Məhkəmə qərarları › İş №2(107)-1061/2022

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1061/2022

22.08.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1061/2022 22.08.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh X2 qarşı “pul” tələbinə dair mülki iş üzrə (Açar sözlər: apellyasiya şikayəti verilməsi üçün müddətin bərpasından imtina) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, X5 qızının katibliyi ilə, İddiaçı cavabdeh X2 qarşı “pul” tələbinə dair mülki iş üzrə Ağsu Rayon Məhkəməsinin 24 yanvar 2022-ci il tarixli 2(016)-53/2022 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün cavabdeh X3 tərəfindən verilmiş buraxılmış müddətin bərpası haqqında ərizənin təmin edilməməsi barədə Ağsu Rayon Məhkəməsinin 29 iyun 2022-ci il tarixli 2(016)-53/2022 saylı qərardadından cavabdeh X3 tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdehdən dörd yaşlı, orta köklükdə inəyini, yaxud hazırkı bazar qiyməti ilə dəyəri olan 1.000 manat və 30 manat dövlət rüsumu əvəzinin alınaraq ona ödənilməsini xahiş etmişdir. Ağsu Rayon Məhkəməsinin 22 fevral 2022-ci il tarixli, 2(016)-53/2022 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh 900 manat zərər əvəzi və 30 manat dövlət rüsumu əvəzi alınaraq İddiaçı ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Eyni zamanda, cavabdeh məhkəməyə ərizə təqdim edərək Ağsu Rayorı Məhkəməsinin 22 fevral 2022-ci il tarixli 2(016)-53/2022 nömrəli qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün ötürülmüş prosessual müddətin bərpa olunmasını xahiş etmişdir. Ağsu Rayon Məhkəməsinin 29 iyun 2022-ci il tarixli 2(016)-53/2022 saylı qərardadına əsasən İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair mülki iş üzrə Ağsu Rayon Məhkəməsinin 22 fevral 2022-ci il tarixli, 2(016)- 53/2022 nömrəli qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün ötürülmüş prosessual müddətin bərpasına dair cavabdeh tərəfindən verilmiş ərizənin təmin edilməməsi qərara alınmışdır. Həmin qərardaddan cavabdeh X1 şikayəti məhkəməyə daxil olmuşdur. Ağsu Rayon Məhkəməsinin 27 iyul 2022-ci il tarixli 2(016)-53/2022 saylı qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə Şəki Apelyasiya Məhkəməsində yazılı icraat qaydasında baxılmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Ağsu Rayon Məhkəməsinin 29 iyun 2022-ci il tarixli 2(016)- 53/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından görünür ki, Ağsu Rayon Məhkəməsinin 22 fevral 2022-ci il tarixli qətnaməsi 01 aprel 2022-ci il tarixdə cavabdehə çatdırılmış, lakin həmin qətnamədən apellyasiya şikayətini cavabdeh 14 iyun 2022-ci il tarixdə məhkəməyə təqdim etmişdir. Birinci instansiya məhkəməsinin iclasında cavabdeh bildirmişdir ki, məhkəmə aktı kənddə yerləşən mağazanın satıcısına ona təqdim edilməsi üçün verilmişdir. Satıcı da məhkəmə aktını aprel ayının ortaları cavabdehə təqdirn etmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh məhkəmə aktını 30 aprel 2022-ci il tarixdə alsa belə, (halbuki, o, izahatında aprel ayının ortaları qətnaməni əldə etdiyini göstərmişdir, yenə də Ağsu Rayon Məhkəməsinin 22 fevral 2022-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddəti ötürmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə - MPM) 135.1-ci maddəsinə əsasən, bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. MPM-in 135.2-ci maddəsinə əsasən, məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. MPM-in 135.3-cü maddəsinə əsasən, məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. MPM-in 128.1 -ci maddəsinə əsasən, prosessual hərəkətlər bu məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilıir. MPM-in 130.1 -ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. MPM-in 133.1 -ci maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Məhkəmə kollegiyası hesab edir ki, Ağsu Rayon Məhkəməsinin 29 iyun 2022-ci il tarixli 2(016)-53/2022 saylı qərardadı ilə mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qərardadın ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, şikayət təmin edilməməli və iş üzrə Ağsu Rayon Məhkəməsinin 29 iyun 2022-ci il tarixli 2(016)-53/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 398.0.1-ci mаddəsinə əsаsən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 153, 263-264, 397-398 və 400-cü mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı QƏRARA ALDİ: Cavabdeh X3 tərəfindən verilmiş şikayət təmin edilməsin. Ağsu Rayon Məhkəməsinin 29 iyun 2022-ci il tarixli 2(016)-53/2022 saylı qərаrdаdı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Vəzirxan Məlikov Mahir Əsədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar