Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1079/2022 14.09.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh X9 qarşı maneələrin aradan qaldırılması tələbinə dair mülki iş üzrə (Açar sözlər: maneələrin aradan qaldırılması) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Atabalayev Faiq Gülağa oğlunun katibliyi, cavabdeh X6 iştirakı ilə, İddiaçı cavabdeh X9 qarşı maneələrin aradan qaldırılması tələbinə dair mülki iş üzrə Şəki Rayon Məhkəməsinin 1 iyul 2022-ci il tarixli 2(075)-905/2022 saylı qətnaməsindən cavabdeh X14 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları İddiaçı və cavabdeh X6 atası X21 xx.xx.1998-ci il tarixində, anaları X15 isə xx.xx.2021-ci ildə vəfat etmişlər. X4 Şəki rayonunun Orta Zəyzid kəndində olan daşınmaz əmlak miras qalmışdır. Birinci instansiya məhkəməsində icraat: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, açdırdığı vərəsəlik işini başa çatdıra bilməyi üçün qardaşı X6 bu işə dair yaratdığı maneənin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 22 may 2022-ci il tarixdə İddiaçı nümayəndəsi Nümayəndə məhkəməyə elektron qaydada tələbin dəqiqləşdirilməsinə dair ərizə göndərərək, açdırdığı vərəsəlik işini başa çatdıra bilməyi üçün ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinin əməkdaşlarının Şəki rayonu, Orta Zəyzid kəndində yerləşən fərdi yaşayış evinə baxış keçirməklərinə qardaşı X14 tərəfindən yaradılan maneələrin aradan qaldırılması və X9 bu cür hərəkətlər edilməsinin qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 30 may 2022-ci il tarixdə İddiaçı nümayəndəsi (oğlu) Nümayəndə yenidən məhkəməyə elektron qaydada tələbin dəqiqləşdirilməsinə dair ərizə göndərərək, iddiaçının açdırdığı vərəsəlik işini başa çatdıra bilməyi üçün ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinin əməkdaşlarının (mərhum atası X17) mərhum anası X10 məxsus Şəki rayonu, Orta Zəyzid kəndində yerləşən fərdi yaşayış evinə baxış keçirməklərinə qardaşı X14 tərəfindən yaradılan maneələrin aradan qaldırılması və X9 bu cür hərəkətlər edilməsinin qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir Tələbin dəqiqləşdirilməsi barədə ərizə məhkəmənin icraatına qəbul edilmişdir. Məhkəmə iclası zamanı İddiaçı nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək göstərmişdir ki, İddiaçı onun anası, cavabdeh isə onun dayısıdır. Anasının valideyinləri mərhum X21 xx.xx.1998-ci il tarixində, mərhum X15 isə xx.xx.2021-ci ildə vəfat etmişlər. Onlardan miras əmlak qalmış və həmin miras əmlak Şəki rayonunun Orta Zəyzid kəndində yerləşir. X21 və X7 varisləri X14, digər dayısı mərhum X20 və onun anası İddiaçıdır. Bildirmişdir ki, mərhum X20 xx.xx.2010-cu il tarixdə vəfat etmiş və ondan heç bir varisi qalmamışdır. X14 isə Bakı şəhərində yaşayır və xx.xx.2017-ci il tarixdə Notarial qaydada Reyestrdə 7E-11008 №-li qeydiyyata alınmış ərizəsi ilə o, xx.xx.2010-cu il tarixdə vəfat etmiş qardaşı X13 ölümündən sonra qalmış hər hansı miras əmlakı qəbul etməmiş, qəbul etmir və gələcəkdə itirilmiş müddətin bərpası ilə bağlı heç bir məhkəmə orqanına müraciət etməyəcəyini bildirmişdir. Bundan başqa X14 xx.xx.2017-ci il tarixdə Notarial qaydada Reyestirdə 7E-11007 №-li qeydiyyata alınmış ərizəsi ilə xx.xx.1998-ci il tarixdə vəfat etmiş ataları X16 ölümündən sonra qalmış hər hansı miras əmlakı qəbul etməmişdir, qəbul etmir və gələcəkdə itirilmiş müddədtin bərpası ilə bağlı heç bir məhkəmə orqanına müraciət etməyəcəyini bildirmişdir. X16 ölümündən sonra X15 xx.xx.2021-ci il tarixdə vəfat edənə qədər onun hər cürə qulluğunda dayanmış və X14 ilə çox yaxşı münasibətləri olmuşdur. X1 Surayə Yusif qızının vəfatından sonra valideyinlərinə məxsus olan və Şəki rayonunun Orta Zəyzid kəndində yerləşən mülkün (evin) açarlarını götürərək bir müddət orada qalacağını bildirmişdir. Daha sonra evin kilidini dəyişərək açarları özü ilə götürməklə Bakı şəhərinə getmişdir. Anası İddiaçı öz növbəsində vərəsəliyi həyata keçirmək üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şəki Regional “Asan Xidmət” mərkəzindəki Notariat ofisə müraciət etmiş və 80.00 (səksən) manat dövlət rüsumu ödəyərək X4 miras qalmış sözügedən əmlaka dair vərəsəlik işi açdırmışdır. Bu işin başa çatdırılması üçün mərhum X4 qalmış daşınmaz əmlakın dövlət Rteyestrində qeydə alınaraq çıxarış və daşınmaz əmlakın yüklülüyü barədə arayış təqdim edilməlidir. Bu arayışın əldə olunması üçün “Asan Xidmət” mərkəzindəki Notariat ofisi tərəfindən xx.xx.2021-ci il tarixdə № 4026 saylı məktubla İqtisadiyyat Nazirliyi vanında ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinə məktubla müraciət olunmuşdur. Həmin müraciət əsasında müəyyən proseslərin işlərin icra edilməsi üçün sözügedən əmlaka daxil olmaq zərurəti yaranmışdır. Lakin açarlar onlarda olmadığından və ona məlum olmayan səbəblərdən X14 həmin əmlaka daxil olmalarına qadağa qoyduğundan açarları verməkdən imtina edir. Bununla da onlar X5 miras əmlaka dair açdırdığı vərəsəlik işini başa çatdıra bilmirlər. Yəni buna X14 maneə yaradır. Buna görə də məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etmişlər. İddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir Məhkəmə iclasında cavabdeh X14 izahat verərək göstərmişdir ki, o, xx xxxxxx 1958ci il tarixdə Şəki rayonu, Orta Zəyzid kəndində anadan olmuşdur. Mərhum atası X21 xx.xx.1998-ci il tarixində, mərhum anası X15 isə xx.xx.2021-ci ildə vəfat etmişlər. Bildirmişdir ki valideynlərindən miras qalmış Şəki rayonu Orta Zəyzid kəndində yerləşən fərdi yaşayış evinin varisləri o, qardaşı X20 və bacısı İddiaçıdır. Ancaq qardaşı X20 xx.xx.2010-cu il tarixdə vəfat etdiyindən, həmin ev ona və bacısı İddiaçı miras qalmışdır. Bildirmişdir ki, o, hal-hazırda Bakı şəhərində yaşayır. Bakı şəhərində müxtəlif vəzifələrdə işləmişdir. O, Bakı şəhərində yaşasa da, tez-tez Şəki şəhərinə gəlmiş, həmin evdə qalmışdır. Qeyd etmişdir ki, iddiaçının məqsədi mübahisəli evə vərəsəlik işi açdırıb, sonda həmin evi satmaqdır. Belə ki, onlar həmin evin satılacağı ilə bağlı elanlar yapışdırır və danışırlar. İddiaçı olan bacısı düz 40 il bundan əvvəl ailə quraraq Şəki rayonunun Oraban kəndinə köçmüşdür. Qeyd edilən miras evdən iddiaçıya pay düşməsini bilir. Evin açarları hazırda ondadır. O isə Bakı şəhərində yaşadığından hər dəfə deyiləndə kəndə gələ bilmir. İddiaçıya demişdir ki, Reyestr idarəsindən mütəxəssiz gələndə 3-4 gün öncə ona desinlər. Lakin iddiaçı reyestr nümayəndələri gələn günü onun kəndə gəlməsini bildirir. Lakin hazırda iddiaçının məqsədi həmin evi satmaq olduğundan o buna imkan vermək niyyətində deyil. Çünki istəmir ki, ata mülki satılsın. Ümumiyyətlə o gələcəkdə iddiaçıya qarşı məhkəmədə müvafiq iddia qaldıracaqdır. Buna görə də iddianı qəbul etmir. Məhkəmədən iddianın təmin olunmamasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh bacı-qardaşdırlar. Tərəflərin valideyinləri mərhum X21 və mərhum X10 məxsus olan Şəki rayonu Orta Zəyzid kəndində yerləşən fərdi yaşayı evi İddiaçı və cavabdeh X9 miras qalmışdır. İddiaçı valideyinlərinə aid olan fərdi yaşayış evi üzərində öz payını rəsmləşdirmək istəmişdir. Bununla bağlı qeyd edilən mübahisəli evə baxış keçirilməsi zərurəti yaranmış, lakin qeyd edilən yaşayış evinin açarları cavabdehdə olduğundan DƏDRX-nin əməkdaşları həmin evə baxış keçirə bilməmişdir. İddiaçı miras payına dair çıxarış almaq üçün ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinin əməkdaşları tərəfindən ölçü işlərinin aparılmasını istəyir. X2 sözü gedən fərdi yaşayış evinin açarlarını özündə saxlayaraq ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinin əməkdaşlarının ölçü işlərinin aparmalarına imkan vermir. İddiaçı iddiasını müdafiə etmiş, cavabdeh isə iddianı qəbul etməmişdir. Avropa Məhkəməsi presedentlərində göstərildiyi kimi yaşayış evini cavabdeh X18 inşa etdirdiyi üçün həmin ev ona məxsusdur. Həmin yaşayış evi Avropa Məhkəməsinin presedentlərinə görə «mühüm iqtisadi maraq» kəsb edir və həmin yaşayış evi üzərində onun ən azından istifadə, həmçinin “gözlənilən” hüququ vardır. Yuxarıda göstərilən əsaslarla məhkəmə hesab edir ki, iddia təmin edilərək, ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinin əməkdaşlarının mərhum X21 və mərhum X10 məxsus Şəki rayonu, Orta Zəyzid kəndində yerləşən fərdi yaşayış evinə baxış keçirməklərinə X14 tərəfindən yaradılan maneələrin aradan qaldırılmalı və bu cür maneə ona qadağan edilməlidir. Tələb etmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şəki Rayon Məhkəməsinin 1 iyul 2022-ci il tarixli 2(075)-905/2022 saylı qətnaməsi ilə (hakim Cahid İmanov) iddia təmin olunmuş, ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinin əməkdaşlarının mərhum X21 və mərhum X10 məxsus Şəki rayonu, Orta Zəyzid kəndində yerləşən fərdi yaşayış evinə baxış keçirməklərinə cavabdeh X14 tərəfindən yaradılan maneələr aradan qaldırılması və bü cür hərəkətlərlə bağlı maneələr cavabdehə qadağan edilməsi, ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152 və 157-ci maddələrinə istinad etmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş, X6 28 fevral 2017-ci il tarixli, notarial təsdiq edilmiş ərizəsindən görünür ki, X14 xx.xx.2010-cu il tarixdə vəfat etmiş qardaşı X13 ölümündən sonra qalmış hər hansı miras əmlakı etməmişdir, etmir və gələcəkdə itirilmiş müddətin bərpası ilə bağlı heç bir məhkəmə orqanına müraciət etməyəcəkdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş, X6 28 fevral 2017-ci il tarixli, notarial təsdiq edilmiş ərizəsindən görünür ki, X14 xx.xx.1998-ci il tarixdə vəfat etmiş atası X16 ölümündən sonra qalmış hər hansı miras əmlakı etməmişdir, etmir və gələcəkdə itirilmiş müddətin bərpası ilə bağlı heç bir məhkəmə orqanına müraciət etməyəcəkdir. İşdə olan 04 mart 1960-cı il tarixli, İ-ИЕ 860508 seriya nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, xx xxxxxx 1959-cu il təvəllüdlü X8 atası X21, anası X11r. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş, fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasprtundan görünür ki, Şəki rayonu, Orta Zəyzid kəndində yerləşən 107 invertar nömrəli fərdi yaşayış evi X21 və X7 adınadır. İşdə olan 18 avqust 1998-ci il tarixli, V-ЖГ 326002 seriya nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X16 18 avqust 1998-ci il tarixdə ölməsi, ölüm haqqında akt qeydləri kitabında 28 nömrə ilə qeyd edilmişdir İşdə olan 20 may 2021-ci il tarixli, AZ-İİ 194530 seriya nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X7 03 may 1921-ci il tarixdə ölməsi, ölüm haqqında akt qeydləri kitabında 631 nömrə ilə qeyd edilmişdir. İşdə olan Şəki Rayon Qeydiyyat şöbəsi tərəfindən 10 sentyabr 2021-ci il tarixdə verilmiş, 05/Q-780/70 saylı doğum haqqında arayışın təsdiq edilmiş surətindən görünür ki, xx xxxxxx 1958-ci il təvəllüdlü X6 atası X21, anası X11r. İşdə olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 09 aprel 2014-cü il tarixli arayışından görünür ki, X14 birinci qrup gözdən əlil olmuşdur. İşdə olan ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən 29 noyabr 2021-ci il tarixdə Nümayəndə Hikmət oğluna ünvanlanmış **********43 nömrəli məktubdan görünür ki, Nümayəndə Hikmət oğlu ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinə 11 oktyabr 2021-ci il tarixdə Nümayəndə Hikmət oğlu mərhum X12 məxsus Şəki rayonu, Orta Zəyzid kəndində yerləşən fərdi yaşayış evinin daşınmaz əmlakın dövlət reystrində qeydiyyata alınması barədə ərizə ünvanlamış, ancaq müayinə ölçü işləri aparılmasına şərait yaradılmadığından ərizənin icrası 1 (bir) ay müddətinə dayandırılmış, lakin dayandırma müddətində səbəb aradan qaldırılmadığından ərizənin icrası mümkün olmamışdır İşdə olan ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən 11 yanvar 2022-ci il tarixdə Nümayəndə Hikmət oğluna ünvanlanmış **********56 nömrəli məktubdan görünür ki, Nümayəndə Hikmət oğlu ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinə 20 dekabr 2021-ci il tarixdə Nümayəndə Hikmət oğlu mərhum X12 məxsus Şəki rayonu, Orta Zəyzid kəndində yerləşən fərdi yaşayış evinin daşınmaz əmlakın dövlət reystrində qeydiyyata alınması barədə ərizə ünvanlamış, ancaq müayinə - ölçü işləri aparılmasına şərait yaradılmadığından ərizənin icrasından imtina edilmişdir. Qətnаmədən nаrаzı qаlаn cavabdeh X14 аpellyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh X14 apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, o, xx xxxxxx 1958-ci il tarixdə Şəki rayonu, Orta Zəyzid kəndində anadan olmuşdur. Mərhum atası X21 xx.xx.1998-ci il tarixində, mərhum anası X15 isə xx.xx.2021-ci ildə vəfat etmişlər. Onun valideynlərindən miras qalmış Şəki rayonu Orta Zəyzid kəndində yerləşən fərdi yaşayış evinin varisləri o, qardaşı X20 və bacısı olan iş üzrə cavabdeh İddiaçıdır. Ancaq qardaşı X20 xx.xx.2010-cu il tarixdə vəfat etdiyindən, həmin ev ona və bacısı İddiaçı miras qalmışdır. O, hal-hazırda Bakı şəhərində yaşayır. O, Bakı şəhərində yaşasa da, tez-tez Şəki şəhərinə gəlmiş, həmin evdə qalmış, valideynlərindən qalmış mirası faktiki olaraq qəbul etmişdir. Bacısı olan iş üzrə cavabdeh 40 il bundan əvvəl ailə quraraq Şəki rayonu, Oraban kəndinə köçmüşdür. Qeyd edilən miras evdən iddiaçıya pay düşməsini bilirlər. Lakin, o da mübahisəli evin paylı mülkiyyətçisi kimi gözlənilən mülkiyyət hüququ vardır, həmin evi 1/2 hissəsinə vərəsəlik hüququ vardır. Onun yaşlanmağıyla və digər səbəblərdən son illərdə gözü görmür və demək olar ki, eynəklə belə nəinki görə bilir, ümumiyyətlə oxuya bilmir. Balaca hərflərlə yazılmış mətni isə ümumiyyətlə oxuya bilmir. O, birinci qrup gözdən əlildir. Onun bu vəziyyətindən istifadə edən qarşı tərəf onu Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 3 saylı Bakı “Asan Xidmət” mərkəzindəki Notariat ofisi Regional “Asan Xidmət” mərkəzindəki Notariat ofisinə apararaq ona mirasdan imtina barədə ərizəyə imza etdirmişlər. Halbuki, ona imza etdirdikləri ərizənin mətnində həmin evə hər ikisinin adına çıxarış alınması üçün zəruri olan müraciət formasının olduğu bildirilmişdir. O da bacısı olduğunu düşünərək həmin ərizəyə oxumadan imza atmışdır. Halbuki, sonradan ona məlum olmuşdur ki, imza atdığı həmin ərizələrdən birində onun valideynlərindən qalmış mirasdan imtina etdiyi göstərilmişdir. Halbuki, həmin ərizədə göstərilənlər onun iradə ifadəsi deyildir. Ərizənin mətni notarius tərəfindən də ona oxunulmamış və izah edilməmişdir. Əgər, həmin ərizədə göstərilənlər onun iradə ifadəsi olsa idi, o bu gün bu iddia ilə məhkəməyə də müraciət etməzdi. Göründüyü kimi onun birinci qrup gözdən əlil olmağından və etibarından sui-istifadə edərək, ona qarşı bu qanunsuz hərəkət edilmişdir. Qanunvericiliyin yuxarıda qeyd edilən tələblərindən də göründüyü kimi əqdlərin əsas əlamətlərindən biri də müəyyən hüquqi nəticələrin əldə edilməsinə yönəlmiş iradə ifadəsidir. Bir nəticənin əldə edilməsi üçün müəyyən bir iradənin olması yetərli olmayıb, bu iradənin ifadə edilməsi vacibdir. Qanunvericiliyə əsasən əqdin bağlanmış hesab edilə bilməsi üçün açıq və gizli, yazılı və şifahi iradə ifadələri tələb oluna bilər. Belə bir ərizənin rəsmiləşdirilməsi üçün imza çəkənin açıq və yazılı şəkildə öz iradələrini ifadə etməsini məcburi etmişdir. Bir daha bildirirəm ki, həmin ərizədə göstərilənlər onun iradə ifadəsi deyildir, bununla bağlı ona hüquq və vəzifələrinin izah edilməmiş, o cümlədən onun belə bir ərizəni bağlamaq barədə iradə ifadəsi olmamışdır. Mübahisələndirdiyi ərizə diqqətə alınmaqla, valideynlərindən qalmış mirasla bağlı İddiaçı müraciəti əsasında Şəki Regional “Asan Xidmət” mərkəzindəki Notariat ofisinin notariusu tərəfindən vərəsəlik işi açılmışdır. Bütün göstərdiklərilə əlaqədar olaraq hüququ pozulduğundan hazırki tələblə Şəki Rayon Məhkəməsinə müraciət etməli olmuşdur. Ona görə də, Şəki Rayon Məhkəməsinin 1 iyul 2022-ci il tarixli 2(075)-905/2022 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında cavabdeh X14 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. İddiaçı işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən də hər bir fiziki və hüquqi şəxsin öz mülkiyyətindən maneəsiz istifadə hüququ (nəzərdə tutulmuşdur) müəyyən edilmişdir. Azərbaycan Respublikasının 01 sentyabr 2000-ci il tarixdə qüvvəyə minmiş MM-in 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək hüququ və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər. Həmin Məcəllənin 157.4-ci maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsinə əsasən daşınmaz əmlakın təsvirini, dövlət qeydiyyatına alınmış hüquqları və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayış yazılı və ya elektron formada hüquq sahibinə, onun tərəfindən vəkil edilmiş şəxsə, hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə onların yazılı və ya elektron müraciətləri əsasında verilir. Həmin Qanunun 10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Həmin Məcəllənin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Həmin Məcəllənin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Həmin Məcəllənin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Cavabdeh Şəki Rayon Məhkəməsinin 1 iyul 2022-ci il tarixli 2(075)-905/2022 saylı qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı təmin edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində gözünün görməməsindən istifadə etməklə bacısının onu notariat kontoruna aparmaqla ona miras əmlakdan imtina barədə ərizə yazdırması ilə bağlı göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, hazırki iş üzrə mübahisənin predmetini miras qalmış daşınmaz əmlakla bağlı ölçü işlərinin aparılmasına cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılması təşkil edir. İşin hallarından bəlli olan odur ki, iddiaçı ilə cavabdeh bacı-qardaşdırlar, onlardan biri olan bacı notariat kontoruna müraciət etməklə, digəri isə mirası faktiki qəbul etməklə mirası qəbul etmələrini iddia edirlər. Vərəsənin mirası faktiki idarə etməsi və ya mirasın qəbulu ilə bağlı notariat kontoruna müraciət etməsi qanunla müəyyən edilmiş əsaslarla və müddətdə baş vermişsə həmin miras əmlak hər bir vərəsəyə münasibətdə onun payına uyğun vərəsənin mülkiyyəti hesab olunur. Nəzərə alsaq ki, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Hər bir fiziki və hüquqi şəxsin öz mülkiyyətindən maneəsiz istifadə hüququ (nəzərdə tutulmuşdur) müəyyən edilmişdir. Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək hüququ və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Daşınmaz əmlakın təsvirini, dövlət qeydiyyatına alınmış hüquqları və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayış yazılı və ya elektron formada hüquq sahibinə, onun tərəfindən vəkil edilmiş şəxsə, hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə onların yazılı və ya elektron müraciətləri əsasında verilir. Hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Yuxarıda göstərilən beynəlxalq və milli qanunvericiliyin normalarının tələbi baxımından iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etməkdə, birinci instansiya məhkəməsi isə iddianı təmin etməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı təmin edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn cavabdeh X14 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Şəki Rayon Məhkəməsinin 1 iyul 2022-ci il tarixli 2(075)-905/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh X14 tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Rayon Məhkəməsinin 1 iyul 2022-ci il tarixli 2(075)-905/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Vəzirxan Məlikov
Məhkəmə qərarları › İş №2(107)-1079/2022
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1079/2022
14.09.2022 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver