Məhkəmə qərarları › İş №2(107)-1087/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1087/2020

19.06.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1087/2020 19.06.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hаkimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Hüseynov Elçin Şirin oğlundan ibаrət tərkibdə, Tağıyev Babək Vaqif oğlunun katibliyi ilə, Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli2(025)-79/2020 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş аpelyаsiyа şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Qəbələ Rayon Məhkəməsinin (hakim Elman İsayev) xx xxxxxx 2020-ci il tаrixli 2(025)- 79/2020 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “inzibati xəta nəticəsində vurulmuş maddi zərərin ödənilməsi” tələbinə dair iddiası qismən təmin edilərək, Cavabdeh İddiaçı xeyrinə nəqliyyat vasitəsinə dəymiş zərərin məbləği 835 (səkkiz yüz otuz beş) manat və ödənilmiş dövlət rüsumu 30 (otuz) manat, cəmi 865 (səkkiz yüz altmış beş) manatın tutulması, aparılmış məhkəmə-əmtəəşünaslıq ekspertizasının dəyəri 120 (bir yüz iyirmi) manatın Cavabdeh tutularaq Azərbaycan Respublikası Dövlət büdcəsinə (Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş hesaba) köçürülməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İşin halları İddiaçı Cavabdeh qarşı “inzibati xəta nəticəsində vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Qəbələ Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh avtomobilə vurulmuş zərərin əvəzi kimi 835 (səkkiz yüz otuz beş) manat, əldən çıxmış fayda kimi 1500 manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat olmaqla, cəmi 2365 (iki min üz yüz altmış beş) manat məbləğinin alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, qanuni istifadəsində “VAZ-21099” markalı 62- BL- 099 dövlət qeydiyyat nişanlı minik avtomobili vardır. Həmin avtomobillə xx xxxxxxx 2019-cu ildə saat 16:45-də Qaraməryam-İsmayıllı-Şəki magistral avtomobil yolunda Qəbələ rayonu Nohurqışlaq kəndi ərazisində Qəbələ şəhəri istiqamətində hərəkətdə olduğu zaman Cavabdeh idarə etdiyi “VAZ 2105” markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobillə onunla eyni istiqamətdə yolun sağ kənarında yolun ehtiyat hissəsindən hərəkətə başlayaraq onun yoluna çıxmış, nəticədə ondan asılı olmayan səbəbdən hadisənin qarşısını almaq mümkün olmadığından həmin avtomobil onun avtmobilinin sağ tərəfindən vuraraq avtomobilinin əzilməsi nəticəsində avtomobilə ciddi zərər dəymişdir. Cavabdehin törətmiş olduğu əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cii maddəsi ilə tövsif olunaraq materiallar baxılmaq üçün Qəbələ Rayon Məhkəməsinə göndərilmişdir. Qəbələ Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 3(025)-497 nömrəli qərarı ilə cavabdehin törətmiş olduğu inzibati əməl təsdiq olunmuş, cavabdeh əməlini etiraf edib səmimi peşmançılıq çəkdiyini bildirmiş və cavabdeh İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirli bilinib 400 manat məbləğində inzibati cərimə olunmuşdur. Cavabdehin qeyd olunan əməli nəticəsində ona maddi zərər dəymişdir. Belə ki, Zaqatala rayon “Avtomobillərə texniki xidmət sexi”nin (sexin sahibi Qazıyev Rəcəb Mövliddin oğlu) verdiyi arayışdan görünür ki, hadisə nəticəsində ona məxsus avtomobilə dəymiş zərər 835 manat təşkil edir. Eyni zamanda o, tikinti ustası olaraq müxtəlif bölgələrdə tikinti işi ilə məşğul olur. Onun işində avtomobil önəmli əhəmiyyət daşıyır. Avtomobilin 30 gün ərzində təmirdə qalaraq işləməməsi nəticəsində ona hər gün 50 manat maddi zərər dəymişdir. Bu da 1500 manat deməkdir. Həmçinin, 30 manat dövlət rüsumu ödəmiş, həmin məbləğ də cavabdehdən alınaraq ona ödənilməlidir. Beləliklə, cavabdehdən 2365 manat məbləği alınaraq ona verilməlidir. Cavabdeh isə bu günədək ona dəymiş zərəri ödəməmişdir. Odur ki, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı iddia tələbini müdafiə edərək, ekspertiza rəyi ilə razı olduğunu bildirmiş və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi və vəkili X1 maddi ziyan məbləğinin düzgün hesablanmadığını bildirmiş və iddianın təmin olunmamasını xahiş etmişdir. İş üzrə Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli 2(025)-79/2020 nömrəli qətnaməsi qəbul edilmişdir. Həmin qətnamədən Cavabdeh apelyasiya şikayəti vermişdir. Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxx 2020-ci il tarixli qərarı ilə “xxxxxxxxxxxx” Açıq Səhmdar Cəmiyyəti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Apelyasiya şikayətinin dəlilləri Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarından göründüyü kimi İddiaçı qanuni istifadəsində olan VAZ 21099 markalı **-BL-*** dövlət qeydiyyat nişanlı minik avtomobillə xx.xx.2019-cu ildə saat 16:45-də Qaraməryəm-İsmayıllı-Şəki magistral avtomobil yolunda Qəbələ rayonu Nohurqışlaq kəndi ərazisində Qəbələ şəhəri istiqamətində hərəkətdə olduğu zaman Cavabdeh idarə etdiyi “VAZ-2105” markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobillə onunla eyni istiqamətdə yolun sağ kənarında yolun ehtiyat hissəsindən hərəkətə başlayaraq onun yoluna çıxmış, nəticədə ondan asılı olmayan səbəbdən hadisənin qarşısını almaq mümkün olmadığından həmin avtomobil İddiaçı avtomobilinin sağ tərəfindən vuraraq avtomobilə 835 manat məbləğində zərər vurmuşdur. Eyni zamanda iddiaçı tikinti işləri ilə məşğul olub hər gün işə gedib-gəlməli olduğundan avtomobili 30 gün təmirdə olub işləməməsi səbəbindən ona hər gün üçün 50 manat məbləğində maddi zərər dəymiş olur. Bu da bir ay üçün əldən çıxmış fayda olaraq 1500 manat təşkil edir. Belə ki, ondan cavabdeh 2365 manat pul tələb edir. Məhkəmə iddiaçının əldən çıxmış fayda olaraq tələb olunan 1500 manat pulu sübuta yetirə bilməməsini nəzərə alıb bu hissədə rədd edilməsi qənaətinə gəlmişdir. Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli2(025)-79/2020 nömrəli qətnaməsinin nəticə hissəsində qət edilmiş 835 manatdan 730 manatı "xxxxxxxxxxxx" ASC tərəfindən xx.xx.2020-ci il tarixdə ödənilmişdir. İddiaçı məhkəmə iclasında “xxxxxxxxxxxx” ASCdən 730 manat sığorta pulunu xx.xx.2020-ci il tarixdə aldığını gizlətmiş və məhkəməyə obyektiv qərar çıxarmasına mane olmuşdur. Bu səbəbdən “inzibati xəta nəticəsində vurulmuş maddi zərərin ödənilməsi” ilə bağlı məhkəmənin gəldiyi nəticə tam əsassızdır. Belə ki, xx.xx.2019-cu il tarixdə, saat 09:53 radələrində Qaraməryəm-İsmayıllı-Şəki yolunun 61-ci km-də baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində idarə etdiyi “VAZ-2105” markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobillə iddiaçının idarə etdiyi “VAZ-21099” markalı **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşması nəticəsində xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixə qədər PXA ********** saylı icbari sığorta şəhadətnaməsi ilə sığortalanmış “VAZ-2105” markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sığorta ödənişi 730 manat zərər məbləği olaraq “xxxxxxxxxxxx” ASC tərəfindən xx.xx.2020-ci il tarixdə İddiaçı ödənilmişdir. Qeyd olunmalıdır ki, “xxxxxxxxxxxx” ASC icbari sığorta məbləğini, yəni 730 manat zərər məbləğini vaxtında, yəni məhkəmə müvafiq qərar qəbul edənədək zərərçəkmişə ödəmişdir, lakin iddiaçı bu barədə məhkəməni məlumatlandırmamışdır. Ona görə də Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli2(025)-79/2020 nömrəli qətnaməsinin ləğv edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən Cavabdeh apelyasiya şikayətinin təmin edilməsini, Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli 2(025)-79/2020 nömrəli qətnaməsinin ləğv edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının əvvəkli iclasında iştirak edən İddiaçı apelyasiya şikayətinin təmin edilməməsini, Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli 2(025)-79/2020 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının sonuncu iclasında iştirak edən Cavabdeh nümayəndəsi Məsimov Hicran Telman oğlu apelyasiya şikayətinin təmin edilməsini, Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli 2(025)-79/2020 nömrəli qətnaməsinin ləğv edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının sonuncu iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq İddiaçı, Cavabdeh, cavabdehin vəkili X1 məhkəmə iclasına gəlməmiş və üçüncü şəxs “xxxxxxxxxxxx” ASC nümayəndəsinin iştirakını təmin etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM) 185.1-ci maddəsində göstərilir ki, işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. AzərbaycanRespublikasınınMPM-in 376.2-ci maddəsinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. Məhkəmə kollegiyası onların iştirakı olmadan apelyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Hüquq məsələləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən, mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilən: Azərbaycan Respublikası Zaqatala rayonu “Avtomobillərə Texniki Xidmət Sexi” tərəfindən xx xxxxxxx 2019-cu il tarixdə verilmiş 6104 nömrəli avtobilə dəymiş zərər barədə arayışdan görünür ki, «VAZ-21099» markalı, **-BL-*** dövlət nişanlı avtomobilə dəymiş zərərin ümumi məbləği 835 (səkkiz yüz otuz beş) manat təşkil edir. İXP ******* nömrəli, xx.xx.2019-cu il tarixli “İnzibati xəta haqqında protokol”un surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsinin tələblərini pozmuşdur. Qəbələ Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 3(025)-497/2019 nömrəli qərarından görünür ki, Cavabdeh Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsi ilə təqsirli bilinib 400 (dörd yüz) manat məbləğində inzibati cərimə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli 30815 saylı rəyindən görünür ki, yol nəqliyyat hadisəsi nəticəsində «VAZ- 21099» markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı 1995-ci il buraxılışlı avtomobilin zədələnməsindən dəymiş ziyanın məbləği nəzəri qaydada təxminən 835 (səkkiz yüz otuz beş) manat müəyyən olunur. Apelyasiya şikayətinə əlavə edilmiş “xxxxxxxxxxxx” ASC-nin Cavabdeh ünvanladığı xx.xx.2020-ci il tarixli 05/01-161 nömrəli məktubundan görünür ki, xx.xx.2019-cu il tarixdə, saat 09:53 radələrində Qaraməryəm-İsmayıllı-Şəki yolunun 61-ci km-də baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində idarə etdiyi “VAZ-2105” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobil, “VAZ-21099” markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. “VAZ-2105” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobil “xxxxxxxxxxxx” ASC tərəfindən xx.xx.2019-cu il tarixindən xx.xx.2020-ci il tarixinə qədər PXA ********** saylı icbari sığorta şəhadətnaməsilə sığortalanmışdır. Subroqasiya hüququnun olduğunu nəzərə alaraq ödənilmiş əvəz miqdarında 730 manat zərər məbləğinin ödənilməsi xahiş edilmişdir. “xxxxxxxxxxxx” ASC tərəfindən məhkəmə kollegiyasına ünvanlanmış PXA53038 nömrəli sığorta aktından görünür ki, “xxxxxxxxxxxx” ASC tərəfindən İddiaçı zərərlə bağlı maddi ziyanın məbləği olaraq 730 manat ödənilmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin edərək mövqeyini onunla əsaslandırmışdır ki, Cavabdeh xx.xx.2019-cu il tarixdə yol hərəkəti qaydalarını pozaraq idarə etdiyi «VAZ-2105» markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomaşınla iddiaçıya məxsus olan «VAZ-21099» markalı, ** BL *** dövlət qeydiyyat nişanlı avtomaşınla toqquşmuşdur. Hadisə zamanı «VAZ-21099» markalı, ** BL *** dövlət qeydiyyat nişanlı avtomaşına maddi zərər dəymişdir. Məhkəmə dəymiş zərərin məbləğini müəyyənləşdirərkən belə nəticəyə gəlir ki, «VAZ-21099» markalı, ** BL *** dövlət qeydiyyat nişanlı avtomaşının dəyişməli hissələrinin qiyməti 385 manat, təmir-bərpa işlərinin qiyməti 450 manat, cəmi 835 manat olduğu öz təsdiqini tapmışdır. Lakin məhkəmə iclasında iddiaçı əldən çıxmış fayda olaraq 1500 manat pulun Cavabdeh tərəfindən ona ödənilməli olduğunu sübuta yetirə bilməmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini “xxxxxxxxxxxx” ASC tərəfindən iddiaçıya ödənilmiş 730 manatın cavabdehdən tutulması hissədə təmin etməklə düzgün nəticəyə gəlməmişdir. Odur ki, Cavabdeh apelyasiya şikayəti qismən təmin olunmalı, Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli 2(025)- 79/2020 nömrəliqətnaməsi qismən ləğv edilərək, iddia tələbi qismən təmin edilməli, Cavabdeh İddiaçı xeyrinə nəqliyyat vasitəsinə dəymiş zərərin məbləği 105 (bir yüz beş) manat tutulmalı, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, məhkəmə kollegiyası tərəfindən aparılan araşdırma zamanı müəyyən edildi ki, xx.xx.2019-cu il tarixdə, saat 16:45 radələrində Qaraməryəm-İsmayıllı-Şəki yolunun 61-ci kmdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Cavabdeh idarə etdiyi “VAZ-2105” markalı, **- BE-*** dövlət qeydiyyat nişanlı avtomobil, İddiaçı məxsus “VAZ-21099” markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. İXP ******* nömrəli, xx.xx.2019-cu il tarixli “İnzibati xəta haqqında protokol”a əsasən, Cavabdeh Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsinin tələblərini pozmuşdur. Qəbələ Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 3(025)- 497/2019 nömrəli qərarı ilə Cavabdeh Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsi ilə təqsirli bilinib 400 (dörd yüz) manat məbləğində inzibati cərimə edilmişdir. Azərbaycan Respublikası Zaqatala rayonu “Avtomobillərə Texniki Xidmət Sexi” tərəfindən xx xxxxxxx 2019cu il tarixdə verilmiş 6104 nömrəli avtobilə dəymiş zərər barədə arayışa əsasən, «VAZ-21099» markalı, **-BL-*** dövlət nişanlı avtomobilə dəymiş zərərin ümumi məbləği 835 (səkkiz yüz otuz beş) manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli 30815 saylı rəyinə əsasən, yol nəqliyyat hadisəsi nəticəsində «VAZ-21099» markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı 1995-ci il buraxılışlı avtomobilin zədələnməsindən dəymiş ziyanın məbləği nəzəri qaydada təxminən 835 (səkkiz yüz otuz beş) manat müəyyən olunmuşdur. “xxxxxxxxxxxx” ASC-nin Cavabdeh ünvanladığı xx.xx.2020-ci il tarixli 05/01-161 nömrəli məktubuna əsasən, xx.xx.2019-cu il tarixdə, saat 09:53 radələrində Qaraməryəm-İsmayıllı-Şəki yolunun 61-ci km-də baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində idarə etdiyi “VAZ-2105” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobil, “VAZ- 21099” markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. “VAZ-2105” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobil “xxxxxxxxxxxx” ASC tərəfindən xx.xx.2019cu il tarixindən xx.xx.2020-ci il tarixinə qədər PXA ********** saylı icbari sığorta şəhadətnaməsilə sığortalanmışdır. Subroqasiya hüququnun olduğunu nəzərə alaraq ödənilmiş əvəz miqdarında 730 manat zərər məbləğinin ödənilməsi xahiş edilmişdir. “xxxxxxxxxxxx” ASC tərəfindən məhkəmə kollegiyasına ünvanlanmış PXA53038 nömrəli sığorta aktına əsasən, “xxxxxxxxxxxx” ASC tərəfindən İddiaçı zərərlə bağlı maddi ziyanın məbləği olaraq 730 manat ödənilmişdir. «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanunun: - 36.3-cü maddəsinə əsasən, yol hərəkəti iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. - 37-ci maddəsinə əsasən, mexaniki nəqliyyat vasitəsinin sürücüsü yol hərəkəti qaydalarına riayət etməli, bu qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidir. Göründüyü kimi, «VAZ-21099» markalı, ** BL *** dövlət qeydiyyat nişanlı avtomaşın üzərində İddiaçı istifadə, sahiblik və sərəncam hüququna malikdir. Birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, nəqliyyat vasitəsi İddiaçı qanuni istifadəsindədir və həmin nəqliyyat vasitəsi üzərində əmlak hüququ vardır. Həmin əmlaka vurulmuş zərərin aradan qaldırılması üçün məhkəməyə müraciət etməkdə haqlıdır. O, əmlak üzərində hüquqlarını istənilən şəxs tərəfindən pozulmaqdan müdafiə etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. - 4.2-ci maddəsinin tələbinə əsasən məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun: 23.1.6-cı maddəsinə əsasən, sığorta ödənişini verdikdən sonra müvafiq şəxslərə qarşı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936-cı maddəsində və bu Qanunun 25-ci maddəsində nəzərdə tutulmuş qaydada subroqasiya hüququndan istifadə etmək sığortaçının hüququdur. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi Cavabdeh xx.xx.2019-cu il tarixdə yol hərəkətinin qaydalarını pozaraq idarə etdiyi «VAZ-2105» markalı **- BE-*** dövlət qeydiyyat nişanlı avtomaşınla iddiaçıya məxsus olan «VAZ-21099» markalı, ** BL *** dövlət qeydiyyat nişanlı avtomaşınla toqquşması və hadisə zamanı «VAZ-21099» markalı, ** BL *** dövlət qeydiyyat nişanlı avtomaşına maddi zərər dəyməsi barədə gəldiyi nəticədə haqlı olsa da, cavabdehdən dəymiş zərərə görə 835 manat iddiaçının xeyrinə tutmaqda haqlı olmamışdır. Belə ki, məhkəmə kollegiyası tərəfindən apelyasiya şikayətinə baxılıb obyektiv qərar qəbul edilməsi baxımından “xxxxxxxxxxxx” ASC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmiş, lakin “xxxxxxxxxxxx” ASC məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Apelyasiya şikayətinə əlavə edilmiş “xxxxxxxxxxxx” ASC-nin Cavabdeh ünvanladığı xx.xx.2020-ci il tarixli 05/01-161 nömrəli məktubuna əsasən, xx.xx.2019cu il tarixdə, saat 09:53 radələrində Qaraməryəm-İsmayıllı-Şəki yolunun 61-ci km-də baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində idarə etdiyi “VAZ-2105” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobil, “VAZ-21099” markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. “VAZ-2105” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobil “xxxxxxxxxxxx” ASC tərəfindən xx.xx.2019-cu il tarixindən xx.xx.2020-ci il tarixinə qədər PXA ********** saylı icbari sığorta şəhadətnaməsilə sığortalanmışdır. Subroqasiya hüququnun olduğunu nəzərə alaraq ödənilmiş əvəz miqdarında 730 manat zərər məbləğinin ödənilməsi xahiş edilmişdir. “xxxxxxxxxxxx” ASC tərəfindən məhkəmə kollegiyasına ünvanlanmış PXA53038 nömrəli sığorta aktına əsasən, “xxxxxxxxxxxx” ASC tərəfindən İddiaçı zərərlə bağlı maddi ziyanın məbləği olaraq 730 manat ödənilmişdir. Göründüyü kimi, hazırkı iş üzrə iddiaçıya dəymiş maddi zərər 835 manat təşkil etsə də, bu zərərin 730 manatı “xxxxxxxxxxxx” ASC tərəfindən İddiaçı ödənilmişdir. Həmin hal “xxxxxxxxxxxx” ASC-nin Cavabdeh ünvanladığı xx.xx.2020-ci il tarixli 05/01-161 nömrəli məktubu və “xxxxxxxxxxxx” ASC tərəfindən məhkəmə kollegiyasına ünvanlanmış PXA53038 nömrəli sığorta aktı ilə öz təsdiqini tapır. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh İddiaçı xeyrinə dəymiş zərərin əvəzi olaraq 835 manat pulun tutulması qanunvericiliyin tələblərinə uyğun deyildir. Bundan başqa, məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi iddiaçının əldən çıxmış fayda olaraq 1500 manat pulun Cavabdeh tərəfindən ona ödənilməli olduğunu sübuta yetirə bilməməsi və iddia tələbinin həmin hissədə təmin edilməməsi nəticəsinə gəlməkdə haqlı olmuşdur. Ona görə də məhkəmə kollegiyası cavabdehin apelyasiya şikayətinin dəlilləri ilə qismən razılaşır. MPM-in: - 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. -77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. -217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - 385.1.1-ci mаddəsinə görə, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. - 384.0.2-ci mаddəsinə əsаsən, apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Beləliklə, məhkəmə kollegiyаsı apelyasiya şikayətinin dəlillərini birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv edilməsi üçün yetərli hesab edir və bu nəticəyə gəlir ki, MPM-in 384.0.2-ci mаddəsinə əsasən, аpelyаsiyа şikayəti qismən təmin edilməli, Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli 2(025)-79/2020 nömrəli qətnaməsi qismən ləğv edilərək, iddia tələbi qismən təmin edilməli, Cavabdeh İddiaçı xeyrinə nəqliyyat vasitəsinə dəymiş zərərin məbləği olaraq 105 (bir yüz beş) manat tutulmalı, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393, 402-406-cı mаddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qətetdi: Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilsin. Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli 2(025)-79/2020 nömrəli qətnaməsi qismən ləğv edilsin. İddia tələbi qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə nəqliyyat vasitəsinə dəymiş zərərin məbləği olaraq 105 (bir yüz beş) manat tutulsun. Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli 2(025)-79/2020 nömrəli qətnaməsi qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilərlər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar