Məhkəmə qərarları › İş №2(107)-11/2024

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-11/2024

02.05.2024 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-11/2024 02.05.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1, Nümayəndə2 və İddiaçı3 cavabdehlər Cavabdeh1 və Nümayəndə1 qarşı "vərəsəlik qaydasında paylarının müəyyən olunaraq naturada bölünmüş əmlakdan istifadə olunmasına törədilən maneələrə son qoyulması və əmlakdan istifadə qaydalarının müəyyən edilməsi” tələbinə dair (Açar sözlər: vərəsəlik qaydasında paylarının müəyyən olunaraq naturada bölünmüş əmlakdan istifadə olunmasına törədilən maneələrə son qoyulması və əmlakdan istifadə qaydalarının müəyyən edilməsi, mülkiyyət hüququ, maddi hüquq normasının düzgün tətbiq edilməməsi və ekspertiza məsələləri) Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və X1 ibarət tərkibdə, İbrahimov Səbuhi Təmraz oğlunun katibliyi ilə, İddiaçı3 və cavabdeh Nümayəndə1 iştirakları ilə, İddiaçılar İddiaçı1, Nümayəndə2 və İddiaçı3 cavabdehlər Cavabdeh1 və Nümayəndə1 qarşı" vərəsəlik qaydasında paylarının müəyyən olunaraq naturada bölünmüş əmlakdan istifadə olunmasına törədilən maneələrə son qoyulması və əmlakdan istifadə qaydalarının müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə Qəbələ Rayon Məhkəməsinin 28 aprel 2022-ci il tarixli, 2(025)-463/2022 saylı qətnaməsindən iddiaçı Nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçılar İddiaçı1, Nümayəndə2 və İddiaçı3 cavabdehlər Cavabdeh1 və Nümayəndə1 qarşı "vərəsəlik qaydasında paylarının müəyyən olunaraq naturada bölünmüş əmlakdan istifadə olunmasına törədilən maneələrə son qoyulması və əmlakdan istifadə qaydalarının müəyyən edilməsi” tələbinə dair məhkəmədə iddia qaldıraraq, Qəbələ Rayon Məhkəməsinin 28 iyul 2017-ci il tarixli, 2(025) - 103/2017 nömrəli qətnaməsi əsasında miras əmlak olaraq naturada bölücüsü aparılan (qətnamə icra olunmaqla) fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0,07 ha həyətyanı torpaq sahəsindən (məhkəmə tikinti-texniki ekspertizasının 18 aprel 2017-ci il tarixli 2508 nömrəli rəyində göstərilmiş qaydada naturada ayrılmış) istifadə olunmasında cavabdehlərin onlara törətdikləri maneələrə, miras evdən və torpaqdan paylarına düşən hissəsinə cavabdehlərin qanunsuz girib çıxmalarına son qoyulması, Cavabdeh1 payına düşən sahəyə (evə və torpağa) uyğun yerdən ona giriş-çıxış qapılarının, yolunun açılması ilə istifadə qaydalarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia tələblərini onunla əsaslandırmışdır ki, o, İddiaçı1 xx xxxx 1941-ci ildə Qəbələ rayonu Həmzəlli kəndində doğulmuş, 23 mart 1972 -ci ildə Qəbələ şəhər sakini Mustafayev Əmir Dəmir oğlu ilə ailə həyatı qurmuşdur. Nikahları 23 mart 1972-ci ildə Qutqaşm rayon VYADQ şöbəsində qeydiyyata alınmış və həmin nikahdan iki uşaqları doğulmuş, onlar da artıq böyüyüb boya-başa çatmışdır. Oğlu Gündüz onunla bir ailədə yaşayır. Mustafayev Əmir Dəmir oğlu 09 iyun 2003-cü ildə vəfat etmişdir. Əmirin əvvəlki ailəsindən də üç övladı olmuş, Eynulla adlı övladı 2013-cü ildə vəfat etmişdir. Mərhum əri hələ sağlığında övladları arasında heç bir vəsiyyətnamə olmadan əmlak bölgüsü aparmış, öz ata yurdundan qalan hissəni Eynulla adlı övladına vermiş, özü isə həmin həyətdən və evdən köçərək həyətyanı torpaq sahəsi alıb ev tikmişdir. Mərhum ərinin birinci nikahından olan digər oğlu - cavabdeh Mustafayev Əmir Dəmir oğlu isə hazırda yaşadıqları damın altında olan evlərdən birində ailəsi ilə yaşamağa başlamışdır. Həyatyanı torpaq sahəsindən ona həmçinin kifayət qədər ölçüdə torpaq sahəsi də verilmişdir. Bu minvalla yaşayışları davam etmişdir. Sonradan övladlıq və ailə münasibətlərinin olmasını nəzərə alaraq, Dəmirə yaşadıqları evdən müəyyən kvadratda sahənin verilməsinə etiraz etməmişdir. Bütün bunların müqabilində isə Dəmir ona ana münasibəti göstərməmiş, əksinə ona və övladlarına soyuq münasibət bəsləmişdir. Dəfələrlə miras əmlaka dair qarşılıqlı razılıq əldə olunmasını təklif etməyi isə tam faydasız olmuşdur. Aralarında heç bir razılıq əldə olunmadığı üçün evin dam örtüyünü və dam hissəsini təmir edə bilməmişlər. Dəmirin isə həmin həyətdən alt hissədə yerləşən və mərhum əri tərəfindən bölgüsü aparılmış torpaq sahəsində təzə tikilmiş fərdi yaşayış evi vardır. Buna baxmayaraq, sonuncunu həmin evə köçməyə heç cür razı sala bilməmişlər. Buna görə də, yaranmış vəziyyəti nəzərə alaraq, əri Mustafayev Əmir Dəmir oğlundan miras qalmış əmlaka dair vərəsəlik şəhadətnaməsinin işlənib hazırlanması üçün notariat orqanına müraciət etmiş, müraciətləri əsasında vərəsəlik işi açılmış və vərəsəlikdən sonra paylarına düşən hissəyə dair Azərbaycan Respublikası Əmək Məcəllələri Dövlət Komitəsi yanında Daşınmaz əmlakın Dövlət Reyestri Xidmətindən RX seriyalı ******* nömrəli Çıxarış almışlar. Çıxarış 18 fevral 2016-cı il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 25 nömrəli reyestr kitabının 1 nömrəli vərəqində qeydiyyata alınmışdır. Həmin çıxarışa görə onun, X5, Nümayəndə2 hər birinin fərdi yaşayış evindən 1/5 hissədə, torpaq sahəsindən 6/25 hissədə, İddiaçı3 isə torpaq sahəsindən 5/25 hissədə payları müəyyən edilərək mülkiyyətlərinə verilmişdir. Cavabdehə isə fərdi yaşayış evindən 2/5, torpaq sahəsindən isə 2/25 hissədə pay müəyyənləşdirilmişdir. Odur ki, yaşayış evindən və torpaq sahəsindən istifadə ilə bağlı cavabdehlə razılığa gələ bilmədiklərindən həmin əmlaklardan paylarının naturada ayrılması barədə məhkəmədə iddia qaldırmışlar. Qəbələ Rayon Məhkəməsinnin 28 iyul 2017-ci il tarixli, 2(025)-103/2017 nömrəli qətnaməsi ilə iddia tələbləri təmin edilmişdir. Adı çəkilən qətnamə ilə RX seriyalı ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən onlar, iddiaçılar - İddiaçı1 (ev 5/1, torpaq 6/25), X5 (ev 1/5, torpaq 6/25), Nümayəndə2 (ev 1/5, torpaq 6/25), İddiaçı3 (torpaq 5/25) və Cavabdeh1 ( ev 2/5, torpaq 2/25) ümumi paylı mülkiyyətində olub, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0,07 ha həyətyanı torpaq sahəsindən onların (İddiaçı1,X5, Nümayəndə2 və İddiaçı3) birlikdə fərdi yaşayış evindən 3/5 hissədə, 0,07 ha həyətyanı torpaq sahəsindən isə 23/25 hissədə payları məhkəmə tikinti-texniki ekspertizasının 18 aprel 2017-ci il tarixli 2508 nömrəli rəyində göstərilmiş qaydada naturada ayrılması, yaşayış evindən 3/5 hissədə paylarının ayrılması üçün “A” literli yaşayış evinin texniki pasportu üzrə sahəsi 24,0 m2 olan 2 saylı yaşayış otağının və sahəsi 15,6 m2 1 saylı eyvanın onlara verilməsi, evin yerləşdiyi 0,07 ha 23/25 payları ayırmaq üçün “A” literli yaşayış evinin texniki pasportu üzrə 3 saylı yaşayış otağının xarici divarının küncündən küçə hasarına bitişik birinci sərhəd hasarı və evin texniki pasportunda “S” hərfi ilə nişanlanmış sahəsi 18,2 m2 olan tikilinin xarici divarının həyətə tərəf olan künc hissəsindən zəbt sahə kimi qeydə alınmış həyətin sərhəddinə bitişik ikinci sərhəd hasarının çəkilməsi qət edilmişdir. Qətnamədən cavabdeh və onun nümayəndəsi Nümayəndə1 əvvəlcə apellyasiya və sonra da kassasiya şikayəti vermişdir. Lakin hər iki instansiya məhkəməsində, apellyasiya və kassasiya şikayətləri təmin edilməklə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Buna görə də qətnamə qanuni qüvvəsini alaraq icraya yönəldilmişdir. Qətnamə icra olunan zaman Cavabdeh1 və onun nümayəndəsi Nümayəndə1 qətnamənin icrasına maneçilik törətmək və hər vəchlə qətnamənin icrasından yayınmaq, məqsədlərinə nail olmamaqları üçün müxtəlif məhkəmələrdə (Qəbələ Rayon Məhkəməsində, Şəki İnzibati Məhkəməsində) onlara qarşı müxtəlif iddialar qaldıraraq vaxt əldə etmişdir. Bütün bunların bir nəticəsi olmamış, sonda haqq və ədalət yerini tapmışdır. Yəni, qətnamə Qəbələ rayon İcra və probasiya şöbəsi tərəfindən icra edilmişdir. Qətnamə icra edilən zaman icra məmurları əsassız olaraq bölüşdürülən, yeni naturada payları müəyyən olunması nəzərdə tutan, adı çəkilən qətnamədə cavabdehə payından istifadə olunması ilə bağlı qaydalar müəyyən olunmadığı bəhanə edərək onun payına düşən ev və torpaq sahəsinə giriş çıxışlar, qapı qoymamış və yol yeri müəyyən etməmişlər. Cavabdehlər isə bundan istifadə etməyə başlamışlar. Onlar evin, yəni paylarına düşən ev sahəsinin içindən istənilən kimi keçməklə istifadə etməyə başlamışılar. Bir sözlə, mülkiyyətlərindəki miras payından lazımi qaydada istifadə etməklərinə açıq-aşkar maneələr yaratmağa başlamışlar. Qətnamə icra olunan zaman qanunun onların tərəfində olduğunu deyən icra məmurları isə bir gün sonra (görünür ki, cavabdehlərin vəzifədə işləyən qohumlarının təkidi və təsiri ilə) əvvəlki fikirlərini heç dilə gətirməmiş və yuxarıda qeyd etdikləri kimi hərəkətlər edərək qətnaməni öz istədikləri kimi, bir növ cavabdehlərin istəklərinə uyğun icra etmişlər. Nəticədə miras əmlakdan lazımi qaydada istifadələrinə cavabdehlər tərəfindən maneələrin törədilməsinə icra məmurları münbit şərait yaratmışlar. Bununla da qətnamə üzrə qanunla qorunan hüquqları məhdudlaşdırılmışdır. Dəfələrlə bu barədə icra məmurlarının qəbullarında olmaqla etiraz etməklərinin isə heç bir faydası olmamışdır. İcra məmurları cavabdehlərin vəkilləri funksiyalarını yerinə yetirməklə onlara hüquqlarını izah etməklə kifayətlənmiş, cavabdehlərin maneçilik hərəkətlərinə göz yummuş, bu maneələrin aradan qaldırılması üçün yenidən məhkəməyə iddia qaldırmalı olduqlarını bildirmişlər. Cavabdehlərin isə belə hərəkətləri hazırda da davam olunur. Buna görə də məhkəməyə belə bir iddia ərizəsi ilə müraciət etmək məcburiyyətindədirlər. Birinci instansiya məhkəməsində icraat Qəbələ Rayon Məhkəməsinin (hakim A.Əliyev) 28 aprel 2022-ci il tarixli, 2(025)- 463/2022 saylı qətnaməsi ilə, iddiaçılar İddiaçı1, Nümayəndə2 və İddiaçı3 cavabdehlər Cavabdeh1 və Nümayəndə1 qarşı "vərəsəlik qaydasında paylarının müəyyən olunaraq naturada bölünmüş əmlakdan istifadə olunmasına törədilən maneələrə son qoyulması və əmlakdan istifadə qaydalarının müəyyən edilməsi” tələbinə dair iddialarının təmin edilməməsi, iddia üzrə ödənilmiş dövlət rüsumunun iddiaçılara aid edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; İddiaçılar Qəbələ Rayon Məhkəməsinin 28 iyul 2017ci il tarixli, 2(025)-103/2017 nömrəli qətnaməsi əsasında miras əmlak olaraq naturada bölücüsü aparılan (qətnamə icra olunmaqla) fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0,07 ha həyətyanı torpaq sahəsindən (məhkəmə tikinti-texniki ekspertizasının 18 aprel 2017-ci il tarixli 2508 nömrəli rəyində göstərilmiş qaydada naturada ayrılmış) istifadə olunmasında cavabdehlərin onlara törətdikləri maneələrə, miras evdən və torpaqdan paylarına düşən hissəsinə cavabdehlərin qanunsuz girib çıxmalarına son qoyulması, Cavabdeh1 payına düşən sahəyə (evə və torpağa) uyğun yerdən ona giriş-çıxış qapılarının, yolunun açılması ilə istifadə qaydalarının müəyyən edilməsini xahiş edirlər. Cavabdehn Nümayəndə1 (eyni zamanda Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi) isə iddiaçılara fərdi yaşayış evindən və həmin evin yerləşdiyi sahədə istifadə olunmasında heç bir maneə törətmədiklərini bildirmişdir. Həmçinin Cavabdeh1 payına düşən sahəyə (evə və torpağa) uyğun yerdən ona giriş-çıxış qapılarının, yolun açılması ilə istifadə qaydalarının müəyyən edilməsi ilə bağlı onu bildirmişdir ki, Qəbələ rayon məhkəməsinin icraatında eyni tələblərlə bağlı iş olmuş və həmin iş üzrə də ekspert rəyindən göründüyü kimi istifadə qaydalarının başqa formada müəyyənləşdirilməsi qeyri-mümkündür. Eyni zamanda məhkəmənin icraatında olmuş digər iş üzrə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi TikintidəX3 Agentliyi tərəfindən verilmiş rəydə göstərilmişdir ki, Fərdi yaşayış evinin daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışında (3-cü otaq 19.4 kv.m) arxa tərəfdə sol küncdə olan hissəsi qəzalı vəziyyətdədir. Çiy kərpicdən olan yükdaşıyan divarlarda qapı və pəncərə boşluqları ətrafında keçici çatlar mövcuddur. Döşəmə və tavanın divarla birləşmə yerlərində aralanmalar müşahidə olunur. Kürsü divarlarında çiy kərpiclər aşınmaya məruz qalmışdır.Fərdi yaşayış evinin uzun illər təmirsiz istismar olunması, atmosfer sularının təsiri ilə fiziki köhnəlmə səbəbindən həmin hissə qəzalı vəziyyətə düşmüşdür.Fərdi yaşayış evinin həmin hissəsi (3-cü otaq 19.4 kv.m) yaşayış üçün yararsızdır və təhlükəlidir. Həmin otağa giriş məhdudlaşdırılmalıdır.Bu səbəbdən göstərilənlərin nəzərə alınmasını və iddia tələbinin təmin edilməməsini xahiş etmişlər. Beləliklə, birinci instansiya məhkəməsinin araşdırması zamanı da müəyyən edilmişdir ki, hal-hazırkı tərəflər arasında eyni predment üzrə mülki işə baxılaraq Qəbələ Rayon Məhkəməsinin 28 iyul 2017-ci il tarixli, 2(025)103/2017 saylı qətnaməsi ilə RX seriyalı ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən iddiaçılar İddiaçı1 (ev 1/5, torpaq 6/25), X8 (ev 1/5. Torpaq 6/25), Nümayəndə2 (ev 1/5, torpaq 6/25), İddiaçı3 Feruz qızı (torpaq 5/25) və Cavabdeh1 (ev 2/5 torpaq 2/25) ümumi paylı mülkiyyətində olub, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0,07 ha həyətyanı torpaq sahəsindən iddiaçılar İddiaçı1, X8, Nümayəndə2 və İddiaçı3 Feruz qızının birlikdə fərdi yaşayış evindən 3/5 hissədə, 0,07 ha həyətyanı torpaq sahəsindən isə 23/25 hissədə paylarının məhkəmə tikinti-texniki ekspertizasının 18 aprel 2017-ci il tarixli. 2508 nömrəli, rəyində göstərilmiş qaydada naturada ayrılması qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 oktyabr 2017-ci il tarixli, 2(107)-2302/2017 saylı qətnaməsi ilə Cavabdeh1 nümayəndəsi Nümayəndə1 tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməməsi, Qəbələ Rayon Məhkəməsinin 28 iyul 2017-ci il tarixli, 2(025)-103/2017 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kolegiyasının 21 sentyabr 2018-ci il tarixli, 2(102)- 6365/2018 saylı Qərarı ilə Cavabdeh1 kassasiya şikayətinin təmin edilməməsi, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının həmin iş üzrə 25 oktyabr 2017-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır.Qəbələ rayon İcra və probasiya şöbəsinin icra məmuru X6 xx.xx.2019-cu il tarixli “icraata xitam verilməsi haqqında” qərarına əsasən Qəbələ Rayon Məhkəməsinin 2(025)-103/17 nömrəli, xx.xx.2017-ci il tarixli icra sənədinə xitam verilmişdir. Qəbələ Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 8(025)-128/2019 nömrəli qərardadına əsasən Qəbələ rayon İcra və probasiya şöbəsinin icra məmuru, İİ dərəcəli ədliyyə qulluqçusu Sənan Quliyevin 27 sentyabr 2019-cu il tarixli “icra sənədi üzrə icraata xitam verilməsi barədə” qərarının əsassız hesab edilərək ləğv edilməsi barədə Cavabdeh1 tərəfindən verilmiş şikayət rədd edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 8(107)-87/2019 nömrəli qərardadına əsasən borclu Cavabdeh1 tərəfindən verilmiş şikayət təmin edilməmiş, Qəbələ Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 8(025)-128/2019 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Eyni zamanda iddiaçılar hazırki tələblə Qəbələ Rayon Məhkəməsinə müraciət etmişlər və Qəbələ Rayon Məhkəməsinin icraatında olmuş 2(025)-748/2021 nömrəli mülki işdən əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli, 10/3451 saylı məhkəmə mühəndis-texniki ekspertizasının rəyində göstərilmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli, 2508 nömrəli ekspert rəyində qeyd olunan bölgü variantı naturada icra olunmadığından qərardadın 1-ci və 2-ci suallarının cavablandırılması mümkün olmamışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 aprel 2017-ci il tarixli 2508 nömrəli ekspert rəyində qeyd olunmuş bölgü variantında hazırki iş üzrə cavabdehlərin payına ayrılmış, sahəsi 19.4 kv.m olan 3 saylı yaşayış otağından giriş-çıxış qapısının açılması mümkündür. Lakin xx.xx.2021-ci il tarixdə Məhkəmə Ekspertizası Mərkəzinə daxil olmuş Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X3 Agentliyinin xx.xx.2021-ci il tarixli rəyindən görsənir ki, hazırki iş üzrə qapı açılması nəzərdə tutulan, sahəsi 19.4 kv.m olan 3 saylı yaşayış otağı yaşayış üçün yararsızdır və təhlükəlidir. Son nəticədə bu məsələyə məhkəmə tərəfindən qiymət verilə bilər. Bundan əlavə iş materiallarında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyinin verdiyi xx.xx.2021-ci il tarixli xx/xx-03784 saylı rəydən görünür ki, fərdi yaşayış evinin daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışında (3-cü otaq 19.4 kv.m) arxa tərəfdə sol küncdə olan hissəsi qəzalı vəziyyətdədir. Çiy kərpicdən olan yükdaşıyan divarlarda qapı və pəncərə boşluqları ətrafında keçici çatlar mövcuddur. Döşəmə və tavanın divarla birləşmə yerlərində aralanmalar müşahidə olunur. Kürsü divarlarında çiy kərpiclər aşınmaya məruz qalmışdır.Fərdi yaşayış evinin uzun illər təmirsiz istismar olunması, atmosfer sularının təsiri ilə fiziki köhnəlmə səbəbindən həmin hissə qəzalı vəziyyətə düşmüşdür.Fərdi yaşayış evinin həmin hissəsi (3-cü otaq 19.4 kv.m) yaşayış üçün yararsızdır və təhlükəlidir. Həmin otağa giriş məhdudlaşdırılmalıdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; Beləliklə birinci instansiya məhkəməsi hesab etmişdir ki, yuxarıda istinad olunan qanuni qüvvəsini almış məhkəmə aktları ilə müəyyən olunur ki, iddiaçıların istifadə qaydalarının müəyyən edilməsini tələb etdikləri fərdi yaşayış evinin və torpaq sahəsinin naturada bölgüsü müəyyən edilmiş, icra məmuru tərəfindən isə icra sənədi icra edilərək icraata xitam verilmişdir. Daha sonra isə iddiaçılar hazırkı tələblə məhkəmə müraciət etmiş, məhkəmə tərəfindən ekspertiza təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli, 10/3451 saylı məhkəmə mühəndis-texniki ekspertizasının rəyində göstərilmişdir ki,Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 aprel 2017-ci il tarixli 2508 nömrəli ekspert rəyində qeyd olunmuş bölgü variantında, hazırki iş üzrə cavabdehlərin payına ayrılmış, sahəsi 19.4 kv.m olan 3 saylı yaşayış otağından giriş-çıxış qapısının açılması mümkündür, lakin xx.xx.2021-ci il tarixdə Məhkəmə Ekspertizası Mərkəzinə daxil olmuş Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X3 Agentliyinin xx.xx.2021-ci il tarixli rəyindən görsənir ki, hazırki iş üzrə qapı açılması nəzərdə tutulan, sahəsi 19.4 kv.m olan 3 saylı yaşayış otağı yaşayış üçün yararsızdır və təhlükəlidir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçılar Cavabdeh1 payına düşən sahəyə (evə və torpağa) uyğun yerdən giriş-çıxış qapılarının, yolun açılması ilə istifadə qaydlarını müəyyən edilməsini xahiş etsə də, ekspert rəyləri ilə qapı açılması nəzərədə tutulan, sahəsi 19.4 kv.m olan 3 saylı yaşayış otağının yaşayış üçün yararsız və təhlükəli olması müəyyən edilmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi Cavabdeh1 payına düşən sahəyə (evə və torpağa) uyğun yerdən giriş-çıxış qapılarının, yolun açılması ilə istifadə qaydalarının müəyyən edilməsi hissəsində əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə belə qənaətə gələrkən, qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrini və məhkəmə zamanı iş materiallarına əlavə edilmiş ekspert rəyini nəzərə alır. İddiaçılar isə iddia tələblərinin əsaslılığına dair məhkəməyə hər hansı sübut təqdim etməmişlər. Eyni zamanda birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçılar tələblərində Qəbələ Rayon Məhkəməsinin 28 iyul 2017-ci il tarixli, 2(025)-103/2017 nömrəli qətnaməsi əsasında miras əmlak olaraq naturada bölgüsü aparılan (qətnamə icra olunmaqla) fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0,07 ha həyətyanı torpaq sahəsindən (məhkəmə tikinti-texniki ekspertizasının 18 aprel 2017-ci il tarixli 2508 nömrəli rəyində göstərilmiş qaydada naturada ayrılmış) istifadə olunmasında cavabdehlərin onlara törətdikləri maneələrə, miras evdən və torpaqdan paylarına düşən hissəsinə cavabdehlərin qanunsuz girib çıxmalarına son qoyulmasını tələb etmişlər. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. İşin faktiki hallarını obyektiv sürətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. İddiaçılar isə cavabdehlərə qarşı hazırki iddia tələbi ilə bağlı birinci instansiya məhkəməsinə müraciət edərək Qəbələ Rayon Məhkəməsinin 28 iyul 2017-ci il tarixli, 2(025)-103/2017 nömrəli qətnaməsi əsasında miras əmlak olaraq naturada bölgüsü aparılan (qətnamə icra olunmaqla) fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0,07 ha həyətyanı torpaq sahəsindən (məhkəmə tikinti-texniki ekspertizasının 18 aprel 2017-ci il tarixli 2508 nömrəli rəyində göstərilmiş qaydada naturada ayrılmış) istifadə olunmasında cavabdehlərin onlara törətdikləri maneələrə, miras evdən və torpaqdan paylarına düşən hissəsinə cavabdehlərin qanunsuz girib çıxmalarına son qoyulmasını xahiş etsələr də, bu barədə məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmiş, eləcə də məhkəmə tədqiqi zamanı iddia tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişlər. Həmçinin iddiaçılar cavabdehlər tərəfindən törədilən maneələrin konkret nədən ibarət olmasını göstərməmiş, bunu təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Ona görə də, birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia tələbi həmin hissədə də təmin edilməməlidir. Beləliklə, birinci instansiya məhkəməsi tərəflərin təqdim etdiyi sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, iddiaçılar İddiaçı1, Nümayəndə2 və İddiaçı3 cavabdehlər Cavabdeh1 və Nümayəndə1 qarşı "vərəsəlik qaydasında paylarının müəyyən olunaraq naturada bölünmüş əmlakdan istifadə olunmasına törədilən maneələrə son qoyulması və əmlakdan istifadə qaydalarının müəyyən edilməsi” tələbinə dair iddiaları təmin edilməməlidir. Həmçinin birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 152, 157.2, 157.5-ci maddələri, Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının vəəsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsi, “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarı, Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.1, 82.3, 233.3, 14.2, 77.1, 78.1, 80, 81, 217.4 və 119.1-ci maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, İddiaçı1 xx xxxx 1941-ci ildə Qəbələ rayonu Həmzəlli kəndində doğulmuşdur. 23 mart 1972-ci ildə Qəbələ şəhər sakini Mustafayev Əmir Dəmir oğlu ilə ailə həyatı qurmuşdur. Nikahları 23 mart 1972-ci ildə Qutqaşen rayon VVADQ şöbəsində qeydiyyata alınmış və həmin nikahdan iki uşaqları doğulmuşdur. Onlar da artıq böyüyüb boya-başa çatmışlar. O və digər ailə üzvləri onunla bir ailədə yaşayırlar. Atası Mustafayev Əmir Dəmir oğlu 9 iyun 2003-cü ildə vəfat etmişdir. Onun əvvəlki ailəsindən də üç övladı olmuşdur. Eynulla adlı övladı 2013-cü ildə vəfat etmişdir. O, hələ sağlığında övladları arasında heç bir vəsiyyətnamə olmadan əmlak bölgüsü aparmış, öz ata yurdundan qalan hissəni Eynulla adlı övladına vermişdir. Özü isə həmin həyətdən və evdən köçərək həyətyanı torpaq sahəsi alıb ev tikmişdir. Onun birinci nikahından olan digər oğlu - Mustafayev Əmir Dəmir oğlu isə hazırda yaşadığı damın altında olan evlərdən birində ailəsi ilə yaşamağa başlamışdır. Həyatyanı torpaq sahəsindən ona həmçinin kifayət qədər ölçüdə torpaq sahəsi də verilmişdir. Sonradan övladlıq və ailə münasibətlərinin olmasını nəzərə alaraq, Dəmirə yaşadığı evdən müəyyən kvadratda sahənin verilməsinə etiraz etməmişlər. Dəfələrlə miras əmlaka dair qarşılıqlı razılıq əldə olunmasını ona təkliflərin faydasız olmuşdur. Aralarında heç bir razılıq əldə olunmadığı üçün evin dam örtüyünü və dam hissəsini təmir edə bilməmişlər. Dəmirin isə həmin həyətdən alt hissədə yerləşən torpaq sahəsində təzə tikilmiş fərdi yaşayış evi vardır. Buna baxmayaraq, onu həmin evə köçməyə heç cür razı sala bilməmişlər. Yaranmış vəziyyəti nəzərə alaraq miras qalmış əmlaka dair vərəsəlik şəhadətnaməsinin işlənib hazırlanması üçün notariat orqanına müraciət etmişlər. Vərəsəlik işi açılmış və paylarına düşən hissəyə dair Azərbaycan Respublikası Əmək Məcəllələri Dövlət Komitəsi yanında Daşınmaz əmlakın Dövlət Reyestri Xidmətindən RX seriya ******* nömrəli Çıxarış almışlar. Çıxarış 18 fevral 2016-cı il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 25 nömrəli reyestr kitabının 1 nömrəli vərəqində qeydiyyata alınmışdır. Çıxarışa görə hər birinin fərdi yaşayış evindən 1/5 hissədə, torpaq sahəsindən 6/25 hissədə, İddiaçı3 isə torpaq sahəsindən 5/25 hissədə payları müəyyən edilərək mülkiyyətlərinə verilmişdir. Cavabdehə isə fərdi yaşayış evindən 2/5, torpaq sahəsindən isə 2/25 hissədə pay müəyyənləşdirilmişdir. Yaşayış evindən və torpaq sahəsindən istifadə ilə bağlı cavabdehlə razılığa gələ bilmədiklərindən həmin əmlaklardan payların naturada ayrılması barədə məhkəmədə iddia qaldırmışlar. Qəbələ Rayon Məhkəməsinin 28 iyul 2017-ci il tarixli, 2(025)-103/2017 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Qətnamə ilə RX seriyalı ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən İddiaçı1 (ev 5/1, torpaq 6/25), X5 (ev 1/5, torpaq 6/25), mənim (ev 1/5 torpaq 6/25), İddiaçı3 (torpaq 5/25) və Cavabdeh1 (ev 2/5, torpaq 2/25) ümumi paylı mülkiyyətində olub, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0,07 ha həyətyanı torpaq sahəsindən İddiaçı1, X5, onun və İddiaçı3 birlikdə fərdi yaşayış evindən 3/5 hissədə, 0,07 ha həyətyanı torpaq sahəsindən isə 23/25 hissədə payları məhkəmə tikinti-texniki ekspertizasının 18 aprel 2017-ci il tarixli, 2508 nömrəli rəyində göstərilmiş qaydada naturada ayrılması, yaşayış evindən 3/5 hissədə paylarının ayrılması üçün “A” literli yaşayış evinin texniki pasportu üzrə sahəsi 24,0 m2 olan 2 saylı yaşayış otağının və sahəsi 15,6 m2 1 saylı eyvanın onlara verilməsi, evin yerləşdiyi 0,07 ha 23/25 payları ayırmaq üçün “A” literli yaşayış evinin texniki pasportu üzrə 3 saylı yaşayış otağının xarici divarının küncündən küçə hasarına bitişik birinci sərhəd hasarı və evin texniki pasportunda “S” hərfi ilə nişanlanmış sahəsi 18,2 m2 olan tikilinin xarici divarının həyətə tərəf olan künc hissəsindən zəbt sahə kimi qeydə alınmış həyətin sərhəddinə bitişik ikinci sərhəd hasarının çəkilməsi qət edilmişdir. Qətnamədən cavabdeh və onun nümayəndəsi Nümayəndə1 əvvəlcə apellyasiya və sonra da kassasiya şikayəti vermişdir. Lakin hər iki instansiya məhkəməsində, apellyasiya və kassasiya şikayətləri təmin edilməməklə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Buna görə də qətnamə qanuni qüvvəsini alaraq icraya yönəldilmişdir. Qətnamə icra olunan zaman Cavabdeh1 və onun nümayəndəsi Nümayəndə1 qətnamənin icrasına maneçilik törətmək qətnamənin icrasından yayınmaq məqsədlərinə nail olmaqları üçün müxtəlif məhkəmələrdə (Qəbələ Rayon Məhkəməsində, Şəki İnzibati Məhkəməsində) onlara qarşı müxtəlif iddialar qaldıraraq vaxt əldə etmişdir. Bütün bunların bir nəticəsi olmamış, sonda haqq və ədalət yerini tapmışdır. Yəni, qətnamə Qəbələ rayon İcra və probasiya şöbəsi tərəfindən tam olmasa da icra edilmişdir. Qətnamə icra edilən zaman isə icra məmurları əsassız olaraq bölüşdürülən, yəni naturada payları müəyyən olunması nəzərdə tutan və adı çəkilən qətnamədə cavabdehə payından istifadə olunması ilə bağlı qaydalar müəyyən olunmadığını bəhanə edərək payına düşən ev və torpaq sahəsinə giriş və çıxış qapısını qoymamış və yol yeri müəyyən etməmişdir. Cavabdehlər bundan istifadə edərək paylarına düşən ev sahəsinin içindən istənilən kimi keçməklə istifadə etməyə başlamışlar. Bir sözlə, mülkiyyətlərində olan miras payından lazımi qaydada istifadə etməklərinə açıq-aşkar maneələr yaratmışlar. Qətnamə icra olunan zaman qanunun onların tərəfində olduğunu deyən icra məmurları bir gün sonra əvvəlki fikirlərini heç dilə gətirməmiş və qətnaməni öz istədikləri kimi bir növ cavabdehlərin istəklərinə uyğun icra etmişlər. Bir sözlə, miras əmlakdan lazımi qaydada istifadələrinə cavabdehlər tərəfindən maneələrin törədilməsinə icra məmurları münbit şərait yaratmışlar. Bununla da qətnamə üzrə qanunla qorunan hüquqları məhdudlaşdırılmışdır. Dəfələrlə bu barədə icra məmurlarının qəbullarında olmaqla etiraz etməklərinin isə heç bir faydası olmamışdır. İcra məmurları cavabdehlərin vəkilləri funksiyalarını yerinə yetirməklə, onlara hüquqlarını izah etməklə kifayətlənmiş, cavabdehlərin maneəçilik hərəkətlərinə göz yummuş, bu maneələrin aradan qaldırılması üçün yenidən məhkəməyə iddia qaldırmalı olduqlarını bildirmişlər. Cavabdehlərin isə belə hərəkətləri hazırda da davam olunur. Məhkəməyə sübut olaraq təqdim etdiyi - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2016-cı il tarixdə tərtib olunmuş reyestr nömrəsi **********36-10301 olan fərdi yaşayış evinə daşınmaz əmlakın texniki pasportu ilə İddiaçı1 (1/5), onun (1/5), X4 (2/5) və X5 (1/5) ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evinin (tikililərin) mərtəbələr üzrə M 1:100 miqyasında, torpaq sahəsinin M 1:500 miqyasında planı, torpaq sahəsi haqqında məlumatlar, yaşayış evlərinin texniki göstəriciləri, mərtəbələr üzrə otaqların təsnifatı, həyətyanı tikililərin və qurğuların texniki göstəriciləri, eləcə də tikili və qurğuların təsviri göstərilmişdir. Məhkəmə tərəfindən bu məqamda da qanunla qorunan hüquqları kobud surətdə pozulmuşdur. Yəni, məhkəmənin yekun aktı qəbul etdiyi zaman istinad etdiyi ekspert qərarını onlara yaradılmayan şəraitə və hüquqlarını məqsədli olaraq məhdudlaşdırıldığına görə mübahisələndirə bilməmişlər. Qanunvericiliyin tələblərinə görə isə tərəflər ekspert rəyi ilə tanış edilməli, bundan sonra narazı qaldıqları halda əlavə ekspertizanın keçirilməsi məsələsini məhkəmənin qabağına qoya və məhkəmədən bu barədə tələb edə bilərlər. İşə baxan məhkəmə əlavə ekspertizanın keçirilməsinə, bir sözlə ekspert rəyinin mübahisələndirilməsinə dair münasibətlərini öyrənmədən və ya soruşmadan tələsik surətdə işi tam, hərtərəfli və obyektiv araşdırmadan iddianın təmin edilməməsinə dair əsassəz qətnamə çıxartmış və bu zaman məqsədli olaraq və cavabdehlərin maraqları mövqeyindən məhz əvvəlki işdə olan ekspert rəyinə istinad etməklə işini bitmiş hesab etmişdir. Bu da son nəticədə qətnamə qəbul edilən zaman məhkəmə tərəfindən maddi və prosessual hüquq normalarının pozulmasına səbəb olmuşdur. Odur ki, apellyasiya şikayətinin təmin edilməsini, Qəbələ Rayon Məhkəməsinin 28 aprel 2022-ci il tarixli, 2(025)-463/2022 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı3 apellyasiya şikayətinin təmin edilməsini, Qəbələ Rayon Məhkəməsinin 28 aprel 2022-ci il tarixli, 2(025)-463/2022 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Nümayəndə1 apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq İddiaçı1 və Cavabdeh1 məhkəmə kollegiyasının iclasına gəlməmişlər və gəlməmələrinin səbəblərini bildirməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Həmin Məcəllənin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Sahiblik hüququəmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkandır. İstifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkandır. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər. Həmin Məcəllənin 153.4-cü maddəsinə əsasən bütün mülkiyyətçilərin hüquqları eyni bərabərdə müdafiə edilir. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun C.İsmayılzadənin şikayəti ilə əlaqədar xx.xx.2007-ci il tarixli Qərarı; “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2016-cı il tarixli qərarı; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.1-ci maddəsinə əsasən hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator Qəbələ Rayon Məhkəməsinin 28 aprel 2022-ci il tarixli, 2(025)-463/2022 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız mübahisələndirilən hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Daha sonra Kollegiya qeyd etməyi lazım bilir ki, formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də kollegiya Qəbələ Rayon Məhkəməsinin 28 aprel 2022-ci il tarixli, 2(025)-463/2022 saylı qətnaməsini apellyasiya şikayətinin həcmində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni iddianın təmin edilməyən vərəsəlik qaydasında paylarının müəyyən olunaraq naturada bölünmüş əmlakdan istifadə olunmasına törədilən maneələrə son qoyulmasına aid hissəsində maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almamışdır. Ona görə də, iddiaçı Nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Qəbələ Rayon Məhkəməsinin 28 aprel 2022-ci il tarixli, 2(025)-463/2022 saylı qətnaməsi iddianın təmin edilməyən vərəsəlik qaydasında paylarının müəyyən olunaraq naturada bölünmüş əmlakdan istifadə olunmasına törədilən maneələrə son qoyulmasına aid hissəsində ləğv edilməli və həmin hissədə yeni qətnamə qəbul edilməli, iddia tələbi həmin hissədə təmin edilməlidir. İlk olaraq məhkəmə kollegiyası qeyd edir ki, Şəki Apellyasiya Məhkəməsinin 2 may 2024-cü il tarixli, 2(107)-11/2024 saylı qərardadı ilə iddia tələbinin “qətnamə icra olunmaqla” hissəsi üzrə mülki işin icraatına məhkəmədə baxılmalı olmadığından xitam verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası ilk növbədə iddiaçıların iddiası üzrə dəyərləndirmə aparılmasını zəruri hesab edir. İddiaçılar İddiaçı1, Nümayəndə2 və İddiaçı3 cavabdehlər Cavabdeh1 və Nümayəndə1 qarşı "vərəsəlik qaydasında paylarının müəyyən olunaraq naturada bölünmüş əmlakdan istifadə olunmasına törədilən maneələrə son qoyulması” tələbinə dair məhkəmədə iddia qaldıraraq cavabdehlər Cavabdeh1 və Nümayəndə1 tərəfindən mülkiyyətində olan torpaqdan istifadəyə maneə olan hallara son qoyulması barədə qətnamənin çıxarılmasını xahiş etmişdir. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, iddiaçılar Qəbələ Rayon Məhkəməsinin 28 iyul 2017ci il tarixli, 2(025)-103/2017 nömrəli qətnaməsi əsasında miras əmlak olaraq naturada bölgüsü aparılan fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0,07 ha həyətyanı torpaq sahəsindən (məhkəmə tikinti-texniki ekspertizasının 18 aprel 2017-ci il tarixli 2508 nömrəli rəyində göstərilmiş qaydada naturada ayrılmış) istifadə olunmasında cavabdehlərin onlara törətdikləri maneələrə, miras evdən və torpaqdan paylarına düşən hissəsinə cavabdehlərin qanunsuz girib çıxmalarına son qoyulması, Cavabdeh1 payına düşən sahəyə (evə və torpağa) uyğun yerdən ona giriş-çıxış qapılarının, yolun açılması ilə istifadə qaydalarının müəyyən edilməsini xahiş edirlər. Eyni zamanda müəyyən edilmişdir ki, hal-hazırkı tərəflər arasında eyni predment üzrə mülki işə baxılaraq Qəbələ Rayon Məhkəməsinin 28 iyul 2017-ci il tarixli, 2(025)103/2017 saylı qətnaməsi ilə RX seriyalı ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən iddiaçılar İddiaçı1 (ev 1/5, torpaq 6/25), X8 (ev 1/5. Torpaq 6/25), Nümayəndə2 (ev 1/5, torpaq 6/25), İddiaçı3 Feruz qızı (torpaq 5/25) və Cavabdeh1 (ev 2/5 torpaq 2/25) ümumi paylı mülkiyyətində olub, ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0,07 ha həyətyanı torpaq sahəsindən iddiaçılar İddiaçı1, X8, Nümayəndə2 və İddiaçı3 Feruz qızının birlikdə fərdi yaşayış evindən 3/5 hissədə, 0,07 ha həyətyanı torpaq sahəsindən isə 23/25 hissədə paylarının məhkəmə tikinti-texniki ekspertizasının 18 aprel 2017-ci il tarixli, 2508 nömrəli rəyində göstərilmiş qaydada naturada ayrılması qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 oktyabr 2017-ci il tarixli, 2(107)-2302/2017 saylı Qətnaməsi ilə Cavabdeh1 nümayəndəsi Nümayəndə1 tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməməsi, Qəbələ Rayon Məhkəməsinin 28 iyul 2017-ci il tarixli, 2(025)-103/2017 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kolegiyasının 21 sentyabr 2018-ci il tarixli, 2(102)-6365/2018 saylı Qərarı ilə Cavabdeh1 kassasiya şikayətinin təmin edilməməsi, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının həmin iş üzrə 25 oktyabr 2017-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Qəbələ rayon İcra və probasiya şöbəsinin icra məmuru X6 xx.xx.2019-cu il tarixli “icraata xitam verilməsi haqqında” qərarına əsasən Qəbələ Rayon Məhkəməsinin 2(025)-103/17 nömrəli, xx.xx.2017ci il tarixli icra sənədinə xitam verilmişdir. Qəbələ Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 8(025)-128/2019 nömrəli qərardadına əsasən Qəbələ rayon İcra və probasiya şöbəsinin icra məmuru, İİ dərəcəli ədliyyə qulluqçusu Sənan Quliyevin 27 sentyabr 2019-cu il tarixli “icra sənədi üzrə icraata xitam verilməsi barədə” qərarının əsassız hesab edilərək ləğv edilməsi barədə Cavabdeh1 tərəfindən verilmiş şikayət rədd edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 8(107)-87/2019 nömrəli qərardadına əsasən borclu Cavabdeh1 tərəfindən verilmiş şikayət təmin edilməmiş, Qəbələ Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 8(025)-128/2019 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə kollegiyası öncə qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri qismən əsaslıdır. İddiaçılar ilə cavabdehlər arasında yaranmış hüquq münasibətləri iddiaçılara məxsus evdən istifadə etməyə cavabdehlər tərəfindən yaradılan maneələrlə bağlı yaranan mülki mübahisədir. İrəli sürülmüş tələblərə baxılarkən əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, daha sonra cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığı araşdırılmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğunu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. İddia ərizəsində göstərilən evin iddiaçılara məxsus olduğunu və bu evdən istifadəyə cavabdeh tərəfindən yaradılan maneənin sübuta yetirmə yükü iddiaçının üzərinə düşür. İddiaçı məhkəməyə qanuni qüvvədə olan qətnamələr təqdim etməklə mübahisəli otaqların onun mülkiyyətində olduğunu tam sübuta yetirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun C.İsmayılzadənin şikayəti ilə əlaqədar xx.xx.2007-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki,Qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilikkimi hüquqi xassələrə malikdir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2016-cı il tarixli qərarında şərh edilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 82.3-cü maddəsinin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir.” Bu halda iddiaçı Mülki Məcəllənin 152.5-ci maddəsində təsbit olunmuş hüquqlarından istifadə etməklə cavabdehlərin özlərinə məxsus otaqlardan istifadə etməyə cavabdehlərin mane olmasına son qoymağı tələb etmək hüququna malikdir. Çünki həmin normaya görə mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Məhkəmə kollegiyasının 5 may 2023-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən ekspertiza tədqiqatı aparılaraq, məhkəməyə 19 mart 2024-cü il tarixli, 3-16-16/2-10/6900 nömrəli rəy verilmişdir. Rəydə göstərilmişdir ki, 1-ci sual üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2017-ci il tarixli, 2508 №-li ekspert rəyində iş üzrə iddiaçıların ünvan 5 ünvanında yerləşən, ümumi sahəsi 59 kv.m olan fərdi yaşayış evindən 3/5 hissənin (hazırki iş üzrəiddiaçı tərəf), həmin evin yerləşdiyi 0.07 ha həyətyanı torpaq sahəsindən isə 23/25 hissənin naturada ayrılması üçün tədqiq olunan əmlakın «A» literli yaşayış evinin 'Texniki Pasport” sənədi üzrə sahəsi 24,0 m2 olan 2 saylı yaşayış otağı və sahəsi 15,6 m2 olan 1 saylı eyvan 3/5 payın mülkiyyətçilərinə (hazırki iş üzrə iddiaçı tərəf) verilməsi və evin yerləşdiyi 0,07 ha torpaq sahəsindən 23/25 payın mülkiyyətçilərinə düşən sahənin ayrılması üçün, «A» literli yaşayış evinin texniki pasportu üzrə 3 saylı yaşayış otağının xarici divarının küncündən küçə hasarına bitişik birinci sərhəd hasarı və evin texniki pasportunda «S» hərifi ilə nişanlanmış sahəsi 18,2 m2 olan tikilinin xarici divarının künc hissəsindən zəbt sahə kimi qeydə alınmış həyətin sərhədinə bitişik ikinci sərhəd hasarı çəkilməli olduğu qeyd olumuşdur. Lakin, tədqiq olunan ünvanda baxış zamanı yuxarıda qeyd olunan, sahəsi 15.6 kv.m olan 1 saylı və sahəsi 24.0 kv.m olan 2 saylı otaqların faktiki olaraq iş üzrə cavabdeh tərəfin istifadəsində olduğu müşahidə olunmuşdur. 2-ci sual üzrə 18 aprel 2017-ci il tarixli 2508 №-li ekspert rəyində qeyd olunmuş bölgü variantında, hazırki iş üzrə cavabdehlərin payına ayrılmış sahələrə giriş yalnız faktiki istifadə etdikləri (Texniki Pasport sənədində 1 nömrəsi ilə işarələnmiş eyvanın giriş-çıxış qapısı) giriş-çıxış qapısından istifadə etməklə mümkündür. 3-cü sual üzrə 18 aprel 2017-ci il tarixli 2508 №-li ekspert rəyində qeyd olunmuş bölgü variantında, hazırki iş üzrə cavabdehlərin payına ayrılmış, sahəsi 19.4 kv.m olan 3 saylı yaşayış otağından giriş-çıxış qapısının açılması mümkündür. Lakin xx.xx.2021-ci il tarixdə Məhkəmə Ekspertizası Mərkəzinə təqdim edilmiş Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X3 Agentliyinin xx.xx.2021-ci il tarixli rəyindən görsənir ki, hazırki iş üzrə cavabdehlərin payına ayrılmış, sahəsi 19.4 kv.m olan 3 saylı yaşayış otağı yaşayış üçün yararsızdır və təhlükəlidir. Son nəticədə bu məsələyə məhkəmə tərəfindən qiymət verilə bilməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 19 mart 2024-cü il tarixli, 3-16-16/2-10/6900 nömrəli rəyi ilə müəyyən edilir ki, iddiaçılar İddiaçı1, Nümayəndə2 və İddiaçı3 istifadəsində olan 15.6 kv.m olan 1 saylı və sahəsi 24.0 kv.m olan 2 saylı otaqların faktiki olaraq iş üzrə cavabdeh tərəfin istifadəsində olduğu müşahidə olunmuşdur. Ekspert rəyi nəzərdən keçirilərkən müəyyən olunur ki, rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir, iddiaçı bununla bağlı sübutlar təqdim etməmişdir. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Odur ki, məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin mübahisələndirilən 15.6 kv.m olan 1 saylı və sahəsi 24.0 kv.m olan 2 saylı otaqların cavabdeh tərəfindən istifadəsinə törədilən manelərin aradan qaldırılması hissəsində gəldiyi nəticə ilə razılaşmayaraq hesab edir ki, mübahisələndirilən hissədə qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmamış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmiş, mübahisələndirilən hissədə iddianı təmin etməməklə qanuni və əsaslı qətnamə qəbul edilməmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi, vərəsəlik qaydasında paylarının müəyyən olunaraq naturada bölünmüş əmlakdan istifadə olunmasına törədilən maneələrə son qoyulmasına aid hissəsində səhv nəticəyə gəlmişdir. Ona görə də qətnamə həmin hissədə ləğv edilməli, iddia həmin hissədə təmin edilməlidir. Kollegiya şikayətin əmlakdan istifadə qaydalarının müəyyən edilməsi hissəsinə münasibət bildirirək qeyd edir ki, şikayət həmin hissədə əsassızdır. İddia tələbinin bu hissəsi üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda istinad olunan qanuni qüvvəsini almış məhkəmə aktları ilə müəyyən olunur ki, iddiaçıların istifadə qaydalarının müəyyən edilməsini tələb etdikləri fərdi yaşayış evinin və torpaq sahəsinin naturada bölgüsü müəyyən edilmiş, icra məmuru tərəfindən isə icra sənədi icra edilərək icraata xitam verilmişdir. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddiaçılar Cavabdeh1 payına düşən sahəyə (evə və torpağa) uyğun yerdən giriş-çıxış qapılarının, yolunun açılması ilə istifadə qaydalarının müəyyən edilməsini xahiş etsə də, ekspert rəyləri ilə qapı açılması nəzərədə tutulan, sahəsi 19.4 kv.m olan 3 saylı yaşayış otağının yaşayış üçün yararsız və təhlükəli olması müəyyən edilmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi Cavabdeh1 payına düşən sahəyə (evə və torpağa) uyğun yerdən giriş-çıxış qapılarının, yolunun açılması ilə istifadə qaydalarının müəyyən edilməsi hissəsində əsassız olduğundan təmin edilməməlidir. Digər tərəfdən kollegiya qeyd edir ki, qanuni qüvvədə olan qətnamə ilə paylar naturada ayrılmış və şəxsin öz mülkiyyət payından istədiyi kimi şəxsi mülahizəsinə uyğun istədiyi kimi istifadə imkanları olduğu halda, buna əlavə olaraq məhkəmə yolu ilə istifadə qaydasının müəyyən edilməsi zərurəti mövcud deyildir. Bundan başqa iddiadan görünür ki, iddiaçılar iddia tələbində (evə və torpağa) uyğun yerdən cavabdehə giriş-çıxış qapılarının, yolun açılması ilə istifadə qaydalarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Kollegiya bununla bağlı qeyd etməyi lazım bilir ki, həmin tələbi cavabdeh tərəf irəli sürə bilərdi. İddiaçıların isə cavabdehin adından belə bir tələblə çıxış etmək səlahiyyəti yoxdur. Ona görə də kollegiya hesab edir ki, iddia tələbi və apelyasiya şikayəti bu hissədə əsassızdır. Beləliklə, məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni iddianın təmin edilməyən vərəsəlik qaydasında paylarının müəyyən olunaraq naturada bölünmüş əmlakdan istifadə olunmasına törədilən maneələrə son qoyulmasına aid hissəsində maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almamışdır. Ona görə də, iddiaçı Nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Qəbələ Rayon Məhkəməsinin 28 aprel 2022-ci il tarixli, 2(025)- 463/2022 saylı qətnaməsi iddianın təmin edilməyən vərəsəlik qaydasında paylarının müəyyən olunaraq naturada bölünmüş əmlakdan istifadə olunmasına törədilən maneələrə son qoyulmasına aid hissəsində ləğv edilməli və həmin hissədə yeni qətnamə qəbul edilməli, iddia tələbi həmin hissədə təmin edilməli, qətnamə mübahisələndirilən digər hissədə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 385, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı Nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Qəbələ Rayon Məhkəməsinin 28 aprel 2022-ci il tarixli, 2(025)-463/2022 saylı qətnaməsi iddianın təmin edilməyən vərəsəlik qaydasında paylarının müəyyən olunaraq naturada bölünmüş əmlakdan istifadə olunmasına törədilən maneələrə son qoyulmasına aid hissəsində ləğv edilsin. Həmin hissədə yeni qətnamə qəbul edilsin. İddia ərizəsi həmin hissədə təmin edilsin. ünvan 6 ünvanda yerləşən fərdi yaşayış evinin 15.6 kv.m olan 1 saylı və sahəsi 24.0 kv.m olan 2 saylı otaqlarına dair iddiaçıların istifadə edilməsinə cavabdehlər tərəfindən törədilən maneələrə son qoyulsun. Qətnamə mübahisələndirilən digər hissədə dəyişdirilmədən saxlanılsın. İş üzrə ekspertiza xərcini təşkil edən 50 (əlli) manat pulun 25 (iyirmi beş) manatı iddiaçılardan İddiaçı1 və İddiaçı3, 25 (iyirmi beş) manatı isə cavabdehlər Cavabdeh1 və Nümayəndə1 tutularaq, büdcə təsnifatının kodu-142595, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS), X2, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar