Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1085/2022 21.09.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: maddi ziyanın ödənilməsi, pul tələbi) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Balakən Rayon Məhkəməsinin 8 iyun 2022-ci il tarixli, 2(019)-179/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları 11 sentyabr 2021-ci il tarixdə Cavabdeh etibarnamə əsasında idarə etdiyi “Opel Astra” markalı PP320SP dövlət qeydiyyat nişanlı avtomaşınla Balakən şəhəri, H.Əliyev prospektində hərəkətdə olduğu zaman manevretmə qaydalarını pozaraq yol nəqliyyat hadisəsi törətmiş, idarəetməni itirərək yol kənarında hərəkətsiz dayanmış, İddiaçı məxsus **-BX-*** dövlət qeydiyyat nişanlı VAZ-2106 markalı avtomobilə dəymiş, nəticədə avtomobilə maddi ziyan vurulmuşdur. Həmin ziyanın 1850 manat hissəsi sığorta şirkəti tərəfindən ödənilmişdir. Qalan hissə cavabdehdən tələb olunur. Birinci instansiya məhkəməsində icraat: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,Cavabdeh baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində **-BX-*** dövlət qeydiyyat nişanlı VAZ-2106 markalı avtomobilə dəymiş maddi ziyanın ödənilməmiş hissəsi olan 2086 manatın, iddia irəli sürülərkən ödənilmiş 41 manat dövlət rüsumunun və 0,40 manat bank xidmət haqqının tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə məhkəmə baxışı mərhələsində məhkəməyə ərizə verərək Cavabdeh baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində **-BX- *** dövlət qeydiyyat nişanlı VAZ-2106 markalı avtomobilə dəymiş maddi ziyanın ödənilməmiş hissəsi olan 2086 manatın, hüquqi yardımın göstərilməsi üçün Balakən rayon Vəkil bürosunun hesabına ödənilmiş 100 manatın, iddia irəli sürülərkən ödənilmiş 41 manat dövlət rüsumunun və 0.4 manat bank xidmət haqqının tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, 11 sentyabr 2021-ci il tarixdə Cavabdeh etibarnamə əsasında idarə etdiyi “Opel Astra” markalı PP320SP dövlət qeydiyyat nişanlı avtomaşınla Balakən şəhəri, H.Əliyev prospektində hərəkətdə olduğu zaman manevretmə qaydalarını pozaraq yol nəqliyyat hadisəsi törətmiş, idarəetməni itirərək yol kənarında hərəkətsiz dayanmış, ona məxsus **-BX-*** dövlət qeydiyyat nişanlı VAZ- 2106 markalı avtomobilə və əlavə iki avtomobilə dəymiş, nəticədə avtomobillərə maddi ziyan vurulmuşdur. Balakən RPŞ-nin DYPB tərəfindən cavabdeh barədə 11 sentyabr 2021-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş, inzibati tənbeh vermə haqqında 11 sentyabr 2021-ci il tarixli MN seriyalı ******* nömrəli qərarla Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 manat miqdarında inzibati cərimə edilmişdir. Baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində ona məxsus **-BX-*** dövlət qeydiyyat nişanlı VAZ 2106 markalı avtomobilə 3936 manat dəyərində maddi ziyan dəymişdir. Həmin ziyanın 1850 manat hissəsi ödənilmiş, hazırki vaxtadək qalan 2086 manat maddi ziyanın cavabdeh tərəfindən ödənilməsi təmin olunmamışdır. Bu səbəbdən **-BX-*** dövlət qeydiyyat nişanlı VAZ 2106 markalı avtomobilin təmir edilməsi bu günədək təmin edilməmişdir.İddiaçı 12 dekabr 2021-ci il tarixli pretenziya məktubu ilə cavabdehə rəsmi müraciət edərək dəymiş ziyanın ödənilməmiş hissəsinin 3 gün müddətində ödənilməsini tələb etmiş, müsbət nəticə əldə olunmadığından hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddianı müdafiə edərək İddiaçı izahatına uyğun eyni məzmunlu izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasının xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı etiraf etməyərək göstərdi ki, iddia tələbi əsassızdır. Belə ki, onun idarə etdiyi avtomaşın sığortalı olmuş,yol nəqliyyat hadisəsi baş verdikdən sonra sığorta təşkilatı iddiaçının maşınına dəymiş ziyanı müəyyənləşdirmiş, 1850 manat ziyan dəydiyi müəyyən edilmişdir. İddiaçı həmin pulu almış, bundan sonra hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Əgər sığorta şirkəti tərəfindən ödənilən məbləğ az idisə iddiaçı həmin məbləği niyə alırdı. İddiaçı onun hesabına maşını bütünlüklə yenidən yığdırmaq istəyir. İddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, **-BX-*** dövlət nömrə nişanlı VAZ-2106 markalı avtomobil ona məxsusdur. Həmin avtomobili etibarnamə əsasında Cavabdeh istifadəyə vermişdir. O, İddiaçı avtomobili öz tanışları ustaya təmir etdirməsini təklif etmiş, lakin o, avtomobili yenidən yığdırmaq istədiyini bildirmişdir. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, Cavabdeh 11 sentyabr 2021-ci il tarixdə etibarnamə əsasında idarə etdiyi “Opel Astra” markalı PP320SP dövlət qeydiyyat nişanlı avtomaşınla Balakən şəhəri, H.Əliyev prospektində hərəkətdə olduğu zaman “manevretmə” qaydalarını pozmuş, idarəetməni itirərək yol kənarında hərəkətsiz dayanmış İddiaçı sahibliyində və istifadəsində olan **-BX- *** dövlət qeydiyyat nişanlı VAZ2106 markalı avtomobillə və əlavə iki avtomobillə toqquşmuş, nəticədə avtomobillərə maddi ziyan vurulmuşdur.Balakən RPŞ-nin DYPB tərəfindən cavabdeh barəsində 11 sentyabr 2021-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş, inzibati tənbeh vermə haqqında 11 sentyabr 2021-ci il tarixli MN seriyalı ******* nömrəli qərarla Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 manat miqdarında inzibati cərimə edilmişdir.Baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində İddiaçı sahibliyində və istifadəsində olan **-BX-*** dövlət qeydiyyat nişanlı VAZ-2106 markalı avtomobilə 2450 manat məbləğində maddi ziyan dəymiş, dəymiş maddi ziyanın 1850 manat hissəsi sığorta təşkilatı tərəfindən ödənilmiş, qalan hissə isə ödənilməmişdir. İddiaçı cavabdehdən vurulmuş zərərin qalan hissəsinin ödənməsini tələb etmiş, lakin sonuncu bundan imtina etmişdir. Ona görə də iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək,İddiaçı sahibliyində və istifadəsində olan **- BX-*** dövlət qeydiyyat nişanlı VAZ 2106 markalı avtomobilə 2450 manat dəyərində maddi ziyan dəyməsini, dəymiş maddi ziyanın 1850 manat hissəsinin sığorta təşkilatı tərəfindən ödənilməsini, 600 manat hissəsinin ödənilməmiş qalmasını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh vurulmuş ziyana görə 600 manat alınıb İddiaçı verilməlidir. İddia qismən təmin edildiyindən,Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin119.1-ci maddəsinin tələbinə əsasən ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq iddiaçı tərəfindən ödənilmiş 41,40 manat dövlət rüsumu xərcinin 12 manatı, nümayəndəyə ödənilmiş 100 manatın 29 manatı Cavabdeh alınıb İddiaçı verilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manatın 35,50 manatı İddiaçı,14,50 manatı isə Cavabdeh tutulub Az.MEM; VÖEN: **********; AZ34CTRE ********************,X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK STREAZ22 hesaba keçirilməlidir. Balakən Rayon Məhkəməsinin 8 iyun 2022-ci il tarixli, 2(019)-179/2022 saylı qətnaməsi ilə (hakim Hümbət Səlimov) iddia qismən təmin olunmuş, Cavabdeh vurulmuş maddi ziyana görə 600 (altı yüz) manat, ödənmiş dövlət rüsumu xərcinin 12 (on iki ) manatı, nümayəndəyə görə ödənmiş xərcin 29 manatı, cəmi 641 (altı yüz qırx bir) manatın alınıb İddiaçı verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manatın 35,50 manatının İddiaçı, 14,50 manatının isə Cavabdeh tutulub Az. MEM; VÖEN: **********; AZ34CTRE ********************,X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK STREAZ22 hesaba keçirilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1096, 1097 və 1108-ci maddələrinə istinad etmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən şəhəri Avtoservis “777” tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş Aktdan görünür ki, VAZ-2106 markalı dövlət nişanı **-BX-*** olan avtomaşına 3936 manat ziyan dəymişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2021-ci il tarixli 336 nömrəli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixdə ayıq olmuşdur. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 11 sentyabr 2021-ci il tarixdə tərtib edilmiş AP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, həmin protokol Balakən rayonu Hənifə kənd sakini Cavabdeh 11 avqust 2021-ci il tarixdə saat 16:00 radələrində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı tərtib edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2021-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinib 40 (qırx) manat məbləğində cərimə edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10 may 2022-ci il tarixli 9/1767 nömrəli rəyindən görünür ki, tədqiq edilən 1984-cü il buraxılışlı “VAZ-2106” markalı, 08 BX-180 dövlət nömrə nişanlı avtomobilin hazırkı vəziyyətdə əksər hissələri dəyişilməklə, əsaslı təmin olunması rentabelli hesab olunmur və zərərçəkmişə şəxsə dəymiş maddi ziyanın məbləği salamat qalan yararlı hissələrin dəyərini çıxmaqla təxminən 2450,0 (3500,0m-30%) manat müəyyən edilir. (Ekspertiza xərci 50 manat təşkil edir). Qətnаmədən nаrаzı qаlаn Cavabdeh аpellyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, məhkəmə yol nəqliyyat hadisəsi nəticəsində iddiaçının əmlakına vurulmuş zərərin əvəzinin sığorta şirkəti tərəfindən qarşılandığını müəyyən etsə də, iddiaçının bildirməsinə görə zərərin ödənilməmiş qalan hissəsinin hansı səbəbdən sığorta şirkətindən iddiaçının tələb etmədiyini aydınlaşdırmamışdır. İddiaçının əmlakına dəyən zərərin ödənilməməsi halı sübuta yetirilməmişdir. Belə ki, işdən də göründüyü kimi əmlaka vurulmuş zərərə görə 1850 manat məbləğində pul sığorta şirkəti tərəfindən iddiaçıya ödənmişdir. Əgər məbləğ zərərin tam ödənməsinə kifayət etməsəydi iddiaçı sığorta şirkətindən yenidən qiymətləndirməni tələb edə bilərdi. Eyni zamanda razılıq olmadığı təqdirdə sığorta şirkətinə qarşı məhkəməyə müraciət edə bilərdi. Lakin iddiaçı belə bir hüququndan istifadə etməmişdir. Bu da deməyə əsas verir ki, o verilmiş məbləğlə razılaşmış və avtomobilini təmir etdirmişdir. Həmin vaxtdan xeyli müddət keçməsindən sonra ona qarşı iddia tələbi irəli sürməsi əsassızdır və bu əsassız varlanma kimi qiymətləndirilməlidir. Ona görə də, Balakən Rayon Məhkəməsinin 8 iyun 2022-ci il tarixli, 2(019)-179/2022 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Balakən Rayon Məhkəməsinin 8 iyun 2022-ci il tarixli, 2(019)-179/2022 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Ailə Məcəlləsi: 21-ci maddəsinə görə hüququ pozulmuş şəxs pozulmuş hüququnun bərpası üçün çəkdiyi xərcləri, əmlakından məhrum olması ilə əlaqədar və ya hüququ pozulmasaydı, əmlakı zədələnməsəydi, onun adi mülki dövrüyyə şəraitində əldə edəcəyi gəlirlərin əvəzini tələb edə bilər. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüqüqu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinin tələbinə görə, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1108-ci maddəsinin (ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyətlə törədilmiş zərərə görə məsuliyyət) 1-ci bəndinə əsasən ətrafdıkılar üçün təhlükə ilə bağlı fəaliyyəti nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarının nəticəvi hissəsinin 1-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Həmin Məcəllənin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Həmin Məcəllənin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Həmin Məcəllənin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Cavabdeh Balakən Rayon Məhkəməsinin 8 iyun 2022-ci il tarixli, 2(019)-179/2022 saylı qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı qismən təmin edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Cavabdeh apellyasiya şikayətində iddiaçının sığorta şirkətinin qiymətləndirməsini mübahisələndirmədiyini əsas gətirməklə sözü gedən zərər dəymiş avtomobilə dəymiş zərərin məbləğini mübahisələndirir. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, cavabdehin dəymiş zərərin məbləğini mübahisələndirməsi nəzərə alınmaqla, birinci instansiya məhkəməsi tərəfindən ekspertiza təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10 may 2022-ci il tarixli 9/1767 nömrəli rəyi alınmışdır. Həmin rəydən görünür ki, tədqiq edilən 1984-cü il buraxılışlı “VAZ-2106” markalı, 08 BX-180 dövlət nömrə nişanlı avtomobilin hazırkı vəziyyətdə əksər hissələri dəyişilməklə, əsaslı təmin olunması rentabelli hesab olunmur və zərərçəkmişə şəxsə dəymiş maddi ziyanın məbləği salamat qalan yararlı hissələrin dəyərini çıxmaqla təxminən 2450,0 (3500,0m-30%) manat müəyyən edilir. Birinci instansiya məhkəməsi göstərilən ekspert rəyini sübut kimi qəbul etmiş və zərərin 1850 manatının sığorta şirkəti tərəfindən ödənilməsi işin mübahisəsiz halı olduğundan, yerdə qalan 600 manatın cavabdehdən tutulmasını qət etməkdə haqlı olmuşdur. Belə olan halda, cavabdehin göstərdiyi kimi iddiaçının sığorta şirkətinin qiymətləndirməsini mübahisələndirməməsi dəymiş zərərin həcminin 1850 manat olduğunu müəyyən etmək üçün yetərli deyildir. Məhkəmə kollegiyasının araşdırmaları zamanı müəyyən edilmişdir ki, cavabdeh qətnamənin tam ləğv edilməsini xahiş etsə də, o, iddianın rədd olunmuş hissəsində qətnamənin nə üçün ləğv edilməli olmasına dair heç bir sübut və dəlili məhkəmə kollegiyasına təqdim etməmişdir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiklərinə ümumilikdə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan cavabdeh də göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən onun göstərdikləri əsaslı hesab edilə bilməz. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı qismən təmin edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Balakən Rayon Məhkəməsinin 8 iyun 2022-ci il tarixli, 2(019)-179/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Balakən Rayon Məhkəməsinin 8 iyun 2022-ci il tarixli, 2(019)-179/2022 saylı qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Vəzirxan Məlikov
Məhkəmə qərarları › İş №2(107)-1085/2022
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1085/2022
21.09.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver