Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1056/2024 03.12.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı evə görə 100000 manat, 3600 manat məbləğində kompensasiya və 423 manat dövlət rüsumu tələbinə dair mülki iş üzrə (Açar sözlər: Alqı-satqı müqaviləsi üzrə pul tələbi) X1 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Tahirov Zamin Cəbrayıl oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Rəşidzadə Hüseyn Tofiq oğlunun katibliyi ilə, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı evə görə 100000 manat, 3600 manat məbləğində kompensasiya və 423 manat dövlət rüsumu tələbinə dair mülki iş üzrə Oğuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(054)-23/2024 nömrəli qətnaməsindən İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş аpellyаsiyа şikayətlərinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları
1. İddiaçı (iddiaçı) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (cavabdehlər) qarşı cavabdehlərdən xx.xx.1998-ci il tarixdə vəfat etmiş əri X3 ona və övladına miras qalmış, Oğuz şəhəri, 20 Yanvar küçəsi, 12 ünvanında yerləşən evin hazırda mümkün bazar qiyməti olaraq dəyərləndirilən 100000 manatın, notariat kontorunda bağlanmış alqı-satqı müqaviləsində qeyd edilmiş məbləğin, yəni 18000000 manatın hazırki manata məzənnəsi olan 3000 manatın qanunsuz saxlanılmaqla ödənilmədiyi müddətə görə illik 5 faiz dərəcəsi ilə 21 ilə hesablanan 3300 manat məbləğində kompensasiyanın və 423 manat dövlət rüsumunun müştərək qaydada tutularaq ona ödənilməsinə dair iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Oğuz Rayon Məhkəməsində iddiaçının iddiası üzrə 2(054)-56/2022 saylı işə baxılarkən müəyyən edilənlərə əsasən "işdə iştirak edən şəxslərin izahatları, şahidin ifadəsi, həmçinin, iş materiallarına əlavə edilmiş, xx.xx.1996-cı il tarixli nikahın bağlanması haqqında şəhadətnamənin surəti, xx.xx.1997-ci il tarixli doğum haqqında şəhadətnamənin surəti, xx.xx.1998-ci il tarixli ölüm haqqında şəhadətnamənin surəti, xx.xx.2000-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surəti, 2587 reyestr nömrəli Qeydiyyat vəsiqəsi, xx.xx.2000-ci il tarixli etibarnamə, xx.xx.2002-ci il tarixli alqı-satqı müqaviləsinin surəti, 2271 reyestr nömrəli Qeydiyyat vəsiqəsi, xx.xx.2012-ci il tarixli A 400249 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədinin surəti və xx.xx.2021-ci il tarixli mədaxil qəbzi ilə müəyyən edildi ki, iddiaçı (İddiaçı) hazırki iş üzrə cavabdehin (Cavabdeh1) mərhum qardaşı X5 arvadı olmuşdur. Onların birgə nikahından xx.xx.1997-ci il tarixdə X8 adlı bir uşaqları olmuşdur. X9 xx.xx.1998-ci il tarixdə vəfat etmiş, ondan miras qalan, ünvan 1 ünvanında yerləşən evə dair xx.xx.2000-ci il tarixdə hazırki iş üzrə iddiaçı və onun övladı X6 adına birinci növbədə vərəsələr kimi qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Qeyd olunan vəsiyyətnamə əsasında həmin fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ əsasında hazırki iş üzrə iddiaçı və onun övladı X6 adına rəsmiləşdirilmişdir. xx.xx.2000-ci il tarixdə iddiaçının adından Cavabdeh2 etibarnamə verilərək ünvan 2 ünvanında yerləşən evdən istifadə etmək, evi satmaq, qeydiyyatdan çıxarmaq, qeydiyyata salmaq və başqa işlərin görülməsi sonuncuya etibar edilmişdir. Həmin etibarnamə əsasında ünvan 1 ünvanında yerləşən ev cavabdehə satılmış və bununla əlaqədar bağlanmış xx.xx.2002-ci il tarixli alqı-satqı müqaviləsi Oğuz rayon Notariat Ofisində qeydə alınaraq notariat qaydasında təsdiq edilmişdir. Alqı-satqı müqaviləsini satıcı qismində iddiaçının adından Cavabdeh2 imzalamışdır. Bundan sonra qeyd olunan fərdi yaşayış evi xx.xx.2002-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ əsasında hazırki iş üzrə cavabdehin (Cavabdeh1) adına rəsmiləşdirilmişdir. Evin yerləşdiyi 504,38 kv.metr həyətyanı torpaq sahəsinə də aqrar islahat komissiyasının müvafiq qərarı ilə hazırki iş üzrə cavabdehin adına hüquqmüəyyənedici sənəd tərtib edilmişdir.”
3. İddiaçı iddiasını müdafiə edərək ərizəsində daha sonra göstərmişdir ki, Cavabdeh2 və Cavabdeh1 arasında ünvan 3 ünvanında yerləşən evin alqı-satqısına dair Oğuz rayon Notariat Ofisində bağlanmış xx.xx.2002-ci il tarixli alqı-satqı müqaviləsində evin satış dəyəri 18000000 manat göstərilmişdir. Vəfat etmiş əri həmin evin alınmasına 75000000 manat verdiyi halda həmin evin dəyərinin qısa müddətdə 5 qat aşağı olması mümkün deyildi. Həmin evin dəyəri 100000 manatdan az deyil. xx.xx.2006-cı il tarixdə Azərbaycan Respublikasında milli valyutanın, yəni manatın denominasiyası həyata keçirilib və yeni manata keçid zamanı 1 yeni manat 5000 köhnə manata bərabər tutulub. 18000000 manat hazırki manatla 3600 manata bərabərdir.Onun inamından istifadə edən Cavabdeh1 digər Cavabdeh2la onun iradə və istəyinə zidd olan alqı-satqı müqaviləsi bağlatdırmış və həmin müqavilə əsasında evi özünün mülkiyyətinə keçirmişdir. Təəssüf ki, əvvəlki məhkəmələr mənzilin alqı-satqı dəyəri olan 18000000 manatın taleyi ilə bağlı tədbir görməmişlər. Həmin işə baxılarkən Cavabdeh1 özü etiraf edərək bildirib ki, müqavilədə qeyd olunan məbləğ heç kimə verilməyib. 2(054)-56/2022 saylı işə qədər o, cavabdehlərin əməllərindən xəbərsiz olsa da, iddiası təmin olunmamış, həmin iş üzrə xx.xx.2022-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanmışdır. Yuxarı instansiya məhkəmələrinin qətnamə və qərarları üzrə nəticə bu olmuşdur ki, mübahisələndirdiyi evin Cavabdeh1 adına rəsmiləşdirilməsi qanuni olmuşdur. Ona görə də hazırki iddiası ilə evin hazırki bazar qiymətinə uyğun dəyərinin, eləcə də alqı-satqı müqaviləsində göstərilən məbləğin qanunsuz olaraq saxlanıldığı illərə görə illik 5 faiz dərəcəsi olmaqla kompensasiyasının cavabdehlərdən müştərək qaydada alınıb ona verilməsini istəyir. İddiaçı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 364,385, 778, 1087, 1091, 1092, 1096 və 1097-ci maddələrinin tələbləri nəzərə alınmaqla iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
Birinci instansiya məhkəməsində icraat
4. xx.xx.2024-cü il tarixli məhkəmə baxış iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək bildirdi ki, Cavabdeh1la düşmənçiliyi olmayıb. Mürvət evi onun mərhum yoldaşının puluna alıb. Məhkəmədən kənar qaydada məsələnin həll edilməsini ona təklif etsə də Mürvət razı olmayıb, ona məhkəməyə müraciət etməyi təklif edib. Əslində ev alqı-satqısı ondan xəbərsiz həyata keçirilib, lakin hazırda qüvvədə olan qətnamə olduğundan evin hazırki bazar qiyməti ilə dəyərinin və keçən 21 il ərzində hesablanmış kompensasiyanın ona verilməsi üçün məhkəməyə müraciət etmişdir. Ekspertiza rəyi ilə razı deyil. xx.xx.1998-ci il tarixdə vəfat etmiş əri X3 ona və övladına miras qalmış, Oğuz şəhəri, 20 Yanvar küçəsi, 12 ünvanında yerləşən evin hazırda mümkün bazar qiyməti olaraq dəyərləndirilən 100000 manatın, notariat kontorunda bağlanmış alqı-satqı müqaviləsində qeyd edilmiş məbləğin, yəni 18000000 manatın hazırki manata məzənnəsi ilə qanunsuz saxlanılmaqla ödənilmədiyi müddətə görə illik 5 faiz dərəcəsi ilə 21 ilə hesablanan 3600 manat məbləğində kompensasiyanın və 423 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Əvvəlki məhkəmə iclaslarında Cavabdeh1 izahat verərək bildirmişdir ki, Tünzalə mərhum qardaşı Habilin arvadıdır. X13 1996-cı ildə Rusiyadan Azərbaycana gəlmiş və oğlu Samir üçün Oğuz şəhərindən ev almışdır. Həmin vaxt Samirin hələ 18 yaşı tamam olmadığına görə evi öz qardaşı, yəni iddiaçının əri Habil Mabudovun adına rəsmiləşdirmişlər. Qeyd olunan ev hazırki iddia tələbində göstərilən, ünvan 1 ünvanında yerləşən evdir. Həmin ev qardaşı Habilin adına rəsmiləşdirilsə də, faktiki olaraq ev qardaşına məxsus olmamışdır. Bunun əksinə, mərhum qardaşı Habilin Rusiya Federasiyasında, Surqut şəhərində faktiki olaraq evi olmasına baxmayaraq, həmin ev Habilin adına deyil, dayısının adına rəsmiləşdirilmişdir. 1998-ci ildə qardaşı Habil vəfat etmişdir. Habilin vəfatından sonra onun Rusiya Federasiyasındakı evi satılmış və əldə olunmuş vəsaitlə onun ailəsinə ev almaq qərarına gəlmişlər. X14 şəhərində Habilin adına aldığı ev iddiaçıya təklif olunsa da, İddiaçı, yəni hazırki iş üzrə iddiaçı Oğuz şəhərindəki evi istəmədiyi, ona Bakı şəhərindən ev alınmasını təkidlə istədiyi üçün iddiaçıya 1999-cu ildə Bakı şəhərindən ev alınmışdır. Həmin ev 8000 ABŞ dollarına alınmış, evin rəsmiləşdirilməsi ilə əlaqədar xərcləri o özü (Cavabdeh1) ödəmişdir. İddiaçı xx.xx.2000-ci il tarixdə onun qohumu, yəni bacısının (iddiaçının baldızı) əri Cavabdeh2 etibarnamə verərək ünvan 2 ünvanında yerləşən evdən istifadə etməyi, evi satmağı və sair hüquqları ona etibar etmişdir. Həmin vaxtlarda iddiaçı Bakı şəhərində işlədiyinə və Oğuz rayonuna tez-tez gəlib-getmək imkanları olmadığına görə həmin etibarnamə də məhz qeyd olunan sənədləşmə işləri ilə bağlı verilmişdir. Qardaşı Habilin dəfn mərasimindən bir müddət sonra X13 demişdir ki, öz bacısı oğlu Sahil İsmayılova, yəni onun xalası ogluna pul borcu olduğu üçün Oğuz şəhərində oğlu Samir üçün aldığı evi borcun əvəzində Sahilə vermişdir. Onun özünün də Oğuz şəhərində evi olmuş və onlar Sahil ilə razılaşmışlar ki, evləri dəyişsinlər. İddiaçının verdiyi etibarnamə əsasında ünvan 2 ünvanında yerləşən evə dair onunla iddiaçı arasında xx.xx.2002-ci il tarixli alqı-satqı müqaviləsi bağlanmış, müqaviləyə satıcı qismində iddiaçının adından etibarnamə əsasında Cavabdeh2 imza etmişdir. Etibarnamə veriləndə və alqı-satqı müqaviləsi bağlananda bütün məsələlər tərəflərin razılığı ilə həyata keçirilmişdir. Evə adına çıxarış almış, keçən illər ərzində evdə təmir və əlavələr etmiş, digər işlər görmüşdür. 20 il keçdikdən sonra iddiaçı gəlib ki, "mənə ev verin”, halbuki evdə 15-20 dəfə olub, onda niyə etiraz etməyib. Şahidlər var, indi yaşadığı evi iddiaçıya onun aldığını təsdiq edirlər, yəni pulu dayısı göndərib. Qardaşı Müsabirin yanında evin alınması üçün pulu satıcıya verib. Məhz həmin ev alınandan sonra iddiaçı etibarnamə verib ki, Oğuzdakı evi dediyi qaydada sənədləşdirsinlər. Əslində mübahisənin yenidən başlamasının səbəbi var, belə ki, dayısı oğlu Samirin (əslində dayısının) Oğuzda işləməyən şadlıq evi var. Samir oranı satsa Tünzaləyə 50000 manat pul verəcəyini bildirib. Qardaşı Zaman və dayısı oğlu Samir Tünzaləyə yalandan söz veriblər. Həmin obyektin birinci mərtəbəsindəki mağaza onundur.Ona təsir etmək istəyirlər ki, obyektin sənədini alsın. Həmin yerin sənədləri yoxdur, düzəltmək də mümkün deyil. Cavabdeh2 bu işə heç bir aidiyyəti yoxdur, o yalnız iddiaçının adından olan etibarnamə ilə sənədləri imzalayıb. İddianın rədd edilməsini xahiş etmişdir.
6. xx.xx.2024-cü il tarixli məhkəmə baxış iclasında Cavabdeh1 əvvəlki məhkəmə iclasında verdiyi izahatını təsdiq etdi, əlavə olaraq bildirdi ki, onun iddiaçıya borcu yoxdur, çünki ona 1999-cu ildə Bakı şəhərində ev alıb-vermişdir. Evin dəyərini bu yolla ödəmişdir. Pulu dayısı Rusiyadan göndərib, etibarnamə ilə hərəkət ediblər. Tünzalə ilə razılaşdıqlarından Kamalın adına etibarnamə vermişdir. Əks təqdirdə iddiaçı həmin etibarnaməni verməzdi. İddianın rədd edilməsini xahiş etdi.
7. Əvvəlki məhkəmə iclaslarında Cavabdeh2 izahat verərək bildirmişdir ki, iddiaçının mərhum əri Habil Mabudov və hazırki iş üzrə Cavabdeh1 onun arvadının qardaşlarıdır. İddiaçı onun adına verdiyi etibarnamə əsasında ünvan 2 ünvanında yerləşən evə dair Cavabdeh1 ilə İddiaçı arasında alqı-satqı müqaviləsi bağlanmış, həmin müqaviləyə satıcı qismində İddiaçı adından etibarnamə əsasında o özü imza etmişdir. Onun adına etibarnamə verilən vaxtlarda İddiaçı Bakı şəhərində yaşayırdı. Etibarnaməni ona Cavabdeh1 təqdim etmişdir. İddiaçı onun adına etibarnamə verərkən o, İddiaçı görməmiş və İddiaçı ona etibarnamə əsasında konkret olaraq hər hansı işi görməyi, notariat əməliyyatını həyata keçirməyi şəxsən tapşırmamışdır. Ancaq o, ailənin yaxın adamı kimi həmin evin Cavabdeh1 adına rəsmiləşdirilməsinə ümumi razılığın olduğunu bilmişdir. Bundan sonra onlar notariat orqanına gedib həmin fərdi yaşayış evinə dair alqı-satqı müqaviləsi bağlamışlar. Fərdi yaşayış evinin alqı-satqı müqaviləsinin bağlanması nəticəsində alıcı tərəfindən ona hər hansı məbləğ ödənilməmiş, o da İddiaçı evin alqısatqısına görə hər hansı məbləğ verməmişdir. Özü köhnə polis işçisidir. Qeyd edilən işdə hər hansı qanunsuzluq olsaydı, heç zaman yaxın durmazdı. Onun bu məsələyə aidiyyəti yoxdur. İddianın rədd edilməsini xahiş etmişdir.
8. xx.xx.2024-cü il tarixli məhkəmə baxış iclasında Cavabdeh2 əvvəlki məhkəmə iclasında verdiyi izahatını təsdiq etdi, Cavabdeh1 izahatı ilə razılaşdığını bildirdi, əlavə olaraq qeyd etdi ki, onun bu işlərdə marağı olmayıb. Qohum kimi kömək edib. İddianın rədd edilməsini xahiş etdi.
9. Oğuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(054)-23/2024 nömrəli qətnaməsi ilə, iddianın qismən təmin edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 15019,20 manat indeksasiya məbləği və 3600 manat kompensasiya, cəmi 18619,2 (on səkkiz min altı yüz on doqquz manat iyirmi qəpik) manat pul və 145,86 (bir yüz qırx beş manat səksən altı qəpik) manat ödənilmiş dövlət rüsumunun alınaraq İddiaçı verilməsi, iş üzrə aparılmış tədqiqatın dəyəri olan 100 (yüz) manat ekspertiza xərcinin 82 manat hissəsinin İddiaçı və 18 manat hissəsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 oğlundan bərabər qaydada tutulub dövlət büdcəsinə (SAP (XİİS) hesabı X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ******************** SFİFT BİK CTREAZ 22 Məhkəmə Ekspertizası Mərkəzi: VÖEN **********, AZ34CTRE******************** ödənilməsi, iddia tələbinin 84980,8 manat pul və 277,14 manat dövlət rüsumu hissəsində təmin edilməməsi qət edilmişdir.
10. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, ünvan 2 ünvanında yerləşən evin Cavabdeh1 satılması barədə Oğuz rayon Notariat Ofisində qeydə alınmış xx.xx.2002-ci il tarixli alqı- satqı müqaviləsi satıcı qismində İddiaçı adından onun verdiyi xx.xx.2000-ci il tarixli etibarnamə əsasında Cavabdeh2 tərəfindən imzalanmışdır. Həmin müqavilənin etibarsızlığı 2022-ci ildə iddiaçı tərəfindən mübahisələndirilmiş, Oğuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(054)-56/2022 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmiş, iddiaçının apelyasiya və kassasiya şikayətləri təmin edilməmiş, Oğuz Rayon Məhkəməsinin sözügedən qətnaməsi hal- hazırda qanuni qüvvədədir. Həmin qətnamə ilə müəyyən edilmişdir ki, mübahisəli fərdi yaşayış evi satılarkən müqavilədə 18000000 manat məbləğin Cavabdeh2 tərəfindən alınması qeyd edilsə də, həmin məbləğ iddiaçıya verilməmişdir. Hazırki iddia tələbi üzrə cavabdehlər özləri də məhkəmə iclaslarında həqiqətən alqı-satqı zamanı hər hansı pul məbləğinin verilmədiyini təsdiq etmişlər. Cavabdeh1 bu xüsusatı onunla izah etmişdir ki, iddiaçı ilə əvvəldən razılaşma əsasında 1999-cu ildə ona Bakı şəhərində ev alındığından əvəzində həmin müqavilə bağlanarkən iddiaçıya pul verilməmişdir.
11. Cavabdehlər bununla bağlı sübutları məhkəməyə təqdim etməmiş, iddiaçı isə cavabdehlərin bu arqumentini qəbul etməmişdir. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır;
12. Məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, xx.xx.2002-ci il tarixli müqavilə əsasında mübahisəli evin 18000000 manata satıldığı, lakin həmin məbləğin alıcı olmuş Cavabdeh1 tərəfindən verilmədiyi, buna baxmayaraq həmin müqavilədə satıcı olmuş iddiaçını təmsil edən Cavabdeh2 tərəfindən pulun alındığını imzası ilə təsdiq etməsi müəyyən edildiyindən iddiaçının alqı-satqı müqaviləsi üzrə ödəniləcək məbləği qanunla müəyyən edilmiş şəkildə tələb etmək hüququ yaranmışdır.
13. İddiaçı tərəfindən tələb edilən məbləğə münasibətdə isə məhkəmə aşağıdakıları bildirmişdir:
14. İddiaçı 2002-ci ildə satılmış evin hazırki bazar qiymətinə uyğun dəyərinin 100000 manat olduğunu bildirərək həmin məbləğin, habelə ev satıldığı zaman müəyyən edilmiş dəyəri olan 18000000 manat məbləğin hazırki manata olan məzənnəsi ilə pulun qanunsuz ödənilmədiyi halda 21 il ərzində illik 5 faiz dərəcəsi ilə hesablanmaqla 3600 manat kompensasiyanın cavabdehlərdən tutulmasını xahiş etmişdir.
15. Tələb olunan məbləğin hesablanmasının qanunauyğun olub-olmadığının müəyyən edilməsi üçün məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş ekspert rəyi ilə "xx.xx.2002-ci il tarixli, 164583 saylı müqaviləyə əsasən Cavabdeh1 satılmş fərdi yaşayış evinin müqavilə üzrə o zamankı dəyəri olan 18000000 manatın (köhnə) hazırki dövrə indeksasiyası hansı məbləğdə müəyyən edilir?” sualına münasibətdə 3600x417,20%=15019,20 manat, "indeksasiya olunan 18000000 manatın 21 il üçün (2002-2023) 5%-lə kompensasiya məbləği nə qədərdir?” sualına münasibətdə 15019,20x5%=750,96 manat (hər il), 750,96x21=15770,16 manat (21 il) müəyyən edildiyi bildirilmişdir.
16. Məhkəmə bildirir ki, Oğuz Rayon Məhkəməsinin qüvvədə olan xx.xx.2022-ci il tarixli qətnaməsi ilə müəyyən edilənlərə əsasən xx.xx.2000-ci il tarixdə iddiaçının adından Cavabdeh2 etibarnamə verilərək ünvan 2 ünvanında yerləşən evdən istifadə etmək, evi satmaq, qeydiyyatdan çıxarmaq, qeydiyyata salmaq və başqa işlərin görülməsi sonuncuya etibar edilmişdir. Həmin etibarnamə əsasında ünvan 1 ünvanında yerləşən ev cavabdehə satılmış və bununla əlaqədar bağlanmış xx.xx.2002-ci il tarixli alqı-satqı müqaviləsi Oğuz rayon Notariat Ofisində qeydə alınaraq notariat qaydasında təsdiq edilmişdir. Alqı-satqı müqaviləsini satıcı qismində iddiaçının adından Cavabdeh2 imzalamışdır. Bundan sonra qeyd olunan fərdi yaşayış evi xx.xx.2002-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ əsasında hazırki iş üzrə cavabdehin adına rəsmiləşdirilmişdir. Evin yerləşdiyi 504,38 kv.metr həyətyanı torpaq sahəsinə də aqrar islahat komissiyasının müvafiq qərarı ilə hazırki iş üzrə Cavabdeh1 adına hüquqmüəyyənedici sənəd tərtib edilmişdir.
17. Beləliklə göründüyü kimi alqı-satqı predmeti 1974-cü ildə saman-kərpicdən tikilmiş, üstü şiferlə örtülmüş, 89,2 kv.m ümumi sahəsi, 59,3 kv.m yaşayış sahəsi, 29,9 kv.m köməkçi sahəsi olan üç otaqdan ibarət fərdi yaşayış evindən ibarət olmuş, evin yerləşdiyi torpaq sahəsi aqrar islahat komissiyasının müvafiq qərarı ilə Cavabdeh1 adına rəsmiləşdirilmiş və daha sonra ev və torpaq sahəsi vahid şəkildə Cavabdeh1 adına qeydə alınmışdır. Buna görə də məhkəmə iddiaçının sözügedən mülkün hazırki bazar dəyərinə uyğun olaraq 100000 manat məbləğin ona verilməsi tələbinin təmin edilməsini məqbul saymır, ekspertizanın gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, Cavabdeh1 satılmş fərdi yaşayış evinin müqavilə üzrə o zamankı dəyəri olan 18000000 manatın (köhnə) hazırki dövrə indeksasiyası olan 15019,20 manat cavabdehlərdən alınıb iddiaçıya verilməlidir.
18. İddia tələbinin indeksasiya olunan 18000000 manatın 21 il üçün (2002-2023) 5%-lə kompensasiya məbləğinə münasibətdə məhkəmə bildirir ki, ekspert rəyi ilə həmin məbləğ 15770,16 manat hesablansa da iddiaçı 3600 manat məbləğin cavabdehlərdən tutulmasını xahiş etmişdir. Buna görə də məhkəmə mülki prosessual qanunvericiliyin "hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.” müddəasını nəzərə almaqla hesab edir ki, tələbin həmin hissəsi qismən təmin edilməli, 3600 manat kompensasiya məbləği cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir.
19. Birinci instansiya məhkəməsi həmçinin gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 359.1, 362.1, 567, 646.1, 646.2-ci maddələrinə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli, «Qavazov Bolqarıstana» qarşı iş üzrə 06 mart 2008-ci il tarixli Qərarlarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1, 5.3, 14.2, 77.1, 82.3, 117.1, 119.1, 217.3, 217.4, 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
a)Apellyasiya şikayətlərinin dəlilləri
20. Qətnamədən narazı qalan İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən apellyasiya şikayətləri vermişlər.
21. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, cavabdehlər arasında bağlanmış alğı-satqı müqaviləsi predmetinin (onlara məxsus əmlakın) dəyərini cavabdehlər özləri şərti olaraq qiymətləndiriblər və məhkəmə də mənzilin satıldığı dövrə uyğun bazar qiymətinin müəyyən olunmasını ekspertdən tələb etməyib. Ekspert qarşısında qoyulan sual belə olub ki,... fərdi yaşayış evinin müqavilə üzrə o zamankı dəyəri olan 18000000 manatın (köhnə) hazırki dövrə indeksasiyası hansı məbləğdə müəyyən edilir?” ... (fikir verirsiz, fərdi evin o zamankı dəyərinin indeksasiyasının müəyyən olunmasını deyil, cavabdehlərin formal dəyərinin (********) indeksasiyasının müəyyən olunması istənilir). Halbuki, məhkəmə MPM-nin 14.1-maddəsinin tələbindən çıxış edərək, həqiqətə nail olması üçün cavabdehlərin fərdi evin dəyəri olaraq göstərdikləri məbləğin əmlakın həqiqi dəyərinə uyğun olub-olmadığını araşdırmalı idi və bunun üçün də ekspertlə fərdi evin satıldığı zaman mümkün bazar qiymətinin müəyyən və bunun üçün də ekspertlə fərdi evin satıldığı zaman mümkün bazar qiymətinin müəyyən olunmasına çalışmalı idi ki bunu etməyib. Buradan belə nəticəyə gəlmək olar ki, cavabdehlər fərdi evin dəyərini 1000 (bir min) manat da yazdıersaydılar məhkəmə həmin dəyərin indeksasiyasını istəyəcəkdi. Məhz bu qeyd etdiyi faktlara əsaslanaraq hesab edir ki, iddiasının dəlilləri mübahisələndirdiyi hissədə məhkəmədə düzgün araşdırılmayıb.
22. Birinci instansiya məhkəməsinin, cavabdehlərin ona vurduqları maddi zərərlərin miqyasının böyük olduğunu özünün müəyyən etdiyi hallardan görməsinə baxmayaraq tələbini qismən tyəmin etməsini ədalətsizlik kimi qiymətləndirir, eləcə də qanunilik baxımından da iddiasının təmin edilməyən hissəsində qətnaməni adekvat hesab etmir.
23. Oğuz rayon Məhkəməsinin 2(054)-23/2024 №-li, xx.xx.2024-cü il tarixli qətnaməsini iddiasının təmin olunmayan hissəsində tərəflərin qarşılıqlı münasibətlərinə uyğun hesab etmir. Birinci instansiya Məhkəməsi, cavabdehlər tərəfindən ona vurulmuş maddi zərərlərlə əlaqədar məhkəmədə müdafiə olunmaq hüququnu pozmuşdur.
24. Birinci instansiya məhkəməsi, fərdi evin satıldığı dövrdəki bazar qiymətini müəyyən etməyə borclu olduğu halda bunu etməyib, formal dəyərə əsaslanmaqla kifayətlənib. Hesab edir ki, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin aid edildiyi hissədə tərəflər arasındakı qarşllqılı münasibətləri düzgün araşdırmayıb.
25. Birinci instansiya məhkəməsi, fərdi evin satıldığı zaman mümkün bazar qiymətini müəyyən etdikdən sonra həmin dəyərin hazırki dövrə indeksasiyasının hansı məbləğdə olmasını müəyyən etməli olduğu halda bunu etməyərək cavabdehlərin formal dəyərləndirdikləri qiymətin hazırkı dövrə indeksasiyasının hansı məbləğdə olmasını araşdırıb.
26. Birinci instansiya məhkəməsi fərdi evin satılıdğı zaman həqiqi bazar qiymətini müəyyən etməməsi iş üzrə qeyri obyektiv nəticənin əldə olunmasına səbəb olub. Birinci instansiya məhkəməsinin, fərdi evin satıldığı zaman dəyərinin 18000000 manat olmasını qəbul etməsi və fərdi evin satıldığı dövrdə həqiqi qiymətini araşdırmaması, iş üzrə nəticənin həqiqi hallara uyğun olmadığını deməyə əsasdır.
27. Odur ki, apellyasiya şikayətinin təmin edilməsi, Oğuz rayon Məhkəməsinin 06 iyun 2024-cü il tarixli, 2(054)-23/2024 nömrəli qətnaməsinin iddiasının təmin edilməyən hissəsində ləğv edilməsi, iddiasının tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
28. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayətlərini onunla əsaslandırmışlar ki, AR Mülki Məcəlləsinin 359.1-cı, 362.1-ci, 567-ci, 646.1-ci maddələri məhkəmə tərəfindən düzgün tətbiq edilməmişdir. Qeyd edilən hüquq normalarını məhkəmə düzgün tətbiq etməmişdir ona görə ki, iddiaçıya mübahisələndirilən evin dəyərinin əvəzində Bakı şəhərində hazırda yaşadığı ev cavabdeh tərəfindən alınması nəzərə alınmamışdır.
29. Mülki Prosessual Məcəllənin 4.1-ci, 5.3-cü və 82.3-cü maddələrinin tələbləri pozulmuşdur. Məhkəmə heç bir araşdırma aparmadan, mülahizələrə əsaslanaraq, şahidlərin ifadələrinin alınması barədə cavabdehin vəsatətini nəzərə almadan, düzgün və qərəzsiz qiymət vermədən qanunsuz, əsassız və ədalətsiz qətnamə qəbul etmişdir. Məhkəmə isə qeyd edilən prosessual normaların tələbini pozaraq qanuni qüvvəyə minmiş məhkəmə qərarlarını nəzərə almamışdır. Hazırki iş üzrə iddia tələbində göstərilən xüsusatlar digər məhkəmə prosesində ətraflı araşdırılmış və qiymət verilmişdir. Oğuz Rayon Məhkəməsinin 01 iyul 2022-ci il tarixli e-2(054)-56/2022 nömrəli qətnaməsi, Şəki Apellyasiya Məhkəməsinin 08 dekabr 2022-ci il tarixli 2(107)-1222/2024 nömrəli qətnaməsi və Ali Məhkəmənin 23 may 2023-cü il tarixli 2(102)-1743/2023 nömrəli qərarı ilə mübahisələndirilən evin alqı-satqı müqaviləsində göstərilən vəsaitin əvəzində iddiaçıya Bakı şəhərində ev alındığı barədə xüsusatlar təsdiqini tapmışdır. Bundan başqa mübahisələndirilən evin alqısatqısı zamanı, yəni xx.xx.2002-ci ildə banka depozit pul qoyulması barədə qaydanın olmadıqı da məhkəmə tərəfindən nəzərə alınmamışdır.
30. Oğuz Rayon Məhkəməsinin 06 iyun 2024-cü il tarixli e-2(054)-23/2024 nömrəli Qətnaməsi ümumiyyətlə iddiaçının formal mülahizələri və mübahisəli ev və iddiaçının hazırda yaşadığı ev barəsində heç bir araşdırılma aparılmadan mülahizələrlə əsaslandırılmış, iddiaçının hazırda yaşadığı evin alqı-satqısında Cavabdeh1 iştirak edibetmədiyinə aydınlıq gətirilməmişdir.
31. Cavabdehlər tərəfindən məhkəməyə kifayət qədər dəlil və sübut təqdim edilmişdir. Həm də həmin dəlillər və sübutlar kifayət qədər əsaslandırılmışdır. İddiaçı isə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Yalnız fərdi yaşayış evinin alqı-satqı müqaviləsində qeyd edilən məbləğin ona verilmədiyini əsaslandırmağa çalışmışdır. Lakin bu zaman iddiaçı unutmuşdur ki, həmin müqavilənin bağlanmasından 22 il ötür. Bundan başqa iddiaçı ötən 22 ildə ən azı 22 dəfə həmin evdə olmuş, qaynanasına, qayınlarına, baldızlarına və nəhayət cavabdehə heç bir etiraz bildirməmişdir.
32. Məhkəmənin qətnamənin təsviri və əsaslandırıcı hissələrində qarışıq və anlaşılmaz formada qeyd etdiyi xüsusatlar nəticə hissəsi ilə uzlaşmır. Qətnamə yalnız formal mülahizələrlə əsaslandırılır. Məhkəmə indeksasiya barədə ekspertiza keçirilməsi barədə qərar qəbul etmiş, lakin bunun zəruriliyini əsaslandırmamışdır. İş üzrə verilmiş ekspert rəyinə isə məhkəmə hüquqi qiymət verməmişdir.
33. Odur ki, Oğuz Rayon Məhkəməsinin 06 iyun 2024-cü il tarixli e-2(054)-23/2024 nömrəli qətnaməsinin tam ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər.
b)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
34. Apellyasiya şikayətlərinə qarşı yazılı etirazlar daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
35. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətlərini müdafiə edərək, onların apellyasiya şikayətlərinin təmin edilməsini, İddiaçı verdiyi apellyasiya şikayətinə etiraz edərək, İddiaçı verdiyi apellyasiya şikayətinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
36. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 onun və digər Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə edərək, onların apellyasiya şikayətlərinin təmin edilməsini, İddiaçı verdiyi apellyasiya şikayətinə etiraz edərək, İddiaçı verdiyi apellyasiya şikayətinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
37. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 onun və digər Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə edərək, onların apellyasiya şikayətlərinin təmin edilməsini, İddiaçı verdiyi apellyasiya şikayətinə etiraz edərək, İddiaçı verdiyi apellyasiya şikayətinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
38. İddiaçı işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin elektron qaydada göndərdiyi məlumatda məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
39. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin; 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin əmələ gəlməsinin əsaslarından biri kimi tərəflər arasında müqavilənin olması müəyyən edilmişdir. 425.1-ci maddəsinin tələbinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsində göstərilmişdir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. 448.1-ci maddəsində deyilir ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598-ci maddəsinə görə, əgər alıcı alqı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanın qiymətini vaxtında ödəmirsə, satıcı əşyanın qiymətini ödəməyi tələb edə bilər. 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür.
40. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
41. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
42. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyildir və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
43. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilibmübahisələndirilmədiyinə diqqət yetirməlidilər.
44. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.
45. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
46. İddiaçı apellyasiya şikayətində Oğuz rayon Məhkəməsinin 06 iyun 2024-cü il tarixli, 2(054)-23/2024 nömrəli qətnaməsini qismən, yəni iddiasının təmin olunmayan hissəsində mübahisələndirmişdir.
47. Cavabdehlər isə Oğuz rayon Məhkəməsinin 06 iyun 2024-cü il tarixli, 2(054)- 23/2024 nömrəli qətnaməsini tam mübahisələndirərək, qətnamənin tam ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər.
48. Ona görə də kollegiya Oğuz rayon Məhkəməsinin 06 iyun 2024-cü il tarixli, 2(054)-23/2024 nömrəli qətnaməsini tam yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
49. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini iş materialları üzrə yoxlayıb hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisə həll edilərkən tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam araşdırılmamış, mübahisənin maddi və prosessual hüquqi əsasları tam düzgün müəyyən edilməmiş, nəticədə tam düzgün və əsaslı qətnamə çıxarılmamışdır.
50. “Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
51. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, ünvan 1 ünvanında yerləşən evin Cavabdeh1 həmin dövrün məzənnəsi ilə 18000000 manata satılması barədə Oğuz rayon Notariat Ofisində qeydə alınmış xx.xx.2002-ci il tarixli alqı-satqı müqaviləsi satıcı qismində İddiaçı adından onun verdiyi xx.xx.2000-ci il tarixli etibarnamə əsasında Cavabdeh2 tərəfindən imzalanmışdır. Həmin müqavilənin etibarsızlığı 2022-ci ildə iddiaçı tərəfindən mübahisələndirilmiş, Oğuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(054)-56/2022 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Həmin qətnamədən iddiaçının verdiyi apelyasiya və kassasiya şikayətləri təmin edilməmiş, Oğuz Rayon Məhkəməsinin sözügedən qətnaməsi hal-hazırda qanuni qüvvədədir. Oğuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(054)-56/2022 nömrəli qətnaməsi ilə müəyyən edilmişdir ki, mübahisəli fərdi yaşayış evi satılarkən müqavilədə 18000000 manat məbləğin Cavabdeh2 tərəfindən alınması qeyd edilsə də, həmin məbləğ cavabdeh (alıcı) Cavabdeh1 tərəfindən iddiaçı (satıcı) İddiaçı verilməmişdir. Hazırki iddia tələbi üzrə cavabdehlər özləri də məhkəmə iclaslarında həqiqətən alqı-satqı zamanı hər hansı pul məbləğinin verilmədiyini təsdiq etmişlər. Cavabdeh1 bu xüsusatı onunla izah etmişdir ki, iddiaçı ilə əvvəldən razılaşma əsasında 1999-cu ildə ona Bakı şəhərində ev alındığından əvəzində həmin müqavilə bağlanarkən iddiaçıya pul verilməmişdir.
52. Məhkəmə kollegiyası ilk öncə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birlikdə verdikləri apellyasiya şikayətinin dəlillərinə münasibət bildirərək qeyd edir ki, şikayətin dəlilləri qismən əsaslıdır.
53. Məhkəmə kollegiyası cavabdehlərin apellyasiya şikayətinin prosessual hüquq normalarının tələblərinin pozulması, birinci instansiya məhkəməsinin qətnaməsinin tam ləğv edilərək iddia tələbinin rədd edilməli olmasına dair dəlilləri ilə qismən razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsinin cavabdehlərdən Cavabdeh2 aid hissədə gəldiyi nəticə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində nəzərdə tutulmuş işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılması prinsiplərinə cavab verməməklə yanaşı, Cavabdeh2 aid hissədə birinci instansiya məhkəməsinin qətnaməsində göstərilmiş nəticələr işin hallarına uyğun olmamışdır.
54. Belə ki, iş materiallarından müəyyən edildiyi kimi iddiaçının tələbi xx.xx.2002-ci il tarixli alqı-satqı müqaviləsi üzrə icra edilməyən öhdəliklərin icrası ilə bağlıdır.
55. Kollegiya qeyd edir ki, xx.xx.2002-ci il tarixli alqı-satqı müqaviləsi satıcı İddiaçı ilə alıcı Cavabdeh1 arasında bağlandığından müqavilədən irəli gələn öhdəliklərin icrası da müqavilə tərəfləri olaraq həmin şəxslərə aid edilməlidir.
56. Cavabdeh2 gəlincə isə o, xx.xx.2002-ci il tarixli alqı-satqı müqaviləsinin tərəfi deyil, müqavilə tərəfi olan satıcı İddiaçı təmsilçisi qismində çıxış etmiş və ona verilmiş etibarnamə üzrə tapşırığı icra etmiş şəxs olmuşdur.
57. Alqı-satqı müqaviləsi üzrə alınmış əmlakın dəyərinin ödənilməsi vəzifəsi alıcı Cavabdeh1 aid edildiyindən, nümayəndə Cavabdeh2 satılmış əmlakın dəyərini alıcının əvəzindən ödəmək kimi bir vəzifəsi olmamışdır.
58. Beləliklə Cavabdeh2 aid hissədə gəlinmiş nəticə üzrə birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur.
59. Məhkəmə kollegiyası apellyasiya şikayətinin məhkəmənin qanuni qüvvəyə minmiş məhkəmə qərarlarını nəzərə almaması, Oğuz Rayon Məhkəməsinin 01 iyul 2022-ci il tarixli e-2(054)-56/2022 nömrəli qətnaməsi, Şəki Apellyasiya Məhkəməsinin 08 dekabr 2022-ci il tarixli 2(107)-1222/2024 nömrəli qətnaməsi və Ali Məhkəmənin 23 may 2023-cü il tarixli 2(102)-1743/2023 nömrəli qərarı ilə mübahisələndirilən evin alqı-satqı müqaviləsində göstərilən vəsaitin əvəzində iddiaçıya Bakı şəhərində ev alındığı barədə xüsusatların təsdiqini tapmasına dair dəlillərini əsaslı hesab etməyərək qeyd edir ki, iş materiallarında olan adıçəkilən məhkəmə aktarından göründüyü kimi eyni tərəflər arasında əvvəlki icraatda İddiaçı tərəfindən xx.xx.2002-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsızlığı mübahisələndirilmiş, lakin Oğuz Rayon Məhkəməsinin 01 iyul 2022-ci il tarixli e-2(054)-56/2022 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilməmiş və həmin qətnamə qanuni qüvvəsini almışdır.
60. Lakin əvvəlki icraatda eyni tərəflər arasındakı mübahisəyə baxılarkən, məhkəmələr tərəfindən mübahisələndirilən evin alqı-satqı müqaviləsində göstərilən vəsaitin əvəzində iddiaçıya Bakı şəhərində ev alınması kimi hallar müəyyən edilməmişdir.
61. Məhkəmə kollegiyası cavabdeh tərəfin apellyasiya şikayətinin iddiaçıya mübahisələndirilən evin dəyərinin əvəzində Bakı şəhərində hazırda yaşadığı evin cavabdeh tərəfindən alınmasının nəzərə alınmaması, iddiaçının hazırda yaşadığı evin alqı-satqısında Cavabdeh1 iştirak edib-etmədiyinə aydınlıq gətirilməməsinə dair dəlillərini də əsaslı hesab etməyərək qeyd edir ki, həmin məsələ cavabdehlər tərəfindən mübahisələndirilməməklə yanaşı, buna dair məhkəməyə hər hansı bir sübut da təqdim edilməmişdir.
62. Nəzərə alınmalıdır ki, sübutetmə dedikdə, iddianın əsaslandığı hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib-verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. Bu baxımdan tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğu və ya olmadığı barədə məhkəmənin əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
63. Məhkəmə kollegiyası apellyasiya şikayətinin mübahisələndirilən evin alqısatqısı zamanı, yəni xx.xx.2002-ci ildə banka depozit pul qoyulması barədə qaydanın olmadığının da məhkəmə tərəfindən nəzərə alınmamasına dair dəlilini də əsaslı hesab etməyərək qeyd edir ki, xx.xx.2002-ci il tarixli alqı-satqı müqaviləsi bağlanarkən alqı-satqı müqaviləsində qeyd edilmiş məbləğin nəinki depozit hesabına qoyulmaması, alqı-satqı müqaviləsində qeyd edilmiş məbləğin ümumiyyətlə satıcıya ödənilməməsi işin mübahisəsiz halıdır.
64. Məhkəmə kollegiyası apellyasiya şikayətinin iddiaçının ötən 22 ildə həmin evdə olması və heç bir etiraz bildirməməsinə dair dəlilini də əsaslı hesab etməyərək qeyd edir ki, bu iddiaçının müqavilə üzrə ödənilməmiş pul vəsaitini alıcıdan tələb etmək imkanını aradan qaldıran hal deyildir.
65. Məhkəmə kollegiyası apellyasiya şikayətinin iş üzrə verilmiş ekspert rəyinə məhkəmənin hüquqi qiymət verməməsinə dair dəlilini əsaslı hesab etməyərək qeyd edir ki, işdə olan xx.xx.2024-cü il tarixli, e-2(054)-23/2024 nömrəli qətnamədən göründüyü kimi birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin işə əlavə edilmiş xx.xx.2024-cü il tarixli, 9/2054 nömrəli ekspert rəyi qiymətləndirilmişdir.
66. Məhkəmə kollegiyası apellyasiya şikayətinin şahidlərin ifadələrinin alınması barədə cavabdehin vəsatətinin nəzərə alınmamasına dair dəlilinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
67. Kollegiya qeyd edir ki, tərəflər arasında alqı-satqı müqaviləsi yazılı qaydada bağlanmaqla, notarial qaydada təsdiq edildiyindən, həmin müqavilə üzrə öhdəliklərin bu və ya digər şəkildə icrası da şahid ifadələri ilə deyil, müqavilə tərəflərinin imzalarının icra edildiyi yazılı sübutlarla təsdiq edilməlidir.
68. Kollegiya İddiaçı apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq qeyd edir ki, onun apellyasiya şikayəti də qismən əsaslıdır.
69. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin qanunilik baxımından iddiasının təmin edilməyən hissəsində qətnamənin adekvat olmaması, Oğuz rayon rayon Məhkəməsinin 2(054)-23/2024 №-li, xx.xx.2024-cü il tarixli qətnaməsininin iddiasının təmin olunmayan hissəsində tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olmamasına dair dəlilləri ilə qismən razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsinin iddianın Cavabdeh1 qarşı təmin edilməyən, 3600 manatın 21 ilə illik 5 faiz dərəcəsi ilə hesablanan məbləğə aid hissədə gəldiyi nəticə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində nəzərdə tutulmuş işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılması prinsiplərinə cavab verməməklə yanaşı, 3600 manatın 21 ilə illik 5 faiz dərəcəsi ilə hesablanan məbləğin Cavabdeh1 qarşı rədd edilmiş hissəsində birinci instansiya məhkəməsinin qətnaməsində göstərilmiş nəticələr işin hallarına uyğun olmamış, həmin hissədə birinci instansiya iddia tələbi üzrə tam dəyərləndirmə aparmamaqla prosessual hüquq normalarının tələblərini diqqətə almamışdır.
70. Belə ki, mülki işin obyektiv, hərtərəfli və tam araşdırılması məqsədilə birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş və rəyin verilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir.
71. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 17 aprel 2024-cü il tarixli 9/2054 nömrəli rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən ekspert qarşısında qoyulmuş suallar üzrə Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin müəyyənləşdirdiyi istehlak qiymətləri indeksinə əsasən faizlərin hesablanmasının mümkünlüyü məhkəmə tərəfindən qəbul olunduğu təqdirdə istehlak qiymətləri indeksi (faiz) dərəcəsi nəzərə alınmaqla tələbkar İddiaçı xeyrinə hesablanmalı olan pul məbləğlərinin indeksasiyasının aparılması tələb olunan dövrlərdə hesablanmış cari dəyəri (ekvivalenti) "xx.xx.2002-ci il tarixli, 164583 saylı müqaviləyə əsasən Cavabdeh1 satılmş fərdi yaşayış evinin müqavilə üzrə o zamankı dəyəri olan 18000000 manatın (köhnə) hazırki dövrə indeksasiyası hansı məbləğdə müəyyən edilir?” sualına münasibətdə 3600x417,20%=15019,20 manat, "indeksasiya olunan 18000000 manatın 21 il üçün (2002-2023) 5%-lə kompensasiya məbləği nə qədərdir?” sualına münasibətdə 15019,20x5%=750,96 manat (hər il), 750,96x21=15770,16 manat (21 il) müəyyən edilir.
72. İddiaçı 06 iyun 2024-cü il tarixdə birinci instansiya məhkəməsinə təqdim edilmiş ərizəsində 3600 manatın 21 ilə hesablanan illik faiz dərəcəsi 5 olan kompensasiyanın alınmasına dair aydın bir fikir ifadə etməsinə, ekspertiza tədqiqatı ilə indeksasiya olunan 18000000 manatın 21 il üçün (2002-2023) 5%-lə kompensasiya məbləğinin 15770,16 manat olması müəyyən edildiyi halda birinci instansiya məhkəməsi həmin hissədə iddia tələbini qismən, yəni Məhkəmə Ekspertiza Mərkəzinin 17 aprel 2024-cü il tarixli 9/2054 nömrəli rəyi ilə müəyyən edilmiş 15770,16 manat məbləğdən cəmi 3600 manat hissəsini təmin etməklə, bunu iddiaçının məhz 3600 manat kompensasiyanın tutulmasını xahiş etməsi ilə əsaslandırmaqla yanlışlığa yol vermişdir.
73. Kollegiya qeyd edir ki, Məhkəmə Ekspertizası Mərkəzinin 17 aprel 2024-cü il tarixli 9/2054 nömrəli rəyi nəzərdən keçirilərkən müəyyən olunur ki, rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir, bununla bağlı sübutlar təqdim edilməmişdir. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir və ekspertiza rəyində qeyd edilənləri təkzib edə biləcək digər bir dəlil təqdim edilməmişdir.
74. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin alğı-satqı müqaviləsi predmetinin dəyərini cavabdehlərin özlərinin şərti olaraq qiymətləndirmələri, məhkəmənin mənzilin satıldığı dövrə uyğun bazar qiymətinin müəyyən olunmasını ekspertdən tələb etməməsi, ekspertlə fərdi evin satıldığı zaman mümkün bazar qiymətinin müəyyən olunmasına çalışmaması, birinci instansiya məhkəməsinin fərdi evin satıldığı zaman mümkün bazar qiymətini müəyyən etdikdən sonra həmin dəyərin hazırki dövrə indeksasiyasının hansı məbləğdə olmasını müəyyən etməli olduğu halda bunu etməməsi, cavabdehlərin fərdi evin dəyəri olaraq göstərdikləri məbləğin əmlakın həqiqi dəyərinə uyğun olub-olmadığını araşdırmamasına dair dəlillərini əsaslı hesab etməyərək qeyd edir ki, işdə olan xx.xx.2002-ci il tarixli, 164583 nömrəli müqavilədən görünür ki, vət. İddiaçı verdiyi xx.xx.2000-ci il tarixli, 4-E-İ/56 saylı etibarnaməyə əsasən hərəkət edən Cavabdeh2 (satıcı) və Cavabdeh1 (alıcı) arasında bağlanmış həmin müqaviləyə əsasən ünvan 5 ünvanda 675 kv.m torpaq sahəsində yerləşən, vət. İddiaçı və X7 məxsus olan, 1974-cü ildə saman-kərpicdən tikilmiş, üstü şiferlə örtülmüş, 89,2 kv.m ümumi sahəsi, 59,3 kv.m yaşayış sahəsi, 29,9 kv.m köməkçi sahəsi olan üç otaqdan ibarət fərdi yaşayış evi 18000000 manata Cavabdeh1 satılmışdır.
75. İşdə olan Oğuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(054)-56/2022 nömrəli qətnaməsindən görünür ki, İddiaçı, Oğuz rayon Notariat Ofisi üçüncü şəxs qismində işə cəlb edilməklə, Cavabdeh1 qarşı ünvan 1 ünvanında yerləşən evin cavabdehə satılması barədə Oğuz rayon Notariat Ofisində qeydə alınmış xx.xx.2002-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və qeyd olunan evin hüquqi statusunun əvvəlki vəziyyətinə qaytarılması tələbinə dair iddiası təmin edilməmişdir.
76. Kollegiya qeyd edir ki, xx.xx.2002-ci il tarixli, 164583 nömrəli, qüvvədə olan alqı-satqı müqaviləsi üzrə fərdi yaşayış evinin həmin dövrdə 18000000 manata, yəni 3600 manata satılması müəyyən edildiyi halda, fərdi yaşayış evinin satıldığı dövrə uyğun bazar qiymətinin müəyyən olunması və Cavabdeh1 hazırda müəyyən ediləcək əmlakın satıldığı dövrdəki bazar dəyərinin tələb olunması əsaslı hesab edilə bilməz.
77. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin məhkəmədə müdafiə olunmaq hüququnu pozmasına dair dəlilini də əsaslı hesab etməyərək qeyd edir ki, iş materiallarından göründüyü kimi digər mübahisə tərəfləri ilə yanaşı iddiaçıya da bütün məhkəmə iclaslarının vaxtı və yeri barədə məlumat verilmiş, ilkin məhkəmə hazırlıq iclasının təyin edilməsi barədə iddiaçıya göndərilmiş bildirişdə ona MPM-də nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilmiş, iddiaçı məhkəmə prosesinin gedişatını elektron məhkəmə informasiya sistemindən izləmiş, vaxtaşırı birinci instansiya məhkəməsinə ərizə və məlumatlar ünvanlamış, 06 iyun 2024cü il tarixdə isə şəxsən birinci instansiya məhkəməsinin iclasında iştirak edərək, iddia tələbi üzrə izahat və mülahizələrini bildirmiş, iddia tələbinə dəqiqləşdirməyə dair ərizə də təqdim etmişdir.
78. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilməli, iş üzrə Oğuz Rayon Məhkəməsinin 06 iyun 2024-cü il tarixli, 2(054)-23/2024 nömrəli qətnaməsi qismən, iddianın Cavabdeh2 qarşı yönəlmiş hissəsində və iddianın Cavabdeh1 qarşı rədd edilmiş 12170,16 manat kompensasiya, cəmi 12170,16 manat pul, həmin məbləğə mütənasib 36,50 manat ödənilmiş dövlət rüsumuna aid hissələrdə ləğv edilməli, həmin hissələr üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi Cavabdeh1 12170,16 manat kompensasiya, cəmi 12170,16 manat pul, 36,50 manat ödənilmiş dövlət rüsumunun tutulması hissələrində də təmin edilməli, Cavabdeh1 12170,16 manat kompensasiya, cəmi 12170,16 manat pul, 36,50 manat ödənilmiş dövlət rüsumu da tutularaq İddiaçı ödənilməli, İddiaçı Cavabdeh2 qarşı evə görə 100000 manat, 3600 manatın 21 ilə hesablanan illik faiz dərəcəsi 5 olan kompensasiya və 423 manat dövlət rüsumu tələbinə dair iddiası təmin edilməməli, qətnamə apellyasiya şikayətlərinə münasibətdə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
79. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilsin. İş üzrə Oğuz Rayon Məhkəməsinin 06 iyun 2024-cü il tarixli, 2(054)-23/2024 nömrəli qətnaməsi qismən, iddianın Cavabdeh2 qarşı yönəlmiş hissəsində və iddianın Cavabdeh1 qarşı rədd edilmiş 12170,16 manat kompensasiya, cəmi 12170,16 manat pul və 36,50 manat ödənilmiş dövlət rüsumuna aid hissələrdə ləğv edilsin. Həmin hissələr üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi Cavabdeh1 12170,16 manat kompensasiya, cəmi 12170,16 manat pul, 36,50 manat ödənilmiş dövlət rüsumunun tutulması hissələrində də təmin edilsin. Cavabdeh1 12170,16 manat kompensasiya, cəmi 12170,16 manat pul, 36,50 manat ödənilmiş dövlət rüsumu da tutularaq İddiaçı ödənilsin. İddiaçı Cavabdeh2 qarşı evə görə 100000 manat, 3600 manatın 21 ilə hesablanan illik faiz dərəcəsi 5 olan kompensasiya və 423 manat dövlət rüsumu tələbinə dair iddiası təmin edilməsin. Qətnamə apellyasiya şikayətlərinə münasibətdə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.