Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1090/2021 07.06.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu, Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, Kərimli İsmayıl Aslan oğlunun katibliyi ilə, Göyçay Rayon Məhkəməsinin 15.03.2021-ci il tarixli, 2(046)-2/2021 saylı qərardadından İddiaçı ASC tərəfindən verilmiş şikayətə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı «xxxx» ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 4579.85 manat əsa kredit borcu, 446.07 manat faiz borcu və 20 manat ödənilmiş dövlət rüsumu olmaqla cəmi 5025.92 manat kredit borcu müştərək qaydada tutularaq iddiaçının hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı «xxxx» ASC iddianı təmin etmək üçün tədbirlər görülməsi haqqında ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, Cavabdeh1 ilə İddiaçı ASC arasında kredit müqaviləsi bağlanmışdır. Cavabdeh banka olan borcunu ödəmdəyindən bank məhkəməyə müraciət edərək, kredit müqaviləsi üzrə borcun ödənilməsi barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmiş, cavabdeh həmin əmrdən etiraz ərizəsi ilə məhkəməyə müraciət etmiş, həmin iş iddia icraatına keçmişdir. Hazırda mülki iş məhkəmənin icraatındadır. Həmin iş üzrə Cavabdeh2 mülkiyyətində “Opel Vectra” minik markalı, ** BD *** dövlət qeydiyyat nişanlı avtomobil vardır. İddianın təmin tədbiri kimi Cavabdeh2 məxsus olan “Opel Vectra” minik markalı ** BD *** dövlət qeydiyyat nişanlı avtomaşın üzərinə həbs qoyulması və həmin avtomaşının Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X3 İdarəsinin “Siqnal” İLİİ-nin dayanacağına yerləşdirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Göyçay Rayon Məhkəməsinin 15.03.2021-ci il tarixli 2(046)-2/2021 saylı qərardadına əsasən iddiaçı «xxxx» ASC-nin cavabdehə məxsus “Opel Vectra” minik markalı ** BD *** dövlət qeydiyyat nişanlı avtomaşın üzərinə həbs qoyulması və həmin avtomaşının Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X3 İdarəsinin “Siqnal” İLİİ-nin dayanacağına yerləşdirilməsi qadağa qoyulması haqqında iddianın təmini qaydasında ərizəsi təmin edilməmişdir. İddiaçı «xxxx» ASC şikayətl ərizəsi ilə məhkəməyə müraciət edərək Göyçay Rayon Məhkəməsinin 15.03.2021-ci il tarixli 2(046)-2/2021 saylı qərardadının ləğv edilməsini və iddianın təmin etmək üçün tədbirlər görülməsi haqqında ərizəsinin təmin edilməsini xahiş etmişlər. İş üzrə iddiaçı «xxxx» ASC şikayətdə tələblərini belə əsaslandırmışlar ki, məhkəmə qərardadına əsasən ərizələri təmin edilməmişdir ona görə ki, qeyd edilən Kredit borcunun qaytarılması tələbinə dair Göyçay rayon Məhkəməsinin 11 sentyabr 2015-ci il tarixli, 2(046)- 2069/2015 saylı məhkəmə əmri qəbul edilmiş və icra olunması üçün Göyçay və Suraxanı rayon İcra və Probasiya şöbələrinə icraata verilmişdir. İcra mərhələsində Suraxanı rayon İcra və Probasiya şöbəsi iş üzrə zamin Cavabdeh2 mülkiyyətində “Opel Vectra” minik markalı, **- BD-*** dövlət qeydiyyat nişanlı avtomobil aşkar edərək avtomobil üzərinə həbs qoyulması üçün təqdimatla Suraxanı rayon Məhkəməsinə müraciət edərək avtomobil üzərinə həbs qoyulmuşdur. Bir müddət sonra borclu Cavabdeh1 Göyçay Rayon Məhkəməsinin 11 sentyabr 2015-ci il tarixli 2(046)-2069/2015 saylı məhkəmə əmrinə etiraz vermiş və iş iddia icraatına keçirildiyindən icra məmuru tərəfindən Cavabdeh2 mülkiyyətində olan “Opel Vectra” minik markalı ** BD *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsinə dair Suraxanı Rayon Məhkəməsinə müraciət etmiş və Suraxanı Rayon Məhkəməsinin 22 fevral 2021-ci il tarixli 8(010)- 64/2021 saylı qərardadına əsasən Cavabdeh2 mülkiyyətində olan “Opel Vectra” minik markalı ** BD *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülmüşdür. Suraxanı rayon Məhkəməsinin 22 fevral 2021-ci il tarixli 8(010)-64/2021 saylı qərardadı ilə də sübut olunur ki, “Opel Vectra” minik markalı ** BD *** dövlət qeydiyyat nişanlı avtomobil iş üzrə Cavabdeh2 məxsusdur. Bank da öz növbəsində iş iddia icraatında davam etdiyi üçün və iş materiallarında olan sənədlərə əsaslanaraq yenidən Cavabdeh2 mülkiyyətində olan “Opel Vectra” minik markalı ** BD *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə yenidən həbs qoyulması üçün Göyçay Rayon Məhkəməsinə ərizə ilə müraciət etmişdir. Buna görə də Göyçay Rayon Məhkəməsinin 15.03.2021-ci il tarixli 2(046)-2/2021 saylı qərardadının ləğv edilməsini və iddianın təmin etmə tədbirlərinin görülməsi barədə ərizənin təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Göyçay Rayon Məhkəməsinin 09.04.2021-ci il tarixli, 2(046)-2/2021 saylı qərardadı ilə şikayət təmin edilməmiş, şikayət baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq iddiaçının nümayəndəsi və cavabdehlər heç bir üzürlü səbəblər olmadan məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə olan sənədlərə hüquqi qiymət verərək hesab edir ki, şikayət təmin edilməməli, iş üzrə Göyçay Rayon Məhkəməsinin 15.03.2021-ci il tarixli, 2(046)-2/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.1. maddəsinə görə, tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.2. maddəsinə görə, icra sənədləri üzrə tələb ilk növbədə borclunun manatla və xarici valyuta ilə, o cümlədən banklarda və digər kredit təşkilatlarında olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldilir. Borcluda aşkar edilən nağd pul vəsaitləri götürülür. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.6. maddəsinə görə, tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Qeyd olunmalıdır ki, “İnsan Hüquqlarının və X1 Haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinin tətbiqi üçün də bu və ya digər ölkənin dövlətdaxili qanunvericiliyi tərəfindən şəxsin müvafiq maraqlarının mülkiyyət hüququ kimi tanınması vacib deyil, Konvensiyanın məqsədləri baxımından “mülkiyyət” müstəqil məna daşıyır. “Broniovski Polşaya qarşı” işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki “mülkiyyət” anlayışı müstəqil mənaya malikdir, həmin anlayış daxili qanunvericilikdə verilən formal tövsifdən asılı deyil. Maddi əşyalar kimi, əmlak təşkil edən müəyyən hüquq və maraqlar da “mülkiyyət” hüquqları sayıla bilər və beləliklə, bu maddənin məqsədləri üçün “mülkiyyət” hesab edilə bilər. Hər bir konkret işdə araşdırımalı olan məsələ ondan ibarətdir ki, həmin işin bütövlükdə götürülmüş halları baxımından ərizəçi 1 saylı Protokolun 1-ci maddəsi ilə qorunan maddi hüquqi marağa malikdirmi?. Məhkəmə kollegiyası tələbkarın şikayətinə münasibət bildirərək qeyd edir ki, şikayət əsaslandırılmamış və formal mülahizələrdən ibarət olmuşdur. Belə ki, E-Məhkəmə sistemindən çıxarışdan görünür ki, Cavabdeh2 mülkiyyətində “Opel Vectra” minik markalı ** BD *** dövlət qeydiyyat nişanlı avtomobil olduğuna dair məlumatlar aşkar edilməmiş, eləcə də ərizəçi xxxx ASC Cavabdeh2 mülkiyyətində həmin avtomobilin olduğuna dair heç bir sübutu şikayətə əlavə etməmişdir. ŞikayətdəSuraxanı rayon Məhkəməsinin qərardadına istinad edərək avtomobilin Ail Sərdarova məxsus olmasının müəyyən edilməsi ilə baglı dəlili ilə razılaşmayan kollegiya qeyd edir,Suraxanı raqon məhkəməsinin qərardadı ilə avtomobilin üzərinə qoyulmuş həbs götürüldükdən sonra həmin avtomobil barəsində özgənikşləşdirilə,bagışlana və digər əqdlər aparıla bilər. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi üçün əsaslı hesab edilə bilməz. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 267.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə birinci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməyə bilər. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə Göyçay Rayon Məhkəməsinin 15.03.2021-ci il tarixli, 2(046)-2/2021 saylı qərardadı ilə mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qərardadın ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də şikayət təmin edilməməli və iş üzrə Göyçay Rayon Məhkəməsinin 15.03.2021-ci il tarixli, 2(046)-2/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 263, 264, 397, 398, 400 və 405-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı qərаrа аldı: İddiaçı İddiaçı ASC tərəfindən verilmiş şikаyət təmin edilməsin. İş üzrə Göyçay Rayon Məhkəməsinin 15.03.2021-ci il tarixli, 2(046)-2/2021 saylı qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərаrdаddаn kаssаsiyа şikаyəti verilə bilməz. :
Məhkəmə qərarları › İş №2(107)-1090/2021
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1090/2021
07.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver