Məhkəmə qərarları › İş №2(107)-1111/2021

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1111/2021

17.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1111/2021 17.05.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi, İddiaçı ASC «xxxx» Bankının nümayəndəsi X1 və Cavabdeh nümayəndəsi X3 iştirakı ilə, İddiaçı ASC «xxxx» Bankının Cavabdeh qarşı «03 noyabr 2015-ci il tarixli **********40715 saylı kredit müqaviləsi üzrə qalıq borc məbləğinin borc alandan tutulması» tələbinə dair iddiasının 5714,92 (beş min yeddi yüz on dörd ABŞ dolları 92 sent) ABŞ dolları məbləğində vaxtı keçmiş əsas borcun Cavabdeh iddiaçı ASC “xxxx” Bankının xeyrinə tutulması hissəsinə xitam verilməsi barədə Yevlax Rayon Məhkəməsinin 18 fevral 20121-ci il tarixli 2(039)-119/2021 nömrəli qərardadından iddiaçı ASC «xxxx» Bankı tərəfindən verilmiş şikayətə аçıq məhkəmə iclаsındа bаxаrаq müəyyən etdi: İddiaçı ASC «xxxx» Bankı Cavabdeh qarşı «03 noyabr 2015-ci il tarixli **********40715 saylı kredit müqaviləsi üzrə qalıq borc məbləğinin borc alandan tutulması» tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, Cavabdeh 03 noyabr 2015-ci il tarixli **********40715 №-li kredit müqaviləsi üzrə iddiaçı ASC “xxxx” Bankı qarşısında 5714,92 (beş min yeddi yüz on dörd ABŞ dolları 92 sent) ABŞ dolları məbləğində vaxtı keçmiş əsas borcu, 9576,23 (doqquz min beş yüz yetmiş altı ABŞ dolları 23 sent) ABŞ dolları məbləğində kreditdən istifadəyə görə 03 noyabr 2019-cu il tarixədək illik 19% (on doqquz faiz) dərəcəsi ilə hesablanmış adi faizlər üzrə borcu, 250,82 (iki yüz əlli ABŞ dolları 82 sent) ABŞ dolları məbləğində 03 noyabr 2019-cu il tarixindən 17 sentyabr 2020-ci il tarixə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 5 % (beş faiz) faiz dərəcəsi ilə hesablanmış əldən çıxmış faydanın əvəzi, 5244,31 (beş min iki yüz qırx dörd ABŞ dolları 31 sent) ABŞ dolları məbğləğində 17 sentyabr 2020-ci il tarixinə qədər kredit üzrə ödənilməsi gecikdirilmiş məbləğə illik 15% (on beş faiz) dərəcəsi ilə hesablanmış penya, cəmi 20786,28 (iyirmi min yeddi yüz səksən altı ABŞ dolları 28 sent) ABŞ dolları məbləğində pul vəsaiti, 17 sentyabr 2020-ci il tarixindən başlayaraq İddiaçının tələblərinin faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 5 % (beş faiz) dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzi, illik 15 % (on beş faiz) dərəcəsi ilə hesablanan penya, sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 10 manat və iddia ərizəsinin verilməsinə görə dövlət rüsumunun ödənilməsi üzrə 30 (otuz) manat məbləğində çəkilmiş xərclər Cavabdeh iddiaçı ASC “xxxx” Bankının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC «xxxx» Bankı iddia tələbinin həcminin artırılması barədə birinci instansiya məhkəməsinə ərizə ünvanlayaraq, Cavabdeh 03 noyabr 2015-ci il tarixli **********40715 №-li kredit müqaviləsi üzrə iddiaçı ASC “xxxx” Bankı qarşısında 5714,92 (beş min yeddi yüz on dörd ABŞ dolları 92 sent) ABŞ dolları məbləğində vaxtı keçmiş əsas borcu, 9576,23 (doqquz min beş yüz yetmiş altı ABŞ dolları 23 sent) ABŞ dolları məbləğində kreditdən istifadəyə görə 03 noyabr 2019-cu il tarixədək illik 19% (on doqquz faiz) dərəcəsi ilə hesablanmış adi faizlər üzrə borcu, 250,82 (iki yüz əlli ABŞ dolları 82 sent) ABŞ dolları məbləğində 03 noyabr 2019-cu il tarixindən 17 sentyabr 2020-ci il tarixə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 5 % (beş faiz) faiz dərəcəsi ilə hesablanmış əldən çıxmış faydanın əvəzi, 5244,31 (beş min iki yüz qırx dörd ABŞ dolları 31 sent) ABŞ dolları məbğləğində 17 sentyabr 2020-ci il tarixinə qədər kredit üzrə ödənilməsi gecikdirilmiş məbləğə illik 15% (on beş faiz) dərəcəsi ilə hesablanmış penya, cəmi 20901,37 (iyirmi min doqquz yüz bir ABŞ dolları 37 sent) ABŞ dolları məbləğində pul vəsaiti, 17 sentyabr 2020-ci il tarixindən başlayaraq İddiaçının tələblərinin faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 5 % (beş faiz) dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzi, illik 15 % (on beş faiz) dərəcəsi ilə hesablanan penya, sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 10 manat və iddia ərizəsinin verilməsinə görə dövlət rüsumunun ödənilməsi üzrə 30 (otuz) manat məbləğində çəkilmiş xərclər Cavabdeh iddiaçı ASC “xxxx” Bankının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC «xxxx» Bankı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı (kreditor) ASC «xxxx» Bankı ilə Cavabdeh arasında bağlanmış 03 noyar 2015-ci il tarixli **********40715 saylı kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən borc alana 48 (qırx səkkiz) ay müddətinə, kreditdən istifadəyə görə illik 19 % (iyirmi iki faiz) ödənilməsi şərtilə, 17 000 (on yeddi min) ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərinin lazımi qaydada yerinə yetirilməsini təmin etmək məqsədilə bank ilə X10 (ipoteka qoyan) arasında mülkiyyət hüququ ilə sonuncuya məxsus Yevlax şəhəri, Ərəş küçəsində mülkiyyətində olan 0,045 ha torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərindəki 2 mərtəbəli, 3 otaqlı, ümumi sahəsi 209,60 kv.m təşkil edən 12 nömrəli fərdi yaşayış evinin ipoteka qoyulması barədə 03 noyabr 2015-ci il tarixli **********40715/ip saylı ipoteka müqaviləsi bağlanmışdır. Cavabdeh tərəfindən kredit müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməməsinə görə Bank kredit müqaviləsi üzrə iddiaçının tələblərinin təmin edilməsi üçün ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında iddia tələbi ilə Yevlax Rayon Məhkəməsinə müraciət etmiş və məhkəmənin 26 may 2017-ci il tarixli 2(039)-1899/2017 saylı qətnaməsi ilə 03 noyar 2015-ci il tarixli **********40715/ip №li ipoteka müqaviləsi üzrə ipoteka serində çıxış edən və X6 mülkiyyət hüququ əsasında məxsus Yevlax şəhəri, Ərəş küçəsində mülkiyyətində olan 0,045 ha torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərindəki 2 mərtəbəli, 3 otaqlı, ümumi sahəsi 209,60 kv.m təşkil edən 12 nömrəli fərdi yaşayış evinə tutma yönəldilməsi, evin açıq hərracda satılması və 03 noyar 2015-ci il tarixli **********40715 №-li kredit müqaviləsi üzrə Cavabdeh bank qarşısında 16742,92 ABŞ dolları məbləğində əsas borcunun, 4275,77 ABŞ dolları məbləğində kreditdən istifadəyə görə hesablanmış adi faizlər üzrə borcun, 07 aprel 2017ci il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15 % (on beş faiz) dərəcəsi ilə hesablanmış 39 ABŞ dolları məbləğində penyanın, cəmi 21057,69 ABŞ dolları və 07 aprel 2017-ci il tarixindən başlayaraq iddiaçının tələlərinin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 19 % (on doqquz faiz) dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzinin, poteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 30 manat və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 14 manat məbləğində çəkilmiş ərclərin ipoteka predmetinin dəyərindən bankın xeyrinə tutulması qət edilmişdir. Yuxarıda göstərilən qətnamədən narazı qalan cavabdehlər Cavabdeh və digərləri Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsini xahiş etmişlər. Şəki Apellyasiya Məhkəməsinin 30 noyabr 2017-ci il tarixli, 2(107)-2537/2017 №li qətnaməsi ilə cavabdehlər Cavabdeh və digərlərinin apellyasiya şikayəti təmin edilmədən qətnamə isə dəyişdirilmədən saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin yuxarıda qeyd olunan qətnaməsindən cavabdehlər Cavabdeh və X9 tərəfindən verilmiş kassasiya şikayəti Ali Məhkəmənin 16 aprel 2018-ci il tarixli, 2(102)-2660/2018 №-li qərarı ilə təmin edilməmişdir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra icraatı qaydasında “xxxx” MMC tərəfindən keçirilmiş hərraclarda həmin mənzil satılmadığından onun alınması Banka təklif edilmiş və Bank buna öz razılığını bildirmişdir. Yaşayış sahəsinin alqı-satqısı hərrac təşkilatçısı, Yevlax rayon İcra şöbəsi və bank tərəfindən imzalanmış hərracın nəticələri haqqında Y-76 №-li protokol və bank ilə hərrac təşkilatçısı arasında 04 fevral 2019-cu il tarixdə bağlanmış hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilə ilə rəsmiləşdirilmişdir. Əmlakın alqı-satqısı barədə müqaviləyə uyğun olaraq əmlakın son satış qiyməti 17850 (on yeddi min səkkiz yüz əlli) manat məbləğində müəyyən edilmişdir. İpoteka predmeti qismində çıxış edən əmlakın ödənilməmiş borc müqabilində bankın balansına keçməsinə baxmayaraq, cavabdehin kredit müqaviləsi üzrə iddiaçı qarşısında 5714,92 (beş min yeddi yüz on dörd ABŞ dolları 92 sent) ABŞ dolları məbləğində vaxtı keçmiş əsas borcu, kreditin qaytarılma müddətinin bitdiyi 03 noyabr 2019-cu il tarixədək hesablanmış və ödənilməmiş 9576.23 (doqquz min beş yüz yetmiş altı ABŞ dolları 23 sent) ABŞ dolları məbləğində adi faizlər üzrə borcu qalmışdır. Bundan əlavə cavabdeh kredit üzrə ödənişlərin həyata keçirilməsinin gecikdirilməsi ilə əlaqədar olaraq banka kredit müqaviləsinin 6.2-ci bəndinə əsasən ödənilməsi gecikdirilmiş məbləğə illik 15% (on beş faiz) (34%-19%= 15%) dərəcəsi ilə hesablanan penya da ödəməlidir ki, 17 sentyabr 2020ci il tarixə bu məbləğ 5244,31 (beş min iki yüz qırx dörd ABŞ dolları 31 sent) ABŞ dolları təşkil etmişdir. İpoteka predmeti hesabına iddiaçının tələbi ödənilmədiyinə görə «İpoteka haqqında» Azərbaycan Respublikasının 15 aprel 2005-ci il tarixli Qanununun 47.5-ci maddəsinə əsasən iddiaçının tələbinin ödənilməyən hissəsini borc alanın başqa əmlakından almaq hüququ yaranmışdır. Kredit müqaviləsi üzrə cavabdehin üzərinə götürdüyü öhdəliklərin könüllü qaydada yerinə yetrilməsinə nail olmaq məqsədilə iddiaçı tərəfindən cavabdehə xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh tərəfindən borcun ödənilməsi üçün bu günə qədər heç bir əməli addım atılmamışdır. İddiaçı ASC «xxxx» Bankının nümayəndəsi X2 iddianı müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh nümayəndəsi X7 birinci instansiya məhkəməsinin iclasında izah etmişdir ki, ASC «xxxx» Bankı ilə Cavabdeh arasında bağlanmış kredit müqaviləsi əsasında Cavabdeh 17000 ABŞ dolları kredit verilmişdir. Həmin kreditin təminatı kimi onların evi girov qoyulmuşdur. Azərbaycan manatı ikinci dəfə devalvasiyaya uğradığından borclarını vaxtında ödəyə bilməmişdir. Bankın iddiası əsasında evləri hərrac yolu ilə satılmış və borcun ödənilməsinə yönəlmişdir. Hazırda evləri də satılmış və götürdükləri kreditdən də artıq məbləğində bank onlardan pul tələb etmişdir. Tərəf iddianın tam əsassız olduğunu hesab etmişdir. Yevlax Rayon Məhkəməsinin 18 fevral 20121-ci il tarixli 2(039)-119/2021 nömrəli qərardadı ilə İddiaçı ASC «xxxx» Bankının iddiasının Cavabdeh 03 noyabr 2015-ci il tarixli **********40715 №-li kredit müqaviləsi üzrə iddiaçı ASC “xxxx” Bankı qarşısında 5714,92 (beş min yeddi yüz on dörd ABŞ dolları 92 sent) ABŞ dolları məbləğində vaxtı keçmiş əsas borcun Cavabdeh iddiaçı ASC “xxxx” Bankının xeyrinə tutulması hissəsinə xitam verilmişdir. Həmin qərardaddan İddiaçı ASC «xxxx» Bankının nümayəndəsi tərəfindən verilmiş şikayət Yevlax Rayon Məhkəməsinin 15 aprel 2021-ci il tarixli 2(039)-119/2021 nömrəli qərardadı ilə təyin edilməmiş və baxılması üçün Şəki Apelyаsiyа Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə tədqiq edib hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməli, Yevlax Rayon Məhkəməsinin 18 fevral 20121-ci il tarixli 2(039)-119/2021 nömrəli qərardadı ləğv edilməli və mülki iş üzrə icraatın davam etdirilməsi üçün mülki iş Yevlax Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 372.1-ci mаddəsinə əsаsən аpellyаsiyа instаnsiyаsı məhkəməsi tаm hüquqlu məhkəmə kimi işə, işdə olаn və əlаvə təqdim olunmuş sübutlаr əsаsındа mаhiyyəti üzrə bаxır. Həmin Məcəllənin 372.7-ci mаddəsinə əsаsən аpellyаsiyа instаnsiyаsı məhkəməsi şikаyətin dəlillərindən аsılı olmаyаrаq, məhkəmənin mаddi və prosessuаl hüquq normаlаrınа riаyət etməsini yoxlаyır. İşdə olan Yevlax Rayon Məhkəməsinin 26 may 2017-ci il tarixli 2(039)-1899/2017 saylı qətnaməsinin surətindən məlum olur ki, 03 noyabr 2015-ci il tarixli, **********040715/ip №-ii ipoteka müqaviləsi üzrə ipoteka predmeti olan və cavabdeh X6 mülkiyyət hüququ üzrə məxsus olan Yevlax şəhəri Ərəş küçəsində mülkiyyətində olan 0,045 ha torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərindəki 2 mərtəbəli, 3 otaqlı, ümumi sahəsi 209,60 kv.m təşkil edən 12 nömrəli fərdi yaşayış evinə tutma yönəldilməsi, ev açıq hərracda satılması; Cavabdeh iddiaçı ASC “xxxx” Bank qarşısında 16742,92 ABŞ dolları məbləğində əsas borc, 4275,77 ABŞ dolları məbləğində kreditdən istifadəyə görə hesablanmış adi faizlər üzrə borc məbləği, 07 aprel 2017-ci il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15 % dərəcəsi ilə hesablanmış 39 ABŞ dolları məbləğində peniya, cəmi 21057,69 ABŞ dolları məbləğində və 07 aprel 2017-ci il tarixindən başlayaraq iddiaçının tələblərinin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 19 % dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzi, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 30 manat və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 14 manat məbləğində çəkilmiş xərclər ipoteka predmetinin dəyərindən iddiaçı ASC “xxxx” Bankının xeyrinə tutulması; iddianın, tələblərin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 15 faiz hesabı ilə hesablanan peniya tələbi hissəsi rədd edilməsi; Məhkəmə xərcləri hesabına ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabedehlər X5, Cavabdeh və X4 müştərək qaydada alınaraq iddiaçı ASC “xxxx” Bankına qaytarılması; fərdi yaşayış evi satıldıqdan sonra fərdi yaşayış evində yaşayan cavabdehlər X10, Cavabdeh və X9, onların ailə üzvləri və digər şəxslər fərdi yaşayış evini 1 ay ərzində tərk etmədikləri halda, həmin şəxslər fərdi yaşayış evindən məcburi qaydada çıxarılmaları; ipoteka predmetinin satış qiyməti 28000 manat məbləğində müəyyən edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmiş hesab edilmişdir ki, ASC «xxxx» Bankı eyni tələblə bağlı məhkəmədə iddia qaldırmışdır. Yevlax Rayon Məhkəməsinin 26 may 2017-ci il tarixli 2(039)-1899/2017 saylı qətnaməsi ilə iddia qismən təmin edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddianın Cavabdeh 03 noyabr 2015ci il tarixli **********40715 №-li kredit müqaviləsi üzrə iddiaçı ASC “xxxx” Bankı qarşısında 5714,92 (beş min yeddi yüz on dörd ABŞ dolları 92 sent) ABŞ dolları məbləğində vaxtı keçmiş əsas borcun Cavabdeh iddiaçı ASC “xxxx” Bankının xeyrinə tutulması hissəsinə xitam verilməlidir. Məhkəmə eyni məzmunlu qətnamə qəbul etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi İddiaçı ASC «xxxx» Bankının iddiasının Cavabdeh 03 noyabr 2015-ci il tarixli **********40715 №-li kredit müqaviləsi üzrə iddiaçı ASC “xxxx” Bankı qarşısında 5714,92 (beş min yeddi yüz on dörd ABŞ dolları 92 sent) ABŞ dolları məbləğində vaxtı keçmiş əsas borcun Cavabdeh iddiaçı ASC “xxxx” Bankının xeyrinə tutulması hissəsinə xitam verilməsi barədə 18 fevral 20121-ci il tarixli 2(039)-119/2021 nömrəli qərardadını qəbul etməkdə haqlı olmamışdır. Belə ki, Yevlax Rayon Məhkəməsi hazırki iş üzrə qərarını belə əsaslandırmışdır ki, ASC «xxxx» Bankı eyni tələblə bağlı məhkəmədə iddia qaldırmışdır. Yevlax Rayon Məhkəməsinin 26 may 2017-ci il tarixli 2(039)-1899/2017 saylı qətnaməsi ilə iddia qismən təmin edilmişdir. Azərbaycan Respublikası MPM-nin 261.0.2-ci maddəsində qeyd edilir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraatın xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir veriir. Göründüyü kimi həmin maddənin birbaşa tələbi eyni tərəflər аrаsındа, eyni predmet bаrəsində və eyni əsаslаr üzrə mübаhisəyə dаir iş olmasıdır ki, hazırki işdə isə belə bir hal yoxdur. Azərbаycаn Respublikаsının Mülki-Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 77.1-ci mаddəsinə görə hər bir tərəf öz tələblərinin və etirаzlаrının əsаsı kimi istinаd etdiyi hаllаrı sübut etməlidir. Həmin Məcəllənin 88-ci mаddəsinə əsаsən məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə kollegiyаsının qənаətincə işin qeyd olunаn hаllаrını və yuxаrıdа şərh olunаn maddi və prosessuаl hüquq normаlаrının tələblərini lazımınca nəzərə аlmаyаn birinci instаnsiyа məhkəməsi iş üzrə icraata xitam verərkən əsаssız nəticəyə gəldiyindən şikayət təmin edilərək Yevlax Rayon Məhkəməsinin 18 fevral 20121-ci il tarixli 2(039)- 119/2021 nömrəli qərardadı ləğv edilməli və mülki iş üzrə icraatın davam etdirilməsi üçün mülki iş Yevlax Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessuаl Məcəllənin 398.0.2-ci mаddəsinə əsаsən аpellyаsiyа instаnsiyа məhkəməsi şikаyətə bаxıb qərаrdаdı tаm və yа qismən ləğv edib, yаxud dəyişib işi birinci instаnsiyа məhkəməsinə göndərə bilər. Həmin Məcəllənin 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398.0.2, 399 və 400-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı ASC «xxxx» Bankı tərəfindən verilmiş şikayət təmin edilsin. Yevlax Rayon Məhkəməsinin 18 fevral 20121-ci il tarixli 2(039)-119/2021 nömrəli qərardadı ləğv edilsin. İddiaçı ASC «xxxx» Bankının Cavabdeh qarşı «03 noyabr 2015-ci il tarixli **********40715 saylı kredit müqaviləsi üzrə qalıq borc məbləğinin borc alandan tutulması» tələbinə dair mülki iş sonrakı hərəkətlər edilməsi üçün Yevlax Rayon Məhkəməsinə göndərilsin. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Vəzirxan Məlikov Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar