Məhkəmə qərarları › İş №2(107)-1073/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1073/2021

04.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1073/2021 04.06.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Quluzadə Rahul Teyyuf oğlunun katibliyi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı “FİNCA Azerbaijan” MM QBKT-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borc” tələbinə dair mülki iş üzrə Ucar Rayon Məhkəməsinin 09 mart 2021-ci il tаrixli qətnaməsindən iddiaçı “FİNCA Azerbaijan” MM QBKT tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apelyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq Müəyyən etdi: Ucar Rаyon Məhkəməsinin (hakim Hilal Xəlilov) 09 mart 2021-ci il tarixli 2(063)- 195/2021 saylı qətnaməsi ilə iddia iddiaçı “FİNCA Azerbaijan” X1-Bank Kredit Təşkilatının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borc tələbi barədə iddiasının təmin edilməməsi qət edilmişdir. İşin halları: İddiaçı cavabdehlərə qarşı borc tələbi barədə iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək cavabdehlərdən müştərək qaydada əsas borca görə 1712 manat, faiz borcuna görə 427 manat, cərimə borcuna görə 33.79 manat, cəmi 2172.79 manat məbləğində borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı “FİNCA Azerbaijan” MM QBKT tələb onunla əsaslandırılmışdır ki, iddiaçı ilə birinci cavabdeh arasında bağlanmış 11 iyun 2015-ci il tarixli, **********4851 saylı kredit müqaviləsinə əsasən şəxsə biznes məqsədləri və həyat səviyyəsinin yaxşılaşdırılması üçün illik 40 faiz dərəcəsi olmaqla 18 ay müddətinə 2200 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinə əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun hər ay 166 manat olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Həmçinin, kredit müqaviləsinə əsasən yaranmış öhdəliklərin icrasına təminat olaraq ikinci cavabdeh zamin qismində sözügedən kredit müqaviləsinin tərəfi olmuşdur. Kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən zamin, kredit alan tərəfindən müqavilə öhdəliklərinə hər hansı səbəbdən əməl edilmədiyi hallarda əsas borcu, həmin borca hesablanmış faiz, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri kredit verənə tam şəkildə ödəməyi öz öhdəsinə götürür. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən nəzərdə tutlmuşdur. Lakin birinci cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Beləliklə, 11 yanvar 2021-ci il tarixli maliyyə arayışına əsasən birinci cavabdehin əsas borc üzrə 1712 manat, faiz borcuna görə 427 manat, cərimə borcuna görə 33.79 manat, cəmi 2172.79 manat təşkil edir. Kredit müqaviləsinin 6.2-ci bəndinə əsasən kredit verən tərəfindən kreditin vaxtından əvvəl ödənilməsi haqqında tələbin verilməsindən sonra kredit alan 10 iş günü ərzində krediti və ona aid olan digər ödənişləri ödəmədikdə, kredit verən məhkəmə orqanlarına müraciət edəcəkdir. Lakin bu tələbin kredit alana təqdim edilməməsi kredit verənin dərhal və birbaşa məhkəməyə müraciət etmək hüququnu heç bir halda məhdudlaşdıra bilməz. Müqavilənin bu müddəası heç bir halda tərəflər arasında məhkəməyə qədər mübahisələrin həlli qaydasının razılaşdırılması kimi təfsir edilə bilməz. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məhkəmə bildirişi göndərilməsinə və təqdim edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş, iddiaçının nümayəndəsi məhkəməyə məktub göndərib məhkəmə prosesində nümayəndələrinin iştirak edə bilməyəcəyini nəzərə alaraq işə onların iştirakı olmadan baxıb qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən iddiaçının nümayəndəsinin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh1 birinci instansiya məhkəməsinin məhkəmə iclasında iddianı qəbul etmədiyini bildirmiş və izahatında göstərmişdir ki, iddiaçı 11 iyun 2015-ci ildə borcalan kimi onunla, habelə zamin kimi Cavabdeh2la kredit müqaviləsi bağlamışdır. Müqavilənin şərtlərinə görə ona 18 müddətinə 2200 manat kredit verilmişdir, 5 ay müddətinə qrafik üzrə borcunu ödəmiş, sonuncu dəfə 11 noyabr 2015-ci ildə 166 manat ödəniş etmiş, həmin vaxtdan sonra ailə və maddi vəziyyətinə görə borcu ödəməmişdir. Müqqavilənin müdəti başa çatmış, habelə həmin müddət başa çatdıqdan sonra 3 il müddətində borc tələb olunmamışdır, yalnız 2021-ci ilin yanvar ayının 15-də məhkəməyə müraciət olunmuşdur. İddiaçı qanunun tələbinə görə 3 il müddətində məhkəməyə müraciət etməli idi, lakin iddia müddəti buraxılmışdır, odur ki, iddia müddətini tətbiq edib iddianın rədd edilməsini xahiş etmişdir. Cavabdeh2 birinci instansiya məhkəməsinin məhkəmə iclasında iddianı qəbul etmədiyini bildirmiş və izahatında göstərmişdir ki, iddiaçı borcalan kimi Cavabdeh1 ilə və zamin kimi onunla 11 iyun 2015-ci ildə 18 ay müddətinə kredit müqaviləsi bağlamışdır, o də həmin müddət ərzində borcalana zamin olmuşdur. İddiaçı 2021-ci ilin yanvar ayında məhkəməyə müraciət etmiş və zamin kimi ona qarşı iddia qaldırmaq üçün müddəti buraxmışdır, odru ki, ona münasibətdə iddianın rədd edilməsini xahiş etmişdir. İşdə olan 11 iyun 2015-ci il tarixli, **********4851 nömrəli kredit müqaviləsindən görünür ki, iddiaçı ilə cavabdehlər arasında bağlanmış kredit müqaviləsinə əsasən borc verən-iddiaçı borc alana-birinci cavabdehə illik 40 faiz dərəcəsi ilə 18 ay müddətinə 2200 manat məbləğində kredit vermişdir, həmçinin, həmin müqavilə ilə ikinci cavabdeh zamin kimi birinci cavabdehin iddiaçı qarşısında öhdəliklərini tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. İşdə olan 11 yanvar 2021-ci il tarixli maliyyə arayışına əsasən birinci cavabdeh əsas borca görə 488 manat, faizə görə 342 manat, cəmi 830 manat ödəmiş, əsas borca görə 1712 manat, faizə görə 427 manat, cəriməyə görə 33,79 manat, cəmi 2172,79 manat borcu vardır. İşdə olan hesabdan çıxarışdan görünür ki, birinci cavabdeh sonuncu dəfə, yəni 11 noyabr 2015-ci ildə iddiaçıya 166 manat ödəmişdir. Cavabdehlər məhkəmə iclasında ərizə təqdim edərək iddia müddəti keçdiyi üçün iddianın rədd olunmasını xahiş etmişdir. İş materialları ilə müəyyən olunur ki, 11 iyun 2015-ci ildə iddiaçı ilə cavabdehlər arasında azad surətdə və şərtləri müəyyənləşdirilməklə kredit müqaviləsi bağlanmışdır. Müqavilənin predmetini pul öhdəliyi təşkil etmiş və borc verən-iddiaçı borc alana-birinci cavabdehə 2200 manat kredit vermişdir. Kreditdən vəsaitindən istifadə müddətinin 18 ay, yəni 11 dekabr 2016-cı il tarixdə bitdiyi müəyyən edilmişdir. İkinci cavabdeh həmin müqavilə üzrə zamin olmuşdur. İddiaçı 15 yanvar 2021-ci il tarixli iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və 22 yanvar 2021-ci ildə məhkəməyə daxil olmuşdur. Məhkəmədə yuxarıda göstərilən qətnamə qəbul edilmişdir. İddiaçı “FİNCA Azerbaijan” MM QBKT Ucar Rаyon Məhkəməsinin 09 mart 2021-ci il tarixli 2(063)-195/2021 qətnaməsindən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı “FİNCA Azerbaijan” MM QBKT apellyasiya şikayəti verərək qeyd etmişdir ki, hazırki iş üzrə iddia ərizəsi ilə Ucar Rayon Məhkəməsinə müraciət edərək, cavadehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada əsas borc üzrə 1712.00 AZN əsas, faiz borcu üzrə 427.00 AZN, cərimə borcuna görə 33.79 AZN olmaqla cəmi 2172.79 (iki min yüz yetmiş iki manat, yetmiş doqquz qəpik) AZN borcun, həmçinin, ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun “FİNCA Azerbaijan” MM QBKT-nın xeyrinə tutulmasına dair qətnamə çıxarılmsı xahiş edilmişdir. İddiaçı “FİNCA Azerbaijan” MM QBKT ilə Cavabdeh1 arasında bağlanmış 11.06.2015-ci il tarixli, **********4851 saylı kredit müqaviləsinə əsasən şəxsə biznes məqsədləri və həyat səviyyəsinin yaxşılaşdırılması üçün illik 40.00 % faiz dərəcəsi olmaqla 18 ay müddətinə 2200 (iki min iki yüz) AZN məbləğində kredit verilmişdir. Həmçinin, kredit müqavilələrinə əsasən yaranmış öhdəliklərin icrasına təminat olaraq Cavabdeh2 zamin qismində sözü gedən kredit müqaviləsinin tərəfi olmuşdur. 11.01.2021-ci il tarixinə olan Maliyyə arayışına əsasən Cavabdeh1 borc məbləği əsas borc üzrə 1712.00 AZN əsas, faiz borcu üzrə 427.00 AZN, cərimə borcuna görə 33.79 AZN olmaqla cəmi 2172.79 (iki min yüz yetmiş iki manat, yetmiş doqquz qəpik) AZN təşkil edir. Cavabdeh1 izahatında göstərmişdir ki,iddiaçı ilə 11 iyun 2015-ci ildə borcalan kimi onunla, habelə zamin kimi Cavabdeh2 ilə kredit müqaviləsi bağlamışdır. Müqavilənin şərtlərinə görə ona 18 ay müddətinə 2200 manat kredit verilmiş, 5 ay müddətinə qrafıq üzrə borcunu ödəmiş, sonuncu dəfə 11 noyabr 2015-ci ildə 166 manat ödəniş etmiş, həmin vaxtdan sonra ailə və maddi vəziyyətinə görə borcu ödəməmişdir. Müqavilənin müddəti başa çatmış,habelə həmin müddət başa çatdıqdan sonra 3 il müddətində borc tələb edilməmiş, yalnız 2021-ci ilin yanvar ayının 15-də məhkəməyə müraciət olunmuşdur. İddiaçı qanunun tələblərinə görə 3 il müddətində məhkəməyə müraciət etməli idi. Lakin iddia müddəti buraxılmış, iddia müddətini tətbiq edib iddianın rədd edilməsini xahiş etmişdir. Odur ki, Ucar Rаyon Məhkəməsinin 09 mart 2021ci il tarixli 2(063)-195/2021 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələninin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayətin təmin edilməməsini, Ucar Rаyon Məhkəməsinin 09 mart 2021-ci il tarixli 2(063)-195/2021 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı “FİNCA Azerbaijan” MM QBKT-nin nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmişdir. İddiaçı “FİNCA Azerbaijan” MM QBKT məhkəməyə məktub göndərərək işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə, iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Mülki qanunvericiliyin tələbinə görə başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsi). Həmin Məcəllənin 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Həmin Məcəllənin 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Tərəflər arasında bağlanmış 11 iyun 2015-ci il tarixli kredit müqaviləsinə əlavə edilmiş ödəniş cədvəlinə görə hər ayın 11-də əsas məbləğin və faiz məbləğinin ödənilməsi şərtləndirilmiş, kredit müqaviləsinin müddəti 18 ay müəyyən edilmişdir. Birinci cavabdeh ümumilikdə 830 manat, o cümlədən sonuncu dəfə 11 noyabr 2015-ci ildə 166 manat ödəmişdir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddiaçı, müqavilə tələbləri üzrə üç il müddətində məhkəməyə müraciət etməli olduğu halda iddia müddəti keçdikdən sonra məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddia müddətinin axımının kəsilməsi müəyyən edilməmiş və cavabdehlər iddia müddətinin tədbiq edilməsi barədə ərizə vermişlər. Buna görə də birinci instansiya məhkəməsi bu nəticəyə gəlmişdir ki, iddia müddəti keçdiyindən iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 dekabr 2001-ci il tarixli Qərarında göstərilmişdir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir; birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı. İddia müddətləri iki növə bölünür-ümumi və xüsusi; ümumi iddia müddəti nə hüquq münasibəti subyektlərinin hüquqi statusundan, nə də mülkiyyətin formasından və növündən asılı deyil, xüsusi iddia müddətləri bəzi iddialar üçün müəyyən edilir. Ümumi müddətlə müqayisədə onlar qısadılmış və ya uzadılmış ola bilər. “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 08 may 2008-ci il tarixli qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 375-ci maddəsinin tələblərinə riayət edilməsi məhkəmələrin mülki işlərin baxılmasında və həll edilməsində müasir məhkəmə icraatının mahiyyətini cəmləşdirən qanunvericiliyin qanunçuluq və dispozitivlik prinsiplərinə əməl etməsini əks etdirir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Miragall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında göstərilir ki, atılmalı olan formal adımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tədbiq etmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Ucar Rаyon Məhkəməsinin 09 mart 2021-ci il tarixli 2(063)-195/2021 saylı qətnaməsi dəyişdirilmədən, аpellyаsiyа şikаyəti isə təmin edilmədən sаxlаnmаlıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İş üzrə Ucar Rаyon Məhkəməsinin 09 mart 2021-ci il tarixli 2(063)-195/2021 saylı qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. İddiaçı “FİNCA Azerbaijan” MM QBKT-nin tərəfindən verilmiş аpelllyasiya şikayəti təmin edilməsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar