Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1062/2020 03.06.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakim Eyvazov Akif Məhərləm oğlunun sədrliyi və məruzəsində, hakimlər Əliyev Rafail Əyyub oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Səmədоv İlyаs Səməd oğlunun katibliyi, İddiaçı, Cavabdeh2, Cavabdeh1 və onun nümayəndəsi və vəkili Vəkil iştirakıları ilə İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “borc və bankla aparılmış əməliyyatlar nəticəsində əldə edilmiş kompensasiyasının ödənilməsi” tələbinə dair mülki iş üzrə çıxarılmış Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(033)-48/2020 nömrəli qətnaməsindən iş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (sədrlik edən hakim Tural Həsənov) iddianın qismən təmin edilməsi, Cavabdeh1 1647 (bir min altı yüz qırx yeddi) ABŞ dolları məbləğində borc (ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi manata uyğun məzənnə ilə hesablanmaqla) və kredit üçün kompensasiya məbləği kimi ödənilmiş 739.92 (yeddi yüz otuz doqquz manat doxsan iki qəpik) manat pul vəsaiti, Cavabdeh2 kredit üçün kompensasiya məbləği kimi ödənilmiş 706.38 (yeddi yüz altı manat otuz səkkiz qəpik) manat pul vəsaiti alınaraq İddiaçı verilməsi, İddiaçı iddia ərizəsi ilə bağlı dövlət rüsumu olaraq dövlət büdcəsinə ödədiyi 30 manatı tələb etmədiyinə görə həmin rüsum xərcinin özünə aid edilməsi, iddia tələbinin qalan hissəsi təmin edilməməsi qət edilmişdir. işin halları: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh1 2000 (iki min) ABŞ dolları borcu və hər ki cavavbdehdən onun xeyrinə əlavə olaraq 3600 manat Bankla aparılmış əməliyyatlardan əldə edilmiş pulun alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi iclası zamanı İddiaçı iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, o xx xxxxxx 2015-ci il tarixdə Cavabdeh1 2000 (iki min) ABŞ dolları borc pulu vermişdir. O, bununla əlaqədar öz xətti ilə iltizam yazaraq bildirmişdir ki, o öz borcunu 4 ay müddətində ona geri qaytaracaqdır. Müddət başa çatdıqdan sonra o pulun qaytarılmasını cavabdehdən tələb etsə də, Cavabdeh1 ona bildirmişdir ki, həmin borcu qısa müddətdə ödəyəcəkdir. Cavabdeh1 2000 ABŞ dolları borcundan ancaq 600 manatını ödəmişdir. Qalan borcunu isə ödəməmişdir. O, borcunu qısa müddətdə ödəməsinə söz verməyinə baxmayaraq, buna əməl etməmiş və hal hazıradək müxtəlif bəhanələrlə aldadaraq borcunu ödəməmişdir. Bundan başqa hər iki cavabdehin adlarına o, Dəmiryol Bankından və Finexs BOKT-dan onların adına kredit götürmüş və həmin kredit borcunu o tam ödəmişdir. Bununla əlaqədar özündə bütün çeklər vardır. Bu əməliyyatlar nəticəsində hər iki cavabdehin ona 3600 manat borcu qalmışdır. Lakin cavabdehlər həmin pulları mənimsəyərək ondan gizlətmişlər. Bütün bunlarla əlaqədar onda cavabdehin şəxsi yazısı ilə yazılmış iltizam və başqa Bank sənədləri vardır. O Cavabdeh1 2000 ABŞ dolları və əlavə olaraq ondan və Cavabdeh2 3600 manat borcunu tələb edir. Ona görə də, hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh1 iddia ərizəsində göstərilən tələbi qəbul etməyərək izahatında göstərdi ki, İddiaçı ona qarşı məhkəmədə iddia qaldıraraq 2000 ABŞ dolları və 3600 manat Bankla aparılmış əməliyyatlarla əldə edilmiş pul tələb edir. O 2015-ci ilin 20 noyabrında iddiaçıdan 2000 ABŞ dolları borc götürmüş və 4 ay müddətinə qaytaracağına dair iltizam yazıb vermişdir. Həmin pulu götürərkən sosial yardım aldığı kartı ona vermişdir. Uzun müddət o həmin karta ödənilmiş sosial yardım pullarını almışdır. Sonra həmin pulları götürdüyü 2000 ABŞ dollarının faizi olduğunu bildirmiş və 2000 ABŞ dolları tələb etmişdir. Həmin dövrdə Dövlət tərəfindən zəlzələdə zərərçəkmiş evlər tikilib verilmiş və onlara da təzə ev tikilmişdir. İddiaçı onu evini 27 000 manata satmağa vadar etmiş və evi satıb onun 2000 ABŞ dollarını qaytarmışdır. Lakin iddiaçı onun əlində evini satıb qalan pul olduğunu görmüş və onunla münasibətini yaxşılaşdırmışdır. Bir müddət sonra onu aldadıb ondan 10000 (on min) manat borc pul götürmüşdür. Pulun məbləği çox olduğuna görə notariusda borc müqaviləsi imzalamaqla pulu iddiaçıya vermişdir. Lakin iddiaçı onu aldatdığına görə məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə qərarı ilə həmin on min pulun ondan alınıb ona verilməsinə dair qətnamə çıxarılmışdır Hal-hazırda qətnamə icra olunur. Onun əmək haqqına yönəlib pul ödənilir. Həmin məhkəmə qərarlarından görünür ki, İddiaçı 2018-ci ilin may ayında məhkəməyə müraciət edərək ona olan borcunu hər ay 300 manat olmaqla ödənilməsinə qərar çıxarılmasını xahiş edir. Əgər ona borcu var idisə niyə həmin problemi 2018-ci ildə demirdi? Bundan başqa onun tələb etdiyi 3600 manat borcu yoxdur. İddiada yazır ki, guya onun adına kredit götürüb ödəyib. Bu ağ yalandı heç bir bank başqa şəxsin adına başqa şəxsə kredit vermir. O bu tələbini məhkəmədə sübut etsin. Kreditləri öz adına götürmüş və özü də ödəmiş. Ola bilər ki, iddiaçı bankda işlədiyinə görə ödəniş pulunu ona vermiş, o da həmin krediti ödəmişdir. Bu o demək deyildir ki, ona borcu var. Bundan başqa həmin iltizam və pulun iddiaçıdan tərəfindən 2015-ci ilin noyabr ayında götürülməsi və 4 ay müddətinə qaytaracağına öhdəlik götürməsi onu bildirir ki, o həmin pulu 2016-cı ilin mart ayının 20-dək qaytarmalı idi. 2016-cı ilin mart ayından bu günədək isə 3 il müddət keçmişdir. Əgər həmin pulu iddiaçıya qaytarmamış olsaydı o, indiyədək məhkəməyə müraciət etməli idi. Bundan başqa ona necə 2000 ABŞ dolları borcu ola bilər ki, o, xx xxxx 2017-ci il tarixdə iddiaçıya notarial qaydada 10.000 manat borc vermişdir. İddiaçının dedikləri heç bir məntiqə sığmır. O sadəcə olaraq məhkəmə qərarı məcburi qaydada icra olunduğuna görə belə şikayətlərlə özünü incitmək istəyir. Ona görə də, iddianın rədd edilməsini məhkəmədən xahiş edir. Birinci instansiya məhkəməsi iclası zamanı cavabdehin nümayəndəsi və vəkili Vəkil izahatında göstərdi ki, hüquqlarını müdafiə etdiyi Cavabdeh1 İddiaçı xx xxxxxx 2015-ci il tarixdə 4 ay müddətinə onlara düşən sosial müavinətin İddiaçı tərəfindən alınmaqla geri qaytarılması şərti ilə 2000 ABŞ dolları borc götürmüş və bunun müqabilində sosial müavinət kartını 4 ay müddətinə iddiaçıya təqdim etmişdir. 4 ay müddətində bank kartına yüklənmiş sosial müavinəti İddiaçı 2000 ABŞ dolları borcun əvəzi olaraq almışdır. xx xxxxxxxx 2015-ci il tarixdə Cavabdeh2 ilə X7 Səhmdar Cəmiyyəti Bank X2 arasında kredit müqaviləsi imzalanmış və həmin müqavilə əsasında Cavabdeh2 2000 ABŞ dolları kredit verilmişdir. Cavabdeh2 hüquqlarını müdafiə etdiyi Cavabdeh1 həyat yoldaşıdır. xx.xx.2019-cu il tarixdə Cavabdeh1 ilə X7 Səhmdar Cəmiyyəti Bank X2 arasında kredit müqaviləsi imzalanmış və həmin müqaviləyə əsasən Cavabdeh1 1620 ABŞ dolları kredit verilmişdir. Hər iki kredit müqavilələri üzrə öhdəliklər Cavabdeh1 və Cavabdeh2 tərəfindən yerinə yetirilmişdir. “xxxx” Açıq Səhmdar Cəmiyyəti ilə 2015-ci ildə Cavabdeh1 arasında kredit müqaviləsi imzalanmış və həmin kredit müqaviləsinin təminatı kimi girov müqaviləsi imzalanmışdır. Girov müqaviləsinin predmeti kimi Cavabdeh1 məxsus qızıl zinyət əşyaları çıxış etmişdir. Həmin müqavilə üzrə öhdəliklər Cavabdeh1 tərəfindən icra edilmişdir. Hazırda İddiaçı cavabdehlərə qarşı iddiası əsassızdır bu səbəbdən iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əvvəlki birinci instansiya məhkəməsi iclasında iştirak edən Cavabdeh2 Cavabdeh1 izahatına uyğun izahat verərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. O, daha sonra məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. apellyasiya şikayətinin və proses iştirakçılarının dəlilləri: Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(033)-48/2020 nömrəli qətnaməsindəncavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyаsiyа şikаyəti verərək həminqətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dairqətnamə qəbul edilməsini xahiş etmişdirlər. Apelyasiya məhkəməsi iclasında İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini və iş üzrə birinci instansiya məhkəməsi qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Apelyasiya məhkəməsi iclasında Cavabdeh2, Cavabdeh1 və onun nümayəndəsi və vəkili Vəkil iddia tələbini qəbul etməyərək apellyasiya şikayətinin təmin olunmasını və iddia tələbinin təmin edilməməsinə dair qətnamə çıxarılmasını xahiş etdilər. Məhkəmə kollegiyası tərəflərin izahatlarını, apellyasiya şikayətinin dəlillərini iş materialları üzrə yoxlayıb, tədqiq edilən sübutlara tətbiq edilməli hüquq normaları baxımından qiymət verərək hesab edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindənverilmiş apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(033)-48/2020 nömrəliqətnaməsibaxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarına əlavə edilmiş Cavabdeh1 məxsus Seriya AZE 09378560 nömrəli şəxsiyyət vəsiqəsinin arxa hissəsinə yazılmış xx xxxxxx 2015-ci il tarixli müqavilədən (qəbzdən) görünür ki, Cavabdeh1 İddiaçı 2000 ABŞ dolları pul götürmüş və öz sosial kartını öz razılığı ilə vermişdir. Aldığı borcu 4 ay müddətinə həmin pulu geri qaytarmaq şərti ilə üzərinə yazılı öhdəlik götürmüşdür. İş materiallarına əlavə edilmiş “xxxx” Açıq Səhmdar Cəmiyyəti Bank X2 (bundan sonra “xxxx” ASC BOKT) Zaqatala filialı ilə Cavabdeh2 arasında bağlanmış 00113/15 nömrəli xx xxxxxxxx 2015ci il tarixli kredit müqaviləsinə əsasən illik 27 faiz olmaq şərti ilə 12 ay müddətinə 2000 ABŞ dolları “xxxx” ASC BOKT tərəfindən Cavabdeh2 kredit verilmişdir. İş materiallarına əlavə edilmiş “xxxx” ASC BOKT ilə İddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, bu müqavilə Cavabdeh1 ilə “xxxx” ASC BOKT arasında imzalanmış xx xxxxxxxx 2015-ci il tarixli 00159/2015 nömrəli kredit müqaviləsinin təminatı kimi çıxış edir. İş materiallarına əlavə edilmiş X3 Palatasından əldə olunmuş Problemli kreditlərin kompensasiyasına dair xx xxx 2019-cu il tarixli sistem çıxarışdan görünür ki, Cavabdeh1 xx xxxxxx 2015-ci il tarixə ləğv prosesində olan “xxxx” Açıq Səhmdar Cəmiyyətinə (bundan sonra ləğv prosesində olan “xxxx” ASC) xarici valyutada olan əsas kredit borcu 2750 manat təşkil edir və həmin tarixə 687,50 manat kompensasiya hesablanmışdır. Həmin sistem çıxarışdan görünür ki, xx xxxxxx 2015-ci il tarixə Cavabdeh1 ləğv prosesində olan “xxxx” ASC-nə xarici valyutada olan əsas kredit borcu 1941 manat təşkil edir və həmin tarixə 1164,61 manat kompensasiya hesablanmışdır. Eyni zamanda həmin tarixə Cavabdeh1 “xxxx” ASC BOKT-a xarici valyutada olan əsas kredit borcu 1252,75 manatdır və həmin mələğə 751,65 manat kompensasiya hesablanmıdır. İş materiallarına əlavə edilmiş “xxxx” ASC BOKT Zaqatala filialı tərəfindən verilmiş 727 nömrəli xx xxxxxxx 2019-cu il tarixli məktubundan görünür ki, “xxxx” Bank X2 Açıq Səhmdar Cəmiyyətin Zaqatala filialı ilə Cavabdeh2 arasında xx xxxxxxxx 2015-ci il tarixində 00113/15 saylı və Cavabdeh1 arasında xx xxxxxxxx 2015-ci il tarixli 00159/15 saylı kredit müqaviləsi bağlanmışdir. Həmin kredit müqavilələri sözügedən şəxslərin adına olmasına baxmayaraq kredit ödənişləri İddiaçı tərəfindən həyata keçirilmişdir. Kreditlərin hər ikisi Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli fərmanin təsiri altına düşmüşdür. Cavabdeh1 adına olan kredit üçün 739.92 manat, Cavabdeh2 adina olan kredit üçün 706.38 manat kompensasiya məbləği hesablanmışdır. Həmin kompensasiya məbləğləri müştərilərin öz hesablarına köçürülmüşdür. Kreditlər sözügedən şəxslərin adina olsa da kompensasiya məbləği krediti ödəyən İddiaçı çatmalıdır. İş materiallarına əlavə edilmiş “xxxx” ASC tərəfindən Cavabdeh1 adına açılmış hesabdan çıxarışdan görünür ki, xx.xx.2016-cı il tarixdə kredit hesabı açılmış və xx.xx.2016-cı il tarixdə həmin hesab vasitəsi ilə 2294 ABŞ dolları kredit verilmiş və xx.xx.2016-cı il və xx.xx.2016-cı il tarixini əhatə edən dövrün sonuna həmin hesab üzrə Cavabdeh1 0,65 ABŞ dolları kredit borcu qalmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, İddiaçı ilə Cavabdeh1 arasında xx xxxxxx 2015-ci il tarixdə müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh1 İddiaçı 2000 ABŞ dolları pul götürmüş və həmin pulu verəcəyinə dair öhdəlik götürmüşdür. Həmin pulun 600 manatını Cavabdeh1 İddiaçı qaytarmışdır. Qalan pulu isə halhazıradək qaytarmamışdır. İddiaçı cavabdehdən 2000 ABŞ dolları pul tələb edir. Cavabdeh isə onun iddiaçıya 2000 ABŞ dolları borcunu qaytardığını bildirərək iddianı qəbul etmir. Bundan başqa, “xxxx” Bank X2 Açıq Səhmdar Cəmiyyətin Zaqatala filialı ilə Cavabdeh2 arasında xx xxxxxxxx 2015-ci il tarixində 00113/15 saylı və Cavabdeh1 arasında xx xxxxxxxx 2015-ci il tarixli 00159/15 saylı kredit müqaviləsi bağlanmışdir. Həmin kredit müqavilələri sözügedən şəxslərin adına olmasına baxmayaraq kredit ödənişləri İddiaçı tərəfindən həyata keçirilmişdir. Kreditlərin hər ikisi Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli fərmanin təsiri altına düşmüşdür. Cavabdeh1 adına olan kredit üçün 739.92 manat, Cavabdeh2 adina olan kredit üçün 706.38 AZN kompensasiya məbləği hesablanmışdır. İddiaçı həm “xxxx” Bank X2 Açıq Səhmdar Cəmiyyətin Zaqatala filialı tərəfindən cavabdehlərə kompensasiya şəklində verilmiş pulu, həm də xxxxdan cavabdehlərin adına götürülmüş kredit məbləğlərinə münasibətdə ödənilmiş kompensasiyanı cavabdehlərdən tələb edir. Cavabdeh iddianı bu hissədə də qəbul etmir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra iddia əlaqədar tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Məhkəmə kollegiyası ilk öncə iddia tələbinin 2000 ABŞ dolları pulun Cavabdeh1 alınaraq İddiaçı ödənilməsinə dair hissəsi üzrə dəyərləndirmə apararaq qeyd edir ki, iddia tələbi bu hissədə qismən təmin edilməlidir. Belə ki, qüvvədə olan mülki qanunvericilik normalarına müvafiq olaraq mülki hüquq məsuliyyəti qanunda və müqavilədə nəzərdə tutulan elə bir tədbirdir ki, bunun tətbiqi öhdəliyi lazımınca icra etməyən və ya icra etməyən borclu üçün dövlətin məcburetmə qüvvəsi ilə təmin edilən əmlak xarakterli mənfi nəticələr yaradır. Mülki hüquq məsuliyyətinin tətbiq edilməsi üçün tərəflər arasında müqavilə öhdəlikləri olmadığı halda mülki hüquq pozuntusu barədə mübahisələr mülki qanunvericiliyin mülki hüquq pozuntularını tənzimləyən normaları əsasında həll olunur. Beləliklə, müqavilədən kənar (delikt) məsuliyyət odur ki, bu məsuliyyət bir-biri ilə müqavilə münasibətlərində olmayan zərərvuranla (borcu ilə) zərərçəkən (kreditor) arasında əmələ gəlir. Bu cür məsuliyyət fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına və işgüzar nüfuzuna ziyan vurulması nəticəsində əmələ gəlir. Məhkəmə kollegiyası iş üzrə müəyyən edilmiş faktiki hallara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddiaçı ilə cavabdeh arasında kredit (borc) müqaviləsindən irəli gələn öhdəlik münasibəti yarandığından, iddiaçının ziyanın əvəzinin ödənilməsi barədə tələblərinə hüquqi qiymət verilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsində öhdəlik, o cümlədən kredit müqaviləsi üçün nəzərdə tutulmuş hüquq normalarına istinad edilməlidir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsində göstərilir ki, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740-cı maddəsinə əsasən borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Həmin Məcəllənin 425.1. maddəsinə görə, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1. maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449-cu maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Məhkəmə kollegiyası araşdırması zamanı müəyyən olundu ki, Cavabdeh1 İddiaçı, borcunu ödəmək şərti ilə, borc olaraq 2000 ABŞ dolları pul borc almış və borc alması barədə kredit müqaviləsi (qəbz) bağlamışdır. Cavabdeh müqavilədə göstərilən şərtlərə əməl etməmiş, iddiaçıya borcundan yalnız 600 manat ödəniş etmişdir. Müəyyən edildiyi kimi qeyd olunan maddi hüquq norması tələbin qanuni əsası kimi çıxış etməklə mübahisə olunan hüquq münasibətinə tətbiqi belə nəticəyə gəlməyə əsas verir ki, bir tərəfdən İddiaçı digər tərəfdən isə Cavabdeh1 olmaqla xx xxxxxx 2015-ci il tarixdə imzaladıqları kredit (borc) müqaviləsi ilə cavabdehin iddiaçı qarşısında vəzifələrini müəyyən edən öhdəlik münasibətləri yaranmışdır. İş materialları ilə müəyyən olunur ki, borclu Cavabdeh1 xx xxxxxx 2015-ci il tarixli kredit müqaviləsinə əsasən müəyyən olunmuş öhdəliyini tam yerinə yetirməmiş, öhdəliyin şərtlərini pozmuşdur. Məhkəmə kollegiyası iclasında tədqiq edilmiş sübutlarla da müəyyən olunur ki, Cavabdeh1 İddiaçı 2000 ABŞ dolları borc pul alması öz təsdiqini tapmışdır. Belə ki, Cavabdeh1 özü etiraf edir ki, həqiqətən yuxarıda qeyd olunan müqaviləni o, özü yazaraq imzalamış, həqiqətən 2000 ABŞ dolları pulu iddiaçıdan almışdır. Lakin cavabdeh həmin borc aldığı 2000 ABŞ dolları pulu iddiaçıya qaytardığını bildirir. İddiaçı isə cavabdehin ona olan 2000 ABŞ dolları borcundan yalnız 600 manat məbləğdə hissəsinin qaytarıldığını, qalan məbləğin isə qaytarılmadığını bildirir. Məhkəmə bununla bağlı qeyd edir ki, cavabdehin 2000 ABŞ dolları pulun tam şəkildə həqiqətən iddiaçıya qaytarmasını sübut etmə vəzifəsi cavabdehin üzərinə düşür. Cavabdeh isə bunu sübut edə bilməmiş, öz etirazının hüquqi əsası kimi heç bir mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Buradan da göründüyü kimi, cavabdeh iddiaçıya münasibətdə iddia tələbinə etirazının əsası kimi istinad etdiyi halları nəinki sübut etməmiş, yalnız özünün formal mülahizələrinə əsasən əsaslandırmağa çalışmışdır. Göründüyü kimi, iddiaçı tərəfindən müqavilə üzrə üzərinə götürdüyü öhdəliyə əməl edilməsinə baxmayaraq, cavabdeh üzərinə götürdüyü öhdəliklərin icrasını təmin etməmişdir. Bu səbəbdən də iddiaçı müqavilə üzrə yaranmış 2000 ABŞ dollarının cavabdeh tərəfindən qaytarılmış 600 manat çıxılmaqla qalan borcu Cavabdeh1 tələb etməkdə haqlıdır. Məhkəmə kollegiyası daha sonra iddia tələbinin “xxxx” Bank X2 Açıq Səhmdar Cəmiyyətin Zaqatala filialı tərəfindən cavabdehlərə kompensasiya şəklində verilmiş pulun iddiaçıya ödənilməsi ilə bağlı hissəsi üzrə dəyərləndirmə apararaq qeyd edir ki, iddia tələbi bu hissədə təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli, Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Fərmanı qəbul edilmiş və həmin tarixdən qanuni qüvvəsinə minmişdir. Həmin fərmanla təsdiq olunmuşdur ki, qlobal iqtisadi və maliyyə böhranının ölkə iqtisadiyyatına təsirləri əhalinin müəyyən qrupunun ödəmə qabiliyyətinin zəifləməsinə, bunun da nəticəsində, kredit təşkilatlarından xarici valyutada borc almış vətəndaşların bank sistemi qarşısında vaxtı keçmiş kreditlər üzrə öhdəliklərinin artmasına və bu öhdəliklərin yerinə yetirilməsi ilə bağlı məsələlərə məhkəmə müstəvisində baxılma hallarının çoxalmasına rəvac vermişdir. Yuxarıda qeyd olunan hallar nəzərə alınaraq baş vermiş devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyi göstərilməsi qərara alınmışdır. Fərmanın 5-ci bəndinə əsasən fiziki şəxslərin xarici valyutada əsas məbləği 10000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə, Azərbaycan Respublikası Maliyyə X1 müraciəti əsasında, banklara 682 000 000,0 (altı yüz səksən iki milyon) manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verilməsi, eləcə də, bu Fərmanın 5.1-ci bəndində nəzərdə tutulan tədbirlər nəticəsində bankların valyuta mövqeyinin pisləşməsinin qarşısını almaq məqsədilə ayrılmış kreditin hesabına banklara, onların müraciəti əsasında 215 000 000,0 (iki yüz on beş milyon) ABŞ dolları dəyərinədək xarici valyutada ifadə olunmuş, illik faiz dərəcəsi 0,5 faiz olmaqla qiymətli kağızların verilməsi qərara alınmışdır. Fərmanın təsir dairəsinə (8.6. bəndi) fiziki şəxslərlə 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş borclar daxil edilmişdir. Hazırkı mülki iş üzrə “xxxx” Bank X2 Açıq Səhmdar Cəmiyyətin Zaqatala filialı ilə Cavabdeh2 arasında xx xxxxxxxx 2015-ci il tarixində 00113/15 saylı və Cavabdeh1 arasında xx xxxxxxxx 2015-ci il tarixli 00159/15 saylı kredit müqaviləsi həm bağlanma tarixi, həm tələb olunan əsas məbləğə və həm də digər əsaslara görə fərmanın təsiri altına düşür. Qeyd olunan fərmanın 1-ci bəndinə əsasən fiziki şəxslərin banklara 10 000 (on min) ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi qiymətləndirilməklə, bu Fərman qüvvəyə mindiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına manatla ödənilməli, habelə həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlər müəyyən edilərək Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla on beş gün müddətində təsdiq edilməlidir. Eyni zamanda banklara tövsiyə olunmuşdur ki, fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditləri üzrə vaxtı keçmiş və bu Fərmana əsasən hər bir bank üzrə restrukturizasiya olunmalı kredit borclarının məbləğini və borcluların siyahısını müəyyən edərək vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etsinlər. Göründüyü kimi Fərmanın təsir dairəsinə düşən kredit müqavilələri üzrə artıq ödənilmiş vəsaitlərin qaytarılması, hesablanmış faiz və dəbbə pulunun azaldılması, vəsaitin restrukturizasiya olunması, yeni güzəştli şərtlərlə kredit müqavilələrinin bağlanmasının təklif edilməsi və digər güzəştlər edilməsi nəzərdə tutulmuşdur. Həmin güzəştlərin bankların vəsaiti deyil, dövlətin dəstəyi ilə həyata keçirilməsi nəzərdə tutulmuşdur. Qeyd olunan Fərmanın icrası ilə əlaqədar “xxxx” Bank X2 Açıq Səhmdar Cəmiyyətin Zaqatala filialı ilə Cavabdeh2 arasında xx xxxxxxxx 2015-ci il tarixində 00113/15 saylı və Cavabdeh1 arasında xx xxxxxxxx 2015-ci il tarixli 00159/15 saylı bağlanmış kredit müqavilələri Cavabdeh2 və Cavabdeh1 adına olmasına baxmayaraq kredit ödənişləri İddiaçı tərəfindən həyata keçirilmişdir. Kreditlərin hər ikisi Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli fərmanin təsiri altına düşmüşdür. Cavabdeh1 adına olan kredit üçün 739.92 manat, Cavabdeh2 adina olan kredit üçün 706.38 manat kompensasiya məbləği hesablanmışdır. Həmin kompensasiya məbləğləri müştərilərin öz hesablarına köçürülmüşdür. Məhkəmə kollegiyası hesab edir ki, kreditlər sözügedən şəxslərin adına olsa da, kompensasiya məbləği krediti ödəyən İddiaçı çatmalıdır. Ona görə də, Cavabdeh1 adına olan kredit üçün kompensasiya məbləği kimi ödənilmiş 739.92 manat, Cavabdeh2 adina olan kredit üçün kompensasiya məbləği kimi ödənilmiş 706.38 manat cavabdehlərdən alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092. Əsassız varlanma nəticəsində əldə edilənləri qaytarmaq vəzifəsi. 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. 1092.3. Varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir. 1093.1. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəf əsassız varlanmış şəxs olduğundan iddia bu hissədə təmin edilməlidir. Məhkəmə kollegiyası daha sonra iddia tələbinin “xxxx” ASC tərəfindən cavabdehlərə kompensasiya şəklində verilmiş pulun iddiaçıya ödənilməsi ilə bağlı hissəsi üzrə dəyərləndirmə apararaq qeyd edir ki, iddia tələbi bu hissədə rədd olunmalıdır. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki,Mülki Prosessual Məcəllənin 4.1ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanunvericiliyin tələbinə əsasən iddiaçının tələb etdiyi “xxxx” ASC tərəfindən cavabdehlərə kompensasiya şəklində verilmiş pulun cavabdehlərdən alınıb iddiaçıya ödənilməsi ilə bağlı hissəsi sübut etmə vəzifəsi iddiaçının üzərinə düşür. Ancaq iddiaçının bununla bağlı hər hansı sübut təqdim edə bilməməsi, yəni “xxxx” ASC ilə bağlanmış kredit müqaviləsi cavabdehin adına olmasına baxmayaraq kredit ödənişlərinin İddiaçı tərəfindən həyata keçirilməsinin sübuta yetirilməməsi, həmin xüsusat üzrə onun iddia tələbini sübut edə bilməməsini göstərir. Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbi “xxxx” ASC tərəfindən cavabdehlərə kompensasiya şəklində verilmiş pulun iddiaçıya ödənilməsi ilə bağlı hissəsində təmin edilməməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinə münasibətdə iş üzrə cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətinin birinci instansiya məhkəməsi qətnaməsinin ləğv edilməsi ilə bağlı dəlilləri ilə razılaşmır. Apellyasiya şikayətinin dəlilləri iş materialları ilə təkzib olunduğundan birinci instansiya məhkəməsinin qanuni və əsaslı qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli və iş üzrə Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(033)-48/2020 nömrəli qətnaməsi baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 392, 403-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(033)-48/2020 nömrəli qətnaməsi baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Hazırkı qətnamədən işdə iştirak edən şəxslər tələbləri təmin olunmadığı hallarda qətnamənin surəti onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilmədikdə o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. İş üzrə sədrlik edən hakim: Akif Eyvazov.
Məhkəmə qərarları › İş №2(107)-1062/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1062/2020
03.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver