Məhkəmə qərarları › İş №2(107)-1052/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1052/2020

07.05.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1052/2020 07.05.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Abbasov Gündüz Qasım oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Hüseynov Mirbahəddin Mirdamət oğlundan ibarət tərkibdə, Hümmətov Hümmət Həmid oğlunun katibliyi ilə, Ağdaş Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(014)-165/2020 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş аpellyаsiyа şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Ağdaş Rayon Məhkəməsinin (hakim Nizam Əliyev) xx xxxxxx 2020-ci il tarixli 2(014)- 165/2020 nömrəli qətnaməsi ilə iddiаçı İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair iddiası qismən təmin edilərək, Ağdaş Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli 2(014) 1171/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılması, Cavabdeh xx xxxxxxx 2013-cü il tarixdə anadan olmuş X5 və xx xxxx 2015-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 110 manat sabit pul məbləğində alimentin İddiaçı xeyrinə tutulması qət edilmişdir. İşin halları İddiaçı (bundan sonra iddiaçı və ya İddiaçı) Ağdaş Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, Ağdaş rayonu Nehrəhəlil kəndində yaşayan Cavabdeh (bundan sonra cavabdeh və ya Cavabdeh) birgə nikahlarından doğulmuş iki övladlarının saxlanılması üçün kəsilən alimentin miqdarının artırılaraq hər ay hər uşaq üçün 160 (bir yüz altmış) manat ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx xxxxxx 2012-ci il tarixdə Ağdaş rayonu Nehrəxəlil kəndində yaşayan Cavabdeh ilə birgə nikaha girərək ailə həyatı qurmuşlar. Birgə nikahlarından xx xxxxxxx 2013-cü il tarixdə Harun, xx xxxx 2015-ci il tarixdə Məhəmməd adlı iki övladları anadan olmuşdur. Demək olar ki, ailə həyatı qurduqları gündən onun acınacaqlı, tufanlı həyatı başlamışdır. Heç bir əsası olmadan həyat yoldaşının ona, övladlarına laqeyd yanaşması, onunla kobud rəftarı, onu təhqir etməsi ailə həyatlarını çıxılmaz vəziyyətə salmış və sonunda bütün ona etdikləri azmış kimi 2018-ci il tarixdə Ağdaş rayon məhkəməsində aralarında qeyd edilmiş nikahın pozulmasına dair iddia qaldırmış və ondan boşanmışdır. Bu səbəblə o azyaşlı övladları ilə birlikdə valideynlərinin yanına sığınmışdır. Hazırda ata-anasının himayəsində yaşayır. Övladlarının saxlanılması üçün hər ay aldığı 180 manat aliment uşaqlarının ehtiyaclarına kifayət etmir. Özü xəstədir və heç bir yerdə işləmir. Buna görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən iddiaçı izahatında iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən Cavabdeh iddia tələbinin rədd edilməsini xahiş edərək gözdən əlil olduğunu, heç bir yerdə işləmədiyini, gözdən əlil olduğundan və işləmədiyindən tələb olunan alimenti ödəyə bilməyəcəyini, buna görə də alimentin məbləğinin artırılmasına razı olmadığını bildirmiş və məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir. İş üzrə Ağdaş Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(014)-165/2020 nömrəli qətnaməsi çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayəti verərək Ağdaş Rayon Məhkəməsinin xx xxxxxx 2020ci il tarixli 2(014)-165/2020 nömrəli qətnaməsinin ləğv edilməsi, təqdim edilmiş sübutlar əsasında yeni qətnamə qəbul edilərək iddiaçının tələbinin qismən rədd edilməsi, alimentin miqdarının azaldılması barədə qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, məhkəmə iclası bərabərlik əsasında keçirilməmiş, qətnamə iddiaçının marağını qoruyur. Gözünün görməməsinə görə 130 manat pensiya alır. Aldığı pensiya olduqca azdır və onun müalicəsi üçün aptekdən aldığı dərmanlarına azlıq edir. Məhkəmə qətnaməsi düzgün tərtib edilməmiş və tərəflərin tələblərinə bir mənalı yanaşaraq İddiaçı tələblərinə üstünlük verilmişdir. Belə ki, məhkəmə onun işləməməyini və əlil olmağını nəzərə almamış və alimentin ödənilməsini 110 (yüz on) manat təyin etmişdir. İşdə iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin təmin edilməsini, Ağdaş Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(014)-165/2020 nömrəli qətnaməsinin ləğv edilməsini, yeni qətnamə qəbul edilərək iddiaçının tələbinin qismən rədd edilməsini, alimentin miqdarının azaldılması barədə qərar çıxarılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının tarixi, vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq İddiaçı məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbdən olması barədə məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM) 185.1-ci maddəsində göstərilir ki, işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikasının MPM-in 376.2-ci maddəsinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. Məhkəmə kollegiyası iddiaçının iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Hüquq məsələləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilən: AZE ******** saylı şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı xx xxxx 1989-cu il tarixdə Ağdaş şəhərində anadan olmuş, Ağdaş şəhəri Y.Nəbiyev küçəsi 1/8-də qeydiyyatdadır. AZE ******** saylı şəxsiyyət vəsiqəsindən görünür ki, Cavabdeh xx xxxxxx 1987-ci il tarixdə Ağdaş rayonu Nehrəxəlil kəndində anadan olmuş, Ağdaş rayonu Nehrəxəlil kəndində qeydiyyatdadır. Ağdaş Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx xxxx 2015-ci il tarixli AZ-İİİ № 569670 saylı doğum haqqında şəhadətnamədən görünür ki, X4 xx.xx.2015-ci il tarixdə Ağdaş şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. Ağdaş RİHB-nin Nehrəxəlil kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi Kotanarx kəndi tərəfindən verilmiş xx xxxxxxx 2013-cü il tarixli AZ-İİİ № 569670 saylı doğum haqqında şəhadətnamədən görünür ki, X5 xx.xx.2013-cü il tarixdə Ağdaş şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçı Əlibala qızıdır. xx xxxxxx 2018-ci il tarixli AZ-İ № 298511 saylı nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X3 arasındakı nikahın pozulması aktı xx xxxx 2018-ci il tarixli 37 № ilə qeyd edilmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Ağdaş Rayon Şöbəsi tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli **********6 saylı arayışından məlum olur ki, Nehrəxəlil kəndində yaşayan Cavabdeh 2-ci qrup əlil olduğuna görə pensiyaçıdır, 801076 saylı pensiya işinə əsasən hər ay dövlətdən 130.0 manat pensiya alır. Ağdaş Rayon Məhkəməsi tərəfindən verilmiş xx xxx 2018-ci il tarixli 2(014)1171/2018 saylı qətnamədən görünür ki, Ağdaş Rayon Məhkəməsinin xx xxxxxxxx 2017-ci il tarixli 2(014)-2721/2017 saylı qətnaməsi ilə Cavabdeh X3 xeyrinə iki uşağın saxlanılması üçün tutulan alimentin miqdarı artırılmış, Cavabdeh qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq xx xxxxxxx 2013-cü il tarixdə anadan olmuş X5 və xx xxxx 2015-ci il tarixdə anadan olmuş X2 18 yaşına çatana qədər onların saxlanılması üçün X3 xeyrinə hər ay hər uşaq üçün 90 manat cəmi 180 (bir yüz səksən) manat alimentin tutulması qət edilmişdir. İşin həqiqi halları ilə müəyyən edilir ki, İddiaçı ilə Cavabdeh aralarında olan nikah məhkəmə qaydasında pozulmuşdur. Onların birgə nikahından xx xxxxxxx 2013-cü il tarixdə Harun, xx xxxx 2015-ci il tarixdə Məhəmməd adlı iki övladları dünyaya gəlmişdir. Ağdaş Rayon Məhkəməsinin xx xxxxxxxx 2017-ci il tarixli 2(014)-2721/2017 nömrəli qətnaməsinə əsasən hər ay hər uşaq üçün cavabdehdən 90 manat olmaqla, cəmi 180 (bir yüz səksən) manat məbləğində alimentin tutularaq iddiaçıya verilməsi qət edilmişdir. İddiaçı bəyan edir ki, hazırda 180 (bir yüz səksən) manat məbləğində aliment uşaqların tələbatlarını ödəmir. Ona görə də cavabdehdən tutulan alimentin məbləğinin hər ay hər uşaq üçün 160 manat olmaqla, cəmi 320 (üç yüz iyirmi) manat məbləğinə artırılmasını xahiş edir. Məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Cavabdeh apellyasiya şikayətində Ağdaş Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin qismən ləğv edilməsini, alimentin miqdarının azaldılması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini heç bir yerdə işləməməsi, 2-ci qrup gözdən əlil olması, 2-ci qrup əlil kimi cəmi 130 manat pensiya alması, pensiyadan başqa digər qazancının olmaması ilə əsaslandırmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV hissəsinə əsasən, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. “X7” Azərbaycan Respublikası Qanununun: 3-cü maddəsinə əsasən, uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. 5-ci maddəsinə görə, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafeyini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır. 8-ci mаddəsinə əsаsən, hər bir uşаğın yаşаmаq, nоrmаl şərаitdə fiziki, əqli və mənəvi cəhətdən inkişаf еtmək hüququ vаrdır. Dövlət bu şərаiti təmin еdən iqtisаdi, sоsiаlhüquqi və digər tədbirlər görməyi, sаğlаm və təhlükəsizlik mühiti yаrаtmаğı öz öhdəsinə götürür. 19-cu maddəsinə görə, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. X7 BMT-in xx xxxxxx 1989-cu il tarixli Konvensiyasının 3-cü maddəsinə əsasən, sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilibkeçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. X1 xx xxxxxx 1959-cu il tarixli Uşaq hüquqları Bəyannaməsinin 2-ci prinsipinə görə, uşaq qanunla və digər vasitələrlə sosial müdafiə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi, ruhi və sosial baxımdan sağlam və normal yolla azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin edilməlidir. Həmin Bəyannamənin 4-cü prinsipinə əsasən, uşaq sosial təminatın faydalarından istifadə etməlidir. O, sağlam böyümək və inkişaf etmək hüququna malik olmalıdır və bu məqsədlə o, eləcə də anası, doğumdan əvvəl və sonra müvafiq qulluq daxil olmaqla, xüsusi qulluq və mühafizə ilə təmin olunmalıdır. Uşağın lazımi qidalanma, mənzil, əyləncə və tibbi xidmət hüququ olmalıdır. Həmin Bəyannamənin 6-cı prinsipində deyilir ki, azyaşlı uşaq, müstəsna şərait mövcud olduğu hallardan başqa, anasından ayrılmamalıdır. X7 Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə və X7 BMT-in xx xxxxxx 1989-cu il tarixli Konvensiyasının 27-ci maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş yaşayış minimumu səviyyəsindən aşağı olmamaq şərti ilə maddi təminat hüququ vardır. Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında xx xxxxxx 2019-cu il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən 2020-ci il üçün yaşayış minimumu uşaqlar üçün 170 (bir yüz yetmiş) manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda, uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 112.1-ci mаddəsinə görə, аliment ödənilməsi bаrədə sаziş оlmаdıqdа, məhkəmə tərəfindən аlimentin miqdаrı müəyyən оlunduqdаn sоnrа tərəflərdən birinin аilə və yа mаddi vəziyyətində dəyişiklik оlmuşsа, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə аlimentin müəyyən оlunmuş miqdаrını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx xxxx 2016-cı il tarixli 8-2/2016 nömrəli qərarının 8.1, 8.2 və 8.3-cü bəndlərində göstərilmişdir ki, yetkinlik yaşına çatmayan uşağın saxlanması üçün alimentin miqdarı valideynin qazancının (gəlirinin) müəyyən hissəsi, yaxud hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər (Ailə Məcəlləsinin 78.1-ci maddəsi). Məhkəmələrə izah edilsin ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“X7” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, musiqi, rəsm, idman, rəqs və digər dərnəklərə gedib-getməməsi də nəzərə alınmalıdır. İstinad olunan qanunvericilik normalarından və Ali Məhkəmənin Plenumunun qərarından göründüyü kimi uşaqlara qayğı göstərmək, onların maddi və mənəvi tələbatlarının təmin edilməsi valideynlərin borcudur, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş yaşayış minimumu səviyyəsindən aşağı olmamaq şərti ilə maddi təminat hüququ vardır, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsi üstün tutulmalıdır. Eyni zamanda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.2.2-ci maddəsinə əsasən, nikah məhkəmə qaydasında pozularkən ər-arvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya valideynlərdən birinin marağını pozduqda məhkəmə uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir. Həmin Məcəllənin 76.1.1-ci maddələrinə əsasən alimentin ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına şatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Məhkəmə kollegiyası qeyd olunan hüquq normalarını nəzərə alaraq hesab edir ki, uşaqları saxlamaq valideyn kimi onun borcu olduğuna görə cavabdeh uşağın saxlanması üçün iddiaçıya aliment ödəməlidir. xx xxxxxxx 2013-cü il tarixdə anadan olmuş X5 və xx xxxx 2015-ci il tarixdə anadan olmuş X4 iddiaçının himayəsində olduğundan uşaqlara qulluq, onların sağlamlığı, təhsili, inkişafı ilə bağlı məişət qayğılarının çəkilməsinin iddiaçının üzərinə düşməsi, uşağın saxlanması üçün maddi təminatın aliment kimi digər valideyndən, yəni hazırkı iş üzrə cavabdehdən tutulmasına əsas verir. Cavabdehin daimi iş yerinin və pensiyadan başqa sabit gəlir mənbəyinin olmaması onu uşağı saxlamaq vəzifəsindən azad etmir. Eyni zamanda, məhkəmə hesab edir ki, uşağın maddi ehtiyaclarının təmin olunması hər iki valideynin, yəni cavabdehlə yanaşı həm də iddiaçının vəzifəsidir. İşin faktiki hallarından görünür ki, cavabdeh ikinci qrup əlildir və dövlət tərəfindən ona hər ay 130 (yüz otuz) manat miqdarında pensiya ödənilir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş alimentin məbləğinin hər ay hər uşağa görə 110 manat sabit pul məbləğində müəyyən edilməsi Cavabdeh sağlamlıq vəziyyətinə, əmək qabiliyyətinə və maddi vəziyyətinə uyğun olmamaqla bir qədər yüksək məbləğdir. Belə ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Ağdaş rayon Şöbəsi tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli **********6 saylı arayışından məlum olur ki, Cavabdeh 2-ci qrup əlil olduğuna görə hər ay dövlətdən 130.0 manat pensiya alır. Ağdaş Rayon İcra Hakimiyyəti başçısının Nehrəxəlil kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin xx xxx 2020-ci il tarixli 86 saylı arayışından görünür ki, Cavabdeh 2-ci qrup əlildir və heç bir yerdə işləmir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Qeyd olunduğu kimi, Cavabdeh tutulan alimentin miqdarı axırıncı dəfə xx xxx 2018-ci il tarixdə artırılmışdır. Həmin vaxtdan keçən müddət ərzində onun maddi vəziyyətində müsbət dəyişiklik (artım) olması işin halları ilə müəyyən edilmir. İddiaçıda belə sübutlar təqdim edə bilməmişdir. Əksinə, müəyyən olunur ki, cavabdeh 2-ci qrup əlildir, heç bir yerdə işləmir. 2-ci qrup əlil olduğuna görə hər ay dövlət tərəfindən verilən 130 manat pensiyadan əlavə qazancının olması müəyyən edilmir. Birinci instansiya məhkəməsi bunları nəzərə almayaraq cavabdehdən tutulmalı olan alimentin miqdarını hər uşağa görə 110 manat olmaqla, cəmi 220 manat məbləğində müəyyən etməklə səhv etmişdir. Kollegiya göstərilənləri, habelə uşaqların saxlanmasının hər iki valideynin vəzifəsi olduğunu nəzərə almaqla xx xxxxxxx 2013-cü il tarixdə anadan olmuş X5 və xx xxxx 2015ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün cavabdehdən tutulmalı olan alimentin miqdarının hər ay hər uşaq üçün 100 (bir yüz) manat sabit pul məbləğində müəyyən edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. MPM-in 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə xx xxxx 2004-cü il tarixli, 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli qərarının izahına əsasən “istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab edilməsi üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. X9 Məhkəməsi özünün bir çox qərarlarında (“Delkart Belçikaya qarşı” iş üzrə xx xxxxxx 1970-ci il tarixli qərarı, “Piersack Belçikaya qarşı” iş üzrə xx xxxxxxx 1982-ci il tarixli qərarı və i.) vurğulamışdır ki, “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx xxxxxx 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. MPM-in 384.0.3-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Beləliklə, məhkəmə kollegiyаsı qeyd olunanları nəzərə alaraq, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Ağdaş Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(014)-165/2020 nömrəli qətnaməsi alimentin məbləğinə dair hissədə dəyişdirilməli, Cavabdeh tutulmalı olan alimentin məbləği azalaraq hər uşağa görə hər ay 100 (bir yüz) manat olmaqla, cəmi 200 (iki yüz) manat məbləğində müəyyən edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və MPM-in 384, 392, 393, 402-406-cı mаddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş аpellyаsiyа şikayəti qismən təmin edilsin. Ağdaş Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(014)-165/2020 nömrəli qətnaməsi alimentin məbləğinə aid hissədə dəyişdirilsin. Cаvаbdeh Cavabdeh оğlundаn xx xxxxxxx 2013-cü il tarixdə anadan olmuş X5 və xx xxxx 2015-ci il tarixdə anadan olmuş X4 аdlı uşаqların yetkinlik yаşınа çаtаnа kimi sаxlаnmаsı üçün tutulmalı olan alimentin miqdarı azaldılaraq, hər ay sabit pul məbləğində, hər uşağa görə 100 (bir yüz) mаnаt olmaqla, cəmi 200 (iki yüz)manat miqdarında müəyyən edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilərlər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar