Məhkəmə qərarları › İş №2(107)-1057/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1057/2020

16.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1057/2020 16.07.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Abbasov Gündüz Qasım oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Mirbahəddin Mirdamət oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, Hümmətov Hümmət Həmid oğlunun katibliyi ilə, Qax Rayon Məhkəməsinin 16 yanvar 2020-ci il tarixli 2(024)-02/2020 nömrəli qətnaməsindən iddiaçı Ləğv prosesində olan İddiaçı x11 ləğvedicisi x5 və Cavabdeh1 tərəfindən verilmiş аpelyаsiyа şikаyətlərinə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: Qax Rayon Məhkəməsinin (hakim Malik Qarayev) 16 yanvar 2020-ci il tarixli 2(024)-02/2020 nömrəli qətnaməsi ilə iddaçı Ləğv prosesində olan İddiaçı x11 ləğvedicisi x2 cavabdehlər Cavabdeh1nə, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5, Cavabdeh3 və Cavabdeh6 qarşı “borc tələbi və ipoteka predmetinə tutmanın yönəldilməsi” tələbinə dair ilk və Cavabdeh4 Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi x1rşı “İddiaçı ASC, Cavabdeh2 və Cavabdeh1 MMC arasında bağlanmış ipoteka müqaviləsinin etibarsız hesab edilməsi, Qax şəhəri S.Qocayev küçəsində 0,05 ha torpaq sahəsində yerləşən yaşayış evinə dair DƏDRX-nin 12 saylı x16 İddiaçı ASC-nin xeyrinə ipoteka yüklülüyünə dair qeydiyyatın ləğv edilməsi” tələbinə dair qarşılıqlı iddiası üzrə ilkin iddia qismən təmin edilərək cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh5, Cavabdeh3 və Cavabdeh6 04.12.2012-ci il tarixli 012/12 saylı kredit müqaviləsinə əsasən 8.532,20 manat, faiz borcu üzrə 3.100,72 manat, faiz borcu illik 5 %-lə 1.495,92 manat, borcu gecikdirdiyinə görə hesablanmış 639 manat cərimə borcu olmaqla, cəmi 13667.84 manat məbləğində borc pul və məhkəmədə iddia qaldırmaq üçün iddiaçının ödədiyi 30 manat pulun alınaraq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi x2 xeyrinə ödənilməsi, Cavabdeh1 MMC tərəfindən İddiaçı ASC-dən alınmış 45000 manat məbləğin ödənilməmiş qalan hissəsi 35900 manat pulun alınaraq ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi x2 xeyrinə ödənilməsi qət edilmiş, ilk iddianın qalan hissəsi əsassız olduğundan rədd edilmiş, qarşılıqlı iddia qismən təmin edilərək İddiaçı ASC, Cavabdeh2 və Cavabdeh1 MMC arasında bağlanmış 25.10.2013-cü il tarixli 009/2013 saylı ipoteka müqaviləsi etibarsız hesab edilmiş və Qax şəhəri Saleh Qocayev küçəsində 0,05 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 5 otaqlı, ümumi sahəsi 193,1 kv.m, yaşayış sahəsi 111,7 kv.m, yardımçı sahəsi 81,4 kv.m, tikintialtı sahə 8.2 kv.m olan 22 saylı fərdi yaşayış evinə dair Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 12 saylı x16 İddiaçı (“xxxxxxxxxxxxxx”) ASC-nin xeyrinə ipoteka yüklülüyünə dair qeydiyyatı ləğv edilmişdir. İşin halları İddiaçı Ləğv prosesində olan İddiaçı x11 ləğvedicisi x5 (bundan sonra iddiaçı və ya Ləğv prosesində olan İddiaçı ASC) cavabdehlər Cavabdeh1nə, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5, Cavabdeh3 və Cavabdeh6 (bundan sonra cavabdeh və ya Cavabdeh1 MMC, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5, Cavabdeh3 və Cavabdeh6) qarşı iddia ərizəsi ilə Qax Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1 MMC-dən ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə 04.12.2012-ci il tarixli 012/12 saylı kredit müqaviləsinə əsasən 9532.2 manat əsas, 7973.06 manat faiz, 1522.61 manat dəbbə pulu, cəmi 19027.77 manat, 25.10.2013-cü il tarixli 013/013 saylı kredit müqaviləsinə əsasən 39096 manat əsas, 32574.37 manat faiz, 4496.04 manat dəbbə pulu, cəmi 76166.41 manat olmaqla ümumilikdə 95194.18 manat borcun, iddia qaldırılması üçün dövlət rüsumu olaraq ödənilmiş 30 manat, bildirişlərin qeydiyyatı üçün ödənilmiş 60 manat məbləğində dövlət rüsumunun tutulması, tutmanın Cavabdeh5 məxsus olan və ünvan 1 ünvanında yerləşən torpaq sahəsinə və Cavabdeh2 məxsus olan və Qax şəhəri Saleh Qocayev küçəsi ev 22 ünvanında 0.05 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 193.1 kv.m. olan fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakın hərracda satılması, satışından əldə olunmuş vəsait hesabına banka olan borcunun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə işə baxılıb qətnamə qəbul edilənə qədər iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi x5 məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Cavabdeh1 MMC-dən Ləğv prosesində olan İddiaçı ASC-in xeyrinə 04.12.2012-ci il tarixli 012/12 saylı kredit müqaviləsinə əsasən 9532.20 manat əsas, müqavilə müddətinə hesablanmış 3413.18 manat faiz, müqavilə müddəti bitdiyi tarixdən 11.10.2019-cu il tarixə 5% ilə hesablanmış və tələb olunan faiz 2304.72 manat, borcu gecikdirdiyinə görə hesablanmış 6392.18 manat cərimə borcu olmaqla, cəmi 21642.28 manat məbləğində borcun və 25.10.2013-cü il tarixli 013/13 saylı kredit müqaviləsinə əsasən 39096 manat əsas, müqavilə müddətinə hesablanmış 10835.27 manat faiz, müqavilə müddəti bitdiyi tarixdən 11.10.2019-cu il tarixə 5% ilə hesablanmış və tələb olunan faiz 7743.18 manat, borcu gecikdirdiyinə görə hesablanmış 29275.94 manat cərimə borcu olmaqla, cəmi 86950.39 manat məbləğində borcun, dövlət rüsumu olaraq ödənilmiş 30 manat, bildiriş qeydiyyatı üçün ödənilmiş 60 manat məbləğində dövlət rüsumunun tutulması, tutmanın Cavabdeh5 məxsus olan və Qax rayonu İlisu kəndində yerləşən 0.06 ha torpaq sahəsinə və Cavabdeh2 məxsus olan və Qax şəhəri Saleh Qocayev küçəsi ev 22 ünvanında 0.05 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 193.1 kv.m. olan fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakın hərracda satılması, satışdan əldə olunmuş vəsait hesabına banka olan borcunun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh4 Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi x1rşı Qax Rayon Məhkəməsinə qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək “ilk iddia üzrə iddia tələbi rədd edilməklə qarşılıqlı iddianın təmin edilməsi, İddiaçı ASC, Cavabdeh2 və Cavabdeh1 MMC arasında bağlanmış 25.10.2013-cü il tarixli 009/2013 saylı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi, Qax şəhəri Saleh Qocayev küçəsində 0,05 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 5 otaqlı ümumi sahəsi 193,1 kv.m, yaşayış sahəsi 111,7 kv.m, yardımçı sahəsi 81,4 kv.m, tikintialtı sahə 8.2 kv.m olan 22 saylı fərdi yaşayış evinə dair Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 12 saylı x16 İddiaçı (“xxxxxxxxxxxxxx”) ASC-nin xeyrinə ipoteka yüklülüyünə dair qeydiyyatın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 MMC ilə İddiaçı ASC arasında bağlanmış 04.12.2012-ci il tarixli 012/12 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 MMC-yə 24 ay müddətinə illik 20 faiz ödəmək şərti ilə 14000 manat məbləğində kredit verilmişdir. Eyni tərəflər arasında bağlanmış 25.10.2013-cü il tarixli 013/013 saylı kredit müqaviləsinə əsasən borc alana 24 ay müddətinə illik 20 faiz ödəmək şərti ilə 45000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 2.3-cü bəndinə əsasən borc alan krediti qəbul etməyi, bu müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri borc verənə qaytarmağı öz üzərinə götürür. Kredit müqaviləsinin 10.2-ci bəndinə əsasən borcalan üzərinə düşən öhdəlikləri icra etmədikdə kreditin, kredit üzrə hesablanmış faizlərin və gecikdirilmiş borc yarandığı gündən hər gecikdirilən gün üçün faizlər də hesablanmaqla ümumi məbləğin 0.1 faizi məbləğində borc verənə dəbbə pulu ödənilməlidir. Kredit müqavilələrindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi Cavabdeh5 ilə bağlanmış 30.11.2012-ci il tarixli 01 saylı, Cavabdeh2 ilə bağlanmış 25.10.2013-cü il tarixli 009/013 saylı ipoteka müqaviləsinə əsasən Cavabdeh5 məxsus olan və ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0.06 ha olan torpaq sahəsi və Cavabdeh2 məxsus olan və Qax şəhəri Saleh Qocayev küçəsi ev 22 ünvanında 0.05 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 193.1 kv.m. olan fərdi yaşayış evi İddiaçı ASC-nin xeyrinə yüklü edilmişdir. Lakin cavabdeh müqavilə şərtlərini pozaraq ödəniş cədvəli üzrə dövri olaraq ödəməli olduğu kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin banka 04.12.2012-ci il tarixli 012/12 saylı kredit müqaviləsinə əsasən 9532.20 manat əsas, müqavilə müddətinə hesablanmış 3413.18 manat faiz, müqavilə müddəti bitdiyi tarixdən 11.10.2019-cu il tarixə 5% ilə hesablanmış və tələb olunan faiz 2304.72 manat, borcu gecikdirdiyinə görə hesablanmış 6392.18 manat cərimə borcu olmaqla, cəmi 21642.28 manat, 25.10.2013-cü il tarixli 013/13 saylı kredit müqaviləsinə əsasən isə 39096 manat əsas, müqavilə müddətinə hesablanmış 10835.27 manat faiz, müqavilə müddəti bitdiyi tarixdən 11.10.2019-cu il tarixə 5% ilə hesablanmış və tələb olunan faiz 7743.18 manat, borcu gecikdirdiyinə görə hesablanmış 29275.94 manat cərimə (penya) borcu olmaqla cəmi 86950.39 manat məbləğində, habelə dövlət rüsumu olaraq ödənilmiş 30 manat, bildiriş qeydiyyatı üçün ödənilmiş 60 manat məbləğində borcu yaranmışdır. Göstərilənləri nəzərə alaraq məhkəmədən Cavabdeh1 MMC-dən ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə 04.12.2012-ci il tarixli 012/12 saylı kredit müqaviləsinə əsasən 9532.20 manat əsas, müqavilə müddətinə hesablanmış 3413.18 manat faiz, müqavilə müddəti bitdiyi tarixdən 11.10.2019-cu il tarixə 5% ilə hesablanmış və tələb olunan faiz 2304.72 manat. borcu gecikdirdiyinə görə hesablanmış 6392.18 manat cərimə (penya) borcu olmaqla, cəmi 21642.28 manat məbləğində borcun və 25.10.2013-cü il tarixli 013/13 saylı kredit müqaviləsinə əsasən 39096 manat əsas, müqavilə müddətinə hesablanmış 10835.27 manat faiz, müqavilə müddəti bitdiyi tarixdən 11.10.2019-cu il tarixə kimi 5% ilə hesablanmış və tələb olunan faiz 7743.18 manat, borcu gecikdirdiyinə görə hesablanmış 29275.94 manat cərimə (penya) borcu olmaqla, cəmi 86950.39 manat məbləğində borcun, habelə dövlət rüsumu olaraq ödənilmiş 30 manat, bildiriş qeydiyyatı üçün ödənilmiş 60 manat məbləğində dövlət rüsumunun tutulması, tutmanın Cavabdeh5 məxsus olan və Qax rayonu İlisu kəndində yerləşən 0.06 ha torpaq sahəsinə və Cavabdeh2 məxsus olan və Qax şəhəri Saleh Qocayev küçəsi ev 22 ünvanında 0.05 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 193.1 kv.m. olan fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakın hərracda satılması, satışdan əldə olunan vəsait hesabına banka olan borcunun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında izahat verən Ləğv prosesində olan İddiaçı ASC-in ləğvedicisi x2 nümayəndəsi x7 iddia ərizəsinə uyğun izahat vermiş və əlavə olaraq göstərmişdir ki, müqavilənin əsas şərtləri göstərilən 3-8-ci səhifələr daxil olmaqla, bütövlükdə 25.10.2013-cü il tarixli kredit müqaviləsinin hər bir səhifəsinin sonunda müqavilənin hər üç tərəfinin - ipoteka saxlayan Bankın, ipoteka qoyan Cavabdeh2 və borcalan ”Cavabdeh1” MMC-nin imzası vardır. Bu o deməkdir ki, tərəflərin hər biri müqavilənin şərtləri ilə tanış olmuş, razılığa gəlmiş və hər bir səhifəsini imza edərək etirazlarının olmadığını bildirmişlər. Hətta cavabdehin iddia etdiyi müqavilənin 9cu səhifəsinin başlığında imzanın olmaması ilə bağlı bildirir ki, məhz həmin səhifənin aşağı hissəsində borcalanın imzası öz əksini tapmışdır. Sonuncu səhifədə isə müqavilənin notariat qaydada təsdiqi, notarius tərəfindən imza və möhür ilə öz əksini tapır. Yəni cavabdehin qarşılıqlı iddiada nəzərdə tutduğu hal ümumiyyətlə mövcud deyil. İpoteka predmeti olan fərdi yaşayış evi üzərində mülkiyyət hüququ Cavabdeh2, torpaq sahəsi isə Cavabdeh2, Cavabdeh4, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh6 ümumi birgə mülkiyyətindədir. Cavabdeh4 və Cavabdeh3 Cavabdeh2 baş etibarnamə vermişdir ki, hansıki Cavabdeh2 həmin etibarnamə əsasında həmin şəxslərin adından ipoteka müqaviləsini bağlamaq səlahiyyəti vardır. Yəni sözügedən ipoteka müqaviləsi bağlanarkən heç bir qanun pozuntusuna yol verilməmişdir. Bundan başqa, 19 oktyabr 2013-cü il tarixli notariat qaydada təsdiq edilmiş Cavabdeh6 tərəfindən və Cavabdeh5 tərəfindən əmlakın ipotekaya (girova) qoyulmasına etiraz etmədiklərinə dair notariat qaydada təsdiq edilmiş ərizələr də qoşmaya əlavə edilmişdir. Beləliklə, ipoteka predmeti olan əmlak ipoteka qoyularkən qanunvericiliyin tələbləri pozulmamışdır və cavabdehin verdiyi qarşılıqlı iddia əsassız mülahizələrə əsaslanmışdır. Həm kredit müqaviləsi, həm də ipoteka müqaviləsi hər ikisi 25 oktyabr 2013-cü il tarixində Zaqatala şəhərində bağlanmışdır. Aydın məsələdir ki, eyni vaxtda bağlanan müqavilələrdən birində bütün imzaların olması, digərində tərəflərdən birinin imzasının olmaması yalnız texniki səbəblərdən ola bilər. Bununla belə “İpoteka haqqında” Qanunun 10-cu maddəsindən görünür ki, ipoteka müqaviləsi müstəqil xarakter daşımır və əsas öhdəliklərin icrasını təmin etmək məqsədilə bağlanır. İpoteka müqaviləsi ilə əsas öhdəliyi yaradan müqavilə arasında uyğunsuzluq olduqda ipoteka qoyan borclu olduqda əsas öhdəliyi yaradan müqavilənin, ipoteka qoyan borclu olmadığı halda isə ipoteka müqaviləsinin şərtləri üstünlük təşkil edir. Belə halda, əgər ipoteka müqaviləsi borcalanın qanuni nümayəndəsi və ipoteka qoyan tərəfindən imzalanmışsa və kredit müqaviləsinin şərtləri İpoteka müqaviləsinin şərtlərinə zidd deyilsə, deməli tərəflərin hər biri ipotekanın əsasının təşkil edən şərtləri qəbul etmiş, imza edərək razılıq barədə iradələrini göstərmiş və bu günədək mübahisələndirməmişlər. Hazırki iş üzrə kredit müqaviləsində və ipoteka müqaviləsində əsas öhdəliyin şərtləri tamamilə eynilik təşkil edir, belə ki, hər iki müqavilədə əsas öhdəliyin 25.10.2013-cü il tarixli 45000 manat məbləğində 24 ay müddətinə bağlanmış 013/013 nömrəli kredit müqaviləsi olduğu qeyd edilmişdir. Əlavə olaraq məhkəmə iclaslarında təqdim etdikləri hesabdan çıxarışlardan görünür ki, hər iki kredit müqaviləsi üzrə dəfələrlə ardıcıl ödənişlər etmişdir. Bu isə Bank ilə cavabdeh arasındakı öhdəlik münasibətlərinin şərtlərinə əməl olunması deməkdir. Bu isə öz növbəsində borcun etirafıdır. Bütün bunlarla yanaşı, cavabdeh iddia edir ki, onun məhkəmədə hazırkı işin mövcudluğundan xəbəri olmamışdır. Lakin Cavabdeh4 tərəfindən vəkilə onun adından məhkəmə işlərinin aparılması üçün 907086 saylı 15 oktyabr 2019-cu il tarixli etibarnamə verilmişdir. Etibarnamənin verildiyi tarixdən sonra 16 oktyabr 2019-cu il və 14 noyabr 2019-cu il tarixlərində məhkəmə baxışları olmuş, cavabdehin vəkili tərəfindən qarşılıqlı iddia ərizəsi sonuncu iclasda təqdim edilmişdir, onun məhkəmədə işin gedişatı barədə kifayət qədər məlumatı olmuşdur. İşin faktiki vəziyyətindən isə aydın olur ki, Cavabdeh4 vəkili əvvəllər də dəfələrlə məhkəmə proseslərində iştirak etmişdir, ona Cavabdeh4 hüquqlarının müdafiəsi üçün etibarnamə 15.10.2019-cu ildə verilməyinə baxmayaraq, qarşılıqlı iddia 2 məhkəmə baxışı sonra təqdim edilmişdir. Belə ki, MPM-in 155.2-ci maddəsinin tətbiqi üçün heç bir əsas olmamışdır və bununla da qarşılıqlı iddia ərizəsi rədd edilməlidir. Bütün bu sadaladıqları iddiaçının qarşılıqlı iddia ərizəsinə etirazında əks olunmuşdur. Belə ki, iddiaçı bununla bağlı qarşılqılı iddia ərizəsinə etiraz etmişdir. Bundan əlavə qeyd edir ki, qarşılıqlı iddia ərizəsində etibarsızlığı tələb edilən ipoteka müqaviləsinin bağlanışından bir ildən artıq müddət keçmişdir. Müqavilələrin etibarsızlığı ilə bağlı iddia müddəti bir ildir. Ona görə də, həmin qarşıqlılı iddia tələbi ilə bağlı bir il kəsici müddət tətbiq olunmalıdır. Göstərdiklərini nəzərə alaraq məhkəmədən ilk iddianın təmin edilməsi, qarşılıqlı iddianın isə rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh4 qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışdır ki, iş üzrə sonuncu məhkəmə iclasında iştirak edərkən və 2(024)-410/2018 saylı iş materialları ilə tanış olarkan sadalanan pozuntular aşkar edilmişdir. İş materiallarına əlavə edilmiş İddiaçı ASC, Cavabdeh2 və Cavabdeh1 MMC arasında bağlanmış 25.10.2013-cü il tarixli 009/2013 saylı ipoteka müqaviləsi Borcalan Cavabdeh1 MMC-nin qanuni təmsilçisi tərəfindən imzalanmamış və möhürlə təsdiq edilməmişdir. Halbuki, qeyd edilən müqavilənin 1.1-ci bəndində qeyd edilmişdir ki,... Cavabdeh1 MMC (irəlidə “Borcalan” adlanacaq) və digər tərəflər aşağıdakı şərtlərlə 25 oktyabr 2013-cü il tarixində Zaqatala şəhərində bu müqaviləni bağlayırlar. Lakin müqavilənin sonunda tərəflərin imza qrafasında Cavabdeh1 MMC-nin qanuni təmsilçisi tərəfindən müqavilə imzalanmamış və təsdiq edilməmişdir. Daşınmaz əşyanın ipotekası haqqında müqavilə notariat qaydasında təsdiqlənməlidir. İş materiallarına əlavə edilmiş İddiaçı ASC, Cavabdeh2 və "Cavabdeh1" MMC arasında bağlanmış 25.10.2013-cü il tarixli 009/2013 saylı ipoteka müqaviləsinə əsasən Qax şəhəri Saleh Qocayev küçəsində 0,05 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, ümumi sahəsi 193,1 kv.m, yaşayış sahəsi 111,7 kv.m, yardımçı sahəsi 81,4 kv.m, tikintiattı sahə 8.2 kv.m. olan 22 saylı fərdi yaşayış evi 25 oktyabr 2013-cü il tarixli 013/013 saylı kredit müqaviləsinin təminatı kimi ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsinin "İpoteka qoyan" qrafasında Cavabdeh2 tərəfindən imzalanmışdır. İş materiallarına əlavə edilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX0221667 saylı Çıxarışdan və 18 oktyabr 2013-cü il tarixli Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışdan (Forma 2) müəyyən edilir ki, ipoteka ilə yüklü edilmiş fərdi yaşayış evi Cavabdeh2, torpaq sahəsi isə Cavabdeh2, Cavabdeh4, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh6 ümumi birgə mülkiyyətindədir. Lakin qeyd edilən ipoteka müqaviləsi bağlanarkən mülkiyyətçilərin mülkiyyət hüquqları və qanunvericiliyin tələbləri pozularaq ipoteka müqaviləsi yalnız Cavabdeh2 ilə bağlanmışdır. İş materiallarında olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX0289073 saylı (ipoteka yüklülüyünə dair) Çıxarışdan müəyyən edilir ki, “xxxxxxxxxxxxxx” (İddiaçı) ASC-in Zaqatala filialının xeyrinə Qax şəhəri Saleh Qocayev küçəsində yerləşən 22 saylı fərdi yaşayış evi (fərdi yaşayış evi və torpaqda ümumi birgə) ipoteka ilə yüklü edilmişdir. Ümumi birgə mülkiyyətçilərdən heç birinin notariat qaydada razılıq ərizəsi alınmamışdır. Belə bir razılığın olmaması ipoteka müqaviləsinin etibarsızlığına dəlalət edir. İş materiallarında olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX0289073 saylı (ipoteka yüklülüyünə dair) Çıxarışdan müəyyən edilir ki, "xxxxxxxxxxxxxx" (İddiaçı) ASC-nin Zaqatala filialının xeyrinə Qax şəhəri Saleh Qocayev küçəsində yerləşən 22 saylı fərdi yaşayış evi (fərdi yaşayış evi və torpaqda ümumi birgə) ipoteka ilə yüklü edilmişdir. Həmin çıxarışın əsas öhdəliyin mahiyyəti və icra müddəti qrafasında qeyd edilmişdir ki, K/M N°013/013,25.10.2013- 25.10.2015; 45000 (qırx beş min) AZN kredit xətti. 25 oktyabr 2013-cü il tarixli 013/013 saylı kredit müqaviləsindən görünür ki, “xxxxxxxxxxxxxx” (İddiaçı) ASC-in Zaqatala filialı ilə "Cavabdeh1" MMC arasında bağlanmalı olduğu halda, qeyd edilən müqavilə birtərəfli qaydada Bankın Zaqatala filialının qanuni təmsilçisi tərəfindən imzalanmış və möhürlənmiş, lakin Cavabdeh1 MMC-nin qanuni təmsilçisinin imzası və möhürü mövcud deyil. İşin bu hal onu deməyə əsas verir ki, 25 oktyabr 2013-cü il tarixli 013/013 saylı kredit müqaviləsinin heç bir hüququ qüvvəsi yoxdur, belə ki müqavilə iki tərəfli formada bağlanmalı olduğu halda yalnız borc verən tərəfindən təsdiqlənmişdir. Qeyd edilən kredit müqaviləsinin 17.1-ci bəndində qeyd edilir ki, müqavilə bağlandığı andan qüvvəyə minir. İndiki halda isə müqavilə bağlanmış hesab edilə bilməz. Qeyd edilən və hüquqi qüvvəsini almayan 25 oktyabr 2013-cü il tarixli 013/013 saylı kredit müqaviləsi əsas öhdəlik olmalı idi. Əsas öhdəlik hüquqi qüvvəsini almamışdırsa və mövcud deyilsə 25.10.2013-cü il tarixli 009/2013 saylı ipoteka müqaviləsi əhəmiyyətsiz (etibarsız) bir əqd statusunda qalır. Belə ki, x12 10.1-ci maddəsinə əsasən ipoteka müqaviləsi müstəqil xarakter daşımır və əsas öhdəliklərin icrasını təmin etmək məqsədilə bağlanır. İpoteka müqaviləsi əsas öhdəliyin qüvvədə olduğu müddət ərzində istənilən vaxt bağlanıla bilər. İpoteka müqaviləsinin etibarsızlığı əsas öhdəliyin etibarsızlığına səbəb olmur. Əsas öhdəliyin etibarsızlığı ipoteka müqaviləsinin etibarsızlığına səbəb olur. Bütün yuxarıda qeyd edilən pozuntular barədə sonuncu məhkəmə iclasında vəkil vasitəsi ilə iştirakı zamanı məlumatlı olmuşlar. Həmin iclasa qədər məhkəmədə hazırkı işin mövcudluğundan xəbəri olmamışdır. Hətta bu barədə Cavabdeh2 də heç bir məlumat verməmişdir (güman edir ki, iddiaçının narahat olmaması üçün məlumat verməmişdir). Mülki Məcəllənin 155-ci maddəsinə əsasən cavabdeh ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşılıqlı iddia verməyə haqlıdır. Qarşılıqlı iddia işin baxılmasına başlanana kimi verilməlidir. Məhkəmə baxışı zamanı qarşılıqlı iddia o halda verilə bilər ki, onun verilməsi üçün əsaslar məhkəmə baxışı gedişatında əmələ gəlmiş olsun. Göstərdiklərini nəzərə alaraq məhkəmədən ilkin iddia üzrə iddia tələbinin rədd edilməklə qarşılıqlı iddianın təmin edilməsi, İddiaçı ASC, Cavabdeh2 və Cavabdeh1 MMC arasında bağlanmış 25.10.2013-cü il tarixli 009/2013 saylı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi, Qax şəhəri Saleh Qocayev küçəsində 0,05 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 5 otaqlı ümumi sahəsi 193,1 kv.m, yaşayış sahəsi 111,7 kv.m, yardımçı sahəsi 81,4 kv.m, tikintialtı sahə 8.2 kv.m olan 22 saylı fərdi yaşayış evinə dair Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 12 saylı Ərazi İdarəsində İddiaçı (“xxxxxxxxxxxxxx”) ASC-nin xeyrinə ipoteka yüklülüyünə dair qeydiyyatın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində izahat verən Cavabdeh2 və Cavabdeh4 vəkili və etibarnamə üzrə nümayəndəsi Nümayəndə izahatında göstərmişdir ki, iddiaçı iddia ərizəsində və daha sonra təqdim etdiyi iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizədə “xxxxxxxxxxxxxx” ilə Cavabdeh1 MMC arasında bağlandığını iddia etdiyi 25.10.2013-cü il tarixli 013/13 saylı kredit müqaviləsinə əsasən 39096 manat əsas, müqavilə müddətinə hesablanmış 10835,27 manat faiz və digər məbləğlər tələb etmişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş tərəflər arasında 013/013 saylı, 25 oktyabr 2013-cü il tarixli kredit müqaviləsindən, daha doğrusu kredit müqaviləsi layihəsindən) göründüyü kimi həmin kredit müqaviləsi “Borcalan” Cavabdeh1 MMC-nin səlahiyyətli nümayəndəsinin imzası üçün nəzərdə tutulmuş imza qrafasında sonuncunun nümayəndəsi tərəfindən imzalanmamışdır. Həmin müqavilənin digər səhifələrində də “Borcalan” Cavabdeh1 MMC-nin səlahiyyətli nümayəndəsinin imzası üçün nəzərdə tutulmuş imza qrafasında sonuncunun nümayəndəsi tərəfindən imza edilməmişdir. Ona görə də, hesab edir ki, tərəflər arasında hər hansı bir kredit müqaviləsindən deyil, yalnız kredit müqaviləsinin standart şərtləri nəzərdə tutulmuş və “xxxxxxxxxxxxxx” ASC tərəfindən tərtib olunmuş kredit müqaviləsi layihəsindən söhbət gedə bilər ki, bu kredit müqaviləsi layihəsi də kontragent tərəfindən imzalanmadığından, kredit müqaviləsi şərtləri razılaşdırılmadığından heç bir hüquqi nəticə və ya öhdəlik yarada bilməz. Belə ki, iş materiallarına əlavə edilmiş 25 oktyabr 2013-cü il tarixli 013/013 saylı kredit müqaviləsindən görünür ki, “xxxxxxxxxxxxxx” (İddiaçı) ASC-nin Zaqatala filialı ilə Cavabdeh1 MMC arasında bağlanmalı olduğu halda, qeyd edilən müqavilə bir tərəfli qaydada Bankın Zaqatala filialının qanuni təmsilçisi tərəfindən imzalanmış və möhürlənmiş, Cavabdeh1 MMC-nin qanuni təmsilçisinin imzası və möhürü isə mövcud deyil. İşin bu halı onu deməyə əsas verir ki, 25 oktyabr 2013-cü il tarixli 013/013 saylı kredit müqaviləsinin heç bir hüquqi qüvvəsi yoxdur, belə ki, müqavilə iki tərəfli formada bağlanmalı olduğu halda yalnız borc verən tərəfindən təsdiqlənmişdir. Həmin kredit müqaviləsinin 17.1-ci bəndinə nəzər yetirdikdə orada göstərilir ki, müqavilə bağlandığı andan qüvvəyə minir. İndiki halda isə müqavilə bağlanmış hesab edilə bilməz, həmin kredit müqaviləsinin layihəsindən göründüyü kimi həmin müqavilənin bağlanması üçün Cavabdeh1 MMC-nin razılaşdırılmış iradə ifadəsini müəyyən etmək mümkün deyildir və iddiaçının “kredit müqaviləsi” kimi xarakterizə etdiyi həmin layihədə nə zahiri ifadəyə görə, nə də başqa hallara görə Cavabdeh1 MMC-nin iradə ifadəsini müəyyən etmək mümkün olmadığından həmin əqd mövcud deyildir. Həmin kredit müqaviləsi Cavabdeh1 MMC tərəfindən müvafiq qaydada imzalanmadığından bağlanmış sayılmamalıdır. Mülki qanunvericiliyin istinad olunan normalarının məzmunundan göründüyü kimi iddiaçının təqdim etdiyi 25 oktyabr 2013-cü il tarixli 013/013 saylı kredit müqaviləsi layihəsi Cavabdeh1 MMC-nin səlahiyyətli nümayəndəsi və ya vəkil etdiyi sair şəxs tərəfindən imzalanmadığından tərəflər arasında bağlanmış hesab olunmadığından həmin müqavilə əsasında da hər hansı faiz dərəcəsinin müəyyənləşdirilməsindən və ya faizlər və digər ödənişlərin hesablanmasından söhbət gedə bilməz. Belə olan halda, iddiaçının istinad olunan mülki qanunvericilik normalarının tələblərinə əsasən tərəflər arasında bağlanmamış və ya bağlanmış hesab edilməyən 25 oktyabr 2013-cü il tarixli 013/013 saylı kredit müqaviləsi layihəsi üzrə iddia tələbi məhkəmə tərəfindən tam rədd edilməli və ya iddiaçı sırf Cavabdeh1 MMC tərəfindən İddiaçı ASC-in Zaqatala filialından əldə edilmiş pul məbləğinin tələbinə dair əlahiddə iddia ilə məhkəməyə müraciət etməlidir. Tərəflər arasında hər hansı bir kredit müqaviləsi bağlanmadan, yəni peşəkar kredit verilməsi və bank fəaliyyətini tənzim edən müvafiq normativlərə əməl olunmadan tərəflər arasında heç bir kredit müqaviləsi bağlanmadığı, kredit müqaviləsi şərtlərinin tərəflər arasında razılaşdırılmasını gözləmədən birbaşa Cavabdeh1 MMC İddiaçı ASC-nin Zaqatala Filialının kassasından sözügedən pul məbləğini 25 oktyabr 2013-cü il tarixdə nağd şəkildə məxaric etmişdir. Halbuki, yuxarıda qeyd olunduğu kimi, bank qanunvericiliyinə və peşəkar qaydada kredit verilməsini tənzimləyən normativlərə müvafiq olaraq Cavabdeh1 MMC tərəfindən həmin pul vəsaitinin İddiaçı ASC-nin Zaqatala filialının kassasından götürülməsi üçün hər hansı bir müqavilə əsası mövcud olmamışdır. Həmin kredit müqaviləsi Cavabdeh1 MMC tərəfindən müvafiq qaydada imzalanmadığına görə bağlanmamış sayılmalı olduğundan, İddiaçı ASC-nin və həmin bankın Zaqatala filialının Cavabdeh1 MMC-yə hər hansı bir məbləğdə və hər hansı bir müqavilə, yaxud qanuni əsasla kredit, pul və s. maddi nemət vermək öhdəliyi mövcud olmamışdır. Beləliklə, tərəflər arasında hər hansı bir kredit müqaviləsi mövcud olmadığından İddiaçı ASC-in Cavabdeh1 MMC qarşısında hər hansı bir bağlanmış və ya qüvvədə olan kredit müqaviləsinə, yaxud qanunveriliyin tələbinə əsasən sonuncuya kredit, pul və s. maddi nemət vermək öhdəliyi olmadığı halda Cavabdeh1 MMC-in İddiaçı ASC-in Zaqatala filialının kassasından 25 oktyabr 2013-cü il tarixdə hər hansı müqavilədən və ya öhdəlikdən kənar nağd şəkildə məxaric etdiyi, başqa sözlə Cavabdeh1 MMC-yə İddiaçı ASC-in Zaqatala filialı tərəfindən 25 oktyabr 2013-cü il tarixdə hər hansı bir müqavilə və ya öhdəlikdən kənar ödənilmiş pul vəsaiti iddiaçı ləğv prosesində olan İddiaçı ASC-in ləğvedicisi x5 tərəfindən əsassız varlanma qaydalarına uyğun olaraq Cavabdeh1 MMC tərəfindən geri tələb edilə bilər. Belə ki, həmin pul İddiaçı ASC-in Zaqatala filialı tərəfindən Cavabdeh1 MMC-yə öhdəlikdən kənar ödənilmiş və tərəflər arasında həmin pulun sonuncuya ödənilməsi öhdəliyini ehtiva edən qüvvədə olan və bağlanmış hər hansı bir müqavilə mövcud olmamışdır. Başqa sözlə, İddiaçı ASC-in Cavabdeh1 MMC-yə hər hansı bir bağlanmış və ya qüvvədə olan müqavilə üzrə pul vermək öhdəliyi olmadığından sonuncuya ödənilmiş həmin pul vəsaiti öhdəlikdən kənar ödənilmiş pul vəsaiti hesab olunur. Əsassız varlanma obyektni qaytarmaq hüququna malik olan İddiaçı ASC bu hüquqa malik olduğunu onun Zaqatala filialının kassasından sözügedən pul vəsaiti heç bir müqavilə və ya qanuni əsas olmadan Cavabdeh1 MMC tərəfindən nağd şəkildə məxaric olunarkən həmin pul vəsaitindən məhrum olduğu andan etibarən bilmişdir. Əsassız varlanma obyektini qaytarmaq hüququna qanunla iki illik kəsici müddət (tələb müddəti) müəyyən olunmuşdur. Ona görə də hesab edir ki, hazırkı iddia tələbi tam rədd edilməlidir. Göstərilənləri nəzərə alaraq məhkəmədən 25 oktyabr 2013-cü il tarixli 013/013 saylı kredit müqaviləsi layihəsi üzrə əsas borc, faizlər və sair məbləğlərlə bağlı iddia tələbinin müvafiq olaraq tərəflər arasında öhdəliyin yaranması üçün hər hansı bir müqavilə mövcud olmadığından tam rədd edilməsi, habelə iddiaçının 25 oktyabr 2013-cü il tarixdə İddiaçı ASC-in Zaqatala filialından Cavabdeh1 MMC tərəfindən məxaric olunmuş pul vəsaitinin isə qanuni əsaslar üzrə, yəni əsassız varlanma qaydalarına uyğun olaraq tələb olunduğu halda kəsici müddətin tətbiq olunmaqla tam rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə Qax Rayon Məhkəməsinin 16 yanvar 2020-ci il tarixli 2(024)-02/2020 nömrəli qətnaməsi çıxarılmışdır. Birinci instansiya məhkəməsinin həmin qətnaməsindən Ləğv prosesində olan İddiaçı ASC-in ləğvedicisi x5 və Cavabdeh1 MMC tərəfindən аpelyаsiyа şikаyətləri verilmişdir Apelyasiya şikayətinin dəlilləri Ləğv prosesində olan İddiaçı ASC-in ləğvedicisi x5 apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Qax Rayon Məhkəməsinin hazırkı iş üzrə maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq olunmaması ilə qəbul etdiyi 16.01.2020-ci il tarixli 2(024)-02/2020 saylı qətnaməsi ədalətsiz və qeyri-obyektiv olduğuna görə apelyasiya qaydasında ləğv edilməlidir. Belə ki, məhkəmənin qətnaməsində istinad etdiyi hal “İddiaçı" ASC ilə Cavabdeh2 və Cavabdeh1 MMC-in aralarında bağlanmış 25.10.2013-cü il tarixli 009/2013 saylı ipoteka müqaviləsi və 25.10.2013-cü il tarixli 013/013 saylı kredit müqaviləsində borcalan Cavabdeh1 MMC-nin qanuni təmsilçisi tərəfindən imzalanmaması və möhürlə təsdiq edilməməsi göstərilmişdir. Bununla bağlı bildirmək istəyirlər ki, müqavilənin əsas şərtləri göstərilən 3-8-ci səhifələr daxil olmaqla, bütövlükdə 25.10.2013-cü il tarixli müqavilənin hər bir səhifəsinin sonunda müqavilənin hər üç tərəfinin - ipoteka saxlayan Bankın, ipoteka qoyan Cavabdeh2 və borcalan ”Cavabdeh1" MMC-nin imzası vardır. Bu o deməkdir ki, tərəflərin hər biri müqavilənin şərtləri ilə tanış olmuş, razılığa gəlmiş və hər bir səhifəsini imza edərək etirazlarının olmadığını bildirmişlər. Sonuncu səhifədə isə müqavilənin notariat qaydada təsdiqi, notarius tərəfindən imza və möhür öz əksini tapır. Yəni cavabdehin qarşılıqlı iddia ərizəsində nəzərdə tutduğu hal ümumiyyətlə mövcud deyil. Məhkəmənin istinad etdiyi hallardan biri də odur ki, İddiaçı ASC, Cavabdeh2 və Cavabdeh1 MMC arasında bağlanmış 25.10.2013-cü il tarixli 009/2013 saylı ipoteka müqaviləsinə əsasən Qax şəhəri Saleh Qocayev küçəsi 0.05 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, ümumi sahəsi 193.1 kv.m, yaşayış sahəsi 111.7 kv.m, yardımçı sahəsi 81.4 kv.m, tikintialtı sahə 8.2 kv.m olan 22 saylı fərdi yaşayış evi 25 oktyabr 2013-cü il tarixli 013/013 saylı kredit müqaviləsinin təminatı kimi ipoteka ilə yüklü edilmişdir, ipoteka müqaviləsinin “İpoteka qoyan” qrafasında Cavabdeh2 imzalamışdır. İş materiallarına əlavə edilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX ******* saylı Çıxarışdan və 18 oktyabr 2013-cü il tarixli daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına dair dövlət reyestrindən arayışdan (Forma 2) müəyyən edilir ki, ipoteka ilə yüklü edilmiş fərdi yaşayış evi Cavabdeh2, torpaq sahəsi isə Cavabdeh2, Cavabdeh4, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh6 ümumi birgə mülkiyyətindədir, lakin qeyd edilən ipoteka müqaviləsi bağlanarkən mülkiyyətçilərin mülkiyyət hüquqları və qanunvericliyin tələbləri pozularaq ipoteka müqaviləsi yalnız Cavabdeh2 ilə bağlanmışdır. Həmin dəlil ilə bağlı bildirirlər ki, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan görünür ki, fərdi yaşayış evi üzərində mülkiyyət hüququ Cavabdeh2, torpaq sahəsi isə Cavabdeh3, Cavabdeh2, Cavabdeh5, Cavabdeh4 və Cavabdeh6 ümumi birgə mülkiyyətindədir. Odur ki, digər şəxlərin isə razılıq ərizələri alınmışdır və onların razılığını özündə ehtiva edən etibarnamələr alınmışdır. Belə ki, qoşmaya əlavə edilən Cavabdeh4 tərəfindən Cavabdeh2 15 il müddətinə verilən 22 oktyabr 2013-cü il tarixli 355924 saylı və Cavabdeh6 və Cavabdeh5 tərəfindən Cavabdeh2 5 il müddətinə verilən 30 oktyabr 2013-cü il tarixli 389097 saylı Etibarnamə ilə etibar edənlərin bütün əmlakının idarə edilməsi və onun üzərində sərəncam verilməsi, o cümlədən, əmlakı ipoteka (girov) qoymaq və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar digər hərəkətlər Cavabdeh2 etibar edilmişdir. Cavabdeh3 tərəfindən Cavabdeh2 verilən eyni məzmunlu 175480 saylı 08 avqust 2009-cu il tarixli Etibarnamə ilə 10 il müddətinə həmin səlahiyyətlər ona verilmişdir. Bundan başqa, 19 oktyabr 2013cü il tarixli notariat qaydada təsdiq edilmiş Cavabdeh6 tərəfindən və Cavabdeh5 tərəfindən əmlakın ipotekaya (girova) qoyulmasına etiraz etmədiklərinə dair notariat qaydada təsdiq edilmiş ərizələr də qoşmaya əlavə edilmişdir. Beləliklə, 31 Oktyabr 2013cü il tarixində Qax notariat kontorunda təsdiqlənmiş ipoteka müqaviləsi üzrə ipoteka predmeti olan əmlak ipoteka qoyularkən qanunvericiliyin tələbləri pozulmamışdır və cavabdehin verdiyi qarşılıqlı iddia əsassız mülahizələrə əsaslanmışdır. Məhkəmənin istinad etdiyi hallardan biri, 25 oktyabr 2013-cü il tarixli 013/013 saylı kredit müqaviləsindən müəyyən edilir ki, “xxxxxxxxxxxxxx” (İddiaçı) ASC-nin Zaqatala filialı ilə "Cavabdeh1” MMC arasında bağlanmalı olduğu halda, qeyd edilən müqavilə bir tərəfli qaydada Bankın Zaqatala filialının qanuni təmsilçisi tərəfindn imzalanmış və möhürlənmiş, lakin “xxxxxxxx” MMC-nin qanuni təmsilçisinin imzası və möhürü mövcud deyil, işin bu halı onu deməyə əsas verir ki, 25 oktyabr 2013-cü il tarixli 013/013 saylı kredit müqaviləsinin heç bir hüquqi qüvvəsi yoxdur, belə ki, müqavilə iki tərəfli formada bağlanmalı olduğu halda yalnız borc verən tərəfindən təsdiqlənmişdir. Qeyd edilən kredit müqaviləsinin 17.1-ci bəndində qeyd edilir ki, müqavilə bağlandığı andan qüvvəyə minir, indiki halda isə müqavilə bağlanmış hesab edilə bilməz. İlk öncə bildirmək istəyirlər ki, Bank tərəfindən məhkəmə prosesində notariat işinin notariat orqanından tələb olunması barədə dəfələrlə şifahi vəsatətlər versə də, məhkəmə vəsatətləri təmin etməmişdir. Notariat orqanında saxlanılan sənədlərdə həm kredit, həm də ipoteka müqavilələrinin əslinin bir nüsxəsi saxlanılır. Məhkəmə notariat işini tələb etməyərək, işə qeyri obyektiv baxaraq, qanunsuz qərar qəbul etmişdir. Lakin, bank məhkəmənin notariat kontoruna sorğuynan bağlı vəsatətləri təmin edilmədiyini nəzərə alaraq 22 yanvar 2020-ci il tarixində Qax notariatına sorğu ünvanlamış və Kontorun 19 fevral 2020-ci il tarixli 105 saylı məktubuna əsasən notariat işində saxlanılan sənədlərin notarius tərəfindən təsdiq edilmiş surətlərini almışıdr. Həmin sənədlərdə Cavabdeh1 MMC-nin səlahiyyətli nümayəndəsi tərəfindən bütün vərəqlərində və rekvizitlərdə imzası mövcüddur. Bu da onu sübüt edir ki Bank iddiasında haqlıdır və borcalanla kredit müqaviləsi imzalanmışdır. Qarşılıqlı iddiaya etirazda da qeyd edtdikləri kimi, ipoteka müqaviləsi əsas öhdəliyə birbaşa bağlı olan müqavilədir. Həm kredit müqaviləsi, həm də ipoteka müqaviləsi hər ikisi 25 oktyabr 2013-cü il tarixində Zaqatala şəhərində bağlanmışdır. Aydın məsələdir ki, eyni vaxtda bağlanan müqavilələrdən birində bütün imzaların olması, digərində tərəflərdən birinin imzasının olmaması yalnız texniki səbəblərdən ola bilər. Belə halda, əgər ipoteka müqaviləsi borcalanın qanuni nümayəndəsi və ipoteka qoyan tərəfindən imzalanmışsa və kredit müqaviləsinin şərtləri ipoteka müqaviləsinin şərtlərinə zidd deyilsə, deməli, tərəflərin hər biri ipotekanın əsasını təşkil edən şərtləri qəbul etmiş, imza edərək razılıq barədə iradələrini göstərmiş və bugünədək mübahisələndirməmişlər. Hazırkı iş üzrə kredit müqaviləsində və ipoteka müqaviləsində əsas öhdəliyin şərtləri tamamilə eynilik təşkil edir, belə ki, hər iki müqavilədə əsas öhdəliyin 25.10.2013-cü il tarixli 45000 manat məbləğində 24 ay müddətinə bağlanmış 013/013 nömrəli Kredit müqaviləsi olduğu qeyd edilmişdir (ipoteka müqaviləsinin 4.1-ci maddəsi). Əlavə olaraq, əvvəlki məhkəmə iclaslarında təqdim etdiyimiz hesabdan çıxarışlardan görünür ki, hər iki kredit müqaviləsi üzrə dəfələrlə ardıcıl ödənişlər etmişdir. Bu isə Bank ilə cavabdeh arasındakı öhdəlik münasibətlərinin şərtlərinə əməl olunması deməkdir. Bu isə öz növbəsində borcun etirafıdır. Mülki Məcəlləsinin 354.1-ci maddəsinə əsasən, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Həmin Məcəllənin 354.2-ci maddəsinə əsasən, bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Qeyd edilən müddət kəsici müddətdir və iddia müddətindən fərqli olaraq kəsici müddət qarşı tərəfin bu barədə ərizə verib-verməməsindən asılı olmayaraq məhkəmə tərəfindən tətbiq edilməlidir. Məlumat üçün bildirirlər ki, “xxxxxxxxxxxxxx" ASC ilə 25 oktyabr 2013-cü il tarixli 013/013 saylı təminatlı kredit müqaviləsi bağlanmışdır. İpoteka predmeti olan Qax şəhəri Saleh Qocayev küçəsi ev 22 ünvanında 0.05 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin həmin kreditin təminatı kimi ipoteka ilə yüklü edilməsi barədə 25.10.2013-cü il tarixli 009/013 saylı ipoteka müqaviləsi bağlanmışdır. Bildirirlər ki, cari xərclərin ödənilməsi məqsədilə 45000 manat məbləğində kredit vəsaitinin alınması məqsədilə 25.10.2013-cü il tarixli 013/013 saylı kredit müqaviləsinin bağlanılması üçün Cavabdeh4 tərəfindən Cavabdeh2 onun adından əmlakını idarə etməyi, onun üzərində sərəncam verməyi, əmlakı ipoteka (girov) qoymaq və ipotekanı (girovu) qəbul etmək haqqında əqdləri bağlamağı 22 oktyabr 2013-cü il tarixli 355924 saylı Etibarnamə ilə etibar etmişdir. Nəzərə alsalar ki, etibarnamənin verilmə tarixi Kredit Müqaviləsinin tarixindən 3 gün əvvəldir və etibarnamənin məzmununda əmlak üzərində sərəncam hüquqları xüsusilə qeyd edilmişdir, belə nəticəyə gəlinir ki, o, 25.10.2013-cü il tarixli 013/013 saylı ipoteka müqaviləsindən məlumatlı idi. Belə ki, AR Mülki Məcəlləsinin 351.3-cü maddəsinə əsasən, əgər əqdi onun barəsində mübahisə etmək hüququna malik şəxs təsdiq edirsə, bununla o, mübahisə etmək hüququnu itirir. Bundan əlavə iddiaçı məlumatlı idi ki, verdiyi etibarnamədə əmlakı ipoteka qoymaq səlahiyyəti nəzərdə tutulmuşdur. Odur ki, iddiaçı nəzərə almalı idi ki, öz adından etibarnamə verdiyi andan onun əmlakının ipotekaya qoyulma ehtimalı var. Bu səbəbdən o, Cavabdeh2 “əmlakı ipoteka qoyma” səlahiyyətindən istifadə edib-etmədiyini vaxtaşırı yoxlamalı idi. Bununla yanaşı, cavabdeh iddia edir ki, onun məhkəmədə hazırki işin mövcudluğundan xəbəri olmamışdır və AR Mülki Prosessual Məcəllənin 155-ci maddəsinin 2-ci hissəsinin dispozitivliyindən sui-istifadə edərək qarşılıqlı iddia vermişdir. Lakin iş materialları ilə tanış oduqda aşkar olunmuşdur ki, Cavabdeh4 tərəfindən vəkil Nümayəndə onun adından məhkəmə işlərinin aparılması üçün 907086 saylı 15 oktyabr 2019-cu il tarixli etibarnamə verilmişdir. Etibarnamənin verildiyi tarixdən sonra 16 oktyabr 2019-cu il və 14 noyabr 2019-cu il tarixlərində məhkəmə baxışları olmuş, cavabdehin vəkili tərəfindən qarşılıqlı iddia ərizəsi sonuncu iclasda təqdim edilmiş, nəzərə alsaq ki, vəkil 27 sentyabr 2019-cu il tarixli 883556 saylı etibarnamə ilə artıq Cavabdeh2 vəkili kimi işə cəlb edilmişdi, habelə Qax Rayon Məhkəməsinin 2(024)-558/2019 saylı işi üzrə 2018-ci ildən keçiriləcək iclaslar haqqında bildirişlər göndərilmişdir. Bütün bunlar bir daha ona dəlalət edir ki, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh4 işin məhkəmədə gedişatı barədə kifayət qədər məlumatı olmuşdur, bu halda AR MPM 155-ci maddəsinin 2-ci hissəsində göstərilən normanın tələbləri pozulmuş olur. Belə ki, 155.2-ci maddədə qeyd edilir ki, məhkəmə baxışı zamanı qarşılıqlı iddia o halda verilə bilər ki, onun verilməsi üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. İşin faktiki vəziyyətindən isə aydın olur ki Cavabdeh4 vəkili üçün heç bir yeni hal olmamışdır, o əvvəllər də dəfələrlə məhkəmə proseslərində iştirak etmişdir, ona Cavabdeh4 hüquqlarının müdafiəsi üçün etibarnamə 15.10.2019-cu ildə verilməyinə baxmayaraq, qarşılıqlı iddia 2 məhkəmə baxışı sonra təqdim edilmişdir. Belə ki AR MPM 155.2-ci maddəsinin tətbiqi üçün heç bir əsas olmamışdır və bununla da qarşılıqlı iddia ərizəsi rədd edilməlidir. 30.11.2012-ci il tarixli 012/12 saylı kredit müqaviləsinin təminatı olaraq Cavabdeh5 ilə 30.11.2012-ci il tarixli 01 saylı ipoteka müqaviləsi imzalanmışdır. Həmin müqaviləyə əsasən də Cavabdeh5 məxsus Qax rayonu İlisu kəndində yerləşən 0,06 ha torpaq sahəsi Bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Lakin qeyd olunan ipoteka müqaviləsində texniki səhv olaraq, ipoteka predmeti olan əmlakın ünvanı ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 0.06 ha torpaq sahəsi göstərilmişdi. Məhkəmə qət etdi hissəsində iddiaya münasibət bildirməsə də, qətnamənin məzmununda tutmanın müqavilədə səhv yazıldığına görə Cavabdeh5 məxsus Qax rayonu İlisu kəndində yerləşən 0,06 ha torpaq sahəsinə yönəldilməsinə dair hissədə etibarsız olduğunu qeyd etmişdir. Hər hansı müqavilədə texniki səhvin olması, həmin müqavilənin əsassız və ya etibarsız olmasını özündə ehtiva etmir. Belə ki, Bank dəqiqləşmə ərizəsi verərək, bunun texniki səhv olduğunu məhkəməyə bildirmişdir. Bundan başqa iş materiallarına əlavə edilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan da görünür ki, 30.11.2010-ci il tarixli 012/12 saylı kredit müqaviləsinin təminatı olaraq Cavabdeh5 məxsus **********36 saylı reyestr nömrəli Qax rayonu İlisu kəndində yerləşən 0,06 ha torpaq sahəsi yüklü edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 347.6-cı bəndinə əsasən yazılı əadlər bağlanarkən buraxılmış xırda səhvlər düzəlişə hüquq verir, lakin mübahisə etməyə hüquq vermir. Müqavilədə ipoteka predmeti səhv göstərilsə belə, ipotekanın yüklülüyünü ehtiva edən digər bütün sənədlərdə ipoteka predmetinin Cavabdeh5 məxsus Qax rayonu İlisu kəndində yerləşən 0,06 ha torpaq sahəsi olduğu açıq aydın görünür. Ümumiyyətlə, məhkəmə tərəfindən bu hal araşdırılmamışdır. 25.10.2013-cü il tarixli 013/013 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 MMC-nin borcu 35.900 (otuz beş min doqquz yüz) manat məbləğində müəyyən edilmişdir. İlk öncə bildirmək istəyirlər ki, Bank tərəfindən məhkəmə prosesində notairat işinin notariat orqanından tələb olunması barədə dəfələrlə şifahi vəsatətlər versə də, məhkəmə vəsatətləri təmin etməmişdir. Notariat orqanında saxlanılan sənədlərdə həm kredit, həm də ipoteka müqavilələrinin əslinin bir nüsxəsi saxlanılır. Məhkəmə notariat işini tələb etməyərək, işə qeyri obyektiv baxaraq, qanunsuz qərar qəbul etmişdir. Lakin Bank məhkəmənin notariat kontoruna sorğu ilə bağlı vəsatətlərinin təmin edilmədiyini nəzərə alaraq 22 yanvar 2020-ci il tarixində Qax notariatına sorğu ünvanlamış və Kontorun 19 fevral 2020-ci il tarixli 105 saylı məktubuna əsasən notariat işində saxlanılan sənədlərin notarius tərəfindən təsdiq edilmiş surətlərini almışıdr. Həmin sənədlərdə Cavabdeh1 MMC-in səlahiyyətli nümayəndəsi tərəfindən bütün vərəqlərində və rekvizitlərdə imzası mövcüddur. Bu da onu sübüt edir ki Bank iddiasında haqlıdır və borcalanla kredit müqaviləsi imzalanmışdır və bankın son dəqiqləşmə ilə verdiyi tələb təmin edilməlidir. Məbləği müəyyən edərkən məhkəmə kredit müqaviləsinə “Cavabdeh1" MMC-nin nümayəndəsi tərəfindən imza edilməməsini əsas götürmüşdür. Məhkəmə nəzərə almamışdır ki, əsas olan tərəflərin iradə ifadəsidir. Texniki səhv olaraq müqaviləyə qol çəkilməməsi onun etibarsızlığına səbəb ola bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 347.6-cı bəndinə əsasən yazılı əqdlər bağlanarkən buraxılmış xırda səhvlər düzəlişə hüquq verir, lakin mübahisə etməyə hüquq vermir. Bundan başqa Cavabdeh1 MMC ilə “İddiaçı" ASC arasında bağlanmış və həmin kredit müqaviləsinin təminatı olaraq bağlanmış 25.10.2013-cü il tarixli ipoteka müqaviləsində də həmin kredit müqaviləsinə istinad olunmuşdur. Kredit məbləği, müddəti və faizi ipoteka müqaviləsində öz əksini tapmışdır. Həmin müqaviləni imzalayan cavabdeh həmin şərtlə tanış olmuş və imza edərək öz iradə ifadəsini bildirmişdir və hətta həmin kredit müqaviləsi üzrə ödənişlər həyata keçirərək müqaviləni bəyəndiyini bildirmişdir. Bütün bu kimi digər hərəkətlər də müqavilənin faktiki olara bağlandığını göstərir. Əgər cavabdeh öz hərəkətləri ilə müqavilənin faktiki olaraq bağlandığını etiraf edirsə, məhkəmənin həmin kredit müqaviləsi üzrə faiz, əsas və cərimə borcunu tutmaması əsassızdır. Belə halda, əgər ipoteka müqaviləsi borcalanın qanuni nümayəndəsi və ipoteka qoyan tərəfindən imzalanmışsa və kredit müqaviləsinin şərtləri ipoteka müqaviləsinin şərtlərinə zidd deyilsə, deməli, tərəflərin hər biri ipotekanın əsasını təşkil edən şərtləri qəbul etmiş, imza edərək razılıq barədə iradələrini göstərmiş və bugünədək mübahisələndirməmişlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 324.5.-ci maddəsinə əsasən, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 404.1-ci maddəsinə görə, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Əvvəlki məhkəmə iclaslarında təqdim etdikləri hesabdan çıxarışlardan da görünür ki, hər iki kredit müqaviləsi üzrə dəfələrlə ardıcıl ödənişlər etmişdir. Bu isə Bank ilə cavabdeh arasındakı öhdəlik münasibətlərinin şərtlərinə əməl olunması və borcun etirafı deməkdir. Belə ki, cavabdehə təqdim olunmuş ödəniş qrafikində aylıq ödəniş və həmin aylıq ödənişin hansı hissəsinin faiz və hansı hissəsinin əsas borc olduğu göstərilmişdi. Əgər qeyd olunan ödəniş cədvəli cavabdehə təqdim olunmasaydı, o aylıq nə qədər məbləğdə ödəniş həyata keçirildiyini bilə bilməzdi. Cavabdehin həyata keçirdiyi ardıcıl ödənişlərdə onun aylıq hansı məbləğdə ödənişin həyata keçirilməsi barədə məlumatlı olduğu görünür. Qeyd etmək istəyirlər, kredit müqaviləsi 3 nüsxədə hazırlanır və tərəflərdə saxlanılır. Cavabdehdə olan nüsxədə kredit müqaviləsində onun imzasının olması ehtimalı yüksəkdir. Bundan başqa əgər məhkəmə tərəfindən notariat orqanından notariat işi tələb olunsaydı, bu məhkəmənin düzgün qənaətə gəlməyinə səbəb olardı. Qeyd olunanlara əsasən hesab edirlər ki, Qax Rayon Məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının tələblərinin pozulması nəticəsində çıxarıldığına görə qanunsuz və əsassızdır və buna görə də ləğv olunmalıdır. İddiaçı apelyasiya şikayətinə əlavə təqdim edərək göstərmişdir ki, Qax Rayon Məhkəməsi 04.12.2012-ci il tarixli 012/12 saylı kredit müqaviləsinə əsasən cəmi 13667.84 manat məbləğində borc pul və məhkəmədə iddia qaldırmaq üçün iddiaçının ödədiyi 30 manat pulun cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh5, Cavabdeh3 və Cavabdeh6 alınaraq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi x2 xeyrinə ödənilməsini qət etmişdir. Halbuki, məhkəmə nəzərdən qaçırmışdır ki, Bank 04.12.2012-ci il tarixli 012/12 saylı kredit müqaviləsi üzrə 14000 manatlıq borcu borcalan Cavabdeh1 MMC dən tələb etmişdir. Odur ki, qeyd olunanların nəzərə alınmasını xahiş edirlər. Cavabdeh1 MMC apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Qax Rayon Məhkəməsinin 2(024)-02/2020 saylı 16 yanvar 2020-ci il tarixli qətnaməsi ilkin iddianın qalan hissəsinin əsassız olduğundan rədd edilməsi, İddiaçı ASC, Cavabdeh2 və Cavabdeh1 MMC arasında bağlanmış 25.10.2013-cü il tarixli 009/2013 saylı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və Qax şəhəri Saleh Qocayev küçəsində 0,05 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, ümumi sahəsi 193,1 kv.m, yaşayış sahəsi 111,7 kv.m yardımçı sahəsi 81,4 kv.m, tikintialtı sahə 8.2 kv.m olan 22 saylı fərdi yaşayış evinə dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Ərazi İdarəsində İddiaçı (“xxxxxxxxxxxxxx”) ASC-nin xeyrinə ipoteka yüklülüyünə dair qeydiyyatın ləğv edilməsi hissəsində qanuni, əsaslı, obyektiv olsa da, cavabdehlərdən 04.12.2012-ci il tarixli 012/12 saylı kredit müqaviləsinə əsasən 8532.20 manat, faiz borcu üzrə 3100.72 manat, faiz borcu illik 5%-lə 1.495,92 manat, borcu gecikdirdiyinə görə hesablanmış 639 manat cərimə borcu olmaqla, cəmi 13667,84 manat məbləğində borc pulun və məhkəmədə iddia qaldırmaq üçün iddiaçının ödədiyi 30 manat pulun alınaraq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi x2 xeyrinə ödənilməsi, Cavabdeh1 MMC tərəfindən İddiaçı ASC-dən alınmış 45000 manat məbləğin ödənilməmiş 35900 manat pulun alınaraq ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi x2 xeyrinə ödənilməsi hissəsində qanunsuz, əsassız, qeyri-obyektiv, maddi və prosessual hüquq normalarının pozulması, qanunun səhv tətbiq edilməsi nəticəsində qəbul edildiyindən ləğv edilməli və ilkin iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməlidir. Belə ki, yuxarıda qeyd olunduğu kimi, Qax rayon Məhkəməsinin 2(024)-02/2020 saylı 16 yanvar 2020-ci il tarixli Qətnaməsinə əsasən Cavabdeh1 MMC tərəfindən İddiaçı ASC-dən alınmış 45000 manat məbləğin ödənilməmiş 35900 manat pulun alınaraq ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi x2 xeyrinə ödənilməsi qət olunsa da, həmin məbləğin hansı maddi hüquqi normativ əsaslarla tutulması qətnamədə əsaslandırılmamış və bu tutulma maddi hüquq normaları baxımından tam əsassız olmuşdur. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. İş üzrə materiallardan göründüyü kimi, məhkəmə haqlı olaraq Mülki Məcəllənin 324.4-cü maddəsini rəhbər tutaraq müqavilə bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsinin zəruriliyini nəzərə almaqla 25 oktyabr 2013-cü il tarixli 013/013 saylı kredit müqaviləsinə Cavabdeh1 MMC-nin səlahiyyətli nümayəndəsi tərəfindən imza edilmədiyi üçün onun razılaşdırılmış iradə ifadəsinin müəyyən edilməsinin mümkün olmamasını, Mülki Məcəllənin 324.6-cı (iradənin məzmunu dəqiq müəyyənləşdirilə bilmədiyindən əqdin mövcud olmaması), 14.2.1, 324.1, 324.2, 329.1, 331.1-ci və digər müddəalarını rəhbər tutaraq tərəflər arasında qanunvericiliyin tələblərinə uyğun olan belə bir kredit müqaviləsinin bağlanmadığını göstərib, iddiaçının həmin kredit müqaviləsi layihəsi üzrə tələbini təmin etməsə də, iddiaçı tərəfindən təqdim olunmuş hesabdan çıxarışa əsasən Cavabdeh1 MMC-nin İddiaçı ASC-nin Zaqatala filialının kassasından heç bir müqavilə əsası olmadan məxaric etdiyi 45000 manat pul vəsaitinin qalıq hissəsinin tutulmasını qət etmişdir. Məhkəmə haqlı olaraq iddiaçının təqdim etdiyi müqavilə layihəsini mülki qanunvericiliyin tələblərinə uyğun olmadığından tanımadığından və tərəflər arasında belə bir kredit müqaviləsi bağlanmadığından İddiaçı ASC-nin və həmin bankın Zaqatala filialının Cavabdeh1 MMC-yə hər hansı bir məbləğdə və hər hansı bir müqavilə, yaxud qanuni əsasla kredit, pul və s. maddi nemət vermək öhdəliyi mövcud olmamışdır. Beləliklə, tərəflər arasında hər hansı bir kredit müqaviləsi mövcud olmadığından İddiaçı ASC-nin Cavabdeh1 MMC qarşısında hər hansı bir bağlanmış və ya qüvvədə olan kredit müqaviləsinə, yaxud qanunveriliyin tələbinə əsasən sonuncuya kredit, pul və s. maddi nemət vermək öhdəliyi olmadığı halda Cavabdeh1 MMC-nin İddiaçı ASC-nin Zaqatala filialının kassasından 25 oktyabr 2013-cü il tarixdə hər hansı müqavilədən və ya öhdəlikdən kənar nağd şəkildə məxaric etdiyi, başqa sözlə Cavabdeh1 MMC-yə İddiaçı ASC-nin Zaqatala filialı tərəfindən 25 oktyabr 2013-cü il tarixdə hər hansı bir müqavilə və ya öhdəlikdən kənar ödənilmiş pul vəsaiti İddiaçı ASC-nin ləğvedicisi x5 tərəfindən Mülki Məcəllənin istinad olunan 439.4-cü maddəsinə əsasən əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilərdi. Belə ki, həmin pul İddiaçı ASC-nin Zaqatala filialı tərəfindən Cavabdeh1 MMC-yə öhdəlikdən kənar ödənilmiş və tərəflər arasında həmin pulun sonuncuya ödənilməsi öhdəliyini ehtiva edən qüvvədə olan və bağlanmış hər hansı bir müqavilə mövcud olmamışdır. Başqa sözlə, İddiaçı ASC-nin Cavabdeh1 MMC-yə hər hansı bir bağlanmış və ya qüvvədə olan müqavilə üzrə pul vermək öhdəliyi olmadığından sonuncuya ödənilmiş həmin pul vəsaiti öhdəlikdən kənar ödənilmiş pul vəsaiti hesab olunur. Belə pul vəsaiti isə iddiaçı tərəfindən AR Mülki Məcəllənin 439.4-cü maddəsinə müvafiq olaraq əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilərdi və ya cavabehdən tutulması müəyyən oluna bilərdi. Mülki Məcəllənin 1095-ci maddəsinə əsasən, əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. İş üzrə materiallardan göründüyü kimi, əsassız varlanma obyektin qaytarmaq hüququna malik İddiaçı ASC bu hüquqa malik olduğunu onun Zaqatala filialının kassasından sözügedən pul vəsaiti heç bir müqavilə və ya qanuni əsas olmadan Cavabdeh1 MMC tərəfindən nağd şəkildə məxaric olunarkən həmin pul vəsaitindən məhrum olduğu andan bilirdi. Göründüyü kimi, əsassız varlanma obyektini qaytarmaq hüququna qanunla iki illik kəsici müddət (tələb müddəti) müəyyən olunmuşdur. Kəsici müddət iddia müddəti deyil, subyektiv hüququn qüvvədə olma müddətidir. İddia müddəti isə pozulmuş hüququn müdafiəsi müddətidir (Mülki Məcəllənin 372.2-ci maddəsi). Məhkəmə sözügedən pul məbləğini cavabdehdən tərəflər arasında bununla bağlı hər hansı bir kredit müqaviləsi mövcud olmadığından müqavilə əsası ilə deyil, yalnız qanuni əsaslarla, konkret olaraq əsassız varlanma əsası ilə tələb edə bilərdi ki, bu tələb də kəsici müddət tətbiq olunmaqla təmin olunmamalı idi. Hazırkı mülki iş üzrə isə məhkəmənin iddiaçının iddia tələblərindən kənara çıxması üçün heç bir qanuni əsas və hal mövcud olmadan faktiki olaraq iddia tələbindən kənara çıxmışdır. Belə ki, iddiaçı müqavilə əsası üzrə cavabdehdən pul tutulması tələbi irəli sürmüş, məhkəmə həmin əsasla iddianı təmin etməmiş, nəticə etibarilə iddiaçının tələb irəli sürmədiyi qeyri-müəyyən əsasla iddia tələbini təmin etmişdir. İşdə iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi x2 etibarnamə üzrə nümayəndəsi x7 apellyasiya şikayətinin təmin edilməsini, Qax Rayon Məhkəməsinin 16 yanvar 2020-ci il tarixli 2(024)-02/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh2, Cavabdeh5, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh6 və Cavabdeh2 və Cavabdeh4 vəkili və etibarnamə üzrə nümayəndəsi Nümayəndə məhkəmə iclasına gəlməmişlər, Cavabdeh1 MMC isə nümayəndəsinin iştirakını təmin etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM) 185.1-ci maddəsində göstərilir ki, işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikasının MPM-in 376.2-ci maddəsinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. Həmin Məcəllənin 368.3-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində işə onun məhkəməyə daxil olduğu gündən 3 ay müddətində baxılmalı və müvafiq məhkəmə aktı qəbul edilməlidir. Qanunvericiliyin istinad olunan tələbini, habelə mülki işlər üzrə apelyasiya şikayətinə baxılması üçün qanunla 3 aylıq müddət müəyyən olunmasını nəzərə alaraq məhkəmə kollegiyası onların iştirakı olmadan apelyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Hüquq məsələləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilən: “xxxxxxxxxxxxxx” ASC ilə Cavabdeh1 MMC arasında bağlanmış 04.12.2012-ci il tarixli 012/12 saylı kredit müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən borc alana 24 ay müddətinə illik 20 faiz ödəmək şərti ilə 14000 manat məbləğində kredit verilmişdir. Müqavilənin 4.1-ci bəndinə görə, kredit müqaviləsinin təminatı olaraq Cavabdeh5 məxsus olan və Qax rayonu İlisu kəndində yerləşən 0,06 ha torpaq sahəsi ipoteka ilə yüklü edilmişdir. “xxxxxxxxxxxxxx” ASC-in Zaqatala regional filialı ilə Cavabdeh5 arasında bağlanmış 30.11.2012-ci il tarixli 01 saylı ipoteka müqaviləsindən görünür ki, həmin müqavilədə 30.11.2012-ci il tarixli 012/12 saylı kredit müqaviləsinin təminatı olaraq Cavabdeh5 məxsus olan və ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0.06 ha olan torpaq sahəsi ipoteka ilə yüklü edilmişdir. “xxxxxxxxxxxxxx” ASC ilə Cavabdeh1 MMC arasında bağlanmış 25.10.2013-cü il tarixli 013/013 saylı Kredit müqaviləsindən görünür ki, həmin müqavilədə Cavabdeh1 MMC-nə 24 ay müddətinə illik 20 faiz ödəmək şərti ilə 45000 manat məbləğində kredit verildiyi göstərilmişdir. “xxxxxxxxxxxxxx” ASC-nin Zaqatala regional filialı ilə Cavabdeh2 arasında bağlanmış 25.10.2013-cü il tarixli 009/013 saylı İpoteka müqaviləsindən görünür ki, həmin müqavilədə Cavabdeh2 məxsus olan və Qax şəhəri Saleh Qocayev küçəsi ev 22 ünvanında 0.05 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 193.1 kv.m. olan fərdi yaşayış evinin İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında bağlanmış 25.10.2013-cü il tarixli 013/013 saylı kredit müqaviləsinə əsasən 45000 manat məbləğində kreditin xəttinin və ona hesablanmış faizlərin qaytarılmasının təminatı kimi İddiaçı ASC-nin xeyrinə yüklü edildiyi göstərilmişdir. İpoteka müqaviləsinin 3.3-cü bəndində ipoteka ilə yüklü edilmiş əmlak kompleksinin bazar dəyəri 10000 (bir yüz min) manat məbləğində qiymətləndirilmişdir. İddiaçı tərəfindən Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin x13 ünvanlanan 14.02.2018-ci il tarixli **********414 saylı ərizədən görünür ki, iddiaçı ipoteka qoyan Cavabdeh5 məxsus olan və Qax rayonu İlisu kəndində yerləşən 0.06 ha torpaq sahəsinə tutmanınn yönəldilməsi barədə 13 fevral 2018-ci il tarixli bildirişin qeydə alınmasını xahiş etmişdir. 13.02.2018-ci il tarixli **********376 saylı tutmanın yönəldilməsi barədə bildirişin surətindən görünür ki, Cavabdeh5 və Cavabdeh1 MMC-nə bankın tələbinin təmin edilməsi məqsədi ilə Qax rayonu İlisu kəndində yerləşən 0.06 torpaq sahəsinə məhkəmə qaydasında tutmanın yönəldilməsinə başlanması barədə bildirilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin verdiyi RX seriyalı 095461 saylı Çıxarışdan (hüquqların yüklülüyü haqqında) görünür ki, Qax rayonu İlisu kəndində yerləşən və Cavabdeh5 xüsusi mülkiyyətində olan 0.06 ha torpaq sahəsi 012/12 saylı kredit müqaviləsinin təminatı olaraq 30.11.2012-ci il tarixdən 30.11.2014-cü il tarixədək ipoteka ilə yüklü edilərək 14000 manat dəyərində qiymətləndirilmişdir. 01 fevral 2018-ci il tarixli **********261 saylı xəbərdarlıqdan görünür ki, Cavabdeh5 iddiaçı qarşısında götürmüş öhədliklərini icra etməsi barədə borcunu ödəməsi barədə xəbərdarlıq edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 04 sentyabr 2019-cu il tarixli 21300 saylı rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Cavabdeh1 MMC-nin İddiaçı ASC-nə olan borcu 04 dekabr 2012ci il tarixli 012/12 saylı kredt müqaviləsi üzrə 04 dekabr 2014-cü il tarixə (müqavilə müddətinin sonuna) əsas borca görə 12.582, 20 manat, faiz borcuna görə 3.100,72 manat, 14 fevral 2018-ci il tarixə (maliyyə arayışında göstərilən tarixə) əsas borc üzrə 8.532,20 manat, faiz borcu üzrə 3.100,72 manat, faiz borcu illik 5 %-lə 1.495, 92 manat, 02 may 2018-ci il tarixə (iddia ərizəsi ilə məhkəməyə müraciət edilən tarixə) əsas borc üzrə 8.532,20 manat, faiz borcu üzrə 3.100, 72 manat, faiz borcu (illik 5 %-lə) üzrə 1.588.35 manat, 25.10.2013-cü il tarixli 013/013 nömrəli kredit müqaviləsinə əsasən 25 oktyabr 2015-ci il tarixə cavabdehdən əsas borc üzrə 44.096,00 manat, faiz borcu üzrə 14.462,51 manat, 13 fevral 2018-ci il tarixə əsas borc üzrə 39.096,00 manat, faiz borcu üzrə 14.462,51 manat, faiz borcu (illik 5 %-lə) 4.527,98 manat, 02 may 2018-ci il tarixə əsas borc üzrə 39.096,00 manat, faiz borcu üzrə 14.462,51 manat, faiz borcu (illik 5 %lə) 4.956,95 manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ekspertiza xərclərinə dair bildirişdən görünür ki, iş üzrə ekspertiza xərci 200 (iki yüz) manat təşkil edir. 22.02.2018-ci il tarixli Azərbaycan Respublikasə DİN-nin BPQMİ-nin MAPS şöbəsinin verdiyi arayışlardan görünür ki, Cavabdeh4, Cavabdeh5, Cavabdeh3 və Cavabdeh6 Qax şəhəri S.Qocayev küçəsi ev 22-də qeydiyyatdadırlar. 15.02.2018-ci il tarixli **********446 saylı maliyyə arayışından görünür ki, 04 dekabr 2012-ci il tarixli 266PVNW132280003 saylı kredit müqaviləsi üzrə 14.02.2018-ci il tarixinə yaranmış tələbə əsasən, həmin tarixə Cavabdeh1 MMC-nin iddiaçıya müqavilə üzrə əsas borca görə 9532.2 manat, 14 fevral 2018-ci il üçün hesablanmış və tələb olunan faizlər üzrə 7973.06 manat, müqavilə üzrə borcu gecikdirdiyinə görə hesablanmış və tələb olunan cərimə üzrə 1522.61 manat, müqavilənin tələbləri əsasında yaranmış ümumi borc üzrə 19027.77 manat borcu yaranmışdır. Ləğv prosesində olan İddiaçı ASC tərəfindən məhkəməyə təqdim olunmuş hesabdan Çıxarışdan görünür ki, cavabdeh “xxxxxxx” MMC tərəfindən alınmış 45000 manat məbləğə görə 5904 manat əsas, 3196 manat faiz borcu olmaqla, cəmi 9100 (doqquz min bir yüz) manat pul geri ödənilmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətlərinin dəlillərini iş materialları ilə qarşılıqlı araşdırıb belə qənaətə gəlir ki, Ləğv prosesində olan İddiaçı ASC tərəfindən verilmiş apelyasiya şikayətinin dəlilləri qismən əsaslıdır. İşdən görünür ki, Cavabdeh1 MMC ilə İddiaçı ASC arasında bağlanmış 04.12.2012ci il tarixli 012/12 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 MMC-nə 24 ay müddətinə illik 20 faiz ödəmək şərti ilə 14000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 2.3-cü bəndinə əsasən borc alan krediti qəbul etməyi, bu müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesabılanacaq faizləri borc verənə qaytarmağı öz üzərinə götürür. Kredit müqaviləsinin 10.2-ci bəndinə əsasən borcalan üzərinə düşən öhdəlikləri icra etmədikdə kreditin, kredit üzrə hesablanmış faizlərin və gecikdirilmiş borc yarandığı gündən hər gecikdirilən gün üçün faizlər də hesablanmaqla ümumi məbləğin 0.1 faizi məbləğində borc verənə dəbbə pulu ödənilməlidir. Cavabdeh müqavilə şərtlərini pozaraq ödəniş cədvəli üzrə dövri olaraq ödəməli olduğu kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Ona görə də iddiaçı həmin müqavilə üzrə yaranan kredit borcunun ödənlməsini Cavabdeh1 MMC-dən tələb edir. Birinci instansiya məhkəməsi isə nəticəyə gələrkən həmin tələbin yönəldiyi kredit alan Cavabdeh1 MMC-dən deyil, cavabdehlər, eyni zamanda ipoteka qoyan və kredit borcu tələbinin yönəlmədiyi Cavabdeh2, Cavabdeh4, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh6 04.12.2012-ci il tarixli 012/12 saylı kredit müqaviləsinə əsasən, cəmi 13667.84 manat məbləğində borc pulun və 30 manat dövlət rüsumunun alınaraq iddiaçının xeyrinə ödənilməsi qənaətinə gəlmişdir. İddia tələbinin pulun tutulması ilə bağlı hissəsi Cavabdeh1 MMC-nə, ipoteka predmetinə tutmanın yönəldilməsi ilə bağlı hissəsi isə Cavabdeh2, Cavabdeh5, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh6 qarşı yönəldilmişdir. Lakin birinci instansiya məhkəməsi 04.12.2012-ci il tarixli 012/12 saylı kredit müqaviləsi üzrə borcun tutulmasını qət etsə də, bunu həmin tələb üzrə Cavabdeh1 MMC-dən deyil, ipoteka qoyanlardan tutmaq qərarına gəlmiş, lakin bunu qətnaməsində əsaslandırmamış və bununla da səhvə yol vermişdir. İddiaçının apelyasiya şikayətinə verdiyi əlavədə qeyd edilən ziddiyyət qabardılmış, qətnamənin həmin hissədə ləğvi xahiş edilmişdir. Kollegiya birinci instansiya məhkəməsinin qeyd olunan mövqeyi ilə razılaşmır. Bundan əlavə birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı ərizəsində kredit müqavilələrindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi Cavabdeh5 ilə bağlanmış 30.11.2012-ci il tarixli 01 saylı kredit müqaviləsinə əsasən Cavabdeh5 məxsus olan və Qax rayonu İlisu kəndində yerləşən ümumi sahəsi 0.06 ha olan torpaq sahəsinin İddiaçı ASC-in xeyrinə yüklü edildiyini göstərsə də, iş materiallarına əlavə edilmiş “xxxxxxxxxxxxxx” ASC-nin Zaqatala regional filialı ilə Cavabdeh5 arasında bağlanmış 30.11.2012-ci il tarixli 01 saylı ipoteka müqaviləsində 30.11.2012-ci il tarixli 012/12 saylı kredit müqaviləsinin təminatı olaraq Cavabdeh5 məxsus olan və ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0.06 ha olan torpaq sahəsinin ipoteka ilə yüklü edildiyi göstərilmişdir. Ona görə də, iddia tələbinin tutmanın cavabdehlər Cavabdeh5 məxsus olan və Qax rayonu İlisu kəndində yerləşən 0.06 ha torpaq sahəsinə yönəldilməsinə dair hissəsi əsassızdır. Kollegiya birinci instansiya məhkəməsinin bu mövqeyi ilə bağlı qeyd edir ki, 30.11.2012-ci il tarixli 012/12 saylı kredit müqaviləsindən göründüyü kimi, kredit müqaviləsinin təminatı olaraq Cavabdeh5 məxsus olan və Qax rayonu İlisu kəndində yerləşən 0,06 ha torpaq sahəsi ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin verdiyi RX seriyalı 095461 saylı Çıxarışdan da (hüquqların yüklülüyü haqqında) görünür ki, Qax rayonu İlisu kəndində yerləşən və Cavabdeh5 xüsusi mülkiyyətində olan 0.06 ha torpaq sahəsi 012/12 saylı kredit müqaviləsinin təminatı olaraq 30.11.2012-ci il tarixdən 30.11.2014-cü il tarixədək ipoteka ilə yüklü edilmişdir. Lakin “xxxxxxxxxxxxxx” ASC-in Zaqatala regional filialı ilə Cavabdeh5 arasında bağlanmış 30.11.2012-ci il tarixli 01 saylı ipoteka müqaviləsində 30.11.2012-ci il tarixli 012/12 saylı kredit müqaviləsinin təminatı olaraq Cavabdeh5 məxsus olan və ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0.06 ha olan torpaq sahəsinin ipoteka ilə yüklü edilməsi qeyd edilmişdir. İddiaçı isə iddia tələbində 04 dekabr 2012-ci il tarixli 012/12 saylı kredit müqaviləsinin təminatı olaraq Cavabdeh5 məxsus olan və Qax rayonu İlisu kəndində yerləşən 0,06 ha torpaq sahəsinə tutmanın yönəldilməsini xahiş edir. Göründüyü kimi, ipoteka müqaviləsində sözügedən torpaq sahəsinin 30.11.2012-ci il tarixli 012/12 saylı kredit müqaviləsinin təminatı olduğu göstərilir, lakin 30.11.2012-ci il tarixli kredit müqaviləsi hazırkı mülki işdə iddianın predmetinə aid olmamaqla, belə bir müqavilə iş materiallarında mövcud deyildir. Bundan başqa, 04 dekabr 2012-ci il tarixli 012/12 saylı kredit müqaviləsində müqavilənin təminatı olaraq Cavabdeh5 məxsus olan və Qax rayonu İlisu kəndində yerləşən 0,06 ha torpaq sahəsi göstərilərək, Hüquqların yüklülüyü haqqında RX seriyalı 095461 saylı Çıxarış ilə həmin torpaq sahəsinin 012/12 saylı kredit müqaviləsinin təminatı olaraq yüklü edilməsi qeyd edilmişdir. Lakin Qax rayonu İlisu kəndində yerləşən 0,06 ha torpaq sahəsinin kreditin təminatı kimi ipoteka ilə yüklü edilməsinə dair ipoteka müqaviləsi mövcud deyildir. İddiaçının sübut kimi təqdim etdiyi 30.11.2012-ci il tarixli 01 saylı ipoteka müqaviləsində 30.11.2012-ci il tarixli (qeyd edildiyi kimi həmin tarixli kredit müqaviləsi mövcud deyildir) 012/12 saylı kredit müqaviləsinin təminatı olaraq Qax rayonu İlisu kəndində yerləşən 0,06 ha torpaq sahəsi yox, Cavabdeh5 məxsus olan və ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0.06 ha olan torpaq sahəsinin ipoteka ilə yüklü edilməsi qeyd edilmişdir. Kollegiya qeyd edilənlərə əsasən belə qənaətə gəlir ki, 04 dekabr 2012-ci il tarixli 012/12 saylı kredit müqaviləsinin təminatı olaraq ipoteka müqaviləsinin bağlanması qanunvericiliyin tələbinə uyğun həyata keçirilmədiyindən həmin müqavilə üzrə ipoteka predmetinə tutma yönəldilməsi tələbinin təmin edilməsi mümkün deyildir. Birinci instansiya məhkəməsi iddianın 25.10.2013-cü il tarixli 013/013 saylı kredit müqaviləsi ilə bağlı hissəsi barədə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, “İddia tələbinin “25.10.2013-cü il tarixli 013/13 saylı kredit müqaviləsinə əsasən cəmi 86950.39 manat məbləğində borcun tutulması, tutmanın Cavabdeh2 məxsus olan və Qax şəhəri Saleh Qocayev küçəsi ev 22 ünvanında 0.05 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinə yönəldilməsi”nə dair hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, məhkəmə araşdırması zamanı iş materialları və işin faktiki halları ilə müəyyən edildi ki, iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş 013/013 saylı 25 oktyabr 2013-cü il tarixli kredit müqaviləsində borc alanın imza qrafaları borcalan qismində çıxış edən Cavabdeh1 MMC-nin səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmamışdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 25 oktyabr 2013-cü il tarixli 013/013 saylı kredit müqaviləsinə Cavabdeh1MMC-in səlahiyətli nümayəndəsi tərəfindən imza edilmədiyi üçün onun razılaşdırılmış iradə ifadəsini müəyyən etmək mümkün deyildir. Yuxarıda şərh olunan hüquq normalarının məzmunundan göründüyü kimi 25 oktyabr 2013-cü il tarixli 013/013 saylı kredit müqaviləsi Cavabdeh1 MMC-nin səlahiyyətli nümayəndəsi və ya vəkil etdiyi sair şəxs tərəfindən imzalanmadığından, həmin müqavilə əsasında da hər hansı faiz dərəcəsinin müəyyənləşdirilməsi və ya faizlər və digər ödənişlərin hesablanması yolverilməzdir. Ona görə də məhkəmə hesab edir ki, Cavabdeh1 MMC tərəfindən imzalanmamış həmin kredit müqaviləsi üzrə Cavabdeh1 MMC 25 oktyabr 2013-cü il tarixli, 013/013 saylı kredit müqaviləsi üzrə, eyni zamanda yuxarıda göstərilən səbəblərə görə də həmin kredit müqaviləsinin təminatı kimi ipoteka qoyan Cavabdeh2 ilə “xxxxxxxxxxx”ASC arasında bağlanmış 25.10.2012-ci il tarixli, 009/013 saylı ipoteka müqaviləsi üzrə ipoteka qoyan iddiaçı qarşısında heç bir öhdəlik daşımır. Eyni zamanda işin faktiki halları, iş materialları ilə Cavabdeh1 MMC-in iddiaçıdan 45000 manat pulu alması müəyyən edilmişdir. Ləğv prosesində olan İddiaçı ASC tərəfindən məhkəməyə təqdim olunmuş hesabdan çıxarışla cavabdeh “xxxxxxx” MMC tərəfindən alınmış 45000 manat məbləğə görə 5904 manat əsas, 3196 manat faiz borcu olmaqla cəmi 9100 manat pulun geri ödəməsi müəyyən edilmişdir. Lakin həmin müqavilə Cavabdeh1 MMC-in səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmadığından, həmin müqavilə əsasında da hər hansı faiz dərəcəsinin müəyyənləşdirilməsi və ya faizlər və digər ödənişlərin hesablanması yolverilməz olduğundan, iddiaçının faizə görə ödənilməsi nəzərdə tutduğu və iddiaçının ödədiyi 3196 manat da kredit məbləğində hesablanmış faizə görə yox, Cavabdeh1 MMC-nin iddiaçıdan aldığı 45000 manatdan çıxılmalıdır. Bu səbəbdən də məhkəmə hesab edir ki, tələbin həmin hissəsi üzrə Cavabdeh1 MMC-in iddiaçıya ödəməli olduğu məbləğ 35900 manat təşkil edir. İddia tələbinin hər iki ipoteka predmetinə tutmanın yönəldilməsinə dair hissəsi əsassız olduğundan məhkəmə hesab edir ki, tələbin iddia bildiriş qeydiyyatı üçün ödənilmiş 60 manat məbləğində dövlət rüsumu alınaraq iddiaçıya verilməsinə dair hissəsi də əsassızdır. Beləliklə məhkəmə hesab edir ki, iddiaçı iddia tələbində qismən haqlıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qeyd olunan hüquqi mövqeyi ilə razılaşmır. Belə ki, iş materiallarında olan 25 oktyabr 2013-cü il tarixli 013/013 saylı kredit müqaviləsinin nüsxəsi Cavabdeh1 MMC-nin səlahiyyətli nümayəndəsi tərəfindən imzalansa da, hüquqi şəxs olan Cavabdeh1 MMC-in möhürü ilə təsdiq edilməmişdir. Bununla belə işin hallarından görünür ki, Cavabdeh1 MMC 25 oktyabr 2013-cü il tarixli 013/013 saylı kredit müqaviləsi üzrə qeyd olunan 45000 manat məbləğində pulu almasını inkar etməmişdir. Habelə iddiaçı tərəfindən təqdim olunmuş hesabdan çıxarışdan görünür ki, “xxxxxxx” MMC 25 oktyabr 2013-cü il tarixli 013/013 saylı kredit müqaviləsinə əsasən alınmış 45000 manat məbləğə görə 5904 manat əsas, 3196 manat faiz borcu olmaqla, cəmi 9100 manat məbləğində pulu geri ödəmişdir. Göründüyü kimi, Cavabdeh1 MMC 25 oktyabr 2013-cü il tarixli 013/013 saylı kredit müqaviləsini icra etməyə başlamış və həmin müqaviləni qismən icra etmişdir. Bununla da, cavabdeh həmin kredit müqaviləsinin mövcudluğunu etiraf etməyə yönəlik hərəkətlər etmişdir. Birinci instansiya məhkəməsi də İddiaçı ASC tərəfindən 45000 manat məbləğində pulun Cavabdeh1 MMC-yə real olaraq verilməsi qənaətinə gəlmiş, lakin hesab etmişdir ki, tərəflər arasında kredit müqavləsi bağlanmadığından iddia tələbinin qanuni əsası əsassız varlanmadır. Məhkəmə kollegiyasına görə, əgər tərəflərin arasında kredit müqaviləsindən irəli gələn münasibətlər olmamışdırsa, bu pulun başqa hansı əsasla verilməsini izah etmək mümkün deyildir. Belə ki, mövcud qanunvericiliyə görə bankların əsas missiyasından biri də, kredit şəklində kimlərəsə pul verməkdir. Bankın kreditə verdiyi pullar da yalnız kredit müqaviləsinə əsasən verilir. Birinci instansiya məhkəməsi Cavabdeh1 MMC-in İddiaçı ASC-dən aldığı 45000 manat məbləğində pulu əsassız varlanma nəticəsində əldə etdiyi qənaətinə gəlsə də, əsassız varlanmanın hansı qaydada baş verməsini göstərə bilməmişdir. Qeyd olunmalıdır ki, hər hansı hüquqi və ya fiziki şəxsə bank tərəfindən kredit müqaviləsi bağlanmadan (müqavilə olmadan) 45000 manat məbləğində pulun verilməsini təsəvvür etmək və bunun izahını verməkdə mümkün deyildir. Bundan əlavə məhkəmə kollegiyası tərəfindən Qax rayon notariat Ofisinə sorğu edilərək alınmış 31.10.2013-cü il tarixli 3M-114 reyestr nömrəli ipoteka müqaviləsinin təsdiq edilmiş surətlərindən görünür ki, 25.10.2013-cü il tarixli 013/013 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 MMC-nə 24 ay müddətinə illik 20 faiz ödəmək şərti ilə 45000 manat məbləğində kredit verildiyi göstərilmiş və kredit müqaviləsinin hər bir səhifəsinin sonunda müqavilənin hər üç tərəfinin - ipoteka saxlayan Bankın, ipoteka qoyan Cavabdeh2 və borcalan ”Cavabdeh1" MMC-nin rəhbərinin imzası vardır. Sonuncu səhifədə isə müqavilənin notariat qaydada təsdiqi, notarius tərəfindən imza və möhürü öz əksini tapmışdır. Yəni, 25.10.2013-cü il tarixli 013/013 saylı kredit müqaviləsinin təminatı olaraq ipoteka müqaviləsi də bağlanmışdır. Kollegiyanın qənaətinə görə, yalnız 25.10.2013-cü il tarixli 013/013 saylı kredit müqaviləsində Cavabdeh1 MMC-nin möhürünün vurulmamasına istinad olunmaqla həmin kredit müqaviləsinin bağlanmaması qənaətinə gələrək, kifayət qədər böyük məbləğ olan 45000 manat məbləğində kredit ilə bağlı iddianın həmin hissədə təmin edilməməsi qanuni və əsaslı hesab edilə bilməz. Göründüyü kimi, birinci instansiya məhkəməsi 25.10.2013-cü il tarixli 013/013 saylı kredit müqaviləsinin bağlanmaması və buna görə də tərəflərin arasında kredit münasibətlərinin yaranmaması ilə bağlı düzgün nəticəyə gəlməmişdir. Mülki iş üzrə birinci instansiya məhkəməsi tərəfindən məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş, 04 sentyabr 2019-cu il tarixli 21300 nömrəli məhkəmə mühasibatlıq ekspertizasının rəyi alınmışdır. İddia tələbi ilə ekspert rəyində müəyyən edilən kredit borcunun məbləği arasında fərq mövcuddur. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 04 sentyabr 2019-cu il tarixli 21300 nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Cavabdeh1 MMC-in İddiaçı ASC-nə olan borcu 04 dekabr 2012-ci il tarixli 012/12 saylı kredt müqaviləsi üzrə 04 dekabr 2014-cü il tarixə (müqavilə müddətinin sonuna) əsas borca görə 12.582, 20 manat, faiz borcuna görə 3.100,72 manat, 14 fevral 2018-ci il tarixə (maliyyə arayışında göstərilən tarixə) əsas borc üzrə 8.532,20 manat, faiz borcu üzrə 3.100,72 manat, faiz borcu illik 5 %-lə 1.495,92 manat, 02 may 2018-ci il tarixə (iddia ərizəsi ilə məhkəməyə müraciət edilən tarixə) əsas borc üzrə 8.532,20 manat, faiz borcu üzrə 3.100,72 manat, faiz borcu (illik 5 %-lə) üzrə 1.588.35 manat, 25.10.2013-cü il tarixli 013/013 nömrəli kredit müqaviləsinə əsasən 25 oktyabr 2015-ci il tarixə cavabdehdən əsas borc üzrə 44.096,00 manat, faiz borcu üzrə 14.462,51 manat, 13 fevral 2018-ci il tarixə əsas borc üzrə 39.096,00 manat, faiz borcu üzrə 14.462,51 manat, faiz borcu (illik 5 %-lə) 4.527,98 manat, 02 may 2018-ci il tarixə əsas borc üzrə 39.096,00 manat, faiz borcu üzrə 14.462,51 manat, faiz borcu (illik 5 %-lə) 4.956,95 manat təşkil edir. İddiaçı iddia tələbində cavabdehdən 04.12.2012-ci il tarixli 012/12 nömrəli kredit müqaviləsinə əsasən əsas borc üzrə 9532.20 manat, faiz borcu üzrə 3413.18 manat, müqavilə müddəti bitdiyi tarixdən 11.10.2019-cu il tarixə 5% ilə hesablanmış və tələb olunan 2304.72 manat faiz, cərimə borcu üzrə 6392.18 manat olmaqla, cəmi 21642.28 manat, 25.10.2013-cü il tarixli 013/013 nömrəli kredit müqaviləsinə əsasən 39096,00 manat əsas, 10835,27 manat faiz, müqavilə müddəti bitdiyi tarixdən 11.10.2019-cu il tarixə 5% ilə hesablanmış və tələb olunan 7743,18 manat faiz və cərimə borcu üzrə 29275,94 manat olmaqla, cəmi 86950,39 manat məbləğində kredit borcunun ödənilməsini tələb etmişdir. Göründüyü kimi, kredit müqavilələrinə əsasən yaranmış borcun ekspert rəyi ilə müəyyən edilmiş məbləğləri ilə iddia ərizəsi ilə tələb edilən məbləğlər arasında ziddiyyətlər olduğu müəyyən edilmişdir. MPM-in 218.3-cü maddəsinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. MPM-in 372.4-cü maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır. Ekspertiza rəyi ilə müəyyən edilən 04.12.2012-ci il tarixli 012/12 nömrəli kredit müqaviləsinə əsasən, 02 may 2018-ci il tarixə (iddia ərizəsi ilə məhkəməyə müraciət edilən tarixə) həm əsas borcun, həm faiz borcunun, həm də faiz borcu (illik 5 %-lə) üzrə məbləği iddia tələbində göstərilən həm əsas borcun, həm faiz borcunun, həm də faiz borcu (illik 5 %-lə) üzrə məbləğindən azdır. Ona görə də 04.12.2012-ci il tarixli 012/12 nömrəli kredit müqaviləsi üzrə iddia tələbi ekspert rəyinə uyğun təmin edilməlidir. İddia tələbində 25.10.2013-cü il tarixli 013/013 nömrəli kredit müqaviləsinə əsasən 39096,00 manat əsas, 10835,27 manat faiz, müqavilə müddəti bitdiyi tarixdən 11.10.2019-cu il tarixə 5% ilə hesablanmış və tələb olunan 7743,18 manat faiz borcunun ödənilməsi tələb edilir. Həmin müqavilə üzrə ekspert rəyində 02 may 2018-ci il tarixə (iddia ərizəsi ilə məhkəməyə müraciət edilən tarixə) əsas borc üzrə 39.096,00 manat, faiz borcu üzrə 14.462,51 manat, faiz borcu (illik 5 %-lə) 4.956,95 manat borcun olması müəyyən edilmişdir. Göründüyü kimi, ekspert rəyində faiz borcunun məbləği iddia tələbində göstərilən faiz borcunun məbləğindən 3627 manat 24 qəpik artıq olduğu müəyyən edilsə də, MPM-in istinad olunan normalarına əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxardığından və apelyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmədiyindən və onlara baxılmadığından, habelə iddiaçı iddia tələbinin ekspet rəyinə uyğun olaraq artırılmasını tələb etmədiyindən göstərilən hissədə faiz borcunun məbləği artırıla bilməz. Habelə iddia tələbində faiz borcu (illik 5 %-lə) 7743,18 manat tələb edilsə də, ekspert rəyində faiz borcunun (illik 5 %-lə) 4.956,95 manat olması müəyyən edilmişdir. Ona görə də həmin kredit müqaviləsi üzrə faiz borcunun (illik 5 %-lə) məbləği ekspert rəyinə uyğun olaraq 4.956,95 manat məbləğində təmin edilə bilər. Bundan əlavə göründüyü kimi Cavabdeh1 MMC 04.12.2012-ci il tarixli 012/12 saylı kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş məbləğləri həmin təşkilata qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin buna baxmayaraq Cavabdeh1 MMC iddiaçıdan kredit müqaviləsi əsasında kredit vəsaiti almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Bu səbəbdən də iddiaçı bank tərəfindən Cavabdeh1 MMC-dən əsas kredit borcları, faiz borcları ilə bərabər dəbbə pulu qismində cərimənin ödənilməsi də tələb edilir. İddiaçı cavabdehdən 04.12.2012-ci il tarixli 012/12 nömrəli kredi müqavilələsi üzrə 6392.18 manat və 25.10.2013-cü il tarixli 013/013 nömrəli kredi müqaviləsi üzrə 29275,94 manat cərimə (dəbbə pulu) tələb edir. Аzərbаycаn Respublikаsı MM-in 462.1-ci mаddəsinə görə, dəbbə pulu (cərimə, penyа) müqаvilə ilə müəyyənləşdirilən, öhdəliyin icrа edilmədiyi və yа lаzımıncа icrа edilmədiyi, о cümlədən icrаnın gecikdirildiyi hаldа bоrclunun kreditоrа ödəməli оlduğu pul məbləğidir. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditоr оnа zərər vurulduğunu sübutа yetirməyə bоrclu deyildir. Həmin Məcəllənin 463.2-ci mаddəsinə görə, dəbbə pulu hаqqındа rаzılаşmа əsаs öhdəliyin fоrmаsındаn аsılı оlmаyаrаq yаzılı fоrmаdа bаğlаnmаlıdır. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. MM-in 467-ci maddəsinin tələbinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 09 iyul 2009-cu il tarixli qərarında belə bir hüquqi mövqe müəyyən edilmişdir ki, kredit borcunun qaytarılmaması kimi işlərə baxılarkən borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Bank müştərilərinin depozitləri üzrə öhdəliklərinin lazımınca yerinə yetirilməsində ifadə olunan ümumi maraqla borclu şəxsin mülkiyyət hüquqlarının müdafiəsi arasında ədalətli tarazlığa nail olunmalıdır. “Zvierzinski Polşaya qarşı” iş üzrə 19 iyun 2001-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, mülkiyyətə hər hansı müdaxilə həm də mütənasiblik tələbinə uyğun olmalıdır. Müdaxilə cəmiyyətin ümumi maraqlarının tələbləri ilə fərdi şəxsin fundamental hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli tarazlığa” cavab verməlidir. Mülki qanunvericiliklə öhdəliklərin icrasının təminatı üsulu və mülki-hüquqi məsuliyyət tədbiri olaraq dəbbə pulu borcluya qarşı maliyyə sanksiyası kimi müəyyən edilir və onun məqsədi kreditorun pozulmuş hüquqlarının bərpasıdır. Dəbbə pulu heç bir halda kreditorun varlanma vasitəsi ola bilməz. Bu mənada məhkəmə kollegiyası belə hesab edir ki, ləğv prosesində olan İddiaçı ASC tərəfindən hesablanmış 04.12.2012-ci il tarixli 012/12 nömrəli kredit müqaviləsi üzrə 6392.18 manat və 25.10.2013-cü il tarixli 013/013 nömrəli kredit müqaviləsi üzrə 29275,94 manat dəbbə pulu (cərimə) tənasübsüz surətdə yüksək olmuşdur. Ona görə də Cavabdeh1 MMC-dən 04.12.2012-ci il tarixli 012/12 nömrəli kredit müqaviləsi üzrə 200 manat və 25.10.2013-cü il tarixli 013/013 nömrəli kredit müqaviləsi üzrə 800 manat dəbbə pulunun (cərimə) tutulmasının qət edilməsi daha məqsədəuyğun və ağlabatan hesab olunmalıdır. Bunun kreditorun əmlak mənafelərinə elə bir ciddi zərəri olmamaqla yanaşı, borclu şəxsin mülkiyyət maraqları da qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Cavabdeh4 qarşılıqlı iddia tələbi ilə bağlı olaraq qeyd edilməlidir ki, birinci instansiya məhkəməsi bununla bağlı gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, “25.10.2012-ci il tarixli 009/2013 saylı ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş fərdi yaşayış evi Cavabdeh2, torpaq sahəsi isə Cavabdeh2, Cavabdeh4. Cavabdeh3, Cavabdeh5 və Cavabdeh6 ümumi birgə mülkiyyətində olduğu halda həmin müqavilə digər mülkiyyətçilər tərəfindən də imzalanmalı olduğu halda yalnız Cavabdeh2 tərəfindən imzalanmışdır. Həmin müqavilə 25 oktyabr 2013-cü il tarixli 013/013 saylı kredit müqaviləsinin təminatı kimi ipoteka ilə yüklü edilmişdir, hansı ki, həmin müqavilə borcalan tərəfindən imzlanmamışdır. İş materiallarında olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX0289073 saylı Çıxarışda isə Qax şəhəri Saleh Qocayev küçəsində yerləşən 22 saylı fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi ilə birgə ipoteka ilə “xxxxxxxxxxxxxx” (İddiaçı) ASC-nin Zaqatala filialının xeyrinə yüklü edildiyi göstərilmişdir. İddiaçı ipoteka müqaviləsi bağlanarkən Cavabdeh2 Cavabdeh4 və Cavabdeh3 tərəfindən ona verdiyi baş etibarnamələr əsasında həmin müqaviləni imzalamaq səlahiyyətinə malik olduğunu göstərsə də, məhkəmə bununla bağlı qeyd edir ki, iddiaçı həmin etibarnamələrin əslini və yaxud notariat qaydasında təsdiq edilmiş surətini təqdim etməli olduğu halda təsdiq olunmamış surətini təqdim etmişdir. Məhkəmə əlavə olaraq qeyd edir ki, həmin etibarnamələrin əsli təqdim edilsə belə, müvafiq Çıxarışda torpağın ümumi birgə mülkiyyətçiləri sırasında həmin şəxslərdən başqa Cavabdeh5 və Cavabdeh6 da vardır ki, hansı ki, iddiaçı həmin şəxslər tərəfindən Cavabdeh2 ipoteka müqaviləsini imzalamaqla bağlı hər hansı etibarnamə verildiyini göstərməmişdir. Sözügedən ipoteka müqaviləsinin imza qrafasında ümumibirgə mülkiyyətçilərin imzalamalı olduğu imza qrafası-hansı ki, Cavabdeh2 etibarnamə əsasında verilmiş səlahiyyətlər üzrə o həmin şəxslərin də adından imza etməli idi-yox, yalnız Cavabdeh2 imzaladığı qrafa vardır. Eyni zamanda 25 oktyabr 2013-cü il tarixli 013/013 saylı kredit müqaviləsi “xxxxxxxxxxxxxx” (İddiaçı) ASC-in Zaqatala filialı ilə "xxxxxxxx" MMC arasında bağlanmalı olduğu halda, müqavilə birtərəfli qaydada yalnız bankın Zaqatala filialının qanuni təmsilçisi tərəfindən imzalanaraq möhürlənmişdir. 25.10.2012-ci il tarixli 009/2013 saylı ipoteka müqaviləsi isə qanunvericiliyin tələbləri pozulmaqla borc alan tərəfin iradəsi ifadə olunmamaqla bağlanmış həmin kredit müqaviləsi üzrə öhdəliklərin təminatı kimi bağlanıldığından və x12 10.1-ci maddəsinə əsasən müstəqil xarakter daşımadığından və əsas öhdəliklərin icrasını təmin etmək məqsədilə bağlanılmalı olduğundan etibarsız əqd hesab edilməlidir.” Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qeyd olunan hüquqi mövqeyi ilə razılaşmır. Belə ki, məhkəmə kollegiyası tərəfindən Qax rayon notariat Ofisinə sorğu edilərək alınmış 31.10.2013-cü il tarixli 3M-114 reyestr nömrəli notariat işində olan Cavabdeh3 tərəfindən Cavabdeh2 10 il müddətinə verilən 175480 saylı 08 avqust 2009-cu il tarixli, Cavabdeh4 tərəfindən Cavabdeh2 15 il müddətinə verilən 22 oktyabr 2013-cü il tarixli 355924 saylı və Cavabdeh6 və Cavabdeh5 tərəfindən Cavabdeh2 5 il müddətinə verilən 30 oktyabr 2013-cü il tarixli 389097 saylı Etibarnamələrdən görünür ki, Cavabdeh4, Cavabdeh3, Cavabdeh6 və Cavabdeh5 bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi, o cümlədən əmlakı ipoteka (girov) qoymaq səlahiyyətini və s. hərəkətləri etməyi Cavabdeh2 etibar etmişlər. Cavabdeh2 Qax şəhəri Saleh Qocayev küçəsində 0,05 ha torpaq sahəsində yerləşən 22 saylı fərdi yaşayış evini ailə üzvləri tərəfindən qanunvericiliyə uyğun olaraq tərtib edilmiş etibarnamələr əsasında ona verilən səlahiyyət əsasında ipoteka qoymuşdur. “xxxxxxxxxxxxxx” (İddiaçı) ASC-in Zaqatala filialı ilə "Cavabdeh1" MMC arasında bağlanmış 25 oktyabr 2013-cü il tarixli 013/013 saylı kredit müqaviləsinin qanunvericiliyə uyğun bağlanmaması barədə birinci instansiya məhkəməsinin göstərdiklərinə gəldikdə isə, bu qətnamənin əsaslandırıcı hissəsində müəyyən edildiyi kimi həmin kredit müqaviləsinin tərəflər arasında bağlanması müəyyən edilmişdir. Kollegiyaya görə, birinci instansiya məhkəməsi qeyd olunan məsələni araşdırmamış və nəticədə əsassız olaraq qarşılıqlı iddia tələbini qismən təmin edərək İddiaçı ASC, Cavabdeh2 və Cavabdeh1 MMC arasında bağlanmış 25.10.2013-cü il tarixli 009/2013 saylı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və Qax şəhəri Saleh Qocayev küçəsində 0,05 ha torpaq sahəsində yerləşən 22 saylı fərdi yaşayış evinə dair Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 12 saylı x16 İddiaçı (“xxxxxxxxxxxxxx”) ASC-in xeyrinə ipoteka yüklülüyünə dair qeydiyyatın ləğv edilməsi qərarına gəlmişdir. Kollegiya hesab edir ki, göstərilən qaydada Cavabdeh4 qarşılıqlı iddia tələbi əsassız olduğundan təmin edilməsi mümkün deyildir, birinci instansiya məhkəməsi isə Cavabdeh4 əsassız olan qarşılıqlı iddia tələbini təmin etməklə səhvə yol vermişdir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçının apelyasiya şikayətinin dəlilləri qismən əsaslıdır. MPM-in 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. x15 Məhkəməsi “x8” qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probation” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, habelə təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. “Avşar Türkiyəyə qаrşı” iş üzrə qərаrındа Avropа Məhkəməsi göstərir ki, sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhə yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər. İstinad olunan milli qanunvericilik normalarından və x15 Məhkəməsinin hüquqi mövqeyindən göründüyü kimi, hazırkı mübahisədə iddianı sübuetmə yükü iddiaçının üzərinə düşür. İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-in ləğvedicisi x5 öz iddiasının əsasən haqlı olmasını mötəbər sübutlarla sübut edə bilmişdir. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarının izahına əsasən “istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab edilməsi üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. x15 Məhkəməsi özünün bir çox qərarlarında (“Delkart Belçikaya qarşı” iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı, “Piersack Belçikaya qarşı” iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı və i.) vurğulamışdır ki, “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. MPM-in 384.0.2-ci mаddəsinə əsаsən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Beləliklə, məhkəmə kollegiyаsı hesab edir ki, birinci instansiya məhkəməsi maddi hüquq normalarını və prosessual hüquq normalarını pozmuş, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamışdır, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyətli hallar sübut edilməmişdir və məhkəmənin qərarında göstərilmiş nəticələri işin hallarına uyğun gəlmir. Ona görə də məhkəmə kollegiyаsı apelyasiya şikayətinin dəlillərini birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün yetərli hesab edir və bu nəticəyə gəlir ki, MPM-in 384.0.2-ci mаddəsinə əsasən, iddiaçı tərəfindən verilmiş аpelyаsiyа şikаyəti qismən təmin edilməli, Qax Rayon Məhkəməsinin 16 yanvar 2020-ci il tarixli 2(024)-02/2020 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmalı, yeni qətnamə ilə ilk iddia qismən təmin edilməli, Cavabdeh1 MMC-dən 04.12.2012-ci il tarixli 012/12 saylı kredit müqaviləsinə əsasən 8.532,20 manat əsas, faiz borcu üzrə 3.100,72 manat, faiz borcu illik 5 %-lə 1.588,35 manat, 200 (iki yüz) manat dəbbə pulu (cərimə) borcu olmaqla, cəmi 13.421,27 qəpik (on üç min dörd yüz iyirmi bir manat 27 qəpik), 25.10.2013-cü il tarixli 013/013 nömrəli kredit müqaviləsinə əsasən 39.096 manat əsas, faiz borcu üzrə 10.835,27 manat, faiz borcu illik 5 %-lə 4.956,95 manat, borcu gecikdirdiyinə görə hesablanmış 800 (səkkiz yüz) manat dəbbə pulu (cərimə) borcu olmaqla, cəmi 55688.22 (əlli beş min altı yüz səksən səkkiz manat 22 qəpik) manat pul, habelə iddianın qaldırılması üçün ödənilən 30 (otuz) manat dövlət rüsumu və bildiriş qeydiyyatı üçün ödənilmiş 60 manat məbləğində dövlət rüsumu alınaraq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-in xeyrinə ödənilməli, 25.10.2013-cü il tarixli 013/013 nömrəli kredit müqaviləsinə əsasən tələbin ipоtekа ilə yüklü edilmiş Cavabdeh2 məxsus olan və Qax şəhəri Saleh Qocayev küçəsi ev 22 ünvanında 0.05 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 193.1 kv.m olan fərdi yaşayış evinə yönəldilməsi, fərdi yаşаyış evinin аçıq hərrаcdа sаtılması və ilkin sаtış qiymətinin ipoteka müqaviləsinə uyğun olaraq 100000 (yüz min) mаnаt məbləğində müəyyən edilməsi, fərdi yаşаyış evinin sаtışındаn əldə edilmiş vəsаit hesаbınа bаnkın 25.10.2013-cü il tarixli 013/013 nömrəli kredit müqaviləsi üzrə tələbinin və iddianın qaldırılması üçün ödənilən 30 manat dövlət rüsumu və bildiriş qeydiyyatı üçün ödənilmiş 60 manat məbləğində dövlət rüsumu tələbinin ödənilməsi, ilk iddianın qalan hissədə təmin edilməməsi, Cavabdeh1 MMC tərəfindən verilmiş аpelyаsiyа şikаyətinin təmin edilməməsi, Cavabdeh4 qarşılıqlı iddia tələbinin təmin edilməməsi qət edilməlidir. MPM-in 107-ci mаddəsinə əsаsən, məhkəmə xərcləri dövlət rüsumundаn və işə bаxılmаsı ilə əlаqədаr оlаn məsrəflərdən ibаrətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. İş üzrə 200 (iki yüz) manat ekspertiza xərci Cavabdeh1 MMC-dən tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinin hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və MPM-in 384, 392, 393, 402-406-cı mаddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: İddiaçı Ləğv prosesində olan İddiaçı x11 ləğvedicisi x5 tərəfindən verilmiş аpelyаsiyа şikayəti qismən təmin edilsin. Qax Rayon Məhkəməsinin 16 yanvar 2020-ci il tarixli 2(024)-02/2020 nömrəli qətnaməsi ləğv edilsin və mülki iş üzrə yeni qətnamə çıxarılsın. İddaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi x2 cavabdehlər Cavabdeh1nə, Cavabdeh2, Cavabdeh4, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh6 qarşı “borc tələbi və ipoteka predmetinə tutmanın yönəldilməsi” tələbinə dair ilk iddiası qismən təmin edilsin. Cavabdeh1ndən 04.12.2012-ci il tarixli 012/12 saylı kredit müqaviləsinə əsasən 8.532,20 manat əsas borc, 3.100,72 manat faiz borcu, faiz borcu illik 5 %-lə 1.588,35 manat, 200 (iki yüz) manat dəbbə pulu (cərimə) borcu olmaqla, cəmi 13.421,27 qəpik (on üç min dörd yüz iyirmi bir manat 27 qəpik), 25.10.2013-cü il tarixli 013/013 nömrəli kredit müqaviləsinə əsasən 39.096,00 manat əsas, faiz borcu üzrə 10.835,27 manat, faiz borcu illik 5 %-lə 4.956,95 manat, 800 (səkkiz yüz) manat dəbbə pulu (cərimə) borcu olmaqla, cəmi 55688.22 (əlli beş min altı yüz səksən səkkiz manat 22 qəpik) manat pul alınaraq iddiaçı Ləğv prosesində olan İddiaçı x11 xeyrinə ödənilsin. Cavabdeh1ndən iddianın qaldırılması üçün ödənilən 30 (otuz) manat dövlət rüsumu və bildiriş qeydiyyatı üçün ödənilmiş 60 (altmış) manat məbləğində dövlət rüsumu alınaraq iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-in xeyrinə ödənilsin. 25.10.2013-cü il tarixli 013/013 nömrəli kredit müqaviləsi üzrə tələb 25.10.2013-cü il tarixli 009/2013 saylı ipoteka müqaviləsinə əsasən ipоtekа ilə yüklü edilmiş və Cavabdeh2 məxsus olan və Qax şəhəri Saleh Qocayev küçəsi ev 22 ünvanında 0.05 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 193.1 kv.m. olan fərdi yaşayış evinə yönəldilsin, fərdi yаşаyış evinin ilkin sаtış qiyməti 100000 (yüz min) mаnаt məbləğində müəyyən edilərək аçıq hərrаcdа sаtılsın. Fərdi yаşаyış evinin sаtışındаn əldə edilmiş vəsаit hesаbınа Ləğv prosesində olan İddiaçı ASC-in 25.10.2013-cü il tarixli 013/013 nömrəli kredit müqaviləsi üzrə cəmi 55688.22 (əlli beş min altı yüz səksən səkkiz manat 22 qəpik) manat məbləğində tələbi, iddianın qaldırılması üçün ödənilən 30 (otuz) manat dövlət rüsumu və bildiriş qeydiyyatı üçün ödənilmiş 60 (altmış) manat məbləğində dövlət rüsumu ödənilsin. İlk iddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh1 tərəfindən verilmiş аpelyаsiyа şikаyəti təmin edilməsin. İddiaçı Cavabdeh4 cavabdeh Ləğv prosesində olan İddiaçı x11 ləğvedicisi x1rşı “İddiaçı ASC, Cavabdeh2 və Cavabdeh1 MMC arasında bağlanmış 25.10.2013-cü il tarixli 009/2013 saylı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi, Qax şəhəri S.Qocayev küçəsində 0,05 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinə dair DƏDRX-in 12 saylı x16 İddiaçı ASC-in xeyrinə ipoteka yüklülüyünə dair qeydiyyatın ləğv edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi təmin edilməsin. İş üzrə 200 (iki yüz) manat məbləğində məhkəmə mühasibatlıq ekspertizası xərci Cavabdeh1ndən tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə - Az. MEM, VÖEN **********, Hesab AZ34CRTE********************, Dövlət Xəzinədarlığı Agentliyi KOD 210005 VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT Bik CTREAZ22 hesaba ödənilsin. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilərlər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar