Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1077/2024 12.09.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı vurulmuş maddi zərər tələbinə dair mülki iş üzrə (Açar sözlər: vurulmuş maddi zərərin ödənilməsi, tələbin hüquqi əsasının olmaması) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), X1 və Məcidov Ələddin Tofiq oğlundan ibarət tərkibdə, İbrahimov Səbuhi Təmraz oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı vurulmuş maddi zərər tələbinə dair mülki iş üzrə Şəki Rayon Məhkəməsinin 3 iyun 2024-cü il tarixli, 2(075)-963/2024 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək avtomobilinə dəymiş maddi zərərin əvəzi olaraq 4087 manatın və dövlət büdcəsinə ödədiyi 61 manat dövlət rüsumunun Cavabdeh alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiаçı İddiaçı оğlu iddiа ərizəsini оnunlа əsаslаndırmışdır ki, , Cavabdeh, 27 iyun 2023-cü il tarixdə "Kamaz 5410" markalı **-CA-*** dövlət qeydiyyat nişanlı yük avtomobillə və ona qoşulmuş "MAZ9397" markalı **-ZB-*** dövlət qeydiyyat nişanlı yarım qoşqu ilə yüklü vəziyyətdə Bakı şəhəri Nərimanov rayonu, Ziya Bünyadov prospekti ilə hərəkət edərkən Salam Adil adlanan ərazidə tunelin içərisində ehtiyatsızlıq edərək mülkiyyətində olan "Mercedes-Benz-Atego" markalı, **-GD-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə toqquşmuş daha sonra "Mercedes-Benz-Sprinter" markalı avtomobillə toqquşmuşdur. Hadisə zamanı mülkiyyətində olan "Mercedes-Benz-Atego" markalı, **-GD-*** dövlət qeydiyyat nişanlı avtomobilinə 5120 (beş min yüz iyirmi) manat maddi ziyan dəymişdir. İcbari Sığorta tərəfindən avtomobilinə dəymiş maddi ziyanın 1033.81 manat ödəniş edilmişdir. Lakin, hadisədən uzun müddət keçməsinə baxmayaraq, bugünədək avtomobilimə dəymiş 4087 manat maddi ziyanla bağlı cavabdeh tərəfindən heç bir ödəmə aparılmamışdır. Hadisə nəticəsində "Kamaz 5410" markalı **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən şəxs Hacıyev X2 rayon X6 tərəfindən İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinərək inzibati cərimə olunmuşdur. Avtomobilinə dəymiş ziyanla əlaqədar mütəxəssisləri tərəfindən baxış keçirilmiş və dəymiş ziyanın 4087 (dörd min səksən yeddi) manat cavabdeh tərəfindən ödənilməmişdir. Birinci instansiya məhkəməsində icraat Şəki Rayon Məhkəməsinin 3 iyun 2024-cü il tarixli, 2(075)-963/2024 saylı qətnaməsi ilə (hakim E.Vəliyev) iddia təmin edilmiş, Cavabdeh vurulmuş maddi zərərin əvəzi olaraq 4087 (dörd min səksən yeddi) manat pulunun və 61 (altmış bir) manat məbləğində ödənilmiş dövlət rüsumunun alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; Cavabdeh xx.xx.2023-cü il tarixdə idarə etdiyi "Kamaz 5410" markalı **-CA-*** dövlət qeydiyyat nişanlı yük avtomobillə və ona qoşulmuş "MAZ9397" markalı **-ZB-*** dövlət qeydiyyat nişanlı yarım qoşqu ilə yüklü vəziyyətdə Bakı şəhəri Nərimanov rayonu, Ziya Bünyadov prospekti ilə hərəkət edərkən İddiaçı idarə etdiyi "Mercedes-Benz-Atego" markalı, **-GD-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Qeyd edilən hadisə ilə bağlı araşdırma aparılaraq Cavabdeh hərəkətləri nəticəsində heç bir cinayət hadisəsi baş vermədiyi üçün toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Cavabdeh barəsində Azərbaycan Respublikası İXM-nin 327.1-ci və 332.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması məqsədi ilə qəbul edilmiş qərar icra olunması üçün Nərimanov RPİ-nin DYPŞ-nə göndərilmişdir. Hadisə nəticəsində İddiaçı dəymiş cəmi ziyan məbləğinin 5120 manat təşkil etməsi Azərbaycan Sənayə Sığorta tərəfindən tərtib edilmiş aktla öz təsdiqini tapmışdır. Hadisə nəticəsində İddiaçı dəymiş ziyanın cəmi məbləğinin 5120 manat təşkil etməsinə baxmayaraq sığrota tərəfindən 1033.81 manat məbləğin ödənilməsi nəzərə alınaraq iddiaçı Cavabdeh qalan 4087 manat ziyan məbləğini cavabdehdən tələb etməkdədir. Bu səbəbdən də İddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır; Cavabdeh xx.xx.2023-cü il tarixdə idarə etdiyi "Kamaz 5410" markalı **-CA-*** dövlət qeydiyyat nişanlı yük avtomobillə və ona qoşulmuş "MAZ9397" markalı **-ZB-*** dövlət qeydiyyat nişanlı yarım qoşqu ilə yüklü vəziyyətdə Bakı şəhəri Nərimanov rayonu, Ziya Bünyadov prospekti ilə hərəkət edərkən İddiaçı idarə etdiyi "Mercedes-Benz-Atego" markalı, **-GD-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Qeyd edilən hadisə ilə bağlı araşdırma aparılaraq Cavabdeh hərəkətləri nəticəsində heç bir cinayət hadisəsi baş vermədiyi üçün toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Cavabdeh barəsində Azərbaycan Respublikası İXM-nin 327.1-ci və 332.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması məqsədi ilə qəbul edilmiş qərar icra olunması üçün Nərimanov RPİ-nin DYPŞ-nə göndərilmişdir. Hadisə nəticəsində İddiaçı dəymiş cəmi ziyan məbləğinin 5120 manat təşkil etməsi Azərbaycan Sənayə Sığorta tərəfindən tərtib edilmiş aktla öz təsdiqini tapmışdır. Hadisə nəticəsində İddiaçı dəymiş ziyanın cəmi məbləğinin 5120 manat təşkil etməsinə baxmayaraq sığrota tərəfindən 1033.81 manat məbləğin ödənilməsi nəzərə alınaraq iddiaçı Cavabdeh qalan 4087 manat ziyan məbləğini cavabdehdən tələb etməkdədir. Bu səbəbdən də İddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Göründüyü kimi Cavabdeh təqsirli hərəkətləri nəticəsində İddiaçı maddi ziyan vurulmuşdur. Şərh edilənlərə əsasən birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia təmin olunaraq Cavabdeh vurulmuş maddi zərərin əvəzi olaraq 4087 (dörd min səksən yeddi) manat pul alınaraq İddiaçı ödənilməlidir. Ödənilmiş 61 (altmış bir) manat dövlət rüsumu Cavabdehdan alınaraq iddiaçıya verilməlidir. Həmçinin birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 1096.1, 1097.1, 1099.1, 1108.1, 1114.1-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 107, 119.1 və 217.4-cü maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, işə baxan məhkəmə iş üzrə əhəmiyyət kəsb edən halları hər-tərəfli araşdırmadan qərar vermişdir. Belə ki, məhkəmə iddiaçı tərəfin üzərinə mümkün olan bütün subutları təqdim etməyi tələb etməli idi. Lakin bunu etməmişdir. Belə ki, iddiaçı tələbi üzrə yalnız sığorta ödənişi barədə sənədi və ziyan məbləinin hesablanması barədə sığota şirkətinin aktını təqdim etmişdir. İddiaçı tərəf lazım olan bütün sübutları təqdim etməmişdir. İddiaçı nəqliyyat vasitəsini bildiyi qədər təmir etmədən satmışdır. Bu zaman o nəqliyat vasitəsinin əvvəlçi bazar qiymətini və sonradan təmir etdirmədən satdığı qiyməti təqdim etməli və ziyan məbləğini müəyyənləşdirməldir. İş üzrə yalnız ziyan Aktı təqdim edilmişdir. Həmin aktla razılaşmır. Qeyd olunanlara əsasən, onlar, Şəki Rayon Məhkəməsinin 3 iyun 2024-cü il tarixli, 2(075)-963/2024 saylı qətnaməsini ləğv edərək iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamənin çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cаvаbdеh Cavabdeh apellyasiya şikayətinin təmin edilməsini, Şəki Rayon Məhkəməsinin 3 iyun 2024-cü il tarixli, 2(075)- 963/2024 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. İddiaçı işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası: Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Konstitusiyanın 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya: İnsan Hüquqlarının və X3 Haqqında Konvensiyanın 6-cı maddəsinin («Ədalətli məhkəmə araşdırması hüququ») 1-ci hissəsində qeyd olunur ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik mülahizələrinə görə, həmçinin yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə, yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər. Həmin Konvensiyanın 13-cü maddəsində isə göstərilir ki, bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqları pozulan hər kəs, hətta bu pozulma rəsmi fəaliyyət göstərən şəxslər tərəfindən törədildikdə belə, dövlət orqanları qarşısında səmərəli hüquqi müdafiə vasitələrinə malikdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 925.2-ci maddəsinə əsasən Sığortaçı dəymiş zərəri müxtəlif üsullarla, o cümlədən zərər dəymiş predmetin və ya hadisə yerinin fiziki və texniki xüsusiyyətlərini müxtəlif vasitələrlə təyin etməklə, sxem və cizgilər tərtib etməklə, foto və video çəkilişlər aparmaqla, bilavasitə özü və ya “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbini nəzərə almaqla nümayəndəsi kimi təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə qiymətləndirir. Sığortaçı zərərin qiymətləndirilməsinə dair məlumatları (zərər dəymiş əmlakın hər bir hissəsinin təmir və ya bərpasına tələb olunan konkret xərclərin məbləği) sığortalıya, sığorta olunana və faydalanan şəxsə kağız daşıyıcıda, habelə elektron poçt və ya digər elektron kommunikasiya vasitələri ilə təqdim etməlidir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun: 16.2-ci maddəsinə əsasən sığortaçı sığorta hadisəsi nəticəsində dəymiş zərərin məbləğini bilavasitə özü və ya “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbini nəzərə almaqla təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə müəyyən edir. Zərərin sığortaçı tərəfindən müəyyən edilmiş həcmi barədə tərəflər arasında razılıq əldə edilmədikdə, zərərin miqdarının qiymətləndirilməsi “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbi nəzərə alınmaqla tərəflərin qarşılıqlı razılığı ilə təyin olunan qiymətləndirmə fəaliyyəti ilə məşğul olan müstəqil ekspert tərəfindən aparılır. “Sığorta fəaliyyəti haqqında” Qanununun: Maddə 10.10. Azərbaycan Respublikasının sığorta sahəsində yardımçı fəaliyyət göstərən hüquqi şəxsləri və müstəqil ekspertləri yalnız bu Qanunun 95.3-cü maddəsində nəzərdə tutulmuş reyestrə daxil edilmiş olduqları halda sığorta əməliyyatları üzrə xidmət göstərmək üçün cəlb oluna bilərlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator Şəki Rayon Məhkəməsinin 3 iyun 2024-cü il tarixli, 2(075)-963/2024 saylı qətnaməsini ləğv edərək iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamənin çıxarılmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız mübahisələndirilən hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Daha sonra Kollegiya qeyd etməyi lazım bilir ki, formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də kollegiya Şəki Rayon Məhkəməsinin 3 iyun 2024-cü il tarixli, 2(075)-963/2024 saylı qətnaməsini apellyasiya şikayətinin həcmində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almamış, iddianı düzgün olmayaraq təmin etmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, iş üzrə Şəki Rayon Məhkəməsinin 3 iyun 2024-cü il tarixli, 2(075)-963/2024 saylı qətnaməsi tamamilə ləğv edilməli və yeni qətnamə qəbul edilməli, iddia ərizəsi rədd edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, Cavabdeh xx.xx.2023-cü il tarixdə idarə etdiyi "Kamaz 5410" markalı **-CA-*** dövlət qeydiyyat nişanlı yük avtomobillə və ona qoşulmuş "MAZ9397" markalı **-ZB-*** dövlət qeydiyyat nişanlı yarım qoşqu ilə yüklü vəziyyətdə Bakı şəhəri Nərimanov rayonu, Ziya Bünyadov prospekti ilə hərəkət edərkən İddiaçı idarə etdiyi "Mercedes-Benz-Atego" markalı, **-GD-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Qeyd edilən hadisə ilə bağlı araşdırma aparılaraq Cavabdeh hərəkətləri nəticəsində heç bir cinayət hadisəsi baş vermədiyi üçün toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Cavabdeh barəsində Azərbaycan Respublikası İXM-nin 327.1-ci və 332.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması məqsədi ilə qəbul edilmiş qərar icra olunması üçün Nərimanov RPİ-nin DYPŞ-nə göndərilmişdir. Hadisə nəticəsində İddiaçı dəymiş cəmi ziyan məbləğinin 5120 manat təşkil etməsi Azərbaycan Sənayə Sığorta tərəfindən tərtib edilmiş aktla öz təsdiqini tapmışdır. Hadisə nəticəsində İddiaçı dəymiş ziyanın cəmi məbləğinin 5120 manat təşkil etməsinə baxmayaraq sığrota tərəfindən 1033.81 manat məbləğin ödənilməsi nəzərə alınaraq iddiaçı Cavabdeh qalan 4087 manat ziyan məbləğini cavabdehdən tələb etməkdədir. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi əsassız, apellyasiya şikayəti isə əsaslıdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Cavabdeh xx.xx.2023-cü il tarixdə idarə etdiyi "Kamaz 5410" markalı **-CA-*** dövlət qeydiyyat nişanlı yük avtomobillə və ona qoşulmuş "MAZ9397" markalı **-ZB-*** dövlət qeydiyyat nişanlı yarım qoşqu ilə yüklü vəziyyətdə Bakı şəhəri Nərimanov rayonu, Ziya Bünyadov prospekti ilə hərəkət edərkən İddiaçı idarə etdiyi "Mercedes-Benz-Atego" markalı, **-GD- *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Qeyd edilən hadisə ilə bağlı araşdırma aparılaraq Cavabdeh hərəkətləri nəticəsində heç bir cinayət hadisəsi baş vermədiyi üçün toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Cavabdeh barəsində Azərbaycan Respublikası İXM-nin 327.1-ci və 332.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması məqsədi ilə qəbul edilmiş qərar icra olunması üçün Nərimanov RPİ-nin DYPŞ-nə göndərilmişdir. Hadisə nəticəsində İddiaçı dəymiş cəmi ziyan məbləğinin 5120 manat təşkil etməsi Azərbaycan Sənayə Sığorta tərəfindən tərtib edilmiş aktla öz təsdiqini tapmışdır. Hadisə nəticəsində İddiaçı dəymiş ziyanın cəmi məbləğinin 5120 manat təşkil etməsinə baxmayaraq sığrota tərəfindən 1033.81 manat məbləğin ödənilməsi nəzərə alınaraq iddiaçı Cavabdeh qalan 4087 manat ziyan məbləğini cavabdehdən tələb etməkdədir. Bu səbəbdən də İddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Göründüyü kimi Cavabdeh təqsirli hərəkətləri nəticəsində İddiaçı maddi ziyan vurulmuşdur. Şərh edilənlərə əsasən birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia təmin olunaraq Cavabdeh vurulmuş maddi zərərin əvəzi olaraq 4087 (dörd min səksən yeddi) manat pul alınaraq İddiaçı ödənilməlidir. Ödənilmiş 61 (altmış bir) manat dövlət rüsumu Cavabdehdan alınaraq iddiaçıya verilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticə ilə razılaşmır. İş materiallarında olan 1-959/23 nömrəli sığorta ödənişi aktında görünür ki, “X5” markalı, **-GD-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 5120 (beş min bir yüz iyirmi), ödənilməli olan sığorta ödənişi məbləği 1033.81 manat təşkil edir. İş materiallarında olan zərər və sığorta ödənişinin məbləği ilə razılaşma barədə sığorta ödəniş aktına əlavədən görünür ki, İddiaçı etibarnamə əsasında sahibliyində olan “Mercedes Sprinter” markalı, **-GD-*** dövlət qeydiyyat nişanlı əmlaka dəyən zərərin 5120 (beş min bir yüz iyirmi) manat məbləğində qiymətləndirilərək müəyyən edilməsindən xəbərdardır, 1033.81 manat ona ödənilməli olan sığorta ödənişi məbləği ilə tam razıdır. Ödəniləcək sığorta ödənişi məbləğini mübahisələndirmək hüququnu itirəcəyi ona izah olunmuş, heç bir əlavə iddiası və tələbi yoxdur və gələcəkdə olmayacaqdır. Kollegiya qeyd edir ki, iddiaçı sığorta hadisəsi nəticəsində avtomaşınına dəymiş ziyan məbləği ilə razı olmadığını iddia etsə də, ziyan məbləği sığortaçı tərəfindən müəyyən edilərkən bu hüququnu sığortaçıya bildirməmişdir. Yəni iddiaçı sığortaçı tərəfindən müəyyən edilmiş ziyan məbləği ilə razılığını ifadə edərək sığorta aktını imzalanmış və sığorta ödənişini almışdır. İddiaçı sığortaçı tərəfindən müəyyən edilmiş ziyan məbləği ilə bağlı razılığını bildirdiyindən və sığorta ödənişi aldığından, o həmin ziyan məbləğini yenidən mübahisələndirmək hüququnu itirmişdir. İcbari sığorta haqqında qanunvericiliyə əsasən sığortaçının sığortalı qarşısında öhdəliyi qanunla müəyyən edilmiş həddə yaranır. Yəni sığortaçı sığortalıya sığorta ödənişini qanunla müəyyən edilmiş prosedur həyata keçirildikdən sonra ödəyir. Həmin prosedur sığorta hadisəsinin müəyyən edilməsi, ziyanın hesablanması və sığorta ödənişinin ödənilməsindən ibarətdir. Qanun sığortalıya hər mərhələ üzrə sığortaçının hərəkətlərini mübahisələndirmək hüququnu vermişdir. İddiaçı yol-nəqliyyat hadisəsi zamanı avtomaşınına 5120 manat manat ziyan vurulmasını hesab etmişdirsə, bu halda sığortaçı tərəfindən müəyyən edilən ziyan məbləği ilə razı olmamaq və onu mabahisələndirmək hüququ var idi. Lakin iddiaçı bu hüququndan istifadə etməmiş və ziyan məbləği ilə razı olduğunu bildirərək sığorta ödənişini almışdır. Tərəflər sığorta aktında ödənilən razılaşdırılmış həmin sığorta məbləğinin qəti olduğunu imzaları ilə təsdiq etmişlər. Kollegiya hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsaslıdır. Belə ki, işə əlavə olunmuş 19 sentyabr 2023-cü il tаriхli sığоrtа ödənişi аktındаn görünür ki, iddiаçı İddiaçı оğlunа vurulmuş zərərə görə yаlnız 1033.81 manat ödəniş еdilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almamış, iddianı düzgün olmayaraq təmin etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməli, iş üzrə Şəki Rayon Məhkəməsinin 3 iyun 2024-cü il tarixli, 2(075)-963/2024 saylı qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməməlidir. Daha sonra kollegiya qeyd etməyi lazım bilir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin qətnamələrindən kassasiya şikayəti verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. İş üzrə Şəki Rayon Məhkəməsinin 3 iyun 2024-cü il tarixli, 2(075)-963/2024 saylı qətnaməsi qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı vurulmuş maddi zərərin əvəzi olaraq 4087 (dörd min səksən yeddi) manat pulun Cavabdeh alınıb İddiaçı verilməsinə dair iddia ərizəsi təmin edilməsin. Ödənilmiş 61 manat dövlər rüsumu iddiaçıya aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. .
Məhkəmə qərarları › İş №2(107)-1077/2024
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1077/2024
12.09.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver