Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1076/2025 25.11.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə (Açar sözlər: Tapşırıq müqaviləsi üzrə öhdəliyin icra edilməməsi, illik 5 faiz dərəcəsi üzrə faiz tələbi) X1 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və X3 ibarət tərkibdə, məhkəmə iclas katibi İsayev Mikayıl Qərib oğlunun katibliyi ilə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Qəbələ Rayon Məhkəməsinin 01 may 2025-ci il tarixli, e-2(025)-179/2025 nömrəli əlavə qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları
1. İddiaçı Cavabdeh qarşı pul tələbi barədə iddia qaldıraraq cəmi 16.000 manat məbləğində əsas borc, xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək pul vəsaitinin ödənilməsinin gecikdirilməsinə görə illik 5 faiz hesablanmaqla 3.200 (üç min iki yüz) manat faiz və 148,0 manat dövlət rüsumu tutularaq xeyrinə ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixdə Cavabdeh etibarnamə əsasında əldə etdiyi səlahiyyətlə İddiaçı məxsus olan Qəbələ şəhəri, Ə.Əlimirzəyev küçəsi 7-də yerləşən fərdi yaşayış evini 43.500, 0 manata satılmış və həmin puldan 16.000,0 manat qaytarmayaraq borclu qalmışdır. Ona görə də, Cavabdeh 16.000 manat məbləğində əsas borc, xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək pul vəsaitinin ödənilməsinin gecikdirilməsinə görə illik 5 faiz hesablanmaqla 3.200 (üç min iki yüz) manat faiz və 148,0 manat dövlət rüsumu tutulması haqqında iddia qaldırılmışdır.
3. Qəbələ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(025)179/2025 saylı qətnaməsi ilə, iddia tələbi qismən təmin olunaraq Cavabdeh 16.000 (on altı min) manat və 138,0 (bir yüz otuz səkkiz) manat dövlət rüsumu alınıb İddiaçı xeyrinə ödənilmişdir.
Birinci instansiya məhkəməsində icraat:
4. İddiaçı nümayəndəsi Nümayəndə iş üzrə əlavə qətnamə çıxarılmasına dair ərizə verib xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək pul vəsaitinin ödənilməsinin gecikdirilməsinə görə illik 5 faiz hesablanmaqla 3.200 (üç min iki yüz) manat faiz tələbi ilə bağlı məsələnin həll edilmədiyini göstərərək Cavabdeh 3.200 (üç min iki yüz) manat faiz tutularaq İddiaçı xeyrinə ödənilməsi haqqında əlavə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. Qəbələ Rayon Məhkəməsinin (hakim Ülvi Qənbərov) 01 may 2025-ci il tarixli, e- 2(025)-179/2025 nömrəli əlavə qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı 3.200 (üç min iki yüz) manat faiz və 10,0 manat dövlət rüsumu tələbi barədə iddiası təmin olunmaması qət edilmişdir.
6. Məhkəmə müəyyən etmişdir ki, Cavabdeh xx.xx.2021-ci il tarixdə İddiaçı məxsus olan daşınmaz əmlak obyektini etibarnamə əsasında 43,500 manata satmış və cəmi 27,500 manat qaytararaq 16,000 manat borclu qalmışdır. Daşınmaz əmlakın satışından əldə olunan nağd pul vəsaitinin İddiaçı verilmə müddəti müəyyən edilməmişdir.
Gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır;
7. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab etmişdir ki, borclu Cavabdeh üzərinə daşınmaz əmlakın satışından əldə olunan nağd pul vəsaitini İddiaçı çatdırma öhdəliyini pozmağa görə məsuliyyət qoyulması (M:443.1) və borclunun icranı gecikdirməsi halları (M:445.2.1və 445.22) müəyyən olmadığından İddiaçı Cavabdeh qarşı xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək pul vəsaitinin ödənilməsinin gecikdirilməsinə görə illik 5 faiz hesablanmaqla 3.200 (üç min iki yüz) manat faiz tələbi əsaslı deyil.
8. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442, 443.1, 443.5, 443.7, 445.1, 445.2, 445.2.1, 445.2.2, 445.7-ci maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.1, 76.2, 77.1, 106.3-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri
a) Apellyasiya şikayətinin dəlilləri
9. Əlavə qətnamədən narazı qalan İddiaçı apellyаsiyа şikаyəti vermişdir.
10. İddiaçı apellyаsiyа şikаyətini onunla əsaslandırılmışdır ki, məhkəmə mübahisəyə tətbiq edilməli olan maddi hüquq normasını tətbiq etməmiş, buna görə də yanlış nəticəyə gəlmişdir.
11. Normaların tələbindən göründüyü kimi vəkalət alan tapşırığın icrası nəticəsində əldə etdiklərini özündə saxlamamalı, onu vəkalət verənə təhvil verməlidir. Özündə saxlayırsa, bunun əsası olmalıdır. Əks halda, əldə olunanların vəkalət verənə verilməməsi icranın gecikdirilməsi sayılır ki, vəkalət alan buna görə faizlər ödəməlidir.
12. İşin hallarından görünür ki, tərəflər arasında tapşırıq müqaviləsindən irəli gələn münasibətlər olmuşdur. İddiaçı mülkiyyət hüququ əsasında ona məxsus olan fərdi yaşayış evinin satılmasına dair cavabdehə tapşırıq və həmin tapşırığın icrası üçün isə müvafiq səlahiyyətləri özündə əks etdirən etibarnamə vermişdir. Cavabdeh tapşırığı icra etmiş, lakin tapşırığın icrası nəticəsində əldə etdiklərini – pulu iddiaçıya tam şəkildə verməmişdir. Cavabdeh iddiaçının pulunu özündə saxlamışdır. Pulun cavabdehdə qalmasının hər hansı qanuni əsası olmamışdır. Cavabdeh pulun onda qalmasının səbəbini iddiaçı ilə şərikli iş görməsi ilə izah etsə də, bu hal öz təsdiqini tapmamışdır. Belə bir vəziyyətdə cavabdeh tapşırığın icrası nəticəsində əldə etdiklərinin-pulun vəkalət verənə verilməsini gecikdirdiyinə görə faizlər ödəməklə məsuliyyət daşımışdır. Birinci instansiya məhkəməsi isə işin bu kimi hallarını və qanunvericiliyin yuxarıda qeyd olunan normalarının tələblərini nəzərə almamış, ona görə də düzgün olmayan nəticəyə gəlmişdir.
13. Odur ki, Qəbələ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(025)- 179/2025 nömrəli əlavə qətnaməsinin ləğv edilməsi və iddia tələbinin 3.200 manat pulun Cavabdeh İddiaçı xeyirinə tutulması hissəsində təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
15. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsi, Qəbələ Rayon Məhkəməsinin 01 may 2025-ci il tarixli, e-2(025)-179/2025 nömrəli əlavə qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
16. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Vəkil2 kollegiyanın iclasına gəlməmişlər. İddiaçının nümayəndəsi və vəkili Vəkil2 məhkəmə kollegiyasına göndərdiyi ərizəsində məhkəmə iclasında üzürlü səbəbdən iştirak edə bilmədiyindən məhkəmə iclasının iştirakı olmadan keçirilərək apellyasiya şikayətinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etsə də, İddiaçı gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə iddiaçının və onun vəkilinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
17. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443-cü maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 445.7- ci maddəsinə əsasən Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsində göstərilir ki, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 449.1-ci maddəsində göstərilir ki, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. 777.2-ci maddəsinə əsasən tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. 778.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir. 779.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. 782.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığın icrası nəticəsində əldə olunanların hamısını vəkalət verənə verməyə borcludur. 782.2-ci maddəsinə əsasən vəkalət alan verilməsini gecikdirdiyi pulun üstünə faizlər hesablamağa borcludur. 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericilik normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
19. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
21. İddiaçı birinci instansiya məhkəməsinin əlavə qətnaməsini tam mübahisələndirdiyindən, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin əlavə qətnaməsinin əsaslılığını tam yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
22. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları üzrə yoxlayıb hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən pul vəsaitinin ödənilməsinin gecikdirilməsinə görə illik 5 faizlə 3.200 manat faizə aid hissədə mübahisə həll edilərkən tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam araşdırılmamış, qəbul edilən əlavə qətnamə maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırılmamış, prosessual hüquq normalarının tələbləri pozulmuş, nəticədə düzgün və əsaslı əlavə qətnamə çıxarılmamışdır.
23. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
24. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, Cavabdeh xx.xx.2021-ci il tarixdə İddiaçı məxsus olan daşınmaz əmlak obyektini etibarnamə əsasında 43,500 manata satmış, alqı-satqıdan əldə edilən pul vəsaitindən cəmi 27,500 manatını qaytarsa da 16,000 manat pul vəsaitinin İddiaçı qaytarılmasını təmin etməmişdir.
25. Məhkəmə kollegiyası apellyatorların apellyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, apellyasiya şikayəti qismən əsaslıdır.
26. Hazırkı iş üzrə mübahisənin düzgün hüquqi həlli üçün iddiaçının cavabdehə qarşı tələbinin hansı hüquqi əsasa söykəndiyi, başqa sözlə cavabdehin iddiaçı qarşısında hansı əsasla məsuliyyət daşıması müəyyən edilməlidir.
27. Nəzərə alınmalıdır ki, öhdəlik dedikdə, bir şəxsin (borclunun) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etmək (pul ödəmək, əşya vermək, iş görmək, xidmətlər göstərmək və ya müəyyən hərəkətdən çəkinmək) vəzifəsi başa düşülür. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
28. Göründüyü kimi, pulun ödənilməsi tələbini də özündə ehtiva edən öhdəliyin yaranması əsasları qanunda konkret şəkildə müəyyən edilmiş və buraya müqavilədən, zərər vurmadan, əsassız varlanmadan və qanunda nəzərdə tutulmuş digər əsaslardan irəli gələn öhdəliklərin daxil olduğu göstərilmişdir.
29. Məhkəmə kollegiyası apellyasiya şikayətinin işin hallarından göründüyü kimi tərəflər arasında tapşırıq müqaviləsindən irəli gələn münasibətlərin olması, iddiaçının mülkiyyət hüququ əsasında ona məxsus olan fərdi yaşayış evinin satılmasına dair cavabdehə tapşırıq və həmin tapşırığın icrası üçün isə müvafiq səlahiyyətləri özündə əks etdirən etibarnamə verməsi, cavabdehin tapşırığın icrası nəticəsində əldə etdiyi pulu iddiaçıya tam şəkildə verməməsi, pulun cavabdehdə qalmasının hər hansı qanuni əsasının olmaması, əldə olunanların vəkalət verənə verilməməsinin icranın gecikdirilməsi sayılması, vəkalət alanın buna görə faizlər ödəməli olmasına dair dəlilləri ilə razılaşaraq qeyd edir ki, iddianın qanuni əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin tapşırıq müqaviləsi və tapşırığın qəsdən kifayət qədər vicdanla icra edilməməsi nəticəsində vurulmuş zərər, özgəsinin pul vəsaitini qanunsuz saxlanılması ilə bağlı faizlərin ödənilməli olmasına dair normalar əsas götürülməlidir. Hansı ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin tapşırıq müqaviləsindən irəli gələn münasibətlərlə bağlı normalarına istinad etməməklə maddi hüquq normalarının, illik 5 faizlə hesablanan 3200 manat pul tələbinə dair iddianın bütünlükdə rədd edilməli olmasına dair gəlinən nəticə isə MPM-də nəzərdə tutulmuş işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılması prinsiplərinə cavab verməməklə prosessual hüquq normalarının tələbləri pozulmuşdur.
30. Belə ki, birinci instansiya məhkəməsi illik 5 faizlə hesablanan 3200 manat pul tələbinə dair iddianı rədd edərkən gəldiyi nəticəni borclu Cavabdeh üzərinə daşınmaz əmlakın satışından əldə olunan nağd pul vəsaitini İddiaçı çatdırma öhdəliyini pozmağa görə məsuliyyət qoyulması və borclunun icranı gecikdirməsi hallarının müəyyən olunmaması, daşınmaz əmlakın satışından əldə olunan nağd pul vəsaitinin İddiaçı verilmə müddətinin müəyyən edilməməsi ilə əsaslandırmasına baxmayaraq, birinci instansiya məhkəməsi vəkalət alan Cavabdeh iddiaçının ona verdiyi vəkalət əsasında əldə olunanların hamısının İddiaçı verməli olması, iddiaçının verdiyi etibarnamə əsasında alqı-satqı müqaviləsinin 01 aprel 2021-ci il tarixdə bağlanması, müqavilə üzrə pul vəsaitinin də həmin tarixdə alınması, etibarnamədə əldə edilmişlərin daha sonrakı tarixlərdə qaytarılmalı olmasına dair hər hansı bir müddəanın olmaması nəzərə alınaraq, Cavabdeh alqı-satqı üzrə əldə etdiyi pul vəsaitini də məhz 01 aprel 2021-ci il tarixdə tam şəkildə İddiaçı ödəməli olmasını diqqətə almamışdır.
31. Kollegiya qeyd etməyi vacib hesab edir ki, 01 aprel 2021-ci il tarixli alqı-satqı müqaviləsi üzrə həmin tarixdə əldə edilmişlərin daha sonrakı tarixlərdə qaytarılmalı olmasına dair müqavilədə və etibarnamədə hər hansı bir şərtin nəzərdə tutulmaması diqqətə alınaraq, əldə edilmişlərin daha sonrakı tarixlərdə qaytarılmalı olmasının razılaşdırılmasını sübut etmə vəzifəsi iddiaçının deyil, cavabdehin üzərinə düşmüşdür. Cavabdeh tərəfindən isə buna dair sübutlar təqdim edilməmişdir.
32. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli qərarında məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Həmin maddənin Vİİ hissəsinə əsasən isə məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1 və 9.3-cü maddələrinə əsasən, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin maddənin 3-cü bəndinə əsasən, hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O öz qərarını yalnız tərəflərin bu prinsipə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ümumilikdə ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinin müddəası baxımından məhkəmə hər hansı bir hüquq mübahisəsinə baxarkən heç bir halda tərəflərin əvəzinə onların səlahiyyətlərini yerinə yetirməməlidir. Əks halda o, baxılan iş üzrə ədalət mühakiməsinin həyata keçirilməsi funksiyasının ziddinə hərəkət edir və eyni zamanda mülki məhkəmə icraatının prinsiplərini pozmuş olur. Məhkəmə öz hüquqi mövqeyini əsaslandıraraq, aşağıdakı nəticəyə gəlmişdir:
1. məhkəmə özü sübutları toplamır, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaradır;
2. tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlir.
33. MPM-in 385-387-ci maddələrində birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsaslar nəzərdə tutulmuş və bu əsaslar sırasında maddi və ya prosessual hüquq normalarının pozulması və yaxud düzgün tətbiq edilməməsi də təsbit olunmuşdur.
34. MPM-in 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun.
35. Məhkəmə kollegiyası hesab edir ki, iddianın illik 5 faizlə hesablanan 3200 manat pul tələbinə dair hissəsində birinci instansiya məhkəməsi tərəfindən işə baxılakən maddi və prosessual hüquq normalarının tələbləri pozulduğundan Qəbələ Rayon Məhkəməsinin 01 may 2025-ci il tarixli, e-2(025)-179/2025 nömrəli əlavə qətnaməsi ləğv edilərək iş üzrə yeni əlavə qətnamə qəbul edilməlidir.
36. Şərh edilənləri diqqətə alaraq, məhkəmə kollegiyası iddiaçının 01 aprel 2021ci il tarixdən ödənilməsini gecikdirilmiş 16000 manat pul vəsaiti üçün illik 5 faizlə hesablanan məbləğin 01 aprel 2021-ci il tarixdən iddia ərizəsinin birinci instansiya məhkəməsinə təqdim edildiyi 27 dekabr 2024-cü il tarixədək olan dövr üçün cavabdehdən xeyrinə tutulmasını tələb etməkdə haqlı olması qənaətinə gəlsə də, 27 dekabr 2024-cü il tarixdən sonrakı dövrə aid hissədə iddia tələbini əsaslı hesab etmir.
37. Belə ki, iddiaçı tərəfindən iddia ərizəsi 27 dekabr 2024-cü il tarixdə birinci instansiya məhkəməsinə təqdim edilməsinə baxmayaraq, onun tərəfindən qabaqcadan, hər hansı bir müəyyənliyə istinad edilmədən 27 dekabr 2024-cü il tarixdən 01 aprel 2025-ci il tarixədək olan dövr üçün də 16000 manat pul vəsaitinin ödənilməsinin gecikdirilməsinə görə illik 5 faizlə pul vəsaiti tələb edilmişdir.
38. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
39. Həmin Məcəllənin 5.1-ci maddəsinə əsasən hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır.
40. Həmin Məcəllənin 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərilməlidir.
41. Kollegiya qeyd edir ki, 16000 manat pul vəsaitinin 01 aprel 2021-ci il tarixdən iddia ərizəsinin verildiyi 27 dekabr 2024-cü il tarixədək olan dövr üçün illik 5 faizlə hesablanan hissəsinin neçə manat təşkil etməsi məqsədi ilə məhkəmə kollegiyasının iclasına mütəxəssis dəvət edilmişdir.
42. X4-Muxtar Şahin oğlu məhkəmə kollegiyasının iclasında verdiyi izahatında 16000 manat pul vəsaitinin 01 aprel 2021-ci il tarixdən 27 dekabr 2024-cü il tarixədək olan dövr üçün illik 5 faizinin cəmi 2993.30 manat təşkil etdiyini göstərmişdir.
43. Şərh edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmalı, Qəbələ Rayon Məhkəməsinin 01 may 2025-ci il tarixli, e-2(025)-179/2025 nömrəli əlavə qətnaməsi ləğv edilməli, iş üzrə yeni əlavə qətnamə qəbul edilməli, İddiaçı Cavabdeh qarşı xx.xx.2021-ci il tarixdən xx.xx.2025-ci il tarixədək pul vəsaitinin ödənilməsinin gecikdirilməsinə görə illik 5 faiz hesablanmaqla 3.200 (üç min iki yüz) manat faiz və 10.0 manat dövlət rüsumu tələbinə dair iddiası qismən təmin edilməli, Cavabdeh xx.xx.2021-ci il tarixdən iddia ərizəsinin verildiyi 27 dekabr 2024-cü il tarixədək pul vəsaitinin ödənilməsinin gecikdirilməsinə görə illik 5 faiz hesablanmaqla 2993.30 manat faiz və 10.0 manat dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilməli, pul vəsaitinin ödənilməsinin gecikdirilməsinə görə 206.7 manat faizin tutulması hissəsində iddia tələbi rədd edilməlidir.
44. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunsun. Qəbələ Rayon Məhkəməsinin 01 may 2025-ci il tarixli, e-2(025)-179/2025 nömrəli əlavə qətnaməsi ləğv edilsin. İş üzrə yeni əlavə qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı xx.xx.2021-ci il tarixdən xx.xx.2025-ci il tarixədək pul vəsaitinin ödənilməsinin gecikdirilməsinə görə illik 5 faiz hesablanmaqla 3.200 (üç min iki yüz) manat faiz və 10.0 manat dövlət rüsumu tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixdən iddia ərizəsinin verildiyi 27 dekabr 2024-cü il tarixədək pul vəsaitinin ödənilməsinin gecikdirilməsinə görə illik 5 faiz hesablanmaqla 2993.30 manat faiz və 10.0 manat dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilsin. Pul vəsaitinin ödənilməsinin gecikdirilməsinə görə 206.7 manat faizin tutulması hissəsində iddia tələbi rədd edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.