Məhkəmə qərarları › İş №2(107)-1104/2023

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1104/2023

11.10.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1104/2023 11.10.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: maddi ziyanın ödənilməsi, pul tələbi) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və X1 ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi, İddiaçı nümayəndəsi X2 və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 və X6 qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Zərdab Rayon Məhkəməsinin 11 may 2023-cü il tarixli, 2(035)- 140/2023 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları

1. İddiaçı xx.xx.2022-ci il tarixdə saat 21:50 radələrində idarə etdiyi “Mersedes-Benz E190” Minik markalı, **-RO-*** dövlət qeydiyyat nişanlı avtomobillə Zərdab-Ucar yolunun Zərdab rayonun Çallı kəndindən keçən hissəsində hərəkət etdiyi zaman yolun əks istiqamətindən nəzarətsiz qalan iri buynuzlu bir baş inək qəflətən avtomobil yoluna çıxaraq idarə etdiyi avtomobilin ön hissəsinə dəyərək avtomobilin ön şüşəsini, qabaq sol və arxa qapısının şüşələrini, qabaq sol qapısını və yan tərəfini əzmiş və nəticədə iddiaçının avtomobilinə 1528 manatlıq ziyan vurmuşdur. Heyvanın sahibi Cavabdeh1dur. O, həmin gün heyvanı kənddə mallara nəzarət edilməsi üçün növbətçiyə təhvil vermişdir. Həmin hadisəyə görə Cavabdeh2 barəsində Zərdab Rayon Polis şöbəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə inzibati protokol tərtib edilmiş və Zərdab Rayon Məhkəməsinin 3(035)-468/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə Cavabdeh2 təqsirli bilinərək 80 (səksən) manat məbləğində cərimə olunmuşdur.

Birinci instansiya məhkəməsində icraat:

2. İddiaçı cavabdehlər Cavabdeh1, X8 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona vurulmuş maddi ziyana görə 1528 manat məbləğində pulun və və qaldırılmış iddiaya görə ödənilmiş 35.28 манат dövlət rüsumunun, cəmi 1563.28 manat pulun cavabdehlərdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 iddianı müdafiə edərək izahatında göstərmişdir ki, iddiaçı xx.xx.2022-ci il tarixdə saat 21:50 radələrində idarə etdiyi “Mersedes-Benz E190” Minik markalı, **-RO-*** dövlət qeydiyyat nişanlı avtomobillə Zərdab-Ucar yolunun Zərdab rayonun Çallı kəndindən keçən hissəsində hərəkət etdiyi zaman yolun əks istiqamətindən nəzarətsiz qalan iri buynuzlu bir baş inək qəflətən avtomobil yoluna çıxaraq idarə etdiyi avtomobilin ön hissəsinə dəyərək avtomobilin ön şüşəsini, qabaq sol və arxa qapısının şüşələrini, qabaq sol qapısını və yan tərəfini əzmiş və nəticədə iddiaçının avtomobilinə 1528 manatlıq ziyan vurmuşdur. Zərdab RPŞ-nin əməkdaşları tərəfindən aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, heyvanın sahibi Cavabdeh1dur. O, həmin gün heyvanı səhər-səhər nobatçıya təhvil vermişdir. Nobatçılar isə Cavabdeh2 və X8 olmuşdur. Heyvanın nəzərətsiz burxılmasında günahkar olan cavabdehlərdən ona dəymiş ziyanın ödənilməsini tələb etsə də, iddiaçıya dəymiş ziyan ödənilməmişdir. Ona görə də iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmədən iddianın təmin edilməsini xahiş edir.

4. Məhkəmə iclasında Cavabdeh2 iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, Zərdab rayonunun Çallı kəndində yaşayır. xx.xx.2022-ci il tarixdə növbə onlarda olduğu üçün saat 06:00 radələrində həmkəndlisi X8 ilə birlikdə kəndin mal-qarasını, o cümlədən Ramiqin heyvanlarını otarmağa aparmış, axşam saat 19:30 radələrində isə Heydər ilə birlikdə naxırı kəndə qaytarmışlar. Onlar gəlib kəndə çatandan sonra həmkəndlisi Ramiq ona telefon zəngi edərək bildirmişdir ki, inəyi örüşdən gəlməmişdir. O, isə Ramiqə bildirmişdir ki, ola bilsin ki, malları gətirən zaman gözlərindən yayınaraq sıx kolların arasında qalmış olar və yaxud da inəyi Ucarın Ləki kəndindən aldığı üçün ora gedə bilər. Sonradan Ramiqə məxsus inəyin Çallı kəndinin giriş hissəsinə bir qədər məsafə qalmış maşın yolunda avtomobil tərəfindən vurularaq öldüyünü eşitmişdir. Məhkəmədən iddianın rədd edilməsini xahiş edir.

5. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, iddiaçı xx.xx.2022-ci il tarixdə saat 21:50 radələrində idarə etdiyi “Mersedes-Benz E190” Minik markalı, **-RO-*** dövlət qeydiyyat nişanlı avtomobillə Zərdab-Ucar yolunun Zərdab rayonun Çallı kəndindən keçən hissəsində hərəkət etdiyi zaman yolun əks istiqamətindən nəzarətsiz qalan iri buynuzlu bir baş inək qəflətən avtomobil yoluna çıxaraq iddiaçının idarə etdiyi avtomobilin ön hissəsinə dəyərək avtomobilin ön şüşəsini, qabaq sol və arxa qapısının şüşələrini, qabaq sol qapısını və yan tərəfini əzmiş və nəticədə iddiaçının avtomobilinə 1528 manatlıq ziyan vurmuşdur. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2023-cü il tarixli, 9/364 saylı rəyinə əsasən və iş matereallarında olan “Sərxan avtomotservis və ticarət” tərəfindən tərtib edilmiş qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 1990-cı il buraxılışlı “Mersedes Benz E-190” markalı **-RO-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin təmir-bərpa xərcləri baş verən tarixdə təxminən 1528.0 manat təşkil etdiyi müəyyən edilmişdir. Zərdab RPŞ-nin əməkdaşları tərəfindən aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, heyvanın sahibi Cavabdeh1dur. O, həmin gün heyvanı səhər-səhər nobatçıya təhvil vermişdir. Nobatçı isə Cavabdeh2 olmuşdur. Heyvanın nəzərətsiz buraxılmasında günahkar olan cavabdehdən iddiaçı dəymiş ziyanın ödənilməsini tələb etsə də iddiaçıya dəymiş ziyan ödənilməmişdir. Lakin, iş matereallarında olan Zərdab Rayon Məhkəməsinin 3(035)-468/2022 saylı, xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında qərarının surətindən görünür ki, Zərdab Rayon Polis şöbəsində Cavabdeh2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə barəsində inzibati protokol tərtib edilmiş və Zərdab Rayon Məhkəməsinin 3(035)-468/2022 saylı, xx.xx.2022ci il tarixli qərarı ilə Cavabdeh2 təqsirli bilinərək 80 (səksən) manat məbləğində cərimə olunmuşdur. Odur ki, məhkəmə hesab edir ki, Cavabdeh2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə təqsirli bilindiyi üçün iddia təmin olunmalıdır. İddia digər cavabdehlər Cavabdeh1 və X6 münasibətdə isə Cavabdeh1 və Heydər Əliyev iş üzrə inzibati qaydada təqsirli bilinmədiyi və iddiaya cavab verməli şəxs olmadığı üçün onlara qarşı iddia tələbi təmin edilməməlidir.

6. Məhkəmə işin yuxarıda müəyyən edilən hallarına əsaslanaraq, məhkəmə iclasında tədqiq edilən sübutlara qarşılıqlı şəkildə qiymət verərək, istinad etdiyi qanunvericilik normalarını rəhbər tutaraq hesab etmişdir ki, iddia qismən təmin edilməli, 750 manat miqdarında pul Cavabdeh2 tutularaq iddiaçıya verilməlidir.

7. İddia tələbi digər cavabdehlər Cavabdeh1 və X6 aid hissədə təmin edilməməlidir.

8. Zərdab Rayon Məhkəməsinin 11 may 2023-cü il tarixli, 2(035)-140/2023 nömrəli qətnaməsi ilə (hakim İlqam Həsənquliyev) iddia qismən təmin olunmuş, Cavabdeh2 maddi ziyana görə 750 (yeddi yüz əlli) manat, dövlət rüsumuna görə 35.28 manat, cəmi 785.28 (yeddi yüz səksən beş) manat məbləğində pul alınaraq İddiaçı verilməsi, iddia tələbinin digər cavabdehlər Cavabdeh1 və X6 aid hissədə təmin edilməməsi, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat pul cavabdehdən tutularaq müvafiq hesaba (ekspertiza xərclərinə dair bildirişəəsasən xərcin keçiriləcəyi hesab- Dövlət xəzinədarlığı Aqentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesabı AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, Hesab AZ34CTRE********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3) ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

9. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 152, 157, 1096 və 1097-ci maddələrinə istinad etmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir:

10. İşdə olan xx.xx.2022-ci il tarixli cinayət işinin rədd edilməsi haqqında Qərarın surətindən görünür ki, Cavabdeh2 barəsində AR İXM-nin 338.7-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Zərdab RPŞ-nin DYPB-nə göndərilmişdir.

11. İşdə olan Zərdab Rayon Məhkəməsinin 3(035)-468/2022 saylı, xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında qərarının surətindən görünür ki, Cavabdeh2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə təqsirli bilinərək 80 (səksən) manat məbləğində cərimə olunmuşdur.

12. İşdə olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2023-cü il tarixli, 9/364 saylı rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, iş matereallarında olan “Sərxan avtomotservis və ticarət” tərəfindən tərtib edilmiş qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 1990-cı il buraxılışlı “Mersedes Benz E-190” markalı **-RO-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin təmir-bərpa xərcləri baş verən tarixdə zərərin məbləği təxminən 1528.0 manat təşkil etdiyi müəyyən edilmişdir.

13. İşdə olan iddiaçı X3 tərəfindən xx.xx.2023-cü il tarixdə məhkəmə prosesində təqdim olunan ərizədən görünür ki, o, cavabdehdən 1500 (bir min beş yüz) manat tələb etsə də, hazırda cavabdehin maddi durumunu nəzərə alaraq 750 (yeddi yüz əlli) manat tutulmasını xahiş edir.

14. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qəbzlərdən görünür ki, X3 tərəfindən iddia ərizəsinə məhkəmədə baxılması üçün dövlət büdcəsinə 35.28 manat məbləğində dövlət rüsumu ödənilmişdir.

15. İş materiallarında olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, iş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının dəyəri 50 manat təşkil edir.

16. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh2 аpellyаsiyа şikаyəti vermişdir.

Apellyasiya şikayətinin dəlilləri

17. Cavabdeh2 apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, onun verdiyi izahatla qətnamədə onun adından göstərilən izahatlar tamamilə bir-birindən fərqlənir. Belə ki, 15 iyul 2022-ci il tarixdə nobat növbəsi bizdə, yəni X8 ilə onda olan zaman səhər saatlarında digər Cavabdeh1 özünün dəli bir inəyini nobata qoşanda ona səslənmişdir. O da demişdir ki, o arxadadır, görmür, sən qabaqdakına de inəyi gətirdiyini. Ramiq də cavabında bildirdi ki, onunla danışmır. İnəyi sürüyə qoşub getdi. Hər gün səhər 06:00-da kəndin mal-qarasını, o cümlədən də, Ramiqin heyvanlarını otarmağa aparırlar, axşam saat 19:30 radələrində də gətirirlər. Həmin gün də Heydərlə naxırı gətirib təhvil vermişlər. Biz gəlib kəndə çatanda Ramiq zəng vurub bildirdi ki, inəyi örüşdən gəlib çıxmayıb. O da Ramiqə bildirdi ki, ola bilsin ki, malları gətirən zaman Heydərin gözündən yayınıb sıx yulğun kollarının arasına girib orda qalıb. Çünki qabaqda o gedirdi. Ya da ki, Lək kəndindən aldığı üçün yenidən ora qayıdıb. Sonradan da eşitmişlər ki, Ramiqin heyvanı Çallı kəndinin giriş hissəsinə bir qədər qalmış maşın yolunda ölmüşdür. O, sürünü gətirəndə həmişə arxa hissədə, X8 isə sürünün ön hissəsində gedir. Cavabdeh qismində niyə tək onun adı gedir? Üstəlik də bütün məsuliyyət onun ola-ola. Çünki o qabaqda idi və o yaxşı görmüşdü Ramiqin inəyi kolların arasına girəndə. Səs eliyə bilərdi və birlikdə köməkli heyvanı ordan çıxarıb apara bilərdik. Onun çiyninə görmədiyi bir şeylə niyə məsuliyyət qoyulur ki? Və yaxud da hər ikisi cavabdeh qismində qoyula bilərdi. Üstəlik qətnamədə yol verilən ən böyük qanunsuzluq budur ki, hadisənin xəbəri polisə 22:20-də verilsə də hadisənin baş vermə saatı 21:50 radələri qoyulub. Belə qanunsuzluğu nə üçün edirlər?! O, sürünün arxa tərəfində heç bir heyvanı nəzarətsiz buraxmamışdır. O üzərinə düşən vəzifənin məsuliyyətini tam dərk edir. Başqasının elədiyi məsuliyyətsizliyin cəzasını o niyə çəkir?! Zərdab Rayon Məhkəməsi özünün 11 may 2023-ci il tarixli, 2(035)-140/2023 saylı qətnaməsi ilə cavabdehliyi səhv olaraq onun üzərinə qoymaqla çox böyük qanunsuzluq etmişdir. O həddən artıq imkansız biridir. Evində uşaqları yemək, geymək dərdindədirlər. Onun üst-üstə 10 manatı olmur. Bu hadisənin məsuliyyətini onun kimi birinin üstünə ataraq nə əldə edirlər bilmir. Biri maşını sürətli sürüb, biri heyvanın qaçmasını gizlədib, biri hadisənin baş vermə saatını gizlədir... Bəs onun hüquqlarını bu cür adamlardan kim qorusun?!

18. Birinci instansiya məhkəməsi cavabdehin əsl cavabdehlə əvəz edilməsini nəinki təmin etməmiş, hətta onun özünü cavabdeh tərəf kimi göstərməmişdir belə.

19. Ona görə də, Zərdab Rayon Məhkəməsinin 11 may 2023-cü il tarixli, 2(035)- 140/2023 nömrəli qətnaməsinin dəyişdirilməsi və iddia tələbinin ona aid olan hissəsinin ləğv edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

21. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.

22. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi X3 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Zərdab Rayon Məhkəməsinin 11 may 2023-cü il tarixli, 2(035)-140/2023 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

23. Cavabdehlərdən Cavabdeh1 və X8 işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

Tətbiq edilən hüquq

24. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 21.1-ci maddəsinə görə hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunla və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3-cü maddəsinə görə zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 157.7-ci maddəsinə görə vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. 1096.1-ci maddəsində verilmiş tərifə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsində deyilir ki, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1115-ci maddəsində göstərilir ki, zərərin ödənilməsi zərərin əvəzini naturada ödəməklə və ya vurulmuş zərərin əvəzini pulla ödəməklə həyata keçirilə bilər.

25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

26. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

27. Cavabdeh2 Zərdab Rayon Məhkəməsinin 11 may 2023-cü il tarixli, 2(035)- 140/2023 nömrəli qətnaməsinin dəyişdirilməsini, ona aid hissədə ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını ona aid hissədə yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

28. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı qismən təmin edərkən iddianın Cavabdeh2 aid təmin olunmuş hissəsində hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən həmin hissədə əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir.

29. Məhkəmə kollegiyası birinci instansiya mhəkəməsinin bu qətnamənin 5-7-ci bəndlərində göstərilmiş dəyərləndirmələri ilə razılaşır və əlavə şərhə zərurət görmür. Apelylasiya şikayətinin dəlillərinə gəldikdə isə, kollegiya qeyd edir ki, şikayətdə göstərilənlər formal mülahizələrdən ibarət olmaqla heç bir sübut və ya dəlillə öz təsdiqini tapmır. Birinci instansiya məhkəməsinin də qeyd etdiyi kimi, kənddə növbətçi olaraq mallara nəzarət etmə məsuliyyətinin apellyatorun üzərində olduğu Zərdab Rayon Məhkəməsinin 3(035)-468/2022 saylı, xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında qərarı ilə təsdiqini tapmışdır.

30. X4 da cavabdeh kimi cəlb edilməli olması məsələsinə gəldikdə isə, birinci instansiya məhkəməsində icraat zamanı Cavabdeh2 ərizəsi əsasında X8 əlavə cavabdeh kimi işə cəlb edilmiş, ona münasibətdə iddia tələbinə baxılmış və yuxarıda göstərilən əsaslarla iddia ona münasibətdə təmin edilməmişdir.

31. Odur ki, birinci instansiya məhkəməsi işə baxarkən iddianın təmin edilmiş hissəsində qanunvericiliyin tələblərini nəzərə alıb iş üzrə sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmişdir.

32. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı qismən təmin edərkən iddianın Cavabdeh2 aid təmin olunmuş hissəsində düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin həmin hissədə аpellyаsiyа qаydаsındа nə dəyişdirilməsi, nə də ləğv edilməsi üçün əsаslаr olmаdığındаn Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Zərdab Rayon Məhkəməsinin 11 may 2023-cü il tarixli, 2(035)-140/2023 nömrəli qətnaməsi Cavabdeh2 aid hissədə dəyişdirilmədən saxlanılmalıdır.

33. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdeh2 tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Zərdab Rayon Məhkəməsinin 11 may 2023-cü il tarixli, 2(035)-140/2023 nömrəli qətnaməsi Cavabdeh2 aid hissədə dəyişdirilmədən sаxlаnılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən: Ələddin Məcidov

Hаkimlər: Mahir Əsədli

Elçin Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar