəli reyestr kitabının 199 nömrəli vərəqində qeydiyyata alınmış seriya MA ******* nömrəli çıxarışla, Ucar şəhəri, Nəsimi küçəsində birinci cavabdehin mülkiyyətindəki 0,045 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 9 nömrəli fərdi yaşayış evinin birinci cavabdehin kredit öhdəliklərinin icrasını təmin etmək üçün iddiaçının xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. Bundan başqa, kredit xətti müqaviləsi üzrə birinci cavabdehin öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə birinci cavabdeh-ipoteka qoyan ilə bank arasında bağlanılmış 29 mart 2016-cı il tarixli ipoteka müqaviləsinə (qeydiyyat nömrəsi: 3M-18) əsasən Ucar şəhəri, Heydər Əliyev prospekti, 131A ünvanında, birinci cavabdehin mülkiyyətindəki 0,0078 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən qeyri-yaşayış binası iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ucar Ərazi İdarəsi tərəfindən 2 nömrəli reyestr kitabının 24 nömrəli vərəqində qeydiyyata alınmış seriya RX ******* nömrəli çıxarışla Ucar şəhəri, Heydər Əliyev prospekti, 131A ünvanında birinci cavabdehin mülkiyyətindəki 0,0078 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən qeyriyaşayış binasının birinci cavabdehin kredit öhdəliklərinin icrasını təmin etmək üçün iddiaçının xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. Bundan başqa, kredit xətti müqaviləsi üzrə birinci cavabdehin öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə birinci cavabdeh-ipoteka qoyan ilə bank arasında bağlanılmış 29 mart 2016-cı il tarixli ipoteka müqaviləsinə (qeydiyyat nömrəsi: 3M-19) əsasən Ucar şəhəri, Heydər Əliyev prospekti, 131C ünvanında birinci cavabdehin mülkiyyətindəki 0,0205 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən qeyri-yaşayış binası iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ucar Ərazi İdarəsi tərəfindən 2 nömrəli reyestr kitabının 23 nömrəli vərəqində qeydiyyata alınmış seriya RX ******* nömrəli çıxarışla Ucar şəhəri, Heydər Əliyev prospekti, 131C ünvanında, birinci cavabdehin mülkiyyətindəki 0,0205 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən qeyri-yaşayış binasının birinci cavabdehin kredit öhdəliklərinin icrasını təmin etmək üçün iddiaçının xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34-cü maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı kimi nəzərdə tutulur. İpoteka saxlayan iddiaçı tərəfindən ipoteka qoyanbirinci cavabdehə “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36.2-ci maddəsinə uyğun olaraq 19 dekabr 2016-cı il tarixdə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında ayrı-ayrılıqda 3 (üç) bildiriş göndərilmiş, bildirişlər 25 dekabr 2016cı il tarixdə ünvana çatdırılmışdır. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişlərin qeydə alınması haqqında 3 (üç) ərizə Elektron Xidmətlər Portalı vasitəsi ilə 27 dekabr 2016-cı il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ucar Ərazi İdarəsinə təqdim edilmiş və həmin idarədə qeydiyyata alınmışdır. İddiaçı ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişlərin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ucar Ərazi İdarəsində qeydiyyata alınması üçün 30 manat dövlət rüsumu və 63 manat xidmət haqqı ödəmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında sonuncu tələb həcmində iddianı müdafiə etdiyini bildirdi və iddia ərizəsinə əlavənin məzmununa uyğun izahat vermişdir. Birinci və ikinci cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məhkəmə bildirişi göndərilməsinə və təqdim edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər, birinci cavabdeh məhkəməyə teleqram göndərib ağır xəstə olması ilə bağlı işin təxirə salınmasını xahiş etsə də məhkəmə iclasında iştirak edə bilməməsinin üzrlü səbəbdən olması barədə məhkəməyə sübut təqdim etməmişdir, üçüncü cavabdehə qeydiyyatda olduğu ünvan üzrə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada göndərilmiş məhkəmə bildirişi həmin ünvanda yaşamaması əsası ilə təqdim edilmədən geri qaytarılmışdır. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən birinci və ikinci cavabdehlərin və həmin Məcəllənin 147-ci maddəsinə əsasən üçüncü cavabdehin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh1 аpellyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh1 apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, onun mülkiyyətində olan ipoteka predmetlərinin hər birinin qiyməti çox aşağı göstərilmişdir. Həmin əmlaklardan Ucar şəhəri, Nəsimi küçəsində 0,045 ha torpaq sahəsində yerləşən 9 nömrəli fərdi yaşayış evinin likvid qiyməti 51000 yox, 110000 manat, Ucar şəhəri, Heydər Əliyev prospekti 131A ünvanında yerləşən 0,0078 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən qeyri-yaşayış binasının likvid qiyməti 45000 yox, 95000 manat, Ucar şəhəri, Heydər Əliyev prospekti 131C ünvanında yerləşən 0,00205 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən qeyri-yaşayış binasının likvid qiyməti isə 130000 deyil, 950000 manatdır. Ona görə də, apellyasiya şikayətinin təmin edilməsini, Ucar Rayon Məhkəməsinin 15 fevral 2021-ci il tarixli 2(063)-1/2021 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın əsassız olduğundan rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında İddiaçı QSC-nin nümayəndəsi X4 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Ucar Rayon Məhkəməsinin 15 fevral 2021-ci il tarixli 2(063)-1/2021 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 oğlu işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmalı, Ucar Rayon Məhkəməsinin 15 fevral 2021-ci il tarixli 2(063)-1/2021 nömrəli qətnaməsi ipoteka predmeti olan Ucar şəhəri, Nəsimi küçəsində Cavabdeh1 xüsusi mülkiyyətində olan 0,045 ha torpaq sahəsində yerləşən 9 nömrəli fərdi yaşayış evinin ilkin satış qiyməti 60 000 manat, Ucar şəhəri, Heydər Əliyev prospekti 131A ünvanında Cavabdeh1 xüsusi mülkiyyətində olan 0,0078 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən qeyri-yaşayış binasının ilkin satış qiyməti 55 000 manat və Ucar şəhəri, Heydər Əliyev prospekti 131C ünvanında Cavabdeh1 xüsusi mülkiyyətində olan 0,0205 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən qeyri-yaşayış binasının ilkin satış qiyməti 135 000 manat müəyyən edilməklə dəyişdirilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. İşdə olan 06 aprel 2011-ci il tarixli, 26L000000394 nömrəli kredit xətti müqaviləsindən görünür ki, iddiaçı-bank bu müqavilə ilə müəyyən olunmuş şərtlər əsasında hissələrlə verilən kreditlər üçün kredit alana-birinci cavabdehə 200000 USD məbləğində kredit xəttini açmışdır. Kreditlər tərəflər arasında “kredit razılaşması” və “bank qarantiyası verilməsi haqqında” müqavilə formasında bağlanmış ayrıca razılaşma əsasında veriləcəkdir. Bu müqavilə bankın kredit vermək vədini ifadə etmir. İşdə olan 06 aprel 2011-ci il tarixli, 26L000000394 nömrəli kredit xətti müqaviləsi üzrə 26R000003503 nömrəli, 14 noyabr 2013-cü il tarixli kredit razılaşmasından görünür ki, iddiaçı-bank 55000 USD məbləğində krediti aylıq faiz dərəcəsi 1,75 faiz olmaqla 36 ay müddətinə kredit alana-birinci cavabdehə verməyi, kredit alan isə bu kredit razılaşmasının ayrılmaz hissəsi olan 1 saylı əlavədə göstərilmiş ödəniş planına əsasən razılaşdırılmış tarixlərdə kredit məbləğini, ona hesablanmış faizlə birlikdə banka qaytarmağı öhdələrinə götürmüşlər. İşdə olan kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında 20 may 2015-ci il tarixli, 26R000003503S nömrəli sazişdən görünür ki, bank ilə kredit alan arasında 06 aprel 2011-ci il tarixli, 26L000000394 nömrəli uzunmüddətli kredit müqaviləsi üzrə 14 noyabr 2013-cü il tarixdə bağlanmış 26R000003503 nömrəli kredit razılaşmasının ayrılmaz hissəsi olan 14 noyabr 2013-cü il tarixli ödəniş planı ilə müəyyən olunmuş ödəniş məbləğləri və ödəniş tarixləri bu sazişə əlavə olunan 20 may 2015-ci il tarixli ödəniş planına (“yeni ödəniş planı”) uyğun olaraq dəyişdirilir. İşdə olan kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında 14 iyul 2015-ci il tarixli, 26R000003503SA nömrəli sazişdən görünür ki, bank ilə kredit alan arasında 06 aprel 2011-ci il tarixli, 26L000000394 nömrəli uzunmüddətli kredit müqaviləsi üzrə 14 noyabr 2013-cü il tarixdə bağlanmış 26R000003503 nömrəli kredit razılaşmasının ayrılmaz hissəsi olan 14 noyabr 2013-cü il tarixli ödəniş planı ilə müəyyən olunmuş ödəniş məbləğləri və ödəniş tarixləri bu sazişə əlavə olunan 14 iyul 2015-ci il tarixli ödəniş planına (“yeni ödəniş planı”) uyğun olaraq dəyişdirilir. İşdə olan 06 aprel 2011-ci il tarixli, 26L000000394 nömrəli kredit xətti müqaviləsi üzrə 26R000004650 nömrəli, 20 fevral 2014-cü il tarixli kredit razılaşmasından görünür ki, iddiaçı-bank 30000 USD məbləğində krediti aylıq faiz dərəcəsi 1,6667 faiz olmaqla 36 ay müddətinə kredit alana-birinci cavabdehə verməyi, kredit alan isə bu kredit razılaşmasının ayrılmaz hissəsi olan 1 saylı əlavədə göstərilmiş ödəniş planına əsasən razılaşdırılmış tarixlərdə kredit məbləğini, ona hesablanmış faizlə birlikdə banka qaytarmağı öhdələrinə götürmüşlər. İşdə olan kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında 20 may 2015-ci il tarixli, 26R000004650S nömrəli sazişdən görünür ki, bank ilə kredit alan arasında 06 aprel 2011-ci il tarixli, 26L000000394 nömrəli uzunmüddətli kredit müqaviləsi üzrə 20 fevral 2014-cü il tarixdə bağlanmış 26R000004650 nömrəli kredit razılaşmasının ayrılmaz hissəsi olan 20 fevral 2014-cü il tarixli ödəniş planı ilə müəyyən olunmuş ödəniş məbləğləri və ödəniş tarixləri bu sazişə əlavə olunan 20 may 2015-ci il tarixli ödəniş planına (“yeni ödəniş planı”) uyğun olaraq dəyişdirilir. İşdə olan kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında 14 iyul 2015-ci il tarixli, 26R000004650SA nömrəli sazişdən görünür ki, bank ilə kredit alan arasında 06 aprel 2011-ci il tarixli, 26L000000394 nömrəli uzunmüddətli kredit müqaviləsi üzrə 20 fevral 2014-cü il tarixdə bağlanmış 26R000004650 nömrəli kredit razılaşmasının ayrılmaz hissəsi olan 20 fevral 2014-cü il tarixli ödəniş planı ilə müəyyən olunmuş ödəniş məbləğləri və ödəniş tarixləri bu sazişə əlavə olunan 14 iyul 2015-ci il tarixli ödəniş planına (“yeni ödəniş planı”) uyğun olaraq dəyişdirilir. İşdə olan 06 aprel 2011-ci il tarixli, 26S000000641 nömrəli zaminlik müqaviləsindən görünür ki, 06 aprel 2011-ci il tarixdə iddiaçı ilə ikinci cavabdeh arasında zaminlik müqaviləsi bağlanmış və zamin, borclunun kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyır. İşdə olan 27 fevral 2013-cü il tarixli, 26S000002065 nömrəli zaminlik müqaviləsindən görünür ki, 27 fevral 2013-cü il tarixdə iddiaçı ilə üçüncü cavabdeh arasında zaminlik müqaviləsi bağlanmış və zamin, borclunun kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyır. İşdə olan 27 aprel 2011-ci il tarixli, 26M000000067 nömrəli ipoteka müqaviləsindən görünür ki, 27 aprel 2011-ci il tarixdə iddiaçı ilə birinci cavabdeh arasında ipoteka müqaviləsi bağlanmış və ipoteka qoyan Ucar şəhəri, Nəsimi küçəsində mülkiyyətində olan 0.045 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 3 otaqlı, 78.9 kv.metr yayayış, 95.2 kv.metr köməkçi sahədən ibarət 9 nömrəli fərdi yaşayış evini ipoteka ilə yüklü etmiş və ipoteka ilə yüklü edilmiş əmlakın dəyəri tərəflərin qarşılıqlı razılığı ilə 36008.7 manat məbləğində qiymətləndirilmişdir. İşdə olan MA seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Ucar şəhəri, Nəsimi küçəsində 0.045 ha torpaq sahəsində yerləşən 9 nömrəli fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində 2 nömrəli reyestr kitabının 199 nömrəli vərəqində 30 aprel 2011-ci ildə ipoteka növündə iddiaçının xeyrinə yüklü edilməklə qeydiyyata alınmışdır. İşdə olan 29 mart 2016-cı il tarixli, 26M000000501S-1 nömrəli ipoteka müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında sazişdən görünür ki, ipoteka qoyan öz mülkiyyətində olan Ucar şəhəri, Heydər Əliyev prospekti, 131A ünvanında xüsusi mülkiyyətdə olan 0,0078 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən 52,3 kv.metr ümumi sahədən ibarət qeyri-yaşayış binasını 06 aprel 2011-ci il tarixdə bağlanmış kredit xətti müqaviləsi və bu kredit müqaviləsinin ayrılmaz hissəsi olan “kredit razılaşması”, “bank qarantiyası verilməsi haqqında” müqavilə ilə akkreditiv açılması üçün razılaşma formasında bağlanan ayrıca razılaşmalar üzrə bank qarşısında ipoteka ilə yüklü edir. İşdə olan RX seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Ucar şəhəri, Heydər Əliyev prospekti, 131A ünvanında xüsusi mülkiyyətdə olan 0.0078 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən qeyri-yaşayış binası daşınmaz əmlakın dövlət reyestrində 2 nömrəli reyestr kitabının 24 nömrəli vərəqində 30 mart 2016-cı ildə ipotekanın əlavə qeydiyyatı növündə iddiaçının xeyrinə yüklü edilməklə qeydiyyata alınmışdır. İşdə olan 29 mart 2016-cı il tarixli, 26M000000501S-2 nömrəli ipoteka müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında sazişdən görünür ki, ipoteka qoyan öz mülkiyyətində olan Ucar şəhəri, Heydər Əliyev prospekti, 131C ünvanında xüsusi mülkiyyətdə olan 0,0205 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən 175.4 kv.metr ümumi sahədən ibarət qeyri-yaşayış binasını 06 aprel 2011-ci il tarixdə bağlanmış kredit xətti müqaviləsi və bu kredit müqaviləsinin ayrılmaz hissəsi olan “kredit razılaşması”, “bank qarantiyası verilməsi haqqında” müqavilə ilə akkreditiv açılması üçün razılaşma formasında bağlanan ayrıca razılaşmalar üzrə bank qarşısında ipoteka ilə yüklü edir. İşdə olan RX seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Ucar şəhəri, Heydər Əliyev prospekti, 131C ünvanında xüsusi mülkiyyətdə olan 0.0205 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən qeyri-yaşayış binası daşınmaz əmlakın dövlət reyestrində 2 nömrəli reyestr kitabının 23 nömrəli vərəqində 30 mart 2016-cı ildə ipotekanın əlavə qeydiyyatı növündə iddiaçının xeyrinə yüklü edilməklə qeydiyyata alınmışdır. İşdə olan 28 iyun 2019-cu il tarixli, 7480 nömrəli maliyyə arayışından görünür ki, birinci cavabdehin 26R000003503 saylı, 14 noyabr 2013-cü il tarixli krеdit razılaşması üzrə 28 iyun 2019-cu il tarixə iddiaçıya olan borcu əsas borc üzrə 29058.17 USD, faiz borcu üzrə 20222.06 USD, cərimə borcu üzrə 37407.03 USD, cəmi 86687.26 USD təşkil edir. İşdə olan 28 iyun 2019-cu il tarixli, 7481 nömrəli maliyyə arayışından görünür ki, birinci cavabdehin 26R000004650 saylı, 20 fevral 2014-cü il tarixli krеdit razılaşması üzrə 28 iyun 2019-cu il tarixə iddiaçıya olan borcu əsas borc üzrə 18038.89 USD, faiz borcu üzrə 12246.77 USD, cərimə borcu üzrə 24113.89 USD, cəmi 54399.55 USD təşkil edir. İşdə olan digər sənədlərdən görünür ki, iddiaçı tərəfindən birinci, ikinci və üçüncü cavabdehlərə xəbərdarlıqlar, birinci cavabdehə 16 dekabr 2016-cı il tarixli, 26175, 26177 və 26179 nömrəli ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişlər, həmçinin, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ərazi İdarəsinə 27 dekabr 2016-ci il tarixli, 27336, 27338 və 27342 nömrəli ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması barədə ərizələr göndərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 25 yanvar 2019-cu il tarixli, 12106 nömrəli ekspert rəyindən görünür ki, 14 noyabr 2013-cü il tarixli, 26R000003503 saylı kredit müqaviləsi üzrə birinci cavabdeh tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair ödəniş qəbzləri, hesabdan çıxarış və 14 noyabr 2013-cü il tarixli, 26R000003503 saylı müqavilənin şərtləri əsas götürülməklə birinci cavabdehin 01 dekabr 2017-ci il tarixədək (sualda göstərilən tarixədək) banka olan borcu 37597,35 USD məbləğində müəyyən olunur, o cümlədən 01 dekabr 2017-ci il tarixə əsas borcu üzrə 27898,10 USD və faiz borcu üzrə 9699,24 USD təşkil edir. 20 fevral 2014-cü il tarixli, 26R000004650 saylı kredit müqaviləsi üzrə birinci cavabdeh tərəfindən banka ödənilmiş pul vəsaitlərinə ödəniş qəbzləri, hesabdan çıxarış və 22 fevral 2014-cü il tarixli 26R000004650 saylı müqavilənin şərtləri əsas götürülməklə birinci cavabdehin 01 dekabr 2017-ci il tarixədək (sualda göstərilən tarixədək) banka olan borcu 19850,27 USD məbləğində müəyyən olunur, o cümlədən əsas borc üzrə 14661,67 USD və faiz borcu üzrə 5188,60 USD təşkil edir. Tərəflər arasında razılaşdırılmış hər iki razılaşma üzrə cərimənin hesablanması müqavilə müddətindən sonraya aid edildiyinə görə hazırki tədqiqatla cərimə hesablanmır (təqdim edilmiş sənədlərdə bank cərimə hesablamamışdır). İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 28 oktyabr 2020-ci il tarixli, 9/3793 nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatları, eləcə də 06 aprel 2011-ci il tarixində imzalanmış 26L000000394 saylı kredit xətti müqaviləsinin tərkib hissəsi olan 14 noyabr 2013-cü il tarixli, 26R000003503 saylı və 20 fevral 2014-cü il tarixli, 26R000004650 saylı kredit razılaşmalarının və həmin razılaşmaların əsasında imzalanmış sazişlərin qeyd olunan şərtlərini nəzərə alaraq birinci cavabdehin iddiaçıya həmin kredit razılaşmaları üzrə 28 iyun 2019-cu il tarixə (sualda soruşulan tarixə) olan borcu 14 noyabr 2013-cü il tarixli, 26R000003503 saylı kredit müqviləsi üzrə əsas borc üzrə 27898,10 USD və faiz borcu üzrə 18926,54 USD, 20 fevral 2014-cü il tarixli, 26R000004650 saylı kredit müqaviləsi üzrə əsas borc üzrə 14661,67 USD, faiz borcu üzrə 9807,03 USD müəyyən edilir. Qeyd edilir ki, tərəflər arasında imzalanmış hər iki razılaşma üzrə cərimənin hesablanması müqavilə müddətindən sonraya aid edildiyinə görə hazırki tədqiqatla cərimə hesablanmır. Bundan əlavə, təqdim edilmiş sənədlərdə bank tərəfindən cərimənin hesablamasına dair çıxarış sənədi öz əksini tapmadığından sualda soruşulan tarixə birinci cavabdehə cərimə borcu hesablanmadı. İş materiallarında olan "xxxx" MMC-nin qeyri-yaşayış binasının torpaq sahəsi ilə birlikdə bazar dəyərinin müəyyən edilməsi barədə 22 aprel 2019-cu il tarixli, 32/1 nömrəli hesabatından görünür ki, birinci cavabdehə məxsus Ucar şəhəri, Heydər Əliyev prospekti, 131A ünvanında yerləşən qeyri-yaşayış binasının 0,0078 ha torpaq sahəsi ilə birlikdə tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti 45000 (qırx beş min) manat təşkil edir. Həmin hesabatda qeyri-yaşayış binasının texniki göstəriciləri kimi qeyriyaşayış binasının mərtəbəliyinin 1 (bir) mərtəbə olması, ümumi sahəsinin 52,3 kv.metr və torpaq sahəsinin 0,0078 ha olması göstərilmişdir. İş materiallarında olan "xxxx" MMC-nin qeyri-yaşayış binasının torpaq sahəsi ilə birlikdə bazar dəyərinin müəyyən edilməsi barədə 22 aprel 2019-cu il tarixli, 32 nömrəli hesabatından görünür ki, birinci cavabdehə məxsus Ucar şəhəri, Heydər Əliyev prospekti, 131C ünvanında yerləşən qeyri-yaşayış binasının 0,0078 ha torpaq sahəsi ilə birlikdə tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti 130000 (bir yüz otuz min) manat təşkil edir. Həmin hesabatda qeyri-yaşayış binasının texniki göstəriciləri kimi qeyriyaşayış binasının mərtəbəliyinin 1 (bir) mərtəbə olması, ümumi sahəsinin 175,4 kv.metr və torpaq sahəsinin 0,0205 ha olması göstərilmişdir. İş materiallarında olan "xxxx" MMC-nin fərdi yaşayış evinin bazar dəyərinin müəyyən edilməsi barədə 03 iyul 2018-ci il tarixli, 116/1 nömrəli hesabatından görünür ki, birinci cavabdehə məxsus Ucar şəhəri, Nəsimi küçəsində mülkiyyətində olan 0,045 ha torpaq sahəsində yerləşən 9 saylı fərdi yaşayış evinin tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti 51 000 (əlli bir min) manat təşkil edir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.7, 385.1, 442, 448.1, 462.1, 467, 470.2, 739.1, 739.2 və 741-ci maddələrinə, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 33, 39.3. 39.3.3, 41.1, 47.4 və 59.3-cü maddələrinə və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair“ Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31.05.2018-ci il tarixli Qərarına istinad etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.7-ci maddəsinə əsasən girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın. Həmin Məcəllənin 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Həmin Məcəllənin 470.2-ci maddəsinin “gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi” müddəası zaminin əvvəlcədən razılaşadırılmış əsas borca dair gələcəkdə yaranacaq öhdəliyə zamin durması kimi başa düşülür. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəlləni 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 39.1-ci maddəsinə əsasən ipoteka saxlayan ipoteka müqaviləsi üzrə tələbinin ödənilməsi üçün iddia ilə məhkəməyə müraciət edə bilər. Həmin Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndircinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Həmin Qanunun 41.1 -ci maddəsinə əsasən ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda satıla bilər. Həmin Qanunun 47.4-cü maddəsinə əsasən həmin Qanunun 47.2-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılır. Həmin Qanunun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1-yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair“ Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31.05.2018-ci il tarixli Qərarına əsasən zaminlik və ipoteka müqavilələrinin bağlanması üçün kredit xətti müqaviləsində mühüm şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydın göstərilməlidir. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə, bağlanan kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin və ya ipoteka qoyanın müddəası kredit xətti müqaviləsində nəzərdə tutulan kreditin məbləğinin, müddətinin, faiz dərəcəsinin bağlanan kredit müqavilələrində artırılmasını, kreditin valyutasının zaminin razılığı olmadan dəyişdirilməsini və digər halları nəzərdə tutur. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, iddiaçı ilə birinci cavabdeh arasında azad surətdə və şərtləri müəyyənləşdirilməklə kredit xətti müqaviləsi, kredit razılaşmaları, kredit müqaviləsinin təminatı olaraq ipoteka müqaviləsi, ipoteka müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında sazişlər bağlanmış və birinci cavabdeh iddiaçı qarşısında öz öhdəliklərini lazımınca və vaxtında icra etməmiş, müqavilənin şərtlərini əhəmiyyətli dərəcədə pozmuş, bununla da iddiaçı öz qanunla qorunan hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, üçüncü cavabdeh iddiaçı ilə zaminlik müqaviləsi bağlamaqla kredit alanın bank qarşısında olan öz öhdəliklərini tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüş və mülki qanunvericiliyin tələbinə görə borc alanla birlikdə məsulyyət daşıyır. Məhkəmə qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470-ci və 472-ci maddələrinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər Mülki Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Cavabdeh-borc alan əsas öhdəliyi lazımınca icra etmədiyindən, iddiaçının üçüncü cavabdehə-zaminə qarşı da tələb hüququ yaranmışdır. Hazırki mübahisənin hüquqi və faktiki halları baxımından cavabdehlər kreditor olan iddiaçının qarşısında müqavilədən irəli gələn birgə borclular kimi çıxış edirlər və müvafiq olaraq da götürdükləri öhdəliklər də birgə öhdəliklər kimi qiymətləndirilməlidir. Bu mənada, məhkəmə hesab edir ki, iddiaçının birinci və üçüncü cavabdehlərə qarşı eyni zamanda hazırki iddia tələbi ilə çıxış etmək və onlardan kredit borcunu müştərək qaydada tutulmasını tələb etmək hüququ həm də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 500cü maddəsinin müddəalarından irəli gəlir. Həmin maddəyə görə əgər öhdəliyin icrası bir neçə şəxsə onlardan hər birini öhdəliyin tam icrasında iştirak etməyə borclu edən şəkildə həvalə edilirsə, kreditor isə yalnız birdəfəlik icranı tələb etmək hüququna malikdirsə, onlar birgə borclulardır. Birgə öhdəlik müqaviləyə, qanuna və ya öhdəlik predmetinin bölünməzliyinə əsasən əmələ gəlir. Lakin bu zaman cavabdehlər-zaminlərin sonradan əmələ gələcək öhdəliyə görə məsuliyyətinin həcmini müəyyən etməyə imkan verən hallar mühüm şərtlər hesab edildiyindən onlar əsas kredit müqaviləsində dəqiq göstərilməlidir. Tərəflər arasında bağlanmış 06 aprel 2011-ci il taixli və 27 fevral 2013-cü il tarixli zaminlik müqavilələrində isə faiz dərəcəsi və cərimə faizinə dair müddəalar göstərilməmiş, sonradan bağlanmış əlavə sazişlərdə bunlar barədə zamin-üçüncü cavabdehin razılığı alınmışdır. İş materiallarında zamin-ikinci cavabdehin bunlar barədə razılığının alınması barədə sübut yoxdur və bu barədə məhkəməyə sübut təqdim olunmamışdır. Ona görə də, məhkəmə hesab etmişdir ki, hazırkı halda üçüncü cavabdeh birinci cavabdehlə-borc alanla eyni həcmdə məsuliyyət daşıyır. Bundan əlavə, tərəflər arasında ipoteka münasibətləri vardır. Məhkəmə hesab etmişdir ki, borclu öz öhdəliyini lazımınca və vaxtında icra etməmişdir, buna görə də tutma ipoteka saxlayanın tələbi ilə ipoteka predmetinə yönəldilməli, eyni zamanda, ipoteka predmetlərinin ilkin satış qiyməti yuxarıda qeyd olunan rəylər ilə müəyyən edildiyi kimi, yəni müvafiq olaraq 51000 manat, 45000 manat və 130000 manat göstərilməlidir. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildiriş qeydə alınması üçün ödənilmiş dövlət rüsumu və xidmət haqqı məhkəmə xərclərinə aid edilməli və müştərək qaydada birinci və üçüncü cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Həmçinin, iş üzrə aparılmış məhkəmə-mühasibatlıq və məhkəmə tikinti-texniki ekspertiza tədqiqatlarının dəyəri də məhkəmə xərclərinə aid edilməli və birinci cavabdehdən tutulmalıdır. Eyni zamanda, ekspert rəylərində cərimə borcu hesablanmamışdır, bununla bağlı məhkəmə bu nəticəyə gəlmişdir ki, müqavilə şərtləri, habelə iddiaçının bu barədə tələbi nəzərə alınmaqla birinci və üçüncü cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə cərimə tutulmalı, bu zaman Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələbləri də nəzərə alınmalıdır. Kredit razılaşmalarının 4.2.2-ci bəndinə əsasən kredit alan ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,5 faizi məbləğində cərimə ödəyir. Məhkəmə nəzərə almışdır ki, cərimənin göstərilən həcmdə tutulması birinci və üçüncü cavabdehlərin əmlak mənafelərinə xələl gətirə bilər. Cərimənin məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, kreditor borc verərkən cəriməni əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Qeyd edilənləri rəhbər tutmaqla məhkəmə bu qənaətə gəlir ki, kredit müqaviləsindən irəli gələn cərimə tələbi tənasübsüz surətdə yüksək olduğundan azaldılmalı və iddia həmin hissədə qismən təmin edilməlidir. Birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, iddia qismən təmin edilməli, birinci və üçüncü cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə 26R000003503 nömrəli kredit razılaşması üzrə ekspert rəyi nəzərə alınmaqla əsas borca görə 27898.10 USD, faiz borcuna görə 18926.54 USD, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467ci maddəsinin tələbinə əsasən dəbbə puluna görə 700 USD, cəmi 47524.64 USD, 26R000004650 nömrəli kredit razılaşması üzrə ekspert rəyi nəzərə alınmaqla əsas borca görə 14661.67 USD, faiz borcuna görə 9807.03 USD, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələbinə əsasən dəbbə puluna görə 400 USD, cəmi 24868.7 USD məbləğində, ümumilikdə hər iki razılaşma üzrə 72.393.34 USD pul ödənilən gün məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə tutulmalı, birinci və üçüncü cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə iş üzrə ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 30 (otuz) manat və xidmət haqqına görə 63 (altmış üç) manat, ümumilikdə 123 (bir yüz iyirmi üç) manat məbləğində pul tutulmalı, tələb ipoteka predmetləri olan Ucar şəhəri, Nəsimi küçəsində birinci cavabdehin mülkiyyətində olan 0,045 ha torpaq sahəsində yerləşən 9 nömrəli fərdi yaşayış evinə, Ucar şəhəri, Heydər Əliyev prospekti, 131A ünvanında birinci cavabdehin mülkiyyətində olan 0,0078 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən qeyri-yaşayış binasına və Ucar şəhəri, Heydər Əliyev prospekti 131C ünvanında birinci cavabdehin mülkiyyətində olan 0,0205 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən qeyri-yaşayış binasına yönəldilməli, ipoteka predmetlərinin ilkin satış qiyməti müvafiq olaraq 51000 manat, 45000 manat və 130000 manat müəyyən edilməklə açıq hərracdan satılmalı, satıldıqdan 1 ay ərzində fərdi yaşayış evi, qeyri-yaşayış binaları və onların yerləşdiyi torpaq sahəsi boşaldılmalı, satışdan əldə edilən məbləğ İddiaçı QSC-nin tələbindən artıq olarsa, artıq məbləğ birinci cavabdehə qaytarılmalı, eyni zamanda, birinci cavabdehdən iş üzrə aparılmış məhkəmə-mühasibatlıq ekspertiza tədqiqatının dəyərinə görə 290 manat məbləğində pul tutularaq dövlət büdcəsinə ödənilməli, habelə məhkəmə tikinti-texniki ekspertizalarının tədqiqatına görə "xxxx" MMC-nin hesabına 400 manat ödənilməli, iddianın qalan hissəsi təmin edilməməlidir. Məhkəmə, iddiaçının hərracda satışdan əldə olunmuş vəsaitin borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin birinci, ikinci və üçüncü cavabdehlərdən müştərək qaydada tutulması tələbini əsaslı hesab etmir. Belə ki, “İcra haqqında" Azərbaycan Respublikası Qanununda məcburi icra tədbirləri nəzərdə tutulmuşdur və qeyd olunan məsələlər icra zamanı həll edilə bilər. Buna görə də iddia qalan, hərracda satışdan əldə olunmuş vəsaitin borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehlərdən müştərək qaydada tutulması hissəsində təmin edilməməlidir. Bundan əlavə, birinci cavabdehin mülkiyyətində olan Ucar şəhəri, Nəsimi küçəsində 0,045 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 9 nömrəli fərdi yaşayış evinə, Ucar şəhəri, Heydər Əliyev prospekti 131A ünvanında 0,0078 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən qeyri-yaşayış binasına və Ucar şəhəri, Heydər Əliyev prospekti 131C ünvanında 0,0205 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən qeyri-yaşayış binasına tutma yönəldikdən və onlar satıldıqdan 1 ay sonra birinci cavabdehin həmin fərdi yaşayış evinə istifadə hüququnun itirilməsi və alıcıya təhvil verilməsi, habelə qeyri-yaşayış binalarının alıcıya təhvil verilməsi tələbləri təmin edilməməlidir. Belə ki, həmin fərdi yaşayış evinin və qeyri-yaşayış binalarının alıcıya təhvil verilməsini və cavabdehin həmin evə istifadə hüququnun itirilməsini tələb etmək üçün iddiaçının subyektiv hüququ yoxdur, belə hüquq daşınmaz əmlakları hərracda satın alacaq şəxsə və hərracda satılmayacağı təqdirdə banka təhvil verilməsinin baş tutacağı təqdirdə banka məxsus olacaqdır. Buna görə də iddia həmin hissələrdə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı qismən təmin edərkən ipoteka predmetlərinin ilkin satış qiymətlərinin müəyyənləşdirilməsi hissəsində gəldiyi nəticə ilə razılaşmır. Məhkəmə kollegiyası tərəfindən ipotekа predmetlərinin qiymətləndirilməsi uçün müstəqil qiymətləndirici dəvət edilmiş və qiymətləndirmə rəyləri alınmışdır. “X2” MMC-nin 18 yanvar 2022-ci il tarixli 04/LBC nömrəli qiymətləndirmə rəyində göstərilmişdir ki, Ucar şəhəri, Nəsimi küçəsində xüsusi mülkiyyətində olan 0,045 ha torpaq sahəsində yerləşən 9 nömrəli fərdi yaşayış evinin real bazar dəyəri nəzərə alınmaqla hazırki dövrə olan likvid qiyməti 60 000 (altımış min) AZN təşkil edir. “X2” MMC-nin 18 yanvar 2022-ci il tarixli 05/LBC nömrəli qiymətləndirmə rəyində göstərilmişdir ki, Ucar şəhəri, Heydər Əliyev prospekti 131A ünvanında yerləşən qeyriyaşayış sahəsinin real bazar dəyəri nəzərə alınmaqla hazırki dövrə olan likvid qiyməti 55 000 (əlli beş min) AZN təşkil edir. “X2” MMC-nin 18 yanvar 2022-ci il tarixli 06/LBC nömrəli qiymətləndirmə rəyində göstərilmişdir ki, Ucar şəhəri, Heydər Əliyev prospekti 131C ünvanında yerləşən qeyriyaşayış sahəsinin real bazar dəyəri nəzərə alınmaqla hazırki dövrə olan likvid qiyməti 135 000 (bir yüz otuz beş min) AZN təşkil edir. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı qismən təmin edərkən ipoteka predmetlərinin ilkin satış qiymətlərinin müəyyənləşdirilməsi hissəsində düzgün nəticəyə gəlmədiyindən və qətnаmə həmin hissədə fаktlаr nöqteyi-nəzərindən qаnunsuz və əsаssız, mаhiyyəti üzrə isə düzgün olmadığındаn, işdə qətnаmənin həmin hissədə аpellyаsiyа qаydаsındа dəyişdirilməsi üçün əsаslаr olduğuna görə Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmalı, Ucar Rayon Məhkəməsinin 15 fevral 2021-ci il tarixli 2(063)-1/2021 nömrəli qətnaməsi ipoteka predmeti olan Ucar şəhəri, Nəsimi küçəsində Cavabdeh1 xüsusi mülkiyyətində olan 0,045 ha torpaq sahəsində yerləşən 9 nömrəli fərdi yaşayış evinin ilkin satış qiyməti 60 000 manat, Ucar şəhəri, Heydər Əliyev prospekti 131A ünvanında Cavabdeh1 xüsusi mülkiyyətində olan 0,0078 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən qeyri-yaşayış binasının ilkin satış qiyməti 55 000 manat və Ucar şəhəri, Heydər Əliyev prospekti 131C ünvanında Cavabdeh1 xüsusi mülkiyyətində olan 0,0205 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən qeyri-yaşayış binasının ilkin satış qiyməti 135 000 manat müəyyən edilməklə dəyişdirilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.3-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnaməni dəyişdirə bilər; Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunsun. Ucar Rayon Məhkəməsinin 15 fevral 2021-ci il tarixli 2(063)-1/2021 nömrəli qətnaməsi ipoteka predmeti olan Ucar şəhəri, Nəsimi küçəsində Cavabdeh1 xüsusi mülkiyyətində olan 0,045 ha torpaq sahəsində yerləşən 9 nömrəli fərdi yaşayış evinin ilkin satış qiyməti 60 000 manat, Ucar şəhəri, Heydər Əliyev prospekti 131A ünvanında Cavabdeh1 xüsusi mülkiyyətində olan 0,0078 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən qeyri-yaşayış binasının ilkin satış qiyməti 55 000 manat və Ucar şəhəri, Heydər Əliyev prospekti 131C ünvanında Cavabdeh1 xüsusi mülkiyyətində olan 0,0205 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən qeyri-yaşayış binasının ilkin satış qiyməti 135 000 manat müəyyən edilməklə dəyişdirilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-105/2022
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-105/2022
16.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver