1 Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1075/2021 31.05.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, Tağıyev Babək Vaqif oğlunun katibliyi, İddiaçı Bank Olmayan Kredit Təşkilatı «xxxx» MMC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair mülki iş üzrə Göyçay rayon məhkəməsinin 14 dekabr 2017-ci il tarixli, 2(046)-3234/2021 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı Bank Olmayan Kredit Təşkilatı «xxxx» MMC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 11 dekabr 2015-ci il tarixli LD/15345/00143 saylı kredit müqaviləsi üzrə 1161 ABŞ dolları 26 sent əsas, 209 ABŞ dolları 38 sent faiz, 116 ABŞ dolları 13 sent cərimə olmaqla, cəmi 1486 ABŞ dolları 77 sent məbləğində borcun və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlər ' Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada Bank Olmayan Kredit Təşkilatı «xxxx» MMC-nin xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının nümayəndəsi X1 iddia tələbini müdafiə edərək bildirmişdir ki, kredit təşkilatı ilə cavabdeh arasında bağlanmış 11 dekabr 2015ci il tarixli |lD/15345/00143 saylı kredit müqaviləsinə əsasən illik faiz dərəcəsi 22,1 olmaqla 18 ay ıüddətinə 1200 ABŞ dolları məbləğində kredit Cavabdeh2 verilmiş və kredit üzrə öhdəliklərin icrasının təmini kimi həmin tarixdə digər Cavabdeh1 ävabdeh Cavabdeh2 zamin durmuşdur. Kredit müqaviləsi üzrə öhdəliklərini ank qarşısında tam icra etməyən Cavabdeh2 1161 ABŞ dolları 26 ent əsas, 209 ABŞ dolları 38 sent faiz, 116 ABŞ dolları 13 sent cərimə olmaqla, cəmi 1486 ABŞ alları 77 sent borcu yaranmışdır. Cavabdehlərə dəfələrlə bildirişlə müraciət olunmasına axmayaraq, kreditin ödənilməsi üçün tədbir görməmişlər, kredit və zaminlik müqavilələrindən ali gələn öhdəliklər lazımi qaydada icra edilməmişlər. Göstərilənlərə əsasən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Göyçay rayon məhkəməsinin 14 dekabr 2017-ci il tarixli, 2(046)-3234/2017 saylı qətnaməsinə əsasən iddia tələbi qismən təmin edilmiş, 1161 (bir min bir yüz altmış bir) ABŞ dolları 26 (iyirmi altı) sent əsas, 209 (iki yüz doqquz) ABŞ dolları 38 (otuz səkkiz) sent faiz, 10 (on) ABŞ dolları cərimə olmaqla, cəmi 1380 (bir min üç səksən) ABŞ dolları 64 (altmış dörd) sent məbləğində pulun ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə Azərbaycan Respublikasının pul vahidi manatla miqdarı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutulub iddiaçı Bank Olmayan Kredit Təşkilatı «xxxx» MMC-yə ödənilməsi qət edilmiş, iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 3 (üç) manatı Bank Olmayan Kredit Təşkilatı «xxxx» MMC-yə, 27 (iyirmi yeddi) manatı müştərək qaydada Cavabdeh2 və Cavabdeh1 aid olunması qət edilmişdir. 1 1 Həmin qətnamədən Cavabdeh2 apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyаsiyа şikаyətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanunsuz və əsassızdır. Belə ki, onun tərəfindən ödənişlər edilməsinə baxmayaraq, VijnFondAzərkredit MMC-nin əsas və faiz borcunu əsassız hesablamışdır. Birinci instansiya məhkəməsində məhkəmə baxışlarından xəbəri olmadığından iştirak edə bilməmiş, bu barədə etirazını bildirə bilməmişdir. Hesab edir ki, həmin qətnamədə göstərilən əsas və faiz borcunun düzgün hesablanması üçün mühasibatlıq ekspertizası təyin edilməlidir. Həmin qətnaməni müraciəti əsasında 19 mart 2021 -ci il tarixdə almışdır. Belə ki, qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətinə Göyçay rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Yuxarıda qeyd olunanlara əsasən Göyçay rayon məhkəməsinin 14 dekabr 2017-ci il tarixli, 2(046)- 3234/2017 nömrəli qətnaməsini ləğv edib, hüquqlarını bərpa edib, yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları: İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. . Hüquqi məsələlər: Məhkəmə kollegiyası iş materiallarını araşdırıb işdə olan sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Göyçay rayon məhkəməsinin 14 dekabr 2017-ci il tarixli, 2(046)-3234/2017 nömrəli qətnaməsini dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş aşağıdakı sübutlarla müəyyən edilmişdir ki,Bank Olmayan Kredit Təşkilatı «xxxx» MMC-nin 11 dekabr 2015-ci tarixli kassa məxaric orderi). Borcalan kreditin ödənilməsi üzrə öhdəliyi vaxtlı-vaxtında yerim yetirmədiyi və kreditdən istifadəyə görə faizləri və krediti ödəmədiyi təqdirdə gecikdirilmiş əsa: məbləğin 1 faizi məbləğində dəbbə pulunu (cərimə) hər yubanma günü üçün borc verənin xeyrim ödəməyə borcludur (11 dekabr 2015ci il tarixli kredit müqaviləsinin 5.1 -ci bəndi). Cavabdeh2 həmin kreditdən təyinatına uyğun istifadə etməyi və müəyyər olunmuş müddətdə faizi ilə birlikdə borc verənə qaytarmağı öz öhdəsinə götürmüşdür. (11 dekab 2015-ci il tarixli kredit müqaviləsinin 1.1-ci bəndi). Digər Cavabdeh1 borclu kredit və onun faizini, şərtləşdirilmiş müddət və qaydada ödəmədikdə bank qarşısında borclu ilə birgə məsuliyyət daşıyır. (11 dekabr 2015-ci il tarixli zaminlik müqaviləsi). Cavabdeh2 11 dekabr 2015-ci il tarixli kredit müqaviləsi ilə götürdüyü öhdəliyini lazımınca icra etməmiş, iddiaçı qarşısında 1161 ABŞ dolları 26 sent əsas, 209 ABŞ dolları 38 sent faiz, 116 ABŞ dolları 13 sent cərimə 2 1 olmaqla, cəmi 1486 ABŞ dolları 77 sent məbləğinde borcu yaranmışdır. (06.09.2017-ci il tarixli maliyyə arayışı). Hazırkı ərizə ilə bağlı iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir ( 29.08.2017-cı il tarixli ödəniş qəbzi). Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iclasında araşdırılmış sübutlara və iş materiallarına hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Mülki Məcəllənin 739-cu maddəsinə əsasən kredit müqaviləsinə görə, iştirakçılardan bir (borc verən) pula mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 385.1 -ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsir (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludar vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 445.2.1 -ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Mülki Məcəllənin 462.1-ci və 462.3-cü maddələrinə əsasən dəbbə pulu (cərimə,penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Müqavilədə öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi hal üçün cərimənin hesablanması nəzərdə tutulduğundan, iddiaçının həm də cərimənin ödənilməsini tələb etmək hüququ vardır. Mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normalarına əsaslanaraq məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh2 hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Cavabdehin hərəkətləri nəticəsində iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuş və bununla da onun hüququ cavabdeh tərəfindən pozulmuşdur. Belə ki, kredit müqaviləsi üzrə borc verənin krediti verməsi borc alanın aldığı pul vəsaitini borc verənə qaytarmasını şərtləndirir. Buna görə də məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh2 öhdəliyin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşımalı, kredit müqaviləsi üzrə iddiaçıya olan əsas, hesablanmış faiz və cərimə borclarını ödəməlidir. Bundan başqa Cavabdeh2 əsas öhdəliyi lazımınca icra etmədiyindən, bankın Cavabdeh1 qarşı da tələb hüququ yaranmışdır. Belə ki, Mülki Məcəllənin 470.1-ci və 472-ci maddələrinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər MM-də və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Məhkəmə işin hallarını və Mülki Məcəllənin 467-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, 116 ABŞ dolları 13 sent cərimə tənasübsüz surətdə yüksəkdir və bu məbləğ 10 ABŞ dollarınadək azaldılmlşdır. Beləliklə məhkəmə kollegiyası belə qənaətə gəlir ki, məhkəmə haqlı olaraq iddia tələbini qismən təmin edərək hesab etmişdir ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 1161 ABŞ dolları 26 sent əsas, 209 ABŞ dolları 38 sent faiz, 10 ABŞ dolları cərimə olmaqla, cəmi 1380 ABŞ dolları 64 sent məbləğində pulun ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə 3 1 Azərbaycan Respublikasının pul vahidi manatla miqdarı tutularaq iddiaçı Bank Olmayan Kredit Təşkilatı «xxxx» MMC-yə ödənilməli, qalan hissədə iddia təmin olunmamalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdeh iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı) Apellyasiya şikayətində əsas və faiz borcunun düzgün hesablanması üçün mühasibatlıq ekspertizası təyin edilməsi ilə baglı dəliləri ilə razılaşmayan kollegiya qeyd edir ki,kredit üzrə əsas və faiz borcunun düzgün hesablanmaması ilə baglı cavabdeh tərəfindən hər hansı bir sübüut məhkəmə kolegiyasına təqdim edilməmişdir.. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını tam və hərtərəfli araşdırmış, iddia tələbini qismən təmin etməklə maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verməyərək mülki iş üzrə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası MPM-nin 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər və ya qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara hüquqi qiymət verib belə nəticəyə gəlir ki, Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Göyçay rayon məhkəməsinin 14 dekabr 2017-ci il tarixli, 2(046)-3234/2021 saylı qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Göyçay rayon məhkəməsinin 14 dekabr 2017-ci il tarixli, 2(046)-3234/2021 saylı qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən tərəflər onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. 4 1 5
Məhkəmə qərarları › İş №2(107)-1075/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1075/2021
31.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver