Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1107/2020 14.05.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Abbasov Gündüz Qasım oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Mirbahəddin Mirdamət oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, Hümmətov Hümmət Həmid oğlunun katibliyi ilə, Ağsu Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli2(016)-166/2020 nömrəli qərardadından İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş şikаyətə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı - pul tələbi barədə iddia ərizəsi ilə Ağsu Rayon Məhkəməsinə müraciət etmişdir. Ağsu Rayon Məhkəməsinin (hakim Namidar Misirzadə) xx xxxxxx 2020-ci il tarixli 2(016)-166/2020 nömrəli qərardadı ilə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı - pul tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmış və iddiaçıya izah olunmuşdur ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə aidiyyəti məhkəməyə müraciət etməyə mane olmur. Ağsu Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(016)-166/2020 nömrəli qərardadından İddiaçı Açıq Səhmdar Cəmiyyəti şikayət verərək qərardadın ləğv edilərək mülki işin icraata götürlməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Şikayət belə əsaslandırılmışdır ki, iddia tələbi üzrə mülki iş kommersiya məhkəmələrinin deyil, ümumi məhkəmələrin səlahiyyətinə aiddir. Azərbaycan Respublikası MPM-in 2-cı maddəsinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Kommersiya məhkəmələri bu Məcəllənin 40- 5-ci fəslində (bankın öhdəliklərinin könüllü restrukturizasiyası haqqında işlər üzrə icraat) nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci (İtirilmiş sənədlər üzrə onları təqdim edən şəxsin hüquqlarının bərpa edilməsi (çağırış icraatı)) və 40-2-ci (Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat) fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Belə ki, MPM-də fəsil olaraq konkret olaraq hansı mülki işlərin kommersiya məhkəməsində baxılması açıq şəkildə göstərilmişdir. Ağsu Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(016)-166/2020 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və şikayət iş materialları ilə birlikdə baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 məhkəmə iclasına gəlməmişlər, İddiaçı ASC nümayəndəsinin iştirakını təmin etməmişdir. Cavabdeh1 məhkəməyə teleqram göndərərək karantin rejimi ilə bağlı gələ bilmədiyi üçün üzürlü hesab edilməsini, maddi durumunun çox zəif olduğu üçün banka olan borcunu ödəyə bilmədiyini, imkan dairəsində borcunun aşağı hesablama ilə hesablanmasını xahiş etmişdir. Məhkəmə kollegiyası MPM-in 376.2-ci mаddəsinə əsаsən, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə tədqiq edib hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməməli, iş üzrə Ağsu Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(016)-166/2020 nömrəli qərardadı və onun əsasında qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Ona görə ki, mövcud mübahisə kommersiya mübahisədir Kollegiya birinci instansiya məhkəməsinin hüquqi mövqei ilə razılaşır. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə görə, məhkəmə aidiyyətinin qanunsuz dəyişdirilməsinə yol verilmir. Həmin maddəyə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının prosessual təminatlarına zəmanət verən şərtlərdən biri olduğuna görə o, dəqiq müəyyən edilməlidir. Əks təqdirdə bu işə məhkəmə tərəfindən ağlabatan müddətdə baxılmasında çətinlik yarada, son nəticədə isə şəxsin pozulmuş hüquqlarının bərpa edilməsini qeyri-mümkün edə bilər. Məhkəmə aidiyyətinə dəqiq riayət edilməsi mübahisənin müvafiq məhkəmə icraatı qaydasında hərtərəfli araşdırılmasına zəmanət yaradır. Məhkəmə icraatı növündən asılı olaraq məhkəmə prosesi xüsusi prinsiplər və prosessual qaydalara müvafiq aparılır. Bu prinsip və prosessual normalara riayət edilməsi mübahisənin ixtisaslaşdırılmış qaydada ədalətli həll edilməsinə şərait yaradır. Məhz ona görə mübahisəyə müvafiq məhkəmə aidiyyəti qaydasında baxılması konstitusion baxımdan ciddi əhəmiyyət kəsb edir. İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 8-ci, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı, “Vətəndaş və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 14-cü maddələrinə görə hər bir şəxs, ona qarşı irəli sürülən istənilən cinayət ittihamına baxılması zamanı və yaxud hər hansı bir mülki prosesdə onun hüquq və vəzifələrinin müəyyən edilməsi zamanı qanun əsasında yaradılan səlahiyyətli, müstəqil və qərəzsiz məhkəmə tərəfindən ədalətli və açıq məhkəmə araşdırması hüququna malikdir. Qeyd olunan beynəlxalq normaların mənasına görə, hər kəsin işinin qanun əsasında yaradılan səlahiyyətli, müstəqil və qərəzsiz məhkəmə tərəfindən araşdırılması hüququ işə istənilən məhkəmə tərəfindən deyil, səlahiyyətləri qanunla əvvəlcədən müəyyən edilmiş müvafiq yurisdiksiyalı məhkəmələr tərəfindən hərtərəfli və obyektiv baxılmasını nəzərdə tutur. İnsan hüquqları üzrə Avropa Məhkəməsinin X1rşı iş üzrə xx xxxxxxxx 2010-cu il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyinə əsasən, qanunverici tərəfindən aidiyyət məsələlərinin dəqiq müəyyən edilməməsi şəxsin məhkəmədə müdafiə olunmaq hüququnu və Konvensiyanın 6-cı maddəsinin İ bəndinin tələblərini pozur. Avropa Məhkəməsinin Vasilesku Rumıniyaya qarşı iş üzrə xx xxx 1998-ci il tarixli qərarında qeyd edilmişdir ki, yalnız işə baxmaq üçün tam həcmdə səlahiyyətə malik olan məhkəmə Konvensiyanın 6-cı maddəsində əks olunan “məhkəmə” anlayışının tələblərinə cavab vermiş olur. Azərbаycаn Respublikаsı Mülki Prosessual Məcəlləsinin 31.1-ci mаddəsinin tələbinə görə də, аidiyyət qаydаlаrının pozulmаsınа yol verilmir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddia ərizəsinə əlavə edilmiş sənədlərdən aydın olur ki, kredit müqaviləsi üzrə borc alan, mövcud iddia ərizəsi üzrə Cavabdeh1vergi ödəyicisi VÖEN: **********: olmaqla fərdi sahibkardır və tərəflər arasında bağlanmış müqavilə məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədarimzalamışdır. Belə olan halda, mövcud iddia tələbinə kommersiya məhkəməsində kommersiya mübahisəsi kimi baxıla bilər. İşin həqiqi hallarından görünür ki, iddiaçı hüquqi şəxsdir. Cavabdehlərdən Cavabdeh1 isə fərdi sahibkardır (Cavabdeh1 xx.xx.2014-cü ildə ********** nömrəli VÖEN) (vergi ödəyicisinin eyniləşdirmə nömrəsi) və fiziki şəxs olaraq vergi ödəyicisi kimi vergi orqanlarında qeydiyyata alınmışdır. O fərdi sahibkarlıqla məşğul olur. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin: 14.1-ci maddəsinə görə, məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 26.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır.. 26.2-ci maddəsinə əsasən, kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. İstinad edilən qanunvericilik normasından göründüyü kimi, fiziki şəxsin hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən şəxs sayılması üçün onun qanunla müəyyən edilmiş qaydada fərdi sahibkar statusu əldə etməsi tələb olunur. İşdə olan "AZEMİS" Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan da görünür ki, cavabdeh Cavabdeh1 vergi ödəyicisi kimi uçota alınmışdır. Bundan başqa işdə olan xx.xx.2019-cu il tarixli RBYF-5712 nömrəli kredit müqaviləsindəndə göründüyü kimi, iş üzrə borc alan Cavabdeh1vergi ödəyicisi VÖEN: **********: olmaqla fərdi sahibkardır və tərəflər arasında bağlanmış müqavilə məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədarimzalamışdır. Bununla bağlı qeyd olunmalıdır ki, mübahisənin kommersiya icraatı qaydasında baxılması üçün tərəflər (iddiaçı və cavabdeh) hökmən hüquqi şəxs və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən və qanunla müəyyən edilmiş qaydada fərdi sahibkar statusu əldə edən fiziki şəxs olmalıdır. Əks halda baxılan mübahisə iqtisadi xarakter daşıya bilməz. Hazırkı işdə iddiaçı hüquqi şəxs, Cavabdeh1 isə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən və qanunla müəyyən edilmiş qaydada fərdi sahibkar statusu əldə edən fiziki şəxsdir, onun fərdi sahibkar statusunun olmasını təsdiq edən sənəd ("AZEMİS" Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarış) iş materiallarında mövcuddur. Qanunvericiliyin tələbinə görə hüquqi şəxslə fərdi sahibkar statusu əldə edən fiziki şəxs arasında olan kommersiya xarakterli mübahisəyə kommersiya icraatı qaydasında baxılmalıdır. Kollegiya hesab edir ki, hazırkı mübahisə üzrə aidiyyət müvafiq kommersiya məhkəməsinə aid olduğundan iddia tələbinə kommersiya məhkəməsində kommersiya mübahisəsi kimi baxıla bilər. Birinci instansiya məhkəməsinin hüquqi mövqeyi qanunvericiliyə uyğun olduğuna görə, məhkəmə kollegiyası həmin mövqe ilə razılaşır. Şikayətin dəlilləri əsassızdır. Azərbаycаn Respublikаsı MPM-in 267.1-ci maddəsinə əsasən, məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər. MPM-in 398.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402-ci maddəsinə görə, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də, şikayət təmin edilməməli və Ağsu Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli 2(016)-166/2020 nömrəli və onun əsasında qəbul edilmiş xx xxxxxx 2020ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessal Məcəlləsinin 263-264, 397, 398.0.1, 400-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: Ağsu Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(016)-166/2020 nömrəli qərardadı və onun əsasında qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş şikayət təmin edilməsin. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(107)-1107/2020
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1107/2020
14.05.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver