Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1101/2021 03.11.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsrafilov Elçin Əvəz oğlunun katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, X5, X13 və X1 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun ipoteka predmeti olan daşınmaz əmlaklara yönəldilməsi və fərdi yaşayış evinin boşaldılması tələbinə dair mülki iş üzrə Ağdaş Rayon Məhkəməsinin 09 iyul 2019- cu il tarixli, 2(014)-59/2019 nömrəli qətnaməsindən İddiaçı ASC tərəfindən verilmiş apelyasiya şikаyətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: Ağdaş Rayon Məhkəməsinin 09 iyul 2019-cu il tаrixli, 2(014)-59/2019 saylı qətnaməsi ilə (hakim Nizam Əliyev) iddia qismən təmin edilmiş, 26 iyul 2013-cü il tarixli GYF-8215 saylı kredit müqaviləsi üzrə yaranmış 16.411,12 AZN borc və 3000 AZN cərimə borcu olmaqla, cəmi 19.411,12 AZN manat borcun Cavabdeh1 alınaraq İddiaçı ASC-nin xeyrinə ödənilməsi, 26 iyul 2013-cü il tarixli GYF8215 saylı kredit müqaviləsi üzrə borcun tutulmasının ipooteka qoyulmuş, mülkiyyət hüququ üzrə Cavabdeh2 məxsus ünvan 1 ünvanda yerləşən, 6 otaqlı fərdi yaşayış evinə və cavabdeh X11 mülkiyyətində olan Ağdaş şəhəri, Bakı-Ağdaş-Qəbələ yolunun 1-ci kilometrliyinin sol tərəfində yerləşən qeyri-yaşayış binasını yönəldilərək həmin daşınmaz əmlakların açıq hərrac yolu ilə satılması, ipotekaya qoyulmuş mülkiyyət hüququ üzrə Cavabdeh2 məxsus ünvan 2 ünvanda yerləşən, 6 otaqlı fərdi yaşayış evinin hərracda ilkin satış qiymətinin 72.000 manat məbləğində və cavabdeh X11 mülkiyyətində olan Ağdaş şəhəri, Bakı-Ağdaş-Qəbələ yolunun 1-ci kilometrliyinin sol tərəfin yerləşən qeyri-yaşayış binasının hərracda ilkin satış qiymətinin 55.000 manat məbləğində müəyyən edilməsi, hərrac yolu ilə satışdan əldə edilən pul məbləğinin Cavabdeh1 26 iyul 2013-cü il tarixli GYF-8215 saylı kredit müqaviləsi üzrə yaranmış cəmi 19.411,12 AZN manat məbləğində borcunun ödənilməsinə yönəldilməsi, Cavabdeh2 ğluna məxsus ünvan 2 ünvanda yerləşən, 6 otaqlı fərdi yaşayış evinə tutma yönəldildikdən və satıldıqdan 1 ay sonra ipoteka predmeti olan fərdi yaşayış evinin boşaldılması, iddia ərizəsi verilərkən dövlət büdcəsinə köçürülmüş 30 manat, sənədlərin notariat qaydada təsdiq edilməsi üçün ödənilmiş 58 manat dövlət rüsumunun Cavabdeh1 alınaraq İddiaçı ASC-nin xeyrinə ödənilməsi, iş üzrə təyin edilmiş qiymtləndirilmənin aparılmasına görə 800 AZN məbləğində pulun Cavabdeh1 alınaraq "xxxx" MMCnin hesabına köçürülməsi qət edilmişdir. İşin halları İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, X5, X13 və X1 qarşı «kredit müqaviləsi üzrə yaranmış borcun ipoteka predmeti olan daşınmaz əmlaklara yönəldilməsi və fərdi yaşayış evinin boşaldılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 26 iyul 2013-cü il tarixli GYF-8215 saylı kredit müqaviləsi üzrə yaranmış 23177 manat əsas kredit borcu, 4479 manat faiz borcu və 5580 manat cərimə borcu olmaqla, cəmi 33236 (otuz üç min iki yüz otuz altı) manat borcun Cavabdeh1 alınaraq AtaBank» ASC-nin xeyrinə ödənilməsini, 26 iyul 2013-cü il tarixli GYF-8215 saylı kredit müqaviləsi üzrə borcun tutulması ipooteka qoyulmuş, mülkiyyət hüququ üzrə Cavabdeh2 məxsus ünvan 1 ünvanda yerləşən, 6 otaqlı fərdi yaşayış evinə və cavabdeh X11 mülkiyyətində olan Ağdaş şəhəri, BakıAğdaşQəbələ yolunun 1-ci km-nin sol tərəfində yerləşən qeyri-yaşayış binasını yönəldilərək həmin daşınmaz əmlakların açıq hərrac yolu ilə satılmasına, ipotekaya qoyulmuş mülkiyyət hüququ üzrə Cavabdeh2 məxsus ünvan 2 ünvanda yerləşən, 6 otaqlı fərdi yaşayış evi hərracda ilkin satış qiymətinin 70300 manat məbləğində və cavabdeh X11 mülkiyyətində olan Ağdaş şəhəri, Bakı-Ağdaş-Qəbələ yolunun 1 -ci km-nin sol tərəfin yerləşən qeyri-yaşayış binasının hərracda ilkin satış qiymətinin 54800 manat məbləğin» müəyyənləşdirilməsinə, hərrac yolu ilə satışdan əldə edilən pul məbləğindən Cavabdeh1 26 iyul 2013-cü il tarixli GYF-8215 saylı kredit müqaviləsi üzrə yaranmış cəmi 33236 (otuz üç min iki yüz otuz altı) manat məbləğində borcunun ödənilməsinə, ipotekaya qoyulmuş mülkiyyət hüququ üzrə Cavabdeh2 məxsus ünvan 2 ünvanda yerləşən, 6 otaqlı fərdi yaşayış evinə tutma yönəldildikdən və satıldıqdan 1 ay sonra ipoteka predmeti olan fərdi yaşayış evinin boşaldılmasına və iddia ərizəsi verilərkən dövlət büdcəsinə köçürülmüş 30 manat, sənədlərin notariat qaydada təsdiq edilməsi üçün ödənilmiş 58 manat dövlət rüsumunun Cavabdeh1 alınaraq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC-nin nümayəndəsi X6 iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti arasında 26 iyul 2013-cü il tarixdə GYF- 8215 saylı Kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin şərtlərinə əsasən Cavabdeh1 İddiaçı ASC tərəfindən dövriyyə vəsaitinin artırılması məqsədi ilə 48 ay müddətinə illik 19 % hesablanmaqla 50000 (əlli min) manat məbləğində kredit ayrılmışdır. Kredit məbləği 26 iyul 2013-cü il tarixdə Cavabdeh1 ödənilmişdir. 30 iyul 2013-cü il tarixdə bağlanmış, 11 may 2011-ci il tarixli ipoteka müqaviləsinə ipotekanın əlavə qeydiyyatı haqqında razılaşmaya görə Cavabdeh2 mülkiyyət hüququ üzrə özünə məxsus ünvan 2 ünvanda yerləşən, 6 otaqlı fərdi yaşayış evini Cavabdeh1 26 iyul 2013-cü il tarixdə iddiaçı ilə bağladığı GYF-8215 № li kredit müqaviləsi üzrə öhdəliyinin icrasını təmin etmək məqsədi ilə ipotekaya qoyulmuşdur. İpoteka predmeti 70300 manat məbləğində qiymətləndirilmişdir. Cavabdeh2 ilə bağlanmış ipoteka müqaviləsinin şərtlərinə görə ipoteka saxlayandan götürülmüş kredit məbləğində kreditin ssuda hesabına daxil olduğu gündən etibarən, 48 ay müddətinə hər 30 təqvim gününün bitdiyi sonuncu gün ipotekasaxlayana nağd və ya köçürülmə yolu ilə bərabər hissələrlə ödənilməsini, kreditdən istifadəyə görə illik 19 faizlə hesablanmış faizlərin isə kreditin ssuda hesabına daxil olduğu gündən etibarən hər 30 təqvim gününün bitdiyi sonuncu gün ipoteka saxlayana nağd və ya köçürülmə yolu ilə ödənilməsini öhdəsinə götürmüşdür.01 avqust 2013-cü il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsində Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 309-cu və İpoteka haqqında qanunun 10.4-cü maddələrinə uyğun olaraq Cavabdeh2 tərəfindən ipoteka qoyulmuş fərdi yaşayış evinin dövlət qeydiyyatı aparılmış və həmin tarixdə DƏDRX tərəfindən bu barədə yüklülük Çıxarışı (Seriya: RX №0228046) təqdim edilmişdir. Bundan başqa cavabdeh X14 30 iyul 2013-cü il tarixdə bağlanmış, 11 may 2011-ci il tarixli ipoteka müqaviləsinə ipotekanın əlavə qeydiyyatı haqqında razılaşmaya əsasən mülkiyyətində olan Ağdaş şəhəri Bakı-Ağdaş-Qəbələ yolunun 1-ci km-nin sol tərəfində yerləşən 54800 manat məbləğində qiymətləndirilmiş qeyri-yaşayış binasını digər Cavabdeh1 26 iyul 2013-cü il tarixdə iddiaçı ilə bağladığı GYF-8215 № li kredit müqaviləsi üzrə öhdəliyinin icrasını təmin etmək məqsədi ilə ipoteka qoymuşdur. İpoteka qoyan X3 bağladığı ipoteka müqaviləsinə əsasən ipoteka saxlayandan götürülmüş kredit məbləğində kreditin ssuda hesabına daxil olduğu gündən etibarən, 48 ay müddətinə hər 30 təqvim gününün bitdiyi sonuncu gün ipotekasaxlayana nağd və ya köçürülmə yolu ilə bərabər hissələrlə ödənilməsini, kreditdən istifadəyə görə illik 19 faizlə hesablanmış faizlərin isə kreditin ssuda hesabına daxil olduğu gündən etibarən hər 30 təqvim gününün bitdiyi sonuncu gün ipoteka saxlayana nağd və ya köçürülmə yolu ilə ödənilməsini öhdəsinə götürmüşdür. 01 avqust 2013-cü il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsində Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 309-cu və İpoteka haqqında qanununun 10.4-cü maddələrinə uyğun olaraq cavabdeh X14 tərəfindən ipoteka qoyulmuş qeyri-yaşayış binasının dövlət qeydiyyatı aparılmış və həmin tarixdə DƏDRX tərəfindən daşınmaz əmlakın yüklülüyünün qeydə alınması barədə RX seriyalı ******* nömrəli dövlət reyestrindən Çıxarış iddiaçıya təqdim edilmişdir.Cavabdeh1 ilə kredit müqaviləsi bağlandıqdan sonra, İddiaçı Açıq Səhmdar Cəmiyyəti həmin müqavilə ilə üzərinə götürdüyü öhdəliklərini lazımi qaydada icra etmişdir. Kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh1 razılaşdırılmış ödəniş qrafiki üzrə 48 ay müddətində hər aym 26-sı tarixində (26.08.2013- 26.07.2017) kredit borcunu ödəməli idi. Lakin Cavabdeh1 kredit müqaviləsinin qaydalarını pozaraq kreditin əsas məbləğini və ona hesablanmış faizləri 26 avqust 2013-cü ildən başlayaraq hər ayın 26-da ödənilməsini öhdəsinə götürdüyü halda, yalnız faiz borcundan cüzi ödəmələr etmişdir.Bununla da cavabdehlər Bankla bağladıqları kredit və ipoteka müqavilələrinin tələblərini pozmuşdur. İddiaçı ASC-nin nümayəndəsi X6 iddia tələbinə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh2 birinci instansiya məhkəməsinin iclasında iddia tələbini qismən qəbul edərək izah etmişdir ki, 30 iyul 2013-ci il tarixdə onunla İddiaçı ASC arasında İpoteka müqaviləsi bağlanmışdır.Ona məxsus ünvan 2 ünvanda yerləşən, 6 otaqlı fərdi yaşayış evini Cavabdeh1 26 iyul 2013-cü il tarixdə iddiaçı ilə bağladığı GYF-8215 № li kredit müqaviləsi üzrə öhdəliyinin icrasını təmin etmək məqsədi ilə ipotekaya qoyulmuşdur. İpoteka predmeti 70300 manat məbləğində qiymətləndirilmişdir. Cavabdeh1 kredit borcunu əvvələr ödəsədə son vaxtlar maddi vəziyətinin pis olması ilə əlaqədar ödəyə bilməmişdir. Məhkəmədən faizin silinməsini və borcu ödəmək üçün vaxt verilməsini xahiş edir. Cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, X5, X13 və X1 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehlərin məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onun iştirakı olmadan baxılmasını mümkün sayır. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnamədən narazı qalan İddiaçı ASC və Cavabdeh2 tərəfindən apelyasiya şikayəti verilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər- E.Hüseynov (sədrlik edən və məruzəçi) M.Hüseynov və G.Abbasov) 15 sentyabr 2020-ci il tarixli, 2(107)- 783/2020 nömrəli qətnaməsi ilə İddiaçı ASC tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilərək, Ağdaş Rayon Məhkəməsinin 09 iyul 2020-ci il tarixli, 2(014)-59/2019 saylı qətnaməsi kredit müqaviləsi üzrə hesablanmış 3000 manat cərimə borcu və ümümi məbləğ hissəsində dəyişdirilərək cərimə borcu 500 manat həddində və ümumi məbləğ 16911.12 manat müəyyən edilmiş, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 200 manatın iddiaçıdan alınması qət edilmişdir. İddiaçı ASC apelyasiya məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilərək, işə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh2 apelyasiya məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin qismən “mülkiyyət hüququ üzrə cavabdeh Qurbanov Paşa Elman oğluna məxsus ünvan 3 ünvanda yerləşən, 6 otaqlı fərdi yaşayış evinə yönəldilərək həmin daşınmaz əmlakların açıq hərrac yolu ilə satılması” hissəsində ləğv edilərək, həmin hissədə iddia tələblərinin rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 16 mart 2021-ci il tarixli 2(102)-1619/2021 nömrəli qərarı ilə İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun kassasiya şikayəti qismən təmin edilərək Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-783/2020 nömrəli iş üzrə 15 sentyabr 2020-ci il tarixli qətnaməsi ipotekanın ilkin satış qiyməti hissəsində ləğv edilmiş, iş həmin hissədə yenidən baxılması üçün apelyasiya məhkəməsinə göndərilmiş, Cavabdeh2 kassasiya şikayəti təmin edilməmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı ASC apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instаnsiyа məhkəməsi iddianı qismən təmin edərkən qanunvericiliyin tələblərini pozmuşdur. Belə ki, məhkəmə iddia tələbinin cərimə məbləğinə dair hissəsini qismən, yəni 3000 manat məbləğində təmin etməklə qanunsuz qətnamə qəbul etmişdir. Halbuki Cavabdeh1 İddiaçı ASC ilə bağladığı 26 iyul 2013-cü il tarixli GYF-8215 saylı kredit müqaviləsi üzrə iddia ərizəsi məhkəməyə verilən günə 23177 manat əsas kredit borcu, 4479 manat faiz borcu və 5580 manat cərimə borcu olmaqla, cəmi 33236 manat borcu yaranmışdır. Cavabdeh1 kredit müqaviləsinin qaydalarını pozaraq kreditin əsas məbləğini və ona hesablanmış faizləri 26 avqust 2013-cü ildən başlayaraq hər ayın 26-da ödənilməsini öhdəsinə götürdüyü halda, öhdəliklərini vaxtında və lazımi qaydada icra etməmiş və nəticədə onunla bağlanmış kredit müqaviləsinin 5.2-ci bəndinin tələblərinə əsasən hər gecikdirilən gün üçün müqavilənin 3.4. bəndi ilə müəyyənləşdirilən faizlərin iki misli miqdarında cərimə hesablanmışdır. Lakin məhkəmə cərimə məbləğini 3000 manat məbləğində müəyyən etməklə kreditorun pozulmuş əmlak mənafelərini nəzərə almamışdır. Bundan başqa iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 11 yanvar 2019-cu il tarixli rəyini sübut növü kimi nəzərə alan məhkəmə Cavabdeh1 banka olan 23177 manat əsas kredit və 4479 manat faiz borcunu azaldaraq cəmi 16.411,12 manat müəyyən etmişdir. Halbuki qeyd edilən rəydən görünür ki, ekspert kredit müqaviləsinin müddəti bitdikdən sonra ödənilən 6600 manat ödənişi faiz və cərimə borcundan deyil, əsas borcdan silmişdir. Belə olduğu halda məhkəmə əlavə məhkəmə-mühasibatlıq ekspertizası təyin etməli idi. Ona görə də, Ağdaş Rayon Məhkəməsinin 09 iyul 2020-ci il tarixli, 2(014)- 59/2019 saylı qətnаməsinin ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında İddiaçı ASC-nin nümayəndəsi X12 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, X7, X14 və X2 işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 16 mart 2021-ci il tarixli 2(102)-1619/2021 nömrəli qərarında olan göstərişlərlə birgə, işin materialları üzrə yoxlayıb, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmalı, Ağdaş Rayon Məhkəməsinin 09 iyul 2019- cu il tarixli, 2(014)-59/2019 nömrəli qətnaməsi ipotekaya qoyulmuş mülkiyyət hüququ üzrə Cavabdeh2 məxsus ünvan 2 ünvanda yerləşən, 6 otaqlı fərdi yaşayış evinin ilkin satış qiyməti 58.000 manat məbləğində müəyyən edilməklə dəyişdirilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş RPŞ-si tərəfindən 12 may 2010-cu il tarixdə verilmiş AZE seriyalı 073831 saylı şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, X6 19 noyabr 1971-ci il tarixdə Göycay şəhərində anadan olmuş, Göyçay şəhəri, M.Ə.Rəsulzadə küçəsi ev 129 qeydiyyatdadır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş RPŞ-si tərəfindən 12 avqust 2008-cı il tarixdə verilmiş AZE seriyalı 06470852 saylı şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, Cavabdeh1 20 yanvar 1982-ci il tarixdə Ağdaş şəhərində anadan olmuş, Ağdaş şəhəri, H.Hacıyev küçəsi-3 A-da qeydiyyatdadır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş RPŞ-si tərəfindən 19 noyabr 2004-cü il tarixdə verilmiş AZE seriyalı 02093864 saylı şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, Cavabdeh2 01 iyul 1945-ci il tarixdə Ağdaş rayonu, Qolqəti kəndində anadan olmuş, Ağdaş şəhəri, Azərbaycan küçəsi 24-də qeydiyyatdadır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş RPŞ-si tərəfindən 14 sentyabr 2005-ci il tarixdə verilmiş AZE seriyalı 03056753 saylı şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, Cavabdeh3 15 dekabr 1954-cü il tarixdə Ağdaş şəhərində anadan olmuş, Ağdaş şəhəri, Azərbaycan küçəsi 24-də qeydiyyatdadır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş RPŞ-si tərəfindən 22 fevral 2017-ci il tarixdə verilmiş AZE seriyalı 16908267 saylı şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, Cavabdeh4 08 fevral 1982-ci il tarixdə Kürdəmir şəhərində anadan olmuş, Ağdaş şəhəri, Azərbaycan küçəsi 24-də qeydiyyatdadır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş RPŞ-si tərəfindən 04 avqust 2014-cü il tarixdə verilmiş AZE seriyalı 14681079 saylı şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, X7 29 sentyabr 1988-ci il tarixdə Ağdaş şəhərində anadan olmuş, Ağdaş şəhəri, Azərbaycan küçəsi 24-də qeydiyyatdadır. İş materialları ilə müəyyən edilir ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 26 iyul 2013-cü il tarixli, GYF-8215 saylı kredit müqaviləsinə əsasən ona 50000 (əlli min) AZN məbləğində kredit verilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən RX seriyalı ******* saylı çıxarışından məlum olur ki, Cavabdeh2 mülkiyyət hüququ üzrə məxsus olan Ağdaş şəhəri, Azərbaycan küçəsində yerləşən 0,05 ha. torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərindəki 1 mərtəbəli, 6 otaqlı yaşayış sahəsi 163 kv.m yardımçı sahəsi 80.08 kv.m ümumi sahəsi 243.08 kv.m təşkil edən 24 nömrəli fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. Daşınmaz əmlakın dövlət reyestrində 3 nömrəli reyestr kitabının 98 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 30 iyul 2013-cü il tarixli ipoteka müqaviləsindən məlum olur ki, ipoteka predmetinin dəyəri tərəflərin razılığı ilə 61000 (altmış bir min) manat müəyyən edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 30 iyul 2013-cü il tarixli razılıq ərizəsinin surətindən məlum olur ki, Cavabdeh2 məxsus Ağdaş şəhəri, Azərbaycan küçəsində yerləşən 0,05 ha. torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərindəki 1 mərtəbəli, 6 otaqlı yaşayış sahəsi 163 kv.m yardımçı sahəsi 80.08 kv.m ümumi sahəsi 243.08 kv.m təşkil edən 24 nömrəli fərdi yaşayış evini ipotekaya qoyulmasına etiraz etmir, gələcəkdə məhkəmə mübahisəsi yaranarsa evi qeyri şərtsiz tərk edəcək və bütün müsuliyyəti öz üzərinə götürür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən İddiaçı ASC ilə X14 arasında bağlanmış 30 iyul 2013-cü il tarixli ipoteka müqaviləsindən məlum olur ki, X13 mülkiyyət hüququ üzrə məxsus olan Ağdaş şəhəri, Bakı-Ağdaş-Qəbələ yolunun 1-ci kmnin sol tərəfində yerləşən 0.01 ha torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərindəki 1 mərtəbəli, qeyri-yaşayış sahəsi 92.93 kv.m ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən İddiaçı ASC ilə X14 arasında bağlanmış 30 iyul 2013-cü il tarixli ipoteka müqaviləsindən məlum olur ki, ipoteka predmetinin dəyəri tərəflərin razılığı ilə 53435 (əlli üç min dörd yüz otuz beş) manat müəyyən edilmişdir. Hazırkı ekspertiza tədqiqatı zamanı hesabdan çıxarış məlumatlarından göründüyü kimi, 26 iyul 2013-cü il tarixli, GYF-8215 saylı kredit müqaviləsi X8 tərəfindən 31 iyul 2017ci il tarixdən 03 aprel 2018-ci il tarixədək 6600 AZn məbləğində ödənişlər edilmişdir. 6600 AZn məbləğində ödənişlər nəzərə alındığı təqdirdə 16.411,12 (23.011,12-6.600) məbləğində borc qalacaqdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən "xxxx" MMCnin 14 may 2019-cu il tarixli rəyindən görünür ki, Cavabdeh2 məxsus Ağdaş şəhəri, Azərbaycan küçəsində mülkiyyətdə olan 0.05 ha torpaq sahəsində yerləşən 24 nömrəli fərdi yaşayış evinin hazırki bazar qiyməti 72 000 (yetmiş iki min) manatdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən "xxxx" MMCnin 14 may 2019-cu il tarixli rəyindən görünür ki, X13 məxsus Ağdaş şəhəri, Bakı-Ağdaş-Qəbələ yolunun 1-ci km-nin sol tərəfində yerləşən 0.01 ha torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərindəki 1 mərtəbəli, qeyri-yaşayış sahəsinin hazırki bazar qiyməti 55 000 (əlli beş min) manatdır. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 295, 298.1, 298.2, 317.1, 317.2, 319.2, 442, 445.1, 445.2.1, 445.3, 467, 739.1 və 741-ci maddələrinə, Azərbaycan Respublikasının «İpoteka haqqında» Qanununun 26.1.3-cü maddəsinə, 33, 34.1, 39.3.3, 41.1, 59.1, 59.3 və 59.4-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu madələrinin bəzi müddəalarının şərh olunmasına dair” Plenumunun Qərarına istinad etmişdir. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında 26 iyul 2013-cü il tarixdə GYF-8215 saylı Kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin şərtlərinə əsasən Cavabdeh1 İddiaçı ASC tərəfindən dövriyyə vəsaitinin artırılması məqsədi ilə 48 ay müddətinə illik 19 % hesablanmaqla 50000 (əlli min) manat məbləğində kredit ayrılmışdır. Kredit müqaviləsinin təmin edilməsi üçün İddiaçı ASC ilə cavbdehlər Cavabdeh2 və X18 arasında ipoteka müqaviləsi bağlanmışdır. Cavabdeh2 məxsus Ağdaş şəhəri, Azərbaycan küçəsində yerləşən 0,05 ha. torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərindəki 1 mərtəbəli, 6 otaqlı yaşayış sahəsi 163 kv.m yardımçı sahəsi 80.08 kv.m ümumi sahəsi 243.08 kv.m təşkil edən 24 nömrəli fərdi yaşayış evinin ipoteka qoyulması barədə 30 iyul 2013-cü il tarixli GYF-8215 saylı ipoteka müqaviləsi bağlanmışdır. X9 məxsus olan Ağdaş şəhəri, Bakı-Ağdaş-Qəbələ yolunun 1-ci km-nin sol tərəfində yerləşən 0.01 ha torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərindəki 1 mərtəbəli, qeyri-yaşayış sahəsi ipoteka qoyulması barədə 30 iyul 2013-cü il tarixli GYF-8215 saylı ipoteka müqaviləsi bağlanmışdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia qismən təmin edilməli, bank tərəfindən hesablanmış dəbbə pulunun 5580 AZN məbləği azaldılaraq 3000 AZN həddində müəyyən edilməli, Cavabdeh1 16.411,12 AZN (ekspert rəyi ilə müəyyən edilmiş 23.011,12 (22687.2 AZN əsas borc+ 323 AZN faiz borcu)-6600 AZN) borc və 3000 AZN cərimə borcu olmaqla, cəmi 19.411,12 AZN manat borc pul məcburi alınaraq İddiaçı ASCnin xeyrinə ödənilməli, borcun tutulması cavabdehlər Cavabdeh2 məxsus Ağdaş şəhəri, Azərbaycan küçəsində yerləşən 0,05 ha. torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərindəki 1 mərtəbəli, 6 otaqlı yaşayış sahəsi 163 kv.m yardımçı sahəsi 80.08 kv.m ümumi sahəsi 243.08 kv.m təşkil edən 24 nömrəli fərdi yaşayış evinə və X9 məxsus olan Ağdaş şəhəri, Bakı-Ağdaş-Qəbələ yolunun 1- ci km-nin sol tərəfində yerləşən 0.01 ha torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərindəki 1 mərtəbəli, qeyri-yaşayış sahəsinə yönləndirilməli; ipoteka predmeti olan Cavabdeh2 məxsus Ağdaş şəhəri, Azərbaycan küçəsində mülkiyyətdə olan 0.05 ha torpaq sahəsində yerləşən 24 nömrəli fərdi yaşayış evinin ilkin satış qiyməti 72 000 (yetmiş iki min) manat, ipoteka predmeti olan X13 məxsus Ağdaş şəhəri, Bakı-Ağdaş-Qəbələ yolunun 1-ci km-nin sol tərəfində yerləşən 0.01 ha torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərindəki 1 mərtəbəli, qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti 55 000 (əlli beş min) manat müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı qismən təmin edərkən ipoteka predmetinin ilkin satış qiymətinə aid hissədə gəldiyi nəticə ilə razılaşmır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair 20 iyul 2020-ci il tarixli qərardadında göstərilmişdir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. İpoteka predmetinin ilkin satış qiyməti onların real bazar qiyməti nəzərə alınmaqla müəyyən edilən likvid qiymətidir. İpoteka haqqında Azərbaycan Respublikası Qanunun 39.3.3-cü maddəsinə əsasən ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 16 mart 2021-ci il tarixli 2(102)-1619/2021 nömrəli qərarında olan göstərişləri və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair 20 iyul 2020-ci il tarixli qərardadında olan tövsiyyələrini nəzərə alıb məhkəmə kollegiyası hazırkı iş üzrə ipoteka predmeti olan Cavabdeh2 məxsus Ağdaş şəhəri, Azərbaycan küçəsində mülkiyyətdə olan 0.05 ha torpaq sahəsində yerləşən 24 nömrəli fərdi yaşayış evinin və X13 məxsus Ağdaş şəhəri, Bakı-Ağdaş-Qəbələ yolunun 1-ci km-nin sol tərəfində yerləşən 0.01 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərindəki 1 mərtəbəli, qeyri-yaşayış sahəsinin hazırki bazar qiyməti nəzərə alınmaqla likvid qiymətinin müəyyən edilməsi üçün qiymətləndirici dəvət etmiş, qiymətləndirmə müstəqil qiymətləndirici "XXXX" MMC -yə həvalə edilmişdir. "XXXX" MMC tərəfindən verilmiş qeyri-yaşayış binasının qiymətləndirilməsinə dair 1294/21/ATAB nömrəli hesabatda göstərilmişdir ki, qiymətləndirmə prosesi nəticəsində müəyyən olundu ki, Ağdaş şəhəri, Azərbaycan küçəsində, Cavabdeh2 mülkiyyətində olan 0.05 ha torpaq sahəsi ilə birlikdə, həmin torpaq sahəsi üzərində yerləşən 1 mərtəbəli, 6 otaqlı, 243.62 m2 ümumi, 163.54 m2 yaşayış, 80.08 m2 yardımçı sahədən və tikintialtı sahəsi 14.3 m2 olan hamam (liter B), 4.68 m2 olan ayaqyolu (liter 1), 22.56 m2 olan hasar (liter 2), qapı (liter 3) və darvazadan (liter 4) ibarət 24 nömrəli fərdi yaşayış evinin hazırkı bazar qiyməti nəzərə alınmaqla müəyyən edilən likvid dəyəri: 58 000 (əlli səkkiz min) manat təşkil edir. "XXXX" MMC tərəfindən verilmiş qeyri-yaşayış binasının qiymətləndirilməsinə dair 1295/21/ATAB nömrəli hesabatda göstərilmişdir ki, qiymətləndirmə prosesi nəticəsində müəyyən olundu ki, Ağdaş şəhəri, Bakı-Ağdaş-Qəbələ yolunun 1 km-nin sol tərəfində, istifadədə olan 0.01 ha torpaq sahəsi üzərində yerləşən, X11 xüsusi mülkiyyətində olan 92.93 m1 2 3 ümumi sahədən ibarət qeyri-yaşayış binasının (mağaza, ticarət) hazırkı bazar qiyməti nəzərə alınmaqla müəyyən edilən likvid qiyməti: 55 000 (əlli beş min) manat təşkil edir. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı qismən təmin edərkən maddi hüquq normalarını düzgün tətbiq etsə də, mülkiyyət hüququ üzrə Cavabdeh2 məxsus fərdi yaşayış evinin ilkin satış qiymətini 72000 müəyyən etməklə düzgün nəticəyə gəlmədiyindən İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmalı, Ağdaş Rayon Məhkəməsinin 09 iyul 2019- cu il tarixli, 2(014)-59/2019 nömrəli qətnaməsi ipotekaya qoyulmuş mülkiyyət hüququ üzrə Cavabdeh2 məxsus ünvan 2 ünvanda yerləşən, 6 otaqlı fərdi yaşayış evinin ilkin satış qiyməti 58.000 manat məbləğində müəyyən edilməklə dəyişdirilməli, qətnamə mübahisələndirilən digər ipoteka predmetinin ilkin satış qiymətinə aid hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 384.0.3-cü maddəsinə görə аpellyаsiyа instаnsiyаsı Məhkəməsi qətnаməni dəyişdirə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunsun. Ağdaş Rayon Məhkəməsinin 09 iyul 2019- cu il tarixli, 2(014)-59/2019 nömrəli qətnaməsi ipotekaya qoyulmuş mülkiyyət hüququ üzrə Cavabdeh2 məxsus ünvan 2 ünvanda yerləşən, 6 otaqlı fərdi yaşayış evinin ilkin satış qiyməti 58.000 manat məbləğində müəyyən edilməklə dəyişdirilsin. Qətnamə Ağdaş şəhəri, Bakı-Ağdaş-Qəbələ yolunun 1 km-nin sol tərəfində, istifadədə olan 0.01 ha torpaq sahəsi üzərində yerləşən, X11 xüsusi mülkiyyətində olan 92.93 m1 2 3 ümumi sahədən ibarət qeyri-yaşayış binasının (mağaza, ticarət) hazırkı bazar qiyməti nəzərə alınmaqla likvid qiymətinin 55 000 (əlli beş min) manat müəyyən edilməsi hissəsində dəyişdirilmədən saxlanılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-1101/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1101/2021
03.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver