Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-106/2023 20.11.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh və maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı torpaq sahəsinin qeyri-qanuni sahiblikdən geri alınaraq qaytarılması və maneələrin aradan qaldırılması tələbinə dair mülki iş üzrə (Açar sözlər: torpaq sahəsinin qeyri-qanuni sahiblikdən geri alınması, maneələrin aradan qaldırılması) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil və 9 saylı Qəbələ Ərazi İdarəsinin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı Cavabdeh və maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı torpaq sahəsinin qeyri-qanuni sahiblikdən geri alınaraq qaytarılması və maneələrin aradan qaldırılması tələbinə dair mülki iş üzrə Qəbələ Rayon Məhkəməsinin 15 sentyabr 2022-ci il tarixli 2(025)-879/2022 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları
1. xx.xx.2014-cü il tarixli, ********** saylı çıxarışa əsasən Qəbələ rayonu, Vəndam qəsəbəsində yerləşən 0.0927 ha torpaq sahəsi İddiaçı mülkiyyətindədir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********95 reyestr nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış» ilə Qəbələ rayonu, Vəndam qəsəbəsində yerləşən 0.15 ha yaşayış məntəqələrinin torpaq sahəsi üzərində İddiaçı tam mülkiyyət hüququ ilə qeydiyyata alınmışdır.
Birinci instansiya məhkəməsində icraat:
2. İddiaçı Cavabdeh və maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “torpaq sahəsinin qeyri-qanuni sahiblikdən geri alınaraq qaytarılması və maneələrin aradan qaldırılması” tələbinə dair məhkəmədə iddia qaldıraraq, Qəbələ rayonu Vəndam kəndində yerləşən 15.01 2014-cü il tarixli, 0316148, ******* saylı DƏDRdən Çıxarışlara əsasən mərhum anası X4 miras qalmış 0.09 ha və 0.15 ha torpaq sahələri üzərində Qəbələ rayon məhkəməsinin xx.xx.2017- ci il tarixli, 169 saylı qətnaməsi ilə vərəsəlik hüququnun tanındığı və xx.xx.2014-cü il tarixli, ******* saylı çıxarışa əsasən öz mülkiyyətində olan 0.0927 ha torpaq sahələrinin zəbt olunmuş hissələrinin qardaşı Cavabdeh qeyri-qanuni sahibliyindən geri alınaraq ona qaytarılması, cavabdehin qanunsuz olaraq bağladığı metal torların cavabdehin hesabına sökülərək açılması və ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında DƏDRX-nin 9 saylı Ərazi İdarəsinin verdiyi 15.01 2014-cü il tarixli, ********** saylı DƏDR-dən Çıxarışlara əsasən mərhum anası X4 miras qalmış 0.15 ha torpaq sahəsi və xx.xx.2014-cü il tarixli, ********** saylı çıxarışa əsasən 0.0927 ha torpaq sahəsi isə onun öz mülkiyyətindədir. Qeyd etdiyi hər iki torpaq sahəsində ona istifadə etməyə qardaşı Cavabdeh imkan vermir. Hər gün aralarında söz-söhbət olur. Ona sakit həyatını yaşamağa imkan vermirlər. Çünkü yuxarda qeyd etdiyi öz mülkiyyətində olan torpaq sahələrinə onu buraxmır və ona mülkiyyətindən tam olaraq istifadə etməyə imkan vermir. Onun mülkiyyətində olan torpaq sahələrinin bir hissəsəində özbaşına ağac əkir, metal tor çəkir. Dəfələrlə qardaşı Cavabdeh torpaq sahəsindən çıxmağı, torpaq sahəsinin boşaldılmasını xahiş etmişdir. Lakin bu günədək nəticə əldə edə bilməmişdir. Yuxarda qeyd etdiyi problemlərlə qarşılaşıdığı üçün o, Azərbaycan Respublikası MPM-nin 4-cü maddəsinin tələblərinə uyğun olaraq məhkəməyə müraciət etmək məcuriyyətində qaldı.
4. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələblərini müdafiə etdi, iddia ərizəsində qeyd olunanlara uyğun izahat verərək, məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.
5. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək göstərmişdir ki, iddiaçının şözü gedən iddiasını o, qəbul etmir. Belə ki, qanuni qüvvəsini almış eyni əsas və eyni predmet ilə həll olunmuş məhkəmə qətnamələri olmağına baxmayaraq İddiaçı yenidən eyni iddia tələbi ilə müraciət edir. 01 may 2003-cü ildə atası X1 miras qalmış 0.20 ha torpaq sahəsi və tikililər 2-35/2003 saylı Qəbələ rayon məhkəməsinin verdiyi qətnaməyə əsasən vərəsələr arasında bölünmüşdür. Bölgüdən sonra anası X6 0.10 ha torpaq sahəsi qalmışdır. X6 faktiki olaraq 0.10 ha qaldığı halda DƏDRX-nin 9 saylı Qəbələ ərazi idarəsi saxtakarlıq edərək dolayısı yolla ona xx.xx.2014cü il tarixli seriya RX0316149 saylı dövlət çıxarışı ilə 0.15 ha torpaq sahəsinin sənədini vermişlər. Bütün problemlərdə bundan sonra əmələ gəlmişdir. Belə ki, 2003-cü ildə Azərbaycan Respublikası adından çıxarılmış Qətnaməyə əsasən həllini tapmış işə aşağıdakı vaxtlarda yenidən baxılmış və nəticədə Azərbaycan Respublikası MPM-nin 82.3-cü,152.2-ci,233.3-cü,259.0.4-cü,262.4-cü və Mülki Məcəllənin 19-cu maddələri kobud şəkildə pozulmuşdur. 1. 31 yanvar 2017-ci il tarixli 2 (0.25)-169/2017 saylı iş. Qəbələ rayon məhkəməsi (hakim X8), 2. 31 oktyabr 2019-cu il tarixli 2 (0.25)-15/2019 saylı iş.Qəbələ rayon məhkəməsi (hakim X13), 3. xx.xx.2020-ci i! tarixli 2 (107)- 376/2020 saylı iş.Şəki Apelyasiya Məhkəməsi (hakim X9), 4. xx.xx.2021-ci il tarixli 2/1/(116)-415/2021 saylı qərar.Şəki İnzibati Məhkəməsi (hakim X7), 5. Şəki Apelyasiya Məhkəməsinin inzibati kollegiyasının 2-1 (107)-449/2021 saylı iş (hakim Məiikov Vəzirxan). Qeyd olunanları nəzərə alaraq iddia tələbinin təmin edilməməsini xahiş etmişdir
6. Maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövət Xitməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına nümayəndəsini göndərməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5- ci maddəsinə əsasən məhkəmə maraqlı şəxsin nümayəndəsinin məhkəməyə gəlməsini məcburi hesab etmir və işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir.
7. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmiş hesab edilmişdir ki, JN-1132A nömrəli 40600048 kodlu «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnaməyə əsasən X5 tam mülkiyyətinə 0.20 ha torpaq sahəsi verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX № ******* saylı «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış ilə Qəbələ rayonu, Vəndam qəsəbəsində yerləşən mübahisəli 0.15 ha torpaq sahəsi və RX № ******* saylı «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış ilə Qəbələ rayonu, Vəndam qəsəbəsində yerləşən mübahisəli 0.09 ha torpaq sahələri üzərində X5 mülkiyyəti hüquuq xx.xx.2014-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır. Həmçinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX № ******* saylı «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış ilə Qəbələ rayonu, Vəndam qəsəbəsində yerləşən mübahisəli 0.15 ha torpaq sahəsi və RX № ******* saylı «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış ilə Qəbələ rayonu, Vəndam qəsəbəsində yerləşən mübahisəli 0.0927 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyəti hüquuq xx.xx.2014-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır. Hazırda iddiaçı Qəbələ rayonu Vəndam kəndində yerləşən xx.xx.2014-cü il tarixli, 0316148, ******* saylı DƏDRXdən Çıxarışlara əsasən mərhum anası X4 miras qalmış 0.09 ha və 0.15 ha torpaq sahələri üzərində Qəbələ rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli, 169 saylı qətnaməsi ilə vərəsəlik hüququnun tanındığı və xx.xx.2014-cü il tarixli, ******* saylı çıxarışa əsasən öz mülkiyyətində olan 0.0927 ha torpaq sahələrinin zəbt olunmuş hissələrinin qardaşı Cavabdeh qeyri-qanuni sahibliyindən geri alınaraq ona qaytarılması, cavabdehin qanunsuz olaraq bağladığı metal torların cavabdehin hesabına sökülərək açılması və ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsini tələb edir. Cavabdeh isə Qəbələ rayonu, Nic qəsəbəsində yerləşən mübahisəli ərazi daxilində yerləşən torpaq sahəsinin əvvəllər onun mülkiyyətində olduğunu göstərib, 2021ci ildə başqa şəxsə satdığını, iddiaçıya məxsus torpaq sahəsini zəbt etmədiyini bildirmişdir.
8. Məhkəmə iddiaçının iddia tələbini Qəbələ rayonu Vəndam qəsəbəsində yerləşən xx.xx.2014- cü il tarixli, RX №0316148, RX №0316149 saylı DƏDRX-dən Çıxarışlara əsasən mərhum anası X4 miras qalmış 0.09 ha və 0.15 ha torpaq sahələrinin zəbt olunmuş hissələrinin qardaşı Cavabdeh qeyri-qanuni sahibliyindən geri alınaraq ona qaytarılması hissəsində aşağıda qeyd olunanlar nəzərə alınmaqla əsassız hesab edir:
9. Belə ki, iddiaçı Qəbələ rayonu Vəndam qəsəbəsində yerləşən xx.xx.2014-cü il tarixli, RX №0316148, RX №0316149 saylı DƏDRX-dən Çıxarışlara əsasən mərhum anası X4 miras qalmış 0.09 ha və 0.15 ha torpaq sahələrinin zəbt olunmuş hissələrinin qardaşı Cavabdeh qeyri-qanuni sahibliyindən geri alınaraq ona qaytarılması tələbi ilə məhkəməyə müraciət etsə də, torpaq sahəsi üzrə məhkəmə tərəfindən müvafiq araşdırma aparılması zamanı mübahisəli torpaq sahəsinin mərhum X5 mülkiyyətində olduğu aşkar edilmişdir. Qəbələ rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(025)- 169/2017 saylı qətnaməsi ilə iddiaçının həmin torpaq sahələri üzərində vərəsəlik hüququ tanınsa da, iddiaçı tərəfindən torpaq sahəsi üzərində mülkiyyət hüququna dair müvafiq sənəd (Çıxarış) əldə edilməmişdir.
10. Bununla əlaqədar məhkəmə hesab edir ki, iddiaçı onun üçün heç bir hüquqi nəticə yaratmayan iddia tələbi ilə məhkəməyə müraciət etmişdir və deməli, “torpaq sahəsinin qeyri-qanuni sahiblikdən geri alınaraq qaytarılması və maneələrin aradan qaldırılması”na iddia tələbi “Qəbələ rayonu Vəndam qəsəbəsində yerləşən xx.xx.2014-cü il tarixli, RX №0316148, RX №0316149 saylı DƏDRX-dən Çıxarışlara əsasən mərhum anası X4 miras qalmış 0.09 ha və 0.15 ha torpaq sahələri”nə aid olan hissədə iddiaçının maraqlarının məhkəmə qaydasında müdafiəsi tələb olunmur. Şəxsin öz hüquqlarının müdafiəsinə yönəlməmiş tələblə məhkəməyə müraciət etməsi mülkiyyətçinin əmlakından istifadə hüququnun pozulmasına dəlalət edir (Mülki Məcəllənin 158.1.2-ci maddəsi).
11. Bundan başqa məhkəmə iddiaçının iddia tələbini Qəbələ rayonu Vəndam qəsəbəsində yerləşən xx.xx.2014-cü il tarixli, ******* saylı çıxarışa əsasən öz mülkiyyətində olan 0.0927 ha torpaq sahəsinin zəbt olunmuş hissəsinin qardaşı Cavabdeh qeyri-qanuni sahibliyindən geri alınaraq ona qaytarılması hissəsində aşağıda qeyd olunanlar nəzərə alınmaqla əsassız hesab edir.
12. Məhkəmə qeyd edir ki, hal-hazırkı tərəflər arasında eyni predmet üzrə mülki işə baxılaraq Qəbələ Rayon Məhkəməsinin 26 aprel 2010-cu il tarixli, 2(025)-76/2010 saylı Qətnaməsi ilə Cavabdeh İddiaçı qarşı iddiası qismən təmin edilmiş, Torpağın Mülkiyyətə verilməsinə dair JN-1132A və JN-1132F saylı kod 40600048 olan Şəhadətnamələr və Torpağa Mülkiyyət hüququna Dair JN- 1380 saylı kod 40600048 olan Dövlət Aktı ilə mərhum X4 miras qalmış 0,20 ha, 0,13 ha və 0,12 ha torpaq sahələrinin hər birinin 2 yerə (0,20 ha : 2 = 0,10; 0,13 : 2 = 0,065 və 0,12 : 2 = 0.06) bölünməsi, bölgüdən sonra alınan torpaq sahələrinin yarısı, yəni 0,05 ha, 0,03,3 ha və 0,03 ha, cəmi 0,11,3 ha həcmində torpaq sahələrinin məcburi pay qismində ayrılması və həmin torpaq sahələrinin Cavabdeh verilməsi qət edilmişdir. Qəbələ Rayon Məhkəməsinin 31 yanvar 2017-ci il tarixli, 2(025)- 169/2017 saylı Qətnaməsi ilə X4 «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX № ******* saylı və RX № ******* saylı Çıxarışlara əsasən miras qalmış 0.09 ha kənd təsərrüfatı təyinatlı və 0.15 ha torpaq sahələri üzərində İddiaçı vərəsəlik hüququ tanınmışdır. Qəbələ Rayon Məhkəməsinin 31 oktyabr 2019-cu il tarixli, 2(025)-15/2019 saylı Qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “torpaq sahələrinin naturada ayrılmaqla sərhədlərinin müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29 sentyabr 2020-ci il tarixli, 2(107)- 376/2020 saylı Qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Qəbələ Rayon Məhkəməsinin 31 oktyabr 2019-cu il tarixli, 2(025)-15/2019 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Şəki İnzibati Məhkəməsinin 25 avqust 2021-ci il tarixli, 2-1(116)-415/2021 saylı qərarı ilə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi idarəsinin üzərinə İddiaçı Qəbələ rayonu Vəndam qəsəbəsində yerləşən ********** qeydiyyat nömrəli, xx.xx.2014-cü il tarixli Dövlət reyestrindən çıxarışla mülkiyyətinə verilmiş 0.927 ha torpaq sahəsinə və mərhum anası X5 adına ********** qeydiyyat nömrəli xx.xx.2014-cü il tarixli Dövlət reyestrindən çıxarışla mülkiyyətinə verilmiş 0.15 ha torpaq sahəsinə plan və ölçü sənədlərinin, hazırlanması öhdəliyi qoyulmuşdur. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 noyabr 2021-ci il tarixli, 2- 1(107)-449/2021 saylı qərarı ilə cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövi) Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin 25 avqust 2021-ci il tarixli, 2-1(116)-415/2021 saylı qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qət edilmişdir.
13. Tərəflərin əvvəllər Qəbələ rayonu Vəndam qəsəbəsində yerləşən 0.0927 ha torpaq sahəsi ilə bağlı mübahisələrinin olması və yuxarıda qeyd olunduğu kimi çoxsaylı məhkəmə aktlarına əsasən öz həllin tapılmasına dair hallar aşkar olmaqla, həmin faktların yenidən mübahisələndirilməsinə və sübut edilməsinə yol verilmir.
14. Qəbələ Rayon Məhkəməsinin 09 sentyabr 2022-ci il tarixli 2(025)-879/2022 saylı qətnaməsi ilə (hakim Elman İsayev) İddiaçı Cavabdeh və maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı "torpaq sahəsinin qeyri-qanuni sahiblikdən geri alınaraq qaytarılması və maneələrin aradan qaldırılması" tələbinə dair iddiasının təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.
15. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152, 156 və 157-ci maddələrinə istinad etmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir:
16. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX № ******* saylı xx.xx.2014- cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********95 reyestr nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»ın surətindən görünür ki, Qəbələ rayonu, Vəndam qəsəbəsində yerləşən 0.15 ha torpaq sahəsi üzərində X5 tam mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 73 nömrəli reyestr kitabında 78 nömrəli vərəqədində qeydiyyata alınmışdır.
17. İş materiallarından müəyyən olur ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi tərəfindən həmin torpaq sahəsinə dair xx.xx.2022-ci il tarixdə, A 739203 nömrəli «Torpaq sahəsinin planı və ölçüsü» tərtib edilmişdir.
18. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********95 reyestr nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»ın surətindən görünür ki, Qəbələ rayonu, Vəndam qəsəbəsində yerləşən 0.15 ha yaşayış məntəqələrinin torpaq sahəsi üzərində İddiaçı tam mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 73 nömrəli reyestr kitabında 78 nömrəli vərəqədində qeydiyyata alınmışdır.
19. İş materiallarından müəyyən olur ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi tərəfindən həmin torpaq sahəsinə dair xx.xx.2022-ci il tarixdə, A 777283 nömrəli «Torpaq sahəsinin planı və ölçüsü» tərtib edilmişdir.
20. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX № ******* saylı xx.xx.2014-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********96 reyestr nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»ın surətindən görünür ki, Qəbələ rayonu, Vəndam qəsəbəsində yerləşən 0.0927 ha torpaq sahəsi üzərində İddiaçı tam mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 73 nömrəli reyestr kitabında 79 nömrəli vərəqədində qeydiyyata alınmışdır.
21. İş materiallarından müəyyən olur ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi tərəfindən həmin torpaq sahəsinə dair xx.xx.2022-ci il tarixdə, A 739202 nömrəli «Torpaq sahəsinin planı və ölçüsü» tərtib edilmişdir.
22. İşdə olan JN-1132A nömrəli 40600048 kodlu «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamədən görünür ki, Qəbələ rayon AİK-in 28 oktyabr 1998-ci il tarixli 19 nömrəli qərarına əsasən, X5 tam mülkiyyətinə Qəbələ rayonu, Vəndam qəsəbəsində 0.20 ha həyətyanı torpaq sahəsi verilmişdir.
23. İşdə olan Qəbələ Rayon Məhkəməsinin 01 may 2003-cü il tarixli, 2(025)-35/2003 saylı qətnaməsi ilə X5 Cavabdeh qarşı “evdən məcburi çıxarılma” tələbinə dair iddia ərizəsi təmin edilməmişdir.
24. Qəbələ Rayon Məhkəməsinin 2(025)-15/2019 saylı mülki işi üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 22080 saylı ekspertiza rəyinə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi idarəsi tərəfindən mərhum X5 mülkiyyətində olan RX № ******* saylı Çıxarışa əsasən 0.15 ha və RX № ******* saylı Çıxarışa əsasən 0.0927 ha torpaq sahəsinə torpaq sahəsinin planı və ölçüsü sənədi verilmədiyindən və eyni zamanda torpaq sahəsinin faktiki vəziyyəti ilə Ərazi idarəsində mövcud olan elektron məlumatlar ilə müqayisədə uyğunsuzluq olması səbəbindən torpaq sahələri naturada bölünərək ayrılması və sərhədlərinin müəyyən edilməsi mümkün deyildir.
25. İşdə olan Qəbələ Rayon Məhkəməsinin 31 oktyabr 2019-cu il tarixli, 2(025)- 15/2019 saylı Qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “torpaq sahələrinin naturada ayrılmaqla sərhədlərinin müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməmişdir.
26. İşdə olan Qəbələ Rayon Məhkəməsinin 26 aprel 2010-cu il tarixli, 2(025)-76/2010 saylı Qətnaməsi ilə iddia qismən təmin edilmiş, Torpağın Mülkiyyətə verilməsinə dair JN- 1132A və JN1132F saylı kod 40600048 olan Şəhadətnamələr və Torpağa Mülkiyyət hüququna Dair JN- 1380 saylı kod 40600048 olan Dövlət Aktı ilə mərhum X4 miras qalmış 0,20 ha, 0,13 ha və 0,12 ha torpaq sahələrinin hər birinin 2 yerə (0,20 ha : 2 = 0,10; 0,13 : 2 = 0,065 və 0,12 : 2 = 0.06) bölünməsi, bölgüdən sonra alınan torpaq sahələrinin yarısı, yəni 0,05 ha, 0,03,3 ha və 0,03 ha, cəmi 0,11,3 ha həcmində torpaq sahələrinin məcburi pay qismində ayrılması və həmin torpaq sahələrinin Cavabdeh verilməsi qət edilmişdir.
27. İşdə olan Qəbələ Rayon Məhkəməsinin 31 yanvar 2017-ci il tarixli, 2(025)- 169/2017 saylı qətnaməsi ilə X4 «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX № ******* saylı və RX № ******* saylı Çıxarışlara əsasən miras qalmış 0.09 ha kənd təsərrüfatı təyinatlı və 0.15 ha torpaq sahələri üzərində İddiaçı vərəsəlik hüququ tanınmışdır.
28. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29 sentyabr 2020-ci il tarixli, 2(107)- 376/2020 saylı qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Qəbələ Rayon Məhkəməsinin 31 oktyabr 2019-cu il tarixli, 2(025)- 15/2019 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir
29. İşdə olan Şəki İnzibati Məhkəməsinin 25 avqust 2021-ci il tarixli, 2-1(116)- 415/2021 saylı qərarı ilə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi idarəsinin üzərinə İddiaçı Qəbələ rayonu Vəndam qəsəbəsində yerləşən ********** qeydiyyat nömrəli, xx.xx.2014-cü il tarixli Dövlət reyestrindən çıxarışla mülkiyyətinə verilmiş 0.927 ha torpaq sahəsinə və mərhum anası X5 adına ********** qeydiyyat nömrəli. xx.xx.2014-cü il tarixli Dövlət reyestrindən çıxarışla mülkiyyətinə verilmiş 0.15 ha torpaq sahəsinə plan və ölçü sənədlərinin, hazırlanması öhdəliyi qoyulmuşdur.
30. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 noyabr 2021-ci il tarixli, 2-1(107)- 449/2021 saylı qərarı ilə cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövi) Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin 25 avqust 2021ci il tarixli, 2-1(116)-415/2021 saylı qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qət edilmişdir.
31. Mülki işin 98-ci vərəqində olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2013-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********66 reyestr nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»ın surətindən görünür ki, Qəbələ rayonu, Vəndam kəndində yerləşən 0.05 ha yaşayış mənrtəqəsinin torpaq sahəsi üzərində Cavabdeh tam mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 64 nömrəli reyestr kitabında 90 nömrəli vərəqəsində qeydiyyata alınmışdır.
32. Mülki işin 100-cü vərəqində olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2013-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********67 reyestr nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»ın surətindən görünür ki, Qəbələ rayonu, Vəndam kəndində yerləşən 0.033 ha yaşayış mənrtəqəsinin torpaq sahəsi üzərində Cavabdeh tam mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 64 nömrəli reyestr kitabında 91 nömrəli vərəqəsində qeydiyyata alınmışdır.
33. Qətnаmədən nаrаzı qаlаn İddiaçı аpellyаsiyа şikаyəti vermişdir.
Apellyasiya şikayətinin dəlilləri
34. İddiaçı apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, Qəbələ Rayon Məhkəməsinin 01 may 2003-cü il tarixli 2(025)-35/2003 saylı, 26 aprel 2010-cu il tarixli 2(025)-76/2010 saylı, 31 yanvar 2017-ci il tarixli 2(025)-169/2017 saylı, 31 oktyabr 2019cu il tarixli 2(025)-15/2019 saylı qətnamələrində və Şəki İnzibati Məhkəməsinin 25 avqust 2021-ci il tarixli 2-1(116)-415/2021 saylı qərarında hazırki mülki iş üzrə olan iddia tələbi irəli sürülməmişdir. Qeyd edilən məhkəmə qərarlarından da göründüyü kimi cavabdeh hələ mərhum analarının sağlığında da hazırki problemləri yaratmış və hazırda öz mülkiyyətində olan torpaq sahələrini sataraq onun mülkiyyətində olan torpaq sahələrini zəbt edir. Qəbələ Rayon Məhkəməsinin 31 oktyabr 2019-cu il tarixli 2(025)-15/2019 saylı qətnaməsinə əsasən onun iddia tələbinin təmin olunmamasının səbəbinə isə məhkəmə aydınlıq gətirməmişdir. Eyni zamanda həmin səbəbin Şəki İnzibati Məhkəməsinin 25 avqust 2021ci il tarixli 2-1(116)-415/2021 saylı qərarı ilə aradan qaldırıldığına da məhkəmə hüquqi qiymət verməmişdir. O, məhkəməyə kifayət qədər sübut və dəlil təqdim etmişdir. Həm də onun təqdim etdiyi sübutlar məhkəmə qərarları ilə əsaslanır. Lakin onun mülkiyyətində olan torpaq sahəsinin cavabdeh tərəfindən hansı ölçüdə və hansı hissədə zəbt edildiyini sübut etmək üçün ekspertiza keçirilməli idi. Lakin dəfələrlə vəsatət qaldırmağına baxmayaraq məhkəmə ekspertiza təyin etməmişdir.
35. Ona görə də, Qəbələ Rayon Məhkəməsinin 09 sentyabr 2022-ci il tarixli 2(025)- 879/2022 saylı qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
36. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
37. Məhkəmə kollegiyasının iclasında İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.
38. Cavabdeh işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
Tətbiq edilən hüquq
39. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir.
Azərbaycan Respublikası Torpaq Məcəlləsi: 111.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. 111.2-ci maddəsinə əsasən özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır.
40. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 117.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.2-ci mаddəsinə əsаsən apellyasiya instаnsiyа məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 385.1.1, 385.1.3 və 385.1.4-cü mаddələrinin tələbinə görə mаddi və yа prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi, habelə birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməməsi birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsasdır. 386-cı və 387.1-ci mаddələrinə əsаsən mаddi hüquq normаlаrı o hаldа pozulmuş və yа düzgün tətbiq olunmаmış hesаb edilir ki, birinci instаnsiyа məhkəməsi hüququn tətbiq edilməsində səhv burаxsın, tətbiq edilməli olаn qаnunu və yа digər normаtiv hüququ аktı tətbiq etməsin, yаxud qаnunu səhv təfsir etsin. Prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi qətnаmənin ləğv edilməsinə yаlnız o hаldа əsаs olur ki, bu düzgün olmаyаn qətnаmənin qəbul edilməsinə səbəb olur. 389-cu maddəsinə görə məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir. 390-cı maddəsinə görə məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur.
Apellyasiya baxışının hədləri
41. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
42. Cavabdeh Qəbələ Rayon Məhkəməsinin 15 sentyabr 2022-ci il tarixli 2(025)- 879/2022 saylı qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
43. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı rədd edərkən gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən əsassız və reallığa uyğun olmayan nəticəyə gəlmişdir.
44. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İddia tələbinin qanuni əsası dedikdə qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtlərinin mövcudluğu halında bir tərəfə digər tərəfdən icranı yəni, nəyi isə etməyi və ya etməməyi tələb etməyə imkan verir. İddia tələbinin qanuni əsası prinsip etibarilə iki hissədən ibarətdir: mücərrəd şəkildə müəyyən faktiki halların ümumi formada təsvirindən (dispozisiyadan) və həmin dispozisiyanın mövcudluğu halında qanunla nəzərdə tutulan hüquqi nəticədən. Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələrinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər.
45. Azərbаycаn Respublikаsı Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizаsı Mərkəzinin 11 oktyabr 2023-cü il tarixli 10/4652 nömrəli ekspert rəyində göstərilmişdir ki, İddiaçı RX No ******* saylı xx.xx.2014-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********96 reyestr nömrəli Çıxarışla mülkiyyətinə verilmiş 0.927 hektar torpaq sahəsi və xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********95 reyestr nömrəli Çıxarışla mülkiyyətinə verilmiş 0.15 ha torpaq sahələrinin sərhədlərinin döngə nöqtələrinin koordinatları GPS aləti vasitəsilə təyin edilmişdir. İddiaçı RX No ******* saylı xx.xx.2014-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********96 reyestr nömrəli Çıxarışla mülkiyyətinə verilmiş 0.927 hektar torpaq sahəsinin 0.0139 hektar hissəsi Cavabdeh istifadəsindədir. İddiaçı xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli **********95 reyestr nömrəli Çıxarışla mülkiyyətinə verilmiş 0.15 ha torpaq sahəsinin 0.0170 hektar hissəsi Cavabdeh istifadəsindədir. Cavabdeh istifadəsində olan 0.0139 hektar və 0.0170 hektar torpaq sahələrinin döngə nöqtələrinin koordinatları GPS aləti vasitəsi ilə təyin edilmişdir.
46. Göründüyü kimi, mübahisəli torpaq sahəsinin tam mülkiyyət hüququ ilə iddiaçıya məxsus olması və ona məxsus torpaq sahəsinin cavabdeh tərəfindən istifadə edilməsi yuxarıda göstərilənlərlə təsdiq edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, belə olan vəziyyətdə cavabdehlərin iddiaçıya məxsus torpaq sahəsindən istifadə etməsi iddiaçının hüquqlarını pozur və bu baxımdan iddiaçı hazırki tələblə məhkəməyə müraciət etməkdə haqlıdır. Məhkəmə kollegiyası gəldiyi nəticəni Mülki Məcəllənin 152, 157.4-ci maddələri ilə əsaslandırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə görə sahiblik hüququ əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır (maddə 152.2). İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəməşəklində və başqa formalarda ola bilər (maddə 152.3). Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın (maddə 152.5). Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır (maddə 157.1). Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər (maddə 157.4). Qeyd olunan müddəaların mənasına görə mülkiyyət hüququ öz təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi cəhətdən təsbit olunmuş geniş səlahiyyətləridir, (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək və sair), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Mülkiyyətçinin özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb etməsi məcmu şəkildə aşağıdakı hallar mövcud olduqda mümkündür: 1) əmlakın mülkiyyətçinin faktiki sahibliyindən çıxması; 2) əmlakın naturada mövcud olması və başqasının sahibliyində olması; 3) tərəflər arasında müqavilənin və yaxud sair öhdəliyin olmaması. Nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 157-ci maddəsi mülkiyyət hüququnun müdafiəsinin aşağıdakı üç üsulunu nəzərdə tutur: a) mülkiyyət hüququnun tanınması; b) özgəsinin qanunsuz sahibliyindən əmlakın tələb edilməsi; d) mülkiyyətə qəsd və maneələrə son qoyulmasının tələb edilməsi. Mülkiyyətçi bu maddədə nəzərdə tutulmuş üsullardan istifadə edərək öz mülkiyyətində olan əmlakın hər cür pozuntulardan müdafiə edilməsini təmin edir. Mülkiyyətçinin öz əmlakını başqasından geri tələb etmək hüququ onun iradəsindən asılı olmayaraq mülkiyyətindən qanunsuz yolla çıxmış əmlakını geri almaq və onun üzərində pozulmuş mülkiyyət hüququnu bərpa etmək imkanı verir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, İddiaçı mülkiyyətində olan torpaq sahələrinin Cavabdeh alınaraq qaytarılmasını tələb etməkdə haqlı olmuşdur.
47. Birinci instansiya məhkəməsi iddianın rədd edilməsi barədə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iddiaçı Qəbələ rayonu Vəndam qəsəbəsində yerləşən xx.xx.2014-cü il tarixli, RX №0316148, RX №0316149 saylı DƏDRX-dən Çıxarışlara əsasən mərhum anası X4 miras qalmış 0.15 ha torpaq sahəsinə Qəbələ rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(025)-169/2017 saylı qətnaməsi ilə iddiaçının vərəsəlik hüququ tanınsa da, iddiaçı tərəfindən torpaq sahəsi üzərində mülkiyyət hüququna dair müvafiq sənəd (Çıxarış) əldə edilməmişdir. Halbuki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********95 reyestr nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»ın surətindən görünür ki, Qəbələ rayonu, Vəndam qəsəbəsində yerləşən 0.15 ha yaşayış məntəqələrinin torpaq sahəsi üzərində İddiaçı tam mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 73 nömrəli reyestr kitabında 78 nömrəli vərəqəsində qeydiyyata alınmışdır.
48. Birinci instansiya məhkəməsi o cümlədən qeyd etmişdir ki, tərəflərin əvvəllər Qəbələ rayonu Vəndam qəsəbəsində yerləşən 0.0927 ha torpaq sahəsi ilə bağlı mübahisələri olmuş və çoxsaylı məhkəmə aktlarına əsasən öz həllini tapmışdır. Halbuki, tərəflər arasında əvvəllər olmuş məhkəmə işlərindən yalnız Şəki İnzibati Məhkəməsinin 25 avqust 2021-ci il tarixli, 2-1(116)-415/2021 saylı qərarı İddiaçı Qəbələ rayonu Vəndam qəsəbəsində yerləşən ********** qeydiyyat nömrəli, xx.xx.2014-cü il tarixli Dövlət reyestrindən çıxarışla mülkiyyətinə verilmiş 0.927 ha torpaq sahəsi ilə bağlı olmuşdur ki, həmin qərarla həmin torpaq sahəsinə iddiaçının adına plan və ölçü sənədinin hazırlanması öhdəliyi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi idarəsinin üzərinə qoyulmuşdur. Hazırki iddia tələbi isə həmin torpaq sahəsinin Cavabdeh sahibliyindən alınaraq geri qaytarılması barədədir. Şəki İnzibati Məhkəməsinin 25 avqust 2021-ci il tarixli, 2-1(116)-415/2021 saylı qərarı ilə hazırki iş üzrə baxılan həmin mübahisə həll edilməmişdir. Məhkəmə kollegiyаsı əlavə olaraq qeyd edir ki, Azərbаycаn Respublikаsı Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizаsı Mərkəzinin 11 oktyabr 2023-cü il tarixli 10/4652 nömrəli ekspert rəyində İddiaçı RX No ******* saylı xx.xx.2014-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********96 reyestr nömrəli Çıxarışla mülkiyyətinə verilmiş torpaq sahəsinin ölçülərinin 0.927 hektar olduğu göstərilmişdir ki, əslində həmin torpaq sahəsinin ölçüsü qeyd olunmuş çıxarışla və həqiqətdə 0.0927 hektardır ki, məhkəmə ekspert rəyində göstərilmiş ölçünün texniki yanlışlıq olaraq yazıldığını nəzərə alır və həmin ölçüləri çıxarış üzrə olan 0.0927 hektar kimi qəbul edir.
49. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən düzgün nəticəyə gəlmədiyindən, qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnunsuz və əsаssız, mаhiyyəti üzrə isə düzgün olmadığındаn, qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulduğuna görə İddiaçı tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməli, Qəbələ Rayon Məhkəməsinin 15 sentyabr 2022-ci il tarixli 2(025)-879/2022 saylı qətnaməsi ləğv edilməli, iİş üzrə yeni qətnamə qəbul edilməli, İddiaçı Cavabdeh və maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı torpaq sahəsinin qeyri-qanuni sahiblikdən geri alınaraq qaytarılması və maneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsi təmin edilməlidir.
50. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
İddiaçı tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilsin. Qəbələ Rayon Məhkəməsinin 15 sentyabr 2022-ci il tarixli 2(025)-879/2022 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh və maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı torpaq sahəsinin qeyri-qanuni sahiblikdən geri alınaraq qaytarılması və maneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsi təmin edilsin. İddiaçı RX No ******* saylı xx.xx.2014-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********96 reyestr nömrəli Çıxarışla mülkiyyətinə verilmiş 0.0927 hektar torpaq sahəsinin 0.0139 hektar hissəsi və İddiaçı xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli **********95 reyestr nömrəli Çıxarışla mülkiyyətinə verilmiş 0.15 ha torpaq sahəsinin 0.0170 hektar hissəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinin 1 iyun 2023-cü il tarixli mütəxəssis rəyinə əlavə edilmiş sxemdə göstərilən koordinatlarda Cavabdeh qeyri-qanuni sahibliyindən geri alınaraq İddiaçı qaytarılsın. Torpaq sahələrinin həmin hissəsindən İddiaçı istifadəsinə Cavabdeh tərəfindən yaradılan maneələr aradan qaldırılsın. Ekspertiza tədqiqatının dəyəri olaraq 50 manat Cavabdeh tutularaq dövlət büdcəsi hesabına keçirilsin. (AZ34CTRE**********00020 88501; Az.MEM, VÖEN**********, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22). Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.