Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1109/2023 21.09.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı alimentin məbləğinin artırılması tələbinə dair mülki iş üzrə (Açar sözlər: apellyasiya şikayətinin geri qaytarılması, qüvvə, icraata qəbul) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X1 və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı alimentin məbləğinin artırılması tələbinə dair mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 1 may 2023-cü il tarixli, 2(051)-935/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin geri qaytarılması barədə Mingəçevir Şəhər Məhkəməsinin 25 iyul 2023-cü il tarixli, 2(051)-935/2023 saylı qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı aliment məbləğinin artırılması tələbinə dair iddia ərizəsi ilə müraciət etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli, 2(051)-935/2023 saylı qətnaməsi ilə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh qarşı aliment məbləğinin artırılması tələbinə dair ilkin iddiası qismən təmin edilməsini qət edilmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli, 2(051)-935/2023 saylı qətnaməsindan narazı qalan Cavabdeh xx.xx.2023-cü il tarixdə apelyasiya şikayət ilə məhkəməyə müraciət edərək məhkəmənin xx.xx.2023-cü il tarixli, 2(051)- 935/2023 saylı qətnaməsinin ləğv edilməsini, qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli, 2(051)-935/2023 saylı qətnaməsi ilə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh qarşı aliment məbləğinin artırılması tələbinə dair ilkin iddiası qismən təmin edilməsini qət edilmişdir. Qətnamədən Cavabdeh 21 iyun 2023-cü il tarixdə apelyasiya şikayəti vermişdir. Mingəçevir Şəhər Məhkəməsinin 25 iyul 2023-cü il tarixli 2(051)- 935/2023 nömrəli qərardadı ilə apellyasiya şikayəti geri qaytarılmışdır. Cavabdeh qeyd olunan qərardadın dəlilləri ilə razılaşmayaraq şikayət vermişdir. Mingəçevir Şəhər Məhkəməsinin 23 avqust 2023-cü il tarixli 2(051)- 935/2023 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə Şəki Apelyasiya Məhkəməsində yazılı icraat qaydasında baxılmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Mingəçevir Şəhər Məhkəməsinin 25 iyul 2023-cü il tarixli, 2(051)-935/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılmalı, Mingəçevir Şəhər Məhkəməsinin 1 may 2023-cü il tarixli, 2(051)- 935/2023 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti icraata qəbul edilməklə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına verilməlidir. Birinci instansiya məhkəməsi apellyasiya şikayətinin geri qaytarılmasına dair gəldiyi nəticəni belə əsaslandırmışdır ki, məhkəmənin qeyd olunan qətnaməsi xx.xx.2023-cü il tarixdə çıxarılmış və tərəflərə rəsmi qaydada poçt vasitəsilə göndərilmişdir. Cavabdeh həmin qətnaməni xx.xx.2023-cü il tarixdə almış, apellyasiya şikayətini qətnaməni aldığı gündən bir ay sonra yəni, xx.xx.2023-cü il tarixdə verməli olduğu halda xx.xx.2023-cü il tarixdə vermişdir. Bununla da iddiaçı qətnamədən şikayət vermə müddətini 2 gün ötürmüşdür. Eləcə də, buraxılmış müddətin bərpa edilməsi barədə ərizə verməmişdir Azərbaycan Respublikası MPM-nin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 364.1-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Kollegiya həmçinin qeyd edir ki, hazırki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 1 may 2023-cü il tarixli 2(051)-935/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti mövcud olduğundan və həmin apellyasiya şikayəti Şəki Apellyasiya Məhkəməsinin 11 iyul 2023-cü il tarixli 2(107)-862/2023 nömrəli qərardadı ilə icraatdan çıxarılmaqla Mingəçevir Şəhər Məhkəməsinin 1 may 2023-cü il tarixli 2(051)-935/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin Azərbaycan Repsublikası Mülki Prоsessuаl Məcəlləsinin 361-ci maddəsinin tələblərinə uyğunluğu məsələsinin yoxlanılması məqsədilə baxışdan çıxarılmış və Mingəçevir Şəhər Məhkəməsinə göndərilmişdir. Hazırki halda həmin qətnamədən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarıldığından və İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması zərurəti olduğundan kollegiya hesab edir ki, prosessual qənaət prinsipi baxımından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin baxılması üçün Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına verilməsi məqsədəuyğundur. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 25 iyul 2023-cü il tarixli, 2(051)-935/2023 saylı qərardadı ilə mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qərardadın ləğv edilməsi üçün hüquqi əsaslar yoxdur. Ona görə də, şikayət təmin edilməməli, Mingəçevir Şəhər Məhkəməsinin 25 iyul 2023-cü il tarixli, 2(051)-935/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılmalı, Mingəçevir Şəhər Məhkəməsinin 1 may 2023-cü il tarixli, 2(051)-935/2023 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti icraata qəbul edilməklə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına verilməlidir. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 398.0.1-ci mаddəsinə əsаsən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir.
15. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398, 399 və 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Mingəçevir Şəhər Məhkəməsinin 25 iyul 2023-cü il tarixli 2(051)-935/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Mingəçevir Şəhər Məhkəməsinin 1 may 2023-cü il tarixli, 2(051)-935/2023 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti icraata qəbul edilməklə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına verilsin. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.