Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1093/2020 12.06.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Quluzadə Rahul Teyyuf oğlunun katibliyi, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti X11 Təşkilatının nümayəndəsi Nümayəndə2 və Cavabdeh2 iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti X11 Təşkilatının cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Əhməd oğluna qarşı kredit borcunun cavabdehlərdən tutulması tələbinə dair mülki iş üzrə Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(019)-59/2020 saylı qətnaməsindən Cavabdeh2tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: Balakən Rаyon Məhkəməsinin (hakim Zamin Tahirov) xx xxxxxx 2020-ci il tarixli 2(019)-59/2020 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, ; cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Əhməd oğlundan müştərək qaydada 2968,85 manat əsas borc və 23,11 manat faiz borcu, cəmi 2991,96 manat borc və 28,54 manat ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı QSC X11 Təşkilatına ödənilməsi, iddianın qalan hissədə təmin olunmaması, iş üzrə aparılmış məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatının dəyəri olan 145,0 manatdan 137,95 manatın cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Əhməd oğlundan müştərək qaydada və 7,05 manat İddiaçı QSC X11 Təşkilatından alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu:142319 Büdcə səviyyəsinin kodu:3 SAP (XİİS) hesabı Adı Dövlət X4 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SVVİFT BİK CTREAZ Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE******************** saylı hesabına ödənilməsi qət edilmişdir. İşin halları: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti X11 Təşkilatı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Əhməd oğluna qarşı iddia ərizə ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Əhməd oğlundan müştərək qaydada 2970.04 manat əsas borcun və 174.91 manati faiz borcunun-cəmi 3144.95 ( üç min bir yüz qırx döüd manat doxsan beş qəpik) manat məbləğində borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutalaraq, İddiaçı QSC X11 Təşkilatına ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında İddiaçı Qapalı Səhmdar Cəmiyyəti X11 Təşkilatı nümayəndəsi X8 iddianı müdafiə edib, onunla əsaslandırmışdır ki, Balakən rayon sakini fərdi sahibkar Cavabdeh2 ilə İddiaçı QSC X11 Təşkilatının Şəki filialı arasında tütün istehsalı üçün 10 ay müddətinə illik 10 faizlə 13400,0 (on üç min dörd yüz) manat məbləğində kredit verilməsinə dair 06 mart 2018-ci il tarixli, 428 TM/18 saylı kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi İddiaçı QSC X11 Təşkilatının Şəki filialı ilə zamin olmuş Cavabdeh1 Əhməd oğlu arasında xx xxxx 2018-ci il tarixli, 428ZT/18 saylı zaminlik müqaviləsi bağlanmışdır. Bağlanmış zaminlik müqaviləsinin 3.1-ci bndinin şərtinə görə zamin olmuş şəxs barcalanın xx xxxx 2018-ci il tarixli, 548TM/18 saylı kredit müqaviləsi üzrə kredit təşkilatına olan kredit və onun faizləri məbləğində, həmçinin bu kreditlə əlaqədar yaranan və yarana biləcək hər cür zərər, komisyon, dəbbə pulu, məhkəmə xərcləri və sair üçün məsuliyyət daşıyır. Cavabdeh2 xx.xx.2019-cu il tarixinə Kredit təşkilatına olan kredit borcunun tam ödənilməsinə görə onunla bağlanmış kredit müqaviləsinin yuxarıda qeyd edilən şərtlərini pozaraq, borcverən qarşısında olan öhdəliyini tam icra etməmişdir. Son nəticədə o, kredit müqaviləsi üzrə aldığı 13400.0 manat kredit borcundan 10429,96 manat əsas və 677,90 manat faiz borcundan ödəniş etmişdir. Bununla da cavabdeh kredit müqaviləsinin şərtlərini pozmuş və kreditoru ümid etməyə haqqı çatanlardan məhrum etmişdir. Cavabdeh2 iddiaçı “İddiaçı» QSC X1 əsas borcu 2970,04 manat, faiz borcu 174,91 manat, cəmi borcu 3144,95 (uç min bir yüz qırx dörd manat 95 qəpik) manat təşkil edir. Borcun ödənilməsi barədə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Əhməd oğluna müraciət olunmasına, məsələnin məhkəmədən kənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq, lazımi nəticə əldə olunmamışdır. Qeyd edilənləri nəzərə alıb, iddianın təmin edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında Cavabdeh2 iddianı qismən ekspertiza rəyində göstərilən əsas borc və müqavilə müddəti ərzində faiz borcu hissəsində qəbul edərək, iddianın qismən təmin edilməsinə etirazının olmadığını bildirmişdir. Cavabdeh1 Əhməd oğlu birinci instansiya məhkəməsinin məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə həmin prosesdə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. İş materiallarında olan İddiaçı QSC X11 Təşkilatının Şəki filialı ilə o cümlədən Cavabdeh2 oğlu arasında bağlanmış xx xxxx 2018-ci il tarixli, 428 TM/18 saylı kredit müqaviləsindən görünür ki, iddiaçı təşkilat tərəfindən Cavabdeh2 tütün istehsalı üçün xx xxxxxx 2018-cu il tarixədək ödənilmək şərtilə illik 10 faizlə 13400.0 (on üç min dörd yüz) manat məbləğində kredit verilmişdir. İş materiallarında olan xx xxxx 2018-ci il tarixli 428ZT/18 nömrəli Zaminlik Müqaviləsindən görünür ki, İddiaçı QSC X11 Təşkilatının Şəki filialı ilə X5 arasında Zaminlik müqaviləsi bağlanmış, zamin borclu Cavabdeh2 kredit müqaviləsindən irəli gələn öhdəliklərini icra etməsi üçün bank qarşısında birgə məsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarında olan İddiaçı QSC X11 Təşkilatının maliyyə arayışında Cavabdeh2 oğlunun xx.xx.2019-cu il tarixə iddiaçı “İddiaçı» QSC X1 əsas borcunun 2970,04 manat, faiz borcunun 174,91 manat, cəmi borcunun 3144,95 (uç min bir yüz qırx dörd manat 95 qəpik) manat təşkil etməsi göstərilmişdir. İş materiallarına əlavə edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2020- ci il tarixli, 32386 saylı rəyindən görünür ki, Cavabdeh2 “İddiaçı» QSC X1 borcu müqavilə müddəti bitən xx.xx.2018-ci il tarixə əsas borc üzrə 4894.08 AZN və faiz borcu üzrə 23.11 AZN, xx.xx.20219-cu il tarixə əsas borc üzrə 2968.85 AZN və faiz borcu üzrə 176.48 AZN təşkil edir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair xx.xx.2020-ci il tarixli, 32386 №-li bildirişindən görünür ki, iş üzrə aparılmış məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatının dəyəri 145,0 manat təşkil edir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı QSC BOKT hazırki iddianın qaldırılması ilə əlaqədar 30 (otuz) manat dövlət rüsumu ödəmişdir. Məhkəmədə yuxarıda göstərilən qətnaməni qəbul edilmişdir. Cavabdeh Bazarov X7 Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(019)- 59/2020 saylı qətnaməsindən apelyasiya şikayəti vermişdir. Apelyasiya şikayətinin dəlilləri: Cavabdeh2 apelyasiya şikayətində qeyd etmişdir ki, O, 2018-ci ildə Balakən rayon ərazisində dövlətimizin aqrar-siyasi islahatına dəstək olaraq tütün əkməyə başladım.2018ci ilin iyun ayında Balakən rayon ərazisində tütün əkməklə bağlı Azər tütün X10 MMC-nin direktoru ilə (alıcı qismində) müqavilə bağladım.Bu müqavilənin şərtləri 8- maddədən ibarətdir.Müqavilədə Azərtütün MMC alıcı tərəf,mən isə satıcı tərəf kimi qeyd olunmuşam.Mən həmin əkin sahəsini becərmək üçün 2018-ci ildə Azərkredit QSC BOKTdan hər hektara görə təxminən 1750 (min yeddi yüz əlli) manata qədər kredit götürdüm.Belə ki,mən Cavabdeh2 13.400 (on üç min dörd yüz) manat kredit götürdüm. Həmin il əkdiyim tütün sahəsində bol məhsulun olmasına baxmayaraq məhsulumun təxminən 30% -ə qədərini təhvil verə bildim.Məhsulun qalan hissəsi Balakən rayon Tütünqurutma məntəqəsinin tütünümü qəbul etməməsi səbəbindən sahədə qalıb tələf oldu.Buna görə də mən becərdiyim sahədən nəinki,ailəmi dolandırmağa qazanc əldə edə,hətda banka olan kredit borcumu bağlaya bilmədim.Mənim bu vəziyyətə yəni borca düşməyimə Balakən tütünqurutma məntəqəsinin səriştəsiz rəhbərliyi oldu. Qeyd etmək istəyirəm ki,mən bankdan götürdüyüm krediti bir dəfəyə yox hissə-hissə götürmüşəm.Beləki bankın nümayəndəsi ilk dəfə qış şumuna baxdıqdan sonra toxum alıb şitil əldə etmək üçün ümumi pulun bir qismini ayırdı.Yəni mənə verdi.Sonra baxış keçirib İİ mərhələni daha sonra alaq otlarının sahədən təmizlənməsi və gübrələnməsi üçün İİİ mərhələdə pul verdi.Nəhayət bankın nümayəndəsi tütünün tam qırılma və təhvil verilmə zamanında baxış keçirib, məhsuldarlıq onu qane etdikdən sonra İV mərhələ üçün pul ayırdı.Beləliklə bankın bu mərhələlərlə mənə kredit verməsi mənim əkdiyim tütün sahəsində heç bir təhlükəli və riskli faktor olmadığını tütünün standartlara və normativə uyğun olduğunu eləcədə məhsuldarlığın yüksək olduğunu sübut edir. Ancaq bunun qarşısında tütünqurutma məntəqəsinin rəhbəri Şadnus Məmmədov mənim istehsal eydiyim məhsulun 30%-ə qədərini zorla,məhsulun keyfiyyətini gözdən salıb ən aşağı kateqoriyaynan götürüb,qalan məhsulumu qəbul etməyib,sahədə tələf edib. Mən Balakən rayon Məhkəməsinə ərizə vəsadətlə müraciət etdim ki,İİİ şəxs həm də zərər vərən tərəf kimi,eləcə də zamin qismində Azərtütün MMC-p Balakən rayonun üzrə nümayəndəsi Şadnus Məmmədov məhkəməyə çağırılsm.Bununla yanaşı iqtisadi araşdırmalar üçün ekspertiza təyin edilsin.Lakin bu məhkəməyə nə Şadnus Məmmədov dəvət edildi,nədəki təyin edilmiş ekspertiza iqtisadi araşdırma aparmadı.Çünki Balakən rayon məhkəməsi Bankın mənafeyini müdafiə edərək bir neçə lüzumsuz sualla ekspertiza təyin etmişdir.Yəni belə bir sual qoyub ki,cavabdehin banka olan borcu nə qədərdir və.s.Ancaq o belə bir sual qoya bilərdi ki,sahibkarın yəni cavabdehin borca düşməsinin iqtisadi cəhətdən səbəbi araşdırılsın.Onsuz da iddiaçı pul ödənilməsini tələb etdiyi məbləğ məlum idi.Ekspertiza mənim problemimin həlli üçün heç bir qənaətbəxş araşdırma aparmadığı üçün mən onun ortaya çıxardığı qərardan narazıyam və qəbul etmirəm.Bununla yanaşı ekspertiza tədqiqatının dəyəri olan 145 manat mənim tərəfimdən ödənilməsi tələbinə də etirazımı bildirirəm. Ona görədə Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(019)- 59/2020 saylı qətnaməsinin ləğv edərək onun borclu olduğu Aqrar kredit Qapalı Səhmdar Cəmiyyəti X1 borcunu ,2991,96 manat borcu eləcə də 145 manat ekspertiza dəyəri və 28,54 manat tələb olunan pulun, bu borcu yaranmasına səbəbkar olan,həm də Azərtütün MMC-nin nümayəndəsi kimi zamin olan Balakən rayon tütün qəbulu məntəqəsinin rəhbəri Şadnus Məmmədovun iş üzrə üçüncü şəxs, yaxud da cavabdeh, eləcədə zamin qismində cəlb etməklə, onun tərəfindən ödənilməsi barəsində yeni qətnamə çıxarasınız.Bundan əlavə işin iqtisadi cəhətdən araşdırılması üçün ekspertiza təyin edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçı» Qapalı Səhmdar Cəmiyyəti X11 Təşkilatının nümayəndəsi Nümayəndə2 birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlanılması, apelyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Cavabdeh2 apelyasiya şikayətinin təmin edilməsini, Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(019)-59/2020 saylı qətnaməsinin ləğv edilməsini, iddia tələbin qismən təmin edilməsini xahiş etdi. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh1 Əhməd oğlu məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə, onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(019)- 59/2020 saylı qətnaməsi Cavabdeh2 münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddiаnı qismən təmin edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Əhməd oğlundan müştərək qaydada 2968,85 manat əsas borc və 23,11 manat faiz borcu, cəmi 2991,96 borc və 28,54 manat ödənilmiş dövlət rüsumu tutularaq, İddiaçı QSC X11 Təşkilatına ödənilməli, iddia qalan hissədə təmin olunmamalıdır. Məhkəmə həmçinin hesab edir ki, iddia qismən təmin edildiyi üçün iş üzrə aparılmış məhkəmə mühasibatlıq ekspertizası tədqiqatının dəyəri olan 145,0 manatdan 137,95 manat cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Əhməd oğlundan müştərək qaydada və 7,05 manat İddiaçı QSC X11 Təşkilatından alınaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu:142319 Büdcə səviyyəsinin kodu:3 SAP (XİİS) hesabı Adı Dövlət X4 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SVVİFT BİK CTREAZ Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE******************** saylı hesabına ödənilməsi nəticəsinə gəlmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi mövcud mübahisəyə və işin hallarına lazımi hüquqi qiymət vermiş və bu səbəbdən də düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası MPM-nin 76.1-ci mddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikası MPM-nin 76.2-ci mddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yxdur. Azərbaycan Respublikası MPM-nin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Göstərilənqanun normalarına istinad edən birinci instansiya məhkəməsi xx xxxx 2018-ci il tarixli, 428 TM/18 saylı kredit müqaviləsin, faizlər və ödəmələr üzrə cədvəli, xx xxxx 2018-ci il tarixli, 428ZT/18 saylı zaminlik müqaviləsini, məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2020ci il tarixli, 32386 saylı rəyini işin hallarını bir-biri ilə əlaqəli şəkildə təsdiq etdiyi üçün mötəbər sübutlar kimi qəbul etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» xx xxxxxx 2014-cü il tarixli qərarında göstərilir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Bu xüsusda birinci instansiya məhkəməsi cavabdehin əsas borc və faiz borcuna dair iddiaçı təşkilatın təqdim etdiyi xx.xx.2019-cu il tarixli arayışla məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2020-ci il tarixli, 32386 saylı rəyi arasında ziddiyyətə hüquqi qiymət verərək, hesab etmişdir ki, müasir tədqiqat metodlarına əsaslandığından və daha obyektiv və ədalətli olduğundan, məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2020-ci il tarixli, 32386 saylı rəyində əks olunan cavabdeh tərəfin xx.xx.2019-cu il tarixə olan əsas borcu 2968,85 AZN və müqavilə müddəti bitən xx.xx.2018-ci il tarixə olan faiz borcu 23,11 AZN məbləğində qəbul olunmalıdır. Belə ki, qeyd olunan məhkəmə-mühasibatlıq ekspertizası cavabdehin xx.xx.2019-cu il tarixə olan əsas borcunu daha son və obyektiv məlumat kimi, həmçinin faiz borcunu Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» xx xxxxxx 2014-cü il tarixli qərarına uyğun müqavilə müddət ərzində hesablanmış faiz kimi əks etdir, bu zaman müasir tədqiqat metodlarına əsaslanır və daha obyektiv və ədalətlidir. Ona görə də məhkəmə cavabdeh tərəfin iddiaçı təşkilata olan əsas borcunu 2968,85 manat və faiz borcunu 23,11 manat məbləğində qəbul edir. Birinci instansiya məhkəməsi iş üzrə mövcud sübutlara əsasən müəyyən etmişdir ki, İddiaçı QSC ilə Cavabdeh2 arasında xx xxxx 2018-ci il tarixli, 428 TM/18 saylı kredit müqaviləsi bağlanmış, həmin müqavilə üzrə Cavabdeh2 iddiaçı təşkilatdan illik 10 faiz ödəmək şərtilə xx xxxxxx 2018-cu il tarixədək ödənilməklə 13400.0 (on üç min dörd yüz) AZN məbləğində kredit almış, xx xxxx 2018-ci il tarixli, 428ZT/18 nömrəli Zaminlik Müqaviləsilə zamin X5, borclu Cavabdeh2 İddiaçı QSC X2rşısında kredit müqaviləsindən irəli gələn öhdəliklərini icra etməsi üçün bank qarşısında birgə məsuliyyəti öz üzərinə götürmüş, Cavabdeh2 müqavilə öhdəliklərini yerinə yetirməyərək, iddiaçıya 2968,85 manat əsas borc və müqavilə müddəti üçün 23,11 manat faiz borcu yaranmışdır. Həmçinin hazırki iddianın qaldırılması üçün İddiaçı QSC BOKT 30 (otuz) manat dövlət rusumu ödəmişdir. İşdəki sübutlardan həmçinin görünür ki, cavabdeh tərəf həqiqətən də xx xxxx 2018-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış öhdəliyi lazımi qaydada icra etməyib, iddiaçıya ziyan vurmuş, müqaviləni əhəmiyyətli dərəcədə pozmaqla, iddiaçını ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum etmişdir. Göstərilənlər əsasında birinci instansiya məhkəmə düzgün hesab etmişdir ki, tərəflər arasında kredit münasibətlərindən irəli gələn qarşılıqlı öhdəliklər mövcud olmuş, iddiaçı tərəfindən cavabdehlərə münasibətdə üzərinə götürülmüş bütün öhdəliklər icra olunmuş, lakin cavabdehlər tərəfindən iddiaçı təşkilat qarşısında götürülmüş öhdəliklər icra olunmamışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsasdar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə müqavilə iştirakçılarından bir tərəfi (borc verən) hər hansı əşyanı (pul və ya digər əvəz edilən əşyanı) digər tərəfin mülkiyyətinə keçirməyi, digər tərəf isə aldıqlarını müvafiq olaraq borc verənə qaytarmağı öz öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.2-ci maddəsinə əsasən öhdəliyin icrası üçün müəyyənləşdirilmiş müddətdə onun icra edilməməsi, borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1 maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.4-cü maddəsinə əsasən özgə vəsaitdən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci maddəsinin tələbinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsindcə kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.3-cü maddəsinə əsasən birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tədbiq etmişdir. Ona görə də, apelyasiya şikayəti təmin edilməməli, iş üzrə Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(019)-59/2020 saylı qətnaməsi dəyişdirilmədən, аpelyаsiyа şikаyəti isə təmin edilmədən sаxlаnmаlıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. İş üzrə Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(019)-59/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(107)-1093/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1093/2020
12.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver