Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1051/2023 27.09.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə (Açar sözlər: borc pul tələbi) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu və X1 ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Yevlax Rayon Məhkəməsinin 01 iyun 2023-cü il tarixli 2(039)-1054/2023 nömrəli qətnaməsindən Cavabdehh Cəmil oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları
1. İddiaçı Cavabdeh 2,800 manat borc pul vermişdir. Cavabdeh borcundan 500 manat məbləğini ödəmiş, qalan 2300 manat isə ödənilməmişdir.
Birinci instansiya məhkəməsində icraat:
2. İddiaçı cavabdeh Taleh Əsgərova qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək cavabdehdən 2,300 manat borcunun, 51 manat dövlət rüsumunun tutulub ona verilməsi barədə qətnamə çıxarlmasını xahiş etmişdir.
3. İddia tələbini belə əsaslandırmışdır ki, cavabdehə 2,800 manat borc pul vermişdir. Həmin pul məbləğini 2021-ci il tarixdə ona vermişdir. Aralarında olan səmimi münasibətlər səbəbindən onun aldatmağına səbirlə yanaşmışdır. Çoxsaylı zənglərindən sonra şəxs hər dəfə aldığı borcu tamamilə etiraf etmiş, qaytaracağını bildirmişdir. Sonuncu dəfə də bildirmişdir ki, hissə-hissə borcunu qaytaracaqdır. Bundan sonra şəxs 10 gün əvvəl 2800 manat borcundan 500 manat məbləğini nağd olaraq ödəmişdir. Hazırda 2,300 manat borcu qalmışdır. Bu borcu qaytaracağını bildirmişdir. Bütün bunlara baxmayaraq cavabdeh hər dəfə pulu ödəməkdən yayındıqdan məhkəməyə müraciət etmək məcburiyyətində qaldı. İddianı müdafiə edir. Cavabdehdən pulunun alınmasında israrlıdır.
4. İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəmə baxışı zamanı iddia ərizəsinin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirmişdir ki, dəfələrlə cavabdehlərə müraciət edərək borc olaraq verdiyi pulu istəsə də, cavabdeh müxtəlif bəhanələrlə bundan yayınırlar. Cavabdehin borclu olması özünün etirafedici izahatı ilə yanaşı, təqdim etdikləri audio yazı ilə də təsdiq olunur. İddianın təmin edilməsini xahiş etmişdir.
5. Cavabdeh Taleh Əsgərov iddianı qəbul etməyərək bildirmişdir ki, İddiaçılə çox yaxın münasibətləri olmuşdur. İşləri ilə əlaqədar pul lazım olanda dəfələrlə İddiaçı faiz ödəmək şərti ilə pul götürmüş və sonradan hissə-hissə ödəməklə qaytarmışdır. Həqiqətən 2021-ci ildə İddiaçı faizi ödəmək şərti ilə 2,800 manat borc olaraq pul almışdır. Həmin pulu hissə-hissə ödəmiş, İddiaçı borcu qalmamışdır. Təqdim edilmiş audio yazıda olan səslər ona və İddiaçı məxsusdur. İddianın təmin edilməməsini xahiş etmişdir.
6. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, İddiaçı cavabdeh Taleh Əsgərova 2,800 manat borc vermişdir. Bu hal cavabdehin etirafı, habelə təqdim edilmiş audio yazı ilə təsdiqini tapmışdır. Taleh Əsgərov tərəfindən həmin borcdan 500 manat qaytarması iddiaçı tərəfin etirafı ilə təsdiq olunur. Lakin, Taleh Əsgərov 2,300 manatı da İddiaçı qaytardığını bildirsə də, buna dair hər hansı sübut təqdim etməmişdir. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, iddia əsaslıdır və təmin edilməlidir. Məhkəmə xərcinin əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
7. Yevlax Rayon Məhkəməsinin 01 iyun 2023-cü il tarixli 2(039)-1054/2023 nömrəli qətnaməsi ilə (hakim Toğrul Əliyev) iddia təmin olunmuş, Cavabdehh Cəmil oğlundan 2,300 manat borc, habelə 51 manat ödənilmiş dövlət rüsumunun əvəzi, ümumi 2,351 (iki min üç yüz əlli bir) manatın İddiaçı xeyrinə tutulması qət edilmişdir.
8. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385 və 739-cu maddələrinə istinad etmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir:
9. Təqdim edilmiş diskdə olan audio yazı məhkəmə iclası dinlənilmişdir. Qeyd edilən audi yazıda Telman Əsgərov borcunun olduğunu etiraf etmiş və borcu ödəyəcəyinə vəd vermişdir.
10. Qətnаmədən nаrаzı qаlаn Cavabdehh Cəmil oğlu аpellyаsiyа şikаyəti vermişdir.
Apellyasiya şikayətinin dəlilləri
11. Cavabdehh Cəmil oğlu apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, iddia tələbi Taleh Əsgərova qarşı irəli sürülmüşdür. O isə əslində Taleh Əsgərov deyil. Onun adı “Tale”dir. Bu hal birbaşa mülki prosessual hüquq pozuntusudur. Məhkəmə isə bu hala diqqət etməmişdir. O, 2021-ci ildə İddiaçı borc pul almamışdır. İddiaçı faizlə pul məbləğini təxminən 2018-ci ildə almışdır. Aldığı məbləği tam olaraq artıqlaması ilə ödəmişdir. Belə ki, öhdəlikləri tam icra etmişdir. İddiaçı ona qarşı qərəzli mövqe sərgiləyir. Öhdəliyin icrasını tərəfindən yerinə yetirilməsi ilə bağlı məhkəməyə təqdim etdiyi sübutları birinci instansiya məhkəməsi tərəfindən nəzərə alınmamışdır.
12. Ona görə də, Yevlax Rayon Məhkəməsinin 01 iyun 2023-cü il tarixli 2(039)- 1054/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia ərizəsinin baxılmamış saxlanmasına dair qərardad qəbul edilməsini xahiş edir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
14. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.
15. İddiaçı işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
Tətbiq edilən hüquq
16. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2-ci maddəsinə əsasən Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.
17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
18. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
19. Cavabdeh Yevlax Rayon Məhkəməsinin 01 iyun 2023-cü il tarixli 2(039)- 1054/2023 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
20. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı təmin edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir.
21. Əvvəla, məhkəmə kollegiyası qeyd edir ki, “Borc müqaviləsi” bağlanma anına görə real əqddir, konsensual əqdlərdən fərqli olaraq real əqdlərin bağlanmış hesab olunması üçün yalnız razılaşma kifayət deyil, bunun üçün əqdin məzmununa daxil olan müəyyən hərəkətin icra edilməsi tələb olunur. “Borc müqaviləsində” belə hərəkət müqavilənin predmetini təşkil edən pulun borcverən tərəfindən borcalana verilməsidir. Odur ki, pulun verildiyi andan kredit müqaviləsi bağlanmış sayılır, pulun verildiyi şəxs isə borcalan hesab olunur. Borcverən olan iş üzrə iddiaçı pulu borcalan olan cavabdehə təhvil vermiş və cavabdeh pulu aldığını etiraf etmişdir. Bu hallar işə əlavə edilmiş audio yazılarla sübut olunur. Bununla da, müqavilə bağlanmış hesab edilir. Məhkəmənin mövqeyinə görə, borcverən olan iddiaçı cavabdeh qarşısında üzərinə götürdüyü öhdəliyi, yəni müqavilədə (yazılı qeyddə) qeyd edilən pul məbləğini cavabdehə borc vermiş, borcalan olan cavabdeh isə, həmin pul məbləğini qaytarmaq barədə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Cavabdeh apellyasiya şikayətində borcunu tam ödədiyini və bununla bağlı məhkəməyə sübutlar təqdim etdiyini bildirsə də, iş materiallarında cavabdeh tərəfindən iddiaçıya pul ödənilməsi ilə bağlı hər hansı sübut və ya dəlilə rast gəlinmir.
22. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Bu qətnamənin 16-cı bəndində qeyd edilən maddi hüquq normalarının işin hallarına tətbiqi nəticəsində müəyyən edilir ki, borcalan olan cavabdeh kreditor olan iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyi üçün mülki məsuliyyət daşıyır.
23. Məhkəmə kollegiyası apellyasiya şikayətinin iddia tələbinin Taleh Əsgərova qarşı irəli sürüldüyü, onun isə əslində Taleh Əsgərov deyil, “Tale” olduğu barədə dəlillərinə münasibət bildirərək qeyd edir ki, məhkəmə sənədlərində, həmçinin məhkəmənin qətnaməsində cavabdehin adı “Taleh” olaraq yazılmış, Yevlax Rayon Məhkəməsinin 4 avqust 2023-cü il tarixli 2(039)-1054/2023 nömrəli qərardadı ilə qətnamədə yol verilmiş həmin yanlışlıq düzəldilmişdir. Kollegiya həmçinin onu da qeyd edir ki, cavabdehin 4 iyun 2023-cü ildə Yevlax Rayon Məhkəməsinə verdiyi ərizəsində də adını “Cavabdehh Cəmil” kimi qeyd etmişdir.
24. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı təmin edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn Cavabdehh Cəmil oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Yevlax Rayon Məhkəməsinin 1 iyun 2023-cü il tarixli 2(039)-1054/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
25. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdehh Cəmil oğlu tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Yevlax Rayon Məhkəməsinin 01 iyun 2023-cü il tarixli 2(039)-1054/2023 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.