Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-111/2024 12.01.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı xxxxnın Cavabdeh qarşı (açar sözlər: kredit müqaviləsi üzrə borcun tutulması) Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu; Hakimlər – Cavadova Günay İsmayıl qızı və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi, İddiaçı - xxxxnın nümayəndəsi Nümayəndə, Cavabdeh - Cavabdeh nümayəndəsi X9 iştirakı ilə, İddiaçı xxxxnın Cavabdeh qarşı “xx.xx.2014-cü il tarixli **********30014 nömrəli kredit müqaviləsi üzrə qalıq borc məbləğinin borc alandan tutulması tələbinə dair” mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 12 iyul 2023-cü il tаrixli, e-2(051)-52/2023 saylı qətnаməsindən iddiaçı xxxx tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxılmışdır. I. İşin halları
1. İş materiallarında olan Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(051)-32/2019 saylı qətnaməsindən görünür ki, iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) ASC “Xalq” X2, Cavabdeh və X5 qarşı “29 oktyabr 2014-cü il tarixli, **********30014 nömrəli kredit müqaviləsi üzrə iddiaçının (kreditorun) tələblərinin təmin edilməsi üçün ipoteka predmetinə tutmanın yönəldilməsi və satışdan sonra ipoteka predmeti olan mənzildən çıxartma” tələbinə dair iddiası qismən təmin edilmiş, Cavabdeh 12999.74 ABŞ dolları məbləğdə əsas, 926.41 ABŞ dolları məbləğdə faiz və 50 ABŞ dolları məbləğdə cərimə olmaqla, cəmi 13976.15 ABŞ dolları məbləğdə borc qətnamə icra olunan günə manat məzənnəsi ilə hesablanıb ASC “Xalq” Bankına verilməsi, həmin borcun ödənilməsi ipotekaya qoyulmuş, X9 mülkiyyətində olan Mingəçevir şəhərinin A.Şaiq küçəsindəki 15 saylı evin 46 saylı mənzilinə yönəldilməsi, mənzilin ilkin satış qiyməti 40000 (qırx min) manat müəyyən edilməsi mənzilin açıq hərracda satılmasından əldə olunacaq vəsait hesabına X10 banka olan borcunun ödənilməsi qət edilmişdir. Dövlət rüsumu kimi ödənilmiş 30 manat pul, ipoteka premetinə tutmanın yönəldilməsinə dair bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün ödənilmiş 30 manat və sənədlərin notariat qaydada təsdiq edilməsi üçün ödənilmiş 17 manat rüsum Cavabdeh alınıb ASC “Xalq” bankının hesabına ödənilməsi, iş üzrə 120 manat məbləğdə ekspertiza xərci iddiaçıdan və 100 manat məbləğdə ekspertiza xərci cavabdehdən alınıb Azərbaycan Respulikası Ədliyyə Naziriyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi, iş üzrə 250 manat məbləğdə əmlakın qiymətləndirilməsinə dair xərclər Cavabdeh alınıb “TES GROUP” MMC-nin hesabına ödənilməsi, iş üzrə 250 manat məbləğdə əmlakın qiymətləndirilməsi xərci iddiaçı ASC “Xalq” Bankından alınıb “Heba Consulting” MMC-nin hesabına ödənilməsi qət edilmişdir. İlkin iddia qalan hissədə təmin edilməmişdir. Cavabhde (qarşılıqlı iddia üzrə iddiaçı) X15, Cavabdeh və X3 ASC “Xalq” Bankına qarşı “xx.xx.2014-cü il tarixli, **********30014 nömrəli kredit müqaviləsi üzrə iddiaçının (kreditorun) tələblərinin təmin edilməsi üçün ipoteka predmetinə tutmanın yönəldilməsi” tələbinə dair qarşılıqlı iddia tələbi təmin edilməmişdir.
2. İş materiallarında olan Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(107)-3154/2019 saylı qətnaməsindən görünür ki, “Xalq” Bank ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Mingəçevir Şəhər Məhkəməsinin 22 avqust 2019-cu il tarixli, 2(051)-32/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılması qət edilmişdir.
3. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(102)-2462/2020 saylı qərarından görünür ki, iddiaçı ASC “Xalq” Bankının kasasiya şikayəti qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 dekabr 2019-cu il tarixli qətnaməsi ipotekaya qoyulmuş, X9 mülkiyyətində olan, Mingəçevir şəhərinin A.Şaiq küçəsindəki 15 saylı evin 46 saylı mənzilin ilkin satış qiymətinin 40000 (qırx min) manat müəyyən edilməsi və X15, Cavabdeh və X6, onların ailə üzvləri və digər şəxslər mənzili 1 ay ərzində tərk etmədikləri halda, həmin şəxslərin mənzildən məcburi qaydada çıxarılmalarının rədd edilməsi hissələrin ləğv edilmişdir.
4. İş materiallarında olan Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(107)-159/2021 saylı qətnaməsindən görünür ki, iddiaçı ASC “Xalq” Bankının nümayəndəsi X17 tərəfindən verilən apellyasiya şikayəti qismən təmin edilmişdir. İş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 22 avqust 2019-cu il tarixli, 2(051)-32 saylı qətnaməsi ipotekaya qoyulmuş, X9 mülkiyyətində olan Mingəçevir şəhərinin A.Şaiq küçəsindəki 15 saylı evin 46 saylı mənzilin satış qiymətinin 40000 (qırx min) manat müəyyən edilməsi və X15, Cavabdeh və X6 onların ailə üzvləri və digər şəxslər mənzili 1 ay ərzində tərk etmədikləri halda, həmin şəxslərin mənzildən məcburi qaydada çıxarılmalarının rədd edilməsi hissələrində edilmiş və həmin hissədə yeni qətnamə qəbul edilmişdir. İpotekaya qəbul edilmiş X9 mülkiyyətində olan Mingəçevir şəhərinin A.Şaiq küçəsindəki 15 saylı evin 46 saylı mənzilin ilkin satış qiymətinin 34000 (otuz dörd min) manat müəyyən edilməsi, Mənzil satıldıqdan sonra boşaldılması X15, Cavabdeh və X6 1 ay ərzində çıxarılmaları qət edilmişdir.
5. İş materiallarında olan ASC “Xalq” Bankı tərəfindən DƏDRX-ın 17 saylı Ərazi İdarəsinə ASC “Xalq” Bankı tərəfindən ünvanlanmış məktubdan görünür ki, yazıb bildirir ki, 29 oktyabr 2014-cü il tarixli, **********0014/ip nömrəli İpoteka müqaviləsinə əsasən X12 məxsus Mingəçevir şəhəri, Abdulla Şaiq küçəsində yerləşən 15 nömrəli, 5 mərtəbəli binanın 5-ci girişində, 2-ci mərtəbəsində yerləşən 47.81 kv.m ümumi, 26.57 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 46 nömrəli mənzil ipotekaya qoyulmuşdur. Bu barədə idarə bank tərəfindən banka xx.xx.2011-ci il tarixli, MA seriyalı, ******* saylı, DƏDRX-dən Çıxarış (reyestr nömrəsi **********82-05101-093015, qeydiyyat nömrəsi **********) verilmişdir. İpoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsi haqqında xx.xx.2016-cı il tarixli, 614 saylı bildirişin qeydiyyata alınması üçün, xx.xx.2016-cı il tarixli, 584 saylı Ərizə ilə müraciət olunmuş və həmin ərizə idarə tərəfindən qeydiyyata alınmaq üçün qəbul edilmişdir. Yuxarıdakıları nəzərə alaraq, adı çəkilən əmlakın üzərinə qoyulmuş bütün məhdudiyyətləri və eləcə də bildirişin ləğv edilməsini xahiş edir.
6. İş materiallarında olan ASC “Xalq” Bankı tərəfindən Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinə ünvanlanmış məktubdan görünür ki, Mingəçevir şəhər Məhkəməsinin 22 avqust 2019-cu il tarixli, 2(051)-32/2019 saylı və Şəki Apellyasiya Məhkəməsinin 19 may 2021-ci il tarixli, 2(107)-159/2021 saylı qətnamələrinə əsasən müəyyən edilmiş borc məbləğinin cavabdehlərdən alınıb ASC “Xalq” Bankına ödənilməsini təmin etmək məqsədilə cavabdeh X11 mülkiyyətində olan Mingəçevir şəhəri, A.Şaiq küçəsində 15 saylı evin 46 saylı mənzilinə tutma yönəldilməsi həmin mənzilin hərracda satılması və mənzil hərracda satıldıqdan sonrakı 1 ay ərzində mənzildən cavabdehlərin ailə üzvləri ilə birlikdə çıxarılmaları qət edilmişdir. Məlumat üçün bildirir ki, cavabdeh X15 tərəfindən qeyd olunan qətnamələr üzrə müəyyən edilmiş borc məbləği ödənilmişdir. Göstərilən qətnamə üzrə tərəfindən aparılmaqla olan iş üzrə icraata xitam verilməsini və bu barədə banka məlumat verilməsini xahiş edir.
7. İş materiallarında olan xx.xx.2022-ci il tarixli icraata xitam verilməsi haqqında qərarın surətindən görünür ki, icra sənədi üzrə borclular Cavabdeh, X8, X1 müştərək qaydada 13976.15 ABŞ dolları məbləğində pul vəsaiti və 30 manat dövlət rüsumu tutularaq tələbkar xxxxnın xeyrinə ödənilməlidir. İcra sənədində qeyd olunan tələb borclular Cavabdeh, X15, X6 tərəfindən tam şəkildə təmin olunmuşdur. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(051)-32/19 saylı icra sənədinə xitam veriməsi qərara alınmışdır.
8. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-mühasibatlıq ekspertizası üzrə 09 iyun 2023-cü il tarixli, 9/3229 saylı ekspert rəyinin nəticə hissəsindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Cavabdeh banka ödənilmiş pul vəsaitlərinə dair ödəniş qəbzləəri, hesabdan çıxarış və maliyyə arayışı məlumatları nəzərə alınmaqla Cavabdeh xx.xx.2014cü il tarixli **********30014 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2014-cü il tarixdən xx.xx.2018-ci il tarixədək illik 19% dərəcəsi ilə adi faiz borcu 5372,1 ABŞ dolları məbləğində və xx.xx.2018-ci il tarixədən xx.xx.2021-ci il tarixədək vaxtı keçmiiş əsas borc məbləğinə illik 5% dərəcəsi ilə əldən çıxmış fayda borcu 1.461,82 ABŞ dolları məbləğində müəyyən edilir.
9. İddiaçı ASC “Xalq” Bankı Cavabdeh qarşı xx.xx.2014-cü il tarixli **********30014 nömrəli kredit müqaviləsi üzrə 4989,43 (dörd min doqquz yüz səksən doqquz ABŞ dolları 43 sent) ABŞ dolları məbləğində xx.xx.2018-ci il tarixinədək illik 19% (on doqquz faiz) dərəcəsi ilə hesablanmış və ödənilməmiş adi faizlər üzrə borc məbləği, xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 5% (beş faiz dərəcəsi ilə hesablanmış 1457,27 (bir min dörd yüz əlli yeddi ABŞ dolları 27 sent) ABŞ dolları məbləğində əldən çıxmış faydanın (zərər) əvəzi, xx.xx.2020-ci il tarixə qədər kredit üzrə ödənilməsi gecikdirilmiş məbləğə illik 15% (on beş faiz) dərəcəsi ilə hesablanmış 5187,48 (beş min bir yüz səksən yeddi ABŞ dolları, 48 sent) ABŞ dolları məbləğində penya, cəmi 11634,18 (on bir min altı yüz otuz dörd ABŞ dolları, 18 sent) ABŞ dolları məbləğində pul vəsaiti Cavabdeh iddiaçı ASC “Xalq” Bankının xeyrinə tutulması iddia ərizəsinin verilməsinə görə 150 (bir yüz əlli) manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərclər cavabdehdən iddiaçının xeyrinə tutulması tələbinə dair Mingəçevir Şəhər Məhkəməsində iddia qaldırmışdır.
II. Birinci instansiya məhkəməsində icraat
10. İddia tələbi onunla əsaslanıdırılmışdır ki, iddiaçı (kreditor) ASC “Xalq” Bankı ilə Cavabdeh (Borc alan) arasında bağlanmış xx.xx.2014-cü il tarixdə **********30014 nömrəli Kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən borc alana 48 (qırx səkkiz) ay müddətinə, kreditdən istifadəyə görə illik 19% (on doqquz faiz) ödənilməsi şərtilə, 17 500 (on yeddi min beş yüz) ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə Cavabdeh öhdəliklərinin lazımi qaydada yerinə yetirilməsini təmin etmək məqsədilə iddiaçı ASC “Xalq” Bankı ilə digər cavabdeh X15 (ipoteka qoyan) arasında mülkiyyət hüququ əsasında sonuncuya məxsus, 15 nömrəli binanın 5-ci girişində, 2-ci mərtəbəsində 26,57 kv.m yaşayış, 21,24 kv.m yardımçı sahədən ibarət olmaqla, ümumi sahəsi 47,81 kv.m təşkil edən 2 otaqlı, 46 nömrəli mənzilin (bundan sonra “Mənzil” adlandırılacaq ipoteka qoyulması barədə xx.xx.2014-cü il tarixli, **********30014/ip nömrəli ipoteka müqaviləsi bağlanmışdır. Cavabdeh tərəfindən kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməməsinə görə iddiaçı ASC “Xalq” Bankı (bundan sonra – “Bank” adlandırılacaq) Kredit müqaviləsi üzrə iddiaçının tələblərinin təmin edilməsi üçün ipoteka predmetinə tutmanın yönəldilməsi və satışdan sonra ipoteka predmeti olan bağ evinin boşaldılması haqqında iddia tələbi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət etmiş və həmin məhkəmənin 22 avqust 2019-cu il tarixli, 2(051)-32/2019 saylı qətnaməsi ilə Bankın iddiası qismən təmin edilmişdir. Belə ki, Qətnamə ilə 12999,74 (on iki min doqquz yüz doxsan doqquz ABŞ dolları 74 sent) ABŞ dolları məbləğində əsas borcun, 926,41 (doqquz yüz iyirmi altı ABŞ dolları, 41 sent) ABŞ dolları məbləğində adi fazilər üzrə borcun və 50 (əlli) ABŞ dolları cərimə borcu olmaqla, cəmi 13976,15 (on üç min doqquz yüz yetmiş altı ABŞ dolları 15 sent) ABŞ dolları məbləğində borc qətnamə icra olunan günə manat məzənnəsi ilə hesablanıb ASC “Xalq” Bankına verilməsi, həmin borcun ödənilməsi ipotekaya qoyulmuş, X9 mülkiyyətində olan Mingəçevir şəhəri, Abdulla Şaiq küçəsində yerləşən 15 saylı evin 46 saylı mənzilinə tutma yönəldilsin, Mənzilin ilkin satış qiyməti 40000 (qırx min) manat müəyyən edilməsi, Mənzilin açıq hərracda satılmasından əldə olunacaq vəsait hesabına Cavabdeh banka olan borcunun ödənilməsi, dövlət rüsumu qismində ödənilmiş 30 (otuz) manat pul vəsaitinin, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin dövlət qeydiyyatına alınmasına görə 30 (otuz) manat və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə ödənilmiş 17 (on yeddi) manat məbləğində rüsum Cavabdeh alınıb iddiaçı ASC “Xalq” Bankının hesabına ödənilməsi qət edilmişdir. Eyni zamanda cavabdehlər (qarşılıqlı iddia üzrə iddiaçılar) X9, Cavabdeh və X4 Banka (qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh) qarşı verdikləri qarşılıqlı iddia rədd edilmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 22 avqust 2019-cu il tarixli, 2(051)-32/2019 saylı qətnaməsindən narazı qalan Bank apellyasiya şikayəti verərək Şəki Apellyasiya Məhkəməsindən Mingəçevir Şəhər Məhkəməsinin 22 avqust 2019-cu il tarixli, 2(051)-32/2019 saylı qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Şəki Apellyasiya Məhkəməsinin 04 dekabr 2019-cu il tarixli, 2(107)-3154/2019 saylı qətnaməsilə apellyasiya şikayəti təmin edilmədən, Mingəçevir Şəhər Məhkəməsinin 22 avqust 2019-cu il tarixli, 2(051)-32/2019 qətnaməsi isə dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra Bank tərəfindən kassasiya şikayəti verilərək Azərbaycan Respublikası Ali Məhkəməsindən Şəki Apellyasiya Məhkəməsinin 04 dekabr 2019-cu il tarixli, 2(107)-3154/2019 saylı qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Ali Məkəmənin 18 avqust 2020-ci il tarixli, 2(102)-2462/2020 saylı qərarı ilə Bank tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin 04 dekabr 2019-cu il tarixli, 2(107)-3154/2019 saylı qətnaməsi ASC “Xalq” Bankında ipoteka qoyulmuş, X9 mülkiyyətində olan Mingəçevir şəhəri, Abdulla Şaiq küçəsində yerləşən, 15 nömrəli binanın 46 nömrəli mənzilin ilkin satış qiymətinin 40000 (qırx min) manat məbləğində müəyyən edilməsi, X9, Cavabdeh və X4, onların ailə üzvləri və digər şəxslərin mənzili 1 (bir) ay ərzində tərk etmədikləri halda, həmin şəxslərin mənzildən məcburi qaydada çıxarılmalarının rədd edilməsi hissələrində ləğv edilməsi və həmin hissələrə işə yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin 19 may 2021ci il tarixli, 2(051)-159/2021 saylı qətnaməsi (bundan sonra “Qətnamə” adlandırılacaq) ilə Bankın apellyasiya şikayəti qismən təmin edilmiş və Mingəçevir Şəhər Məhkəməsinin 22 avqust 2019-cu il tarixli, 2(051)-32/2019 saylı qətnaməsi ASC “Xalq” Bankında ipoteka qoyulmuş, X9 mülkiyyətində olan Mingəçevir şəhəri, Abdulla Şaiq küçəsində yerləşən 15 nömrəli binanın 46 nömrəli mənzilin ilkin satış qiymətinin 40000 (qırx min) manat məbləğində müəyyən edilməsi, X9, Cavabdeh və X4, onların ailə üzvləri və digər şəxslərin mənzili 1 (bir) ay ərzində tərk etmədikləri halda, həmin şəxslərin mənzildən məcburi qaydada çıxarılmalarının rədd edilməsi hissələrində ləğv edilərək həmin hissələrdə yeni qətnamə qəbul edilmişdir. Yeni qətnamə ilə mənzilin ilkin satış qiyməti 34000 (otuz dörd min) manat müəyyən edilmiş və Mənzil satıldıqdan sonra boşaldılaraq, X15, Cavabdeh və X7 1 (bir) ay ərzində mənzildən çıxarılmaları qət edilmişdir. Bundan sonra cavabdeh X15 və onun vəkili X16 tərəfindən kassasiya şikayəti verilərək Azərbaycan Respublikası Ali Məhkəməsindən Şəki Apellyasiya Məhkəməsinin 19 may 2021-ci il tarixli, 2(051)-159/2021 saylı qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Ali Məhkəmənin 13 dekabr 2021-ci il tarixli, 2(102)-5770/2021 saylı qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsinin 19 may 2021-ci il tarixli, 2(051)159/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilməsi üçün Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinə göndərilmiş və iş icra mərhələsində olarkən Cavabdeh tərəfindən ödənilən ödənişlər hesabına qətnamə üzrə borc məbləği tam şəkildə ödənilmiş və bununla əlaqədar olaraq, Mənzil üzərində ipotekaya xitam verilmişdir. Lakin, Cavabdeh Bank qarşısında kredit öhdəliklərini tam icra etmədiyi üçün Kredit müqaviləsi qüvvədə qalmışdır. Belə ki, cavabdehin Kredit müqaviləsi üzrə iddiaçı qarşısında kreditin qaytarılma müddətinin bitdiyi xx.xx.2018-ci il tarixinədək illik 19% (on doqquz faiz dərəcəsi ilə hesablanmış və ödənilməmiş 4989,43 (dörd min doqquz yüz səksən doqquz ABŞ dolları, 43 sent) ABŞ dolları məbləğində adi faizlər üzrə borcu qalmışdır. Bundan əlavə Cavabdeh kredit üzrə ödənişlərin həyata keçirilməsinin gecikdirilməsi ilə əlaqədar olaraq Banka Kredit müqaviləsinin 6.2-ci maddəsinə əsasən ödənilməsi gecikdirilmiş məbləğə 15% (on beş faiz) dərəcəsi ilə penya ödəməlidir. Lakin Bankın daxili qərarına əsasən Kredit müqaviləsi üzrə penyanın hesablanması xx.xx.2020-ci il tarixdən etibarən Borc alanın xeyrinə dayandırılmışdır. Beləliklə, xx.xx.2020-ci il tarixinə bu məbləğ 5187,48 (beş min bir yüz səksən yeddi ABŞ dolları, 48 sent) ABŞ dolları təşkil edir. Yuxarıda göstərilənlərdən başqa qeyd etmək istəyir ki, kredit müqaviləsi üzrə əsas borc həmin müqavilə ilə nəzərdə tutulmuş kreditin qaytarılma müddəti bitdikdən uzun müddət sonra qaytarıldığından Bank həmin müddətdə ona qaytarılmalı olan pul vəsaitindən istifadə edə bilməmiş və bunun nəticəsində əldən çıxmış fayda qismində zərərə uğramışdır. Odur ki, məhkəmədən xx.xx.2014-cü il tarixli, **********30014 nömrəli kredit müqaviləsi üzrə 4989,43 (dörd min doqquz yüz səksən doqquz ABŞ dolları 43 sent) ABŞ dolları məbləğində xx.xx.2018-ci il tarixinədək illik 19% (on doqquz faiz) dərəcəsi ilə hesablanmış və ödənilməmiş adi faizlər üzrə borc məbləği, xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 5% (beş faiz dərəcəsi ilə hesablanmış 1457,27 (bir min dörd yüz əlli yeddi ABŞ dolları 27 sent) ABŞ dolları məbləğində əldən çıxmış faydanın (zərər) əvəzi, xx.xx.2020-ci il tarixə qədər kredit üzrə ödənilməsi gecikdirilmiş məbləğə illik 15% (on beş faiz) dərəcəsi ilə hesablanmış 5187,48 (beş min bir yüz səksən yeddi ABŞ dolları, 48 sent) ABŞ dolları məbləğində penya, cəmi 11634,18 (on bir min altı yüz otuz dörd ABŞ dolları, 18 sent) ABŞ dolları məbləğində pul vəsaiti Cavabdeh iddiaçı ASC “Xalq” Bankının xeyrinə tutulması iddia ərizəsinin verilməsinə görə 150 (bir yüz əlli) manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərclər cavabdehdən iddiaçının xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.
11. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı bankın nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək əsasən iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
12. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh etibarnamə üzrə nümayəndəsi X15 etiraz və mülahizəyə uyğun izahat verərmiş və əlavə olaraq göstərmişdir ki, iddiaçı ASC “Xalq” Bankı Cavabdeh qarşı məhkəməyə müraciət edərək, xahuş etmişdir ki, xx.xx.2014-cü il tarixli, **********30014 saylı kredit müqaviləsi üzrə Cavabdeh iddiaçı ASC “Xalq” Bankı qarşısında 4989,43 ABŞ dolları məbləğində xx.xx.2018-ci il tarixinədək illik 19% dərəcəsi ilə hesablanmış və ödənilməmiş adi faizlər üzrə borc məbləği, xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 5% dərəcəsi ilə hesablanmış 1457,27 ABŞ dolları məbləğində əldən çıxmış faydanın əvəzi, xx.xx.2020-ci il tarixə qədər kredit üzrə ödənilməsi gecikdirilmiş məbləğə illik 15% dərəcəsi ilə hesablanmış 5187,48 ABŞ dolları məbləğində penya və cəmi 11634,18 ABŞ dolları məbləğində pul vəsaiti və ödənilmiş 150 manat məbləğində dövlət rüsumu Cavabdeh iddiaçı ASC “Xalq” Bankın xeyrinə tutulsun. Aşağıdakılara əsasən hesab edir ki, iddiaçı ASC “Xalq” Bankın iddia tələbi əsassızdır və təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, Mingəçevir Şəhər Məhkəməsinin (H.Mirzəliyev) 22 avqust 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh 12999.74 ABŞ dolları məbləğdə əsas, 926.41 ABŞ dolları məbləğdə faiz və 50 ABŞ dolları məbləğdə cərimə olmaqla, cəmi 13976.15 ABŞ dolları məbləğdə borcun qətnamə icra olunan günə manat məzənnəsi ilə hesablanıb ASC “Xalq” Bankına verilməsi, həmin borcun ödənilməsinin X9 mülkiyyətində olan, Mingəçevir şəhərinin A.Şaiq küçəsindəki 15 saylı evin 46 saylı mənzilinə yönəldilməsi və mənzilin satışından əldə olunacaq vəsait hesabına Cavabdeh banka olan borcunun ödənilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 dekabr 2019-cu il tarixli, qətnaməsi ilə Mingəçevir Şəhər Məhkəməsinin 22 avqust 2019-cu il tarixli, qətnaməsi dəyişdirilmədən saxlanılmış, iddiaçı ASC “Xalq” Bankı tərəfindən kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasına müraciət edilsə də, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 dekabr 2019-cu il tarixli, qətnaməsi məhz bu hissədə dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə prosesi gedən dövr ərzində tərəfindən qətnamədə qeyd edilən bütün borc məbləği ödənilmiş və ipotekaya qoyulmuş mənzili yüklülükdən azad edilmişdir. Əgər onun xx.xx.2014-cü il tarixli, **********30014 saylı kredit müqaviləsi üzrə hərhansı borcu qalmışdısa, o zaman nə üçün mənzil girovdan azad edilirdi? Bununla bağlı şəxsən banka gedərək mənzilin girovdan çıxarılmasına dair sənəd almış və ona borcunun olmadığını bildiriblər. İddia ərizəsindən də göründüyü kimi, iddiaçı tərəf təxminən 4 ildən sonra əsassız və mülki qanunvericiliyin tələblərinə zidd formada haqsız tələblə məhkəmədə iddia qaldırmışdır. İddia ərizəsinin əsassız olması ilə yanaşı nəzərə almaq lazımdır ki, mülki qanunvericiliyin tələbləri baxımından iddia müddəti də ötürülmüşdür. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsində qeyd edilir ki, Mülki Məcəllənin 373-cü maddəsinə əsasən, ümumi iddia müddəti 10 il, müqavilə tələbləri üzrə iddia müddəti 3 il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə 6 il və vaxtaşırı icra edilməli olan öhdəliklərdən irəli gələn tələblər üzrə isə iddia müddəti 3 ildir. Nəzərə alsa ki, kredit müqaviləsi 48 ay müddətinə bağlanmışdır, o zaman məlum olur ki, iddiaçı bank təşkilatı ilə bağlanmış xx.xx.2014-cü il tarixli, kredit müqaviləsinin müddəti xx.xx.2018-ci il tarixədək olmuşdur. Belə çıxır ki, hazırkı iddia tələbi xx.xx.2021-ci il tarixə qədər qaldırılsa idi, 3 illik iddia müddəti ötürülməmiş hesab olunardı. İddiaçı ASC “Xalq” Bankı ona qarşı pul öhdəliklərinin vaxtında icra edilməməsi nəticəsində yığılmış faizlərin ödənilməsini tələb etsə də, nəzərə almamışdır ki, cavabdehin Apellyasiya Məhkəməsinə və ya Ali Məhkəməyə müraciət etməsi konstitusion hüququdur və buna baxmayaraq Mingəçevir Şəhər Məhkəməsinin 22 avqust 2019-cu il tarixli, qətnaməsindən apellyasiya şikayətini və Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 dekabr 2019-cu il tarixli, qətnaməsindən kassasiya şikayətlərini məhz iddiaçı özü vermişdir. Sual olunur: Əgər Mingəçevir Şəhər Məhkəməsinin 22 avqust 2019-cu il tarixli, qətnaməsindən apellyasiya şikayətini və Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 dekabr 2019-cu il tarixli, qətnaməsindən kassasiya şikayətlərini məhz iddiaçı özü vermişdirsə, hansı əsasla bu müddətə görə faiz və penya hesablanır? Axı həmin müddətin yaranmasının əsas səbəbkarı bank təşkilatıdır. Bundan başqa, hər hansı proses iştirakçısının məhkəmə qərarlarından apellyasiya və kassasiya şikayətlərinin verilməsi onun prosessual hüququdur və bu həmin şəxsin öz hüquqlarından sui-istifadə kimi qiymətləndirilə bilməz. Yəni, bu prosessual hüquqlardan hər hansı birinin həyata keçirilməsi digərini istisna edə bilməz. Həmçinin iddia tələbinin özü belə tam aydın deyil. Bu tələbin, öhdəliyin kredit müqaviləsindən və ya vurulmuş zərərin nəticələrinin aradan qaldırılmasından əmələ gəlməsi mübahisəlidir. Bu o anlama gəlir ki, hətta iddia tələbi bilavasitə kredit müqaviləsindən irəli gələn və həmin müqavilənin şərtlərinə əsasən hesablanmış faiz borcunun tutulmasından ibarət olsa belə, MM-in 373.2-ci maddəsi ilə müqavilə tələbləri üzrə müəyyən edilən 3 illik iddia müddəti ASC tərəfindən ötürüldüyündən rədd edilməlidir. Odur ki, məhkəmədən iddiaçı ASC “Xalq” Bankın Cavabdeh Ələdddin oğluna qarşı xx.xx.2014-cü il tarixli, **********30014 saylı kredit müqaviləsi üzrə Cavabdeh 4989,43 ABŞ dolları məbləğində əsas borc məbləği, 1457,27 ABŞ dolları məbləğində əldən çıxmış faydanın əvəzi, 5187,48 ABŞ dolları məbləğində penya, cəmi 11634,18 ABŞ dolları məbləğində pul vəsaitinin və ödənilmiş 150 manat məbləğində dövlət rüsumunun əvəzinin tutulmasına dair iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
13. Mingəçevir Şəhər Məhkəməsinin (hakim Ələkbər Hüseynov) 12 iyul 2023-cü il tаrixli, e-2(051)-52/2023 saylı qətnaməsi ilə iddiaçı xxxxnın Cavabdeh qarşı xx.xx.2014-cü il tarixli, **********30014 nömrəli kredit müqaviləsi üzrə qalıq borc məbləğinin borc alandan tutulması tələbinə dair iddiası rədd edilmiş, ekspertiza tədqiqatlarının dəyəri olaraq 200 manat məbləğində məhkəmə xərci “Xalq” X23 Cəmiyyətindən tutularaq dövlət büdcəsi hesabına keçirilməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.
14. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh kredit müqaviləsi üzrə öhdəliyini tam şəkildə icra etdikdən sonra, iddiaçı bank tərəfindən kreditin qaytarılma müddətinin bitdiyi tarixdən sonra yenidən həmin kredit müqaviləsi üzrə borcların ona hesablanmış faiz borclarının əldən çıxmış faydanın və penyanın tələb etməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələbləri ilə aşkar surətdə ziddiyyət təşkil edir. Bu səbəbdən cavabdehin borcu ödədiyi vaxtdan cavabdeh kredit müqaviləsi üzrə öhdəliyini tam şəkildə icra etmiş sayılır və həmin hallar da tərəflər arasında mövcud olan müqavilə öhdəliklərinin xitamına səbəb olmuşdur. Belə olan halda iddiaçı bankla cavabdeh arasında öhdəlik hüquq münasibətləri başa çatmışdır.
15. İddiaçı Mingəçevir Şəhər Məhkəməsinin 12 iyul 2023-cü il tаrixli, e-2(051)- 52/2023 saylı qətnaməsindən apellyasiya şikayəti vermişdir.
III. Apellyasiya instansiya məhkəməsində icraat
a) apellyasiya şikayətinin dəlilləri
16. İddiaçının apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinin dəlilləri ilə oxşar olmuş, əlavə olaraq göstərilmişdir ki, ...məhkəmənin nəzərinə çatdırılmışdır ki, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(051)-32/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş, ipoteka predmetinin dəyərindən tutulmalı olan Kredit müqaviləsi üzrə 12 999,74 ABŞ dolları məbləğində əsas borcdan, 926,41 ABŞ dolları məbləğində adi faizlər üzrə borcdan, 50 ABŞ dolları məbləğində penyadan ibarət olan cəmi 13 976,15 ABŞ dolları məbləğində borcun ödənilməsi, Cavabdeh tərəfindən Kredit müqaviləsi üzrə öhdəliklərin tam şəkildə yerinə yetirilməsi mənasına gəlmir. Qeyd edilən mülki iş üzrə bank tərəfindən tələb edilən borc məbləği xx.xx.2017-ci il tarixinədək hesablanmış borc məbləğindən ibarət olmuşdur. Bankın hazırkı tələbi isə həmin tarixdən kreditləşmə müddətinin bitdiyi xx.xx.2018-ci il tarixinədək hesablanmış adi faiz borcunun, kreditləşmə müddətinin bitdiyi xx.xx.2018-ci il tarixindən əsas borcun tam olaraq ödənildiyi xx.xx.2021-ci il tarixinədək hesablanmış əldən çıxmış faydanın və xx.xx.2020-ci il tarixinədək kredit üzrə ödənilməsi gecikdirilmiş məbləğə hesablanmış penyanın Cavabdeh tutulması ilə bağlıdır. Kredit müqaviləsinin 5.1-ci bəndinə əsasən həmin müqavilə Tərəflərin öz üzərinə götürdükləri öhdəliklərin tam icra edilməsi anına qədər qüvvəsini saxlayır və göründüyü kimi bu şərt Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsində ifadə olunmuş normaya tam uyğundur. Bu normanın hüquqi mahiyyəti bir daha “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarında öz təsdiqini tapmışdır. Həmin qərarda Konstitusiya məhkəməsi qeyd edir ki: “Həmin norma müqavilədən yaranan öhdəliklərin icra olunma anına qədər müqavilənin qüvvədə olması prezumpsiyasına əsaslanır. Konstitusiya məhkəməsi yuxarıda qeyd edimiş əsaslardan çıxış edərək daha sonra həmin qərarda növbəti hüquqi mövqeyini ifadə edərək, göstərir ki, “kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər”. Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda göstərilən qərarına, habelə Kredit müqaviləsinin 1.1-ci, 2.3-cü, 5.1-ci və 6.2-ci bəndlərinə əsasən, Bank xx.xx.2018-ci il tarixədək hesablanmış 4989,43 ABŞ dolları məbləğində adi faiz borcunu, kreditləşmə müddətinin bitdiyi xx.xx.2018-ci il tarixindən əsas borcun tam olaraq ödənildiyi xx.xx.2021ci il tarixinədək hesablanmış 1457,27 ABŞ dolları məbləğində əldən çıxmış faydanı və xx.xx.2020-ci il tarixinədək kredit üzrə ödənilməsi gecikdirilmiş məbləğə hesablanamış 5187,48 ABŞ dolları məbləğində penyanı tələb etməkdə haqlı olmuşdur. Lakin, birinci instansiya məhkəməsi bankın iddiasını rədd etməklə Konstitusiya Məhkəməsinin yuxarıda qeyd olunan məhkəmələr üçün məcburi sayılan hüquqi mövqeyinin tələbini pozmuşdur. Göstərilənlərə əsasən, Mingəçevir Şəhər Məhkəməsinin 12 iyul 2023-cü il tаrixli, e- 2(051)-52/2023 saylı qətnaməsinin ləğv edilməsini, bankın iddia tələblərinin tam təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini və apellyasiya şikayətinin verilməsinə görə 75 manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərclər cavabdehdən iddiaçının xeyrinə tutulmasını xahiş etmişlər.
b) apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Apellyasiya şikayətinə qarşı cavabdeh tərəfindən yazılı etiraz daxil olmuş, həmin etirazda apellyasiya şikayətinin təmin edilməməsini, Mingəçevir Şəhər Məhkəməsinin 12 iyul 2023-cü il tаrixli, e-2(051)-52/2023 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
18. Məhkəmə kollegiyasının iclasında iddiaçı “Xalq” X23 Cəmiyyətininin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi.
19. Məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndəsi X15 apellyasiya şikayətinə etiraz edərək Mingəçevir Şəhər Məhkəməsinin 12 iyul 2023-cü il tаrixli, e- 2(051)-52/2023 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
20. İşə baxılmanın vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsini rəhbər tutaraq işə, cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
21. Apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya instansiyası məhkəməsinin qətnaməsinin rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilmiş (MPM-in 360-cı maddəsi), apellyasiya şikayətinin məzmunu MPM-in 361-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
22. İş üzrə iddiaçı tərəf birinci instansiya məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.
IV. Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi:
23. Maddə 21. Zərərin əvəzinin ödənilməsi (...) 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.
24. Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq
425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
25. Maddə 443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi
443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 443.2. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir.
26. Maddə 445. Borclunun icranı gecikdirməsi (...) 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər.
27. Maddə 449. Pul öhdəliyinin icra edilməməsi üçün məsuliyyət
449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər.
28. Maddə 462. Dəbbə pulu anlayışı
462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübutayetirməyə borclu deyildir.
29. Maddə 465. Öhdəliyin icra edilməməsi üçün cərimə ödənilməsi (...) 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər.
30. Maddə 528. Öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir
31. Maddə 560. Hüquqdan sui-istifadənin qadağan edilməsi 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. (..).
32. Maddə 373. İddia müddətləri (...) 373.3. Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. (...).
33. Maddə 375. İddia müddətinin tətbiqi
375.1. Hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır
34. Maddə 741 (köhnə redaksiyada). Əgər müqavilənin iştirakçıları borcun faizlər üzrə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq olaraq bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.
35. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2023-cü il 29 mart tarixli Qərarında müəyyən edilmişdir ki: “...Mülki Məcəllənin 445.7-ci maddəsində icranın gecikdirilməsi zamanı faizlərin ödənilməsi imkanı nəzərdə tutulmuşdur. Həmin maddəyə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Göründüyü kimi, qanunverici qeyd olunan normada icranın gecikdirilməsi zamanı faizlərin ödənilməsi imkanını kreditorun digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilməməsi imkanı ilə şərtləndirmişdir. Qeyd olunan normalardakı tənzimetmənin müəyyən edilməsində qanunvericinin məqsədi borclunun müqavilə öhdəliklərini pozduğu halda kreditora verməli olduğu vəsaitdən qanunsuz şəkildə istifadə etməsi, faydalanması imkanının qarşısının alınmasına yönəlmişdir. Beləliklə, öhdəliyin pozulması səbəbindən kreditor tərəfindən müddət bitənədək müqavilədən imtina olunması və bununla da müqaviləyə xitam verilməsi, o cümlədən tələbin ipoteka predmetinə yönəldilməsi halında, kreditor Mülki Məcəllənin 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin - gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsi barədə tələb irəli sürə bilər”.
36. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 2009-cu il 9 iyul tarixli Qərarında müəyyən edilmişdir ki: “Öhdəliyin lazımınca icrasının, ilk növbədə, onun şərtlərinə və qanunvericiliyin tələblərinə riayət olunmasından asılı olduğunu nəzərə alaraq, «Məhkəmə qərarlarının icrası haqqında» Azərbaycan Respublikasının Qanunu ilə məhkəmə qərarının icrası ilə bağlı üzərinə düşən vəzifələrin icrasından qərəzli olaraq boyun qaçırmamaqla, onları könüllü yerinə yetirərək girov əmlakı təhvil vermiş şəxs borc və faizlərin girov əmlaka yönəldiyi andan kredit müqaviləsi üzrə öhdəliyini icra etmiş hesab olunur və buna görə, tərəflər arasındakı müqavilə münasibətlərinə xitam verildiyi üçün, o, MM-in 449.1-ci maddəsi üzrə məsuliyyətə cəlb edilə bilməz”.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:
37. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
38. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
39. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
40. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
41. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
42. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
43. Maddə 372.1 Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
44. Maddə 372.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
45. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
46. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
47. Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: - 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; - 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; - 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; - 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi;
V. Apellyasiya məhkəməsinin mövqeyi
48. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Mingəçevir Şəhər Məhkəməsinin 12 iyul 2023-cü il tаrixli, e-2(051)-52/2023 saylı qətnaməsi qismən ləğv edilməlidir.
49. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
50. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
51. Birinci instansiya məhkəməsinin araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı bankla cavabdeh arasında xx.xx.2014-cü il tarixdə predmeti pul məbləği olan kredit müqaviləsi adlanan borc müqaviləsi bağlanmış, iddiaçı 17500 ABŞ dolları məbləğində pulu cavabdehə verməyi, cavabdeh isə kredit məbləğini əsas borc və faizləri ilə birlikdə banka ödəməyi öhdəsinə götürmüşdür. Öhdəliyinin icrasının təminatı kimi iddiaçı ilə cavabdeh və ipoteka qoyan arasında həmin tarixdə ipoteka predmeti olan Mingəçevir şəhərinin A.Şaiq küçəsindəki 15 saylı evin 46 saylı mənzili ipoteka ilə yüklü edilməsinə dair ipoteka müqaviləsi bağlanmışdır. Cavabdeh öhdəliyini lazımi qaydada yerinə yetirmədiyi üçün iddiaçı bank məhkəməyə müraciət etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(051)-32/2019 saylı qətnaməsinə əsasən iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) ASC “Xalq” X2, Cavabdeh və X5 qarşı “29 oktyabr 2014cü il tarixli, **********30014 nömrəli kredit müqaviləsi üzrə iddiaçının (kreditorun) tələblərinin təmin edilməsi üçün ipoteka predmetinə tutmanın yönəldilməsi və satışdan sonra ipoteka predmeti olan mənzildən çıxartma” tələbinə dair iddiası qismən təmin edilmiş, Cavabdeh 12999.74 ABŞ dolları məbləğdə əsas, 926.41 ABŞ dolları məbləğdə faiz və 50 ABŞ dolları məbləğdə cərimə olmaqla, cəmi 13976.15 ABŞ dolları məbləğdə borc qətnamə icra olunan günə manat məzənnəsi ilə hesablanıb ASC “Xalq” Bankına verilməsi, həmin borcun ödənilməsi ipotekaya qoyulmuş, X9 mülkiyyətində olan Mingəçevir şəhərinin A.Şaiq küçəsindəki 15 saylı evin 46 saylı mənzilinə yönəldilməsi, mənzilin ilkin satış qiyməti 40000 (qırx min) manat müəyyən edilməsi mənzilin açıq hərracda satılmasından əldə olunacaq vəsait hesabına X10 banka olan borcunun ödənilməsi qət edilmişdir. Dövlət rüsumu kimi ödənilmiş 30 manat pul, ipoteka premetinə tutmanın yönəldilməsinə dair bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün ödənilmiş 30 manat və sənədlərin notariat qaydada təsdiq edilməsi üçün ödənilmiş 17 manat rüsum Cavabdeh alınıb ASC “Xalq” bankının hesabına ödənilməsi, iş üzrə 120 manat məbləğdə ekspertiza xərci iddiaçıdan və 100 manat məbləğdə ekspertiza xərci cavabdehdən alınıb Azərbaycan Respulikası Ədliyyə Naziriyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi, iş üzrə 250 manat məbləğdə əmlakın qiymətləndirilməsinə dair xərclər Cavabdeh alınıb “TES GROUP” MMC-nin hesabına ödənilməsi, iş üzrə 250 manat məbləğdə əmlakın qiymətləndirilməsi xərci iddiaçı ASC “Xalq” Bankından alınıb “Heba Consulting” MMC-nin hesabına ödənilməsi qət edilmişdir. İlkin iddia qalan hissədə təmin edilməmişdir. Cavabhde (qarşılıqlı iddia üzrə iddiaçı) X15, Cavabdeh və X3 ASC “Xalq” Bankına qarşı “xx.xx.2014-cü il tarixli, **********30014 nömrəli kredit müqaviləsi üzrə iddiaçının (kreditorun) tələblərinin təmin edilməsi üçün ipoteka predmetinə tutmanın yönəldilməsi” tələbinə dair qarşılıqlı iddia tələbi təmin edilməmişdir. İddiaçı bank apellyasiya şikayəti vermişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(107)-3154/2019 saylı qətnaməsi ilə “Xalq” Bank ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Mingəçevir Şəhər Məhkəməsinin 22 avqust 2019-cu il tarixli, 2(051)-32/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı Bank kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(102)- 2462/2020 saylı qərarı ilə iddiaçı ASC “Xalq” Bankının kasasiya şikayəti qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 dekabr 2019-cu il tarixli, qətnaməsi ipotekaya qoyulmuş, X9 mülkiyyətində olan, Mingəçevir şəhərinin A.Şaiq küçəsindəki 15 saylı evin 46 saylı mənzilin ilkin satış qiymətinin 40000 (qırx min) manat müəyyən edilməsi və X15, Cavabdeh və X6, onların ailə üzvləri və digər şəxslər mənzili 1 ay ərzində tərk etmədikləri halda, həmin şəxslərin mənzildən məcburi qaydada çıxarılmalarının rədd edilməsi hissələrin ləğv edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(107)-159/2021 saylı qətnaməsi ilə iddiaçı ASC “Xalq” Bankının nümayəndəsi X17 tərəfindən verilən apellyasiya şikayəti qismən təmin edilmişdir. İş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 22 avqust 2019-cu il tarixli, 2(051)-32 saylı qətnaməsi ipotekaya qoyulmuş, X9 mülkiyyətində olan Mingəçevir şəhərinin A.Şaiq küçəsindəki 15 saylı evin 46 saylı mənzilin satış qiymətinin 40000 (qırx min) manat müəyyən edilməsi və X15, Cavabdeh və X6 onların ailə üzvləri və digər şəxslər mənzili 1 ay ərzində tərk etmədikləri halda, həmin şəxslərin mənzildən məcburi qaydada çıxarılmaları rədd edilməsi hissələrində ləğv edilmiş və həmin hissədə yeni qətnamə qəbul edilmişdir. İpotekaya qəbul edilmiş X9 mülkiyyətində olan Mingəçevir şəhərinin A.Şaiq küçəsindəki 15 saylı evin 46 saylı mənzilin ilkin satış qiymətinin 34000 (otuz dörd min) manat müəyyən edilməsi, Mənzil satıldıqdan sonra boşaldılması X15, Cavabdeh və X6 1 ay ərzində çıxarılmaları qət edilmişdir. İş icraya yönəlmişdir. Bundan sonra cavabdeh tərəf banka olan borcunu tam şəkildə ödəmiş və icra sənədi üzrə icraata xitam verilmişdir. Cavabdehlərin borcu tam ödəməsinə dair iddiaçı bank Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinə və DƏDRX-ın 17 saylı Ərazi İdarəsinə məktublar göndərmişdir.
52. İddiaçı bank Cavabdeh qarşı xx.xx.2014-cü il tarixli, **********30014 nömrəli kredit müqaviləsi üzrə 4989,43 (dörd min doqquz yüz səksən doqquz ABŞ dolları 43 sent) ABŞ dolları məbləğində xx.xx.2018-ci il tarixinədək illik 19% (on doqquz faiz) dərəcəsi ilə hesablanmış və ödənilməmiş adi faizlər üzrə borc məbləği, xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 5% (beş faiz dərəcəsi ilə hesablanmış 1457,27 (bir min dörd yüz əlli yeddi ABŞ dolları 27 sent) ABŞ dolları məbləğində əldən çıxmış faydanın (zərər) əvəzi, xx.xx.2020-ci il tarixə qədər kredit üzrə ödənilməsi gecikdirilmiş məbləğə illik 15% (on beş faiz) dərəcəsi ilə hesablanmış 5187,48 (beş min bir yüz səksən yeddi ABŞ dolları, 48 sent) ABŞ dolları məbləğində penya, cəmi 11634,18 (on bir min altı yüz otuz dörd ABŞ dolları, 18 sent) ABŞ dolları məbləğində pul vəsaiti Cavabdeh iddiaçı ASC “Xalq” Bankının xeyrinə tutulması iddia ərizəsinin verilməsinə görə 150 (bir yüz əlli) manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərclər cavabdehdən iddiaçının xeyrinə tutulması tələbinə dair Mingəçevir Şəhər Məhkəməsində iddia qaldırmışdır.
53. İddiaçı kredit müqaviləsi üzrə cavabdehdən: 1) xx.xx.2018-ci il tarixidək müvafiq müqavilə şərtinə uyğun hesablanmış ödənilməsi gecikdirilmiş məbləğə illik 19% dərəcəsi ilə hesablanmış 4989,43 ABŞ dolları təşkil edən adi faizlər üzrə borcun, 2) xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək vaxtı keçmiş əsas borc məbləğinə illik 5% (dərəcəsi ilə hesablanmış 1457,2 ABŞ dolları məbləğində əldən çıxmış faydanın (zərər) əvəzinin və xx.xx.2020-ci il tarixə qədər kredit üzrə ödənilməsi gecikdirilmiş məbləğə illik 15% dərəcəsi ilə hesablanmış 5187,48 ABŞ dolları məbləğində penyanın tutulmasını xahiş etmişdir.
54. İşin müəyyən edilmiş hallarından məlum olur ki, iddiaçı hazırkı cavabdehə qarşı ilk dəfə, kredit müqaviləsi üzrə borcun tutulması ilə tutmanın ipoteka predmetlərinə yönəldilməsini, ipoteka predmetlərindən əldə olunan vəsait hesabına borcun ödənilməsinə dair iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət etmiş həmin iş üzrə məhkəmənin 22 avqust 2019-cu il tarixli qətnaməsi qanuni qüvvəyə minmiş, verilmiş icra vərəqəsi əsasında olan borc 29 noyabr 2021-ci il tarixdə cavabdeh tərəfindən ödənildiyindən tutma ipoteka predmetinə yönəlməmiş, 16 mart 2022-ci il tarixli qərarla icra sənədi üzrə icraata xitam verilmişdir.
55. İddia tələbləri üzrə birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, qətnamə qüvvəyə mindikdən sonra icraya yönəlmişdir. Bundan sonra cavabdeh tərəf banka olan borcunu tam şəkildə ödəmiş və icra sənədi üzrə icraata xitam verilmişdir. Cavabdehlərin borcu tam ödəməsinə dair iddiaçı bank Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinə və DƏDRX-ın 17 saylı Ərazi İdarəsinə məktublar göndərmişdir. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliyini tam şəkildə icra etdikdən sonra, iddiaçı bank tərəfindən kreditin qaytarılma müddətinin bitdiyi tarixdən sonra yenidən həmin kredit müqaviləsi üzrə borcların ona hesablanmış faiz borclarının əldən çıxmış faydanın və penyanın tələb etməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələbləri ilə aşkar surətdə ziddiyyət təşkil edir. Məhkəmə öz qənaətini onunla əsaslandırmışdır ki, cavabdehin borcu ödədiyi vaxtdan cavabdeh kredit müqaviləsi üzrə öhdəliyini tam şəkildə icra etmiş sayılır və həmin hallar da tərəflər arasında mövcud olan müqavilə öhdəliklərinin xitamına səbəb olmuşdur. Belə olan halda iddiaçı bankla cavabdeh arasında öhdəlik hüquq münasibətləri başa çatmışdır.
56. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, kredit müqaviləsi üzrə öhdəlik tam icra olunduqdan sonra, iddiaçı bankın yenidən xitam olunmuş müqaviləyə istinad edərək cavabdehdən faiz borcu, əldən çıxmış fayda və dəbbə pulu tələb etməsi, açıqaşkar hüquqdan sui-istifadədir.
57. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, digər tərəfi aşkar surətdə əlverişsiz vəziyyətə saldığı üçün etimad və vicdanlılıq prinsiplərinə ziddir. Çünki cavabdeh məhkəmə tərəfindən qəbul olunmuş qətnamə və qərarlardan razı olmuş və həmin qərarları mübahisələndirməmişdir. Lakin Bank təşkilatı qətnamədən bütün yuxarı instansiyalara dəfələrlə müraciət etmişdir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icraya yönəlmişdir. İcra ərəfəsində isə cavabdeh borcunu tam şəkildə ödəmişdir. Bu da onu deməyə əsas verir ki, iddiaçı bankın zərərə məruz qalması cavabdehdən asılı olmayan hallardan irəli gəlmişdir. Cavabdehin onun cavabdeh olmadığı halda kreditorun düşdüyü zərər üçün məsuliyyət daşımır və onun bu halda əlavə maliyyə sanksiyasına məruz qalması yol verilməzdir.
58. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin həmin qənaəti ilə qismən razılaşaraq aşağıdakıları qeyd edir.
59. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli Qərarında göstərilmişdir ki, “...müqavilənin bağlanması və qüvvədə qalması tərəflərin birgə iradəsinə əsaslandığı üçün, onların qabaqcadan xüsusi ləğvetmə əsaslarını müəyyən etmək hüququna malik olması da mülki qanunvericiliyin tələblərindən irəli gəlir. Bu səbəbdən də Mülki Məcəllənin 421.2-ci maddəsində “müqavilədə nəzərdə tutulan digər hallarda” və Məcəllənin 421.3-cü maddəsində “tərəflərin razılaşması ilə yol verildikdə” ifadələri ilə tərəflərin müqaviləni birtərəfli qaydada aradan qaldırmaq imkanı tanınmışdır. Burada “tərəflərin razılaşması ilə yol verildikdə” müddəasının “əvvəlcədən müqavilədə nəzərdə tutulan hallarda” mənasını ehtiva etdiyi xüsusilə qeyd edilməlidir. Belə ki, Mülki Məcəllənin 421.3-cü maddəsinin dispozisiyasından göründüyü kimi, burada hüquqi tənzimetmə qarşılıqlı razılaşma ilə deyil, məhz müqavilənin bilavasitə birtərəfli qaydada ləğv edilməsi (maddədə “imtina” olaraq ifadə edilib) ilə bağlıdır. Əlavə olaraq o da vurğulanmalıdır ki, 24 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə Mülki Məcəllənin 421.2-ci maddəsinin birinci cümləsindən “məhkəmənin qərarına əsasən" müddəası çıxarılmaqla, ləğv etmənin məhkəmədən kənar qaydada baş verməsi müəyyən edilmişdir ki, bu da müvafiq münasibətlərin hüquqi tənzimlənməsinin əsas prinsiplərindən irəli gəlmişdir. ... Mülki Məcəllənin 421.2-ci maddəsində sadalanan iki əsasdan birinin olduğu halda (digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə (və ya müqavilədə) nəzərdə tutulan digər hallarda) müqavilənin ləğv edilməsi məhkəmədənkənar qaydada baş verir. ....Lakin qeyd olunmalıdır ki, kredit müqavilələri vaxtaşırı icra edilməli olan öhdəlik münasibətlərini ifadə etdiyindən, kredit müqaviləsindən imtina olunması ilə onun ləğv edilməsi arasında hüquqi nəticə baxımından fərq mövcud deyildir. Odur ki, kredit müqaviləsi kimi icrası davamlı olan öhdəlik münasibətlərində müqavilədən imtina ləğvetmədə olduğu kimi, ancaq imtinadan sonrakı dövr üçün öhdəlikləri aradan qaldırır. ... O da nəzərə alınmalıdır ki, qanunvericilikdə xüsusi bir qayda nəzərdə tutulmadığı halda, istər müqavilənin ləğv edilməsi, istər müqavilədən imtina, istərsə də öhdəliyin icrasından imtina bir tərəfin iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə həyata keçirilir. ... kredit müqaviləsi üzrə öhdəliyin pozulması səbəbindən kreditorun Mülki Məcəllənin 447.1-ci maddəsinə əsasən müqavilədən imtina etdiyi təqdirdə, həmin anadək gecikdirilmiş annuitet ödənişlərinə yaranmış tələb müqavilənin ləğvindən sonra da qüvvədə qalır. Bu öhdəlik müqavilənin ləğv edilməsindən əvvəl yarandığı üçün kreditor onun ödənilməsini tələb etməkdə haqlıdır”.
60. Konstitusiya Məhkməsinin formalaşdırdığı hüquqi mövqelərdən göründüyü kimi, kredit müqaviləsi üzrə borcun qaytarılması öhdəliyinin gecikdirilməsinə görə bankın borcun tamamını (əsas, faiz, cərimə) borcludan geri istəməsi, yaxud məhkəmədə borcun tutulması və (ya) ipoteka predmetinə yönəldilməsi barədə iddia qaldırması müqavilənin birtərəfli qaydada ləğv edilməsi anlamına gəlir. Müqavilənin ləğv edildiyi anadək əsas borcla yanaşı müqavilədə razılaşdırılmış (adi) faizlərin və cərimənin tələb edilməsi həmin əqdə əsasən mümkündür.
61. Baxılan işin hallarından görünür ki, iddiaçının cavabdehə qarşı bu məzmunda olan tələblərinə məhkəmələr tərəfindən baxılmış və qət olunan borc məbləği 29 noyabr 2021-ci il tarixdə tarixdə banka ödənmişdir.
62. Hazırkı iddiada bankın kredit müqaviləsinin müddətinin bitdiyi 29 oktyabr 2018-ci il tarixədək müvafiq müqavilə şərtinə uyğun hesablanmış ödənilməsi gecikdirilmiş məbləğə illik 19% dərəcəsi ilə hesablanmış 4989,43 ABŞ dolları təşkil edən adi faizlər üzrə borc tələbi ilə bağlı qeyd edilməlidir ki, daha əvvəl cavabdehə borcun tam qaytarılması haqqında bildirişin göndərilməsi və ya qeyd olunan iddianın qaldırılması müqavilənin bank tərəfindən birtərəfli qaydada ləğv edilməsi sayıldığı üçün həmin tarixdən sonra artıq qüvvədə olmayan müqavilədəki (adi) faizin hesablanması və tələb edilməsi yolverilməzdir.
63. Məhkəmə kollegiyası qeyd edir ki, dəbbə pulu müqavilə müddətində hesablanmalı olan pul məbləğidir və müqavilə müddəti artıq bitmişdir. Bundan başqa, iddiaçı müqavilə müddətinə hesabladığı dəbbə pulunu tələb etmiş və Mingəçevir Şəhər Məhkəməsinin qətnaməsi ilə 50 ABŞ dolları məbləğdə cərimə borcunu cavabdehdən tutulmasını qət edilmişdir.. Şərh olunanlara əsasən iddiaçının müqavilə müddəti bitdikdən sonra müqaviləyə əsasən cavabdehdən cərimə tələb etmək hüququ yoxdur.
64. Məhkəmə kollegiyası MM-in 462.1 və 465.2-ci maddələrinə (bax: bu qətnamənin 28- 29-cu bəndləri) istinadən hesab edir ki, həmin nəticə qanuni və əsaslıdır
65. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, iddiaçının istinad etdiyi, öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verildiyini nəzərdə tutan MM-in 528-ci maddəsi (bax: bu qətnamənin 30-cu bəndi) əsas öhdəliyin icrasından bəhs edir və tərəflər arasında baş tutmuş məhkəmə mübahisəsindən sonrakı dövrü ehtiva etmir. İddiaçı hüququndan istifadə edərək məhkəməyə müraciət etmiş və Mingəçevir Şəhər Məhkəməsinin 22 avqust 2019-cu il tarixli qətnaməsi ilə tərəflər arasında yaranmış müqavilə münasibətlərinə son qoyulmuş, hazırda isə qətnamədən irəli gələn tələblərin yerinə yetirilməsi öhdəliyi və bundan irəli gələn tələbkar və borcu münasibətləri mövcuddur ki, iddiaçının cərimə faizləri ilə bağlı MM-in 528-ci maddəsinə istinadən iddia irəli sürməsi əsassızdır.
66. Bu səbəbdən də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə müvafiq hissədə razılaşmır.
67. Apellyasiya şikayətinin dəlillərindən biri əldən çıxmış faydanın (zərərin) cavabdehdən tutularaq iddiaçıya ödənilməsi ilə bağlıdır.
68. Kreditorun müqavilə ləğv edildikdən sonrakı dövrdə (müqavilə müddətinin bitdiyi vaxtadək, habelə bu tarixdən sonra öhdəlik tam icra edilənədək) pul vəsaitini qanunsuz şəkildə özündə saxlayan borcludan müvafiq vəsaitin azı illik 5 faizini tələb etmək hüququ istisna olunmur.
69. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli Qərarında göstərmişdir ki, öhdəliyin pozulması səbəbindən kreditor tərəfindən müddət bitənədək müqavilədən imtina olunması və bununla da müqaviləyə xitam verilməsi, o cümlədən tələbin ipoteka predmetinə yönəldilməsi halında, kreditor Mülki Məcəllənin 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin - gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsi barədə tələb irəli sürə bilər”.
70. Bu baxımdan iddiaçının 29 oktyabr 2018-ci il tarixdən 29 noyabr 2021-ci il tarixə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 5% dərəcəsi ilə hesablanmış 1457,2 ABŞ dolları məbləğində əldən çıxmış faydanın (zərərin) tutulması tələbi əsaslıdır.
71. İş materiallarından görünür ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinin müddəti 29 oktyabr 2018-ci ildə bitmişdir. İddiaçı hazırkı iddianı 14 iyul 2022-ci il tarixdə qaldırmışdır.
72. İş materiallarından həmçinin görünür ki, cavabdeh hazırkı mübahisəyə iddia müddətinin tətbiqi barədə ərizə versə də, birinci instansiya məhkəməsi həmin ərizəyə münasibət bildirməmişdir.
73. Qanunun tələbinə görə, vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir.
74. Kredit müqaviləsi üzrə faizlər müvafiq olaraq bir ilin sonunda ödənilməlidir. (bax: bu qətnamənin 34-cü bəndi)
75. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı kredit müqaviləsinin müddəti bitdikdən təxminən 3 il 8 ay sonra sonra hazırkı iddianı qaldırdığından və kredit müqaviləsi üzrə faizlər də ilin sonunda ödənilməli olduğundan sonuncu 2019-cu il üçün hesablanmış faizlər üzrə iddia müddətini ötürmüşdür. Ona görə də, 29 oktyabr 2018-ci il tarixdən 29 noyabr 2021-ci il tarixə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 5% dərəcəsi ilə hesablanmış 1457,2 ABŞ dolları məbləğindən 29 oktyabr 2018-ci il tarixdən 29 noyabr 2019-cu il tarixə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 5% dərəcəsi ilə hesablanmış məbləğ olan 482,65 ABŞ dolları çıxılmalı, yerdə qalan 974,55 ABŞ dolları (1457,2-482,65=974,55) cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
76. Şərh olunanlara əsasən məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini qismən əsaslı sayır.
77. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun
78. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).
79. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93).
80. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 36.56 (otuz altı manat əlli altı qəpik) manatı cavabdehə aid edilməlidir.
81. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Mingəçevir Şəhər Məhkəməsinin 12 iyul 2023-cü il tаrixli, e-2(051)-52/2023 saylı qətnaməsi qismən - “əldən çıxmış faydanın (zərərin) tutulmasının rədd edilməsi” hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilərək iddia tələbi həmin hissədə qismən təmin edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı xxxx tərəfindən verilmiş аpellyаsiyа şikayəti qismən təmin edilsin. Mingəçevir Şəhər Məhkəməsinin 12 iyul 2023-cü il tаrixli, e-2(051)-52/2023 saylı qətnaməsi qismən – “əldən çıxmış faydanın (zərərin) əvəzinin tutulmasının rədd edilməsi” hissəsində ləğv edilsin. Həmin hissədə yeni qətnamə qəbul edilərək iddia tələbi həmin hissədə qismən təmin edilsin. Cavabdeh iddiaçı xxxxnın xeyrinə 974.55 (doqquz yüz yetmiş dörd ABŞ dolları, əlli beş sent) ABŞ dolları məbləğində əldən çıxmış faydanın (zərərin) əvəzi ödəniş gününə olan məzənnə üzrə Azərbaycan manatı ilə tutulsun. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 36.56 (otuz altı manat əlli altı qəpik) manatı cavabdehə aid edilsin. Cavabdeh 36.56 manat məbləğində pul alınıb iddiaçı xxxxna verilsin. Qətnamə baxılmış apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslər, tələbləri təmin olunmadığı hallarda qətnamənin surəti onlara rəsmi qаydаdа verildiyi gündən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilmədikdə o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Elçin Hüseynov