Məhkəmə qərarları › İş №2(107)-1060/2025

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1060/2025

05.11.2025 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1060/2025 05.11.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “maneənin aradan qaldırılması” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə (Açar sözlər: apellyasiya şikayəti verilməsi müddətinin bərpasından imtina, qüvvə) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X2 və Musayev Taleh Valeh oğlundan ibarət tərkibdə, İsmayılova Nərmin Ərəstun qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “maneənin aradan qaldırılması” tələbinə dair mülki iş üzrə Balakən Rayon Məhkəməsinin 03 iyul 2025-ci tarixli e-2(019)-643/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməməsi barədə Balakən Rayon Məhkəməsinin 18 sentyabr 2025-ci tarixli e-2(019)-643/2025 nömrəli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, Balakan rayon Aqrar İslahat Komissiyasının 30 iyun 1998-ci il tarixli, 08 nömrəli qərarı ilə iddiaçının mülkiyyətinə verilmiş Balakən rayonu, Mahamalar kəndinin Salban yaşayış məntəqəsi ərazisində yerləşən Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamə JN-140A, Kod 40108028 olan torpaq sahəsinin Hüquqların Dövlət qeydiyyatına alınması üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı va Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinin mütəxəssislərinin ölçü və müayinə işlərinin aparılmasına Cavabdeh tərəfindən maneə yaradılmasının qarşısının alınması va mütəxəssislərin həmin sahədə ölçü və müayinə aparmasına şəraitin yaradılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Balakən Rayon Məhkəməsinin 03 iyul 2025-ci tarixli e-2(019)-643/2025 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, Balakan rayon Aqrar İslahat Komissiyasının 30 iyun 1998-ci il tarixli, 08 nömrəli qərarı ilə İddiaçı mülkiyyətinə verilmiş Balakən rayonu, Mahamalar kəndinin Salban yaşayış məntəqəsi ərazisində yerləşən JN-140A, Kod 40108028 saylı Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamədə göstərilən torpaq sahəsində Daşınmaz Əmlakın Dövlət Kadastrı va Reyestri Publik Hüquqi Şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinin mütəxəssislərinin ölçü və müayinə işlərinin aparılmasına Cavabdeh tərəfindən maneə yaradılmasının qarşısının alınması və mütəxəssislərin həmin sahədə ölçü və müayinə aparmasına şərait yaradılması qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti və apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpası barədə ərizə ilə 08 sentyabr 2025-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Balakən Rayon Məhkəməsinin 18 sentyabr 2025-ci tarixli e-2(019)-643/2025 nömrəli qərardadı ilə İddiaçı Cavabdeh qarşı “maneənin aradan qaldırılması” tələbinə dair mülki iş üzrə Balakən Rayon Məhkəməsinin 03 iyul 2025-ci il tarixli qətnaməsindən Cavabdeh apellyasiya şikayəti vermək üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpa edilməsinə dair ərizəsi təmin edilməmişdir. Cavabdeh qeyd olunan qərardadın dəlilləri ilə razılaşmayaraq şikayət vermişdir. Balakən Rayon Məhkəməsinin 02 oktyabr 2025-ci tarixli e-2(019)-643/2025 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. X4 Məhkəməsində yazılı icraat qaydasında baxılmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmənin xx.xx.2025-ci tarixli e-2(019)-643/2025-012 nömrəli qətnaməsi elektron imza ilə təsdiq edilməklə xx.xx.2025-ci il tarixdə saat 17:42-də Cavabdeh elektron kabinetinə yüklənmişdir. Sözügedən hal elektron məhkəmə informasiya sistemindən çıxarış ilə öz təsdiqini tapır. Məhkəmənin xx.xx.2025-ci tarixli e-2(019)-643/2025-012 nömrəli qətnaməsi elektron imza ilə təsdiq edilməklə xx.xx.2025-ci il tarixdə saat 17:42-də Cavabdeh elektron kabinetinə yükləndiyi andan ona rəsmi qaydada verilmiş hesab olunur. Cavabdeh isə həmin vaxtdan 1 ay 24 gün sonra qətnamədən apelyasiya şikayəti vermiş və apellyasiya şikayəti vermə müddətinin bərpası barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi Cavabdeh məhkəmənin xx.xx.2025-ci tarixli e2(019)-643/2025-012 nömrəli qətnaməsindən apellyasiya şikayəti vermə müddətini ötürmüşdür. Cavabdeh apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş müddətə əməl edilməsinə həqiqətən mane olan, onun şikayət vermək imkanlarını məhdudlaşdırmaq və istisna etmək keyfiyyətinə malik olan heç bir halı məhkəməyə təqdim edə bilməmişdir. Onun “Məhkəmənin “sms”-lərinin 2022-ci ildə ləğv edilmiş mobil nömrəyə göndərməsi” barədə dəlili də əsassızdır. Belə ki, cavabdehin ləğv olunduğunu bildirdiyi ***-***-**-** mobil nömrəsi hal-hazırda da aktivdir və SMS mətnlərini qəbul edir. Cavabdehin istinad etdiyi hallar onun iradəsinə bağlı olmaqla, cavabdeh həmin maneələri aradan qaldırmaq iqtidarında və imkanında olmuşdur və bunları cavabdehin dəf etmək imkanından kənarda olan hallar kimi qiymətləndirmək olmaz. Bu baxımdan sözügedən müddət cavabdehin iradəsindən asılı olmayan səbəblərdən ötürülmüş hesab edilə, onun istinad etdiyi hallar müddətin ötürülməsinin üzrlü səbəbləri qismində nəzərdən keçirilə və ilkin hüquqi vəziyyətin bərpasını şərtləndirə bilməz. Cavabdeh şikayətinin dəlilləri bundan ibarət olmuşdur ki, məhkəmə qətnaməsi ona rəsmi olaraq təqdim olunmamışdır. Məhkəmənin “sms”-ləri 2022-ci ildə ləğv edilmiş mobil nömrəsinə göndərilmişdir. Həmin nömrədə ASAN İMZA xidməti 2022-ci ildən dayandırılmışdır. Yəni, onun həmin nömrə ilə elektron kabinetə girməsi və yaxud hansısa əməliyyat aparması mümkünsüzdür. Nəticədə, Balakən Rayon Məhkəməsinin 03 iyul 2025-ci il tarixli, e-2(019)- 643/2025 nömrəli qətnaməsi apellyasiya şikayətinin verilməməsi səbəbindən qanuni qüvvəsini almış və icraya yönləndirilmişdir. Lakin, Balakən Rayon Məhkəməsi ərizəsinin təmin olunmaması barədə qərardadında qeyd olunan xüsusata ümumiyyətlə münasibət bildirməmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərinə münasibət bildirərək qeyd edir ki, şikayət əsassızdır və təmin edilməməlidir. Belə ki iş materiallarında olan elektron məhkəmə sistemindən çıxarışdan göründüyü kimi qətnamə elektron imza ilə təsdiq edilməklə xx.xx.2025-ci il tarixində, saat 17:42-də Cavabdeh elektron kabinetində yerləşdirilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 135.6-cı maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Elektron məhkəmə sistemindən əldə edilmiş məlumatlara görə Cavabdeh xx.xx.2022-ci il tarixində “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişdir. Həmin Məcəllənin 135.5-ci maddəsinə əsasən Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Hazırki iş üzrə qətnamə xx.xx.2025-ci il tarixdə cavabdehin elektron kabinetində yerləşdirilməklə rəsmi qaydada verilmişdir. Həmin Məcəllənin 233.1-ci maddəsinə əsasən Bu Məcəllənin 355-7.4-cü, 355-13.4cü, 355-17.3-cü, 355-18.4-cü, 355-19.3-cü və 355-22.4-cü maddələrində qeyd olunan hallar istisna olmaqla, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Cavabdeh həmin vaxtdan 1 ay 24 gün sonra qətnamədən apellyasiya şikayəti vermiş və apellyasiya şikayəti vermə müddətini 24 gün ötürmüşdür. Cavabdehin şikayətində qeyd etdiyi məhkəmənin “sms”-ləri 2022-ci ildə ləğv edilmiş mobil nömrəsinə göndərilməsi hissəsinə məhkəmə kollegiyası münasibət bildirərək qeyd edir ki, ***-***-**-** mobil nömrəsi hal-hazırda da aktivdir və SMS mətnlərini qəbul edir. İş materiallarında olan sms-bildirişlər də bunu sübut edir, həmin mobil nömrə ləğv edilmiş olsa idi, göndərilmiş smslər çatdırıldı statusunda görünməyəcəkdi. MPM-in 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X1 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 08 may 2008-ci il tarixli qərarında qeyd olunmuşdur ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPMin tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Hazırki iş üzrə Cavabdeh apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş müddətə əməl edilməsinə həqiqətən mane olan, onun şikayət vermək imkanlarını məhdudlaşdırmaq və istisna etmək keyfiyyətinə malik olan heç bir halı məhkəməyə təqdim edə bilməmişdir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, Balakən Rayon Məhkəməsinin 18 sentyabr 2025-ci tarixli e-2(019)-643/2025 nömrəli qərardadı ilə mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qərardadın ləğv edilməsi üçün hüquqi əsaslar yoxdur. Ona görə də, şikayət təmin edilməməli, Balakən Rayon Məhkəməsinin 18 sentyabr 2025-ci tarixli e-2(019)-643/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 398.0.1-ci mаddəsinə əsаsən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 263-264, 397-398 və 400-cü mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Balakən Rayon Məhkəməsinin 18 sentyabr 2025-ci tarixli e-2(019)-643/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar