Məhkəmə qərarları › İş №2(107)-1069/2024

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1069/2024

29.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1069/2024 29.08.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), X2 və X3 ibarət tərkibdə, məhkəmə iclasının katibi X1 iştirakı ilə, Balakən Rayon Məhkəməsinin 23 iyul 2024-cü il tarixli, 2(019)-138/2024 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Şəki Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh 10000 (on min) manat borcun, 120 (bir yüz iyirmi) manat ödənilmiş dövlət rüsumunun, 0,4 (qırx qəpik) manat xidmət haqqının alınaraq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Balakən Rayon Məhkəməsinin 05 fevral 2024-cü il tarixli e-2(019)-138/2024 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi,Cavabdeh 10.000 (on min) manat borc pulun və 120 (bir yüz iyirmi) manat ödənilmiş dövlət rüsumu xərcinin alınıb İddiaçı xeyrinə ödənməsi qət edilmişdir. Cavabdeh Əliyev X5 Rayon Məhkəməsinin e-2(019)-138/2024 nömrəli mülki iş üzrə xx.xx.2024-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək Balakən Rayon Məhkəməsinin e-2(019)-138/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsinin tamamilə ləğv olunması və iddiaçının iddiasının təmin olunmaması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir . Balakən Rayon Məhkəməsinin 12 iyul 2024-cü il tarixli, 2(019)-138/2024 saylı qərardadı ilə Cavabdeh Balakən Rayon Məhkəməsinin 05 fevral 2024-cü il tarixli e-2(019)- 138/2024 nömrəli mülki iş üzrə qətnaməsindən verdiyi apellyasiya şikayəti, apellyasiya şikayəti verilmə müddəti ötürülməklə verildiyindən geri qaytarılmışdır. Cavabdeh Əliyev X5 Rayon Məhkəməsinin 12 iyul 2024-cü il tarixli e-2(019)- 138/2024 nömrəli qərardadından şikayət verərək Balakən Rayon Məhkəməsinin 12 iyul 2024-cü il tarixli e-2(019)-138/2024 nömrəli qərardadının tamamilə ləğv edilməsi, Balakən Rayon Məhkəməsinin 05 fevral 2024-cü il tarixli e2(019)-138/2024 nömrəli qətnaməsindən verilmiş apellyasiya şikayətinin baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Balakən Rayon Məhkəməsinin 23 iyul 2024-cü il tarixli e-2(019)-138/2024 saylı qərardadı ilə şikayət təmin edilmiş, Balakən Rayon Məhkəməsinin 12 iyul 2024-cü il tarixli e-2(019)-138/2024 nömrəli qərardadının ləğv edilməsi, Cavabdeh Balakən Rayon Məhkəməsinin 05 fevral 2024-cü il tarixli e-2(019)-138/2024 nömrəli qətnaməsindən verdiyi apellyasiya şikayəti mülki iş materialları ilə birlikdə baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İddiaçı nümayəndəsi-vəkili Nümayəndə vasitəsi ilə Balakən Rayon Məhkəməsinin 23 iyul 2024-cü il tarixli e-2(019)-138/2024 nömrəli qərardadından şikayət verərək Balakən Rayon Məhkəməsinin 23 iyul 2024-cü il tarixli e-2(019)-138/2024 saylı qərardadının ləğv edilməsi, Cavabdeh Balakən Rayon Məhkəməsinin 05 fevral 2024-cü il tarixli e-2(019)- 138/2024 nömrəli mülki iş üzrə qətnaməsindən verdiyi apellyasiya şikayəti , apellyasiya şikayəti verilmə müddəti ötürülməklə verildiyindən geri qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi-vəkili Nümayəndə vasitəsi ilə verdiyi şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisələndirilən qərardad qəbul edilərkən prosessual hüquq normalarının tələbi pozulduğundan, prosessual hüquq norması mübahisəyə düzgün tətbiq edilmədiyindən iddiaçı tərəf məhkəmənin qərardadından şikayət vermək məcburiyyətində qalmışdır. Belə ki, mülki iş materiallarından göründüyü kimi, birinci instansiya məhkəməsi hər cür vasitədən istifadə etməklə prosesin gedişatı və yekun nəticəsi barədə cavabdeh tərəfi məlumatlandırmaq üçün zəruri tədbirlər görmüş, hətta cavabdehin yaxın qohumu olan qardaşının yaşadığı ünvana belə yekun məhkəmə aktını təqdim etmişdir. Birinci məhkəmə bildirişi cavabdehin qeydiyyatda olduğu ünvana rəsmi olaraq təqdim edilmiş, sonrakı məhkəmə sənədləri “bu ünvanda yaşamır” qeydi ilə geri qaytarılmışdır.Sonradan cavabdehin yaşayış ünvanı dəyişdiyi halda,o,bu barədə məhkəməyə məlumat verməli olduğu halda məlumat verməmişdir. Cavabdeh şikayətində ünvan 1 ünvanında yaşadığını iddia edir ki, məhkəməyə qətnaməsinin surətini almaq üçün təqdim etdiyi ərizəsində yaşadığı ünvanı ünvan 2 həmin ünvana çatdırıldıqdan sonra qərardaddan şikayət vermişdir. Bundan başqa, icra sənədi icraya yönəldikdən sonra Balakən Rayon İcra və Probasiya Şöbəsi tərəfindən icra sənədinin icrası ilə bağlı görülmüş tədbirlərə dair sənədlər cavabdehin qeydiyyatda olduğu Balakən şəhəri, Nəriman Nərimanov küçəsi, ev 50 ünvana göndərilmiş, həmin sənədlər cavabdeh tərəfindən qəbul edilmişdir. Məcburi icra tədbirlərinin tədbiq edilməsi üçün icra məmuru cavabdehin ünvanına xx.xx.2024-cü il tarixdə baxış keçirən zaman cavabdeh yaşadığı ünvanı ünvan 4 cavabdehin və ailə üzvlərinin iştirakı ilə müvafiq akt tərtib edilmişdir. Bununla yanaşı, birinci instansiya məhkəməsi tərəfindən məhkəmə qətnaməsi cavabdehin ailə üzvləri, o cümlədən Balakən Rayon polis Şöbəsində işləyən qardaşı X8 ilə birlikdə yaşadığı Balakən şəhəri, Azadlıq küçəsi, ev 50 A ünvanına göndərilmiş, məhkəmə sənədi 13 fevral 2024-cü il tarixdə “Əliyev” tərəfindən qəbul edilmişdir.Göründüyü kimi,prosessual qanunvericiliyin tələbləri baxımından məhkəmə qətnaməsi cavabdehə, habelə onun ailə üzvlərinə rəsmi olaraq təqdim olunmuş, icra sənədinin icrası ilə bağlı icra məmuru tərəfindən cavabdehin izahatı alınmış, xx.xx.2024- cü il tarixdə cavabdehin yaşadığı ünvan kimi təqdim etdiyi ünvana onun iştirakı ilə baxış keçirilmişdir. Cavabdeh qətnamədən məlumatsız olacağı halda, ən geci xx.xx.2024-cü il tarixdə qətnamənin təqdim olunması ilə bağlı məhkəməyə müraciət etməli olduğu halda bunu etməmiş, axtarış yolu ilə Balakən rayonu İcra və Probasiya Şöbəsinə gətirildiyindən onu gözləyəcək inzibati məsuliyyətdən yaxa qurtarmaq məqsədilə xx.xx.2024-cü il tarixdə bu barədə məhkəməyə ərizə təqdim etmişdir. Eyni zamanda, cavabdeh 13 fevral 2024-cü il tarixdə ona təqdim edilmiş məhkəmə qətnaməsini qəbul edən “Əliyev” adlı şəxsin özü və imzanın özünə aid olmamasını təsdiq edən sübutu, rabitə orqanının rəsmi məlumatını məhkəməyə təqdim edə bilməmiş, sifarişli poçt xəbərnaməsində məhkəmə sənədinin şəxsən cavabdeh tərəfindən qəbul edilməsi öz əksini tapmışdır. İşin faktiki halları və prosessual normaların tələbləri müqayisəli şəkildə təhlil edildikdə görünür ki, birinci instansiya məhkəməsi tərəfindən sadalanan prosessual hüquq normalarının tələbləri pozulmuşdur. Balakən Rayon Məhkəməsinin 5 avqust 2024-cü il tarixli, 2(019)-138/2024 saylı qərardadı ilə İddiaçı şikayət əsassız olduğundan təmin edilməməsi, Balakən Rayon Məhkəməsinin 23 iyul 2024-cü il tarixli, e-2(019)-138/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanması, Balakən Rayon Məhkəməsinin 23 iyul 2024-cü il tarixli, e- 2(019)-138/2024 nömrəli qərardadından İddiaçı nümayəndəsi-vəkili Nümayəndə vasitəsi ilə verdiyi şikayət mülki iş materialları ilə birlikdə baxılması üçün Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Apellyasiya instansiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını əlaqəli şəkildə araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, iş üzrə Balakən Rayon Məhkəməsinin 23 iyul 2024-cü il tarixli, 2(019)-138/2024 saylı qərardadı ləğv edilməli və şikayətə yenidən baxılması üçün mülki işin materialları Balakən Rayon Məhkəməsinə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi qərardadını onunla əsaslandırmışdır ki, Balakən Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(019)-138/2024 nömrəli qətnaməsi sifarişli xəbərnaməli poçt vasitəsi ilə Cavabdeh, Balakən şəhəri, Azadlıq küçəsi, ev 50 A ünvanına göndərilmişdir. Məhkəmə sənədi 13 fevral 2024-cü il tarixdə “Əliyev” tərəfindən qəbul edilmişdir. Cavabdeh 21 iyun 2024-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edib, məhkəmə qərarından məlumatının olmamasını göstərərək məhkəmə qətnaməsinin ona təqdim olunmasını xahiş etmişdir. Məhkəmə qətnaməsi təkrarən 27 iyun 2024-cü il tarixdə Fuad Əlievə təqdim edilmişdir. Cavabdeh məhkəmənin sözügedən qətnaməsindən verdiyi apellyasiya şikayəti 09 iyul 2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Məhkəmənin 12 iyul 2024-cü il tarixli e-2(019)-138/2024 nömrəli qərardadı ilə apelyasiya şikayəti müddətin keçməsi əsası ilə geri qaytarılmışdır. Cavabdeh Əliyev X5 Rayon Məhkəməsinin 12 iyul 2024-cü il tarixli e-2(019)-138/2024 nömrəli qərardadından şikayət verərək qərardadın tamamilə ləğv edilməsi, Balakən Rayon Məhkəməsinin 5 fevral 2024-cü il tarixli e-2(019)- 138/2024 nömrəli qətnaməsindən verilmiş apellyasiya şikayətininin baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, ünvan 5 ünvanında yaşayır. ünvan 6ur. Şikayətin bu dəlili ilə bağlı məhkəmə qeyd edir ki, iddia ərizəsində Cavabdeh ünvanı ünvan 7 surəti və məhkəmə bildirişi 02 noyabr 2023-cü il tarixdə sifarişli-xəbərnaməli poçt vasitəsi ilə həmin ünvana göndərilmişdir. 04 iyul 2023-cü il tarixdə məhkəmə sənədi Əliyev tərəfindən qəbul edilmişdir. İş üzrə məhkəmə baxışı təyin edilmiş və məhkəmə bildirişi yenidən həmin ünvana göndərilmişdir. Bu dəfə poçt göndərişi “bu ünvanda yaşamır” əsası ilə geri qaytarılmışdır. Bu səbəbdən məhkəmə bildirişinin cavabdehə təqdim edilməsi üçün məhkəmə bildirişi Balakən Rayon İH başçısının şəhər üzrə nümayəndəsinə göndərilmişdir.Balakən Rayon İH başçısının şəhər üzrə nümayəndəsinin 21 dekabr 2023cü il tarixli 387 nömrəli cavab məktubunda Cavabdeh ünvan 8 ünvanda qeydiyyatda olduğu, dəfələrlə əlaqə saxlanmasına baxmayaraq məktubun ona verilməsinin mümkün olmaması qeyd edilmişdir. Bundan sonra cavabdehin istifadəsində olan ***-***-**-** mobil nömrəsinə SMS göndərilmiş və işə mahiyyəti üzrə baxılmışdır.Cavabdeh Əliyev X5 şəhəri, Səməd Vurğun küçəsi 50 saylı ünvanda olmadığından, onun ailə üzvüləri, o cümlədən Balakən Rayon polis Şöbəsində işləyən qardaşı X8 ilə birlikdə yaşadığı Balakən şəhəri, Azadlıq küçəsi, ev 50 A ünvanına göndərilmişdir. Məhkəmə sənədi 13 fevral 2024-cü il tarixdə “Əliyev” tərəfindən qəbul edilmişdir. X9 şəhəri, Azadlıq küçəsi, ev31 ünvanında yaşadığını bildirsə də,məhkəməyə qətnamənin surətini almaq üçün təqdim etdiyi ərizəsində Balakən şəhəri, Nəriman Nərimanov küçəsi, ev 50 ünvanında yaşadığını göstərmişdir. Balakən Rayon İcra və Probasiya Şöbəsi tərəfindən X4 iştirakı ilə tərtib edilmiş 06.05 2024-cü il tarixli aktda Cavabdeh Balakən şəhəri, Azadlıq küçəsi, ev 27-də yaşadığı, həmin evə baxış keçirildiyi qeyd edilmişdir. Məhkəmə, Cavabdeh müxtəlif ünvanlarda yaşamasını, onun Vətən müharibəsi veteranı olmasını, Balakən Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(019)-138/2024 nömrəli qətnaməsinin 13 fevral 2024-cü il tarixdə Cavabdeh tərəfindən alınmasının təsdiq olunmamasını nəzərə alaraq hesab edir ki, şikayət təmin edilməli, Balakən Rayon Məhkəməsinin 12 iyul 2024-cü il tarixli e-2(019)- 138/2024 nömrəli qərardadı ləğv edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 135.1-ci maddəsinə əsasən, bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. Həmin Məcəllənin 135.3-cü maddəsinə əsasən, məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. Həmin Məcəllənin 146-cı maddəsinə əsasən, məhkəmədə iştirak edən şəxslər və nümayəndələr iş üzrə icraat zamanı öz ünvanlarını dəyişdirmələri barədə məhkəməyə məlumat verməlidirlər. Belə məlumat olmadıqda, məhkəmə bildirişləri məhkəməyə məlum olan axırıncı ünvana çatdırılır və çağırılan şəxs artıq həmin ünvanda yaşamasa da, məhkəmə bildirişi rəsmi qaydada verilmiş hesab edilir. Belə ki, birinci instansiya məhkəməsinin aktlarını işdə iştirak edən şəxslərə rəsmi qaydada verilməlidir. Məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. Məhkəmədə iştirak edən şəxslər və nümayəndələr iş üzrə icraat zamanı öz ünvanlarını dəyişdirmələri barədə məhkəməyə məlumat verməlidirlər. Belə məlumat olmadıqda, məhkəmə sənədi olan məhkəmə bildirişləri məhkəməyə məlum olan axırıncı ünvana çatdırılır və çağırılan şəxs artıq həmin ünvanda yaşamasa da, məhkəmə bildirişi rəsmi qaydada verilmiş hesab edilir. Məhkəmə tərkibi qeyd edir ki, birinci instansiya məhkəməsi hər cür vasitədən istifadə etməklə prosesin gedişatı və yekun nəticəsi barədə cavabdeh tərəfi məlumatlandırmaq üçün zəruri tədbirlər görmüş, hətta cavabdehin yaxın qohumu olan qardaşının yaşadığı ünvana belə yekun məhkəmə aktını təqdim etmişdir. Birinci məhkəmə bildirişi cavabdehin qeydiyyatda olduğu ünvana rəsmi olaraq təqdim edilmiş, sonrakı məhkəmə sənədləri “bu ünvanda yaşamır” qeydi ilə geri qaytarılmışdır. Sonradan cavabdehin yaşayış ünvanı dəyişdiyi halda, o, bu barədə məhkəməyə məlumat verməli olduğu halda məlumat verməmişdir. Cavabdeh şikayətində ünvan 1 ünvanında yaşadığını iddia edir ki, məhkəməyə qətnaməsinin surətini almaq üçün təqdim etdiyi ərizəsində yaşadığı ünvanı ünvan 2 həmin ünvana çatdırıldıqdan sonra qərardaddan şikayət vermişdir. Bundan başqa, icra sənədi icraya yönəldikdən sonra Balakən Rayon İcra və Probasiya Şöbəsi tərəfindən icra sənədinin icrası ilə bağlı görülmüş tədbirlərə dair sənədər cavabdehin qeydiyyatda olduğu Balakən şəhəri, Nəriman Nərimanov küçəsi, ev 50 ünvana göndərilmiş, həmin sənədlər cavabdeh tərəfindən qəbul edilmişdir. Məcburi icra tədbirlərinin tədbiq edilməsi üçün icra məmuru cavabdehin ünvanına xx.xx.2024-cü il tarixdə baxış keçirən zaman cavabdeh yaşadığı ünvanı ünvan 4 cavabdehin və ailə üzvlərinin iştirakı ilə müvafiq akt tərtib edilmişdir. Bununla yanaşı, birinci instansiya məhkəməsi tərəfindən məhkəmə qətnaməsi cavabdehin ailə üzvləri, o cümlədən Balakən Rayon polis Şöbəsində işləyən qardaşı X8 ilə birlikdə yaşadığı Balakən şəhəri, Azadlıq küçəsi, ev 50 A ünvanına göndərilmiş, məhkəmə sənədi 13 fevral 2024-cü il tarixdə “Əliyev” tərəfindən qəbul edilmişdir. İşin faktiki halları və prosessual normaların tələbləri müqayisəli şəkildə təhlil edildikdə görünür ki, birinci instansiya məhkəməsi tərəfindən sadalanan prosessual hüquq normalarının tələbləri pozulmuşdur. Ona görə də kollegiya hesab edir ki, Balakən Rayon Məhkəməsinin 23 iyul 2024-cü il tarixli, 2(019)-138/2024 saylı qərardadı ləğv edilməli, yeni qərardad qəbul edilməli və mülki iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Balakən Rayon Məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2-ci maddəsinə görə, qərardaddan verilmiş şikayətə baxan apellyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib, işi birinci instansiya məhkəməsinə göndərmək səlahiyyəti vardır. Həmin Məcəllənin 399-cu maddəsinə görə, birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Azərbaycan Respublikası MPM-nin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. 402.3. Birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Göründüyü kimi hazırkı qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 400, 403- 407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Balakən Rayon Məhkəməsinin 23 iyul 2024-cü il tarixli, 2(019)-138/2024 saylı qərardadı ləğv edilsin. Yeni qərardad qəbul edilsin. Mülki iş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki işin materialları Balakən Rayon Məhkəməsinə qaytarılsın. Qərardad qəbul еdildiyi аndаn qüvvəyə minir. Qərаrdаddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar