Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-107/2024 14.05.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “cavabdehlər Cavabdeh1 və Cavabdeh2 8900 (səkkiz min doqquz yüz) manat borc pul və 109 (bir yüz doqquz) manat dövlət rüsumu tələbi” nə dair mülki iş üzrə (Açar sözlər: Pul tələbi, sübutetmə yükü, ekspertiza tədqiqatı, iddia müddəti) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X5 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, Vaqifli Fərid Azər oğlunun katibliyi ilə, İddiaçı, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “cavabdehlər Cavabdeh1 və Cavabdeh2 8900 (səkkiz min doqquz yüz) manat borc pul və 109 (bir yüz doqquz) manat dövlət rüsumu” tələbinə dair mülki iş üzrə Qax Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli, 2(024)-448/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 8900 (səkkiz min doqquz yüz) manat borc pul və 109 (bir yüz doqquz) manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 2019-cu ilin iyun ayında 6700 (altı min yeddi yüz) manat, sonradan 2021-ci ilin avqust ayında 2200 (iki min iki yüz) manat borc pul vermişdir. Sonuncu verdiyi pulu 24 saatlıq almışlar. Hələ də cavabdehlər aldıqları heç bir məbləği qaytarmamışlar.
3. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, əvvəldən tanıdığı Eldəniz Şabanov ona zəng edərək probleminin olduğunu və pul lazım olduğunu dedi. Eldəniz dəfələrlə ondan borc pul almış və tez qaytarmışdır. Bir müddətdən sonra yenə Eldəniz ona zəng etdi və pula ehtiyacı olduğunu və Cavabdeh1 onun yanına göndərdiyini demişdir. Cavabdeh1 bu minvalla ondan 4400 (dörd min dörd yüz) manat pul alaraq Eldəniz Şabanova lazım olduğunu demişdir. İki aydan sonra Eldəniz ona 1000 (bir min) manat vermiş, qalan 4400 (dörd min dörd yüz) manatı soruşduqda “pul mənlik deyil” demişdir. Baba bu pulu Eldənizin adından istifadə edib ondan almış və Füzuli rayon sakini olan Əbülfəz adlı bir şəxsə vermişdir ki, özünə Bakıda Neft daşlarında iş düzəldəcək. Bir müddətdən sonra Baba və Solmaz onun evinə gələrək 2300 (iki min üç yüz) manat pul lazım olduğunu və banka ödəyib yenidən kredit götürüb 6700 (altı min yeddi yüz) manat borcu qaytaracaqlarını bildirmişlər. O da borc olması barədə qəbz yazıb təsdiq etdikdən sonra pulu verə biləcəyini demişdir. Cavabdehlər qəbz yazıb təsdiq etdikdən sonra Solmaza ona görə pul verdiyini demişdir. Bir müddətdən sonra Solmaza zəng edərək borcunu tələb etdikdə Solmaz bankdan pul almaq üçün evin sənədlərini düzəltdirdiklərini bildirmişdir. Ona məlum olmuşdur ki, cavabdehlər ondan alan pulu Etibar adlı şəxsin oğluna vermiş və onun adına bankdan pul götürmüşlər. Bir müddət sonra Solmaz onun ərinin yanına gələrək onlara kredit almalarına köməklik etməsini xahiş etmişdir. Əri Şəki şəhərində yerləşən “Bank of Baku”-ya müraciət etmiş, lakin kredit ala bilməmişlər. 2021-ci ilin avqust ayında Cavabdeh1 onun yanına gələrək işinin düzəldiyini, bankdan evi girov qoyub 25000 (iyirmi beş min) manat pul alacağını deyərək 24 saatlıq 2200 (iki min iki yüz) manat borc pul verməsini xahiş etmişlər. Babaya verdiyi həmin 2200 (iki min iki yüz) manat pul 12 nəfərnən oynayan lotareya pul idi. Göstərdiklərini nəzərə alaraq məhkəmədən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 8900 (səkkiz min doqquz yüz) manat borc pul və 109 (bir yüz doqquz) manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı birinci instansiya məhkəməsinin məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir.
5. Cavabdeh2 birinci instansiya məhkəməsinin məhkəmə iclasında izahat verərək göstərmişdir ki, İddiaçı 2019-cu ildə müxtəlif vaxtlarda qızıl girov qoyaraq 500 (beş yüz) manat, 700 (yeddi yüz) manat və 800 (səkkiz yüz) manat borc pul almış, həmin pulları faizi ilə birlikdə geri qaytarmışdır. Hazırda onun iddiaçıya borcu yoxdur. Həmçinin iddiaçı iddia müddətini ötürmüşdür. Məhkəmədən iddia müddəti tətbiq edilməklə iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddia tələbinin 2200 (iki min iki yüz) manata dair hissəsi ilə bağlı qeyd edir ki, həmin 2200 (iki min iki yüz) manat məbləği İddiaçı ona yox oğlu Cavabdeh1 vermişdir.
6. Əvvəlki məhkəmə iclasında Cavabdeh1 izahatında göstərmişdir ki, 2019-cu ildə işə düzəlmək üçün İddiaçı 1700 (bir min yeddi yüz) manat borc pul almışdır. İddiaçı 1700 (bir min yeddi yüz) manatı qaytarmışdır. İddiaçı ondan tələb etdiyi pul ondan 2019-cu ildə aldığı 1700 (bir min yeddi yüz) manat pulun faizləridir. Tələbin həmin hissəsi ilə bağlı iddiaçı iddia müddətini ötürmüşdür. Məhkəmədən iddia müddəti tətbiq edilməklə tələbin 6700 (altı min yeddi yüz) manata dair hissəsinin rədd edilməsini xahiş etmişdir. İddiaçının tələb etdiyi 2200 (iki min iki yüz) manat pulu isə iddiaçıdan anası Solmaz yox, özü almışdır. İddianı qismən 2200 manata dair hissədə qəbul etmişdir.
7. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilmiş, Cavabdeh1 əvvəlki məhkəmə iclaslarına gəlməsinə baxmayaraq sonuncu iclasa gəlməmiş, gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
8. Məhkəmə işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə uyğun olaraq Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
9. Qax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(024)-448/2023 nömrəli qətnaməsi ilə, iddianın qismən təmin edilməsi, cavabdehlər X3 2200 (iki min iki yüz) manat pul və 42 (qırx iki) manat dövlət rüsumunun alınaraq İddiaçı verilməsi, iddianın qalan hissəsinin iddia müddəti tətbiq edilməklə rədd edilməsi qət edilmişdir.
10. Birinci intansiya məhkəməsi müəyyən etmişdir ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 2019-cu ilin iyun ayında İddiaçı 6700 (altı min yeddi yüz) manat pul almış, 5-6 ay ərzində, yəni 2019-cu ilin sonunda həmin pulu geri qaytarması barədə öz üzərinə öhdəlik götürmüşlər. 2021-ci ildə isə Cavabdeh1 iddiaçıdan 2200 (iki min iki yüz) manat borc pul almışlar. Lakin Cavabdeh1 vədini yerinə yetirməmişdir. Hazırda cavabdehlər məhkəməyə iddia müddətinin tətbiqi ilə bağlı ərizə təqdim edərək tələbin 6700 (altı min yeddi yüz) manata dair hissəsi ilə bağlı iddia müddəti tətbiq edilməklə rədd edilməsini xahiş edirlər.
11. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 İddiaçı aldığı 6700 manat pulu 2019-cu ilin sonunda qaytaracağını vəd etdikləri üçün, iddiaçının hüquqlarının pozulduğunu bildiyi vaxt 2019-cu ilin dekabr ayı hesab edilir. Ona görə də, yaranmış borcun qaytarılması ilə əlaqədar iş üzrə iddia müddəti ötürülmüşdür. Belə ki, hazırki mübahisəyə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edildiyindən iddia müddətinin axımı 2019-cu ilin dekabr ayında başlamış və 2022-ci ilin dekabr ayında başa çatmışdır. İddiaçı isə cavabdehlərə qarşı iddianı xx.xx.2023-cü ildə yəni iddia müddəti başa çatdıqdan təxminən 5 ay sonra qaldırmışdır. Eyni zamanda iddiaçı məhkəmə baxışında iddia tələbinin 6700 (altı min yeddi yüz) manata dair hissəsi ilə bağlı məhkəməyə sübut təqdim etməmişdir.
12. İddia tələbinin 2200 (iki min iki yüz) manata dair hissəsi ilə bağlı məhkəmə qeyd etmişdir ki, tələbin həmin hissəsi Cavabdeh1 etirafedici izahatı ilə sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, İddiaçı tələbin 2200 (iki min iki yüz) manata dair hissəsində haqlıdır. İddia tələbi qismən sübuta yetirldiyi üçün məhkəmə hesab edir ki, Cavabdeh1 42 (qırx iki) manat dövlət rüsumu alınaraq iddiaçıya verilməlidir.
13. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 372.1, 372.2, 373.2, 375.1, 375.2, 377.2-ci maddələri, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 dekabr 2001-ci il tarixli qərarı, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 03 iyun 2013-cü il tarixli qərarı, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarı, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi” haqqında Avropa Konvensiyasının 6-cı maddəsi, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 77.1, 217.4, 218.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
14. Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti vermişdir.
15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işin hallarını hərtərəfli və obyektiv araşdırmamış, maddi və prosessual hüquq normalarını pozmuş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, iş üçün əhəmiyyətli olan bütün halları aydınlaşdırmamışdır.
16. Çünki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki: cavabdehlər Cavabdeh2 və Cavabdeh1 2019-cu ilin iyun ayında İddiaçı 6700 (altı min yeddi yüz) manat pul almış, 5-6 ay ərzində, yəni 2019-cu ilin sonunda həmin pulu geri qaytarması barədə öz üzərinə öhdəlik götürmüşlər. 2021-ci ildə isə Cavabdeh1 iddiaçıdan 2200 (iki min iki yüz) manat borc pul almış, lakin Cavabdeh1 vədini yerinə yetirməmişdir.
17. Məhkəmə mübahisələndirdiyi xx.xx.2023-cü il tarixli qətnamənin nəticə hissəsində cavabdehlərdən pulun alınmasını göstərsə də, cavabdeh olaraq yalnız Cavabdeh1 adını göstərmiş, digər cavadbehin adını qeyd etməmişdir. Bunun səbəbi kimi də digər cavadbeh Cavabdeh2 məhkəməyə təqdim etdiyi iddia müddətinin tətbiq edilməsi barədə ərizə olmuşdur ki, məhkəmə həmin ərizəyə səhv qiymət vermiş, iş üzrə məhkəməyə təqdim edilən 2 ədəd qəbzlərin birini əsas kimi qəbul etmiş, 6700 manat pulun qaytarılması barədə Cavabdeh1 və Cavabdeh2 son dəfə 2200 manat pulun ondan alınması zamanı imzaladıqları-yəni 2200 manatın qaytarılmasının zəmanəti kimi həmin vaxt ona imzalayıb verdikləri 6720 manat pulun qaytarılması barədə qəbzi nəzərə almamışdır. Həmin qəbzdə də cavabdehlər tərəfindən imza edilsə də, tarix qoyulmamışdır. Məhkəmə isə bu qəbzi 2019-cu ilin iyun ayında imzalanmış qəbz kimi qəbul edərək iddia müddəti tətbiq etmişdir. (İddia müddətinin tətbiqi barədə ərizədə də cavabdeh tərəfindən ərizəyə tarix qoyulmamlışdır).
18. Yuxarıda qeyd edilənlərdən də məlum olduğu kimi iddiaçı tərəfindən cavabdehlərə müxtəlif vaxtlarda pul verilmiş, hər dəfəsində də əvvəlki alınan pulun qaytarılması vədi verilmişdir ki, bu vədlər 2200 manat pulun alınması tarixədək davam etmişdir. Bununla da məlum olur ki, axıcı müddət kəsilməmiş, cavabdehlərdən alınan borc mütəmadi olaraq tələb edilmiş, cavabdehlər də bunu öz ifadələrində pulu az-az qaytarmaqla etiraf etmişlər. Hesab edir ki, Qax rayon məhkəməsinin iş üzrə iddia müddətinin tətbiq etməsi qanunsuzdur.
19. Qax Rayon Məhkəməsi işə düzgün baxmamış, sübutları düzgün qiymətləndirməmiş, cavabdehləri müdafiə etməklə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı deyildir, tərəflidir.
20. Məhkəmə 6700 manat pulun qaytarılmasına dair cavabdehlərin birlikdə imzaladıqları qəbzi 2019-cu ildə verilən qəbz kimi qiymət vermiş, həmin qəbzin 2200 manat borcun qaytarılması üçün cavabdehlər tərəfindən 2200 manat borcun alınması zamanı verilən qəbz kimi qiymətləndirməmişdir. Qeyd edilən qəbzdə tarixin olmaması bunun sübutudur. Tarix yoxdur ki, məhkəmə iddia müddəti tətbiq edir.
21. İşə baxan birinci instansiya məhkəməsi işin faktiki hallarını nəzərə almadan qanunsuz qətnamə çıxarmışdır. Belə ki, cavabdehlərin mütəmadi olaraq ondan borca pul aldıqları, həmin borc pulların da qaytarılmasını son olaraq 2200 manat pulu aldıqları zaman imzaladıqları xx.xx.2023-cü il tarixədək qaytarılma sözü verdiklərini diqqətə almamışdır. Məhkəmənin nəticə hissəsində pulu alıan cavabdehlərdən yalnız Cavabdeh1 adının olması, qəbzlərdə isə həm Cavabdeh1, həm də Cavabdeh2 olması birinci instansiya məhkəməsinin işə düzgün baxmamasının sübutudur ki, pulu 2 nəfər almış, qətnamədə isə 1 nəfərdən pul tələb edilmişdir.
22. Odur ki, Qax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(024)-448/2023 saylı qətnaməsinin iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməsi və iddia tələbinin həmin hissədə də (tam şəkildə-8900 manat pulun cavabdehlərdən alınması) təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
23. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları
24. İddiaçı məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsi, Qax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(024)-448/2023 nömrəli qətnaməsinin iddianın təmin edilməyən hissəsində ləğv edilərək iddianın həmin hissədə də təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. O, həmçinin izahatında cavabdehlərin ondan 2019-cu ilin iyun-iyul aylarında 4400 manat və 2300 manat olmaqla iki dəfəyə cəmi 6700 manat pulu borc olaraq aldıqlarını, buna dair cavabdehlərin əlyazma yazdıqlarını və aldıqları borcu 10 gün müddətində qaytaracaqlarına söz verdiklərini göstərmişdir. Cavabdehlərin aldıqları növbəti 2200 manat borca dair isə Cavabdeh1 tərəfindən 2200 manat borcun alınmasına dair əlyazma qəbzin yazıldığını, cavabdehlər tərəfindən ondan götürülmüş borcun heç bir hissəsinin geri qaytarılmaması səbəbli məhkəmədə iddia qaldırıldığını göstərmişdir.
25. Cavabdeh1 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Qax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(024)-448/2023 nömrəli qətnaməsinin dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş etmişdir. O, həmçinin izahatında mülki işin 6-cı vərəqəsində olan “Mən Yetər xalaya iyulun axırında 6720 manat verəcəm” cümləsində qeyd olunan yazıların onun tərəfindən icra edildiyini, oradakı imzaların ona və anasına aid olduğunu, buna baxmayaraq həmin əlyazmadakı rəqəmlərin onun tərəfindən icra edilmədiyini, lakin oradakı ilk rəqəmin, yəni 6 rəqəminin onun yazısına oxşadığını, ilk rəqəm, yəni 6 rəqəmi onun tərəfindən yazılmışdırsa onda həmin əlyazmadakı rəqəmlər ya 672, ya da 612 olmuşlar. Ona görə ki, o və anası Cavabdeh2 iddiaçıdan 6720, yaxud 6120 manat borc almamışlar. O, iddiaçıdan cəmi 3 dəfə, yəni anası ilə birlikdə imzaladıqları əlyazma üzrə 600 manat, həmin əlyazmada qeyd ediləndən əlavə olaraq 2019-cu ilin iyun-iyul aylarında şifahi qaydada razılıq üzrə 1700 manat, həmçinin əlavə olaraq 1800 manat borc almışdır. İddiaçıdan aldığı 1800 manat borcla bağlı özü ayrıca əlyazma yazaraq həmin əlyazmada iddiaçıdan 2200 manat borc aldığını, 2024-cü ilin may ayından sonra həmin borcu az-az ödəməyə başlayacağını göstərmişdir. İddiaçıdan aldığı, anası ilə birlikdə imzalanmış əlyazmada göstərilən borcu və iddiaçıdan şifahi qaydada 2019-cu ildə aldığı 1700 manat borcu iddiaçıya qaytarmışdır. Yəni o, iddiaçıdan götürdüyü 1700 manata iddiaçı faiz də hesablayaraq, güya ona 4400 manat borc verdiyini göstərmişdir. Özünün ayrıca əlyazmada yazdığı 2200 manat borcunu isə iddiaçıya qaytaracaqdır.
26. Cavabdeh2 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Qax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(024)-448/2023 nömrəli qətnaməsinin dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş etmişdir. O, həmçinin izahatında mülki işin 6-cı vərəqəsində olan “Mən Yetər xalaya iyulun axırında 6720 manat verəcəm” cümləsində qeyd olunan yazıların sonundakı imzalardan birinin ona aid olduğunu, buna baxmayaraq həmin əlyazmadakı rəqəmlərin onun tərəfindən icra edilmədiyini göstərmişdir.
Tətbiq edilən hüquq
27. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin; 372-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 373.2-ci maddəsinin tələblərinə görə müqavilə tələbləri üzrə iddia müddəti üç il təşkil edir. 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 375.2-ci maddəsinə görə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1-ci maddəsinə əsaasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 740-cı maddəsinə əsasən borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.
28. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə uyğun olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci, 217.2-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
29. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “R.Salamovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2007-ci il tarixli Qərarında məhkəmə göstərmişdir ki, iddia müddətləri mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühüm əhəmiyyət daşıyan institutlarından biridir. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında bu institutun əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir.
30. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 03 iyun 2013-cü il tarixli Qərarına əsasən kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir.
31. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 07 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyrimüəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir.
32. "Avşar Türkiyəyə qarşı” iş üzrə qərarında Avropa Məhkəməsi göstərir ki, sübutları qiymətləndirən zaman məhkəmə "əsaslı şübhə yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər.
33. “X4rşı” iş üzrə qərarında Avropa Məhkəməsi göstərir ki, yalnız elmi cəhətdən əsaslandırılmış və məhkəmənin suallarına cavab verən rəy ədalətin gücünə inam yarada və məhkəmənin fəaliyyətinə kömək edə bilər.
Apellyasiya baxışının hədləri
34. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
35. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyildir və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
36. Apellyator Qax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(024)-448/2023 nömrəli qətnaməsini qismən mübahisələndirərərək, qətnamənin iddianın təmin edilməyən hissəsində ləğv edilməsi və iddia tələbinin həmin hissədə də təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etsə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normalarına riayət edilməsini apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
37. Ona görə də kollegiya birinci instansiya məhkəməsinin qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
38. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə nəzərə almamışdır.
39. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
40. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 2019-cu ilin iyun-iyul aylarında İddiaçı əlyazmaya imza etməklə 672 manat, həmçinin Cavabdeh1 2019-cu ilin iyun-iyul aylarında şifahi razılıq üzrə 1700 manat, 2021-ci ilin avqust ayında isə 2200 manat pulu əlyazmanı imzalamaqla borc almışlar. Cavabdeh1 tərəfindən yazılmış əlyazmada 2021-ci ilin avqust ayında İddiaçı aldığı 2200 manatı 2024-cü ilin may ayının sonunda az-az ödəməyə başlayacağı göstərilsə də həmin əlyazma İddiaçı tərəfindən imzalanmamış və İddiaçı izahatında cavabdehin həmin məbləği 24 saat müddətində qaytaracağını öhdəsinə götürdüyünü göstərmişdir. İddiaçının cavabdehlərə 4400 və 2300 manat vəsaitin cəmi olaraq 6720 manatı borc olaraq verməsini təsdiq edən sübut kimi təqdim etdiyi əlyazmadakı rəqəmlərdən yalnız ilkin 6 rəqəminin ekspertiza tədqiqatı ilə cavabdehlərdən Cavabdeh1 tərəfindən icra edilməsi, digər rəqəmlərin cavabdehlər tərəfindən icra edilməməsi müəyyən edilmişdir.
41. Birinci instansiya məhkəməsi isə iddanı qismən təmin edərkən gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 İddiaçı aldığı 6700 manat pulu 2019-cu ilin sonunda qaytaracağını vəd etdikləri üçün, iddiaçının hüquqlarının pozulduğunu bildiyi vaxt 2019-cu ilin dekabr ayı hesab edilir. Ona görə də iş üzrə iddia müddəti ötürülmüşdür. İddiaçı cavabdehlərə qarşı iddianı xx.xx.2023-cü ildə yəni iddia müddəti başa çatdıqdan təxminən 5 ay sonra qaldırmışdır. Eyni zamanda iddiaçı məhkəmə baxışında iddia tələbinin 6700 (altı min yeddi yüz) manata dair hissəsi ilə bağlı məhkəməyə sübut təqdim etməmişdir. İddia tələbinin 2200 (iki min iki yüz) manata dair hissəsi ilə bağlı məhkəmə qeyd etmişdir ki, tələbin həmin hissəsi Cavabdeh1 etirafedici izahatı ilə sübuta yetirilmişdir. Məhkəmə hesab etmişdir ki, İddiaçı tələbin 2200 manata dair hissəsində haqlıdır.
42. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisə mahiyyəti üzrə həll edilərkən iddia müddəti ilə bağlı ümumi normalara istinad edilsə də iddia tələbinin qanuni əsası olan maddi hüquq normalarına istinad edilməməklə səhvə yol verilmişdir. Belə ki, tərəflərin arasında yaranan münasibətlər borcla bağlı öhdəlik münasibətləridir.
43. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, mübahisəni yuxarıda qeyd edilən qaydada həll etməkdə doğru nəticəyə gəlməmiş, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Buna görə də Qax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(024)-448/2023 nömrəli qətnaməsi ləğv edilməklə iş üzrə yeni qətnamə qəbul edilməlidir.
44. MPM-in 385-387-ci maddələrində birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsaslar nəzərdə tutulmuş və bu əsaslar sırasında maddi və ya prosessual hüquq normalarının pozulması və yaxud düzgün tətbiq edilməməsi də təsbit olunmuşdur.
45. MPM-in 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.
46. Kollegiya apellyasiya şikayətinin məhkəmənin cavabdehlərin ona imzalayıb verdikləri 6720 manat pulun qaytarılması barədə qəbzi nəzərə almaması, həmin qəbzdə cavabdehlər tərəfindən imza edilsə də, tarixin qoyulmaması, məhkəmənin bu qəbzi 2019-cu ilin iyun ayında imzalanmış qəbz kimi qəbul edərək iddia müddəti tətbiq etməsi, Qax rayon məhkəməsinin iş üzrə iddia müddətini tətbiq etməsinin qanunsuz olmasına dair dəlilləri ilə qismən razılaşaraq qeyd edir ki, 6720 manat pulun qaytarılması barədə qəbzdə tarix qoyulmasa da həmin qəbzdə Yetər xalaya pulun iyul ayının axırında qaytarılacağı qeyd edilmişdir. Məhkəmə kollegiaysının iclasında dəqiqləşdirilmə aparıldıqda isə İddiaçı cavabdehlər tərəfindən ondan 4400 və 2300 manat olmaqla cəmi 6700 manat pul vəsaitinin 2019-cu ilin iyun-iyul aylarında alındığını, cavabdehlərin həmin vəsaiti aldıqları vaxtdan 10 gün müddətində qaytaracaqları barədə üzərlərinə öhdəlik götürdüklərini göstərmişdir. Məhkəmə kollegiyasının iclasında verdikləri izahatlarında Cavabdeh1 həmin qəbzdəki rəqəmlərdən yalnız 6 rəqəminin onun yazısına oxşamasını digər rəqəmlərin onun tərəfindən icra edilmədiyini, Cavabdeh2 isə həmin qəbzdəki rəqəmlərdən heç birinin onun tərəfindən icra edilmədiyini göstərdiklərindən mülki işin obyektiv, hərtərəfli və tam araşdırılması məqsədilə kollegiyanın xx.xx.2023-cü il tarixli qərardadı ilə məhkəmə-xəttşünaslıq, 05 mart 2024cü il tarixli qərardadı ilə isə məhkəmə-xəttşünaslıq və təkrar məhkəmə-xəttşünaslıq ekspertizaları təyin edilmişdir.
47. İş materiallarında olan məhkəmə-xəttşünaslıq və təkrar məhkəmə-xəttşünaslıq ekspertizasının 24 aprel 2024-cü il tarixli, 4/478-5/401 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, mülki işin 6-cı və 54-cü vərəqələrində olan “Mən Yetər xalaya iyulun axırında 6720 manat verəcəm Solmaz” yazıları ilə bitən qəbzin əsli və kserosurətində “...6720...” rəqəmindəki “6” rəqəmi- Cavabdeh1 tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, mülki işin 6-cı və 54-cü vərəqələrində olan “Mən Yetər xalaya iyulun axırında 6720 manat verəcəm Solmaz” yazıları ilə bitən qəbzin əsli və kserosurətində “...6720...” rəqəmindəki “20” rəqəminin Cavabdeh1 tərəfindən, Cavabdeh2 tərəfindən və ya başqa şəxs tərəfindən icra olunub-olunmamasını tədqiqat prosesinin 2-ci hissəsində göstərilən səbəblərə görə müəyyən etmək mümkün olmamışdır. (Tədqiqat prosesinin 2-ci hissəsində göstərilmişdir ki, tədqiq olunan rəqəmləri, Ekspertizaya təqdim edilmiş, mülki işin 6-cı və 54-cü vərəqələrində olan “Mən Yetər xalaya iyulun axırında 6720 manat verəcəm Solmaz” yazıları ilə bitən qəbzin əsli və kserosurətində “...6720...” rəqəmindəki “20” rəqəmlərindən ibarət olub, göy rəngli rəngləyici maddə ilə icra olunmuşdur. Tədqiq olunan rəqəmləri Cavabdeh1, Cavabdeh2 rəqəm nümunələri ilə müqayisə etdikdə məlum oldu ki, tədqiq olunan rəqəmlərdə qrafik materialın azlığı, cizgilərin sadəliyi, həm uyğunlaşdırıcı, həm də fərqləndirici əlamətlərin olması, tədqiq oluna ”20” rəqəmlərini özündə eyniləşdirmə üçün zəruri olan informativ əlamət saxlamadığından müqayisəedici tədqiqat zamanı imkan vermir ki, müəyyən bir qəti (müsbət və ya mənfi) rəyə gəlmək üçün zəruri olan eyniləşdirici əlamətlər külliyatını seçib ayırmaq mümkün olsun.)
48. Ekspertizaya təqdim edilmiş, mülki işin 6-cı və 54-cü vərəqələrində olan “Mən Yetər xalaya iyulun axırında 6720 manat verəcəm Solmaz” yazıları ilə bitən qəbzin əsli və kserosurətində “...6720...” rəqəmindəki “7” rəqəmi tədqiqat prosesinin 3-cü hissəsində göstərilən səbəblərə görə tədqiqat üçün yararsız olduğundan, Azərbaycan Respublikası Məhkəmə X1 Qanununun 12-ci maddəsinə əsasən bildirilir ki, həmin rəqəmin Cavabdeh1 tərəfindən, Cavabdeh2 tərəfindən və ya başqa şəxs tərəfindən icra olunub-olunmamasını tədqiqat prosesinin 3-cü hissəsində göstərilən səbəblərə görə müəyyən etmək mümkün olmamışdır.
49. Beləliklə məhkəmə-xəttşünaslıq ekspertizasının 24 aprel 2024-cü il tarixli, 4/478- 5/401 nömrəli rəyi ilə “Mən Yetər xalaya iyulun axırında 6720 manat verəcəm Solmaz” yazıları ilə bitən qəbzdəki 6720 manat rəqəmlərindən yalnız 6 rəqəminin Cavabdeh1 tərəfindən icra edildiyi, həmin əlyazmadakı digər rəqəmlərin isə cavabdehlərdən heç biri tərəfindən icra edilmədiyi müəyyən edilmişdir.
50. Məhkəmə kollegiyası məhkəmə-xəttşünaslıq ekspertizasının 06 fevral 2024-cü il tarixli, 4/2102-5/1787-5/1790 saylı rəyi ilə razılaşmasa da qeyd edir ki, məhkəməxəttşünaslıq və təkrar məhkəmə-xəttşünaslıq ekspertizasının 24 aprel 2024-cü il tarixli, 4/478-5/401 nömrəli rəyi nəzərdən keçirilərkən müəyyən olunur ki, həmin rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir, iddiaçı bununla bağlı sübutlar təqdim etməmişdir. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş məhkəməxəttşünaslıq və təkrar məhkəmə-xəttşünaslıq ekspertizasının 24 aprel 2024-cü il tarixli, 4/478-5/401 nömrəli rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.
51. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, “Mən Yetər xalaya iyulun axırında 6720 manat verəcəm Solmaz” yazıları ilə bitən qəbz əslində iddiaçının cavabdehlərə 672 manat borc verməsini təsdiq edən sənəd olaraq qəbul edilməlidir.
52. Kollegiya qeyd edir ki, həmçinin iş materiallarında olan iddia müddətinin tətbiqinə dair ərizədən görünür ki, həmin ərizə cavabdehlərdən yalnız Cavabdeh2 tərəfindən imzalanmışdır. Lakin iş materiallarından Cavabdeh1 tərəfindən iddia müddətinin tətbiqinə dair ərizə ilə müraciət etməsi halı müəyyən edilməmişdir. Bu baxımdan işə baxan birinci instansiya məhkəməsi Cavabdeh1 qarşı qaldırılmış hissədə iddia tələbinə iddia müddətini tətbiq etməkdə yanlış mövqedən çıxış etmişdir.
53. Məhkəmə kollegiyası hesab edir ki, “Mən Yetər xalaya iyulun axırında 6720 manat verəcəm Solmaz” yazıları ilə bitən qəbzdə ekspertiza tədqiqatı ilə yalnız 6 rəqəminin cavabdehlərdən Cavabdeh1 tərəfindən icra edilməsi, Cavabdeh1 tərəfindən həmin rəqəmlərin əslində 672 olmasının qəbul edilməsi, 6 rəqəmi istisna olmaqla əlyazmadakı rəqəmlərin məhz cavabdehlər tərəfindən icra edilməsinə, yəni həmin əlyazma üzrə cavabdehlərə daha yüksək məbləğdə borcun verilməsinə dair iddiaçı tərəfindən heç bir sübut təqdim edilməməsi, onun iddiaçı qarşısındakı borc öhdəliyi üzrə isə Cavabdeh2 tərəfindən iddia müddətinin tətbiqinə dair ərizənin verilməsi, 2200 manat pulun isə borc olaraq götürülməsinə dair sənədin yalnız Cavabdeh1 tərəfindən imzalanması, 2200 manat borcun qaytarılmasında Cavabdeh2 öhdəlik daşımalı olmasına dair isə iddiaçı tərəfindən əlavə bir sübutun təqdim edilməməsi nəzərə alaınaraq apellyasiya şikayətinin mübahisələndirdiyi qətnamənin nəticə hissəsində cavabdehlərdən pulun alınması göstərilsə də, cavabdeh olaraq yalnız Cavabdeh1 adının göstərilməsi, digər cavadbehin adının qeyd edilməməsinə dair dəlili əsaslı deyildir.
54. Məhkəmə kollegiyası iddia tələbi üzrə dəyərləndirmə apararaq qeyd edir ki, “Mən Yetər xalaya iyulun axırında 6720 manat verəcəm” əlyazmasının cavabdehlərdən Cavabdeh1 tərəfindən imzalanması, həmin əlyazmadakı borc məbləğinin 672 manat təşkil etməsinin qəbul edilməsi, Cavabdeh1 tərəfindən iddiaçıdan 2019-cu ildə şifahi razılıq üzrə 1700 manat borcun alınmasının etiraf edilməsi, həmçinin Cavabdeh1 2021ci ilin avqust ayında iddiaçıdan 2200 manat borcu almasına dair yazılı qəbz verməsi, aldığı 672 manat, 1700 manat və 2200 manat borclarının qaytarılmasına dair heç bir sübut təqdim edilməməsi nəzərə alınaraq, İddiaçı cəmi 4572 manat borcu Cavabdeh1 tələb etməkdə haqlıdır.
55. İddia tələbinin Cavabdeh2 borcun tutulmasına dair hissəsində məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh2 tərəfindən verilmiş iddia müddətinin tətbiqinə dair ərizəsinin müzakirəsindən öncə iddia tələbinin özünün əsaslılığı müəyyən edilməlidir.
56. Belə ki, L.İ. Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarına əsasən hər hansı bir mülki mübahisənin qanuni həlli baxımından iddia müddətlərinin axımının başlanğıcının müəyyənləşdirilməsi ilə yanaşı mübahisəyə aid bütün digər hallar da nəzərə alınmalıdır. İddia müddətinin tətbiqi qaydalarına riayət edilməsi üçün ilk növbədə nəzərə alınmalıdır ki, iddia etmək hüququ iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarından ibarətdir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. Bu hüququn həyata keçirilməsi hər hansı iddia müddətinin keçməsindən asılı deyil. Buna görə də, iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəməyə iddianı təqdim etmək mümkündür (MM-in 375.1-ci maddəsi). İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. İddia müddətinin keçməsi məhz bu mümkünlüyün qarşısını alır və məhkəmə tərəfindən iddiadan imtina edilməsinə əsas kimi götürülür (MM-in 375.2-ci maddəsi). İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. İddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə, məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir.
57. Cavabdehlərdən Cavabdeh2 birinci instansiya məhkəməsinin iclasında verdiyi izahatında iddiaçıdan 3 dəfəyə 500, 700 və 800 manat olmaqla cəmi 2000 manat borc aldığını, həmin borcu qaytardığını göstərmiş, borcun alınma tarixləri ilə bağlı məhkəmə kollegiyasında dəqiqləşdirilmə aparılarkən Cavabdeh2 həmin məbləğləri 2019-cu ilin may ayında iddiaçıdan borc olaraq aldığını noyabr ayında isə faizi ilə birlikdə 3000 manat pulu iddiaçıya qaytardığını göstərmişdir. İddiaçı isə isə birinci instansiya məhkəməsinə təqdim etdiyi iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizəsində cavabdehlərə 6700 manatı 2019-cu ilin iyun ayında verdiyini göstərmişdir. Beləliklə Cavabdeh2 tərəfindən 2019-cu ilin may ayında iddiaçıdan alındığını, lakin 2019-cu ilin noyabr ayında faizi ilə birlikdə iddiaçıya qaytardığını göstərdiyi məbləğ iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Həmçinin Cavabdeh2 2019-cu ilin may ayında iddiaçıdan aldığını göstərdiyi 500, 700 və 800 manat məbləğlər iddiaçının cavabdehlərdən tələb etdiyi məbləğlərlə eynilik təşkil etməmişlər.
58. Məhkəmə kollegiyası tərəfindən “Mən Yetər xalaya iyulun axırında 6720 manat verəcəm” əlyazmasında İddiaçı tərəfindən verilmiş borcun məbləğinin 672 manat təşkil etməsi, həmin əlyazmanın Cavabdeh1 ilə yanaşı Cavabdeh2 tərəfindən də imzalanması, beləliklə də Cavabdeh2 qarşı qaldırılmış iddia tələbinin yalnız 672 manatına dair hissəsi üzrə iddia müddəti tətbiq edilməklə iddia tələbi rədd edilməlidir. İddiaçı tərəfindən Cavabdeh2 tələb edilən 6700 manat borcun qalan hissəsinin Cavabdeh2 2019-cu ilin iyun ayında verilməsinə, 2200 manat vəsaiti isə 2021-ci ilin avqust ayında Cavabdeh1lə yanaşı Cavabdeh2 da borc olaraq verməsinə dair heç bir sübut təqdim edilmədiyindən iddia müddəti tətbiq edilməli olan 672 manat istisna olmaqla iddianın Cavabdeh2 qarşı qaldırılmış qalan hissəsi özü-özlüyündə əsassızdır. Belə ki, iddiaçı 672 manat istisna olmaqla qalan hissədə iddia ərizəsində göstərdiyi borc məbləğlərinin Cavabdeh2 verilməsinə dair məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir.
59. Nəzərə alınmalıdır ki, sübutetmə dedikdə, iddianın əsaslandığı hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib-verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. Bu baxımdan tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğu və ya olmadığı barədə məhkəmənin əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
60. Sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Bü cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər.
61. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərilmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir».
62. Şərh edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Qax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(024)-448/2023 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borc pul və dövlət rüsumu tələbinə dair iddiası qismən təmin edilməli, Cavabdeh1 4572 manat borc və həmin borc məbləğinə mütənasib olan 65,72 manat dövlət rüsumu alınaraq, İddiaçı verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.
63. İddianın qismən təmin edilməsi nəzərə alınaraq iş üzrə təyin edilmiş ekspertiza tədqiqatlarının cəmi dəyəri olan 400 manat ekspertiza xərcinin 200 manatı İddiaçı, 200 manatı isə Cavabdeh1 tutulub dövlət büdcəsinə (Az.MEM VÖEN **********, X2, Kod 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ**********00000039 44 SWİFT BİK CTREAZ22 hesaba) ödənilməlidir.
64. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Qax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(024)-448/2023 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borc pul və dövlət rüsumu tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh1 4572 manat borc və 65,72 manat dövlət rüsumu alınaraq, İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə təyin edilmiş ekspertiza tədqiqatlarının cəmi dəyəri olan 400 manat ekspertiza xərcinin 200 manatı İddiaçı, 200 manatı isə Cavabdeh1 tutulub dövlət büdcəsinə (Az.MEM VÖEN **********, X2, Kod 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ**********00000039 44 SWİFT BİK CTREAZ22 hesaba) ödənilsin. Qətnamədən, iddiaçı, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.