Məhkəmə qərarları › İş №2(107)-1058/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1058/2021

01.06.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1058/2021 01.06.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu; Hakimlər - Əsədli Mahir Abdulla oğlundan və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - X5; İddiaçı - İddiaçı; Cavabdeh - X3 iştirakı ilə İddiaçı cavabdeh X6 qarşı 25.000 manat pul tələbinə dair mülki iş üzrə Oğuz Rayon Məhkəməsinin 15 fevral 2021-ci il tarixli, 2(054)-21/2021 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikаyətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Oğuz Rayon Məhkəməsinin 15 fevral 2021-ci il tarixli, 2(054)-21/2021 saylı qətnaməsi ilə (hakim Kamran Süleymanov) İddiaçı cavabdeh X6 qarşı 25.000 manat pul və 31 manat dövlət rüsumu - cəmi 25.031 manat pul tələbi barədə iddiası təmin edilməmişdir. İşin halları: İddiaçı cavabdeh X6 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 25.000 manat pul və dövlət rüsumu kimi ödənilmiş 31 manat - cəmi 25.031 (iyirmi beş min otuz bir) manat məbləğin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul ediməsini məhkəmədən xahiş etmişdir. İddiaçı öz iddia tələbini onunla əsaslandırmışdır ki, o, 01.11.2017-ci il tarixdə cavabdehlə rəsmi nikah qeyd etdirməklə ailə qurmuşdur. Birgə yaşadıqları müddətdə uşaqları olmadığından uzun müddət müalicə olunmuşdur. Müalicələrin nəticəsi olmadığından süni mayalanma yolu ilə uşaq dünyaya gətirmək qərarına gəlmişlər. Ona görə də onlar “X15” Sonsuzluq Mərkəzinə müraciət etmiş, süni mayalanma və embrionun implantasiyasına (köçürülməsinə) dair hər ikisi ayrı-ayrılıqda razılıq ərizələri yazmışlar. Göstərilən xidmətlər üçün 07.01.2020-ci il tarixdə 3200 manat pul ödəməyə razılıq vermiş və həmin məbləği o özü ödəmişdir. Bundan sonra onlar hər ikisi Sonsuzluq Mərkəzinə getməli olduğu halda, cavabdeh həmin mərkəzə getməmiş, beləliklə, süni mayalanma və embrionun implantasiyasına (köçürülməsinə) dair əməliyyat da aparılmamışdır. Çünki, bundan ötrü cavabdehin də getməsi zəruri olmuşdur. Ancaq “X15” Sonsuzluq Mərkəzi onun ödədiyi 3200 manat pulu qaytarmamış və səbəb olaraq bildirilmişdir ki, onlar Sonsuzluq Mərkəzi ilə razılığa gələrək pulu ödəmişlər və bu barədə razılıq ərizələri vardır. Süni mayalanma və embrionun implantasiyasına (köçürülməsinə) qərar verənədək, yəni 2017-ci ildən 2020-ci ilin yanvar ayınadək o, özünün və cavabdehin müayinə və müalicələrinə, cavabdehin əməliyyat olunmasına hissə-hissə olmaqla, cəmi 25.000 manat pul xərcləmiş, o cümlədən, süni mayalanma üçün “X15” Sonsuzluq Mərkəzinə 3200 manat pul ödəmişdir. Bütün xərcləri o özü və anası borc alaraq ödəmiş, bunun üçün bankdan kredit götürmüşlər. Cavabdeh həmin xərclərdən heç bir məbləğ ödəməmişdir. O özü isə bütün xərcləri ona görə çəkmişdir ki, övlad sahibi olsun və ailəsi dağılmasın. Müalicənin son nəticə verməməsinə səbəb isə cavabdehin onun süni mayalanma yolu ilə uşaq dünyaya gətirməsinə razı olmaması olmuşdur. Halbuki, cavabdeh buna razı olmadığını əvvəlcədən bildirsəydi, o, həm maddi, həm də fiziki cəhətdən əziyyət çəkib dəfələrlə müayinə və müalicələrə getməyə vaxt və vəsait sərf etməzdi. Eləcə də, qəbul etdiyi dərmanların bəziləri onun səhhətinə pis təsir etmişdir. Ona görə də o, cavabdehi təqsirkar bilir və hesab edir ki, cavabdeh ona maddi ziyan vurmaqla yanaşı, həm də nəticəsiz müayinə və müalicələrə getməsinə səbəb olmuşdur, bununla da ona, hətta mənəvi zərər də vurmuşdur. Ona görə də o, cəmi 25.000 manat miqdarında maddi ziyan məbləğini cavabdehdən tələb edir və bu səbəbdən hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsinin iclаsındа iddiaçı öz iddia tələbini müdafiə edərək göstərmişdir ki, cavabdehlə təbii yolla uşaq sahibi ola bilməmələrinə hər ikisində olan problemlər səbəb olmuşdur. Aparılan müayinə və müalicələr səmərə vermədiyinə görə onunla cavabdeh süni mayalanma ilə uşaq sahibi olmaq qərarına gəlmişlər. 2020-ci ilin yanvar ayında hər ikisi Sonsuzluq Mərkəzinə müraciət edərək bütün prosedurlardan keçmişlər. 2020-ci ilin mart ayında transfer əməliyyatı həyata keçirilməli olmuş, müsbət nəticə əldə ediləcəyinə də hər hansı şübhə qalmamışdır. Ancaq onlar 2020-ci ilin fevral ayında faktiki olaraq ayrılmışlar və bir müddət sonra cavabdeh ona qarşı nikahın pozulması tələbi ilə məhkəməyə müraciət etmişdir. Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 11.09.2020ci il tarixli qətnaməsi ilə onlar arasında bağlanmış nikah pozulmuşdur. Müayinə və müalicələr dövründə onun qəbul etdiyi dərman preparatlarının əksəriyyəti yüksək maddi dəyərli olmaqla, bu xərcləri o, özü, anası və bacısı ödəmiş, bunun üçün ayrıayrı şəxslərdən borc pullar almışlar. Borc aldıqları şəxslərin bu barədə notariat qaydasında təsdiq edilmiş ərizələri də məhkəməyə təqdim edilmişdir. Doğrudur, müayinə və müalicələr dövründə cavabdehin də 400 manat, 500 manat, 700 manat məbləğlərdə aylıq gəlirləri olmuş və həmin pullarla xərclərin bir hissəsini ödəyərək hər ikisi müalicə olunmuşlar. “X15” Sonsuzluq Mərkəzinə ödənilmiş 3200 manat pulun da 1000 manatdan ibarət hissəsini cavabdeh ödəsə də, müayinə və müalicə xərclərinin çox hissəsini o özü və ailə üzvləri ödəmişlər. “X15” Sonsuzluq Mərkəzi ilə onlar arasında olan razılaşmanın şərtləri cavabdeh tərəfindən pozulmuş, nəticədə müayinə və müalicələr faydasız qalmaqla ona 25.000 manat miqdarında maddi ziyan dəymişdir. Ona görə də o, hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Hazırda o, 25.000 manat pul və dövlət rüsumu kimi ödənilmiş 31 manat - cəmi 25.031 (iyirmi beş min otuz bir) manat məbləği cavabdehdən tələb edir. Qeyd etdiklərinə əsasən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclаsındа cavabdeh X9 iddia tələbini qəbul etməyərək göstərmişdir ki, iddiaçı ilə ailə qurduqları vaxtdan sonra birgə yaşadıqları müddətdə uşaqları olmadığından iddiaçı uzun müddət müalicə olunmuş, lakin müalicələrin müsbət nəticəsi olmamışdır. Özü də müayinə və müalicələr almış, həmçinin, əməliyyat olunmuşdur. Müayinə və müalicələrin xərclərini özü və iddiaçı hər ikisi birlikdə ödəmişlər. Həmin xərclər ailənin ümumi büdcəsindən ödənilmişdir. İddiaçının anası və ya digər ailə üzvləri xərclərin ödənilməsində müəyyən qədər köməklik etmiş ola bilərlər, ancaq özü müayinə və müalicə xərclərinin ödənilməsində iddiaçı ilə birgə iştirak etməklə yanaşı, yaşadıqları evin kirayə haqqını, kommunal xərclərini və ailənin digər maddi ehtiyaclarını da tam şəkildə ödəmişdir. Onlar süni mayalanma yolu ilə uşaq dünyaya gətirmək qərarına gələrək bu barədə razılıq ərizələri versələr də, sonradan ailə münasibətləri pozulduğundan o, fikrindən daşınmışdır. Süni mayalanma və embrionun implantasiyası (köçürülməsi) üçün 07.01.2020-ci il tarixdə “X15” Sonsuzluq Mərkəzinə ödənilmiş 3200 manat vəsait onunla iddiaçı tərəfindən ümumi birgə vəsait hesabına ödənilmişdir. X8 ərizə ilə müraciət edərkən göstərilən xidmətlərin ödənişli olduğu və həkim səhvi istisna olmaqla, nəticələrindən asılı olmayaraq, ödənilmiş 3200 manat məbləğin geri qaytarılmayacağı həmin mərkəzdə onlara yazılı şəkildə izah edilmişdir. İddiaçı ilə ailə münasibətləri pozulduğuna görə onlar 2020-ci ilin fevral ayında faktiki olaraq ayrılmışlar və bir müddət sonra o, nikahın pozulması tələbi ilə məhkəməyə müraciət etmişdir. Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 11.09.2020ci il tarixli qətnaməsi ilə onlar arasında bağlanmış nikah pozulmuşdur. Onun tərəfindən iddiaçıya hər hansı miqdarda maddi zərər vurulmamışdır. Qeyd etdiklərinə əsasən iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə qətnaməsi qəbul edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsindən İddiaçı apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyаsiyа şikayətini onunla əsaslandırmışdır ki, onların müalicə ilə bağlı xərclərinin demək olar ki, böyük bir hissəsi borc və kredit alınaraq ödənilmişdir. Həmin borc və kreditləri o götürmüş və indi də bu borcları ödəyir. Ər-arvad birgə nikah dövründə yaranan borclara görə də məsuliyyət daşıyırlar. Onların mübahisədə isə vəziyyət belədir ki, bütün borcu uşaq doğulması üçün etdikləri müalicəyə görə almışlar. Amma müalicənin uğurla başa çatması məhz cavabdehin təqsiri üzündən baş vermişdir. Cavabdeh əvvəlcə suni mayalanmaya razı olsa da, sonra heç bir əsaslı səbəb göstərmədən müayinəyə gəlməkdən yayınmış və onun təqsiri üzündən çəkdikləri bütün xərclər batmışdır. Bununla bağlı məhkəməyə təqdim edilən 28 ədəd fərqli qovluqda (cəmi 9212,17 manat) müxtəlif tibb müəssisələri tərəfindən verilmiş laborator analizlərin nəticələrinə dair müayinə aktlarında və digər sənədlərdə 2018-2020-ci illərə aid müayinə və müalicələrin təyinatı, diaqnozlar, həkim tərəfindən təyin edilən dərman preparatları, reseptlər və onlara sərf edilən vəsaitin miqdarı barədə qeydlər edilmişdir. Həmin sənədlərin qovluqlarda qruplaşdırılmasından görünür ki, qovluqların 22 ədədində olan sənədlər (cəmi 6952,19 manat) onun müayinə və müalicələrinə xərclənmişdir. Bundan başqa, 18.11.2020-ci il tarixdə notarial qaydada təsdiq edilmiş ərizədə X4 ona 03.12.2017-ci il tarixdə onların toyundan qalmış borcu ödəmək məqsədi ilə 2000 manat, 12.06.2018-ci il tarixdə isə cavabdehin səhhətində yaranmış problem ilə əlaqədar əməliyyat olunması üçün 3000 manat məbləğində borc pul verdiyi qeyd edilmişdir. Həmçinin, 18.11.2020-ci il tarixdə notarial qaydada təsdiq edilmiş digər bir ərizə ilə sübut edilir ki, X10 ona 10.10.2019-cu il tarixdə süni mayalanma əməliyyatı üçün 4000 manat məbləğində borc pul vermişdir. Ona görə də, Oğuz Rayon Məhkəməsinin 15 fevral 2021-ci il tarixli, 2(054)-21/2021 saylı qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini, Oğuz Rayon Məhkəməsinin 15 fevral 2021-ci il tarixli, 2(054)-21/2021 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh X9 apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini və Oğuz Rayon Məhkəməsinin 15 fevral 2021ci il tarixli, 2(054)-21/2021 saylı qətnaməsinin dəyişdirilmdən saxlanılmasını xahiş etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik mülahizələrinə görə, həmçinin yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə, yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Oğuz Rayon Məhkəməsinin 15 fevral 2021-ci il tarixli, 2(054)-21/2021 saylı qətnaməsi ləğv edilməlidir. İş materiallarına əlavə edilmiş “X15” Sonsuzluq Mərkəzinin 08.12.2020-ci il tarixli məktubda qeyd edilmişdir ki, İddiaçı və X9 adlı şəxslər 07.01.2020-ci il tarixdə “X15” Sonsuzluq Mərkəzinə müraciət etmişlər. Müvafiq müayinələrdən sonra cütlüyə “İ sonsuzluq, kişi faktoru” diaqnozu qoyulmuşdur. Pasiyentə dondurulmuş embrion transferi planlaşdırılmış, X9 tərəfindən transfer proseduru qəbul edilmədiyi üçün embrion transferi edilməmişdir. 23.11.2020-ci il tarixdə İddiaçı, 30.11.2020-ci il tarixdə isə X1 Mərkəzinə müraciət edərək öz imzaları ilə transfer olunmamasını təsdiq etmişlər. İş materiallarına əlavə edilmiş 01.11.2017-ci il tarixli nikah haqqında şəhadətnamənin surətindən müəyyən edilir ki, iddiaçı ilə cavabdeh 01.11.2017-ci il tarixdə rəsmi nikah qeyd etdirməklə ailə qurmuşlar. İş materiallarına əlavə edilmiş 07.01.2020-ci il tarixli razılıq ərizələrinin surətlərindən müəyyən edilir ki, iddiaçı ilə cavabdeh 07.01.2020-ci il tarixdə süni mayalanma və embrionun implantasiyası (köçürülməsi) üçün “X15” Sonsuzluq Mərkəzinə müraciət etmiş, xidmətlərin göstərilməsi üçün 3200 manat vəsait ödəmişlər. Həmin ərizələrdə göstərilən xidmətlərin müvəffəqiyyətsizliyinin (həkim səhvi istisna olmaqla) maddi və mənəvi məsuliyyətini tərəflərin öz üzərinə götürdükləri, göstərilən xidmətlərin nəticələrindən asılı olmayaraq, ödənilmiş 3200 manat məbləğin geri qaytarılmayacağı yazılı şəkildə qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 11.09.2020-ci il tarixli qətnaməsinin arasında bağlanmış nikah həmin məhkəmə qətnaməsinə əsasən pozulmuşdur. İş materiallarına əlavə edilmiş iddiaçı tərəfindən 28 ədəd fərqli qovluqda (cəmi 9212,17 manat) təqdim edilmiş, müxtəlif tibb müəssisələri tərəfindən verilmiş laborator analizlərin nəticələrinə dair müayinə aktlarında və digər sənədlərdə 2018-2020-ci illərə aid müayinə və müalicələrin təyinatı, diaqnozlar, həkim tərəfindən təyin edilən dərman preparatları, reseptlər və onlara sərf edilən vəsaitin miqdarı barədə qeydlər edilmişdir. Həmin sənədlərin qovluqlarda qruplaşdırılmasından görünür ki, qovluqların 22 ədədində olan sənədlər (cəmi 6952,19 manat) iddiaçının müayinə və müalicələrinə, 6 ədədində olan sənədlər isə (cəmi 2259,98 manat) cavabdehin müayinə və müalicələrinə aid sənədlərdir. Cavabdehin müayinə və müalicələrinə aid sənədlərdə qeyd edilən cəmi 2259,98 manat məbləğin yalnız 170,00 manatdan ibarət hissəsi rəsmi ödəniş qəbzi ilə təsdiq edilir. İş materiallarına əlavə edilmiş iddiaçı tərəfindən təqdim edilmiş, 18.11.2020-ci il tarixdə notariat qaydasında təsdiq edilmiş ərizədə X4 adlı şəxsin iddiaçıya 03.12.2017-ci il tarixdə onların toyundan qalmış borcu ödəmək məqsədi ilə 2000 manat, 12.06.2018-ci il tarixdə isə cavabdehin səhhətində yaranmış problem ilə əlaqədar əməliyyat olunması üçün 3000 manat məbləğində borc pul verdiyi qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş iddiaçı tərəfindən təqdim edilmiş, 18.11.2020-ci il tarixdə notariat qaydasında təsdiq edilmiş ərizədə X10 adlı şəxsin iddiaçıya 10.10.2019-cu il tarixdə süni mayalanma əməliyyatı üçün 4000 manat məbləğində borc pul verdiyi qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş iddiaçı tərəfindən təqdim edilmiş, “xxxx” ASC ilə iddiaçı arasında bağlanmış 16.09.2020-ci il tarixli kredit müqaviləsinə aid ödəniş cədvəli və digər sənədlərin surətlərindən iddiaçının həmin tarixdə adı çəkilən bankdan 4940 manat kredit aldığı müəyyən edilir. Birinci instansiya məhkəməsi mübahisəli hüquq münasibətinə heç bir maddi hüquq norması tətbiq etməmiş, gəldiyi nəticəni maddi hüquq normaları baxımından əsaslandırmamışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, şikayət qətnamənin ləğv edilməsi hissəsində əsaslı olsa da, iddianın təmin edilməsi üçün əsas hesab edilə bilməz Kollegiya ilk növbədə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Tərəflərin 01.11.2017-ci il tarixdə rəsmi nikah qeyd etdirməklə ailə qurması, onların birgə nikahından uşağın olmaması, tərəflər arasında bağlanmış nikahın 11.09.2020-ci il tarixdə məhkəmə qaydasında pozulması işin mübahisə edilməyən hallarıdır. İş materiallarından görünür ki, iddiaçı ilə cavabdeh 07.01.2020-ci il tarixdə süni mayalanma və embrionun implantasiyası (köçürülməsi) üçün “X15” Sonsuzluq Mərkəzinə müraciət etmiş və xidmətlərin göstərilməsi üçün 3200 manat vəsait ödənilmişdir. X2 ərizə ilə müraciət edərkən göstərilən xidmətlərin ödənişli olduğu və həkim səhvi istisna olmaqla, nəticələrindən asılı olmayaraq, ödənilmiş 3200 manat məbləğin geri qaytarılmayacağı həmin mərkəzdə onlara yazılı şəkildə izah edilmişdir. İddiaçıya dondurulmuş embrion transferi planlaşdırılmış, cavabdeh tərəfindən transfer proseduru qəbul edilmədiyi üçün embrion transferi edilməmişdir. 23.11.2020-ci il tarixdə iddiaçı, 30.11.2020-ci il tarixdə isə cavabdeh Sonsuzluq Mərkəzinə müraciət edərək öz imzaları ilə transfer olunmamasını təsdiq etmişlər. Hazırda iddiaçı cavabdeh tərəfindən transfer proseduru qəbul edilmədiyi üçün süni mayalanmanın baş tutmadığını, müayinə və müalicələrin səmərəsiz qaldığını, cavabdehin hərəkətləri nəticəsində ona maddi ziyan dəydiyini bildirərək cavabdehdən müayinə və müalicələrə sərf edilmiş vəsait kimi 25.000 manat pul və dövlət rüsumu kimi ödənilmiş 31 manat - cəmi 25.031 (iyirmi beş min otuz bir) manat məbləğ tələb edir. İddiaçı öz iddia tələbinin əsası kimi müayinə və müalicələrə müxtəlif tibb müəssisələri tərəfindən verilmiş laborator analizlərin nəticələrinə dair müayinə aktlarına, reseptlərə, dərman preparatları və onlara sərf edilən vəsaitin miqdarı barədə digər sənədlərə istinad edir. Cavabdeh isə iddia tələbini qəbul etmir, müayinə və müalicələrin xərclərini o və iddiaçı hər ikisi birlikdə, ailənin ümumi büdcəsindən ödədiklərini, iddiaçı ilə ailə münasibətləri pozulduğuna görə faktiki olaraq ayrıldıqlarını və aralarında bağlanmış nikahın pozulduğunu bildirərək iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş edir. İşin faktiki hallarından görünür ki, iddiaçı ilə cavabdehin müayinə və müalicələri üçün sərf edilmiş vəsait onların birgə nikahı dövründə ödənilmişdir. Həmin vəsaitin miqdarından asılı olmayaraq, ödənişlərin edilməsində iddiaçı ilə yanaşı cavabdehin də iştirak etdiyini hazırda iddiaçı da inkar etmir. X2 ərizə ilə müraciət edərkən göstərilən xidmətlərin ödənişli olduğu və həkim səhvi istisna olmaqla, nəticələrindən asılı olmayaraq, ödənilmiş məbləğin sonradan geri qaytarılmayacağı da tərəflər yazılı şəkildə izah edilmiş və onlar həmin şərtləri qəbul edərək razılıq ərizələri yazmışlar. Tərəflər arasında bağlanmış nikah pozulduqdan sonra əvvəlcə iddiaçı, sonra isə cavabdeh Sonsuzluq Mərkəzinə müraciət edərək transfer olunmasından imtina etmişlər. Azərbаycаn Respublikаsı Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Ailə Məcəlləsinin 32.2.1-ci maddəsinə görə, onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.) ər-arvadın ümumi birgə mülkiyyətinə daxildir. Həmin Məcəllənin 32.3-cü maddəsinə əsasən nikah dövründə ev təsərüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən, ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin transfer olunmasından imtina etməsi onun tərəfindən iddiaçıya maddi ziyan vurulduğunu deməyə əsas vermir. İddiaçı müayinə və müalicə xərclərinin bilavasitə onun özü və ailə üzvləri tərəfindən ödənildiyini, məhz cavabdehin hərəkətləri nəticəsində ona maddi ziyan dəydiyini bildirsə də, bu faktı təsdiq etmək üçün iddiaçı tərəfindən məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş, “xxxx” ASC ilə iddiaçı arasında bağlanmış 16.09.2020-ci il tarixli kredit müqaviləsinə aid sənədlərin olması hələ özü-özlüyündə kredit məbləği kimi ayrılmış vəsaitin cavabdehin müalicəsinə xərclənmiş olmasını deməyə əsas vermir. Eyni zamanda, həmin vəsait kredit təşkilatından tərəflərin artıq faktiki olaraq ayrıldıqları vaxtdan sonra alınmışdır. Həmin əsaslarla məhkəmə, həm də, X4 və X10 adlı şəxslər tərəfindən notariat qaydasında təsdiq edilməklə məhkəməyə göndərilmiş ərizələrin məzmununa da tənqidi yanaşır və qeyd etməyi zəruri hesab edir ki, həmin şəxslər tərəfindən iddiaçıya borc olaraq verildiyi qeyd edilən məbləğlərin cavabdehin müalicəsinə xərclənmiş olması faktı da məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. İşin yuxarıda qeyd edilən faktiki hallarına əsasən iddiaçının dəlillərini əsassız, sübuta yetirilməmiş hesab edir. Məhkəmə kollegiyasının iclasında iddiaçı tərəf ərizə təqdim edərək göstərmişdir ki, onlar tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilən sənədlər siyahısına 24.12.2019-cu il tarixli kredit müqaviləsi nə dair hesabdan çıxarışı əks etdirən sənəd əlavə edilməmişdir. Odur ki, xxxx ASC ilə İddiaçı qıaı arasında bağlanmış 24.12.2019-cu il tarixli kredit müqaviləsinə dair hesabdan çıxarışın sübut kimi iş materiallarına əlavə edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, əvvala, Azərbaycan Rspublikası Mülki Prosessual Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 380.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi yeni təqdim olunmuş sübutları, əgər onların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu hesab edərsə, araşdırır. Qeyd olunan hesabdan çıxarışın birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkünlüyünün nədən ibarət olası barədə sübut təqdim etməmişdir. İkincisi, 24.12.2019-cu il tarixli kredit müqaviləsinin də tərəflərin birgə nikah dövründə bağlandığı və ödəmələrin aparıldığı müəyyən olunur. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 14.2-ci mаddəsinə əsаsən, məhkəmə yаlnız tərəflərin təqdim etdikləri sübutlаrı аrаşdırmаlı və onlаrdаn istifаdə etməlidir. Həmin Məcəllənin 77.1-ci mаddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirаzlаrının əsаsı kimi istinаd etdiyi hаllаrı sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü mаddəsinə əsаsən isə məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Göründüyü kimi, qаnunverici məhkəmənin üzərinə yаlnız tərəflərin təqdim etdikləri sübutlаrı аrаşdırıb, onlаrdаn istifаdə etmək vəzifəsini, tərəflərin üzərinə isə tələb və etirаzlаrının əsаsı kimi istinаd etdikləri hаllаrı məhkəmədə sübut etmək vəzifəsini qoymuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 11.07.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 384.0.2-ci mаddəsinə əsаsən Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1-maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnаməsinin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаsdır. Həmin Məcəllənin 386-cı maddəsinə görə, maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilməmiş, tətbiq edilməli olan qanunu tətbiq etməmişdir. Ona görə də, apellyasiya şikayəti qismən təmin edilməli və Oğuz Rayon Məhkəməsinin 15 fevral 2021-ci il tarixli, 2(054)-21/2021 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə İddiaçı cavabdeh X6 qarşı 25.000 manat pul tələbinə dair iddiası təmin edilməməli, ödənilmiş 30 manat məbləğində dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Oğuz Rayon Məhkəməsinin 15 fevral 2021-ci il tarixli, 2(054)-21/2021 saylı qətnаməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdeh X6 qarşı 25.000 manat pul tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş 30 manat məbləğində dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslər, tələbləri təmin olunmadığı hallarda rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verə bilərlər. Qətnamədən şikayət verilməzsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar