Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1078/2020 03.07.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Quluzadə Rahul Teyyuf oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Ağsu Rayon Məhkəməsinin 04 dekabr 2019-cu il tarixli 2(016)-807/2019 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ağsu Rayon Məhkəməsinin (hаkim NamidarMisirzadə) 04 dekabr 2019-cu il tarixli 2(016)-807/2019 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş, 18000 (on səkkiz min) manat məbləğində pul vəsaiti və 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq İddiaçıödənilməsi qət edilmişdir. İşin hаllаrı : İddiaçı Cavabdeh qarşı – cavabdehdən 18000 manat pul və 30 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbi onunla əsaslandırılmışdır ki, 29.05.2018-ci ildə Sumqayıt şəhəri 3 saylı notariat kontorunun xüsusi notariusunda kredit müqaviləsi bağlamaqla Cavabdeh 18000 manat məbləğində borc pul vermişdir. Müqaviləyə əsasən, cavabdeh borc pulu 29.05.2019-cu il tarixə qədər qaytarmalı idi. Lakin müqavilədə göstərilən müddət tamam olsada cavabdeh aldığı borcu qaytarmamışdır. Hər dəfə borcunu qaytarması üçün ona müraciət etdikdə, o, müxtəlif bəhanələr gətirərək borcun qaytarılmasını yubadır. İddiaçı birinci instansiya məhkəməsinə teleqramla müraciət edərək məhkəmə iclasının iştirakı olmadan baxılmasına və tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh birinci instansiya məhkəməsinin məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı ilə Cavabdeh arasında 29.05.2018-ci il tarixdə kredit müqavilə bağlanmışdır. Qeyd edilən müqavilə həmin tarixdə Sumqayıt şəhəri 3 saylı notariat kontorunun xüsusi notariusunda 3M-404 reyestr sayda qeydə alınaraq təsdiq edilmişdir. Göstərilən müqaviləyə əsasən cavabdeh iddiaçıdan 18000 manat məbləğində borc pul almış, qeyd edilən məbləği 29.05.2019-cu il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. İş üzrə yuxаrıdа göstərilən məhkəmə qətnаməsi çıxаrılmışdır. Cavabdeh Ağsu Rayon Məhkəməsinin 04 dekabr 2019-cu il tarixli 2(016)-807/2019 saylı qətnaməsindən apelyasiya şikayəti vermişdir. Cavabdeh isə apelyasiya məhkəməsinə qarşılıqlı iddia ərizəsi verərək İddiaçı ilə arasında 29 may 2018-ci il tarixdə Sumqayit şəhəri 3 saylı Notariat Kontorunda bağlanmış kredit (borc) müqaviləsin etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Аpelyаsiyа şikаyətinin dəlilləri : Cavabdeh аpelyаsiyа şikаyətində qeyd etmişdir ki, İddiaçı uzun müddətdir ki, yaxından tanıyır. O, iddiaçıdan ayrı-ayrı vaxtlarda qısa müddətə borc pul alaraq artıqlaması ilə də geri qaytarmışdır. Ondan borc pul götürdükdə aylıq olaraq ona pul ödənişi etmiş. Müqavilə bağlanmazdan daha əvvəl o, ondan borc pul alsa da, lakin 29 may 2018-ci il tarixdə Sumqayıt şəhəri 3 saylı Notariat Kontorunun xüsusi notariusunda ona Gülnarədən heç bir məbləğ pul almamışdır. Həmin müqavilə görünüş üçün bağlanmışdır. Aldığı pul vəsaitindən isə hissə- hissə iddiaçıya ödəmişdir. Aralarındakı razılaşmaya əsasən, o, mütamadi olaraq aylıq 900 manat ona pul ödənişi edəcəkdi. Onun ona pul ödənişləri etdiyinə baxmayaraq iddiaçı həmin məbləğləri hesaba almamışdır. O, iddiaçı ilə real olaraq yox, görünüş üçün həmin müqaviləni bağlamışdır.Sözügedən borc müqaviləsinin bağlanmasında iddiaçının əsl niyyəti-iradə ifadəsi ona borc verməsinə yönəlmədiyindən və həmin müqavilə görünüş üçün bağlandığından uydurma (əhəmiyyətsiz) əqd olmaqla özlüyündə etibarsızdır.Kredit müqaviləsi real müqavilə olduğundan borcun verilməsi ilə müqavilə bağlanmış hesab edilir. 29 may 2018-ci il tarixdə Sumqayıt şəhəri 3 saylı Notariat Kontorunun xüsusi notariusunda bağlanmış kredit müqaviləsi ilə ona real olaraq pul verilməmişdir. Belə olan halda həmin müqavilə bağlanmış hesab edilə bilməz.Beləliklə, göründüyü kimi iddiaçı tərəfindən ona hər hansı bir borc məbləği verilməmişdir. Sumqayıt şəhəri 3 saylı Notariat Kontorunun xüsusi notariusunda həmin vaxt qeydə alınmış videogörüntülərə baxış keçirilərsə onun iddiaçıdan real olaraq pul almadığı 1 daha aydın olar. Bu məsələlər aydınlaşdırılmalı olduğu halda araşdırma aparılmamış, 3 saylı Notariat Kontorunun xüsusi notariusu işə cəlb edilməmişdir. Ona görədə apelyasiya şikayətimin təmin edilməsini və Ağsu Rayon Məhkəməsinin 2(016)-807/2019 saylı, 04 dekabr 2019cu il tarixli qətnaməsinin ləğv edilməsi və iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş edirəm. İşdə iştirаk edən şəxslərin izаhаtlаrı : Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cаvаbdeh Cavabdeh izahat verərək bildirdi ki, onunla Gülnarə Şeydiyeva arasında 18000 manat pulun verilməsinə dair müqaviləni o imzalamışdır, onun hal-hazrda ona həmin məbləğdən borcu vardır. Odur ki, qanuni qətnamə qəbul edilməsini xahiş edir. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq İddiaçı məhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəmə kollegiyasına bildirməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə, onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər : Azərbaycan Respublikası Mülki Prоsessuаl Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı mаddəsində deyilir ki, аpelyаsiyа instаnsiyаsı məhkəməsi birinci instаnsiyа məhkəməsinin qətnаməsinin əsаslılığını оnun bаrəsində аçıq və yа dоlаyısı ilə mübаhisə edilən hissəsi üzrə, şikаyət qərаrın ləğv edilməsinə yönəldikdə və yа аpelyаsiyа şikаyətində və оnа etirаzlаrdа ifаdə оlunmuş dəlillərə əsаsən mübаhisənin predmeti bölünməz оlduqdа isə tаm yоxlаyır. Həmin Məcəllənin 372.7-ci mаddəsinə görə, аpelyаsiyа instаnsiyаsı məhkəməsi şikаyətin dəlillərindən аsılı оlmаyаrаq, məhkəmənin mаddi və prоsessuаl hüquq nоrmаlаrınа riаyət etməsini yоxlаyır. İşin faktiki halları ondan ibarətdir ki, Cavabdeh iddiaçı Gülnarə Şeydiyeva arasında 18000 manat borc pulun verilməsi barədə 29 may 2018-ci il tarixli borc müqaviləsi bağlanmış və ona həmin məbləğdə pul verilmiş, lakin cavabdeh qeyd edilən kredit müqaviləsi üzrə götürdüyü məbləği 29.05.2019-cu il tarixə kimi qaytarmağı öhdəsinə götürmüş olsa da, hər hansı bir ödəniş etməmişdir. Məhkəmə kоllegiyаsı аşаğıdаkı hаllаrа görə bu qənаətə gəldi ki, birinci instаnsiyа məhkəməsi mübаhisəni Cavabdeh münаsibətdə düzgün həll etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə müqavilə iştirakçılarından bir tərəfi (borc verən) hər hansı əşyanı (pul və ya digər əvəz edilən əşyanı) digər tərəfin mülkiyyətinə keçirməyi, digər tərəf isə aldıqlarını müvafiq olaraq borc verənə qaytarmağı öz öhdəsinə götürür. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsasdar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Birinci instansiya məhkəməsi və apelyasiya məhkəməsinin araşdırması zamanı müəyyən edilir ki, Cavabdeh İddiaçı arasında 29.05.2018-ci il tarixdə kredit müqavilə bağlanmışdır. Qeyd edilən müqavilə həmin tarixdə Sumqayıt şəhəri 3 saylı notariat kontorunun xüsusi notariusunda 3M-404 reyestr sayda qeydə alınaraq təsdiq edilmişdir. Göstərilən müqaviləyə əsasən cavabdeh iddiaçıdan 18000 manat məbləğində borc pul almış, qeyd edilən məbləği 29.05.2019-cu il tarixə kimi qaytarmağı öhdəsinə götürmüş olsa da, hər hansı bir ödəniş etməmişdir. Odur ki, iddiaçı həmin pulu tələb etməkdə haqlıdır. Qeyd olunun fakt işə əlavə edilmiş iş materialları ilə yanaşı Cavabdeh apelyasiya məhkəməsinin iclasında vermiş olduğu izahatı ilə təsdiq edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Məhkəmə kollegiyası Cavabdeh verdiyi qarşılıqlı iddia ərizəsi ilə bağlı bildirir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 155.1-ci maddəsinə əsasən qarşılıqlı iddia işin baxılmasına başlanana kimi verilməlidir. Lakin cavabdeh qarşılıqlı iddianın birinci instansiya məhkəməsini işə baxıb qutardıqdan sonra verdiyi üçün məhkəmə tərəfindən araşdırılmır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməkdə haqlı olmuşdur. Məhkəmə kolleiyası hesab edir ki, apelyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, habelə iddia cavabdeh tərəfindən etiraf edildiyindən iş üzrə Ağsu Rayon Məhkəməsinin 04 dekabr 2019-cu il tarixli 2(016)-807/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.1-ci maddəsinə görə apelyasiya instansiya məhkəməsi qətnaməni dəyişdirmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 384, 385, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. İş üzrə Ağsu Rayon Məhkəməsinin 04 dekabr 2019-cu il tarixli 2(016)-807/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(107)-1078/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1078/2020
03.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver