Məhkəmə qərarları › İş №2(107)-1089/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1089/2021

28.07.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1089/2021 28.07.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən, məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə Məhyəddinov İlkin Aydın oğlunun katibliyi, iddiaçılar İddiaçı1, İddiaçı2 və onun vəkili X3 iştirakları ilə, İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı «pul» tələbinə dair iddiası üzrə Zaqatala Rayon Məhkəməsinin 26 fevral 2021-ci il tarixli, 2(033)-76/2021 nömrəli qətnaməsindən iş üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş Apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən e t d i: Zaqatala Rayon Məhkəməsinin 26 fevral 2021-ci il tarixli, 2(033)-76/2021 nömrəli qətnaməsi ilə (hakim Tural Həsənov) iddia tələbi təmin edilməmiş, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh 10400 manat məbləğində pulun və 30 manat dövlət rüsumunun tutularaq onların xeyrinə ödənilməsi barədə tələbləri rədd edilmişdir. İşin halları: İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 10400 manat məbləğində pulun və 30 manat dövlət rüsumunun tutularaq onların xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddianı müdafiə edərək göstərmişlər ki, cavabdeh Zaqatala Rayon Məhkəməsində onlara qarşı alqısatqı müqaviləsinin bağlanmış hesab edilməsi və torpaq sahəsinin mülkiyyətinə verilməsinə dair iddia qaldırmışdır. Daha sonra iddianın həcmini artıraraq onlardan 20000 manat pul tələb etmişdir. Zaqatala Rayon Məhkəməsinin qətnaməsi ilə onun iddiası təmin edilmişdir. Lakin məhkəmələrdə alqı-satqı müqaviləsinin bağlanması öz təsdiqini tapmamışdır. Mübahisələndirilən, Əliabad qəsəbəsində yerləşən 1,36 ha torpaq sahəsi onların mülkiyyətindədir. Cavabdeh isə 2001- 2020-ci illərdə həmin torpaq sahəsində fındıq, arpa, yonca əkərək, otundan istifadə edərək 19 il ərzində torpaqdan xeyli miqdarda maddi gəlir əldə etmişdir. Bu hal X14 rəyi ilə də öz təsdiqini tapır. Belə ki, həmin rəydə açıq-aşkar qeyd olunmuşdur ki, cavabdeh fındıq topalarından il ərzində 800 kq. məhsul əldə etmişdir. Bu isə 6000 manat təşkil edir. Bundan başqa, cavabdeh həmin torpaqda arpa, yonca əkərək gəlir əldə etmişdir. Həmin rəydə son olaraq qeyd edilmişdir ki, cavabdeh həmin torpaq sahəsindən 10400 manat gəlir əldə etmişdir. Onlar həmin torpaq sahəsini cavabdehə satmamışlar, cavabdeh qanunsuz olaraq torpağı zəbt edərək torpaqdan 19 il bəhərlənərək yüksək gəlir əldə etmişdir. Cavabdeh həmin torpaq sahəsindən onun və ailə üzvlərinin adına çıxarış verilənədək, yəni 05 avqust 2019-cu il tarixədək istifadə etmişdir. Eyni zamanda bu mübahisə ilə bağlı 2019-cu ilin yay aylarında cavabdehlə aralarında mübahisə də olmuş, polis şöbəsinin əməkdaşlarının fındıq məhsulunun cavabdeh tərəfindən yığılması barədə məlumatı var. Ona görə də, cavabdehdən 10400 manat pulun alınaraq onlara verilməsini, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. İş üzrə Cavabdeh birinci instansiya məhkəməsinin iclasında iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, o, əvvəllər iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh İddiaçı1 və ailəsinə məxsus Zaqatala rayonu Əliabad qəsəbəsində “Tarquliyan” adlanan çöldə yerləşən 1,23 ha torpaq sahəsinin onunla sonuncu arasında alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi və həmin torpaq sahəsinin mülkiyyətinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddia tələbinin həcminin artırılması barədə ərizə verərək iddiasını onunla əsaslandırmışdır ki, cavabdehdən onun və ailəsinə məxsus Əliabad qəsəbəsində “Tarquliyan” adlanan çöldə yerləşən 1,23 ha torpaq sahəsini ******* manata almışdır. Bu fakt aktla təsdiq olunur. Həmin alqı-satqı onların arasında 2001-ci ildə baş tutmuşdur. Alqısatqını torpağın mülkiyyət hüququnu müəyyən edən sənədlər verilmədiyinə görə notariat kontorunda rəsmiləşdirə bilməmişlər. Alqı-satqı müqaviləsi bağlanmadığı təqdirdə 20000 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Zaqatala Rayon Məhkəməsinin 09 aprel 2019-cu il tarixli 2(033)-194/2019 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh İddiaçı1 torpaq sahəsinin alqı-satqısı ilə bağlı 2001-ci ildə iddiaçı tərəfindən verilmiş ******* manatın hazırki manata nisbəti olan 246 manat və torpaq sahəsində bağın yetişdirilməsi ilə bağlı çəkdiyi xərc məbləği olan 10932 manatın alınaraq ona verilməsi və iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh tərəfindən apellyasiya şikayəti verilmiş, Şəki Apellyasiya Məhkəməsinin qətnaməsi ilə Zaqatala Rayon Məhkəməsinin 09 aprel 2019-cu il tarixli 2(033)-194/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin torpaq sahəsindən 2001-ci il tarixdən həmin torpaq sahəsi iddiaçının adına rəsmiləşdirildiyi tarixədək, yəni 05 avqust 2019-cu il tarixədək o, istifadə etmişdir. Bundan sonra isə həmin torpaq sahəsindən iddiaçıların özləri istifadə etmişdir. İddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn iddiaçılar İddiaçı1 və İddiaçı2 аpellyаsiyа şikаyəti vermişlər. Apellyasiya şikayətinin dəlilləri İddiaçılar İddiaçı1 və İddiaçı2 apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, qətnamə qanunsuz və əsassızdır. Onların mülkiyyətində 1,36 ha torpaq sahəsi vardır. Həmin torpaq sahəsindən cavabdeh uzun illər ərzində, yəni 19 il qanunsuz olaraq istifadə edib xeyli miqdarda gəlir əldə etmişdir. Tərəflərindən cavabdehin torpaqlarından qanunsuz olaraq istifadə etmələrinə görə ona dəfələrlə şifahi xəbərdarlıq edilsə də, cavabdeh xəbərdarlıqlara məhəl qoymamış, hətta aralarında münaqişələr də yaranaraq Zaqatala rayon Polis şöbəsində araşdırma aparılmışdır. Cavabdehin torpaqdan götürdüyü gəlirin miqdarı X14 rəyi ilə sübut olunur. Cavabdehin torpaqlarından qanunsuz olaraq istifadə etməsi Zaqatala Rayon Məhkəməsinin 2(033)-194/2019 nömrəli, 09 aprel 2019-cu il tarixli qətnaməsi ilə də sübut olnur. Zaqatala Rayon Məhkəməsinin 26 fevral 2021-ci il tarixli, 2(033)-76/2021 nömrəli qətnaməsində qeyd olunmuşdur ki, cavabdeh tərəfindən bəhər götürülməsi cavabdehin əsassız varlanması kimi və ya iddiaçı tərəfə hər hans maddi zərər dəyməsi kimi qiymətləndirilə bilməz. Bu cür əsaslandırma tam qanunsuzdur. Çünki, cavabdeh həmi torpağın mülkiyyət hüuqu əsasında ona məxsus olmadığını bilə-bilə torpaqdan istifadə etmişdir. Bundan başqa X14 rəyini əsas tutaraq Zaqatala Rayon Məhkəməsinin 2(033)-194/2019 nömrəli, 09 aprel 2019-cu il tarixli qətnaməsinin elan edilməsi, eyni zamanda iddiaları üzrə X14 rəyi əsas tutularaq Zaqatala Rayon Məhkəməsinin 26 fevral 2021-ci il tarixli, 2(033)-76/2021 qətnaməsi ilə iddialarının təmin olunmaması Zaqatala Rayon Məhkəməsinin hər iki qətnamələri arasında ziddiyət yaradır. Odur ki, Zaqatala Rayon Məhkəməsinin 26 fevral 2021-ci il tarixli, 2(033)-76/2021 nömrəli qətnaməsinin ləğv edilib, iş üzrə yeni qətnamə çıxarılmasını xahiş edirlər. Tərəflərin İzahatları Məhkəmə kollegiyasının iclasında iddiaçılar İddiaçı1, İddiaçı2 və onun vəkili X8 hər biri ayrı-ayrılıqda apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, Zaqatala Rayon Məhkəməsinin 26 fevral 2021-ci il tarixli, 2(033)-76/2021 nömrəli qətnaməsinin ləğv olunmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq vabdeh Cavabdeh iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdi. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, proses iştirakçılarının izahatını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsinin məhkəmə baxışı iclasında iştirak edən şahid qismində dindirilmiş X1 ifadəsində göstərmişdir ki, İddiaçı2 və X10 polis şöbəsinə müraciətləri əsasında araşdırma aparılmış, araşdırma nəticəsində məlum olmuşdur ki, 18 iyul 2019-cu il tarixdə Zaqatala rayonu Əliabad qəsəbə sakinləri X16 və qaynatası Cavabdeh mübahisələndirilən torpaq sahəsindən fındıq yığan zaman İddiaçı2 və İddiaçı1 ora gəlmişlər. Onlardan fındıq bağından çıxmalarını tələb etmişlər. Mübahisə zamanı İddiaçı2 ehtiyatsızlıqdan dərəcəsi təyin edilməyən xəsarət almışdır. Onların izahatları alınmışdır. Həmin torpaq sahəsindən yığılan fındıq məhsulunun kimin tərəfindən sonradan aparılması barədə məlumatı yoxdur. Birinci instansiya məhkəməsinin məhkəmə baxışı iclasında iştirak edən şahid qismində dindirilmiş X12 şahid qismində dindirilmiş X1 ifadəsinə uyğun ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan Zaqatala Rayon Məhkəməsinin 2(033)-194/2019 nömrəli, 09 aprel 2019-cu il tarixli qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, cavabdeh İddiaçı1 torpaq sahəsinin alqı-satqısı ilə bağlı 2001-ci ildə iddiaçı tərəfindən verilmiş ******* manatın hazırki manata nisbəti olan 246 manat və torpaq sahəsində bağın yetişdirilməsi ilə bağlı çəkdiyi xərc məbləği olan 10932 manatın alınaraq iddiaçı Cavabdeh Əmirastan oğluna verilməsi və iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. İşdə olan Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-2256/2019 nömrəli, 15 avqust 2019-cu il tarixli qətnaməsindən görünür ki, cavabdeh İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Zaqatala Rayon Məhkəməsinin 2(033)-194/2019 nömrəli, 09 aprel 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilmiş, iddia qismən təmin edilərək cavabdeh İddiaçı1 torpaq sahəsinin alqı-satqısı ilə bağlı 2001-ci ildə iddiaçı tərəfindən verilmiş ******* manatın hazırki manata nisbəti olan 246 manat və torpaq sahəsində bağın yetişdirilməsi ilə bağlı çəkdiyi xərc məbləği olan 10932 manatın alınaraq iddiaçı Cavabdeh Əmirastan oğluna verilməsi və iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 14 yanvar 2020-ci il tarixli qərarı ilə cavabdeh İddiaçı1 kassasiya şikayəti təmin edilməmiş, iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 avqust 2019-cu il tarixli, 2(107)- 2256/2019 nömrəli qətnaməsi kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin tərəfindən 05 avqust 2019-cu il tarixdə verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın təsdiq olunmuş surətindən görünür ki, Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən 1,36 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı1, İddiaçı2, X7 və X4 ümumi birgə mülkiyyəti kimi adlarına daşınmaz əmlakın dövlət reyestrində 162 nömrəli reyestr kitabının 54 nömrəli vərəqində torpaq sahəsinin plan ölçüsü işlənilməklə qeydiyyata alınmışdır. Zaqatala Rayon Məhkəməsinin 2(033)-92/2020 nömrəli, 16 mart 2020-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh Əmirastan oğlunun cavabdehlər İddiaçı1 və İddiaçı2 qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair iddiası rədd edilmişdir. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Aqrar X18 Azərbaycan Meyvəçilik və Çayçılıq X2 Dayaq Məntəqəsinin 15 fevral 2021-ci il tarixli 33 nömrəli rəyindən görünür ki, torpaq sahəsinə baxış zamanı həmin sahədə 210 ədəd fındıq ağacı olduğu müəyyən edilmişdir. Məhsuldarlıq göstəricisi ərazidə olan ağacların kiçik, orta və iri ağaclar olmasına görə bir fındıq ağacına təqribi 4 kq. məhsul miqdarında müəyyən edilmişdir. 2019-cu ildə 1 kq. fındıq məhsulunun bazar qiyməti isə 3,40 manat dəyərində olduğu müəyyən edilmişdir. Birinci instansiya məhkəməsində işə baxılan zaman Məhkəmə tərəfindən mübahisəli Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən torpaq sahəsinə mütəxəssisin iştirakı ilə yerində baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, hazırda mübahisəli torpaq sahəsindən iddiaçılar İddiaçı1 və İddiaçı2 2019-cu ilin avqust ayından istifadə edir. Həmin torpaq sahəsində fındıq ağacları mövcuddur. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Meyvəçilik və Çayçılıq X5 Dayaq Məntəqəsinin aqronomu tərəfindən fındıq ağaclarının məhsuldarlıq göstəricisinin müəyyən edilməsi məqsədilə baxış keçirilmişdir. Fındıq ağacları tərəflərin və mütəxəssisin iştirakı ilə sayılmışdır. İş materiallarına əlavə edilmiş və kollegiyanın iclasında tədqiq edilmiş sübutlardan görünür ki, Zaqatala Rayon Məhkəməsinin 2(033)-194/2019 nömrəli, 09 aprel 2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh İddiaçı1 torpaq sahəsinin alqısatqısı ilə bağlı 2001-ci ildə iddiaçı tərəfindən verilmiş ******* manatın hazırki manata nisbəti olan 246 manat və torpaq sahəsində bağın yetişdirilməsi ilə bağlı çəkdiyi xərc məbləği olan 10932 manatın alınaraq iddiaçı Cavabdeh Əmirastan oğluna verilməsi və iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəsini almışdır. İddiaçı iddia edir ki, həmin torpaq sahəsinin cavabdehdə olduğu bütün vaxt ərzində (2001- ci ildən 2019-cu ilədək) cavabdehin götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin, yəni 10400 manat pulun cavabdehdən alınaraq ona ödənilməsini tələb edir. Cavabdeh isə həmin torpaq sahəsindən 2001-ci il tarixdən iddiaçının adına rəsmiləşdirildiyi tarixədək, yəni 05 avqust 2019-cu il tarixədək onun istifadə etdiyini, bundan sonra isə həmin torpaq sahəsindən iddiaçıların özlərinin istifadə etdiyini bildirir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1091.2.-ci maddəsinə görə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə: 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir: 1092.3. Varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir. 1090.1.-ci maddəsinə əsasən əgər işlərin aparılması sahibkarın mənafeyinə və ehtimal olunan istəyinə uyğun gəlirsə, icraçı xərclərin əvəzinin ödənilməsini və öhdəliklərdən azad olunmasını tələb edə bilər. İcraçı lazımi vicdanlılıqla fəaliyyət göstərmişsə, bu qayda işlərin aparılmasının gözlənilən nəticə ilə qurtarmadığı halda da tətbiq olunur. 1090.2.-ci maddəsinə əsasən işlərin aparmağa qəbul olunması sahibkarın mənafeyinə və ehtimal olunan istəyinə uyğun gəlmirsə, icraçı sahibkardan xərclərin əvəzinin ödənilməsini və öhdəliklərdən azad olunmasını yalnız işlərin aparılması prosesində sahibkarın varlandığı halda tələb edə bilər. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericilik normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq pozuntusuna görə məsuliyyət daşıyır. 1097.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. İş materiallarından görünür ki, iddiaçının torpaq sahəsinə mülkiyyət hüququ 05 avqust 2019-cu il tarixdə yaranmışdır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 avqust 2019-cu il tarixli qətnaməsi ilə cavabdeh İddiaçı1 torpaq sahəsinin alqı-satqısı ilə bağlı 2001-ci ildə iddiaçı tərəfindən verilmiş ******* manatın hazırki manata nisbəti olan 246 manat və torpaq sahəsində bağın yetişdirilməsi ilə bağlı çəkdiyi xərc məbləği olan 10932 manatın alınaraq iddiaçı Cavabdeh Əmirastan oğluna verilməsi qət edilmişdir. İddiaçı isə 01 sentyabr 2020-ci il tarixdə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən torpaq sahəsinin zəbt edilməsi ilə bağlı ona dəymiş zərərin əvəzini tələb etmişdir. Cavabdeh isə həmin torpaq sahəsindən 2001-ci il tarixdən iddiaçının adına rəsmiləşdirildiyi tarixədək, yəni 05 avqust 2019-cu il tarixədək (sonuncu dəfə 18 iyul 2019cu il tarixdə) istifadə etmiş, sonra həmin torpaq sahəsindən çıxmış, bundan sonra isə həmin torpaq sahəsindən iddiaçıların özləri istifadə etmişlər. Bu hallar tərəflərin izahatları və işdə olan sübutlarla da təsdiq olunur. Həmçinin qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri ilə hazırki iş üzrə cavabdehə dəymiş zərərin məbləği müəyyən edildiyi halda, eyni zamanda mübahisələndirilən torpaq sahəsindən cavabdeh tərəfindən (torpaq sahəsinin iddiaçının adına rəsmiləşdirildiyi tarixədək, yəni 05 avqust 2019-cu il tarixinədək) bəhər götürülməsi cavabdeh tərəfin əsassız varlanması kimi və ya iddiaçı tərəfə hər hansı maddi zərər dəyməsi kimi qiymətləndirilə bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, iş materialları ilə o da müəyyən olunur ki, qeyd edilən daşınmaz əmlakla bağlı tərəflər arasında qanunvericiliyin tələblərinə uyğun hər hansı bir notarial qaydada əqd bağlanılmasa da, torpaq sahəsi əvvəllər cavabdehin istifadəsinə verilmiş və bu razılıq əsasında cavabdeh 19 il istifadə etdiyi həmin torpağın keyfiyyətini artırılması üçün bar verən fındıq ağacı əkmiş və nəticədə gəlir əldə etmişdir. Beləliklə məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş sübutlarla iddiaçıların iddia etdiyi əmlakın cavabdehdə olduğu bütün vaxt ərzində cavabdehin götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin, yəni 10400 manat pulun iddiaçılar cavabdehdən alınaraq onlara ödənilməsini cavabdehdən tələb etməkdə haqlı deyildir. Bundan başqa, məhkəmə kollegiyasının iclasında iddiaçı tərəf həqiqətən cavabdeh tərəfindən ona maddi zərər dəyməsini sübut edə bilməmiş, həmçinin iddiaçı tərəfindən məhkəməyə bununla bağlı heç bir sübut təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsində göstərilir ki, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 89.1-ci maddəsinə əsasən yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 11.07.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların 8 mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Məhkəmə kollegiyasının apellyasiya baxışında apellyasiya şikayətində qoyulmuş əsaslarla apellyasiya şikayətinin təmin edilməməsinə və qətnamənin dəyişdirilməməsinə əsas ola biləcək hallar müəyyən edilmişdir. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, Zaqatala Rayon Məhkəməsi iddianı təmin etməməkdə ümumilikdə düzgün nəticəyə gəlmiş, bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəllənin 385.1.1, 385.1.3 və 385.1.4cü mаddələrinin tələbinə görə mаddi və yа prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi, habelə birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsasdır. Həmin Məcəllənin 386-cı və 387.1-ci mаddələrinə əsаsən mаddi hüquq normаlаrı o hаldа pozulmuş və yа düzgün tətbiq olunmаmış hesаb edilir ki, birinci instаnsiyа məhkəməsi hüququn tətbiq edilməsində səhv burаxsın, tətbiq edilməli olаn qаnunu və yа digər normаtiv hüququ аktı tətbiq etməsin, yаxud qаnunu səhv təfsir etsin. Prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi qətnаmənin ləğv edilməsinə yаlnız o hаldа əsаs olur ki, bu düzgün olmаyаn qətnаmənin qəbul edilməsinə səbəb olur. Həmin Məcəllənin 389-cu maddəsinə görə məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir. Həmin Məcəllənin 390-cı maddəsinə görə məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Mülki Prosessual Məcəllənin 384.0.2-ci mаddəsinə əsаsən аpellyаsiyа instаnsiyа məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-387, 389-390, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Zaqatala Rayon Məhkəməsinin 26 fevral 2021-ci il tarixli, 2(033)-76/2021 nömrəli qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar