Məhkəmə qərarları › İş №2(107)-1074/2024

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1074/2024

29.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1074/2024 29.08.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), X2 və X3 ibarət tərkibdə, İbrahimov Səbuhi Təmraz oğlunun katibliyi ilə, Göyçay Rayon Məhkəməsinin 21 iyun 2024-cü il tarixli, 2(046)-49/2024 saylı qərardadından iddiaçı LPO İddiaçı ASC-nin verdiyi şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh X1 13.800 manat əsas kredit borcu, 342.73 manat faiz borcu, 0.89 manat cərimə borcu olmaqla cəmi 14143.62 manat kredit borcunun və 132.43 manat məbləğində dövlət rüsumunun, bildirişlərin qeydiyyata alınması üçün ödənilmiş 45 manat dövlət rüsumunun tutulması, tutmanın ipoteka predmeti olan Cavabdeh7 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 11 saylı mənzilə yönəldilməsi, əmlakın hərracdan satışından əldə olunmuş vəsait hesabına kredit borcunun ödənilməsi, əmlak satıldıqdan sonra 1 ay müddətinə cavabdehlərin yaşayış evinə istifadə hüququnun itirilməsi və onların yaşayış evindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Göyçay rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddiaçı "xxxx" ASCnin (Ləğv prosesindədir) cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8 qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka müqaviləsi üzrə ipoteka predmentinə yönəldilməsi tələbinə dair mülki işə Cavabdeh4 ilə bank arasında bağlanmış kredit müqaviləsi üzrə borcun ödənilməsi məqsədi ilə tutmanın ipoteka predmeti olan Cavabdeh7 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 11 saylı mənzilə yönəldilməsi, əmlakın hərracdan satışından əldə olunmuş vəsait hesabına kredit borcunun ödənilməsi, əmlak satıldıqdan sonra 1 ay müddətinə cavabdehlərin yaşayış evinə istifadə hüququnun itirilməsi və onların yaşayış evindən çıxarılmasına dair hissədə xitam verilmişdir. Göyçay Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(046)-49/2024 saylı qətnaməsi ilə ddiaçı "xxxx" ASC-nin (Ləğv prosesindədir) cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddiası təmin edilmişdir. Həmin qətnamədən LPO AtaBank ASC-nin nümayəndəsi apellyasiya şikayəti vermiş, şikayət vermə müddətinin bərpa edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Həmin qərardaddan iddiaçı "xxxx" ASC-nin nümayəndəsi xx.xx.2024-cü il tarixdə şikayət vermiş, şikayət vermə müddətinin bərpa edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Göyçay Rayon Məhkəməsinin 21 iyun 2024-cü il tarixli, 2(046)-49/2024 saylı qərardadı ilə ərizənin təmin edilməməsi, iddiaçı "xxxx" ASC-nin nümayəndəsinin Göyçay Rayon Məhkəməsinin 2(046)- 49/2024 saylı xx.xx.2023-ci tarixli qərardadından şikayət verilmə müddətinin bərpası barədə ərizəsinin təmin edilməməsi qərara alınmışdır. İddiaçı LPO AtaBank ASC-nin nümayəndəsi Nümayəndə2 Göyçay Rayon Məhkəməsinin 21 iyun 2024-cü il tarixli 2(046)-49/2024 saylı qərardadlarının ləğv edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İddiaçı şikayət ərizəsini belə əsaslandırmışdır ki, iddiaçı LPO İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 13.800 manat əsas kredit borcu, 342,73 manat faiz borcu, 0,89 manat cərimə borcu olmaqla cəmi 14143,62 manat kredit borcunun və 132,43 manat məbləğində dövlət rüsumunun, bildirişlərin qeydiyyata alınması üçün ödənilmiş 45 manat dövlət rüsumunun tutulması, tutmanın ipoteka predmeti olan Cavabdeh7 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 11 saylı mənzilə yönəldilməsi, əmlakın hərracdan satışından əldə olunmuş vəsait hesabına kredit borcunun ödənilməsi, əmlak satıldıqdan sonra 1 ay müddətinə cavabdehlərin yaşayış evinə istifadə hüququnun itirilməsi və onların yaşayış evindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Göyçay Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(046)-49/2024 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, cavabdeh X1 13,800 manat əsas kredit borcu, 342,73 manat faiz borcu, 0,89 manat cərimə borcu olmaqla cəmi 14.143,62 manat kredit borcu və 132,43 manat dövlət rüsumunun tutularaq iddiaçı LPO İddiaçı ASC-nin hesabına keçirilməsi qət edilmişdir. Göyçay Rayon Məhkəməsi tərəfindən eyni zamanda xx.xx.2024cü il tarixli qərardad qəbul edilmiş və iddiaçı "xxxx" ASC-nin (Ləğv prosesindədir) cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8 qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka müqaviləsi üzrə ipoteka predmentinə yönəldilməsi tələbinə dair mülki işə Cavabdeh4 ilə bank arasında bağlanmış kredit müqaviləsi üzrə borcun ödənilməsi məqsədi ilə tutmanın ipoteka predmeti olan Cavabdeh7 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 11 saylı mənzilə yönəldilməsi, əmlakın hərracdan satışından əldə olunmuş vəsait hesabına kredit borcunun ödənilməsi, əmlak satıldıqdan sonra 1 ay müddətinə cavabdehlərin yaşayış evinə istifadə hüququnun itirilməsi və onların yaşayış evindən çıxarılmasına dair hissədə xitam verilmişdir. Bundan sonra Göyçay Rayon Məhkəməsinin həm xx.xx.2024-cü il tarixli e-2(046)-49/2024 nömrəli qətnaməsindən, həm də eyni tarixli qərardadından müvafiq olaraq apellyasiya şikayəti və şikayət verilmiş, eyni zamanda hər iki məhkəmə aktından şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair dair ərizə ilə müraciət edilmişdir. Göyçay Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(046)- 49/2024 saylı qərardadları ilə buraxılmış prosessual müddət üzrlü hesab olunmamış və ərizə təmin olunmamışdır. Göyçay Rayon Məhkəməsininxx.xx.2024-cü il tarixli e-2(046)- 49/2024 saylı qərardadlarında buraxılmış prosessual müddətin bərpası ilə bağlı olduğundan qərardaddlarda yol verilmiş pozuntu yalnız prosessual xarakterlidir. Buna görə də şikayətin təmin edilməsini və qərardadların ləğv edilməsini xahiş etmişdir. Göyçay Rayon Məhkəməsinin 26 iyul 2024-cü il tarixli, 2(046)-49/2024 saylı qərardadı ilə, iddiaçı LPO AtaBank ASC-nin nümayəndəsi Nümayəndə2 Göyçay Rayon Məhkəməsinin 21 iyun 2024-cü il tarixli 2(046)-49/2024 saylı qərardadlarının ləğvi barədə şikayət ərizəsinin təmin edilməməsi və baxılması üçün işlə birlikdə 7 (yeddi) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Göyçay Rayon Məhkəməsinin 21 iyun 2024-cü il tarixli, 2(046)- 49/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində verilə bilər. Həmin Məcəllənin 363.2-ci maddəsinə əsasən apellyasiya şikayətinin qaytarılması haqqında qərardad çıxarılır. Həmin Məcəllənin 363.3-cü maddəsinə əsasən apellyasiya şikayətinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Həmin Məcəllənin 363.4-cü maddəsinə əsasən Bu Məcəllənin 363.1.1 və 363.1.2-ci maddələrində göstərilmiş hallar aradan qaldırıldıqdan sonra şikayəti vermiş şəxs yenidən məhkəməyə ümumi qaydada apellyasiya şikayəti ilə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 135.1-ci maddəsinə əsasən, bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. Həmin Məcəllənin 135.2-ci maddəsinə əsasən məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. Həmin Məcəllənin 135.3-cü maddəsinə əsasən, məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. Həmin Məcəllənin 135.4-cü maddəsinə əsasən, məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər bunu məhkəmə sənədlərini aldıqları tarixdən sonra gələn gündən gec olmayaraq yerinə yetirməli və məhkəmə sənədlərinin çatdırılması barədə bir gün müddətində məhkəməyə xəbər verməlidirlər. Həmin Məcəllənin 135.5-ci maddəsinə əsasən, bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Həmin Məcəllənin 135.6-ci maddəsinə əsasən, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Məhkəmə kollegiyası iş materiallarına baxaraq qeyd edir ki, birinci instansiya məhkəməsinin həm qərardadı, həm də qətnaməsi “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə xx.xx.2024-cü il tarixdə yerləşdirilmişdir. Göyçay Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli,e-2(046)-49/2024 nömrəli qərardadından şikayət verilməsi üçün qanunla nəzərdə tutulmuş prosessual müddət üzrlü səbəbdən ötürülmüşdür. Belə ki, məhkəmə tərəfindən çıxarılmış qərardad əsaslandırılarkən Azərbaycan Respublikası Ali Məhkəməsinin “İpoteka haqqında” Aərbaycan Respublikası Qanununun 59.4-cü maddəsinə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə “22” iyun 2023-cü il tarixli qərardadına istinad olunsa da, nəticə hissəsində həmin qərardadda qeyd olunan prosessual qaydaya əməl olunmamışdır. Yəni Göyçay Rayon Məhkəməsi Ali Məhkəmənin 22 iyun 2023-cü il tarixli qərardadında göstərildiyi kimi, iddia tələbinə yalnız “ipoteka predmeti satıldıqdan sonra 1 ay müddətinə cavabdehlərin yaşayış evinə istifadə hüququnun itirilməsi və onların yaşayış evindən çıxarılmasına dair” hissədə xitam verməli olsa da, iddia tələbinə həm də “borcun ipoteka predmetinə yönəldilməsi və ipoteka predmetinin hərracdan satışından əldə olunmuş vəsait hesabına kredit borcunun ödənilməsinə dair” hissədə xitam vermişdir. Eləcə də Göyçay Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(046)-49/2024 nömrəli qərardadı ilə iddia tələbinin bir hissəsində iş üzrə icraata xitam verilməsi qeyd olunsa da, həmin iş üzrə qəbul edilmiş eyni tarixli qətnamədə bu barədə heç bir qeyd mövcud deyil. İddiaçı tərəf olaraq bunun əvvəlcə bir texniki yanlışlıq olduğunu zənn etmiş və həmin texniki yanlışlığın məhkəmənin öz təşəbbüsü ilə aradan qaldırılacağını gözləmişdir. Məhkəmənin bunu öz təşəbbüsü ilə etmədiyini müəyyən etdikdən sonra xx.xx.2024-ci il tarixdə “Qətnamədə və qərardadda yol verilmiş texniki yanlışlığın düzəldilməsi barədə” ərizə ilə Göyçay Rayon Məhkəməsinə həm elektron məhkəmə sistemi, həm də poçt vasitəsilə müraciət etmişdir. Daha sonra xx.xx.2024-cü il tarixdə elektron məhkəmə sistemi vasitəsilə təkrarən Göyçay Rayon Məhkəməsinə müraciət etmiş, texniki yanlışlığın aradan qaldırılması barədə qərardadın elektron kabinetə yerləşdirilməsini xahiş etmişdir. Nəticədə xx.xx.2024-cü il tarixdə Göyçay Rayon Məhkəməsi tərəfindən həmin iş üzrə qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərardad elektron kabinetə yerləşdirilmişdir. Qərardadda LPO İddiaçı ASC-nin ərizəsinin təmin olunmadığı qərara alınmışdır. Həmçinin məhkəmə qətnamənin və qərardadın yuxarıda qeyd olunmuş formada çıxarılmasını texniki yanlışlıq hesab eləmir və ona görə bu mövqedədir ki, mübahisəli iş üzrə ipoteka müqaviləsi xx.xx.2018-ci il tarixdən sonra bağlanılmışdır. Beləliklə, yuxarıda qeyd olunan üzrlü səbəbdən Göyçay Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli,e-2(046)-49/2024 nömrəli qərardadından və qətnaməsindən şikayət verilməsi üçün qanunla nəzərdə tutulmuş müddəti ötürmüşdür. Eyni zamanda müəyyən edilmişdir ki, Göyçay Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(046)-49/2024 nömrəli qərardadı və qətnaməsi xx.xx.2024-cü il tarixdə iddiaçı "xxxx" ASC-nin və nümayəndəsinin elektron kabinetinə yerləşdirirlmişdir. Yəni iddiaçı "xxxx" ASC-nin apellyasiya şikayətinin sonuncu günü 22 may 2024-cü il tarix olmuşdur. İddiaçı "xxxx" ASC isə apellyasiya şikayətini və şikayəti 14 iyun 2024-cü il tarixdə vermişdir. Bununlada müddət ötürülmüşdür. Göründüyü kimi mülki prosessual qanunvericiliyinin tələbinə görə məhkəmə qanunla müəyyən edilmiş buraxılmış müddəti müddətin buraxılmasının səbəbini üzürlü hesab edirsə bərpa edir. Üzürlü səbəblər dedikdə isə,müəyyən edilmiş müddət ərzində prosessual hərəkətlərin yerinə yetirilməsini istisna edən,həmin hərəkətlərə mane olan və ya onları çətinləşdirən səbəblər başa düşülür. Məsələn, başqa yaşayış məntəqəsində ezamiyyətdə olma, əmək qabiliyyətini müvəqqəti itirmə, yaxın qohumunun vəfat etməsi və s. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə - MPM) 130.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 130.3-cü maddəsinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası MPM-in normaları nəinki mülki məhkəmə icraatının gedişatını, həmçinin mülki prosessual münasibətlərin hər bir iştirakçısı tərəfindən müvafiq hərəkətlərin aparılması və onların mümkünlüyünü müəyyən edir. Məcəllədə fiziki və hüquqi şəxslərin hər cür mənafe və maraqlarının müdafiəsindən deyil, qanunlardan və digər normativ hüquqi aktlardan irəli gələn, başqa sözlə, qanunla qorunan mənafe və maraqlardan bəhs olunur. Həmçinin ümumi hüquq nəzəriyyəsində, eləcə də beynəlxalq hüquqi aktlarda bu hüququn müəyyən hallar nəzərə alınaraq, məhdudlaşdırılmasına yol verilir. Belə ki, məhkəmə müdafiəsi hüququnun vacibliyinə baxmayaraq, o, mütləq xarakter daşımır və qanunvericilik tərəfindən müəyyən edilmiş hədlərdə konkret məhdudiyyətlərə məruz qala bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi də bir sıra qərarlarında yuxarı instansiya məhkəmələrində aparılan icraatın mümkünlüyü və hədlərinin qanuni məhdudiyyətlərə məruz qala bilməsini yolverilən hesab etmişdir (bu Qərarın 24-cü bəndi). Lakin məhkəmə müdafiəsi hüququnu məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” AR Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır. Mülki prosessual qanunvericilikdə nəzərdə tutulan məhdudiyyətlərlə bağlı qeyd olunmalıdır ki, hüquq və vəzifələrin həcminin prosessual qaydalar çərçivəsində məhdudlaşdırılması hüquqi müəyyənlik prinsipinin təmin edilməsinə, məhkəmə icraatı zamanı işdə iştirak edən şəxslərin qarşılaşa biləcəkləri hüquqi qeyri-müəyyənliyin aradan qaldırılmasına, ədalət mühakiməsinin daha səmərəli və ədalətli həyata keçirilməsinə xidmət etməlidir. Eyni zamanda, yalnız qanunvericilik səviyyəsində müəyyən oluna biləcək belə məhdudiyyətlər Konstitusiyada təsbit olunmuş hüquq və azadlıqları ləğv etməməlidir. Bu məhdudiyyətlər hər hansı şəxsin iradəsindən asılı olmayaraq, müvafiq hüquqa mütənasib şəkildə qanunvericinin müəyyən etdiyi hədlər çərçivəsində düzgün tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində məhkəmə müdafiəsi hüququnu məhdudlaşdıran şikayətin mümkünlüyü, prosessual müddətlər, məhkəmə qərarlarından şikayət verə biləcək konkret şəxslərin dairəsi və sair amillər nəzərdə tutulmuşdur. Belə məhdudlaşdırıcı tədbirlərdən biri də birinci və apellyasiya instansiyası məhkəmələrinin aktlarından şikayət vermək hüququ olan şəxslərin dairəsinin müəyyən edilməsidir. Bir qayda olaraq, məhkəmə aktlarından işdə iştirak edən şəxslər şikayət vermək hüququna malikdir. Lakin qanunverici qəbul edilmiş məhkəmə aktı ilə işdə iştirak etməyə cəlb edilməyən, yaxud işdə tərəf olsa da iştirakı təmin edilməyən şəxslərin hüquqlarının pozulma ehtimalının olduğunu və şikayətə baxan məhkəmə instansiyasının spesifik xüsusiyyətlərini nəzərə alaraq onların işə cəlb edilməsinin və ya şikayətlərinə baxılmasının fərqli qaydalarını müəyyən etmişdir. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında işdə iştirak etməyə cəlb olunmayan, yaxud işdə tərəf olsa da iştirakı təmin edilməyən və məhkəmə qərarı ilə hüquqlarına və qanuni maraqlarına toxunan şəxsin hüquqi statusuna aydınlıq gətirmiş, onların pozulmuş hüquq və azadlıqlarının bərpası üçün səmərəli vasitələrlə təmin edilməsinin vacibliyini vurğulamışdır (K.Marayevin şikayəti üzrə xx.xx.2016-cı il tarixli Qərar). Həmin şəxslərin statusunun səciyyəvi əlamətlərinə onların məhkəmədə baxılan işə tərəf qismində cəlb edilməməsi, yaxud işdə tərəf olsalar da bu barədə məlumatsız olduqları üçün iştiraklarının təmin edilməməsi, iş üzrə qəbul edilmiş məhkəmə qərarının onların hüquqlarına və qanuni maraqlarına toxunması, öz hüquqlarının və qanuni maraqlarının müdafiəsində həm maddi, həm də prosessual marağının olması aiddir. Bu kontekstdə, apellyasiya şikayəti verilməsi üçün müddətin bərpa edilməsi ilə bağlı üzrlü səbəblər və prosessual əsaslar olmalıdır. Hazırkı halda belə üzrlü səbəb və prosessual əsaslar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Göyçay Rayon Məhkəməsinin 21 iyun 2024-cü il tarixli, 2(046)-49/2024 saylı qərardadı ilə mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qərardadın ləğv edilməsi üçün hüquqi əsaslar yoxdur. Ona görə də şikayət təmin edilməməli, iş üzrə Göyçay Rayon Məhkəməsinin 21 iyun 2024-cü il tarixli, 2(046)-49/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə birinci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməyə bilər. 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. 402.3. Birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Göründüyü kimi hazırkı qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 398, 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı LPO İddiaçı ASC tərəfindən verilmiş şikayət təmin edilməsin. Göyçay Rayon Məhkəməsinin 21 iyun 2024-cü il tarixli, 2(046)-49/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar