Məhkəmə qərarları › İş №2(107)-1099/2020

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1099/2020

12.05.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1099/2020 12.05.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu, Hakimlər – Hüseynov Mirbahəddin Mirdamət oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi; İddiaçı - İddiaçı QSC-nin nümayəndəsi X9 iştirakı ilə Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(046)-165/2020 saylı qərardadından İddiaçı QSC tərəfindən verilmiş şikayətə Şəki Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı QSC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İş materiallarına əsasən, X4 xx.xx.2013-cü ildə vəfat etmiş, Cavabdeh1 onun hüquqi varis kimi müəyyən olunmamışdır. Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(046)-165/2020 saylı qərardadı ilə (hakim Zəfər Quliyev) İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair mülki iş üzrə icraatın X2 vərəsəsi müəyyən edilənədək dayandırılması qərara alınmışdır. İddiaçı QSC Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(046)- 165/2020 saylı qərardadından şikayət vermişdir. Göyçay Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(046)-165/2020 saylı qərardadına əsasən şikayət təmin edilməmiş və baxılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı QSC-nin nümayəndəsi X11 şikayətin təmin edilməsini və Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(046)-165/2020 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdehlər məhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq, şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət təmin edilməli, Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(046)-165/2020 saylı qərardadı tam, Göyçay Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(046)-165/2020 saylı qərardadı qismən, şikayətin təmin edilməməsi hissəsində ləğv edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.1-ci maddəsinə əsasən işdə tərəf olan şəxs öldükdə və ya hüquqi şəxs yenidən təşkil edildikdə, mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə və ya işdə tərəf olan hüquqi şəxsin xitamına yol verərsə, hakim iş üzrə icraatı dayandırmalıdır. Həmin Məcəllənin 256.0.1-ci maddəsinə əsasən bu Məcəllənin 254.1.1 və 254.1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda çıxmış şəxsin şəxsin hüquqi varisi müəyyən edilənə və ya fəaliyyət qabiliyyəti olmayan şəxs üçün müəyyən edilənədək iş üzrə icraat dayandırılır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı iş üzrə düzgün nəticəyə gəlməmişdir. Belə ki,işdə olan Göyçay Rayon İcra Hakimiyyəti Başçısının Göyçay şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 072308 saylı xx.xx.2019-cu il tarixli forma 2 arayışdan göründüyü kimi Cavabdeh1 mərhum cavabdeh X4 vəfat etdikdən sonra əvvəllər ona məxsus olmuş fərdi yaşayış evində qeydiyyatda olmaqla yaşayır. Bundan başqa, iş materiallarından görünür ki, x xxxx 2014-cü ildə İddiaçı QSC Göyçay Rayon Dövlət Notariat X1 İddiaçı QSC-yə olan 37604.80 ABŞ dolları məbləğində borcunun tutulması və ipoteka ilə yüklü edilmiş Göyçay şəhəri, Z.Bünyatov küçəsi, 93 ünvanında istifadədə olan 0.1425 ha torpaq yerləşən xüsusi mülkiyyətdə olan 2 oatqlı, 1 mərtəbəli fərdi yaşayış evinə yönəldilməsi barədə icra qeydinin aparılması üçün müraciət etmişdir. xx xxxx 2014-cü il tarixdə Göyçay Rayon Notariat Kontoru tərəfindən 7E-7391 M ilə reyestrdə qeydə alınmış ipoteka predmetinə tutma yönəldilməsi haqqında icra qeydi verilmişdir. Həmin icra qeydi əsasında hərrac keçirilmiş və xx xxxx 2015-ci il tarixdə hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilə imzalanaraq ipoteka predmeti olan X3 məxsus Göyçay şəhəri, Z.Bünyatov küçəsi, 93 ünvanında yerləşən fərdi yaşayış evi tələbkar İddiaçı QSC-yə satılmışdır. xx xxxxxxx 2015-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışla Göyçay şəhəri, Z.Bünyatov küçəsi, 93 ünvanında yerləşən fərdi yaşayış evi üzərində İddiaçı QSC mülkiyyət hüquqlarını qeydiyyata aldırmışdır. Bundan sonra X2 həyat yoldaşı Cavabdeh1 qız Göyçay Rayon Məhkəməsində ipoteka predmetinə tutmanınyönəldilməsi haqqında icra qeydinin ləğv edilməsi, hərracın yekunları barədə protokolun və əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi tələbinə dair iddia qaldırmışdır. Göyçay Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(046)-1249/2016 saylı qətnaməsi ilə iddia tələbi təmin olunmuşdur. Həmin qətnamədən İddiaçı QSC apellyasiya və kassasiya şikayətləri vermiş, təmin olunmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx xxxx 2017-ci il tarixli 2(102)-1844/17 saylı qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin faktiki hallarından da göründüyü kimi mərhum cavabdeh X2 həyat yoldaşı Cavabdeh1 X2 faktiki və prosessual hüquq varisidir. Belə ki, X7 yuxarıda qeyd edilən məhkəmə mübahisəsi zamanı iddia ərizəsində də qeyd etmişdir ki, “hərrac keçirilərkən bu barədə onlara məlumat verilməmiş, nəticədə mərhum Hidayət Zülfüqarovun ailə üzvləri kimi xəbərləri olmadan, onların hazırda yaşadığı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə dair hərrac təşkilatı ilə bank arasında alqı-satqı müqaviləsi bağlanmışdır”. Həmçinin, müəyyən edilmişdir ki, Hidayət Zülfüqarovun övladları Elşən Zülfüqarlı və Qəmər Zülfüqalı ünvan 2 ünvanında qeydiyyatda olmaqla anaları Mətanət Musayevlə birlikdə həmin evdə faktiki olaraq yaşayırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı ver üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və va əmlaka sahiblik etməyə və va əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməvə faktik başladıqda hesab edilir ki. mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Hidayət Zülfüqarovunvəfat etdiyi tarixdən yeddi ilə yaxın vaxt keçmişdir. Keçən müddət ərzində vərəsələr ya mirasın qəbulu barədə şəhadətnamə almalı ya da mirasın qəbulundan imtina barədə notariat kontoruna ərizə verməli idilər. Lakin hazırki iş üzrə Cavabdeh1 əmlaka sahiblik edərək faktika idarə etməsinə baxmayaraq şüurlu şəkildə bunu etməmişdir. Ancaq faktiki olaraq ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində yaşamaqla əmlakı idarə edir. Göstərəilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı iş üzrə icraatı dayandırmaqda haqlı olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququna malikdir. Beləliklə, şikayət təmin edilməli, Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(046)-165/2020 saylı qərardadı tam, Göyçay Rayon Məhkəməsinin xx xxxx 2020ci il tarixli, 2(046)-165/2020 saylı qərardadı qismən, şikayətin təmin edilməməsi hissəsində ləğv edilməli, mülki iş mahiyyəti üzrə baxılması üçün Göyçay Rayon Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254, 263, 264, 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı QSC tərəfindən verilmiş şikayət təmin edilsin. Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(046)-165/2020 saylı qərardadı qərardadı tam, Göyçay Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(046)- 165/2020 saylı qərardadı qismən, şikayətin təmin edilməməsi hissəsində ləğv edilsin. Mülki iş mahiyyəti üzrə baxılması üçün Göyçay Rayon Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərаrdаddаn kаssаsiyа şikаyəti verilə bilməz. Sədrlik edən: Elçin Hüseynov Hakimlər: Mirbahəddin Hüseynov Gündüz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar