Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1100/2022 15.09.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “alimentin həcminin artırılması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: iddia- alimentin həcminin artırılması) Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Rəfiyev Rövşən Rafiq oğlundan ibarət tərkibdə, Quluzadə Rahul Teyyuf oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, Qəbələ Rayon Məhkəməsinin 28 iyun 2022-ci il tаrixli, 2(025)-753/2022 saylı qətnaməsindən Cavabdeh verdiyi apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı Cavabdeh qarşı “alimentin həcminin artırılması” tələbinə dair iddiası ərizəsi ilə məhkəməyə müraciət edərək, Qəbələ Rayon Məhkəməsinin 16 fevral 2018-ci il tarixli qətnaməsi ilə təyin olunmuş alimentin miqdarı dəyişdirilərək, Cavabdeh 23 iyun 2011-ci il təvəllüdlü X1 yetkinlik yaşma çatanadək saxlanılması üçün hər ay 193(bir yüz doxsan üç) manat sabit pul məbləğində alimentin və uşağın xəstəliyi ilə əlaqədar əlavə xərc olaraq müalicəsi üçün hər ay 200 (iki yüz) manat məbləğində pul vəsaitinin cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Qəbələ Rayon Məhkəməsinin 14 fevral 2013-cü il tarixli, 2(025)-43/2013 nömrəli qətnaməsinə əsasən Cavabdeh ilə aralarında olan nikah pozulmuş, 23 iyun 2011-ci il təvəllüdlü X1 onun himayəsində qalması və yetkinlik yaşma çatanadək saxlanılması üçün hər ay qazancının və ya (başqa gəlirlərinin) ¼ dördə bir hissəsi miqdarında aliment ondan alınaraq ona verilməsi qət edilmişdir. Həmçinin, Qəbələ Rayon Məhkəməsinin 16 fevral 2018-ci il tarixli qətnaməsinə əsasən isə Qəbələ Rayon Məhkəməsinin 14 fevral 2013-cü il tarixli, 2(025)-43/2013 nömrəli qətnaməsi dəyişdirilərək X1 yetkinlik yaşma çatanadək saxlanması üçün hər ay 120 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq ona verilməsi qət edilmişdir. Hal-hazırda uşağa görə ödənilən alimentin məbləği onun təlabatlarını ödəmir, digər tərəfdən X2 epilepsiya və digər xəstəliklərdən əziyyət çəkir, müntəzəm olaraq həkim müayinəsində və müalicəsində olur. 5 yaşından sonra TSEK-in sonuncu müayinəsində sağlamlıq imkanları məhdud uşaq kimi qeydə alınaraq diaqnoz “Yüngül dərəcəli əqli gerilik, qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu. Qıcolma və spazm qeyd olunmuşdur. Müalicə hər ay aparılır, müntəzəm olaraq həkim müayinəsi və müalicəsi olunur, 3 ayda bir dəfə Bakı şəhərində Uşaq Xəstəxanasında və ildə bir dəfə Şəki şəhəri Psixatriya Xəstəxanasında həkim müayinəsinə aparılır, həkimə ödənilən ödəniş və gediş-gəliş haqqı ilə birlikdə 200 manat civarında başa gəlir. Müalicəsi ilə əlaqədar hər ay dərmanlarına 100 manata qədər pul xərclənir. Ümumilikdə, bütün bunlara görə isə hər ay 300 manata qədər xərclər onun və valideyninin köməkliyi ilə qarşılanır. Digər tərəfdən özü də xəstədir, sol bud venasının kəskin trombozu xəstəliyindən əziyyət çəkir və müalicə elətdirir. Cavabdeh şəxs isə əlavə xərclərdə iştirak etmir və köməklik göstərmir. Belə ki, rəsmi öz adına olmasa da yük maşınlarını icarəyə verməklə və taksi fəaliyyəti ilə məşğul olmaqla kifayət qədər qazanc əldə edir. Ona görə də cavabdeh şəxsdən aliment məbləğinin qanunla hər bir uşaq üçün yaşayış minimumuna uyğun tərzdə tutulmasını və uşağın xəstəliyi ilə əlaqədar müalicəsi üçün hər ay ödənilən əlavə xərc kimi pul vəsaitinin tutularaq ona verilməsini istəyir. Birinci instansiya məhkəməsində icraat Qəbələ Rayon Məhkəməsinin 28 iyun 2022-ci il tаrixli, 2(025)-753/2022 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmişdir. Tərəflərin birgə nikahlarından anadan olmuş 23 iyun 2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 140 (bir yüz qırx) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, Cavabdeh 36 (otuz altı) manat 80 (səksən) qəpik məbləğində dövlət rüsumunun tutularaq Dövlət Büdcəsinə keçirilməsi, miqdarı dəyişdirilmiş alimentin tutulmasının bu barədə qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanması qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı ilə cavabdehin birgə nikah münasibətlərindən bir övladı anadan olmuş, sonradan tərəflərin münasibətləri pozulmuş və onlar həmin vaxtdan ayrı yaşamışlar, Qəbələ Rayon Məhkəməsinin 14 fevral 2013-cü il tarixli qətnaməsi ilə Cavabdeh ilə X3 birgə nikahından, 23 iyun 2011-ci il tarixdə anadan olmuş X4 anası, X3 yanında qalması, Cavabdehdan hər ay qazancının və ya (başqa gəlirlərinin) (1/4) dörddə bir hissəsi miqdarında aliment, 17 dekabr 2012-ci il tarixdən başlayaraq birgə nikahdan, 23 iyun 2011-ci il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatana qədər saxlanılması üçün anası, X3 nəfinə verilməsi qət edilmişdir. Qəbələ Rayon Məhkəməsinin 16 fevral 2018-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Qəbələ Rayon Məhkəməsinin 14 fevral 2013-cü il tarixli, 2(025)-43/2013 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği dəyişdirilərək X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 120 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq X5 verilməsi qət edilmişdir. Hazırda iddiaçı övladı barəsində məhkəmə tərəfindən təyin edilmiş alimentin miqdarının artırılaraq cavabdehdən hər ay 193 (bir yüz doxsan üç) manat məbləğində alimentin tutulmasını, uşağın hər ay müalicəsi üçün hər ayda (müalicə olunub sağalana kimi) 200 manat məbləğində pul tələb edir. Gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; Birinci instansiya Məhkəməsi iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab etmişdir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, ölkədə yaşayış minimumu artdığından, 2021-ci ildə uşaqlar üçün yaşayış minimumu 175 manat təşkil etdiyi halda, 2022-ci ildə bu məbləğ 193 manata çatdırılmışdır. Ona görə də bir uşağın saxlanılması üçün 120 manat miqdarında aliment vəsaiti yetərli sayıla bilməz. Ancaq məhkəmə alimentin iddiaçının tələb etdiyi kimi X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər uşaq üçün 193 manat həddində artırılmasını da ədalətli və qanunauyğun hesab etmir. İddiaçı cavabdehin əlavə gəlirlərin, bununla da tələb etdiyi məbləğdə alimentin cavabdehin ödəmək imkanına malik olduğunu təsdiq edən sübutu məhkəməyə təqdim edə bilmədi. Nəzərə alınmalıdır ki, uşaqlarını saxlamaq atanın borcu olduğu kimi, həm də ananın valideynlik vəzifələrinə aiddir. Uşaqlarını saxlamaq valideynlərin həm qanunla müəyyən olunmuş vəzifəsi, həm də mənəvi borcudur. Təyin olunacaq aliment uşaqların maksimum dərəcədə cəmiyyətdə normal inkişafına, tərbiyyəsinə, təhsilinə, müalicəsinə və s. xidmət etməlidir. Qeyd olunanları nəzərə alan məhkəmə alimentin artırılaraq hər ay 140 manat həddində müəyyən edilməsini məqsədə və qanuna müvafiq hesab edir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.4, 76.2, 78.1 və 78.2, 81, 112.1-ci maddləri, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8-2/2016 saylı qərarı, Azərbaycan Respublikası Mülki Prosessual Məclləsinin 14.2, 77.1, 88-ci maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikаyəti onunla əsaslandırılmışdır ki, o heç bir yerdə işləmir, rəsmi olaraq məşğulluq idarəsində qeydiyyatdan keçmişdir. Ona aid heç bir iş olmadığını bildirir. Hərdən günəmuzd işlərində işləyir və bu zaman aylıq gəliri 300-400 manat olur. Qalan vaxtı isə yalnız dövlətin verdiyi çörək pulu ilə dolanır. İkinci dəfə ailə qurmuş, həmin evlilikdən 2 azyaşlı uşağı var. Kiçik övladı Məmmədov Yusif xəstə doğulmuş, hal-hazırda müəlicə və müayinə olunur. Xəstəliklə bağlı xərcləri qarşılaya bilmədiyindən qaynanası da ona kömək edir. Həmçinin himayəsində xəstə anası və yoldaşı da var. Onların müalicə xərclərini o qarşılayır. İddiaçı X6 ilə birgə nikahlarından anadan olmuş övladı Aişə üçün hər ay 80 manat aliment və 30 manat müalicə xərci ödəyir. Qeyd olunan bütün bu ödənişlər onun öhdəsindədir və işsiz olduğundan bu xərcləri qohumlarının köməkliyi ilə birtəhər öhdəsindən gəlir. Məhkəmə bu sübutları nəzərə almamış və ədalətsiz qətnamə qəbul etmişdir. İddiaçının iddia ərizəsində qeyd etdikləri həqiqəti əks etdirmir. Onun əlavə gəlir yeri yoxdur. Adına hər hansı yük maşını yoxdur və taksi fəaliyyəti ilə məşğul olmur. Övladı Aişə üçün aliment ödəməkdən boyun qaçırmır, lakin əvvəlki qətnamə ilə müəyyən edilmiş məbləğ Qəbələ Rayon Məhkəməsinin 28 iyun 2022-ci il tarixli, 2(025)-753/2022 saylı qətnaməsində göstərilən həddə artırılsa o həmin xərcləri qarşılaya bilməyəcək. İddiaçı özü isə kitabxana müdiri işləyir, həmçinin Aişəyə görə dövlətdən sosial yardım da alır. Bunlardan başqa məcburi köçkün olduğundan dövlətdən əlavə sosial yardım da alır. Əlavə olaraq da o hər ay iddiaçıya aliment ödəyir. Qeyd olunan gəlirlər qızının gündəlik tələbatlarını və müalicə xərclərini kifayət qədər qarşılayır. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsinə dair dəlillər xərclərini kifayət qədər qarşılayır. Qəbələ Rayon Məhkəməsinin 28 iyun 2021-ci il tarixli, 2(025)-753/2022 saylı qətnaməsinin ləğv edilməsini, mülki iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin təmin edilməsini, Qəbələ Rayon Məhkəməsinin 28 iyun 2022-ci il tаrixli, 2(025)-753/2022 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi ilə bağlı yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq İddiaçı və onun nümayəndəsi (vəkili) Vəkil heç bir üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəmə kollegiyasına bildirməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Ailə Məcəlləsi: Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla zaldıla və artırıla bilər. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə, aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya hər ikisinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının və səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 78.2-ci maddəsində göstərilir ki, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən, alimetin ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. “Yaşayış minimumu” haqqında Azərbaycan Respublikası Qanunu: Azərbaycan Respublikasında 2022-ci il üçün “Yaşayış minimumu” haqqında Azərbaycan Respublikası Qanununa əsasən 1 yanvar 2022-ci ildən uşaqlar üçün yaşayış minimumu 193 manat müəyyən edilmişdir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanunu: «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 8-ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial, hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Qanunun 19-cu maddəsində göstərilir ki, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin müdafiyəsi valideynlərin əsas vəzifələridir. Valideynlərin uşaqlar barəsində hüquq və vəzifələrinin həyata keçirilməsinə dövlət orqanlarının qarışmasına yalnız qanunla nəzərdə tutulmuş hallarda və uşağın maraqları naminə yol verilə bilər. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8- 2/2016 saylı qərarının 25-ci bəndində göstərilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 10 -1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin tam ləğv edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Ona görə də məhkəmə kolegiyası birinci instansiya məhkəməsinin qərarını tam yoxlamağı məqsədəmüvafiq hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, Qəbələ Rayon Məhkəməsinin 28 iyun 2022-ci il tаrixli, 2(025)-753/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə iclasında cavabdehin izahatı, təqdim olunmuş sübutların bilavasitə tədqiqi əsasında aydın olmuşdur ki, iddiaçı ilə cavabdehin birgə nikah münasibətlərindən bir övladı anadan olmuş, sonradan tərəflərin münasibətləri pozulmuş və onlar həmin vaxtdan ayrı yaşamışlar, Qəbələ Rayon Məhkəməsinin 14 fevral 2013-cü il tarixli qətnaməsi ilə Cavabdeh ilə X3 birgə nikahından, 23 iyun 2011-ci il tarixdə anadan olmuş X4 anası, X3 yanında qalması, Cavabdehdan hər ay qazancının və ya (baqşqa gəlirlərinin) (1/4) dörddə bir hissəsi miqdarında aliment, 17 dekabr 2012-ci il tarixdən başlayaraq birgə nikahdan, 23 iyun 2011-ci il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatana qədər saxlanılması üçün anası, X3 nəfinə verilməsi qət edilmişdir. Qəbələ Rayon Məhkəməsinin 16 fevral 2018-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Qəbələ Rayon Məhkəməsinin 14 fevral 2013-cü il tarixli, 2(025)-43/2013 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği dəyişdirilərək X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 120 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq X5 verilməsi qət edilmişdir. Məhkəmə kollegiyası işin faktiki hallarını araşdıraraq belə qənaətə gəlmişdir ki, mübahisəni həll edərkən birinci instansiya məhkəməsi hər ay uşağın saxlanması üçün 140 manat aliment məbləğini müəyyən etməklə düzgün hüquqi nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası apellyasiya şikayətinə münasibətdə iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin qətnamənin ləğv edilməsi dəlilləri ilə razılaşmır. Belə ki, cavabdeh apellyasiya şikayətində işsiz olduğunu, rəsmi olaraq məşğulluq idarəsində qeydiyyatdan keçdiyini, yalnız hərdən günəmuzd işlərində işlədiyini və bu zaman aylıq gəlirinin 300-400 manat oluğunu, ikinci dəfə ailə qurduğunu, həmin evlilikdən də 2 azyaşlı uşağının olduğunu, kiçik övladının xəstə doğulduğunu, müəlicə və müayinə olunduğunu bildirsə də, bu hallar onu uşaqları saxlamaq və ya aliment ödəmək öhdəliyindən azad etmir. Bundan əlavə "Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən, yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilib. Bununla da birinci instansiya məhkəməsi alimentin məbləğini uşaq üçün 140 manat qət etməklə əslində cavabdehin də mənafeyini nəzərə almışdır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qanuni və əsaslı qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, qanunvericiliyin sadalanan normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Məhkəmə kollegiyası uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcu olmasını, uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə birgə məsuliyyət daşımalarını nəzərə alır. Eyni zamanda kollegiya qeyd edir ki, “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Qanunvericiliyin sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi və sonradan dəyişdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir; lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu özlüyündə müəyyən meyar kimi çıxış etməklə, minimum təminat səviyyəsini nəzərdə tutur, bununla belə, yaşayış minimumu həddində tutulan aliment belə, heç də uşağın getdikcə artan bütün tələbatlarının qarşılanmasının real əvəzi kimi qəbul edilməməlidir. Məhkəmə kollegiyası uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcu olmasını, uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə birgə məsuliyyət daşımalarını, hər bir uşağın Azərbaycan Respublikasının Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat hüququ olmasını, uşağın məktəbli yaşında olmaqla təlabatlarının artmasını, valideynlərin uşaqlarını saxlamağa borclu olmalarını və Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumunun uşaqlar üçün 193 manat məbləğində müəyyən edilməsini, eləcə də diqqətəlayiq olan halları nəzərə alaraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Yaranmış vəziyyətdə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən aliment məbləği müəyyən edilərkən uşağın layiqli, firəvan yaşayış səviyyəsi, təlim-tərbiyəsi, təhsili, sosial müdafiəsi, sağlamlığının yüksək səviyyədə təşkili, tərəflərin maddi həyat şəraiti və uşağın mənafeyi nəzərə alınaraq uşağın saxlanması üçün 140 manat alimentin cavabdehdən alınaraq iddiaçıya verilməsi ilə bağlı gəldiyi nəticə əsaslı olduğundan apellyasiya şikayətinin dəlilləri, apellyasiya şikayətinin təmin edilməsi üçün əsas ola bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, Qəbələ Rayon Məhkəməsinin 28 iyun 2022-ci il tаrixli, 2(025)-753/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 382, 384, 392-393, və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Qəbələ Rayon Məhkəməsinin 28 iyun 2022-ci il tаrixli, 2(025)-753/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verə bilməz.
Məhkəmə qərarları › İş №2(107)-1100/2022
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1100/2022
15.09.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver