Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1055/2023 27.09.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı tikilinin şəxsi vəsaiti hesabına tikilməsi faktının müəyyən olunması, tikili üzərində tək istifadə və sahiblik hüququnun, tikilinin yerləşdiyi torpaq sahəsi üzərində qanuni istifadə hüququnun tanınması tələbinə dair mülki iş üzrə (Açar sözlər: sahiblik və istifadə hüququnun tanınması) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu və X1 ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı tikilinin şəxsi vəsaiti hesabına tikilməsi faktının müəyyən olunması, tikili üzərində tək istifadə və sahiblik hüququnun, tikilinin yerləşdiyi torpaq sahəsi üzərində qanuni istifadə hüququnun tanınması tələbinə dair mülki iş üzrə Şəki Rayon Məhkəməsinin 19 iyun 2023-cü il tarixli 2(075)-1122/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları
1. Şəki rayonunun, Zunud kəndinin giriş hissəsində yerləşən yeməkxana İddiaçı məxsus olmuşdur. 2007-ci il tarixdə Şəki-Qax magistral yolunun yenidən bərpası ilə əlaqədar ona məxsus olan yeməkxana plana düşdüyünə görə sökülmüş və dəymiş zərərə görə İnçə Bələdiyyəsi tərəfindən ona 0.04 hektar torpaq sahəsi ayrılmışdır. 28 iyun 2019cu il tarixdə qeyd olunan torpaq sahəsinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. İddiaçı 2008-ci ildə həmin torpaq üzərində yeni yeməkxana tikdirmişdir.
Birinci instansiya məhkəməsində icraat:
2. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki rayonu, Zunud kəndinin giriş hissəsində yerləşən tikilinin (yeməkxananın) şəxsi vəsait hesabına tikilməsi faktının müəyyən olunması, tikili üzərində tək istifadə və sahiblik hüququnun və tikilinin yerləşdiyi torpaq sahəsi üzərində qanuni istifadə hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Şəki rayonunun, Zunud kəndinin giriş hissəsində yerləşən yeməkxana ona məxsus olmuşdur. 2007-ci il tarixdə Şəki-Qax magistral yolunun yenidən bərpası ilə əlaqədar ona məxsus olan yeməkxana plana düşdüyünə görə sökülmüş və dəymiş zərərə görə İnçə bələdiyyəsi tərəfindən ona 0.04 hektar torpaq sahəsi ayrılmışdır. 28 iyun 2019-cu il tarixdə qeyd olunan torpaq sahəsinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. O, 2008-ci ildə həmin torpaq üzərində şəxsi vəsaiti hesabına yeni yeməkxana tikdirmişdir. Bu günə kimi həmin yeməkxana onun tərəfindən idarə olunur və bütün vergiləri də o ödəyir. Lakin iş üzrə cavabdeh, eyni zamanda atası Cavabdeh son 3-4 ay olar ki, onun işinə problemlər yaradır. Belə ki, işlədiyi yeməkxanaya gələrək müştərilərin yanında onu danlayır və həmin yeməkxananın ½ hissəsini Rusiya Federasiyasında yaşayan qardaşı X2 verməsini tələb edir. Halbuki qardaşı Şəfahət Bəlyarovun həmin yeməkxanada heç bir əziyyəti yoxdur və həmin obyektin tikilməsi üçün 1 manat da olsa pul xərcləməmişdir. Dəfələrlə həmin obyektin onun tərəfindən və onun şəxsi vəsaiti hesabına tikildiyini atasına izah etməyə çalışsa da, buna nail ola bilməmişdir. Atası Cavabdeh yalnız öz bildiyini deyərək Şəfahətin də onun qardaşı olduğunu, ona görə də, obyektin yarısının ona düşdüyünü deyərək obyektin yarısını əlindən almağa çalışır. Halbuki qardaşı Şəfahət uzun illərdir ki, ailəsi ilə birgə Rusiya Federasiyasında işləyir, heç vaxt Azərbaycana qayıdıb yaşamaq fikirləri yoxdur. Həmçinin qardaşının onun obyektinə ehtiyacı da yoxdur. Bu işlə bağlı bir neçə qohum-qardaş atasını yola gətirməyə çalışsalar da, buna nail ola bilməmişlər. Ona görə də, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
4. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, mübahisəli obyekti, o, özü əziyyət çəkərək inşa etdirmişdir. Atası həmin obyektin yarısını əsassız olaraq qardaşına vermək istəyir. Qardaşı isə onun obyektini istəmir. Ona görə də, iddianın təmin olunmasını, mübahisəli obyektin onun adına rəsmiləşdirilməsinə köməklik göstərilməsini məhkəmədən xahiş etmişdir.
5. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, mübahisəli onyekti iddiaçı tiksə də, onun da əməyi olmuşdur. Bunun müqabilində iddiaçıdan 1000-1500 manat məbləğində pul tələb edir ki, mal-qara alsın və öz dolanacağını təmin etsin. Qanuni qərar qəbul edilməsini xahiş edir.
6. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, iddia ərizəsində və məhkəmə iclaslarında İddiaçı Şəki rayonu, Zunud kəndinin giriş hissəsində yerləşən mübahisəli tikilinin (yeməkxananın) onun şəxsi vəsaiti hesabına inşa edildiyini bildirmiş, lakin o, qeyd edilən hallara dair məhkəməyə hər hansı sübut növü təqdim edə bilməmişdir. Belə olan halda, tikilinin yalnız iddiaçının vəsaiti heabına tikilməsi, həmin tikilinin tək sahibi olmaqla, bütün hüquqların ona məxsus olmasını sübutetmə yükü iddiaçının üzərinə düşür.
7. Şəki Rayon Məhkəməsinin 19 iyun 2023-cü il tarixli 2(075)-1122/2023 nömrəli qətnaməsi ilə (hakim Pərviz Hacıyev) İddiaçı Cavabdeh qarşı tikilinin şəxsi vəsaiti hesabına tikilməsi faktının müəyyən olunması, tikili üzərində tək istifadə və sahiblik hüququnun, tikilinin yerləşdiyi torpaq sahəsi üzərində qanuni istifadə hüququnun tanınması tələbinə dair iddiasının təmin edilməməsi, ödənilən dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir.
8. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinə istinad etmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir:
9. İş materiallarına əlavə edilmiş İnçə Bələdiyyəsinin 20 sentyabr 2017-ci il tarixli, 10 saylı iclas protokolundan çıxarışın surətindən görünür ki, İnçə Bələdiyyəsinə məxsus ərazidən 400 kv.metr torpaq sahəsinin hərrac yolu ilə sahibkarlıq məqsədi üçün satılması qərara alınmışdır.
10. İş materiallarına əlavə edilmiş Şəki şəhər İcra Hakimiyyəti Başçısının İnçə kənd icra nümayəndəsi tərəfindən tərtib edilmiş aktın surətindən görünür ki, Şəki-Qax magistral yolunun yenidən bərpası ilə əlaqədar yolun kəndə giriş hissəsində yerləşən İddiaçı məxsus yeməkxana plana düşdüyü üçün sökülmüş və ona bu zərərin qarşılığında bələdiyyə tərəfindən yer ayrılmışdır.
11. İş materiallarına əlavə edilmiş 28 iyun 2019-cu il tarixli, ********** qeydiyyat nömrəli, **********18 reyestr nömrəli çıxarışın surətindən görünür ki, Şəki rayonu, İnçə kəndi ərazisindən 0.04 hektar torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsusdur.
12. İş materiallarına əlavə edilmiş Şəki şəhər İcra Hakimiyyəti Başçısının İnçə kənd icra nümayəndəsi tərəfindən verilmiş 30 yanvar 2023-cü il tarixli, 46 nömrəli arayışın surətindən görünür ki, İnçə kəndində yerləşən 0.04 hektar torpaq sahəsində yerləşən yeməkxana 2008-ci ildə İddiaçı vəsaiti hesabına inşa edilmiş və bu gün də həmin yeməkxana İddiaçı istifadəsində olmaqla vergiləri onun tərəfindən ödənilir.
13. İş materiallarına əlavə edilmiş Şəki şəhər İcra Hakimiyyəti Başçısının Aparatından İddiaçı ünvanlanmış 06 aprel 2023-cü il tarixli məktubun surətindən görünür ki, İddiaçı tərəfindən Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin tələbləri pozulmaqla tikintisi aparılmış qeyri-yaşayış (yeməkxana) binasının sənədləşdirilməsi üçün tikintiyə və istismara icazə sənədlərinin verilməsi qanuna uyğun deyil.
14. Qətnаmədən nаrаzı qаlаn İddiaçı аpellyаsiyа şikаyəti vermişdir.
Apellyasiya şikayətinin dəlilləri
15. İddiaçı apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, hakim, qətnaməni əsaslandıran hallar kimi onun sübut təqdim etmədiyini bildirsə də, o iddiasıyla bağlı kifayət qədər sübutlar təqdim etmişdir. Həmçinin, məhkəmə ona şahidlərinin dindirilməsi üçün şərait yaratmamış, işin hərtərəfli öyrənilməsi üçün mübahisəli əmlaka yerində baxış keçirməmişdir.
16. Ona görə də, Şəki Rayon Məhkəməsinin 19 iyun 2023-cü il tarixli 2(075)- 1122/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və ərizəmin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
18. İddiaçı və Cavabdeh işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
Tətbiq edilən hüquq
19. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 152.1-ci mаddəsinə əsаsən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri
21. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
22. İddiaçı Şəki Rayon Məhkəməsinin 19 iyun 2023-cü il tarixli 2(075)-1122/2023 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
23. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı rədd edərkən tikilinin (yeməkxananın) şəxsi vəsait hesabına tikilməsi faktının müəyyən olunması, tikili üzərində tək istifadə və sahiblik hüququnun tanınması hissəsində hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən həmin hissədə əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir.
24. Bu qətnamənin 1-ci bəndində göstərilənlər işin mübahisəsiz hallarıdır. O cümlədən müəyyən edilir ki, İddiaçı tikdirdiyi yeməkxananın sənədləşdirilməsi üçün Şəki şəhər İcra Hakimiyyəti Başçısına müraciət etmiş, Şəki şəhər İcra Hakimiyyəti Başçısının Aparatından İddiaçı ünvanlanmış 06 aprel 2023-cü il tarixli məktubda göstərilmişdir ki, qeyri-yaşayış obyektlərinin tikintisi ilə bağlı Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 75-ci maddəsinin tələblərinə uyğun qaydada sənədləşmə işləri aparılmalı və sonra tikinti işlərinə başlanılmalıdır. İddiaçı tərəfindən Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin tələbləri pozulmaqla tikintisi aparılmış qeyri-yaşayış (yeməkxana) binasının sənədləşdirilməsi üçün tikintiyə və istismara icazə sənədlərinin verilməsi qanuna uyğun olmadığından müraciətin həlli mümkün deyildir. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 3 nömrəli qərarının 7-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.6-cı maddəsinə əsasən mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmə və onun barəsində sərəncam vermə faktı məhkəmə qaydasında o vaxt müəyyən edilə bilər ki, özünü daşınmaz əmlakın mülkiyyətçisi hesab edən şəxs həmin əmlakın ona məxsus olduğunu təsdiq edən hüquqmüəyyənedici sənədləri itirmiş olsun və yaxud bu sənədlərin məhkəmədən kənar qaydada bərpası mümkün olmasın. Məhkəmələrə tövsiyə olunur ki, mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə və onun üzərində sərəncam vermək faktını müəyyən etməzdən əvvəl daşınmaz əmlakın hüquqi vəziyyətinə, məqsədli təyinatına və sair aydınlıq gətirilməli, daşınmaz əmlakın mülkiyyət hüququ üzrə dövlət qeydiyyatına alınıb-alınmadığı aydınlaşdırılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qeyd edilən qərarında göstərildiyi kimi, daşınmaz əmlaka sahiblik və ondan istifadə etmə faktının məhkəmə qaydasında müəyyən edilməsi üçün həmin daşınmaz əmlaka hüquqmüəyyənedici sənədlərin itirilmiş olması və yaxud bu sənədlərin məhkəmədən kənar qaydada bərpasının mümkün olmaması şərti mövcud olmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki halda Şəki rayonunun, Zunud kəndinin giriş hissəsində yerləşən 0.04 ha torpaq sahəsi üzərində yerləşən yeməkxana tikilisi Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin tələbləri pozulmaqla inşa edilmiş qanunsuz tikili olmaqla, həmin tikilinin heç bir hüquqmüəyyənedici sənədi olmamışdır və verilməsi mümkün deyildir. Bundan başqa, yuxarıda göstərilən qərarda qeyd edildiyi kimi, daşınmaz əmlaka sahiblik və ondan istifadə faktı müəyyən edilməzdən əvvəl daşınmaz əmlakın hüquqi vəziyyətinə, məqsədli təyinatına və sairə aydınlıq gətirilməlidir. Hazırki iş üzrə 28 iyun 2019-cu il tarixli, ********** qeydiyyat nömrəli, **********18 reyestr nömrəli çıxarışla İddiaçı xüsusi mülkiyyət hüququ ilə Şəki rayonu, İnçə kəndi ərazisindən 0.04 hektar yaşayış məntəqələri torpaqları təyinatlı torpaq sahəsi verilmişdir.
25. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
26. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı rədd edərkən tikilinin (yeməkxananın) şəxsi vəsait hesabına tikilməsi faktının müəyyən olunması, tikili üzərində tək istifadə və sahiblik hüququnun tanınması hissəsində düzgün nəticəyə gəldiyindən və qətnаmə həmin hissədə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin həmin hissədə аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Şəki Rayon Məhkəməsinin 19 iyun 2023-cü il tarixli 2(075)-1122/2023 nömrəli qətnaməsi tikilinin (yeməkxananın) şəxsi vəsait hesabına tikilməsi faktının müəyyən olunması, tikili üzərində tək istifadə və sahiblik hüququnun tanınması hissəsində dəyişdirilmədən saxlanılmalıdır.
27. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş аpellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Şəki Rayon Məhkəməsinin 19 iyun 2023-cü il tarixli 2(075)-1122/2023 nömrəli qətnaməsi tikilinin (yeməkxananın) şəxsi vəsait hesabına tikilməsi faktının müəyyən olunması və tikili üzərində tək istifadə və sahiblik hüququnun tanınması hissəsində dəyişdirilmədən sаxlаnılsın. Şəki Apellyasiya Məhkəməsinin 27 sentyabr 2023-cü il tarixli 2(107)-1055/2023 nömrəli qərardadı ilə Şəki Rayon Məhkəməsinin 19 iyun 2023-cü il tarixli 2(075)- 1122/2023 nömrəli qətnaməsinin iddianın rədd edilmiş tikilinin yerləşdiyi torpaq sahəsi üzərində qanuni istifadə hüququnun tanınması hissəsində ləğv edilməsi və həmin hissədə iş üzrə icraata xitam verilməsi nəzərə alınsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.