Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1055/2020 22.04.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Abbasov Gündüz Qasım oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Mirbahəddin Mirdamət oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2 iştirakı ilə, İddiaçı X3 Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair 2(063)-178/2020 nömrəli mülki işin aid olduğu məhkəməyə verilməsi məsələsinin həllinə Şəki Apellyаsiyа Məhkəməsinin inzibati binasında аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı X3 Açıq Səhmdar Cəmiyyəti (bundan sonra iddiaçı və ya İddiaçı İKB ASC) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi barədə ərizə ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək kredit müqaviləsindən irəli gələn xx xxx 2015-ci il tarixədək hesablanmış, ödənilməmiş 10348 USD əsas borc və 2494 USD faiz borcu, cəmi 12842 USD, həmçinin, ərizə verilməsi üçün 20 manat dövlət rüsumu əlavə olunmaqla Cavabdeh1 və Cavabdeh2 birgə qaydada tutulub kreditora ödənilməsi barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxx 2015-ci il tarixli 2(001)- 7228/2015 nömrəli məhkəmə əmri ilə ünvan 1 mənzil 2 ünvanında qeydiyyatda olan xx xxxx 1980-ci ildə Ermənistan Respublikasının Sisiyan rayonunda doğulmuş Cavabdeh1 və ünvan 2 ünvanında qeydiyyatda olan, xx xxx 1979-cu ildə Ucar şəhərində doğulmuş Cavabdeh2 İddiaçı İKB-nın xeyrinə əsas borc üzrə 10348 ABŞ dolları, faiz borcu üzrə 2494 ABŞ dolları (ödəniş günü manata məzənnə ilə manatla) və dövlət rüsumu olaraq ödənilmiş 20 manat məbləğində pulun tutulması əmr edilmişdir. Borclu Cavabdeh2 xx xxxx 2018-ci ildə qeyd edilən məhkəmə əmrinə etiraz verib məhkəmə əmrinin ləğv edərək iddia icraatına keçirilməsini xahiş etmiş və Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli 2(001)- 7228/2015 nömrəli qərardadı ilə Binəqədi Rayon Məhkəməsinin 2(001)- 7228/2015 nömrəli xx xxx 2015-ci il tarixli məhkəmə əmri ləğv edilmiş və iddia icraatına keçirilmişdir. Binəqədi Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli 2(001)- 3729/2018 nömrəli qərardadı ilə Binəqədi Rayon Məhkəməsinin icraatında olan “İddiaçı' X1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun ödənilməsi tələbinə dair mülki iş üzrə Cavabdeh1 hüquq varisi müəyyən edilənədək mülki iş üzrə icraat dayandırılmışdır. Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2(001)- 332/2019 nömrəli qərardadı ilə İddiaçı İKB ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə işin icraatı təzələnmiş və işin baxılması xx xxxxxx 2019-cu il tarixə təyin edilmişdir. Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(001)- 332/2019 nömrəli qərardadı ilə İddiaçı İKB ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun qaytarılması tələbinə dair mülki iş üzrə icraata Cavabdeh1 aid hissədə xitam verilmişdir. Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(001)- 332/2019 nömrəli qərardadı ilə İddiaçı İKB ASC-nin Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair iddiası üzrə mülki işin aidiyyəti üzrə baxılması üçün Ucar Rayon Məhkəməsinə göndərilməsi qərar alınmışdır. Birinci instansiya məhkəməsində izahat verən Cavabdeh2 nümayəndəsi Əlizadə Elçin Əlimurad oğlu məhkəmə iclasında izahatında göstərmişdir ki, təmsil etdiyi şəxs iddia ilə razı deyildir, belə ki, kredit Cavabdeh1 verilmiş, təmsil etdiyi şəxs isə ona zamin durmuşdur. Lakin kredit alan şəxs ölsə də, onun varisi cəlb edilməmiş və həmin şəxsə münasibətdə iş üzrə icraata xitam verilmişdir. Cavabdeh2 bununla razılaşmır, halbuki, ölən şəxsin miras əmlakları qalmışdır, həmçinin, o, işin Ucar Rayon Məhkəməsinə göndərilməsi barədə ərizə verməmişdir. Ucar Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(063)-178/2020 nömrəli qərardadı ilə iddiaçı "İddiaçı" İKB ASC-in Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi barədə iddiasına dair mülki işin ərazi aidiyyəti məsələsinin həll ediİməsi üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası Ucar Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(063)- 178/2020 nömrəli qərardadını iş materialları ilə birgə nəzərdən keçirərək belə qənaətə gəlir ki, İddiaçı İKB ASC-in Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair 2(063)-178/2020 saylı mülki işə ərazi aidiyyəti üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində baxılmalıdır. Belə ki, iş materiallarında olan AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh1 Bakı şəhəri C.Xəndan küçəsi ev 40 A mənzil 2-də qeydiyyatda olmuşdur. İşdə olan MAPS şöbəsinin xx xxxxx 2015-ci il tarirxli arayışından və AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh2 ünvan 2-də qeydiyyatdadır. İş materiallarından göründüyü kimi kreditor ərizə ilə məhkəməyə müraciət edən vaxt borclu Cavabdeh1 Bakı şəhəri C.Xəndan küçəsi ev 40 A mənzil 2-də, borclu Cavabdeh2 isə ünvan 2-də qeydiyyatda olmuşlar. Mülki prosessual qanunvericiliyin tələbinə görə rəsmi yaşayış yeri və olduğu yer müxtəlif olan bir neçə cavabdehə iddia cavabdehlərdən birinin rəsmi yaşayış yeri üzrə verilə bilər. Buna görə də iddiaçı qeyd olunan ərizə ilə Cavabdeh1 yaşayış yeri üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmiş, Binəqədi Rayon Məhkəməsi də xx xxx 2015-ci il tarixdə ərazi aidiyyəti qaydalarına riayət etməklə işi icraatına qəbul etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM və ya MPM) 44.1-ci maddəsinə görə, aidiyyət qaydalarına riayət etməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. Qanunvericiliyin tələbindən göründüyü kimi, aidiyyət qaydalarına riayət edilməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. Hazırda baxılan mülki iş xx xxx 2015-ci il tarixdə Binəqədi Rayon Məhkəməsinin icraatına ərazi aidiyyəti qaydalarına riayət edilməklə qəbul edildiyindən mahiyyəti üzrə həmin məhkəmədə həll edilməli idi. Binəqədi Rayon Məhkəməsinin hüquqi mövqeyinə görə, Cavabdeh1 iddiaçı bank tərəfindən məhkəməyə iddia verildiyi tarixdən dörd ay öncə ölmüşdür, ölmüş şəxsə qarşı iddia tələbi irəli sürülə bilməzdi. Bununla bağlı kollegiya qeyd etməyi zəruri hesab edir ki, iş materiallarından göründüyü kimi, Binəqədi Rayon Məhkəməsi xx xxx 2015-ci il tarixdə iddia ərizəsini icraatına qəbul edərkən nə iddiaçının, nə də Binəqədi Rayon Məhkəməsinin cavabdeh (əsas borclu) Cavabdeh1 ölməsi haqqında məlumatı olmamışdır. Ona görə də yuxarıda göstərildiyi kimi, Binəqədi Rayon Məhkəməsinin mülki işi xx xxx 2015-ci il tarixdə icraatına qəbul etməsi qanunauyğun olmuşdur. MPM-in 58.1-ci maddəsinə (Prosessual hüquq varisliyi) görə, barəsində mübahisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətində tərəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə və maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinin digər hallarında) məhkəmə həmin tərəfi onun hüquq varisi ilə əvəz etməyə yol verir. Hüquq varisliyi prosesin hər hansı mərhələsində mümkündür. 58.2-ci maddəsinə görə, hüquq varisi prosesə daxil olana qədər prosesdə edilmiş bütün hərəkətlər, onun əvəz etdiyi şəxs üçün məcburi olduğu kimi, hüquqi varisi üçün də məcburidir. Qanunvericiliyin tələbinə uyğun olaraq, ölmüş cavabdehi onun hüquq varisi ilə əvəz etmək birinci instansiya məhkəməsinin vəzifəsi olmuşdur. Binəqədi Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli qərardadı ilə mülki iş üzrə Cavabdeh1 hüquq varisi müəyyən edilənədək mülki iş üzrə icraat dayandırılmışdır. Bundan sonra Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2(001)- 332/2019 nömrəli qərardadı ilə işin icraatı təzələnmiş və baxılması üçün təyin edilmişdir. Həmin qərardadda göstərilmişdir ki, hazırda mülki işin icraatının dayandırılmasına səbəb olan hal aradan qaldırılmışdır. Lakin mülki işin icraatının dayandırılmasına səbəb olan halın aradan qaldırılmasının nədə ifadə olunması müəyyən edilmir. Kollegiyaya görə, Binəqədi Rayon Məhkəməsi ölmüş Cavabdeh1 hüquq varisinin müəyyən edilməsi üçün bütün qanunauyğun tədbirləri həyata keçirməmişdir. Azərbaycan Respublikasının MPM-in 33-cü maddəsinə əsasən, birinci instansiya məhkəməsi qismində işlərə ərazi üzrə baxılmasına dair məhkəmələr arasında səlahiyyətlərin bölünməsi bu fəsillə müəyyən olunur. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən, Qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Qeyd edilən Məcəllənin 36.13-cü maddəsinə görə, bu Məcəllənin 39-cu maddəsində müəyyən edilmiş aidiyyət istisna olunmaqla, bu Məcəllənin 36.1-36.12-ci maddələrinə görə işin aid olduğu məhkəmələrdən birini seçmək hüququ iddiaçıya məxsusdur. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Azərbaycan Respublikası MPM-nin 31.1-ci maddəsində göstərilir ki, aidiyyət qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 32.3-cü maddəsinə görə məhkəmə özü də, mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. İnsаn Hüquqlаrı üzrə Аvrоpа Məhkəməsinin Vаsilesku Rumıniyаyа qаrşı iş üzrə 22 mаy 1998- ci il tаrixli qərаrındа ifаdə etdiyi hüquqi mövqeyə əsаsən, yаlnız işə bаxmаq üçün tаm həcmdə səlаhiyyətə mаlik оlаn məhkəmə Kоnvensiyаnın 6-cı mаddəsində əks оlunаn «məhkəmə» аnlаyışının tələblərinə cаvаb vermiş оlur. MPM-in 44.2.2-ci maddəsinə əsasən, iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Həmin Məcəllənin 45.2-ci maddəsinə görə, mübahisənin məhkəməyə aid olmaması və ya işin başqa məhkəməyə verilməsi məsələləri barədə hakim bu Məcəllənin 21-ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Qeyd edilən Məcəllənin 45.4-cü maddəsinə görə, bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Apellyasiya instansiyası məhkəməsi sadalanan prosessual hüquq normalarının tələblərini əsas tutub, məhkəmələr arasındakı fikir ayrılıqlarını müəyyən edərək hesab edir ki, MPM-in 35.1-ci maddəsinə əsasən iddianın cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilməsini istisna edən başqa hal nəzərdə tutulmadığından və bu növ iddialara cavabdehin qeydiyyatda olduğu yerin məhkəməsində baxılmalı olması, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi halları və işə əlavə edilmiş yazılı sübutlarla tam təsdiq edildiyindən işə ərazi aidiyyəti üzrə Bakı şəhəri Binəqədi RayonMəhkəməsində baxılmalıdır. Azərbaycan Respublikası MPM-in 402-ci maddəsinə əsasən, apellyasiya məhkəmələrinin mülki və inzibati-iqtisadi kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və inzibati-iqtisadi kollegiyalarının qətnamələrindən, işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 45, 263, 264, 398 və 402-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı X3 Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair 2(063)-178/2020 nömrəli mülki iş mahiyyəti üzrə baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilsin. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(107)-1055/2020
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1055/2020
22.04.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver