Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1056/2021 19.10.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu, Hakimlər – Rəfiyev Rövşən Rafiq oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi, İddiaçı - İddiaçı nümayəndəsi və vəkili X15, Cavabdeh - Cavabdeh nümayəndəsi X22 və həmin cavabdehin vəkili Vəkil, Cavabdeh - Mingəçevir şəhər X20 Hüquqi Şəxsin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh və Mingəçevir şəhər Mərkəzi X3rşı dəymiş zərər və gələcəkdə müalicəyə sərf ediləcək pul tələbinə dair mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 12 noyabr 2019-cu il tarixli, 2(051)-1179/2019 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq Müəyyən etdi: Mingəçevir Şəhər Məhkəməsinin (hakim Məhburə Kərimova) 12 noyabr 2019-cu il tarixli, 2(051)-1179/2019 saylı qətnaməsi ilə iddia qismən təmin olunmuş, cavabdeh İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin “Mingəçevir şəhər Mərkəzi Xəstəxanası” X40 118 (bir yüz on səkkiz) manatın alınıb İddiaçı Eldar qızına verilməsi, iddianın qalan hissədə və Cavabdeh münasibətdə təmin olunması qət edilmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 12 noyabr 2019-cu il tarixli, 2(051)-1179/2019 saylı qətnaməsindən İddiaçı tərəfindən apellyasiya şikayəti vermişdir. Şəki Apellyаsiyа Məhkəməsinin Mülki kollegiyаsının 02 sentyabr 2020-ci il tarixli, 2(107)-1364/2020 saylı qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Mingəçevir Şəhər Məhkəməsinin 12 noyabr 2019-cu il tarixli, 2(051)-1179/2019 saylı qətnaməsi qismən-iddianın Cavabdeh münasibətdə də təmin edilməməsi hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilməklə İddiaçı cavabdehlər Cavabdeh və “Mingəçevir şəhər Mərkəzi Xəstəxanası” X37rşı 5000 manat məbləğində dəymiş zərərin və gələcəkdə müalicəyə sərf ediləcək 3000 manat məbləğində pul tələbinə dair iddiası Cavabdeh münasibətdə qismən təmin edilmiş, Cavabdeh 1920 manat pulun alınaraq İddiaçı verilməsi, qətnamənin qalan hissəsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Şəki Apellyаsiyа Məhkəməsinin Mülki kollegiyаsının 02 sentyabr 2020-ci il tarixli, 2(107)-1364/2020 saylı qətnaməsindən Cavabdeh nümayəndəsi və vəkili Vəkil tərəfindən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 11 mart 2021-ci il tarixli, 2(102)-1216/2021 saylı qərarı ilə Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Şəki Apellyаsiyа Məhkəməsinin Mülki kollegiyаsının 02 sentyabr 2020-ci il tarixli, 2(107)-1364/2020 saylı qətnaməsi mübahisələndirilən hissədə, yəni iddia tələbinin Cavabdeh münasibətdə təmin edilməsi hissədə ləğv edilmiş və mülki iş həmin hissədə yenidən baxılması üçün Şəki Apellyаsiyа Məhkəməsinə göndərilmişdir. İşin halları: İddiaçı cavabdehlər Cavabdeh və “Mingəçevir şəhər Mərkəzi Xəstəxanası” X37rşı sağlamlığa vurulmuş 5000 (beş min) manat dəyərində dəymiş ziyan və 5000 (beş min) manat kompensasiya tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək cavabdehlərdən ona vurulmuş 5000 (beş min) manat məbləğində ziyanın və gələcəkdə müalicəyə sərf ediləcək 3000 (üç min) manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı iddianı müdafiə edərək izahatında bildirmişdir ki, 08 dekabr 2017-ci ildə, təxminən, saat 22:50 radələrində Mingəçevir şəhər Mərkəzi Xəstəxanasının doğum şöbəsinə müraciət etmişdi. Həmin vaxt şöbənin növbətçi mama-ginekoloqu X12 idi. Onu qəbul edib nəzarət altına aldılar. Müvafiq müayinələrdən sonra ona 38-39 həftəlik hamiləlik baş gəlişi təyin edildi. 09 dekabr 2017-ci il tarixdə saat 09:00-da onu mamaginekoloq, hazırkı iş üzrə Cavabdeh təhvil aldı. Saat 10:15 radələrində doğuş baş vermişdi. Uşaq doğulduqdan sonra həkimlər doğuşun normal keçdiyini, heç bir problem olmadığını bildirdilər. Sonra həkim-nevropotoloq Samirə Alıyeva uşağın sol körpücük sümüyünün doğuş zamanı qırıldığını bildirdi. O və uşaq həmin gün xəstəxanada qaldılar. Sonra uşağın vəziyyəti pisləşməyə başladı. Həkimlər uşağın X31 Mərkəzə aparmağı məsləhət gördülər. Ona görə də uşağı X31 Mərkəzə aparmaq qərarına gəldi. O, xəstəxananın rəhbərliyinə müraciət edərək uşağın Şəkiyə aparılması üçün təcili yardım maşını ayrılmasını xahiş etdi. Lakin bunun ödənişli olduğunu, ödənişi keçirdikdən sonra ona təcili yardım maşını ayrıla biləcəyini bildirdilər. O, getdikcə uşağın vəziyyətinin ağırlaşdığını görüb, məcbur olub xəstəxanaya 120 manat pul ödədi. Bundan sonra uşağın aparılması üçün təcili yardım maşını ayrıldı. O, 11 dekabr 2017-ci ildə uşağı X29 Mərkəzə apardı. Onlar uşağı rentgenə salıb, uşağın sol körpücük sümüyünün sındığını bildirdilər. 17 dekabr 2017-ci ildən 27 dekabr 2017-ci il tarixədək uşaq həmin xəstəxanada qalıb müalicə olundu. Sonra həkimlərin məsləhəti ilə uşağı müalicə üçün Səhiyyə Nazirliyi K.Fərəcova adına Elmi- X13 apardı. Orada uşağa “doğuş astiksiyası, körpücük sümüyünün sınığı, perinatal pozthipoksik travması, ensetalopatiya, subkonyuktirol qansızma” diaqnozu qoyulmuşdur. Uşaq K.Fərəcov adına X1, sonra X6 müalicəsi davam etdirilmişdir. Müalicə ilə əlaqədar uşağı Mingəçevir ŞMX-dan X29 Mərkəzə aparmaq üçün 120 manat, Şəkidən Bakıya aparmaq üçün 80 manat yol xərci ödəmişlər. Bundan əlavə X6 və K.Fərəcova adına ElmiX4 uşağın müayinə və müalicəsi üçün 5000 manat pul xərcləmişdir. Həkimlər uşağın hələ 2 il müalicə alacağını bildirmişdir ki, həmin müddətdə də müalicə üçün 3000 manat pul lazım olacaqdır. Uşağın bu qədər müalicəyə ehtiyac yaranmasına səbəb isə doğuş zamanı aldığı travma olmuşdur. Travmaya səbəb isə doğuşu qəbul edən həkim-Cavabdeh doğuşu düzgün idarə etməməsi olmuşdur. Hesab edir ki, uşağın travma almasında məsuliyyət təkcə həkim Cavabdeh deyil, həm də onun işlədiyi xəstəxananın üzərinə düşür. Ona görə də iddianın təmin olunmasını, cavabdehlər Cavabdeh və “Mingəçevir şəhər Mərkəzi Xəstəxanası” X40 uşağın müalicəsi ilə əlaqədar xərclədiyi 5000(beş min) manat, gələcəkdə müalicəyə sərf ediləcək 3000(üç min) manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının nümayəndəsi və vəkili X23 da iddianı müdafiə edərək, təmin olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında cavabdeh “Mingəçevir şəhər Mərkəzi Xəstəxanası” X41 nümayəndəsi X16 iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, xəstəxana, üzərinə qoyulmuş vəzifəni iddiaçının hamiləliyi müddətində, eləcə də doğumu və doğuşdan sonra yerinə yetirmişdr. İddiaçı hamiləliyi müddətində xəstəxanada müayinələrdən keçmişdir. İddiaçı adına tərtib edilmiş hamilə və zahı qadınların müşahidə sənədlərindən görünür ki, iddiaçıya “anemiya” diaqnozu qoyulmuşdur. Həmçinin, həmin xəstəlik vərəqəsinə əlavə edilmiş, iddiaçının yazısından görünür ki, o, ailə həkimi tərəfindən verilən müalicəni qəbul etməmşdir. İddiaçının uşağına X29 Mərkəzinə göndərişi xəstəxananın rəhbərliyi tərəfindən verilməmişdir. İddiaçı uşağı Şəkiyə aparmaq üçün təcili yardım maşını ayrılması ilə əlaqədar xəstəxana rəhbərliyinə müraciət etmiş, ona bununla əlaqədar ödəniş keçirilməsi izah olunmuş, iddiaçı 118 manat ödəniş etmiş və bu barədə ona qəbz də verilmişdir. Bundan əlavə iddiaçı guya uşağın X29 Mərkəzində, K.Fərəcov adına X1 müayinə və müalicəsi üçün 5000 manat pul xərclədiyini bildirmişdir. Həmin xəstəxanalar dövlət müəssisələridir, müayinə və müalicə üçün xəstələrdən ödəniş tələb olunmur. İddiaçının uşağının X7 müayinə və müalicəsi isə uşağın doğuş zamanı aldığı travma ilə əlaqədar deyil. İddiaçı həkimin səhlənkarlığı səbəbindən doğuş zamanı uşağının sol körpücük sümüyünün sınığı və baş nahiyyəsində xəsarət alması barədə Mingəçevir şəhər prokurorluğuna da müraciət etmiş, lakin həkimin əməlində cinayət tərkibi olmadığına görə cinayət işinin başlanması rədd edilmşdir. Ancaq Mingəçevir ŞMX-nin doğum şöbəsinin mama-ginekoloqu Cavabdeh vəzfəsinin icrası zamanı səhvə yol verdiyinə görə intizam məsuliyyətinə cəlb olunması barədə prokurorluq “Mingəçevir şəhər Mərkəzi Xəstəxanası” X41 direktoruna təqdimat göndərmiş, təqdimat MSX-da müzakirə olunaraq müvafiq qərar qəbul edilmişdi. Bunlardan əlavə hesab edir ki, “Mingəçevir şəhər Mərkəzi Xəstəxanası” X45 hazırkı tələb üzrə cavabdeh ola bilməz. Belə ki, Cavabdeh ilə 20 avqust 2001-ci il tarixdə bağlanmış əmək müqaviləsinə əsasən o, “Mingəçevir şəhər Mərkəzi Xəstəxanası” X35 doğum şöbəsinə həkim mama-ginekoloq vəzifəsinə təyin olunmuşdur. Əmək müqaviləsinə əsasən də tutduğu vəzifənin əmək funksiyasının icrasını öhdəsinə götürmüşdür. Əmək funksiyasının ətraflı izahatı isə vəzifə təlimatında göstərilmişdir. Odur ki, doğuş Cavabdeh tərəfindən idarə olunduğu üçün məsuliyyəti də həkim mama-ginekoloqun üzərinə düşür. İddianın “Mingəçevir şəhər Mərkəzi Xəstəxanası” X44 münasibətdə təmin olunmamasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh nümayəndəsi və vəkili X26 iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, Cavabdeh 09 dekabr 2017-ci ildə doğum şöbəsində növbədə olmuşdur. Həmin gün saat 09:00-da növbəni təhvil alıb. Həmin vaxt şöbədə olan İddiaçı də qəbul edib. İddiaçı 08 dekabr 2017-ci il tarixdə axşam saatlarında doğum şöbəsinə daxil olmuşdur. İddiaçı sancılar olub, 19 dekabr 2017-ci il tarixdə saat 10:15-də uşaq doğulubdu. Doğulandan sonra həkim Cavabdeh uşağı tibb bacısına təhvil veribdi. Sonra məlum olubdu ki, doğuş zamanı uşağın sol körpücük sümüyü sınıbdı. İddiaçı doğuşu sürətli doğuş olmuşdur. Sürətli doğuşun baş verməsi üçün anaya bəzi dərman pereparatları verilir. Cavabdeh əvvəl doğum şöbəsində növbədə mamaginekoloq Leyla Cəfərova olmuşdur. Doğuş fəaliyyəti zəif olduğuna görə doğuşu sürətləndirmək məqsədilə induksiya etmək üçün mama-ginekoloq Leyla Cəfərova tərəfindən 09 dekabr 2017-ci il tarixdə saat 03:00-da xəstəyə “Mezoprostol”, Noşpa”, Platfilin” verilmişdir. Sürətli doğuş zamanı uşağın sol körpücük sümüyünün sınması normaldır. Sürətli doğuşda uşaq sürətlə doğulur və bu zaman hər hansı bir xəsarət ala bilər. Ancaq İddiaçı sürətli doğuşun baş verməsi üçün həkim mamaginekoloq Cavabdeh heç bir müdaxilə etməmişdir. 10 dekabr 2017-ci ildə uşağın vəziyyəti pisləşmiş, həkimpediatr Samirə Alıyeva uşağın X32 Mərkəzə aparılmasını məsləhət bilmişdi. 11 dekabr 207-ci il tarixdə də uşağı valideynləri, X32 Mərkəzə aparmışlar. Cavabdeh həmin vaxt yalnız doğuş həkimi olmuşdur. Onun tərəfindən anaya heç bir müdaxilə olunmadan doğuş həyata keçirilmiş, normal şəkildə uşaq təhvil verilmişdir. Qeyd etdiyi kimi sürətli doğuşda da uşağın körpücük sümüyünün sınığı normal haldır. Körpücük sümüyünün müalicəsi üçün də “8” vari sarğı qoyulur və rentgenlə üzləmə ilə həmin sınıq 7-14 gün ərzində bitişir. Sorğu və rentgen üçün də iddiaçının tələb etdiyi qədər xərclər tələb olunmur. İddiaçının tələb etdiyi xərclər üçün sübut kimi təqdim edilmiş reseptlərdə qeyd edilən dərmanlar isə həmin xəstəliyin müalicəsinə aid deyildir. İddia əsassız olduğuna görə təmin olunmamasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh da iddianı qəbul etməyərək eyni məzmunda izahat verərək iddianın təmin olunmamasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında şahid “Mingəçevir şəhər Mərkəzi Xəstəxanası” X41 doğum şöbəsində mama-ginekoloq işləyən X12 verdiyi ifadəsində bildirmişdir ki, 2012-ci ildən Mingəçevir şəhər xəstəxanasının doğum şöbəsində mamaginekoloq kimi fəaliyyət göstərir. İddiaçı 08 dekabr 2017-ci ildə saat 22:50 radələrində dölyanı mayenin vaxtından əvvəl axımına görə doğum şöbəsinə müraciət etmişdir. Onu dərhal şöbəyə almışlar. Dölyanı maye normadan artıq axdığı, həmçinin yetişmiş hamiləlik olduğu üçün doğuşun induksiyası aparıldı. Uşaqlıq boyunun yetkin olmadığına görə induksiyaya hazırlıq məqsədilə 09 dekabr 2017-ci il tarxdə saat 03:00 radələrində “Mezoprostol” 50 mq dilaltı təyini bqşlamışdır. Həmçinin, uşaqlıq boyunun yumşaldılması məqsədilə 1 qram “Noşpa” vuruldu. Saat 04:50-də İddiaçı doğuş sancıları başladı. Saat 05:20-də, uşaqlıq boyunun yumşaldılması məqsədilə, daha 1 qram “Noşpa” vuruldu. 09 dekabr 2017-ci ildə saat 09:00-da növbəni mama-ginekoloq Cavabdeh təhvil verib getdi. Doğuşun surətli olması barədə Cavabdeh sözləri əsassızdır. Uşaq sürətli doğuş zamanı doğulmamışdır. Sürətli doğuş olması üçün “Mezoprostol” dərmanının verilməsindən sonra 1-3 saat ərzində uşaq doğulmalıdır. Əgər bu posess 1-3 saat ərzində baş verməmişdirsə, bu, sürətli doğuş deyildir. “Mezoprostol” dərmanı İddiaçı 09 dekabr 2017-ci ildə saat 03:00də verilmiş uşaq saat 10:15-də doğulmuşdur. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 12 noyabr 2019-cu il tarixli, 2(051)-1179/2019 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, qətnamə qanunsuz və əsassızdır və iddiası tam təmin edilməlidir. İş materiallarından göründüyü kimi, məhkəmətibb ekspertizasının 262/KEŞ saylı 23.08.2019-cu il tarixli rəyinə əsasən, onun oğlu Uğurun adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən doğuşdan sonra onda “Doğuş astiksiyası, sol körpüçük sümüyünün sınığı,perinatal postnipoksik travmatik ensefalopatiya, subanyukival qansızma”nın olduğu müəyyən edilmişdir. Qeyd edilən patoloji dəyişikliklər mama travmasıdır və bu doğuşun texniki cəhətdən düzgün idarə edilməməsi nəticəsində əmələ gəlmişdir. Buna məsul şəxs doğuşu idarə edən həkim mama-ginekoloqdur. Bu faktı məhkəmədə şahid qismində dindirilən həkim Leyla Cəfərovanın izahatı da təsdiq edir. Əlavə olaraq, işə əlavə olunmuş tibbi sənədlər oğlu Uğura iddia ərizəsində qeyd etdiyi xərcdən də artıq xərc çəkdiyi sübut edir. Cavabdeh dövlət xəstəxanasında müayinə və müalicəsinin pulsuz edilməsinə istinadı əsassızdır. Təqdim etdiyi reseptlər azı 20 dəfə Bakı şəhərinə, Gəncə şəhərinə, xəstəxanaya getdiyini sübut edir. Əgər xəstəxananın mama-ginekoloqu onun uşağına travma yetirməsəydi, o, xəstəxana yollarında gediş-gəliş haqqı ödəməzdi. Əsas olan fakt, xəstəxana tərəfindən uşağın özləri tərəfindən müayinə etməli olan halda Şəki şəhər Perintal Mərkəzinə göndəriş verməsi məsələsi araşdırılmamışdır. Ona isə Şəki Periantal mərkəzə göndəriş verilərkən uşağa travma yetirildiyi haqda məlumat verilməmişdir. Ona görə də, Mingəçevir Şəhər Məhkəməsinin 12 noyabr 2019-cu il tarixli, 2(051)1179/2019 saylı qətnamənin ləğv edilməsinə və onun iddiasının bütövlüklə təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili X23 apellyasiya şikayətinin təmin edilməsini, Mingəçevir Şəhər Məhkəməsinin 12 noyabr 2019cu il tarixli, 2(051)-1179/2019 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi X22 və həmin cavabdehin vəkili Vəkil, eyni zamanda iş üzrə digər cavabdeh Mingəçevir şəhər X20 Hüquqi Şəxsin nümayəndəsi X17 hər biri ayrı-ayrılıqda apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini və Mingəçevir Şəhər Məhkəməsinin 12 noyabr 2019cu il tarixli, 2(051)-1179/2019 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik mülahizələrinə görə, həmçinin yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə, yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Mingəçevir Şəhər Məhkəməsinin 12 noyabr 2019-cu il tarixli, 2(051)-1179/2019 saylı qətnaməsi dəyişdirilməlidir. Belə ki, işə İddiaçı adına tərtib edilmiş doğum tarixlərinin, yeni doğulmuşun inkişaf tarixini, hamilə və zahı qadının müşahidə vərəqələri əlavə olunmuş və həmin sənədlərdə İddiaçı müayinənin nəticələri göstərilmişdir. Həmin sənədlərə görə İddiaçı Elxan qızında “Anamiya” İ dərəcəli olması müəyyən edilmişdir. Sənədlərə əlavə edilmiş İddiaçı tərəfindən yazılmış kağızda göstərilir ki, həkim tərəfindən(ailə həkimi) verilən müalicəni qəbul etməmişdir. İşdə olan doğulmuşun inkişaf tarixində göstərilir ki, İddiaçı uşağı 09 dekabr 2017-ci ildə, saat 10:15-də doğumuş, 11 dekabr 2017-ci ildə saat 14:00-da köçürülmüşdür. İşdə olan “Mingəçevir şəhər Mərkəzi Xəstəxanası” X41 ginekologiyadoğum şöbəsinin müdiri H.Əzizova tərəfindən verilmiş X36 göndərişin surətindən görünür ki, İddiaçı 09 dekabr 2017-ci il təvəllüdlü uşağı “Doğuş və dölün azad edilməsi zamanı ilk dəfə qeyd edilən bətndaxili hipoksiya , körpücük sümüyünün sınığı ilə göndərilmişdir. İşdə olan 79741 №-li qəbzdən görünür ki, İddiaçı tərəfindən Mingəçevir şəhər Mərkəzi Xəstəxanası PHŞ-ə 118 (bir yüz on səkkiz) manat ödənilmişdir. İşdə olan X32 Mərkəz tərəfindən tərtib olunmuş “Yenidoğulmuşun inkişaf tarixi”ndə göstərilir ki, İddiaçı 09 dekabr 2017-ci ildə doğulmuş uşağı 11 dekabr 2017-ci ildə saat 16:00-da Mərkəzə daxil olmuş, 17 dekabr 2017ci ildə saat 16:00-da köçürülmüşdür. Son diaqnoz “Bətndaxili infeksiya, dəqiqləşdiriməmiş hemolitin xəstəlik, diffuz hipoksiya” İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi K.Fərəcova adına X2 tərəfindn verilmiş epikrizdən görünür ki, iddiaçının 02 dekabr 2017-ci ildə doğulmuş uşağı 17 dekabr 2017-ci ildə həmin xəstəxanaya daxil olmuş, 27 dekabr 2017-ci ildə çıxmışdır. Diaqnozu “ Doğuş zədəsi, doğuş asfiksiyası. Sol körpücük sümüyün sınığı. Bətndaxili infeksiya, İnfeksiya mənşəli eonatal sarılıq” Uşaq yaxşılaşma ilə sahə həkiminin, nevropatoloqun və ortamoloqun nəzarəti altında evə yazılır. Z.Əliyeva adına Milli Oftalmologiya İnstitutunda müayinə məsləhətdir. İşdə olan X8 ortoped-travmatoloqu Məzahir Məmmədov tərəfindən verilmiş 01.06.2018-ci il tarixli arayışda göstərilir ki, 09 dekabr 2017ci il təvəllüdlü X27 17 yanvar 2018-ci ildə, 13 mart 2018-ci ildə, 01 iyun 2018-ci ildə X10 Ortopediya və Travmatologiya bölməsində həkim müayinəsində olmuşdur. Müayinə nəticəsində xəstəyə “Bud-çanaq oynaqları displaziyası” diaqnozu təyin edilərək müvafiq müalicə tətbiq olunmuşdur. İşdə olan məhkəmə-tibb ekspertizasının 262/KEŞ №-li 23 avqust 2019-cu il tarixli rəyində göstərilir ki, X18 adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən doğuşdan sonra onda “Doğuş astiksiyası, sol körpücük sümüyünün sınığı, perinatal postnipoksik travmatik ensefalopatiya, subkonyukival qansızma”nın olduğu müəyyən edilmşdir. Qeyd edilən patoloji dəyişikliklər mama travmasıdır və bu, doğuşun texiki cəhətdən düzgün idarə edilməməsi nəticəsində əmələ gəlmişdir. Buna məsul şəxs doğuşu idarə edən həkim mama-ginekoloqdur. İşdə olan 277 №-li əmək müqaviəsinin surətindən görünür ki, Cavabdeh 20 avquat 2011-ci ildə “Mingəçevir şəhər Mərkəzi Xəstəxanası” PHŞ-in ginekologiyadoğum şöbəsinə həkim mama-ginekoloq vəzifəsinə işə qəbul edilmişdir. Əmək müqaviləsi müddətsiz bağlanmışdır. İşdə olan Mingəçevir şəhər prokurorluğunun böyük müstəntiqi vəzifəsini icra edən X9 28 sentyabr 2018-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında“ qəraından görünür ki, Mingəçevir ŞMX-nin doğum şöbəsinin mama- ginekoloqu Cavabdeh barəsində cinayət işinin başlanılması rədd edilmişdir. İşdə olan məhkəmə tibb ekspertizasının 265/KEŞ №-li 27 avqust 2018-ci il tarixli rəyində göstərilmişdir ki, Uğur Səmədzadədə doğuşdan əvvəl və ya doğuşdan sonra (X11 daxil olmamışdan öncə) aparılmış müaynələr zamanı “Budçanaq oynaqları displaziyasını müəyyənləşdirəcək hər hansı bir patoloji proses müəyyən edilməmişdir. Məhkəmə tədqiqi zamanı da iddiaçının uşağında “Bud-çanaq oynaqları displaziyası”nın doğuş zamanı uşağın aldığı travmanın nəticəsində yaranmasını təsdiq edən sübut təqdim edilmədi. Eləcə də təqdim edilmiş 2 ədəd reseptlərdəki dərmanların uşağın doğuş zamanı aldığı travmanın müalicəsi üçün yazıldığı müəyyən olunmadı. Birinci instansiya məhkəməsi iddianın qismən təmin edilməsini qət edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099.1-ci maddəsinə istinad etmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 02 sentyabr 2020-ci il tarixli, 2(107)-1364/2020 saylı qətnaməsi ilə Cavabdeh münasibətdə təmin edilməsi hissəsində razılaşmayan və qətnaməni həmin hissədə ləğv edərək yeni apellyasiya baxışına qaytaran Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11 mart 2021-ci il tarixli, 2(102)-1216/2021 saylı qərarında göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi iddia tələbini Cavabdeh münasibətdə təmin edərkən maddi hüquq normalarının tələblərini pozmuşdur. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarına əsasən 277 №-li əmək müqaviəsinə əsasında Cavabdeh 20 avquat 2011-ci ildə digər cavabdeh “Mingəçevir şəhər Mərkəzi Xəstəxanası” PHŞ-nin ginekologiya doğum şöbəsinə həkim mama-ginekoloq vəzifəsinə işə qəbul edilmişdir. Əmək müqaviləsi müddətsiz bağlanmışdır. Mülki Məcəllənin 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 1099.2-ci maddəsinə görə, bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. Bundan başqa Ali Məhkəmənin sözügedən qərarında göstərilmişdir ki, hazırkı işdə iddiaçının uşağının doğulması zamanı onun travma alması, yəni hüquqazidd əməl mövcuddur. Mülki hüquq pozuntusundan irəli gələn tələbin təmin edilməsi üçün sadalanan şərtlərdən üçüncüsü, yəni əməl ilə zərər arasında uyğun səbəbli əlaqə apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilməmişdir. Belə ki, cavabdehlər hər ikisi fərqli arqumentlər irəli sürmüş, Cavabdeh iddiaçının uşağının doğuşu zamanı sürətli doğuş baş verdiyindən onda göstərilən qüsurların yaranmasını göstəmiş, digər cavadeh isə bu halı inkar etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqazidd əməlin məhz hansı əsasdan əmələ gəlməsini müəyyən edərkən iş materiallarına olan sübutları MPM-nin 88-ci maddəsinə əsasən qiymət verməli, zərurət yaranarsa bu barədə mütəxəssis və ya ekspert rəyinin alınmasını müzakirə etməlidir. Azərbaycan Respublikası MPM-in 420-ci maddəsinə əsasən, kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Ali Məhkəmənin Mülki Kollegiyasının 11 mart 2021-ci il tarixli, 2(102)-1216/2021 saylı qərarının göstərişinə uyğun olaraq Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 iyun 2021-ci il tarixli qərardadı ilə məhkəmə-tibbi ekspertizаsı təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X34-Təcrübi və Tədris Birliyinin ekspertlərinə həvalə edilmişdir. Qərardadın icrası ilə əlaqədar Şəki Apellyasiya Məhkəməsinə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X21”nin X41 ekspertlərinin 09 аvqust 2021-ci il tаrixli 629/KEŞ nömrəli rəyi təqdim olunmuşdur. Rəydən görünür ki, 1989-cu il təvəllüdlü İddiaçı adma tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə, iş materiallarına əlavə edilmiş məlumatlara əsaslanaraq, qərarda qarşıya qoyulan suallara uyğun ekspert komissiyası aşağıdakı nəticəyə gəlir:
1. Tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, İddiaçı 08.12.2017-ci il tarixdə saat 22:50-də Mingəçevir şəhər Mərkəzi Xəstəxanasına “38- 39 həftəlik hamiləlik. Baş gəlişi. DMVQA” diaqnozu ilə daxil olmuşdur. Doğuş prosesi təbii yolla idarə olunmuş və induksiya məqsədi ilə 09.12.2017-ci il tarixdə saat 04:50-də “Mezoprostol” dərman preparatı tətbiq edilmişdir. Qeyd olunan dərman preparatının təsir müddəti orqanizmin fərdi xüsusiyyətindən asılıdır. Sözügedən işdə doğuş prosesi 09.12.2017-ci il tarixdə saat 10:15-də baş vermişdir; 2.3. Səhiyyə Nazirliyinin Klinik protokolun tələblərinə əsasən, İddiaçı qızma doğuş induksiyanm aparılmasına tibbi göstəriş olmamışdır. Belə ki, doğuşun gedişi zamanı doğuş fəaliyyətinin gözləmə müddəti 18 saat ərzində nəzərdə tutulur. “Mezoprostol” dərman preparatının təsiri ilə əlaqədar sürətli doğuşun baş verməsi nəticəsində yenidoğulmuşda körpücük sümüyünün sınığı baş verə bilər. Lakin sözügedən işdə hamilənin doğuşunun induksiyasının aparılmasına tibbi göstəriş olmamış və təkrar doğan qadın üçün bu müddət sürətli doğuş hesab edilmir. Qeyd olunanları nəzərə alaraq təbii doğuş taktikasının düzgün aparılmaması ilə yenidoğulmuşda körpücük sümüyün sınması arasında səbəbli əlaqə vardır;
4. İddiaçı Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında aparılmış induksiyaya tibbi göstəriş olmadığını nəzərə alaraq ona təyin edilmiş “Bətndaxili hipoksiya və körpücük sümüyünün sınığı” doğuşun sürətli baş verməsi ilə əlaqədar olması istisna edilir. Eyni zamanda qeyd etmək lazımdır ki, “dölün hipoksiyası” olduğu halda doğuşun stimulyasiyasının aparılması əks göstəriş hesab edilir;
5. İddiaçı X32 Mərkəzdə təyin edilmiş “Bətndaxili infeksiya, dəqiqləşdirilməmiş hemolitik xəstəlik, diffuz hipoksiya” doğuşun sürətli baş verməsi nəticəsində yarana bilməzdi. “Diffuz hiposkiya” olduğu halda doğuşun stimulyasiyasının aparılması əks göstəriş hesab edilir;
6. İddiaçı K.Fərəcova adına X1 təyin edilmiş “Doğuş zədəsi, doğuş asfıksiyası. Sol körpücük sümüyün sınığı. Bətndaxili infeksiya. İnfeksiya mənşəli neonatal sarılıq” doğuşun sürətli baş verməsi nəticəsində yaranması istisna edilir. “Doğuş asfıksiyası” olduğu halda doğuşun stimulyasiyasının aparılması əks göstəriş hesab edilir;
7. İddiaçı yeni doğulmuş uşağında qeyd olunan mama travmasının ona aparılmış antenatal xidmətlə səbəbli əlaqəsi olmamışdır;
8. İ dərəcəli anemiyalı hamilə müvafiq müalicələr aldıqdan sonra sağlam uşaq dünyaya gətirə bilər;
9. X18 adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, doğuşdan sonra onda “Doğuş asfıksiyası, sol körpücük sümüyünün sınığı, perinatal posthipoksik travmatik ensefalopatiya, subkonyuktival qansızma”nm olduğu müəyyən edilmişdir. Qeyd olunan patoloji dəyişikliklər mama travmasıdır və buna məsul şəxs doğuşu idarə edən həkimmama-ginekoloqdur; İşin mübahisələndirilməyən hallarına görə iddiaçının 09 dekabr 2017-ci ildə saat 10:15-də uşağı doğulmuş, uşaq doğularkən travmalı doğulmuş, uşağa “doğuş astiksiyası, körpücük sümüyünün sınığı, perinatal pozthipoksik travması, ensetalopatiya, subkonyuktirol qansızma” diaqnozu qoyulmuşdur. İddiaçı hesab edir ki, uşağın doğulması zamanı doğuşun texniki cəhətdən düzgün idarə edilməməsi nəticəsində travma almışdır və buna məsul şəxsin doğuşu idarə edən həkim mama ginekoloq, yəni hazırki iş üzrə Cavabdehdır. Ona görə də, iddiaçı cavabeh Cavabdeh və digər cavabdeh “Mingəçevir şəhər Mərkəzi Xəstəxanası” X40 uşağın müalicəsinə çəkdiyi xərclərin əvəzini tələb edir. Cavabdeh iddiaya etiraz edərək göstərmişdir ki, iddiaçının uşağının doğuşu zamanı sürətli doğuş başverdiyindən sol körpüçük sümüyünün sınması, üz nahiyəsinin qançırlar, cızmalar xarakterli xəsarətlərinin yaranmasına səbəb olmuşdur. Qeyd edilən bu müdaxilələr doğuşa qədər əvvəlki həkim mama-ginekoloq tərəfindən həyata keçirilmişdir. Belə halda o, həmin hallara görə məsuliyyət daşıya bilməz. Digər cavabdeh “Mingəçevir şəhər Mərkəzi Xəstəxanası” X35 nümayəndəsi iddiaya etiraz edərək göstərmişdir ki, doğuşun surətli olması barədə Cavabdeh sözləri əsassızdır. Uşaq sürətli doğuş zamanı doğulmamışdır. Sürətli doğuş olması üçün “Mezoprostol” dərmanının verilməsindən sonra 1-3 saat ərzində uşaq doğulmalıdır. Əgər bu posess 1-3 saat ərzində baş verməmişdirsə, bu sürətli doğuş deyildir. “Mezoprostol” dərmanı İddiaçı 09 dekabr 2017-ci ildə saat 03:00-də verilmiş, uşaq saat 10:15-də doğulmuşdur. Azərbaycan Respublikası mülki məcəlləsinin 1096-cı maddəsində deyilir ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1 maddəsində göstərilmişdir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1112-ci maddəsinə görə, tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir. Mülki Məcəllənin 1099.1-ci maddəsinə əsasən, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 1099.2-ci maddəsinə görə, bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. Göründüyü kimi, normaya əsasən hüquqi şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Digər tərəfdən iddia tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 1096.1-ci və 1097.1-ci maddələrinin tətbiqi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: əməl (hərəkət və ya hərəkətsizlik), həmin əməlin hüquqazidd (qeyri-hüquqi) olması, şəxsiyyətə və ya əmlaka dəymiş zərər, əməl ilə zərər arasında uyğun səbəbli əlaqə və təqsir. Mülki hüquq pozuntusundan irəli gələn tələbin təmin edilməsi üçün sadalanan şərtlərin hər biri məhkəmə tərəfindən müəyyən edilməlidir. Uşaqda baş vermiş patoloji dəyişikliklər mama travması olduğuna və buna məsul şəxsin də doğuşu idarə edən həkim-mama ginekoloq kimi Cavabdeh olduğuna görə onun məsuliyyət daşıdığı müəyyən olunmuşdur. Bu iş üzrə alınmış ekspert rəyi ilə də təsdiq olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.1-ci maddəsinə əsasən, işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər; Həmin Məcəllənin 101.3-cü maddəsinə görə, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Məhkəmə kollegiyası qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Məhkəmə kollegiyası ekspert rəyini tədqiq edərək, məhkəmə araşdırması zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyini nəzərə alaraq, həmin rəylə razılaşır və həmin rəyi sübut növü kimi qəbul edir. X19rşı işi üzrə” 16 fevral 2010-cu il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hesab etmişdir ki, yalnız elmi cəhətdən əsaslandırılmış və məhkəmənin suallarına cavab verən rəy ədalətin gücünə inam yarada və məhkəmənin fəaliyyətinə kömək edə bilər. İş üzrə Cavabdeh digər cavabdeh “Mingəçevir şəhər Mərkəzi Xəstəxanası” PHŞ-nin işçisi olduğuna görə Cavabdeh tərəfindən vurulmuş ziyanın “Mingəçevir şəhər Mərkəzi Xəstəxanası” PHŞ-dən tutulmalı olması nəticəsinə gələn birinci instansiya məhkəməsi haqlı olmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hazırkı iş üzrə 11 mart 2021-ci il tarixli, 2(102)-1216/2021 saylı qərarında vurğulamışdır ki, apellyasiya instansiyası məhkəməsi maddi ziyanın məbləğini müəyyən edərkən qeyd etmişdir ki, iddiaçının uşağının müalicəsi və onunla bağlı digər xərclər üçün uşağı Şəki şəhərində müalicə olunduğu 11-17 dekabr ərəfəsində təcili yardım maşınına verdiyi 118 manatdan başqa evində olan 700 manat pulu, uşağının Bakı şəhərinə aparılması və oradan Mingəçevir şəhərinə qaytarılması üçün 120 manat pulu, uşağı Bakı şəhəridə müalicə olunarkən bir gün ərzində müayinələr və dərmanlara 300 manat pulu, əlavə olaraq hər gün istifadə olunan dərman-davaya 80 manat olmaqla 10 gün ərzində 800 manat pulu xərcləməsi barədə göstərdiklərini inandırıcıdır. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi bu hissədə də nəticəyə gələrkən iş materiallarında olan sübutlara və həmin sübutların MPM-in 88-ci maddəsinin tələblərinə uyğun qiymətləndirilməsinə deyil, mülahizəsinə əsaslanmışdır. Birinci instansiya məhkəməsi iddianın qismən təmin edilməsini qət edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099.1-ci maddəsinə istinad etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu həmin nəticə ilə qismən razılaşır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi cavabdeh İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin “Mingəçevir şəhər Mərkəzi Xəstəxanası” X40 118 mаnаt məbləğində pulun аlınаrаq iddiаçı İddiaçınа verilməsi nəticəsinə gələrkən haqlı olmamışdır. Belə ki, işdə olan "xxxx" MMC tərəfindən verilmiş arayışdan görünür ki, həmin arayışda göstərilən dərmanların qiyməti 214.20 manat təşkil edir. Məhkəmə kollegiyası həmin dərmanlala uşağın müalicə olunması və uşağın Bakı şəhərinə aparılması və oradan Mingəçevir şəhərinə qaytarıması üçün 120 manat xərclənməsi barədə iddiaçının göstərdiyi dəlilləri ağlabatan hesab edir. Buradan belə nəticə hasil olur ki, cavabdehin iddiaçıya vurduğu ziyan 118 yox, 452 manat təşkil etmişdir. Ona görə də məhkəmə kollegiyası qeyd edir ki, həmin məbləğ cavabdehdən iddiaçıdan xeyrinə tutulmalıdır. Lakin, digər xərclərə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, uşağın müalicəsi dövlət tibb müəssisələrində aparıldığından iddiaçının müalicə ilə əlaqədar çəkdiyi xərclər barədə bəyanı əsassız sayılmalıdır. Eyni zamanda iddiaçı iddia ərizəsində göstərdiyi ziyan barədə sübutları işə baxan məhkəmələrə təqdim edə bilməmişdir. Ekspert rəyində göstərilmişdir ki, İ dərəcəli anemiyalı hamilə müvafiq müalicələr aldıqdan sonra sağlam uşaq dünyaya gətirə bilər. Müəyyən edilmişdir ki, iddiaçı anemiyalı xəstə olmasına baxmayaraq hamiləlik dövründə lazımi müalicə almamışdır. Bu baxımdan məhkəmə kollegiyası qeyd edir ki, uşaq travmasız doğulsaydı belə, sonradan onun müəyyən müalicəyə ehtiyacının olması istisna olunmur. Ona görə də iddianın gələcəkdə müalicəyə sərf ediləcək 3000 (üç min) manat pul tələbinə dair hissəsi də əsassızdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinə münasibətdə iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin ona vurulmuş 5000 (beş min) manat məbləğində ziyanın və gələcəkdə müalicəyə sərf ediləcək 3000 (üç min) manat pulun cavabdehlərdən alınaraq ona verilməsinə dair dəlilləri ilə razılaşmır. Belə ki, apellyasiya şikayətinin həmin dəlili ancaq mülahizələrdən ibarət olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 384.0.3-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Mingəçevir Şəhər Məhkəməsinin 12 noyabr 2019-cu il tarixli, 2(051)-1179/2019 saylı qətnаməsi tutulmalı olan 118 manat məbləğində pul hissəsində dəyişdirilməli, cavabdeh “Mingəçevir şəhər Mərkəzi Xəstəxanası” X40 İddiaçı xeyrinə tutulmalı olan məbləğ 452 manat müəyən edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Göründüyü kimi, iddia tələbi qismən (cavabdehdən 452 manat pul alınaraq iddiaçıya verilməsi) təmin edildiyindən cavabdehlərin hazırkı qətnamənin mübahisələndirilən hissəsindən kassasiya şikayəti vermək hüququ nəzərdə tutulmamış, bu hüquq yalnız iddiaçıya məxsusdur. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393, 402, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Mingəçevir Şəhər Məhkəməsinin 12 noyabr 2019-cu il tarixli, 2(051)-1179/2019 saylı qətnаməsi tutulmalı olan 118 (bir yüz on səkkiz) manat məbləğində pul hissəsində dəyişdirilsin. Cavabdeh “Mingəçevir şəhər Mərkəzi Xəstəxanası” X40 alınaraq İddiaçı verilməli məbləğ 452 (dörd yüz əlli iki) manat müəyyən edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən iddiaçı tərəf ona rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Elçin Hüseynov