Məhkəmə qərarları › İş №2(107)-105/2023

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-105/2023

18.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-105/2023 18.01.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə (Açar sözlər: pul tələbi) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və X1 ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Balakən Rayon Məhkəməsinin 29 sentyabr 2022-ci il tarixli 2(019)-646/2022 saylı qətnaməsindən Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları

1. Cavabdeh 16 sentyabr 2020-ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı 30000 (otuz min) manat məbləğində borc pul almış və aldığı borc pulu xx.xx.2020-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. Bundan başqa Cavabdeh xahişi ilə İddiaçı ona 3.000 (üç min) manat pulu da “Xəzri” ödəniş sistemi ilə xx.xx.2020-ci ildə vermişdir. Cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş və tələb edilməsinə baxmayaraq iddiaçıya borclu olduğu 33000 manat pulu qaytarmamışdır.

Birinci instansiya məhkəməsində icraat:

2. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh 33.000 (otuz üç min) manat əsas borcun, borc məbləğini gecikdirdiyinə görə 3.300 (üç min üç yüz) manat faizin və ödənilmiş 200 (iki yüz) manat dövlət rüsumu məbləğinin, ümumilikdə cəmi 36.500 (otuz altı min beş yüz) manat məbləğlərinin onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddiaçı Bayrəməli oğlu iddiasını onunla əsaslandırmışdır ki,Bakı şəhəri 40 saylı notariat ofisinin xüsusi notariusu X2 tərəfindən təsdiq edilmiş xx.xx.2020-ci il tarixli, 3M- 211 reyestr nömrəli kredit müqaviləsinə əsasən tərəfindən Cavabdeh 30.000 (otuz min) manat məbləğində borc verilmişdir. Sözügedən müqavilənin şərtlərinə əsasən o həmin borc məbləğini xx.xx.2020-ci il tarixinə kimi qaytarmalı olduğu halda bunu etməmiş, bununla da qanunla müəyyən edilmiş öhdəliyi yerinə yetirməmişdir. Müqavilənin 8-ci bəndində nəzərdə tutulmuşdur ki,“Borc alan” müqavilə üzrə müəyyən edilmiş müddətdə krediti qaytarmadıqda və ya ödəmədikdə qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyacaqdır. Müqavilənin 9-cu bəndinə əsasən isə, tərəflərin həmin müqavilə üzrə mübahisələri onların razılığı ilə, belə razılıq olmadıqda isə məhkəmə qaydasında həll olunur. Bununla yanaşı, tərəfindən Cavabdeh əlavə olaraq onun xahişi ilə 3.000 (üç min) manat borc da ona “Xəzri” ödəniş sistemi ilə xx.xx.2020-ci də verilmişdir. Lakin, qeyd edilən borc məbləğləri borclu tərəfindən bu günə kimi ona qaytarılmamışdır. Öhdəliyin icrası ilə bağlı tərəfindən borcluya dəfələrlə məlumatlar verilməyinə baxmayaraq o, üzərinə düşən öhdəliyini icra etməmiş bununla da onu ciddi maddi sıxıntılara salmışdır. Eyni zamanda, həmin pul məbləğlərinin Cavabdeh qanunamüvafiq şəkildə alınması və onunla birgə digər şəxsin ona qarşı mənzil satmaq adı ilə dələduzluq etməsi ilə bağlı aidiyyatı üzrə hüquq mühafizə orqanlarına şikayəti əsasında Xətai rayon Polis İdarəsinin 36-cı Polis Bölməsinin təhqiqatçısı, polis mayoru Qabil Hüseynov tərəfindən “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 25 fevral 2022-ci il tarixdə qərar qəbul edilmişdir. Həmin qərarda izahatı alınmış Cavabdeh özü də etiraf etmişdir ki, həqiqətən də tərəflər arasında borc müqaviləsi bağlanılmış, lakin onun ödənilməsi və ya tutulması üçün məhkəməyə vermək hüququ vardır. Hesab edir ki, Cavabdeh 33.000 (otuz üç min) manat məbləğində pul vəsaiti məhkəmə qaydasında tutularaq ona ödənilməlidir. Qeyd edilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi.

4. İddiaçı , onun nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş,lakin İddiaçı məhkəməyə teleqram göndərərək işdə olması ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini göstərərək xx.xx.2022-ci il tarixdə saat 15:20-ə təyin edilmiş baxış iclasının iştirakı olmadan keçirilərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.1-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

5. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini etiraf etməyərək göstərdi ki , nümayəndəsi olduğu Cavabdeh özünə məxsus mənzilin alqısatqısı ilə bağlı İddiaçı ilə tanış olmuşdur. Onlar mənzili 75000 manata razılaşmışlar. Razılıqlarına əsasən İddiaçı ilkin olaraq 15000 manatı Cavabdeh ödəmiş, qalan məbləği isə hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. 2020-ci ilin sentyabr ayında Cavabdeh açacağı market üçün pul ehtiyac olmuş və o, İddiaçı bir ay müddətinə qaytarmaq şərtilə 30000 manat borc pul istəmişdir. İddiaçı özündə pul olmadığını, lakin başqa şəxsdən pul götürüb verə biləcəyini bildirmişdir.16 sentyabr 2020-ci ildə İddiaçı Bakı şəhəri 40 saylı notariat ofisində,xx.xx.2020-ci il tarixli, 3M-211 reyestr nömrəli kredit müqaviləsi bağlamaqla Cavabdeh 30000 manat pulu borc vermişdir. Müqaviləyə əsasən Cavabdeh 12 oktyabr 2020-ci il tarixə kimi həmin məbləği geri qaytarmağı öhdəsinə götürmüşdür.Cavabdeh 12 oktyabr 2020-ci il tarixə kimi pulu qaytara bilməmiş, ondan bir həftə sonra 19 oktyabr 2020-ci il tarixdə yaşadığı evdə, anası X3 və tanışları Şahid1 Mürüvət qızının yanında 30000 manatı İddiaçı qaytarmışdır. Həmin vaxt İddiaçı pulu götürmüş və gedib kredit müqaviləsini ləğv etdirəcəyini bildirmişdir. O, vaxtdan iki ilə yaxın vaxt keçdikdən sonra İddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.Cavabdeh borc aldığı 30000 manatı qaytarmışdır, onun İddiaçı heç bir borcu yoxdur. İddia tələbi həmin hissədə əsassızdır. Həmçinin İddiaçı tələb etdiyi 3000 manatı Cavabdeh evə görə vermişdir. Odur ki, onun həmin tələbi də əsassızdır. Bundan başqa tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 3M-211 reyestr nömrəli kredit müqaviləsinin 3-cü bəndində pulun faizsiz verildiyi qeyd edilmiş, buna görə İddiaçı borca görə faiz tələb etməsi də əsassızdır. İddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

6. Cavabdehin nümayəndəsinin vəsatəti əsasında şahid qismində dindirilmiş, Cavabdeh anası X5 məhkəmə iclasında cavabdehin nümayəndəsi Vəkil1 izahatına uyğun ifadə verərək, ifadəsində onun göstərdiklərini təsdiq etdi.

7. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 Mürüvət qızı göstərdi ki, “Gözəllik salonu”nda işləyir. Cavabdeh tanıyır, onunla və onun anası Leyla ilə mehriban münasibətləri vardır. 2020-ci ilin sentyabr ayında Fatimagil yaşadıqları evin altında market açmışlar.O, da qızını həmin marketdə işə qoymaq istəmişdir. Marketin açılışı ilə əlaqədar Fatimagilə pul lazım olmuş, onlar ev alqı-satqısı ilə bağlı tanış olduqları İlqar adlı şəxsdən bir ay müddətə qaytarmaq şərtilə 30000 manat borc almışlar.2020-ci ilin oktyabr ayında o, “manikür,pedikür” etmək üçün Fatimagildə olarkən İddiaçı onlara gəlmiş, həmin vaxt Fatima və anası borc aldıqları 30000 manatı İddiaçı qaytarmışlar.İlqar onlara bildirmişdir ki, notariusa gedib müqaviləni ləğv etdirəcəkdir. Sonradan eşitmişdir ki, İddiaçı pulu alsa da yenidən Fatimadan həmin pulu tələb edir.

8. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, Cavabdeh 16 sentyabr 2020-ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı 30000 (otuz min) manat məbləğində borc pul almış və aldığı borc pulu xx.xx.2020-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. Bundan başqa Cavabdeh xahişi ilə İddiaçı ona 3.000 (üç min) manat pulu da “Xəzri” ödəniş sistemi ilə xx.xx.2020-ci ildə vermişdir. Cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş və tələb edilməsinə baxmayaraq iddiaçıya borclu olduğu 33000 manat pulu ödəməmişdir. Buna görə də iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

9. Məhkəmə işin hallarını, maddi hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia tələbi əsas borca aid hissədə əsaslı olduğundan təmin edilməlidir.

10. Cavabdeh aldığı borcu öhdəliyin icrası üçün müəyyən olunmuş müddətdə qaytarmadığından məhkəmə hesab edir ki, İddiaçı gecikdirməyə görə illik beş faizi tələb etməkdə haqlıdır. Bununla yanaşı məhkəmə hesab edir ki, iddiaçının həmin faizi iki ilə görə tələb etməsi əsaslı deyildir. Belə ki, iş materiallarından görünür ki, cavabdeh pulun ödənilməsini 2020-ci ilin oktyabr ayından geçikdirməyə başlamışdır. İddia ərizəsi isə 13 iyun 2022-ci ildə, yəni bir il səkkiz aydan sonra verilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının faiz tələbi bir il səkkiz ay üçün əsaslı hesab oluna bilər. Bu isə 2750 manat təşkil edir.

11. Cavabdeh nümayəndəsi kredit müqaviləsi və “Xəzri” ödəniş sistemi ilə verilmiş borcun qaytarılmasını göstərsə də bunu təsdiq edən heç bir sənədi məhkəməyə təqdim edə bilmədi. Odur ki, məhkəmə cavabdehin nümayəndəsinin etirazını əsaslı hesab etmir.

12. Bundan başqa məhkəmə şahid qismində dindirilmiş Leyla Məmmədovanın cavabdehin anası, Şahid1 isə onun rəfiqəsi olmalarını nəzərə alaraq, onların ifadələrinə tənqidi yanaşaraq, ifadələri həqiqətə uyğun olmadıqlarına görə sübut kimi qəbul etmir.

13. İddia tələbi qismən təmin edildiyindən məhkəmə hesab edir ki, 200 manat dövlət rüsumu xərci də təmin edilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir.

14. Balakən Rayon Məhkəməsinin 29 sentyabr 2022-ci il tarixli 2(019)-646/2022 saylı qətnaməsi ilə (hakim Hümbət Səlimov) iddia qismən təmin olunmuş, Cavabdeh əsas borca görə 33000 (otuz üç min) manat, borc məbləğinin gecikdirilməsinə görə 2750(iki min yeddi yüz əlli ) manat və ödənilmiş 200 manat dövlət rüsumu xərcinin 196(bir yüz doxsan altı) manatı, cəmi 35946 (otuz beş min doqquz yüz qırx altı) manatın alınıb İddiaçı xeyrinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

15. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385, 442, 445, 448, 529 və 740-cı maddələrinə istinad etmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir:

16. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 16 sentyabr 2020-ci il tarixli kredit müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən İddiaçı 30000 (otuz min ) manat məbləğində borc pulu Cavabdeh borc vermiş, Cavabdeh borcu xx.xx.2020-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. Kredit müqaviləsinin 3-cü bəndinə əsasən tərəflər borcun faizsiz verilməsini şərtləndirirlər. Müqavilənin 8-ci bəndinə əsasən “Borc alan” müqavilə üzrə müəyyən edilmiş müddətdə krediti qaytarmadıqda və ya faizləri ödəmədikdə qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyacaqdır. Müqavilənin 9-cu bəndinə əsasən tərəflərin həmin müqavilə üzrə mübahisələri onların razılığı ilə, belə razılıq olmadıqda isə məhkəmə qaydasında həll olunur.

17. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 25 fevral 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, İddiaçı müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir.

18. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 аpellyаsiyа şikаyəti vermişdir.

Apellyasiya şikayətinin dəlilləri

19. Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, Cavabdeh borc aldığı 30000 manatı qaytarmışdır, onun İddiaçı heç bir borcu yoxdur. İddia tələbi həmin hissədə əsassızdır.

20. Həmçinin İddiaçı tələb etdiyi 3000 manatı Cavabdeh evə görə vermişdir. İddiaçıla Cavabdeh arasında Cavabdeh məxsus evin xx.xx.2020-ci ilədək alqı-satqısının həyata keçirilməsi üçün 16 sentyabr 2020-ci il tarixli beh müqaviləsi bağlanmışdır. Həmin beh müqaviləsi üzrə öhdəliklər də İddiaçı tərəfindən yerinə yetirilməmişdir.

21. Bundan başqa tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 3M-211 reyestr nömrəli kredit müqaviləsinin 3-cü bəndində pulun faizsiz verildiyi qeyd edilmiş, buna görə İddiaçı borca görə faiz tələb etməsi də əsassızdır. Eyni zamanda tərəflər aralarında bağladıqları xx.xx.2020-ci il tarixli kredit müqaviləsinin 3-cü bəndinə görə tərəflər borcun faizsiz verilməsini razılaşdırmışlar. Belə olan halda hazırki kredit müqaviləsi ilə bağlı borca görə yaranmış mübahisələr qanunla yox müqavilə ilə tənzimlənməlidir. Müqavilə əsasən isə tərəflər borcu faizsiz şərtləşdirmişlər.

22. İddiaçı tərəfindən 30000 manat məbləğində pulun 26 günədək, yəni xx.xx.2020xx.xx.2020-ci il tarixədək qaytarılması ilə bağlı razılaşması, lakin pul məbləğinin uzun müddət tələb edilməməsi məhkəmə üçün heç bir əsaslı şübhələr yaratmamışdır. Müqavilədə göstərilən pul iddiaçıya qaytarıldığına görə bu müddət ərzində susmuş, lakin sonradan pulun qaytarılmasının rəsmiləşdirilməməsindən sui-istifadə edərək məhkəmədə hazırki iddianı qaldırmışdır.

23. Ona görə də, Balakən Rayon Məhkəməsinin 29 sentyabr 2022-ci il tarixli 2(019)- 646/2022 saylı qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

24. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

25. İddiaçı və Cavabdeh işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

Tətbiq edilən hüquq

26. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 529.3-cü maddəsində imperativ qaydada müəyyən edilmişdir ki, əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir. 740-cı maddəsinə əsasən borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər.

27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

28. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

29. Cavabdeh Balakən Rayon Məhkəməsinin 29 sentyabr 2022-ci il tarixli 2(019)- 646/2022 saylı qətnaməsinin tam ləğv edilməsini xahiş etsə də, iddianın rədd edilmiş hissəsində qətnamənin nə üçün ləğv edilməli olmasını əsaslandırmadığından məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin edilmiş hissəsində əsaslılığını yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

30. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı qismən təmin edərkən iddianın təmin edilmiş hissəsində hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən həmin hissədə əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir.

31. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində bu qətnamənin 19-cu bəndində göstərilmiş arqumentlərinə münasibət bildirərək qeyd edir ki, bu qətnamənin 26cı bəndində göstərildiyi kimi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 529.3-cü maddəsində imperativ qaydada müəyyən edilmişdir ki, əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir. Eyni zamanda, cavabdeh özü də apellyasiya şikayətində bu qətnamənin 22-ci bəndində göstərilmiş cümlələrində “borcun qaytarılmasının rəsmiləşdirilmədiyi”ni qeyd edir. Belə olduqda, borcun həqiqətən qaytarılmış olduğunu sübut edən heç bir dəlil mövcud olmadığından birinci instansiya məhkəməsi iddianı həmin hissədə təmin etməkdə haqlı olmuşdur.

32. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində bu qətnamənin 20-ci bəndində göstərilmiş arqumentlərinə münasibət bildirərək qeyd edir ki, cavabdeh 16 sentyabr 2020-ci il tarixli beh müqaviləsinə istinad etsə də, mülki işin materiallarında hər hansı beh müqaviləsinə rast gəlinmir. Cavabdeh qeyd etdiklərini təsdiq edəcək heç bir sübut və ya dəlili məhkəmə kollegiyasına təqdim etməmişdir.

33. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində bu qətnamənin 21-ci bəndində göstərilmiş arqumentlərinə münasibət bildirərək qeyd edir ki, bu qətnamənin 26cı bəndində göstərildiyi kimi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinin tələbinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə (cavabdehin qeyd etdiyi kimi müqavilədə faiz ödənilməsi nəzərdə tutulmur), gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Göründüyü kimi, qanun müqavilədə faiz ödənilməsi nəzərdə tutulmadığı halda belə, kreditorun borcun gecikdirilməsi müqabilində illik beş faiz ödənilməsini tələb etmək hüququnu müəyyən edir. Birinci instansiya məhkəməsi iddianın həmin hissədə qismən təmin etməkdə haqlı olmuşdur. İddianın təmin olunmamış hissəsi iddiaçı tərəfindən mübahisələndirilməmişdir.

34. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı qismən təmin edərkən iddianın təmin edilmiş hissəsində düzgün nəticəyə gəldiyindən və qətnаmə həmin hissədə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin həmin hissədə аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Balakən Rayon Məhkəməsinin 29 sentyabr 2022-ci il tarixli 2(019)-646/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

35. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Balakən Rayon Məhkəməsinin 29 sentyabr 2022-ci il tarixli 2(019)-646/2022 saylı qətnaməsi iddianın təmin edilmiş hissəsində dəyişdirilmədən sаxlаnılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.

Sədrlik edən: Ələddin Məcidov

Hаkimlər: Mahir Əsədli

Elçin Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar