Məhkəmə qərarları › İş №2(107)-1066/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1066/2021

24.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1066/2021 24.05.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, Tağıyev Babək Vaqif oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı « borcun tutulması» tələbinə dair mülki iş üzrə Ağdaş rayon məhkəməsinin 04.11.2020-ci il tarixli, 2(014)-1366/2020 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı «borcun tutulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Ağdaş rayon, Maşad kəndinə yaşayan xx.xx.1966-cı il təvəllüdlü Cavabdeh 432 manat (dörd yüz otuz iki) məbləğində əsas borcun, 20 (iyirmi) manat rüsum, 0.40 (qırx) qəpik xidmət haqqı, ümumilikdə isə 452.40 manat (dörd yüz əlli iki 40 qəpik) borcun tutularaq İddiaçı xeyrinə ödənilməsi (bank hesabları ABB Sabunçu filialı KOD 805573, VÜEN **********, M/H AZ03NABZ********************944, ssSÜİFT BİK iBAZAZZ2X,İddiaçı İB, VVÖEN **********, İBAN: AZ72İBAZ********************) barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ağdaş rayon məhkəməsinin 04.11.2020-ci il tarixli, 2(014)-1366/2020 saylı qətnaməsinə əsasən iddia qismən təmin edilmiş, Cavabdeh 216 (iki yüz on altı) manat pul, dövlət hesabına ödənilmiş 20 (iyirmi) manat və 0.40 (qırx) manat bank xidmət haqqı tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsinin həmin qətnaməsindən iş üzrə İddiaçı İB-nin nümayəndəsi Nümayəndə tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, işə baxan məhkəmə tərəfindən maddi və prosesual hüquq normativlərinin tələbləri kobud şəkildə pozulmuş, işin faktiki hallarına obyektiv hüquqi qiymət verilməmiş, işə birtərəfli qeyri obyektiv və qərəzli şəkildə baxılmış, maddi hüquq normaları səhv təsvir edilmiş nəticədə də əsassız qətnamə çıxarılmışdır. İlk növbədə birinci instansiya məhkəməsi iddia tələbinin qalan hissədə təmin olunması məsələsinə qiymət verərək hesab edir ki, sayğacdan kənar qanunsuz xətt vasitəsilə qoşulma halında itirilmiş qazın dəyəri hesablanarkən həddindən artıq yüksək məbləğ müəyyən edilmişdir və buna görə də həmin məbləğ azaldılmalıdır. Belə ki, iddiaçı itirilmiş qazın həcminin müəyyən edərkən nəyə əsasən hesabat müddətini 90 gün müəyyən etdiyini əsaslandıra bilməmişdir. İddiaçı istifadəçinin sayğacdan kənar xətt çəkilməsi yolu ilə təbii qazdan qeyri-qanuni istifadə etməsinə görə tərtib edilmiş akt əsasında itirilmiş qazm bərpasına görə zərərin yaranmasını iddia etsə də, iş üzrə halların məhkəmədə tədqiq olunması zamanı cavabdehin tələb edilən məbləğdə borcunun yaranmasına dair əsaslı və mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Buna görə iddiaçı tərəfindən iddiada qeyd edilən hallar sübuta yetirilmədiyindən həmin hallar üzrə hesablanmış zərər də tam həcmdə cavabdehdən tutula bilməz. Bildirilmişdir ki, cavabdeh 20.12.2019-cu il tarixdə cavabdehin qaz sayğacından kənar əlavə xətt ilə şəbəkəyə qoşularaq qanunsuz qazdan istifadə halı aşkar edilmişdir. Bununla da 20.12.2019-cu il tarixdə qeydə alınmış sayğacdan kənar xətt vasitəsi ilə istehlakçı faktiki istifadə etdiyi təbii qazm uçotunun aparılmasına maneələr yaradır və nəticədə bu yolla qazdan istifadənin əsl dəyərinin gizlətməkdədir. Faktla bağlı qaz cihazlarının inventarizasiy^ aparılmaqla istehlakçının iştirakı ilə təbii qazdan istifadə qaydalarının pozulması haqqım 20.12.2019-cu il tarixli ******* saylı akt tərtib edilmişdir. Qaz işlədicilərinin saatlıq qaz səı nəzərə alınmaqla itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır, itirilmiş qazın miqdarı: Zaqatala RQİİnin 28.12.2019-cu il tarixli qərarı ilə 4320 m3 (və ya 432 manat) həcmin müəyyən edilərək ziyanın əvəzinin ödənilməsi tələb olunmuşdur. Eyni zamanda cavabdehə məxsus mənzildə təbii qazdan qeyri qanuni qazdan istifadə halı ilə bağlı foto və video çəkiliş aparılmışdır. Göründüyü kimi iddiaçı dəymiş ziyan müəyyən edilməsi ilə bağlı rəhbər tutduğu yeganə sənəd olan ARDNŞ-in Şurasının 14 mart 2011-ci il tarixli qərarda hesabat müddəti işin hallarına uyğun olaraq 3 ilədək müəyyən edilmişdir və iddiaçı tərəf həmin qərara uyğun olaraq hesabat aparmışdır. Birinci instansiya məhkəməsi hesabatın borcun şişirdilməsi əsası ilə hesabat müddətini qısadılması üçün heç bir maddi hüquq normasına istinad etməmişdir. Bundan başqa abonent saldosundan göründüyü kimi cavabdehin qaz hesabında uzun müddətdir sayğac göstəricisi yaşayış olmasına baxmayaraq az həcmdə hesabat gedir. Yuxarıda qeyd olunanlara əsasən Ağdaş Rayon Məhkəməsinin 04 noyabr 2020-ci il tarixli, 2(014)-1366/2020 nömrəli qətnaməsinin qismən ləğv edilməsini, İddiaçı İstehsalat Birliyinin Cavabdeh qarşı iddia tələbinin tam təmin edilməsini, həmçinin apellyasiya şikayətinin verilməsi üçün əvvəlcədən ödənilmişdövlət rüsumunun Cavabdeh tutularaq "İddiaçı” İstehsalat Birliyinin hesabına ödənilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı İB-nin nümayəndəsi X1 Rayon Məhkəməsinin 04 noyabr 2020-ci il tarixli, 2(014)-1366/2020 nömrəli qətnaməsinin qismən ləğv edilməsini, İddiaçı Cavabdeh qarşı iddia tələbinin tam təmin edilməsini, həmçinin apellyasiya şikayətinin verilməsi üçün əvvəlcədən ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq "İddiaçı” İstehsalat Birliyinin hesabına ödənilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq tərəflər məhkəmə kollegiyasının hazırki iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası iş materiallarını araşdırıb işdə olan sübutları tədqiq edərək hesab edir ki, Ağdaş Rayon Məhkəməsinin 04 noyabr 2020-ci il tarixli, 2(014)- 1366/2020 nömrəli qətnaməsindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Ağdaş Rayon Məhkəməsinin 04 noyabr 2020-ci il tarixli, 2(014)-1366/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə kollegiyası tərəfindən tədqiq edilmiş: Paylayıcı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İddiaçı Zaqatala X6 idarəsi ilə istehlakçı Cavabdeh arasında bağlanmış “qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə 16.12.2016-cı il tarixli 39-3080 saylı müqavilənin surətindən görünür ki, 3.3-cü maddəsinə əsasən, hər ay paylayıcı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay İstehlakçıya məlumat (hesab) təqdim edilməlidir (göndərilməlidir). 3.4-cü maddəsinə əsasən, hesab istehlakçıya Paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində istehlakçı tərəfindən bank, poçt, internet və ya ödəniş terminalları vasitəsilə tam ödənilməlidir. 14.12.2016-cı il tarixli **********03080 saylı abonent saldosundan da görünür ki, Cavabdeh 432 manat borcu var. 28.12.2019-cu il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən məlum olur ki, 20.12.2019-cu il tarixli ******* saylı akta əsasən Cavabdeh 4320 m3 (və ya 432 manat) ziyan hesablanmışdır. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında 28.12.2019-cu il tarixli ******* saylı, aktın surətindən məlum olur ki, İddiaçı İB-nin nümayəndələri tərəfindən istehlakçı Cavabdeh mənzilinə quraşdırılmış qaz sayğacına baxış keçirilən zaman, sayğacdan kənar qanunsuz birləşmə aşkarlanmışdır. «Qaz təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinə, «Enerji resurslarının istifadəsi haqqında» Azərbaycan Respublikası Qanununun 29-cu maddəsinə əsasən enerji resurslarından istifadəyə görə ödənişlərin müddətinin pozulmasına yol verən hüquqi və fiziki şəxslər Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsində göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinin tələbinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən olundu ki, Cavabdeh yaşadığı evə qaz sayğacı quraşdırıldıqdan sonra, o, təbii qazdan qanunsuz qoşulmaqla kənar xətt vasitəsilə istifadə etmiş, qanunsuz qoşulmaya dair akt tərtib edilməklə cəmi 432 manat ziyan- borc hesablanmışdır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 20-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı və qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlama hüququna malikdir. Həmin Qanunun 21.1-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı qaz qurğularının və ya qazla bağlı fəaliyyətlərin tələblərə cavab vermədiyini, onun əhali, ətraf mühit və əmlak üçün təhlükə törətdiyini müəyyən etdikdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, 12.05.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 6.5-ci maddəsinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Məhkəmə kollegiyası qeyd edilənləri nəzərə alaraq iddia tələbinin təmin olunması məsələsinə qiymət verərək belə qənaətə gəlir ki, birinçi instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki sayğacdan kənar qanunsuz xətt vasitəsilə qoşulma halında itirilmiş qazın dəyəri hesablanarkən həddin artıq yüksək məbləğ müəyyən edilmişdir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, iddia qismən təmin edilməli, müqavilənin 3.3- cü və 3.4-cü bəndləri nəzərə alınmaqla həmin məbləğ azaldılmalı 216 AZN həddində müəyyən edilməlidir. Belə ki, iddiaçı itirilmiş qazın həcminin müəyyən edərkən nəyə əsasən hesabat müddətini 90 gün müəyyən etdiyini əsaslandıra bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı istifadəçinin sayğacdan kənar xətt çəkilməsi yolu ilə təbii qazdan qeyri-qanuni istifadə etməsinə görə tərtib edilmiş akt əsasında itirilmiş qazın bərpasına görə zərərin yaranmasını iddia etsə də, iş üzrə halların məhkəmədə tədqiq olunması zamanı cavabdehin tələb edilən məbləğdə borcunun yaranmasına dair əsaslı və mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Buna görə iddiaçı tərəfindən iddiada qeyd edilən hallar sübuta yetirilmədiyindən həmin hallar üzrə hesablanmış zərər də tam həcmdə cavabdehdən tutula bilməz. Buna görə iddiaçı tərəfindən iddiada qeyd edilən hallar sübuta yetirilmədiyindən həmin hallar üzrə hesablanmış zərər də tam həcmdə cavabdehdən tutula bilməz. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını tam və hərtərəfli araşdırmış, iddia tələbini qismən təmin etməklə maddi və prosesual hüquq normalarının tətbiqində səhvə yol verməyərək mülki iş üzrə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə görə hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Həmin Məcəllənin 560.3 və 560.3.5.2.-ci maddələrinə görə istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Birinci instansiya məhkəməsi iş üzrə sübutlara Azərbaycan Respublikasının MPMnin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası MPM-nin 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər və ya qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara hüquqi qiymət verib belə nəticəyə gəlir ki, Ağdaş Rayon Məhkəməsinin 04 noyabr 2020-ci il tarixli, 2(014)-1366/2020 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 404-408-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: İddiaçı nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Ağdaş Rayon Məhkəməsinin 04 noyabr 2020-ci il tarixli, 2(014)-1366/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar