Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-110/2024 05.03.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" X12 Cəmiyyətininin Cavabdeh oğluna qarşı xx.xx.2014-cü il tarixli **********89914 nömrəli kredit müqaviləsi üzrə qalıq borc məbləğinin borc alandan tutulması tələbinə dair mülki iş üzrə (Açar sözlər: Kredit borcu, əldən çıxmış fayda, ekspertiza tədqiqatı) X1 (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Rəfiyev Rövşən Rafiq oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Abdullayev Xəzri Elxan oğlunun katibliyi ilə, İddiaçı "xxxx" X12 Cəmiyyətininin nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı "xxxx" X12 Cəmiyyətininin Cavabdeh qarşı xx.xx.2014-cü il tarixli **********89914 nömrəli kredit müqaviləsi üzrə qalıq borc məbləğinin borc alandan tutulması tələbinə dair Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(051)-60/2023 nömrəli qətnaməsindən iddiaçı "xxxx" X12 Cəmiyyəti tərəfindən verilmiş аpellyаsiyа şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. İddiaçı "xxxx" X12 Cəmiyyəti Cavabdeh qarşı xx.xx.2014-cü il tarixli **********89914 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh iddiaçı ASC "xxxx" Bankı qarşısında xx.xx.2018-ci il tarixdən xx.xx.2022-ci il tarixə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 5% (beş faiz) dərəcəsi ilə hesablanmış 1573,33 (bir min beş yüz yetmiş üç ABŞ dolları, 33 qəpik) ABŞ dolları məbləğində əldən çıxmış faydanın (zərər) əvəzi, xx.xx.2022-ci il tarixə qədər kredit üzrə ödənilməsi gecikdirilmiş məbləğə illik 15% (on beş faiz) dərəcəsi ilə hesablanmış 6679,79 (altı min altı yüz yetmiş doqquz ABŞ dolları 79 sent) ABŞ dolları məbləğində penya, cəmi 8253,13 (səkkiz min iki yüz əlli üç ABŞ dolları, 13 sent) ABŞ dolları məbləğində pul vəsaiti Cavabdeh iddiaçı ASC "xxxx" Bankının xeyrinə tutulması iddia ərizəsinin verilməsinə görə 133 (bir yüz otuz üç) manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərclər cavabdehdən iddiaçının xeyrinə tutulması tələbinə dair Mingəçevir Şəhər Məhkəməsində iddia qaldırmışdır
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı (kreditor) ASC "xxxx" Bankı ilə Cavabdeh (Borc alan) arasında bağlanmış xx.xx.2014-cü il tarixli **********89914 №-li Kredit müqaviləsinə (bundan sonra “Kredit müqaviləsi” adlandırılacaq) əsasən İddiaçı tərəfindən Borc alana 48 (qırx səkkiz) ay müddətinə, kreditdən istifadəyə görə illik 19% (on doqquz faiz) ödənilməsi şərtilə, 24500 (iyirmi dörd min beş yüz) ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə borc alan Cavabdeh öhdəliklərinin lazımi qaydada yerinə yetirilməsini təmin etmək məqsədilə iddiaçı ASC "xxxx" Bankı ilə ipoteka qoyan Əliyeva Ləman Rafiq qızı arasında mülkiyyət hüququ əsasında sonuncuya məxsus Mingəçevir şəhəri, 9-cu Bağ küçəsində yerləşən 0,05 ha torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərində yerləşən 2 mərtəbəli, 4 otaqlı, yaşayış sahəsi 71,6 kv.m, yardımçı sahəsi 166,1 kv.m, ümumi sahəsi 237,7 kv.m olan 45 nömrəli bağ evinin (bundan sonra “Bağ evi” adlandırılacaq ipoteka qoyulması barədə xx.xx.2014-cü il tarixli **********89914/ip №-li ipoteka müqaviləsi bağlanmışdır. Cavabdeh tərəfindən Kredit müqaviləsi üzrə öhdəliklərinin yerinə yetrilməməsinə görə iddiaçı ASC "xxxx" Bankı (bundan sonra – “Bank” adlandırılacaq) Kredit müqaviləsi üzrə iddiaçının tələblərinin təmin edilməsi üçün ipoteka predmetinə tutmanın yönəldilməsi və satışdan sonra ipoteka predmeti olan bağ evinin boşaldılması haqqında iddia tələbi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət etmiş və həmin məhkəmənin 27 yanvar 2020-ci il tarixli 2(051)-19/2020 №-li qətnaməsi ilə Bankın iddiası qismən təmin edilmişdir. Belə ki, həmin qətnamə ilə cavabdeh Əliyeva Ləman Rafiq qızına mülkiyyət hüququ əsasında məxsus, ipoteka predmeti olan, Mingəçevir şəhəri, 9-cu Bağ küçəsində yerləşən 0,05 ha torpaq sahəsinin üzərində yerləşən 2 mərtəbəli, 4 otaqlı, yaşayış sahəsi 71,6 kv.m, yardımçı sahəsi 166,1 kv.m, ümumi sahəsi 237,7 kv.m olan 45 nömrəli bağ evinin açıq hərracdan satışa çıxarılması, satışdan əldə edilən vəsait hesabına borclu Cavabdeh 11828,75 (on bir min səkkiz yüz iyirmi səkkiz ABŞ dolları, 75 sent) ABŞ dolları əsas kredit borcu 7807,87 (yeddi min səkkiz yüz yeddi ABŞ dolları 87 sent) ABŞ dolları faiz borcu, 600 (altı yüz) ABŞ dolları cərimə olmaqla, cəmi 20236,62 (iyirmi min iki yüz otuz altı ABŞ dolları, 62 sent) ABŞ dolları kredit borcunun qətnamə icra olunan günə olan manat məzənnəsi ilə, dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat və sənədlərin notarial qaydada təsdiq edilməsinə görə ödənilmiş 17 (on yeddi) manat tutularaq iddiaçı ASC "xxxx" Bankına verilməsi və borcun ödənilməsindən sonra evin açıq hərracda satılmasından qalan vəsait cavabdehə qaytarılması qət edilmişdir. İpoteka predmetinin ilkin satış qiyməti 54000 (əlli dörd min) manat məbləğində müəyyən edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsindən narazı qalan Bank və cavabdeh Əliyeva Ləman Rafiq qızı apelyasiya şikayəti verərək Şəki Apellyasiya Məhkəməsindən Mingəçevir Şəhər Məhkəməsinin 27 yanvar 2020-ci il tarixli 2(051)-19/2020 №-li qətnaməsinin ləğv edilməsini xahiş etmişdirlər. Şəki Apellyasiya Məhkəməsinin 24 iyun 2020-ci il tarixli 2(107)-1169/2020 №-li qətnaməsi (bundan sonra “Qətnamə” adlandırılacaq) ilə Bankın apelyasiya şikayəti təmin edilmiş və Mingəçevir Şəhər Məhkəməsinin 27 yanvar 2020-ci il tarixli 2(107)-19/2020 №-li qətnaməsi qismən – ipoteka ilə yüklü ev satıldıqdan sonra evin boşaldılmasına dair hissədə təmin edilməsi hissəsində ləğv edilərək həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilmişdir. Cavabdeh Əliyeva Ləman Rafiq qızı tərəfindən verilmiş apelyasiya şikayəti isə təmin edilməmişdir. Bundan sonra cavabdeh Əliyeva Ləman Rafiq qızı və vəkili X8 apelyasiya instansiya məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək Azərbaycan Respublikası Ali Məhkəməsindən Şəki Apellyasiya Məhkəməsinin 24 iyun 2020-ci il tarixli 2(107)-1169/2020 №-li qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Ali Məhkəmənin 23 noyabr 2020-ci il tarixli 2(102)-5704/2020 №-li qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsinin 24 iyun 2020-ci il tarixli 2(107)- 1169/2020 №-li qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilməsi üçün Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinə göndərilmiş və iş icra mərhələsində olarkən Cavabdeh tərəfindən ödənilən ödənişlər hesabına qətnamə üzrə borc məbləği tam şəkildə ödənilmiş və bununla əlaqədar olaraq, Bağ evi üzərində ipotekaya xitam verimişdir. Lakin, Cavabdeh Bank qarşısında kredit öhdəliklərini tam icra etmədiyi üçün Kredit müqaviləsi qüvvədə qalmışdır. Belə ki, cavabdeh iddiaçı qarşısında kredit üzrə ödənişlərin həyata keçirilməsinin gecikdirilməsi ilə əlaqədar olaraq Banka Kredit müqaviləsinin 6.2-ci bəndinə əsasənödənilməsi gecikdirilmiş məbləğə illik 15% (on beş faiz) dərəcəsi ilə kredit üzrə əsas borcun tam şəkildə qaytarıldığı xx.xx.2022-ci il tarixinədək hesablanmış və ödənilməmiş 6679,79 (altı min altı yüz yetmiş doqquz ABŞ dolları 79 sent) ABŞ dolları məbləğində penya üzrə borcu qalmışdır. Yuxarıda göstərilənlərdən başqa qeyd etmək istəyir ki, kredit müqaviləsi üzrə əsas borc həmin müqavilə ilə nəzərdə tutulmuş kreditin qaytarılma müddəti bitdikdən uzun müddət sonra qaytarıldığından Bank həmin müddətdə ona qaytarılmalı olan pul vəsaitindən istifadə edə bilməmiş və bunun nəticəsində əldən çıxmış fayda qismində zərərə uğramışdır. İddiaçı ilə cavabdeh arasında bağlanmış Kredit müqaviləsinin 5.1-ci bəndinə əsasən həmin müqavilə Tərəflərin öz üzərinə götürdükləri öhdəliklərin tam icra edilməsi anına qədər qüvvəsini saxlayır və bu şərt Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsində ifadə olunmuş normaya tam uyğundur. Qeyd olunana əsasən Bank kreditin qaytarılma müddətinin bitdiyi tarixdən, yəni xx.xx.2018-ci il tarixdən əsas borcun ödənildiyi xx.xx.2022-ci il tarixə kimi faizlər formasında əldən çıxmış faydanın hesablanmasında yuxarıda göstərilmiş faiz dərəcəsini (illik 5%) əldə rəhbər tutmağı əsaslı hesab edir. Müvafiq hesablanma aparıldıqdan sonra kreditin qaytarılma müddətinin bitdiyi tarixdən (xx.xx.2018-ci il) əsas borcun tam şəkildə qaytarıldığı tarixədək (xx.xx.2022-ci il) olan dövr üçün müvafiq məbləğ 1573,33 (bir min beş yüz yetmiş üç ABŞ dolları, 33 sent) ABŞ dolları təşkil edir. Kredit üzrə Cavabdeh tərəfindən üzərinə götürdüyü öhəlikləri kobud şəkildə pozduğuna görə onunla bir neçə dəfə əlaqə saxlanılmasına və borcun ödənilməsinin tələb edilməsinə dair xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubunun göndərilməsinə baxmayaraq, onun tərəfindən borcun ödənilməsi üçün bu günə qədər heç bir əməli addım atılmamışdır.
Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı bankın nümayəndəsi Nümayəndə məhkəmə iclası zamanı iddia tələbini müdafiə etdi, əsasən iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
4. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada xəbərdar edilmədiyinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə teleqram göndərərək xəstəliyi ilə bağlı məhkəmədə iştirak etməməsini bildirmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsini rəhbər tuturaq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün sayımışdır.
5. Cavabdeh əvvəlki məhkəmə iclası zamanı verdiyi izahatında göstərmişdir ki, banka olan borcunu tam şəkildə ödəmişdir. İş üzrə icraata xitam verilmişdir. Hesab edir ki, banka heç bir borcu qalmamışdır. Ona görə də iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş edir.
6. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(051)-60/2023 nömrəli qətnaməsi ilə, iddiaçı "xxxx" X12 Cəmiyyətininin Cavabdeh qarşı xx.xx.2014-cü il tarixli **********89914 nömrəli kredit müqaviləsi üzrə qalıq borc məbləğinin Cavabdeh tutulması tələbinə dair iddiasının rədd edilməsi, ekspertiza tədqiqatlarının dəyəri olaraq 200 manat məbləğində məhkəmə xərcinin "xxxx" X12 Cəmiyyətindən tutularaq dövlət büdcəsinin hesabına keçirilməsi (AZ34CTRE********************; Az.MEM, VÖEN**********, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ01360 1**********3944 SWİFT BİK CTREAZ 22), ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.
7. Məhkəmə müəyyən etmişdir ki, iddiaçı bankla cavabdeh arasında xx.xx.2014-cü il tarixdə predmeti pul məbləği olan kredit müqaviləsi adlanan borc müqaviləsi bağlanmış, iddiaçı 24500 ABŞ dolları məbləğində pulu cavabdehə verməyi, cavabdeh isə kredit məbləğini əsas borc və faizləri ilə birlikdə banka ödəməyi öhdəsinə götürmüşdür. Öhdəliyinin icrasının təminatı kimi iddiaçı ilə ipoteka qoyan arasında həmin tarixdə ipoteka predmeti olan Əliyeva Ləman Rafiq qızına məxsus Mingəçevir şəhəri, 9-cu Bağ küçəsində yerləşən yaşayış evinin ipoteka ilə yüklü edilməsinə dair ipoteka müqaviləsi bağlanmışdır. Cavabdeh öhdəliyini lazımi qaydada yerinə yetirmədiyi üçün iddiaçı bank məhkəməyə müraciət etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(051)-19/2020 saylı qətnaməsinə ilə iddia qismən təmin olunmuşdur. Cavabdeh Əliyeva Ləman Rafiq qızına məxsus, ipoteka predmeti olan, ilkin satış qiyməti 54000 manat qiymətləndirilmiş, Mingəçevir şəhəri 9-cu Bağ küçəsində 0.05 ha torpaq sahəsinin üzərində yerləşən 2 mərtəbəli, 4 otaqlı, yaşayış sahəsi 71.6 kv.m, yardımçı sahəsi 166.1 kv.m, ümumi sahəsi 237.7 kv.m olan 45 №li bağ evi açıq hərracdan satışa çıxarılması, satışdan əldə edilən vəsaitdən 11828.75 (on bir min səkkiz yüz iyirmi səkkiz dollar yetmiş beş sent) ABŞ dolları əsas kredit borcu, 7807.87 (yeddi min səkkiz yüz yeddi dollar səksən yeddi sent) ABŞ dolları faiz borcu, 600 (altı yüz) ABŞ dolları cərimə olmaqla, cəmi 20236.62 (iyirmi min iki yüz otuz altı dollar altmış iki sent) ABŞ dolları kredit borcu qətnamə icra olunan günə olan manat məzənnəsi ilə, dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə ödənilmiş 17 (on yeddi) manat tutularaq iddiaçı "xxxx" ASC-yə verilməsi, borcun ödənilməsindən sonra evin açıq hərracdan satılmasından qalan vəsaitin cavabdehə qaytarılması qət edilmişdir. İddia xx.xx.2020-ci il tarixdən iddiaçının tələblərinin faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 19% dərəcəsi ilə hesablanmış faizlər formasında əldən çıxmış faydanın əvəzi, illik 15% faiz dərəcəsi ilə hesablanan penya tələbinə və ipoteka ilə yüklü edilmiş ev satıldıqdan sonra cavabdeh Əliyeva Ləman Rafiq qızının, onun ailə üzvlərinin evdən çıxarılma və evin boşaldılmasına dair hissədə təmin edilməmişdir. İddiaçı bank və cavabdeh Əliyeva Ləman Rafiq qızı apelyasiya şikayəti vermişdir. Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-1169/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə cavabdeh Əliyeva Ləman Rafiq qızı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmişdir. İddiaçı "xxxx" Bankı ASC nümayəndəsi X7 tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 27 yanvar 2020-ci il tarixli, 2(051)-19/2020 nömrəli qətnaməsi qismən-ipoteka ilə yüklü edilmiş ev satıldıqdan sonra evin boşaldılmasına dair hissədə təmin edilməməsi hissəsində ləğv edilmişdir. Həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilmişdir. İddiaçı "xxxx" Bankı ASC- nin cavabdeh Əliyeva Ləman Rafiq qızına qarşı kredit borcun, tutmanın ipoteka predmetinə yönəldilməsi və satışdan sonra ipoteka predmeti olan bağ evinin boşaldılması tələbinə dair iddiasının Mingəçevir şəhəri 9-cu Bağ küçəsində 0.05 ha torpaq sahəsinin üzərində yerləşən 2 mərtəbəli, 4 otaqlı, yaşayış sahəsi 71.6 kv.m, yardımçı sahəsi 166.1 kv.m, ümumi sahəsi 237.7 kv.m olan 45 №li bağ evi açıq hərracdan satıldıqdan sonra ən geci 1 ay ərzində həmin yaşayış sahəsinin boşaldılması hissəsi də təmin edilməsi, ipoteka predmeti olan Mingəçevir şəhəri 9-cu Bağ küçəsində 0.05 ha torpaq sahəsinin üzərində yerləşən 2 mərtəbəli, 4 otaqlı, yaşayış sahəsi 71.6 kv.m, yardımçı sahəsi 166.1 kv.m, ümumi sahəsi 237.7 kv.m olan 45 №li bağ evi açıq hərracdan ən geci 1 ay ərzində boşaldılması qət edilmişdir. Cavabdeh Əliyeva Ləman Rafiq qızı kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(102)-5704/2020 saylı qərarı ilə cavabdeh Əliyeva Ləman Rafiq qızı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-1169/2020 nömrəli iş üzrə 24 iyun 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə - cərimə və faiz borcu, ipoteka predmetinin hərracdan satılması və boşaldılması hissələrində dəyişdirilmədən saxlanmışdır. İş icraya yönəlmişdir. Bundan sonra cavabdeh tərəf banka olan borcunu tam şəkildə ödəmiş və icra sənədi üzrə icraata xitam verilmişdir. İddia ərizəsinin məzmunun da görünür ki, cavabdeh tərəf iddiaçı banka olan borcunu tam şəkildə ödəmişdir.
8. Məhkəmə həmçinin müəyyən etmişdir ki, tələbin ipoteka predmetinə yönəldilməsinə və cavabdehin kredit müqaviləsi üzrə öhdəliyini tam şəkildə icra etməsinə baxmayaraq, iddiaçı bank Cavabdeh qarşı xx.xx.2014-cü il tarixli **********89914 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh iddiaçı ASC "xxxx" Bankı qarşısında xx.xx.2018-ci il tarixdən xx.xx.2022-ci il tarixə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 5% (beş faiz) dərəcəsi ilə hesablanmış 1573,33 (bir min beş yüz yetmiş üç ABŞ dolları, 33 qəpik) ABŞ dolları məbləğində əldən çıxmış faydanın (zərər) əvəzi, xx.xx.2022-ci il tarixə qədər kredit üzrə ödənilməsi gecikdirilmiş məbləğə illik 15% (on beş faiz) dərəcəsi ilə hesablanmış 6679,79 (altı min altı yüz yetmiş doqquz ABŞ dolları 79 sent) ABŞ dolları məbləğində penya, cəmi 8253,13 (səkkiz min iki yüz əlli üç ABŞ dolları, 13 sent) ABŞ dolları məbləğində pul vəsaiti Cavabdeh iddiaçı ASC "xxxx" Bankının xeyrinə tutulması iddia ərizəsinin verilməsinə görə 133 (bir yüz otuz üç) manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərclər cavabdehdən iddiaçının xeyrinə tutulması tələbinə dair Mingəçevir Şəhər Məhkəməsində iddia qaldırmışdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır;
9. Məhkəmə, işin müəyyən olunmuş hallarına əsasən belə qənaətə gəlmişdir ki, cavabdeh kredit müqaviləsi üzrə öhdəliyini tam şəkildə icra etdikdən sonra, iddiaçı bank tərəfindən kreditin qaytarılma müddətinin bitdiyi tarixdən sonra yenidən həmin kredit müqaviləsi üzrə borcların ona hesablanmış faiz borclarının əldən çıxmış faydanın və penyanın tələb etməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələbləri ilə aşkar surətdə ziddiyyət təşkil edir.
10. Məhkəmə öz qənaətini onunla əsaslandırmışdır ki, cavabdehin borcu ödədiyi vaxtdan cavabdeh kredit müqaviləsi üzrə öhdəliyini tam şəkildə icra etmiş sayılır və həmin hallar da tərəflər arasında mövcud olan müqavilə öhdəliklərinin xitamına səbəb olmuşdur. Belə olan halda iddiaçı bankla cavabdeh arasında öhdəlik hüquq münasibətləri başa çatmışdır.
11. İşin müəyyən olunmuş hallarından da görünür ki, kredit borcunun tutulması və tələbin ipoteka ilə yüklü edilmiş fərdi yaşayış evinə yönəldilməsinə dair məhkəmə qətnaməsi tam şəkildə icra olunmuş, yəni cavabdeh borcunu tam şəkildə ödəmişdir. Bununla da cavabdeh tərəf kredit müqaviləsi üzrə öhdəliyini lazımınca icra etmişdir. Ona gərə də tərəflər arasında mövcud olmuş müqavilə münasibətlərinə xitam verilmişdir.
12. Məhkəmə hesab etmişdir ki, kredit müqaviləsi üzrə öhdəlik tam icra olunduqdan sonra, iddiaçı bankın yenidən xitam olunmuş müqaviləyə istinad edərək cavabdehdən faiz borcu, əldən çıxmış fayda və dəbbə pulu tələb etməsi, açıq-aşkar hüquqdan sui-istifadədir.
13. Eləcə də, digər tərəfi aşkar surətdə əlverişsiz vəziyyətə saldığı üçün etimad və vicdanlılıq prinsiplərinə ziddir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icraya yönəlmişdir. İcra ərəfəsində isə cavabdeh borcunu tam şəkildə ödəmişdir. Bu da onu deməyə əsas verir ki, iddiaçı bankın zərərə məruz qalması cavabdehdən asılı olmayan hallardan irəli gəlmişdir. Cavabdehin onun cavabdeh olmadığı halda kreditorun düşdüyü zərər üçün məsuliyyət daşımır və onun bu halda əlavə maliyyə sanksiyasına məruz qalması yol verilməzdir.
14. Məhkəmə hesab etmişdir ki, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.
15. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 560.1, 560.2-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarına, Avropa Məhkəməsinin Zvierzinski Polşaya qarşı iş üzrə 19 iyun 2001-ci il tarixli qərarına Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
16. Qətnamədən narazı qalan iddiaçı Açıq Səhmdar Cəmiyyəti "xxxx" Bank tərəfindən apellyаsiyа şikаyəti vermişdir.
17. Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iddia tələbini rədd edərkən mövqeyini onunla əsaslandırmışdır ki, “cavabdehin borcu ödədiyi vaxtdan cavabdeh kredit müqaviləsi üzrə öhdəliyini tam şəkildə icra etmiş sayılır və həmin hallar da tərəflər arasında mövcud olan müqavilə öhdəliklərinin xitamına səbəb olmuşdur. Belə olan halda iddiaçı bankla cavabdeh arasında öhdəlik hüquq münasibətləri başa çatmışdır.”
18. Hesab edirlər ki, məhkəmənin “qətnamə üzrə borcun cavabdeh tərəfindən iddiaçıya tam ödənildiyi andan, cavabdehin kredit müqaviləsi üzrə öhdəliyini tam şəkildə icra etmiş sayılması” ilə bağlı mövqeyi əsassızdır.
19. Belə ki, işə məhkəmə iclasında baxılarkən Məhkəmənin nəzərinə çatdırılmışdır ki, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2020-ci iltarixli 2(051)-19/2020 №-li№-li qətnaməsi ilə müəyyən edilmiş, ipoteka predmetinin dəyərindən tutulmalı olan Kredit müqaviləsi üzrə 11828,75 ABŞ dolları məbləğində əsas borcdan, 7807,87 ABŞ dolları məbləğində adi faizlər üzrə borcdan, 600 ABŞ dolları məbləğində penyadan ibarət olan cəmi 20236,62 ABŞ dollarıməbləğində borcun ödənilməsi, Cavabdeh tərəfindən Kredit müqaviləsi üzrə öhdəliklərin tamşəkildə yerinə yetirilməsi mənasına gəlmir. Qeyd edilən mülki iş üzrə Bank tərəfindən tələb edilən borc məbləği xx.xx.2018-ci il tarixinədək hesablanmış borc məbləğindən ibarət olmuşdur.
20. Hesab edirlər ki, məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri pozulmuşdur.
21. Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda göstərilən qərarına, habelə Kredit müqaviləsinin 1.1-ci, 2.3-cü, 5.1-ci və 6.2-ci bəndlərinə əsasən, Bank kreditləşmə müddətinin bitdiyi xx.xx.2018-ci il tarixindən əsas borcun tam olaraq ödənildiyi xx.xx.2022-ci il tarixinədək hesablanmış 1573,33 ABŞ dolları məbləğində əldən çıxmış faydanı və xx.xx.2022-ci il tarixinədək kredit üzrə ödənilməsi gecikdirilmiş məbləğə hesablanamış 6679,79 ABŞ dolları məbləğində penyanı tələb etməkdə haqlı olmuşdur. Lakin, Məhkəmə Bankın iddiasını rədd etməklə Konstitusiya Məhkəməsinin yuxarıda qeyd olunan məhkəmələr üçün məcburi sayılan hüquqi mövqeyinin tələbini pozmuşdur.
22. Tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə borcun tutulması ilə bağlı məhkəmə qərarının çıxarılması tərəflər arasındakı müqavilə münasibətlərinə xitam vermir. Buna da uyğun olaraq İddiaçının kredit müqaviləsi öhdəliklərinin tam şəkildə icra edildiyi vaxtadək əsas borc məbləğinə kredit müqaviləsinə uyğun olaraq faiz hesablamaq hüququ var.
23. Hesab edirlər ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 iyul 2009-cu il tarixli qərarının müddəaları hazırkı işə tətbiq edilməli deyil və bunda görə də, birinci instansiya məhkəməsinin mövqeyi hər hansı hüquqi əsası olmayan, subyektiv xarakterli mülahizələrdən ibarətdir. Belə ki, məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarını səhv təfsir edərək, iddiaçının Cavabdeh tələb etdiyi 1573,33 ABŞ dolları məbləğində əldən çıxmış fayda şəklində zərəri maliyyə sanksiyası kimi qiymətləndirmişdir. Halbuki, Konstitusiya Məhkəməsinin Plenumunun 09 iyul 2009-cu il tarixli və 24 dekabr 2014-cü il tarixli qərarlarında faiz və əldən çıxmış fayda şəklində zərər maliyyə sanksiyası hesab edilmir. Həmin qərarlara görə, maliyyə sanksiyası dedikdə, AR MM-in 449.1-ci maddəsində göstərilən faizlər və dəbbə pulu (MM-nin 462-ci maddəsi) başa düşülür.
24. Hesab edirlər ki, hazırkı halda yalnız Bankın tələb etdiyi 6679,79 ABŞ dolları məbləğində penya maliyyə sanksiyası kimi qiymətləndirilə bilərdi. Əgər, birinci instansiya məhkəməsi həmin məbləği tənasübsüz surətdə yüksək hesab edərdisə, onu AR MM-nin 467-ci maddəsinə müvafiq olaraq azaltmaq səlahiyyətinə malik idi. Belə ki, qeyd olunan normanın tələbinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Buradan da görünür ki, məhkəmə MM-in 467-ci maddəsinin tələblərini pozaraq Bankın penya barədə tələbini ümumiyyətlə təmin etməmişdir.
25. İş üzrə ik dəfə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilsə də Qətnamədə ekspertizanın keçirilməsi və ekspertin rəyi barədə heç bir məlumat qeyd edilməmişdir. Buradan belə bir sual yaranır, əgər Məhkəmə Bankın iddia tələbini rədd edəcək idisə o zaman, nə üçün iş üzrə iki dəfə məhkəmə-mühasibatlıq ekspertizası keçirilmişdir. Halbuki, AR MPM-in və Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 №-li Qərarının tələbləri baxımından Məhkəmə tərəfindən ekspert rəyinin qəbul edilib-edilməməsi səbəbləri Qətnamədə öz əksini tapmalı idi.
26. Bundan əlavə, iddiaçı ASC "xxxx" Bankı tərəfindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/3228 №-li ekspert rəyi ilə bağlı yazılı etiraz verilsə də, Məhkəmə Bankın təkrar məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə dair vəsatətini rədd etmiş və vəsatəti rədd edərkən MPM-in 102.3-cü maddəsinin də tələblərini pozmuşdur. Belə ki, MPM-in 102.3-cü maddəsinə əsasən Məhkəmə işdə iştirak edən şəxslərin vəsatəti ilə əlavə və ya təkrar ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir. Hazırkı halda isə məhkəmə tətəfindən Bankın təkrar məhkəməmühasibatlıq ekspertizasının keçirilməsinə dair vəsatətinin rədd edilməsinə dair əsaslandırılmış qərardad qəbul edilməmiş və həmin qərardad Bankın “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə yerləşdirilməmişdir.
27. Məhkəmə tərəfindən müəyyən edilmiş Cavabdeh tərəfindən Kredit müqaviləsi üzrə öhdəliklərin tam yerinə yetirilməsinə dair hal sübut edilməmişdir. Belə ki, Qətnamədə Məhkəmənin əsaslandığı Cavabdeh tərəfindən ödənilmiş Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(051)-19/2020 №-li qətnaməsi ilə müəyyən olunmuş cəmi 20236,62 ABŞ dolları məbləğ iş materialları ilə sübut olunur ki, xx.xx.2018-ci il tarixədək hesablanmış borc məbləğidir. Deməli, Cavabdeh Kredit müqaviləsi üzrə xx.xx.2018-ci il tarixədək hesablanmış borc məbləğini ödəmişdir.
28. Bankın hazırkı tələbi isə həmin tarixdən sonra Kredit müqaviləsinin 1.1-ci, 2.3-cü, 5.1-ci və 6.2-ci bəndlərinə, habelə “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarına əsasən kreditləşmə müddətinin bitdiyi xx.xx.2018-ci il tarixindən əsas borcun tam olaraq ödənildiyi xx.xx.2022-ci il tarixinədək hesablanmış 1573,33 ABŞ dolları məbləğində əldən çıxmış faydanın (zərər) əvəzinin və xx.xx.2022-ci il tarixədək hesablanmış 6679,79 ABŞ dolları məbləğində penyanın Cavabdeh tutulması ilə bağlıdır.
29. Odur ki, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(051)-60/2023 nömrəli qətnaməsinin ləğv edilməsi, Bankın iddia tələblərinin tam təmin olunmasına dair yeni qətnamə qəbul edilməsi, apellyasiya şikayətinin verilməsinə görə 66.50 (almış altı manat 50 qəpik) manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərclərin Cavabdehdən İddiaçının xeyrinə tutulmasını xahiş etmişdir.
b)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
30. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
31. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsi, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(051)-60/2023 nömrəli qətnaməsinin ləğv edilərək, iddiaçı ASC "xxxx" Bankının Cavabdeh qarşı kredit müqaviləsi üzrə qalıq borc məbləğinin borc alandan tutulması tələbinə dair iddiasının tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. O, həmçinin izahatında Mingəçevir Şəhər Məhkəməsinin 27 yanvar 2020-ci il tarixli qətnaməsi qanuni qüvəsini alıb, icraya yönəldildikdən sonra Cavabdeh tərəfindən borc məbləğinin məhkəmə qətnaməsinin qanuni qüvvəsini almasından sonra, lakin evin hərracda satışınadək ödənildiyini, cavabdeh tərəfindən məhkəmə qətnaməsi üzrə iddiaçı banka olan sonuncu ödənişin ekspertiza rəyində göstərildiyi qaydada 19 aprel 2022-ci il tarixdə həyata keçirildiyini göstərmişdir.
32. Cavabdeh məhkəmə iclasında apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(051)-60/2023 nömrəli qətnaməsinin dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq
33. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin; 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443-cü maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 445.7- ci maddəsinə əsasən Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsində göstərilir ki, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 449.1-ci maddəsində göstərilir ki, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, cərimə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Cərimə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.
34. Hüququn tətbiqinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarı: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Qərarında qeyd edilir ki, Mülki Məcəllənin 739.2-ci maddəsində göstərilən kredit müqaviləsinə görə, bank və ya başqa kredit təşkilatı əqdlə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kreditin) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Kredit müqaviləsi üzrə müştərinin əsas vəzifəsi krediti vaxtında qaytarmaqdan, yəni kredit öhdəliyini kredit müqaviləsində nəzərdə tutulan müddətdə icra etməkdən ibarətdir. Lakin kredit müqaviləsində müəyyən edilmiş qaydada və müddətdə borc alan vicdanlılıq prinsipinə sadiq qalaraq kredit öhdəliyini ardıcıl olaraq icra etmədikdə, kreditor davamlı müddət gözləmədən məhkəməyə müraciət etmək hüququndan istifadə etməyə çalışmalıdır. Həmçinin qeyd edilmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir.
35. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci, 217.2-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
36. “X3rşı” iş üzrə qərarında Avropa Məhkəməsi göstərir ki, yalnız elmi cəhətdən əsaslandırılmış və məhkəmənin suallarına cavab verən rəy ədalətin gücünə inam yarada və məhkəmənin fəaliyyətinə kömək edə bilər.
Apellyasiya baxışının hədləri
37. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
38. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyildir və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
39. İddiaçı ASC "xxxx" Bankı qətnamənin tam ləğvini xahiş etdiyindən məhkəmə kollegiyası Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(051)-60/2023 nömrəli qətnaməsinin əsaslılığını tam həcmdə yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
40. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almamışdır. Qeyd edilənlərə əsasən apellyasiya şikayəti qismən təmin edilməli, Mingəçevir Şəhər Məhkəməsinin 12 iyul 2023-cü il tarixli, 2(051)-60/2023 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməlidir.
41. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
42. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, iddiaçı ASC "xxxx" Bankı ilə Cavabdeh arasında xx.xx.2014-cü il tarixdə kredit müqaviləsi bağlanmışdır. Həmin müqavilə əsasında iddiaçı ASC "xxxx" Bankı tərəfindən Cavabdeh illik 19 faiz dərəcəsi ilə 48 ay müddətində əsas borc və faizlərin hissə-hissə qaytarılması şərti ilə 24500 ABŞ dolları kredit verilmişdir. Öhdəliyinin icrasının təminatı kimi iddiaçı ilə ipoteka qoyan Əliyeva Ləman Rafiq qızı arasında mülkiyyət hüququ əsasında sonuncuya məxsus Mingəçevir şəhəri, 9-cu Bağ küçəsində yerləşən 0,05 ha torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərində yerləşən 2 mərtəbəli, 4 otaqlı, yaşayış sahəsi 71,6 kv.m, yardımçı sahəsi 166,1 kv.m, ümumi sahəsi 237,7 kv.m olan 45 nömrəli bağ evinin ipoteka ilə yüklü edilməsinə dair ipoteka müqaviləsi bağlanmışdır. Cavabdeh öhdəliyini lazımi qaydada yerinə yetirmədiyi üçün iddiaçı bank məhkəməyə müraciət etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 27 yanvar 2020-ci il tarixli, 2(051)-19/2020 nömrəli qətnaməsinə əsasən iddiaçı ASC "xxxx" Bankının iddiası qismən təmin edilmiş, cavabdeh Əliyeva Ləman Rafiq qızına mülkiyyət hüququ əsasında məxsus, ipoteka predmeti olan, Mingəçevir şəhəri, 9-cu Bağ küçəsində yerləşən 0,05 ha torpaq sahəsinin üzərində yerləşən 2 mərtəbəli, 4 otaqlı, yaşayış sahəsi 71,6 kv.m, yardımçı sahəsi 166,1 kv.m, ümumi sahəsi 237,7 kv.m olan 45 nömrəli bağ evinin açıq hərracdan satışa çıxarılması, satışdan əldə edilən vəsait hesabına borclu Cavabdeh 11828,75 (on bir min səkkiz yüz iyirmi səkkiz ABŞ dolları, 75 sent) ABŞ dolları əsas kredit borcu 7807,87 (yeddi min səkkiz yüz yeddi ABŞ dolları 87 sent) ABŞ dolları faiz borcu, 600 (altı yüz) ABŞ dolları cərimə olmaqla, cəmi 20236,62 (iyirmi min iki yüz otuz altı ABŞ dolları, 62 sent) ABŞ dolları kredit borcunun qətnamə icra olunan günə olan manat məzənnəsi ilə, dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat və sənədlərin notarial qaydada təsdiq edilməsinə görə ödənilmiş 17 (on yeddi) manatın tutularaq iddiaçı ASC "xxxx" Bankına verilməsi və borcun ödənilməsindən sonra evin açıq hərracda satılmasından qalan vəsaitin cavabdehə qaytarılması qət edilmişdir. İpoteka predmetinin ilkin satış qiyməti 54000 (əlli dörd min) manat məbləğində müəyyən edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin 24 iyun 2020-ci il tarixli 2(107)-1169/2020 nömrəli qətnaməsi ilə Bankın apelyasiya şikayəti qismən təmin edilmiş və Mingəçevir Şəhər Məhkəməsinin 27 yanvar 2020-ci il tarixli 2(107)-19/2020 nömrəli qətnaməsi qismən-ipoteka ilə yüklü ev satıldıqdan sonra evin boşaldılmasına dair hissədə təmin edilməməsi hissəsində ləğv edilərək həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilmiş, həmin hissədə də iddia təmin edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 23 noyabr 2020-ci il tarixli 2(102)-5704/2020 nömrəli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsinin 24 iyun 2020-ci il tarixli, 2(107)-1169/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilməsi üçün Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinə göndərilmiş və iş icra mərhələsində olarkən Cavabdeh tərəfindən ödənilən ödənişlər hesabına qətnamə üzrə borc məbləği tam şəkildə ödənilmiş və bununla əlaqədar olaraq, Bağ evi üzərində ipotekaya xitam verimişdir. Məhkəmə qətnaməsi üzrə iddiaçının tələbi cavabdeh tərəfindən tam şəkildə ödənilmişdir. 19 aprel 2022-ci il tarixdə qətnamə üzrə banka olan qalıq borcun da tam ödənilməsinə baxmayaraq, xx.xx.2014-cü il tarixli **********89914 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2018-ci il tarixdən xx.xx.2022-ci il tarixə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 5% dərəcəsi ilə hesablanmış 1573,33 ABŞ dolları məbləğində əldən çıxmış faydanın (zərər), xx.xx.2022-ci il tarixə qədər kredit üzrə ödənilməsi gecikdirilmiş məbləğə illik 15% dərəcəsi ilə hesablanmış 6679,79 ABŞ dolları məbləğində penyanın ödənilmədiyini göstərən iddiaçı bank həmin məbləğlərin də cavabdehdən bankın xeyrinə tutulmasını xahiş etmişdir.
43. Birinci instansiya məhkəməsi iddanı rədd edərkən gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdehin borcu ödədiyi vaxtdan cavabdeh kredit müqaviləsi üzrə öhdəliyini tam şəkildə icra etmiş sayılır və həmin hallar da tərəflər arasında mövcud olan müqavilə öhdəliklərinin xitamına səbəb olmuşdur. Belə olan halda iddiaçı bankla cavabdeh arasında öhdəlik hüquq münasibətləri başa çatmışdır. Kredit müqaviləsi üzrə öhdəlik tam icra olunduqdan sonra, iddiaçı bankın yenidən xitam olunmuş müqaviləyə istinad edərək cavabdehdən faiz borcu, əldən çıxmış fayda və dəbbə pulu tələb etməsi, açıq-aşkar hüquqdan sui-istifadədir.
44. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, iddianı tam rədd etməkdə haqlı olmamış, eyni zamanda maddi hüquq normalarının tətbiqində səhvə yol vermiş, prosessual hüquq normalarının tələbləri pozulmuş və tərəflər arasındakı münasibətlərin xarakterini maddi hüquq normalarının tələbləri baxımından düzgün müəyyənləşdirə bilməmişdir.
45. Kollegiya iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir;
46. Mülki iş materiallarında olan iddiaçı ASC "xxxx" Bankı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli, **********89914 nömrəli kredit müqaviləsindən görünür ki, bank cavabdehə 48 ay müddətinə illik faiz dərəcəsi 19 faiz olmaqla 24500 ABŞ dolları məbləğində kredit verilmişdir.
47. İşdə olan Mingəçevir Şəhər Məhkəməsinin 27 yanvar 2020-ci il tarixli, 2(051)- 19/2020 nömrəli qətnaməsindən görünür ki, iddiaçı ASC "xxxx" Bankının iddiası qismən təmin edilmiş, cavabdeh Əliyeva Ləman Rafiq qızına mülkiyyət hüququ əsasında məxsus, ipoteka predmeti olan, ilkin satış qiyməti 54000 manat dəyərləndirilmiş Mingəçevir şəhəri, 9cu Bağ küçəsində yerləşən 0,05 ha torpaq sahəsinin üzərində yerləşən 2 mərtəbəli, 4 otaqlı, yaşayış sahəsi 71,6 kv.m, yardımçı sahəsi 166,1 kv.m, ümumi sahəsi 237,7 kv.m olan 45 nömrəli bağ evinin açıq hərracdan satışa çıxarılması, satışdan əldə edilən vəsait hesabına borclu Cavabdeh 11828,75 (on bir min səkkiz yüz iyirmi səkkiz ABŞ dolları, 75 sent) ABŞ dolları əsas kredit borcu 7807,87 (yeddi min səkkiz yüz yeddi ABŞ dolları 87 sent) ABŞ dolları faiz borcu, 600 (altı yüz) ABŞ dolları cərimə olmaqla, cəmi 20236,62 (iyirmi min iki yüz otuz altı ABŞ dolları, 62 sent) ABŞ dolları kredit borcunun qətnamə icra olunan günə olan manat məzənnəsi ilə, dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat və sənədlərin notarial qaydada təsdiq edilməsinə görə ödənilmiş 17 (on yeddi) manatın tutularaq iddiaçı ASC "xxxx" Bankına verilməsi, borcun ödənilməsindən sonra evin açıq hərracda satılmasından qalan vəsaitin cavabdehə qaytarılması qət edilmişdir.
48. İşdə olan Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 iyun 2020-ci il tarixli 2(107)-1169/2020 nömrəli qətnaməsindən görünür ki, Mingəçevir Şəhər Məhkəməsinin 27 yanvar 2020-ci il tarixli 2(107)-19/2020 nömrəli qətnaməsi qismən – ipoteka ilə yüklü ev satıldıqdan sonra evin boşaldılmasına dair hissədə təmin edilməməsi hissəsində ləğv edilərək həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilmiş, həmin hissədə də iddia təmin edilmişdir.
49. Məhkəmə kollegiyası apellyasiya şikayətinin bank kreditləşmə müddətinin bitdiyi xx.xx.2018-ci il tarixindən əsas borcun tam olaraq ödənildiyi xx.xx.2022-ci il tarixinədək kredit üzrə ödənilməsi gecikdirilmiş məbləğə hesablanamış 6679,79 ABŞ dolları məbləğində penyanı tələb etməkdə haqlı olmasına dair dəlilini əsaslı hesab etmir və iddianın xx.xx.2022ci il tarixə qədər kredit üzrə ödənilməsi gecikdirilmiş məbləğə illik 15% dərəcəsi ilə hesablanmış 6679,79 ABŞ dolları məbləğində penyanın tutulması hissəsinə də münasibət bildirərək qeyd edir ki, iddia tələbi həmin hissədə əsaslı deyildir.
50. Məhkəmə kollegiyası qeyd edir ki, birinci istansiya məhkəməsi işin obyektiv araşdırılması məqsədilə ekspertiza təyin edilməsi ilə bağlı 14 oktyabr 2022-ci il tarixli və 29 mart 2023-cü il tarixli qərardadlarlar qəbul etmiş, eksperizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə həvalə edilmişdir.
51. İş materialına əlavə edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 17 fevral 2023cü il tarixli, 9/8363 nömrəli rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Cavabdeh banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları, 20 iyun 2014-cü il tarixli, **********89914 saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla, Cavabdeh 15 iyul 2022-ci il tarixə (maliyyə arayışında göstərilən tarix) banka olan əsas, faiz və illik 5%-lə hesablanan əldən çıxmış fayda borcu 1912,76 ABŞ dolları məbləğində müəyyən edilir. O cümlədən 15 iyul 2022-ci il tarixə əsas borc üzrə 1890,18 ABŞ dolları, əldən çıxmış fayda borcu üzrə 22,58 ABŞ dolları.
52. Cavabdeh ilə "xxxx" ASC arasında bağlanmış 20 iyun 2014-cü il tarixli, **********89914 saylı kredit müqaviləsi üzrə təqdim edilmiş sənədlərə əsasən bank tərəfindən cərimə hesablanmamışdır.
53. Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, ekspert qarşısında qoyulmuş, "xxxx" ASC ilə X5 arasında bağlanmış 20 iyun 2014-cü il tarixli, **********89914 saylı kredit müqaviləsi üzrə borc müqaviləsi hansı qaydada aparılmışdır sualı aydın olmadığından həmin sual üzrə tədqiqat aparılmamışdır.
54. İş materialına əlavə edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 12 iyun 2023cü il tarixli, 9/3228 nömrəli rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Cavabdeh banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları, 20 iyun 2014-cü il tarixli, **********89914 saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla, Cavabdeh 11 aprel 2022-ci il tarixədək (sualda göstərilmiş tarix) banka olan əsas, faiz və illik 5%-lə hesablanan əldən çıxmış fayda borcu 10.286,75 ABŞ dolları məbləğində müəyyən edilir. O cümlədən 11 aprel 2022-ci il tarixə əsas borc üzrə 10.286,75 ABŞ dolları, faiz borcu üzrə 0,00 ABŞ dollarlı, əldən çıxmış fayda üzrə 0,00 ABŞ dolları.
55. Qeyd: Cavabdeh ilə "xxxx" ASC arasında bağlanmış 20 iyun 2014-cü il tarixli, **********89914 saylı kredit müqaviləsi üzrə 11 aprel 2022-ci il tarixdən sonra (sualda göstərilən tarix) 19 aprel 2022-ci il tarixdə 8.408,00 ABŞ dolları məbləğində kredit ödənişi edilmişdir. 19 aprel 2022-ci il tarixdə ödənilmiş 8.408,00 ABŞ dolları məbləğində kredit məbləği müəyyən edilmiş borcdan çıxılmalıdır.
56. Kreditə ödənilən məbləğlər faiz borcundan sonra əsas borcdan (əldən çıxmış fayda borcundan ödəniş silinmir) silinməklə.
57. Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Cavabdeh banka ödənilmiş pul vəsaitlərinə dair ödəniş qəbzləri, hesabdan çıxarış məlumatları, 20 iyun 2014-cü il tarixli, **********89914 saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla, Cavabdeh 11 aprel 2022ci il tarixədək (sualda göstərilmiş tarix) banka olan əsas, faiz və illik 5%-lə hesablanan əldən çıxmış fayda borcu 10.057,27 ABŞ dolları məbləğində müəyyən edilir.
58. O cümlədən 11 aprel 2022-ci il tarixə əsas borc üzrə 7312,73 ABŞ dolları, faiz borcu üzrə 0,00 ABŞ dollarlı, əldən çıxmış fayda borcu üzrə 2.744,51 ABŞ dolları.
59. Qeyd: Cavabdeh ilə "xxxx" ASC arasında bağlanmış 20 iyun 2014-cü il tarixli, **********89914 saylı kredit müqaviləsi üzrə 11 aprel 2022-ci il tarixdən sonra (sualda göstərilən tarix) 19 aprel 2022-ci il tarixdə 8.408,00 ABŞ dolları məbləğində kredit ödənişi edilmişdir. 19 aprel 2022-ci il tarixdə ödənilmiş 8.408,00 ABŞ dolları məbləğində kredit məbləği müəyyən edilmiş borcdan çıxılmalıdır.
60. Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Cavabdeh ilə "xxxx" ASC arasında bağlanmış 20 iyun 2014-cü il tarixli, **********89914 saylı kredit müqaviləsi üzrə təqdim edilmiş sənədlərə əsasən bank tərəfindən cərimə hesablanmamışdır.
61. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qərardadlar üzrə verilmiş məhkəmə mühasibatlıq ekspertizasının 17 fevral 2023-cü il tarixli, 9/8363 nömrəli rəyi ilə mübahisənin real vəziyyətinə tam aydınlıq gətirilmədiyindən, 12 iyun 2023-cü il tarixli, 9/3228 nömrəli rəyi ilə sual üzrə ortaya iki fərqli mövqe qoyulmaqla həmin rəy qeyri müəyyən olduğundan, qeyd edilən rəylərin iş üzrə mötəbər sübut kimi qəbul edilmələri mümkünsüz olduğundan, mülki işin obyektiv, hərtərəfli və tam araşdırılması məqsədilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və rəyin verilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir.
62. İş materiallarında olan məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsinə dair xx.xx.2023-cü il tarixli qərardadın icrası üzrə verilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 02 fevral 2024-cü il tarixli 9/9162 nömrəli ekspert rəyində göstərilmişdir ki;
63. Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Cavabdeh banka ödənilmiş pul vəsaitlərinə dair ödəniş qəbzləri, hesabdan çıxarış məlumatları, xx.xx.2014-cü il tarixli **********89914 saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla, Cavabdeh xx.xx.2022-ci il tarixədək (sualda göstərilən tarix) banka olan borcu aşağıdakı kimi müəyyən edilir: əsas borc üzrə 7.312,73 ABŞ dolları, faiz borcu üzrə 0,00 ABŞ dolları, əldən çıxmış fayda borcu üzrə 2.744,51 ABŞ dolları.
64. QEYD: Cavabdeh ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2014- cü il tarixli **********89914 saylı kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixdən sonra (sualda göstərilən tarix) xx.xx.2022-ci il tarixdə 8.408,00 ABŞ dolları məbləğində kredit ödənişi edilmişdir. xx.xx.2022-ci il tarixdə ödənilmiş 8.408,00 ABŞ dolları məbləğində kredit məbləği müəyyən edilmiş borcdan çıxılmalıdır.
65. Bank tərəfindən təqdim edilmiş hesabdan çıxarışlarda “21224” saylı hesabda cərimə (“70110”) faizlərin hesablandığı əks olunmuşdur. Lakin Azərbaycan Respublikası Mərkəzi Bankının 32 saylı qərarı ilə təsdiq edilmiş hesablar planına əsasən “21224” saylı hesabın “Rezident fiziki şəxslərə verilmiş uzunmüddətli kreditlər üzrə vaxtı kecmis faiz borcları”-na. “70110” saylı hesabın isə “Alınmış cərimələr, peniya, dəbbə pulu və s.məbləğlər - milli valyutada” aid olduğu müəyyən edildi.
66. Belə olduğu halda, Cavabdeh ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2014-cü il tarixli **********89914 saylı kredit müqaviləsi üzrə təqdim edilmiş sənədlərə əsasən bank tərəfindən cərimə hesablanmamışdır.
67. Həmçinin qeyd edilir ki, Mülkü Məcəllənin 432.4. maddəsinə əsasən (Əgər borclu əsas öhdəliyin icrasından başqa, faizləri və xərcləri də ödəməlidirsə, bütün borcun ödənilməsi üçün yetərli olmayan öhdəliyin icrası əvvəlcə xərclərin hesabına, sonra faizlərin hesabına və nəhayət, əsas öhdəliyin hesabına daxil edilir. Borclunun müəyyənləşdirdiyi başqa qayda etibarsızdır.) bank tərəfindən təqdim edilən hesabdan çıxarış məlumatlarında cəriməyə silinmə kimi göstərilmiş ödənişlərin ekspertiza tədqiqatı ilə faiz borcuna yönəldilmişdir.
68. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsində aparılmış ekspertiza tədqiqatları üzrə məhkəmə mühasibatlıq ekspertizalarının 17 fevral 2023-cü il tarixli, 9/8363 nömrəli, 12 iyun 2023-cü il tarixli, 9/3228 nömrəli rəylərini mötəbər sübut kimi qəbul etməməklə qeyd edir ki, Məhkəmə Ekspertizası Mərkəzinin 02 fevral 2024-cü il tarixli 9/9162 nömrəli ekspert rəyi nəzərdən keçirilərkən müəyyən olunur ki, rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir, bununla bağlı sübutlar təqdim edilməmişdir. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmə kollegiyasının qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir və məhkəmə kollegiyasına 02 fevral 2024-cü il tarixli 9/9162 nömrəli ekspertiza rəyində qeyd edilənləri təkzib edə biləcək bir dəlil təqdim edilməmişdir.
69. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə mühasibatlıq ekspertizasının 02 fevral 2024-cü il tarixli 9/9162 nömrəli rəyi ilə cavabdehin iddiaçı bank qarşısında hər hansı bir cərimə öhdəliyinin olması müəyyən edilməmişdir.
70. Məhkəmə kollegiyası peniyanın tutulması hissəsində iddia tələbinə münasibətdə əlavə olaraq qeyd edir ki, əgər bank tərəfindən müqavilə müddətinin başa çatdığı xx.xx.2018ci il tarixindən əsas borcun tam olaraq ödənildiyi xx.xx.2022-ci il tarixinədək dəbbə pulu hesablamışdırsa belə iddiaçı ASC "xxxx" Bankı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinin tələblərini diqqətə almamışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
71. Bu baxımdan məhkəmə kollegiyası qeyd edir ki, müqavilənin qüvvədə olduğu müddətdə dəbbə pulu hesablana bilər.
72. Müəyyən edildiyi kimi, tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli, **********89914 nömrəli kredit müqaviləsinin müddəti 20 iyun 2018-ci il tarixdə bitmişdir. İddiaçı müqavilə müddətinin bitməsindən sonra ödənilməsi gecikdirilmiş məbləğə illik 15% dərəcəsi ilə hesablanmış 6679,79 ABŞ dolları təşkil edən cərimə faizlərini tələb edir ki, bunda da haqlı deyildir.
73. Belə ki, yuxarıda şərh olundu kimi, dəbbə pulu müqavilə müddətində hesablanmalı olan pul məbləğidir və müqavilə müddəti artıq bitmişdir. Bundan başqa iddiaçı müqavilə müddətinə hesabladığı dəbbə pulunu tələb etmiş və Mingəçevir Şəhər Məhkəməsinin 27 yanvar 2020-ci il tarixli qətnaməsi ilə 600 ABŞ dolları cərimə borcunun cavabdehdən tutulmasını qət etmişdir.
74. Şərh olunanlara əsasən məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının müqavilə müddəti bitdikdən sonra müqaviləyə istinadən cərimə hesablamaqla cavabdehdən həmin cəriməni tələb etmək hüququ yoxdur.
75. Məhkəmə kollegiyası apellyasiya şikayətinin məhkəmənin “qətnamə üzrə borcun cavabdeh tərəfindən iddiaçıya tam ödənildiyi andan, cavabdehin kredit müqaviləsi üzrə öhdəliyini tam şəkildə icra etmiş sayılması” ilə bağlı mövqeyinin əsassız olmasına dair dəlili ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnamə üzrə borcu ödədiyi vaxtdan cavabdehin kredit müqaviləsi üzrə öhdəliyini tam şəkildə icra etmiş sayılması, iddiaçı bankla cavabdeh arasında öhdəlik hüquq münasibətləri başa çatmasına dair mövqeyi əsassızdır.
76. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər bu Məcəllədə və ya müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur.
77. İddiaçı ASC "xxxx" Bankı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli, **********89914 nömrəli kredit müqaviləsinin 5.2-ci bəndində göstərilmişdir ki, Bu Müqaviləyə borc alan tərəfindən əsas borc, faizlər və digər pul tələbləri üzrə öhdəliklərin banka tam icra olunduğu tarixdən xitam verilir.
78. Bu baxımdan apellyasiya şikayətinin kreditləşmə müddətinin bitdiyi xx.xx.2018-ci il tarixindən əsas borcun tam olaraq ödənildiyi xx.xx.2022-ci il tarixinədək hesablanmış 1573,33 ABŞ dolları məbləğində əldən çıxmış faydanı tələb etməkdə haqlı olmasına dair dəlili ilə razılaşan məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda şərh edilən normaların tələblərindən göründüyü kimi işə baxan birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.4-cü maddəsinin tələblərini, tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərini diqqətə almayaraq, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Qərarını səhv təfsir edərək cavabdehin banka heç bir borcunun olmaması nəticəsinə gəlmişdir.
79. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Qərarında Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, müqavilənin qüvvədə olma müddətinin bitməsinə baxmayaraq, müqavilə tərəflərinin qarşılıqlı hüquq bağlılığı davam edir və MM-in 399.4-cü maddəsinə əsasən müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Bu isə MM-in “Öhdəliklərin icra edilməməsi” adlanan 22-ci Fəslində və “Öhdəliklərin icra edilməməsi üçün məsuliyyət” adlanan 23-cü Fəslində müəyyən edilmiş müddəaların tətbiq edilməsini tələb edir.
80. Həmin Qərarda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunu həmçinin bu nəticəyə gəlmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir.
81. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır.
82. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2009-cu il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqe bundan ibarət olmuşdur ki, öhdəliyin lazımınca icrasının, ilk növbədə, onun şərtlərinə və qanunvericiliyin tələblərinə riayət olunmasından asılı olduğunu nəzərə alaraq, «Məhkəmə qərarlarının icrası haqqında» Azərbaycan Respublikasının Qanunu ilə məhkəmə qərarının icrası ilə bağlı üzərinə düşən vəzifələrin icrasından qərəzli olaraq boyun qaçırmamaqla, onları könüllü yerinə yetirərək girov əmlakı təhvil vermiş şəxs borc və faizlərin girov əmlaka yönəldiyi andan kredit müqaviləsi üzrə öhdəliyini icra etmiş hesab olunur və buna görə, tərəflər arasındakı müqavilə münasibətlərinə xitam verildiyi üçün, o, MM-in 449.1-ci maddəsi üzrə məsuliyyətə cəlb edilə bilməz.
83. Kollegiya qeyd edir ki, iş materiallarından müəyyən edildiyi kimi, Mingəçevir Şəhər Məhkəməsinin 27 yanvar 2020-ci il tarixli 2(107)-19/2020 nömrəli qətnaməsində tutulması qət edilmiş xx.xx.2014-cü il tarixli, **********89914 nömrəli kredit müqaviləsi üzrə borc məbləğləri ipoteka predmetinin boşaldılması və satışınadək Cavabdeh tərəfindən iddiaçı bankın hesabına ödənilmiş, sonuncu ödəniş olan 8408 ABŞ dollarının ödənişi isə 19 aprel 2022-ci il tarixdə həyata keçirilmişdir. İddiaçı bankın hazırkı iddia ərizəsində tələb etdiyi məbləğlər isə cavabdeh tərəfindən borc məbləğinin ödənişindən sonrakı, yəni tələbi icra etdiyi vaxtdan sonrakı deyil, tələbin icra edildiyi dövrədək olan müddəti əhatə edir.
84. Kollegiya həmçinin qeyd edir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun “İpoteka predmetinə tutmanın yönəldilməsi və ona xitam verilməsi” adlanan V fəslinin müddəalarından aydın olur ki, ipoteka predmetinə tutmanın yönəldilməsi prosesi ipoteka saxlayan tərəfindən ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş göndərilməsi (həmin Qanunun 36-cı maddəsi) ilə başlayır və məntiqi ardıcıllıqla davam edərək ipoteka predmetinin satılmasından əldə olunan gəlirin bölüşdürülməsi ilə, o cümlədən ipoteka saxlayanın ipoteka ilə təmin olunmuş tələbinin, o cümlədən əsas borcun, faizlərin, öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, yaxud icranın gecikdirilməsi nəticəsində dəbbə pulunun və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsinə yönəldilməklə (həmin Qanunun 47-ci maddəsi) başa çatır.
85. Bu baxımdan, borcverən bankla borcalan şəxs arasında mövcud olmuş kredit münasibətləri üzrə yaranmış əvvəlki məhkəmə mübahisəsinə qanuni qüvvəyə minmiş qətnamə ilə son qoyulsa da, əvvəlki mübahisə üzrə iddiaçının əsas borc, faiz borcu, cərimə borcu tam və ya qismən təmin olunsa da və borclu tərəfindən borc məbləği tələbin ipoteka predmetinin satışınadək ödənilsə də, borcverən bank ipoteka predmeti icra qaydasında satılanadək, yəni məhkəmə qətnaməsi üzrə müəyyən edilmiş borcun ödənildiyi dövrədək əldən çıxmış fayda formasında ona dəyən zərərin əvəzini, yəni, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsini MM-in 21.2, 443.1, 443.2 və 445.7-ci maddələrinə uyğun olaraq, tələb etməkdə haqlıdır.
86. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2009-cu il tarixli Qərarındakı mövqeyi səhv təfsir etməklə yanlış mövqedən çıxış etmişdir.
87. Məhkəmə kollegiyası qeyd edir ki, ekspertiza tədqiqatı ilə cavabdehin xx.xx.2018-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək banka ödəməli olduğu illik 5 faiz dərəcəsi ilə hesablanmış məbləğin 2744,51 ABŞ dolları, xx.xx.2022-ci il tarixdə ödənilmiş 8.408,00 ABŞ dolları məbləğində kredit məbləğinin 7.312,73 ABŞ dolları əsas borc, 2.744,51 ABŞ dolları əldən çıxmış fayda üzrə borcdan çıxılmasından sonra da qalan borcun 1649,24 ABŞ dolları, yəni ekspertiza tədqiqatında qeyd edilmiş əldən çıxmış fayda məbləğinin iddia tələbində göstərilən məbləğdən daha yüksək olmasının müəyyən edilməsinə baxmayaraq, cavabdehdən məhz iddia ərizəsində göstərilən məbləğin tutulmalı olması nəzərə alınmalıdır.
88. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər.
89. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı vəziyyətdə iddia tələbindən kənara çıxılması üçün əsaslar müəyyən edilməmişdir.
90. Məhkəmə kollegiyası apellyasiya şikayətinin iş üzrə iki dəfə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilsə də Qətnamədə ekspertizanın keçirilməsi və ekspertin rəyi barədə heç bir məlumatın qeyd edilməməsinə dair dəlili ilə razılaşaraq qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunubolunmаdığını müəyyən edir.
91. İş materiallarından göründüyü kimi işə baxan birinci instansiya məhkəməsi tərəfindən 14 oktyabr 2022-ci il tarixli və 29 mart 2023-cü il tarixli qərardadlarla məhkəmə mühasibatlıq ekspertizaları təyin edilərək, 17 fevral 2023-cü il tarixli, 9/8363 nömrəli və 12 iyun 2023-cü il tarixli, 9/3228 nömrəli rəylər əldə edilib, iş materiallarına əlavə edilsələr də qətnamədə həmin sübutların qiymətləndirilməsi halı müəyyən edilməmişdir.
92. Məhkəmə kollegiyası apellyasiya şikayətinin məhkəmənin Bankın təkrar məhkəməmühasibatlıq ekspertizasının keçirilməsinə dair vəsatətini rədd edərkən MPM-in 102.3-cü maddəsinin də tələblərini pozmasına, Bankın təkrar məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə dair vəsatətinin rədd edilməsinə dair əsaslandırılmış qərardadın qəbul edilməməsinə, həmin qərardadın Bankın “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə yerləşdirilməməsinə dair dəlilləri ilə razılaşaraq qeyd edir ki, həqiqətən də iş materiallarından göründüyü kimi iddiaçı ASC "xxxx" Bankının nümayəndəsi tərəfindən 12 iyul 2023-cü il tarixdə keçirilən məhkəmə iclasında işə baxan birinci instansiya məhkəməsinə iş üzrə təkrar məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə dair vəsatət verilmiş, lakin həmin vəsatət müzakirə edilməmiş, vəsatətlə bağlı qərar qəbul edilməmiş, nəticədə işə baxan birinci instansiya məhkəməsi tərəfindən prosessual hüquq normalarının tələbləri pozulmuşdur.
93. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 102.3-cü maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxslərin vəsatəti ilə əlavə və ya təkrar ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir.
94. Məhkəmə kollegiyası məhkəmə xərcləri hissəsində qeyd edir ki, iddiaçının iddia tələbi xx.xx.2018-ci il tarixdən xx.xx.2022-ci il tarixə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 5% (beş faiz) dərəcəsi ilə hesablanmış 1573,33 ABŞ dolları məbləğində əldən çıxmış faydaya dair hissədə əsaslı və təmin edilməli olduğundan cavabdehdən iddiaçı bankın xeyrinə tələbin təmin ediləcək hissəsinə mütənasib olan məbləğdə, yəni 46,75 manat məbləğində dövlət rüsumu, apellyasiya şikayətinin və iddianın qismən təmin edilməsi nəzərə alınaraq iddiaçı tərəfindən apellyasiya şikayəti üçün ödənilmiş 66,50 manat dövlət rüsumunun 33,25 manatı cavabdehdən iddiaçı bankın xeyrinə tutulmalı, birinci instansiya məhkəməsində və məhkəmə kollegiyası tərəfindən təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizaları üzrə ekspertiza tədqiqatlarının dəyəri isə tərəflər arasında bölünməlidir.
95. Beləliklə qeyd edilənləri nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, iddiaçı ASC "xxxx" Bankı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Mingəçevir Şəhər Məhkəməsinin 12 iyul 2023-cü il tarixli, 2(051)-60/2023 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddiaçı ASC "xxxx" Bankının Cavabdeh qarşı xx.xx.2014-cü il tarixli **********89914 nömrəli kredit müqaviləsi üzrə qalıq borc məbləğinin borc alandan tutulması tələbinə dair iddiası qismən təmin edilməli, Cavabdeh xx.xx.2018-ci il tarixdən xx.xx.2022-ci il tarixə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 5% (beş faiz) dərəcəsi ilə hesablanmış 1573,33 ABŞ dolları məbləğində əldən çıxmış fayda (zərər) məhkəmə qətnaməsinin icra edildiyi günə Azərbaycan manatına olan məzənnəsi ilə və 46,75 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı ASC "xxxx" Bankının hesabına ödənilməli, iddia tələbinin qalan hissəsi təmin edilməməlidir.
96. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 66,50 manat dövlət rüsumunun 33,25 manatı Cavabdeh iddiaçı ASC "xxxx" Bankının xeyrinə tutulmalı, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 66,50 manat dövlət rüsumunun yerdə qalan 33,25 manatı iddiaçı ASC "xxxx" Bankının özünə aid edilməli, məhkəmə-mühasibatlıq ekspertizası üzrə ekspertiza tədqiqatlarının cəmi dəyəri olan 450 manatın 225 manatı iddiaçı ASC "xxxx" Bankından, 225 manatı isə Cavabdeh tutularaq dövlət büdcəsi hesabına (AZ34CTRE**********00020 88501; Az.MEM, VÖEN**********, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22) keçirilməlidir.
97. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
İddiaçı ASC "xxxx" Bankı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Mingəçevir Şəhər Məhkəməsinin 12 iyul 2023-cü il tarixli, 2(051)-60/2023 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı ASC "xxxx" Bankının Cavabdeh qarşı xx.xx.2014-cü il tarixli **********89914 nömrəli kredit müqaviləsi üzrə qalıq borc məbləğinin borc alandan tutulması tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh xx.xx.2018-ci il tarixdən xx.xx.2022-ci il tarixə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 5% (beş faiz) dərəcəsi ilə hesablanmış 1573,33 ABŞ dolları məbləğində əldən çıxmış fayda (zərər) məhkəmə qətnaməsinin icra edildiyi günə Azərbaycan manatına olan məzənnəsi ilə və 46,75 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı ASC "xxxx" Bankının hesabına ödənilsin. İddia tələbinin qalan hissəsi təmin edilməsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 66,50 manat dövlət rüsumunun 33,25 manatı Cavabdeh iddiaçı ASC "xxxx" Bankının xeyrinə tutulsun. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 66,50 manat dövlət rüsumunun digər 33,25 manatı iddiaçı ASC "xxxx" Bankının özünə aid edilsin. Məhkəmə-mühasibatlıq ekspertizası üzrə ekspertiza tədqiqatının cəmi dəyəri olan 450 manatın 225 manatı iddiaçı ASC "xxxx" Bankından, 225 manatı isə Cavabdeh tutularaq dövlət büdcəsi hesabına (AZ34CTRE**********00020 88501; Az.MEM, VÖEN**********, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22) keçirilsin. Qətnamədən, iddiaçı, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.