Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1052/2022 31.08.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh və üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “cavabdeh tərəfindən mülkiyyətlərində olan torpaq sahəsinin sənədləşdirilməsinə edilən qanunsuz maneələrə son qoyulması və torpaq sahəsinin istifadəsində olan maneələrin aradan qaldırılması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: maneələrin aradan qaldırılması) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, X21 qızının katibliyi, İddiaçı və Cavabdeh nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Cavabdeh və üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “cavabdeh tərəfindən mülkiyyətlərində olan torpaq sahəsinin sənədləşdirilməsinə edilən qanunsuz maneələrə son qoyulması və torpaq sahəsinin istifadəsində olan maneələrin aradan qaldırılması” tələbinə dair mülki iş üzrə Qəbələ Rayon Məhkəməsinin 21 iyun 2022-ci il tarixli 2(025)- 28/2022 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları Qəbələ rayon AİK-in 20 dekabr 1999-cu il tarixli 20 nömrəli qərarı ilə İddiaçı, X3, X6, X11 və X4 birgə mülkiyyətinə JN-211A (Kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnaməyə əsasən 0,12 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsini Cavabdeh istifadə edir. Torpaq sahəsinin kənarları Cavabdeh tərəfindən metal tor və kol çəpər vasitəsi ilə bağlanılmışdır və həyətyanı sahə kimi istifadə olunur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş 16 may 2022-ci il tarixli, **********27 nömrəli mütəxxəssis rəyinin verilməsi məqsədilə İddiaçı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin hesabına 315 manat ödəniş etmişdir. Birinci instansiya məhkəməsində icraat: İddiaçı Cavabdeh və üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “cavabdeh tərəfindən mülkiyyətlərində olan torpaq sahəsinin sənədləşdirilməsinə edilən qanunsuz maneələrə son qoyulması və torpaq sahəsinin istifadəsində olan maneələrin aradan qaldırılması” tələbinə dair məhkəmədə iddia qaldıraraq, JN-221A, KOD 40615048 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə əsasında xüsusi mülkiyyətlərinə verilmiş 0,12 ha həyətyanı torpaq sahəsinin sənədləşdirilməsində Cavabdeh tərəfindən edilən qanunsuz maneələrə son qoyulması və torpaq sahəsinin istifadəsində olan maneələrin aradan qaldırılması və ödənilmiş 10 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmış ki, Qəbələ rayonu Aqrar İslahat Komissiyasının 20 dekabr 1999-cu il tarixli, 20 saylı qərarı ilə ona və digər ailə üzvləri, həyat yoldaşı X5, oğlu X12, qızları X7 Qəbələ rayonu, Yemişanlı kəndi ərazisindən 0,12 ha həyətyanı torpaq sahəsinə görə ona JN-221A, KOD 40615048 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. Sonradan JN-221A, KOD 40615048 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməni itirmişdir. Bu barədə 20 fevral 2019cu il tarixdə “Qəbələ” qəzetində elan dərc edilmiş, bundan sonra Qəbələ rayon Polis şöbəsinə ərizə ilə müraciət etmişlər. Qəbələ rayon Polis şöbəsində bu barədə axtarış tədbirləri keçirilmiş, lakin 23 fevral 2019-cu il tarixədək itmiş sənəd barədə tapıntı kimi heç bir məlumat Qəbələ RPŞ-yə daxil olmamışdır. Bu məqsədlə şəhadətnamənin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsindən surətinin alınması və çıxarış almaq barədə müraciət etmişdir. Şəhadətnamədə sonradan ona məlum olmuşdur ki, oğlunun, yəni X1 və adı səhvən “Məmmədşərifova Pərvanə”, “oğlu” yerinə isə “qızı” kimi yazılmışdır. Şəhadətnamədə olan səhvin düzəldilməsinə görə oğlu Qəbələ Rayon Məhkəməsinə müraciət etmiş və xx.xx.2020-ci il tarixli 2(025)-827/2020 nömrəli qətnaməsi ilə ərizəsi təmin edilmiş, Qəbələ rayonu Aqrar İslahat Komissiyasının 20 dekabr 1999-cu il tarixli, 20 saylı qərarı ilə Qəbələ rayonu, Yemişanlı kəndi ərazisindən 0,12 ha həyətyanı torpaq sahəsinə görə JN-221A, KOD 40615048 saylı Torpağın mülkiyyyətə verilməsinə dair Şəhadətnamənin oğluna, yəni X12 məxsus olması faktı müəyyən edilmişdir. Qəbələ Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(025)-827/2020 nömrəli qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra torpaq sahəsinə mülkiyyət sənədi çıxarış almaq üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə müraciət etmişdir. Müraciətinə əsasən Ərazi İdarəsinin mütəxəssisləri mülkiyyətində olan torpaq sahəsinin texniki inventarlaşdırılması üçün əraziyə gəlmişlər, lakin qardaşı Cavabdeh tərəfindən əsası olmayan torpaq sahəsi üzərində sərhəd mübahisə olduğundan söz-söhbətlə maneələr yaradılmış, ölçmə işlərinin aparılması mümkün olmamışdır. Ona görə də Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsi xx.xx.2020-ci il tarixli **********20 nömrəli Daşınmaz Əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina verilməsi barədə bildiriş verilməmişdir. Dəfələrlə torpaq sahəsinin istifadəsində olan maneələrin aradan qaldırılmasına dair olan mübahisənin öz aralarında həll etmək istəsə də, bu baş tutmamış, razılıq olmamışdır. O da məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında İddiaçı qeyd edilənlərə uyğun izahat verib, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Eyni zamanda göstərdi ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş rəylə tanış olmuş, həmin rəydə də cavabdehin ona məxsus torpaq sahəsini faktiki olaraq istifadə etməsi və ona maneəçilik törətməsi müəyyən edilmişdir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişlərsə, onlara məhkəmə sənədləri barədə məlumat bu sistem vasitəsilə şəxsin təqdim etdiyi mobil telefon nömrəsinə SMS-lə çatdırılır. 03 avqust 2021-ci il tarixi məhkəmə iclasında izahat verən Cavabdeh ifadəsində bildirmişdir ki, həmin torpaq səhəsini o, 1996-cı il tarixdə rayon Torpaq şöbəsindən almış, həmin torpaq sahəsini qardaşının və onun ailə üzvlərinin adına rəsmiləşdirmişdir. Qardaşı ilə olan razılaşmaya əsasən o da öz adına olan torpaq sahəsini ona vermişdir ki, istifadə etsin. O isə qardaşınan adına olan torpaq sahəsində oğlu üçün fərdi yaşayış evi inşa etmişdir. O, həmin toraq sahəsini qardaşına qaytarmaq fikiri yoxdur və iddai tələbini qəbul etmir. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, Qəbələ rayon AİK-in 20 dekabr 1999-cu il tarixli 20 nömrəliqərarı ilə JN-211A (Kod: ********) nömrəli «Torpağın mülkiyyətəverilməsinə dair» şəhadətnaməyə əsasən İddiaçı, X3, X6, X11 və X4ümumi birgə mülkiyyətinə Qəbələ rayonu Yemişanlı kəndində 0,12 ha həyətyanı torpaq sahəsi verilmişdir.Lakin iddiaçı və onun ailə üzvlərimülkiyyətlərinə verilmiş torpaq sahəsinin sənədləşdirilməsinə, eyni zamanda torpaq sahəsinin istifadəsinə cavabdeh tərəfindən maneəçilik törədilməsi nəticəsində lazımi qaydada istifadə edə, mülkiyyət üzərində hüquqlarını həyata keçirə və reallaşdıra bilmirlər.Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin 16 may 2022-ci il tarixli, **********27 nömrəli məktubla məhkəməyə göndərdiyi mütəxxəssis rəyində Qəbələ rayon AİK-in 20 dekabr 1999-cu il tarixli 20 nömrəli qərarı ilə İddiaçı, X3, X6, X11 və X4 birgə mülkiyyətinə JN-211A (Kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnaməyə əsasən verilmiş 0,12 ha torpaq sahəsinin bütövlükdə Cavabdeh istifadəsində olduğu, torpaq sahəsinin kənarlarının Cavabdeh tərəfindən metal tor və kol çəpər vasitəsi ilə bağlanıldığı, həyətyanı sahə kimi istifadə olunması göstərilmişdir. Hazırkı iş üzrə iddia tələbi barədə məhkəmə qeyd edir ki, mülki iş üzrə iddia tələbinin qanuni əsası qismində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1-ci maddəsi çıxış edir. İddia tələbinin qanuni əsası dedikdə qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtlərinin mövcudluğu halında bir tərəfə digər tərəfdən icranı, yəni nəyi isə etməyi və ya etməməyi tələb etməyə imkan verir. İddia tələbinin qanuni əsası prinsip etibarilə iki hissədən ibarətdir: mücərrəd şəkildə müəyyən faktiki halların ümumi formada təsvirindən (dispozisiyadan) və həmin dispozisiyanın mövcudluğu halında qanunla nəzərdə tutulan hüquqi nəticədən. Bu mənada, məhkəmə nəzərə alır ki, işdə olan ilkin sənədlərlə sübuta yetirilir ki, sənədləşdirilməsinə və istifadəsinə törədilən maenələrə son qoyulması tələb edilən əmlak iddiaçı tərəfin qanuni mülkiyyətindədir. Belə ki, həmin maddəyə əsasən mülkiyyətçi ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüququna malikdir. Həmin maddədən göründüyü kimi iddiaçının cavabdehin torpaq sahəsinin sənədləşdirilməsinə və istifadəsinə törədilən maenələrə son qoyulmasını tələb etməsi üçün ilk öncə onun həmin torpaq sahələrinin mülkiyyətçisi olması əsas şərtdir ki, işin bu halı iddiaçının təqdim etdiyi JN211A (Kod: ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair" şəhadətnamə və mütəxəssis rəyi ilə sübut olunur. Beləliklə, qeyd olunan müddəaların mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının iddia etdiyi və mülkiyyətində olan torpaq sahəsi 0,12 hektar təşkil edir. Qəbələ rayon AİK-in 20 dekabr 1999- cu il tarixli 20 nömrəli qərarı ilə İddiaçı, X3, X6, X11 və X4 birgə mülkiyyətinə JN- 211A (Kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnaməyə əsasən verilmiş 0,12 ha torpaq sahəsibütövlükdə Cavabdeh istifadəsində olduğundan, torpaq sahəsinin kənarları Cavabdeh tərəfindən metal tor və kol çəpər vasitəsi ilə bağlanılaraq həyətyanı sahə kimi istifadə olunduğundaniddiaçının mülkiyyətində olan torpaq sahəsindən istifadəsi məhdudlaşdırıldığından, iddia tələbinin əsaslandığı faktiki hallar Mülki Məcəllənin 157.1-ci maddəsinin dispozitiv şərtlərinə uyğun olduğundan və iddiaçının iddia etdiyi maneələr mövcud olduğundan iddia tələbi əsaslıdır. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İşin faktiki hallarından da göründüyü kimi iddiaçının mübahisələndirdiyi torpaq sahəsi mülkiyyət hüququ ilə onun özünə və ailə üzvlərinə məxsus olmasına baxmayaraq, həmin torpaq sahəsinin sənədləşdirilməsinə və istifadəsinə cavabdeh tərəfindən maneələr törədilir ki, bu da mülkiyyətçi kimi iddiaçının qanunla qorunan mülkiyyət hüquqlarının məhdudlaşdırılması kimi qiymətləndirilir. Eyni zamanda aparılmış mütəxəssis tədqiqatlarının dəyəri – 315,0 (üç yüz on beş) manat məbləğində pul iddiaçı tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinin müvafiq hesabına ödənilmiş və iddiaçı həmin məbləği cavabdehhən tələb etməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, həmin məbləğ iddiaçının özünə aid edilməlidir. Beləliklə, məhkəmə tərəflərin təqdim etdiyi sübutlara, mütəxəssis rəyinə məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, JN-211A (Kod: ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair" şəhadətnaməyə əsasən xüsusi mülkiyyətə verilmiş 0,12 ha həyətyanı torpaq sahəsinin sənədləşdirilməsində Cavabdeh tərəfindən edilən qanunsuz maneələrə son qoyulmalı və torpaq sahəsinin istifadəsində olan maneələr aradan qaldırılmalıdır. Qəbələ Rayon 21 iyun 2022-ci il tarixli 2(025)-28/2022 saylı qətnaməsi ilə (hakim Abbas Əliyev) iddia təmin olunmuş, JN-211A (Kod: ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair" şəhadətnaməyə əsasən xüsusi mülkiyyətə verilmiş 0,12 ha həyətyanı torpaq sahəsinin sənədləşdirilməsində Cavabdeh tərəfindən edilən qanunsuz maneələrə son qoyulsun və torpaq sahəsinin istifadəsində olan maneələrin aradan qaldırılması, iddiaçı tərəfindən ödənilmiş 10 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6, 152 və 157-ci maddələrinə istinad etmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: İşdə olan JN-211A (Kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamənin surətindən görünür ki, Qəbələ rayon AİK-in 20 dekabr 1999-cu il tarixli 20 nömrəli qərarına əsasən İddiaçı, X3, X6, X11 və X4 birgə mülkiyyətinə 0,12 ha həyətyanı sahəsi verilmişdir. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin 16 may 2022-ci il tarixli, **********27 nömrəli məktubla məhkəməyə göndərdiyi mütəxxəssis rəyində qeyd olunmuşdur ki, Qəbələ rayon AİK-in 20 dekabr 1999-cu il tarixli 20 nömrəli qərarı ilə İddiaçı, X3, X6, X11 və X4 birgə mülkiyyətinə JN-211A (Kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnaməyə əsasən verilmiş 0,12 ha torpaq sahəsinin hüdudları müəyyən edilmişdir. Qəbələ rayon AİK-in 20 dekabr 1999-cu il tarixli 20 nömrəli qərarı ilə İddiaçı, X3, X6, X11 və X4 birgə mülkiyyətinə JN-211A (Kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnaməyə əsasən verilmiş 0,12 ha torpaq sahəsi bütövlükdə Cavabdeh istifadəsindədir. Qəbələ rayon AİK-in 20 dekabr 1999-cu il tarixli 20 nömrəli qərarı ilə İddiaçı, X3, X6, X11 və X4 birgə mülkiyyətinə JN-211A (Kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnaməyə əsasən verilmiş 0,12 ha torpaq sahəsinin kənarları Cavabdeh tərəfindən metal tor və kol çəpər vasitəsi ilə bağlanılmış, həyətyanı sahə kimi istifadə olunur. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən Cavabdeh ünvanlanmış 04 dekabr 2020-ci il tarixli, **********20 nömrəli məktubda göstərilmişdir ki, ərazi idarəsinin mütəxəssisləri tərəfindən ərazidə texniki inventarlaşdırma işləri aparılması üçün əraziyə getmiş, lakin torpaq sahəsi üzərində sərhəd mübahisə olduğundan ərazidə texniki inventarlaşdırma işlərinin aparılması mümkün olmamışdır. İşdə olan Qəbələ Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(025)-827/2020 nömrəli qətnaməsinin surətindən görünür ki, Qəbələ rayon AİK-in 20 dekabr 1999-cu il tarixli 20 nömrəli qərarına əsasən İddiaçı, X9, X13, X14 və X4 mülkiyyətinə 0,12 ha həyətyanı torpaq sahəsini verilməsini təsdiq edən JN – 211A nömrəli (kod:********) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamənin ailə üzvləri ilə birlikdə X12 məxsus olması hüquqi faktının müəyyən edilməsi qət edilmişdir İşdə olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* №-li arayışdan görünür ki, İddiaçı 09 oktyabr 2005-ci il tarixdən Qəbələ rayonu, Abrıx kəndində qeydiyyatdadır. Qətnаmədən nаrаzı qаlаn İddiaçı аpellyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, Qəbələ Rayon Məhkəməsinin 21 iyun 2022-ci il tarixli. 2(02xx-xx/2022 nömrəli qətnaməsi ilə iddia tələbi təmin olunsa da, məhkəmə icraatı zamanı aparılmış mütəxəssis tədqiqatlarının dəyəri olan 315(üç yüz on beş) manat məbləğində pul onun tərəfdən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinin müvafiq hesabına ödənilmiş, lakin iddia tələbi təmin olunmasına baxmayaraq qeyd olunan məbləğdə pul cavabdehdən alınaraq ona verilməsi təmin edilməmiş, əsas kimi iddiaçı kimi onun həmin məbləği cavabdehdən tələb etməməyi göstərilmişdir. Ona görə də, o, Qəbələ Rayon Məhkəməsinin qətnaməsi ilə qismən razıdır və hesab edir ki, aparılmış mütəxəssis tədqiqatlarının dəyəri olan və mənim tərəfindən ödənilmiş 315(üç yüz on beş) manat məbləğində pulun iddia tələbi təmin olunduğuna görə cavabdehdən alınaraq ona verilməsi qət edilməli idi. Belə ki, mülki iş Qəbələ Rayon Məhkəməsinin icraatında olduğu zaman mütəxəssis araşdırması zərurəti yarandığından və təyin olunaraq aparılmış mütəxəssis tədqiqatlarının dəyəri ödənilməli olduğundan məhkəmə tərəfindən iddiaçı şəxs kimi onun tərəfindən ödənilməli olduğu, məhkəmə araşdırılması yekunlaşdıqda və qətnamə qəbul edildikdə isə iddia tələbi təmin edilərsə, qarşı tərəfdən tutularaq ona veriləcəyi bildirildiyinə görə o, həmin məbləği Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinin müvafiq hesabına ödəmişdir. Məhkəmə iclasında da şifahi formada mütəxəssis tədqiqatına ödənilən məbləği tələb etmişdir. Lakin Qəbələ Rayon Məhkəməsi mülki işə baxaraq yekun qətnamə çıxardıqda heç bir əsas olmadan mütəxəssis tədqiqatına ödənilən 315(üç yüz on beş) manat məbləğində pulun cavabdehdən alınaraq ona verilməsi təmin edilməmişdir. Ona görə də, göstərilənlərə əsasən, Qəbələ Rayon Məhkəməsinin 21 iyun 2022-ci il tarixli, 2(025)-28/2022 nömrəli qətnaməsi qismən ləğv edilərək iddia tələbi ilə birlikdə məhkəmə xərcləri hesab olunan aparılmış mütəxəssis tədqiqatlarının dəyəri kimi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinin müvafiq hesabına ödədiyim 315 (üç yüz on beş) manat məbləğində pulun Cavabdeh tutularaq ona verilməsi qət edilməlidir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndəsi X10 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Qəbələ Rayon Məhkəməsinin 21 iyun 2022-ci il tarixli, 2(025)-28/2022 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. 152-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Sahiblik hüququ-əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquq cəhətdən təmin edilmiş imkandır. İstifadə hüququəmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkandır. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər. 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər Azərbaycan Respublikası Torpaq Məcəlləsi: 84-cü maddəsinə görə, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Onların pozulmuş hüquqları qanunvericilikdə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. 111-ci maddəsinin 1-ci və 2-ci bəndlərinin tələbinə görə isə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağandır və özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyati üzrə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Həmin Məcəllənin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 119.1-ci mаddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Həmin Məcəllənin 220.5-ci mаddəsinə görə qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 384.0.3-ci mаddəsinə əsаsən apellyasiya instаnsiyа məhkəməsi qətnaməni dəyişdirə bilər. Həmin Məcəllənin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Cavabdeh Qəbələ Rayon Məhkəməsinin 21 iyun 2022-ci il tarixli 2(025)-28/2022 saylı qətnaməsini məhkəmə xərcləri məsələsinin həll edilməməsi hissəsində mübahisələndirdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını həmin hissədə yoxlamışdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı təmin edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşsa da, hesab edir ki, birinci instansiya məhkəməsi məhkəmə xərcləri məsələsinin həll edilməsində səhvə yol vermişdir. Mülki işin materiallarından görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən məhkəməyə 16 may 2022-ci il tarixli, **********27 nömrəli mütəxxəssis rəyi verilmişdir. Həmçinin, işin materiallarından görünür ki, İddiaçı həmin rəyin verilməsi məqsədilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin hesabına 315 manat ödəniş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119 və 220-ci maddələrinin əlaqəli şəkildə tələbindən göründüyü kimi, məhkəmə qətnamə qəbul edərkən məhkəmə xərclərini ödənilmiş tələblərə mütənasib olaraq bölüşdürməli idi və hazırkı iş üzrə iddia tələbi tam təmin edildiyindən iddiaçının ödədiyi xərclər tam həcmdə cavabdehdən alınmalıdır. Belə olduğu halda, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apelyasiya şikayəti qismən - iddia tələbi ilə birlikdə məhkəmə xərcləri hesab olunan aparılmış mütəxəssis tədqiqatlarının dəyəri kimi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinin müvafiq hesabına ödədiyi 315 (üç yüz on beş) manat məbləğində pulun Cavabdeh tutularaq ona verilməsi hissəsində əsaslıdır. Eyni zamanda, hazırkı halda qətnamənin nəticə hissəsi düzgün və əsaslı nəticəni ehtiva etdiyindən və məhkəmə xərclərinin bölüşdürülməsi hazırkı – iddianın təmin olunması barədə nəticəyə əlavə olduğundan, beləliklə qətnamənin ləğv olunmalı hissəsi mövcud olmadığından, apelyasiya şikayəti Qəbələ Rayon Məhkəməsinin 21 iyun 2022-ci il tarixli, 2(025)-28/2022 nömrəli qətnaməsinin qismən ləğv edilməsi hissəsində təmin edilə bilməz. Hazırkı halda, məhkəmə kollegiyası qətnamənin dəyişdirilməsini məqsədəuyğun hesab edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı təmin edərkən düzgün nəticəyə gəlsə də, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi həll edilməməklə, prosessual hüquq normaları pozulduğuna görə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmalı, Qəbələ Rayon 21 iyun 2022-ci il tarixli 2(025)-28/2022 saylı qətnaməsi qətnamənin nəticə hissəsinə “aparılmış mütəxəssis tədqiqatının dəyəri olan 315 manat Cavabdeh tutularaq İddiaçı verilsin” cümləsi əlavə edilməklə dəyişdirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunsun. Qəbələ Rayon 21 iyun 2022-ci il tarixli 2(025)-28/2022 saylı qətnaməsi qətnamənin nəticə hissəsinə “aparılmış mütəxəssis tədqiqatının dəyəri olan 315 manat Cavabdeh tutularaq İddiaçı verilsin” cümləsi əlavə edilməklə dəyişdirilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Məlikov Vəzirxan
Məhkəmə qərarları › İş №2(107)-1052/2022
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1052/2022
31.08.2022 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver