Məhkəmə qərarları › İş №2(107)-1068/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1068/2020

16.06.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1068/2020 16.06.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hаkimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Hüseynov Elçin Şirin oğlundan ibаrət tərkibdə, Tağıyev Babək Vaqif oğlunun katibliyi ilə, Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli2(051)-109/2020 nömrəli qətnaməsindən İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş аpelyаsiyа şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Mingəçevir Şəhər Məhkəməsinin (hakim Məhburə Kərimova) xx xxxxxx 2020-ci il tаrixli2(051)-109/2020 nömrəli qətnaməsi ilə İddiaçı ASC-nin cavabdehlər “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə və Cavabdeh2 qarşı zərərin ödənilməsi tələbinə dair iddiası təmin edilməmişdir. İşin halları İddiaçı ASC cavabdehlər “xxxx” MMC-yə və Cavabdeh2 qarşı zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət etmişdir. Birinci instansiya məhkəməsinin baxışı zamanı iddiaçının nümayəndəsi X6 iddianı müdafiə edərək izahatında bildirmişdir ki, İddiaçı ASC ilə cavabdeh “xxxx” MMC arasında bağlanmış xx.xx.2007-ci il tarixli 90 saylı kredit müqaviləsinə əsasən bank 5 il müddətinə 7% hesablamaq şərti ilə 150.000 manat məbləğində kredit verməyi, MMC isə kredit müqaviləsinə əsasən krediti və kredit üzrə hesablanacaq faizləri vaxtında ödəməyi öhdələrinə götürmüşlər. Həmin kredit müqaviləsinin təminatı üçün İddiaçı ASC ilə “xxxx” MMC arasında xx.xx.2017-ci il tarixdə mülkiyyətində olan “Avadanlığa dair Girov müqaviləsi” bağlanmışdır. Bundan əlavə göstərilən kredit müqaviləsinin təminatı üçün İddiaçı ASC ilə Cavabdeh2 mərhum həyat yoldaşı X7 arasında xx.xx.2017-ci il tarixdə sonuncunun mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 0.06 ha həyətyanı torpaq sahəsinə və Mingəçevir şəhəri Y.Muradov küçəsi ev 27 ünvanda yerləşən ümumi sahəsi 42.40 kv.m olan yaşayış sahəsinə dair ipoteka müqaviləsi bağlanmışdır. Bundan başqa kredit müqaviləsinin təminatı olaraq İddiaçı ASC ilə X11 arasında ünvan 3 ünvanda yerləşən ümumi sahəsi 45.64 kv.m yaşayış sahəsinə dair ipoteka müqaviləsi bağlanmşdır. Cavabdeh “xxxx” MMC 150.000 manat məbləğində krediti götürsə də bir hissəsini ödəmiş, qalan hissəsini isə ödəməmişdir. Ona görə də bank cavabdehlər “xxxx” MMC, X11 və X4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-15/2016 nömrəli, xx.xx.2016-cı il tarixli qətnaməsi ilə iddia təmin olunmamışdır. Birinci instansiya məhkəməsinin iclasında cavabdehlər bildirmişlər ki, həmin vəsait “xxxx” MMC-yə verilməmişdir. Məhkəmə də İddiaçı ASC iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair sübutlarıİddiaçı ASC ilə “xxxx” MMC arasında xx.xx.2007-ci il tarixli 90 saylı kredit müqaviləsi üzrə ödəniş qəbzini, xx.xx.2013-cü il tarixədək olan cari, ssuda, faiz, cərimə hesabları göstərməklə cari hesabdan çıxarışı məhkəməyə təqdim etmədiyinə görə iddianı təmin etməmişdir. Məhkəmə hesab etmişdir ki, İddiaçı ASC tərəfindən “xxxx” MMC-yə xx.xx.2007-ci il tarixli 90 saylı kredit müqaviləsi üzrə kredit verilməsi, ümumiyyətlə müqavilədə nəzərdə tutulan kreditin tam və yaxud qismən verilməsi, kimə verilməsi, həqiqətən kredit müqaviləsi üzrə ödənilmiş 73.977 manat 15 qəpik məbləğinə borcun qalması öz təsdiqini tapmır. Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının qətnaməsi ilə Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-15/2016 saylı xx.xx.2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bank müvafiq orqanlara və Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinə müraciət edəndən sonra aşağıda qeyd olunan itirilmiş sənədləri əldə etmişdir. 1.“xxxx” MMC-nin direktoru və baş mühasibinin xx.xx.2007-ci il tarixli 103016 №li AĞİ seriyalı Kassa mədaxil orderinin qəbzi ilə “İddiaçı ASC-dən alınmış 119387 manat məbləğində pulun MMC-nin kassasına mədaxil edilməsinə dair imzaladıqları sənəd. 2.“xxxx” MMC-nin direktoru və baş mühasibinin xx.xx.2007-ci il tarixli 103015 №li AĞİ seriyalı Kassa mədaxil orderinin qəbzi ilə “İddiaçı ASC-dən alınmış 29852 manat məbləğində pulun MMC-nin kassasına mədaxil edilməsinə dair imzaladıqları sənəd. 3.“xxxx” MMC-nin möhürü və ştampı ilə təsdiq edilən xx.xx.2007ci il tarixli 6 saylı məktubla İddiaçı ASC-nin Mingəçevir şəhər filialının müdirinə təqdim edilən arayış. Arayışda Sahibkarlığa Köməklik Milli Fondunun xətti ilə xx xxx 2007-ci il tarixdə 150 000 manat kredit alınmasını, vəsaitdən 119387 manatı xx.xx.2007-ci il tarixdə nağd olaraq alındığı və həmin tarixli 103015 saylı kassa mədaxil orderi ilə müəssisənin xəzinəsinə mədaxil edildiyi, kreditin qalan məbləğinin 29852 manat xx.xx.2007-ci il tarixdə nağd olaraq alındığı və həmin tarixli 103016 saylı kassa mədaxil orderi ilə Cəmiyyətinin xəzinəsinə mədaxil edildiyi göstərilməklə yanaşı, göstərilən vəsaitin haralara xərclənməsi və sərf olunması qeyd olunmuşdur. Cavabdeh “xxxx” MMC Azərbaycan Respulikası İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə 150 000 manat məbləğində kredit götürmüş və həmin kredit üzrə sənədlərin əslinin yoxa çıxması nəticəsində krediti götürmədikləri barədə yanlış məlumat verməklə banka zərər vurmuşlar. Hesab etmişdir ki, cavabdeh “xxxx” MMC 150 000 manat məbləğində banka vurduğu zərərin ödəmədiyi hissəsini qaytarmalıdır. İddianın təmin olunmasını, cavabdehlər “xxxx” MMC və Cavabdeh2 74.000 manat məbləğində zərərin ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh2 birinci instansiya məhkəməsinin iclasında iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, “xxxx” MMC-nin direktoru, onun əri X7 olmuşdur. Əri E.Əliyev 2009-cu ilin iyul ayında vəfat etmişdir. Ərinin direktor olduğu MMC-nin İddiaçı ASC-dən kredit götürməsindən onun məlumatı olmamışdır. Ərinin ölümündən az bir müddət sonra “xxxx” MMC fəaliyyətini davam etdirə bilməmiş, ləğv olunmuşdur. MMC-nin hər hansı bir əmlakı qalmamışdır. 2016-cı ildə bank “xxxx” MMC-yə və digərlərinə qarşı kredit borcunun tutulması, tutulmanın ipoteka predmetlərinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Lakin kredit pulunun MMC-yə verilməsini təsdiq edən sübut olmadığına görə bankın iddiası təmin olunmamışdır. Kredit pulunun “xxxx” MMC-yə verilməsi təsdiq edilmədiyi halda bank ondan və “xxxx” MMC-dən dəymiş zərərin ödənilməsini tələb edir. Halbuki qeyd etdiyi kimi “xxxx” MMC ləğv olunmuş, MMC-nin hər hansı bir əmlakı qalmamışdır. Onun isə “xxxx” MMC-nin İddiaçı ASC-dən kredit götürməsindən məlumatı yoxdur və bununla bağlı o, bank qarşısında hər hansı bir öhdəlik götürməmişdir. İddia əsassız olduğuna görə təmin olunmamasını xahiş etmişdir. İş üzrə Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli2(051)-109/2020 nömrəli qətnaməsi qəbul edilmişdir. İddiaçı ASC həmin qətnamədən apelyasiya şikayəti vermişdir. Apelyasiya şikayətinin dəlilləri Apelyasiya şikayəti belə əsaslandırılmışdır ki, İddiaçı ASC-nin Mingəçevir filialı ilə cavabdeh “xxxx” MMC arasında 5 il müddətinə 7% hesablamaq şərti ilə 150.000 manat məbləğində AR İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə kredit verilməsinə dair xx.xx.2007-ci il tarixdə 90 saylı kredit müqaviləsi bağlanmışdır. Eyni zamanda həmin kreditin təminatı üçün İddiaçı ASC-nin Mingəçevir filialı ilə “xxxx” MMC arasında xx.xx.2007-ci il tarixdə Girov və İpoteka Müqavilələri bağlanmışdır.Cavabdeh “xxxx” MMC götürdüyü kreditin bir hissəsini ödəsə də, banka olan 74.000 manat məbləğində borcunu ödəməmişdir.Ona görədə İddiaçı ASC-nin cavabdehlər “xxxx” MMCyə X8, X5 qarşı “kredit borcu və ona hesablanmış faiz borcunun ödənilməsi, tələbin girovpredmetinə yönəldilməsi və sair ” tələblərə dair və üçüncü şəxs X9 cavabdehlər İddiaçı ASC-yə, “xxxx ” MMC-yə və X8 qarşı “İpoteka müqaviləsinin etibarsız hesab edilməsi, ipotekanın dövlət qeydiyyatının və DƏDRX-də yüklülüyün ləğv edilməsi” tələbinə dair iddia ərizələri ilə məhkəməyə müraciət etmişlər. Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-15/2016 nömrəli xx.xx.2016-cı il tarixli qətnaməsi ilə iddiaçı kredit müqaviləsi üzrə ödəniş qəbzini, borcun kassadan nağd şəkildə alınmasını təsdiq edən ciddi hesabat sənədin, cari hesabdan çıxarışın, kredit müqaviləsi üzrə ödənilmiş 73977.15 manat məbləğində borcun qalmasını təsdiq edən sənədi məhkəməyə təqdim etmədiyinə görə iddia ərizəsi təmin edilməmiş, eyni zamanda üçüncü şəxs X3 “İpoteka müqaviləsinin etibarsız hesab edilməsi, ipotekanın dövlət qeydiyyatının və DƏDRX-də yüklülüyün ləğv edilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməmişdir.Həmin sübutlar bank tərəfindən itirildiyinə görə təqdim edilməsi mümkün olmamış və bundan istifadə edən cavabdeh “xxxx” MMC və digərləri bildirmişlər ki, guya həmin kredit borcunu ümumiyyətlə bankdan götürməmişlər.Lakin həmin vəsait AR İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə verildiyindən göstərilən fonda müraciət olunaraq kredit borcunun cavabdeh “xxxx” MMC tərəfindən götürülməsinə dair aşağıda qeyd olunan tutarlı sübutların əsli əldə edilmişdir.“xxxx” MMC-nin direktoru və baş mühasibinin xx xxxx 2007-ci il tarixli 103016 nömrəli AĞİ seriyalı Kassa mədaxil orderinin qəbzi ilə İddiaçı ASC-dən alınmış 119387(bir yüz on doqquz min üç yüz səksən yeddi)manat məbləğində pulun MMC-nin kassasına mədaxil edilməsinə dair imzaladıqları sənəd. “xxxx” MMC-nin direktoru və baş mühasibinin xx xxxx 2007-ci il tarixli 103015 nömrəli AĞİ seriyalı Kassa mədaxil orderinin qəbzi ilə İddiaçı ASC-dən alınmış 29852(iyirmi doqquz min səkkiz yüz əlli iki)manat məbləğində pulun MMC-nin kassasına mədaxil edilməsinə dair imzaladıqları sənəd.“xxxx” MMC-nin möhürü və ştampı ilə təsdiq edilən xx.xx.2007-ci il tarixli 6 saylı məktubla İddiaçı ASC-nin Mingəçevir filialının müdirinə təqdim edilən Arayış. Orada “xxxx” MMC Sahibkarlığa Köməklik Milli Fondunun xətti ilə xx xxx 2007-ci il tarixdə 150.000 manat kredit alınması, vəsaitdən 119387 manatı xx xxxx 2007-ci il tarixdə nağd olaraq alındığı və həmin tarixli 103015 saylı kassa mədaxil orderi ilə müəssisənin xəzinəsinə mədaxil edildiyi, kreditin qalan məbləğinin 29852 manatın xx xxxx 2007-ci il tarixdə nağd olaraq alındığı və həmin tarixli 103016 saylı kassa mədaxil orderi ilə cəmiyyətin xəzinəsinə mədaxil edildiyi göstərilməklə yanaşı, göstərilən vəsaitin haralara xərclənməsi və sərf olunması qeyd olunmuşdur.Həmin sənədlərdən göründüyü kimi cavabdeh “xxxx” MMC AR İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə 150.000 manat məbləğində kredit götürmüş və həmin kredit üzrə sənədlərin əslinin yoxa çıxması nəticəsində yanlış olaraq kredit borcunu götürmədiklərini bildirmişlər.Banka zərər vurulduğuna görə həmin sübutların surətlərini iddia ərizəsinə əlavə edərək, əslləri isə məhkəmə iclasında təqdim olunsada məhkəmə, qanunsuz və əsassız nəticəyə gələrək, guya iddiaçı bankın ona zərər vurulmasını mötəbər sübutlarla təsdiq edə bilmədiyini göstərmişdir.Bütün bunlarla yanaşı qeyd etmişlər ki, əvvəlki iş üzrə cavabdeh X1 Şəhər Məhkəməsinə xx.xx.2014-cü il tarixdə ərizə yazaraq bildirmişdir ki, mövcud kredit müqaviləsinə əsasən İddiaçı ASC-yə bu günə olan qalıq 73.977,15 manat borcu MMC-nin yeni direktoru və təsisçisi, eyni zamanda E.Əliyevin varisi Cavabdeh2 Ramiz qızı ödəməlidir. Ona görə də xahiş etmişdir ki, cavabdehlər sırasından çıxarılaraq mənzili yüklülükdən azad edilsin.Ona görə də Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli2(051)-109/2020 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia ərizəsinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən Cavabdeh2 apelyasiya şikayətinin təmin edilməməsini, Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli2(051)-109/2020 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq İddiaçı ASC və digər cavabdeh “xxxx” MMC nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası onların iştirakı olmadan apelyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Hüquq məsələləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilən: Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(051)-15/2016 nömrəli qətnaməsindən görünür ki, İddiaçı ASC-nin cavabdehlər “xxxx” MMC-yə, X8, X5 qarşı kredit borcu və ona hesablanmış faiz borcunun ödənilməsi, tələbin girov predmetinə yönəldilməsi, girov əmlakların açıq hərracda satılması, əmlaklar satıldıqdan sonra ən geci bir ay ərzində boşaldılması, mənzildən çıxarılmaları, borcun satılmış əmlak nəticəsində əldə edilmiş vəsait hesabına ödənilməsi tələbinə dair iddiası sübutların- İddiaçı ASC ilə “xxxx” MMC arasında bağlanmış 90 saylı xx.xx.2007-ci il tarixli kredit müqaviləsi üzrə ödəniş qəbzini, borcun kassadan nağd şəkildə alınmasını təsdiq edən ciddi hesabat sənədin, cari hesabdan çıxarışın, kredit müqaviləsi üzrə ödənilməmiş 73977.15 manat məbləğində borcun qalmasını təsdiq edən sənədin məhkəməyə təqdim edilməməsi əsası ilə təmin olunmamışdır. Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2017-ci il tarixli 2(107)- 284/2017 nömrəli qətnaməsindən görünür ki, İddiaçı ASC tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(051)- 15/2016 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə kollegiyasının sorğusuna əsasən, 11 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, məlumat uçot bazasına əsasən, “xxxx” MMC hüquqi şəxs kimi qeydiyyatdadır. “xxxx” MMC-nin fəaliyyəti təqdim etdiyi arayışa əsasən xx.xx.2018-ci il tarixdən dayandırılmışdır. Məhkəmə kоllegiyаsı iş materiallarını apelyasiya şikayətinin dəlilləri ilə əlaqəli şəkildə araşdıraraq bu qənаətə gəldi ki, birinci instаnsiyа məhkəməsi mübаhisəni düzgün həll etmişdir. Məhkəmə kollegiyası tərəfindən iş materiallarının tədqiqi, tərəflərin məhkəmə kollegiyasının iclasında verdikləri izahatlardan müəyyən edildi ki, iddiaçı cavabdehlər “xxxx” MMC və Cavabdeh2 qızndan 74.000 manat məbləğində zərərin ödənilməsini tələb etmiş və iddiasını “xxxx” MMC ilə aralarında bağlanmış 90 nömrəli xx.xx.2007-ci il tarixli kredit müqaviləsi əsasında 150.000 manat məbləğində kredit verilməsi, ancaq cavabdehin kredit borcunu qaytarmaması ilə əsaslandırmışdır. Lakin iş materiallarına əlavə olunmuş, qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrindən görünür ki, İddiaçı ASC tərəfindən “xxxx” MMC-yə 90 saylı xx.xx.2007-ci il tarixli kredit müqaviləsi üzrə kredit verilməsi, hansı məbləğdə kredit verilməsi, 73997,15 manat kredit borcunun qalması sübut edilməmiş, bu əsasdan da bankın iddiası təmin olunmamışdır. Kreditin verilməsi, hansı məbləğdə kredit verilməsi sübut olunmadığı halda, kredit borcunun olması, həmin borcun qaytarılmamasına görə dəymiş zərərin hansı əsasla hesablanması isə müəyyən edilməmişdir. İşin həmin halı ilə bağlı birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, cavabdehlər tərəfindən iddiaçıya zərər vurulması mötəbər sübutlarla təsdiq olunmadığına görə iddia təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -21.1-ci maddəsində göstərilir ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. -21.2-ci maddəsində qeyd edilmişdir ki, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. - 21.3-cü maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. -1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). -1097.1-ci maddəsində göstərilmişdir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 2002-ci il tarixli Qərarına əsasən, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məcəllənin 21.2-ci maddəsində müəyyən edilir ki, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adı mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə, bu maddədə nəzərdə tutulmuş zərər real zərər və əldən çıxmış faydadan ibarətdir. Göstərilənlərdən görünür ki, Məcəllənin 21-ci maddəsi şəxsin hüquqlarının pozulması nəticəsində yaranan maddi zərərin ödənilməsinin ümumi qaydaları kimi qəbul oluna bilər. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarının 4-cü bəndində qeyd olunmuşdur ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və izdirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə ifadə oluna bilər. Azərbaycan Respublikası Konsitutsiya Məhkəməsinin xx xxx 2002-ci il tarixli qərarına əsasən, AR MM-nin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Məhkəmə kollegiyası işin hallarını yuxarıda sadalanan qanunvericilik normaları ilə əlaqəli şəkildə araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq belə nəticəyə gəlmişdir ki, cavabdehlər tərəfindən iddiaçıya zərər vurulması mötəbər sübutlarla təsdiq olunmadığına görə iddia təmin olunmamalıdır. Məhkəmə kollegiyası mülki mübahisə üzrə birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır. Azərbaycan Respublikasının MPM-in: - 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 384.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyаsı hesab edir ki, birinci instansiya məhkəməsi maddi hüquq normalarını və ya prosessual hüquq normalarını pozmamış, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmışdır, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyətli hallar sübut edilmişdir və məhkəmənin qərarında göstərilmiş nəticələri işin hallarına uyğun gəlir. Ona görə də məhkəmə kollegiyаsı apelyasiya şikayətinin dəlillərini birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün yetərli hesab etmir və bu nəticəyə gəlir ki, MPM-in 384.0.1-ci mаddəsinə əsasən аpelyаsiyа şikayəti təmin edilməməli və Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli2(051)-109/2020 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılmаlıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 384, 392, 393, 402- 406-cı mаddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş аpelyаsiyа şikayəti təmin edilməsin. Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli2(051)-109/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilərlər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar