Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1107/2023 21.09.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Cavabdeh qarşı icarə haqqı tələbinə dair mülki iş üzrə (Açar sözlər: iddia ərizəsi geri qaytarıldı, ərazi aidiyyatı bağlı) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu və X1 ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi ilə, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Cavabdeh qarşı icarə haqqı tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılması barədə Balakən Rayon Məhkəməsinin 7 avqust 2023-cü il tarixli 2(019)-793/2023 nömrəli qərardadından iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən icarə haqqı borcu üzrə 220 (iki yüz iyirmi) manat məbləğində vəsaitin Əmlak Məsələləri Dövlət Xidmətinin xeyrinə tutularaq (VÖEN **********) Xidmətin Azərbaycan Respublikası X2 İdarəsindəki AZ53 NABZ **********0000003944 saylı hesabına (kod 501004, AZ74NABZ**********0000 001944 VÖEN **********, S.W.İ.F.T. bik NABZA2ZC) köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Balakən Rayon Məhkəməsinin 7 avqust 2023-cü il tarixli 2(019)-793/2023 nömrəli qərardadı ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Cavabdeh qarşı icarə haqqı tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılması; ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə hazırki tələblə bağlı Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etmək hüququnun izah edilməsi qərara alnımışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti həmin qərardaddan şiakyət vermişdir. Balakən Rayon Məhkəməsinin 17 avqust 2023-cü il tarixli 2(019)-793/2023 nömrəli qərardadı ilə şikayət təmin olunmamış və şikayət işlə birlikdə baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə Şəki Apelyasiya Məhkəməsində yazılı icraat qaydasında baxılmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməli, Balakən Rayon Məhkəməsinin 7 avqust 2023-cü il tarixli 2(019)- 793/2023 nömrəli qərardadı ləğv edilməli, mülki işin materialları iddia ərizəsi icraata qəbul edilməklə baxılması üçün Balakən Rayon Məhkəməsinə qaytarılmalıdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlərdən görünür ki, icarə haqqının tələb edildiyi 600 kv.metr torpaq sahəsi (daşınmaz əmlak) ünvan 1 ünvanında yerləşir və tərəflər arasında həmin torpaq sahəsinin Cavabdeh icarəyə verilməsi barədə xx.xx.2016-cı il tarixli 220 nömrəli icarə müqaviləsi bağlanmışdır. Həmin icarə müqaviləsində torpaq sahəsinin Cavabdeh titul sahibliyinə verilməsi ilə bağlı müqavilənin icra yeri Bakı şəhəri Nəsimi rayonu göstərilsə də, icarə haqqının verilməsi ilə bağlı müqavilənin icra yeri göstərilməmişdir. Belə olan halda hazırki iddiaya Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 36.11-ci maddəsinin tələbləri tətbiq edilə bilməz (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 36.11-ci maddəsinə əsasən icra yeri göstərilən müqavilələrdən əmələ gələn iddialar müqavilənin icra yerinə görə də verilə bilər). Həmçinin müəyyən olunur ki, hazırki iddia ərizəsi mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin (və yaxud qanuni sahibin) daşınmaz əşya olan torpaq sahəsinin icarə haqqının verilməməsi ilə bağlı hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar təşkil edir ki, həmin 600 kv.metr torpaq sahəsi də Bakı şəhəri Nəsimi rayonu ərazisində yerləşir. Qanun normasından görünür ki, müstəsna aidiyyətin mahiyyəti ondan ibarətdir ki, konkret işə baxılması üçün bu və ya digər məhkəməni öz iradəsinə uyğun olaraq seçmək imkanı istisna olunur və müvafiq işə hər hansı xüsusiyyətindən asılı olmayaraq yalnız Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 39-cu maddəsində göstərilən məhkəmədə baxıla bilər. Həmin maddədə sadalanan işlər üzrə iddianın başqa məhkəmələrə verilməsinə yol verilmir. Azərbaycan Repsublikası Mülki Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.2-ci maddəsinə görə iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Həmin Məcəllənin 152.3-cü maddəsinə görə iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Həmin Məcəllənin 152.4-cü maddəsinə görə iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə Balakən Rayon Məhkəməsinin 7 avqust 2023-cü il tarixli 2(019)-793/2023 nömrəli qərardadı ilə mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilməmişdir. Qərardadın ləğv edilməsi üçün əsaslar vardır. Belə ki, hazırda tərəflər arasında yaranmış mübahisə icarə müqaviləsinə əsasən ödənilməyən pulun tələb edilməsi ilə bağlıdır. Bununla bağlı olaraq iddiaçı cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə müraciət etmişdir. Balakən Rayon Məhkəməsi isə iddianın icraə müqaviləsinin aid olduğu daşınmaz əmlakın yerləşdiyi yerə görə iddia ərizəsinin müstəsna aidiyyət qaydalarına uyğun olaraq ərazi aidiyyəti üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə verilməli olduğu nəticəsinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 35.3 və 39.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 iyun 2021-ci il tarixli Qərarında göstərilir ki, qanunla xüsusilə daşınmaz əşya ilə bağlı tələblər üzrə müstəsna aidiyyətin müəyyən edilməsi mübahisə predmeti olan əşyanın yerində müayinəsi, həmin əşyaya dair sənədlərin vaxtında toplanması, eləcə də mülki işin ədalətli və qanunauyğun həllinə yönəlmiş digər prosessual hərəkətlərin yerinə yetirilməsini asanlaşdırır və işə obyektiv baxılmasının təmin edilməsinə xidmət edir. Kolelgiya hesab edir ki, hazırki halda iddia tələbi əqdin aid olduğu daşınmaz əşya ilə deyil, əqd əsasında ödənilməli olan pulun ödənilməsi ilə əlaqəlidir. Konstitusiya Məhkəməsinin göstərilən qərarındakı mövqe nəzərə alındıqda, görmək olar ki, hazırki işdə müstəsna aidiyyatın məqsədləri ilə bağlı həmin qərarda göstərilən hallara zərurət aşkar edilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun həmin qərarında həmçinin göstərilir ki, müstəsna aidiyyətin mahiyyəti ondan ibarətdir ki, iddiaçının konkret işə baxılması üçün bu və ya digər məhkəməni öz iradəsinə uyğun olaraq seçmək imkanı istisna olunur və müvafiq işə yalnız Mülki Prosessual Məcəllənin 39-cu maddəsində göstərilmiş məhkəmədə baxılır. Müstəsna aidiyyət müvafiq işlərin düzgün və vaxtında həlli üçün əhəmiyyətli dərəcədə əlverişli şərait yaradılmasının təmin edilməsinə yönəlmişdir. Göründüyü kimi, hazırki işdə müstəsna aidiyyətin məqsədlərinə xidmət edəcək hallar aşkar edilmədiyindən iddiaçının konkret işə baxılması üçün bu və ya digər məhkəməni öz iradəsinə uyğun olaraq seçmək imkanının istisna olunması üçün əsaslar da mövcud deyildir. Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 31.1-ci maddəsində göstərilir ki, aidiyyət qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 39.1-ci maddəsinə əsasən daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Ona görə də, şikayət təmin edilməli, Balakən Rayon Məhkəməsinin 7 avqust 2023-cü il tarixli 2(019)-793/2023 nömrəli qərardadı ləğv edilməli, mülki işin materialları iddia ərizəsi icraata qəbul edilməklə baxılması üçün balakən Rayon Məhkəməsinə qaytarılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 398.0.2-ci mаddəsinə əsаsən apellyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Həmin Məcəllənin 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 263-264, 397-399 və 400-cü mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı QƏRARA ALDİ: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilmiş şikayət təmin edilsin. Balakən Rayon Məhkəməsinin 7 avqust 2023-cü il tarixli 2(019)-793/2023 nömrəli qərardadı ləğv edilsin. Mülki işin materialları sonrakı hərəkətlər edilməsi üçün Balakən Rayon Məhkəməsinə qaytarılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(107)-1107/2023
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1107/2023
21.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver