Məhkəmə qərarları › İş №2(107)-1114/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1114/2020

12.05.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1114/2020 12.05.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şükürov İmanverdi Həşimxan oğlunun sədrliyi və məruzəsi ilə Eyvazov Akif Məhərləm oğlu və Əliyev Rafail Əyyub oğlundan ibarət tərkibdə, Məmmədov Emin Nizami oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “9900.20 manat məbləğində dəymiş maddi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Göyçay Rayon Məhkəməsinin xx xxxx 2019cu il tarixli, 2(046)-178/2019 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Göyçay Rayon Məhkəməsinin (sədrlik edən hakim Z. Quliyev) xx xxxx 2019-cu il tarixli, 2(046)-178/2019 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, 6330 (altı min üç yüz otuz) manat məbləğində pul Cavabdeh İddiaçı xeyrinə tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi, iş üzrə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun 20 (iyirmi) manatı cavabdehdən alınıb iddiaçıya verilməsi, 10 (on) manatı iddiaçıya aid olunması, 240 (iki yüz qırx) manat ekspertiza xərcinin 150 (bir yüz əlli) manatı cavabdehdən, 90 (doxsan) manatı İddiaçındən tutulub dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Qətnamənin dəlilləri ilə razılaşmayan Cavabdeh apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şəki Apellyasiya Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Göyçay Rayon Məhkəməsinin xx xxxx 2019cu il tarixli, 2(046)-178/2019 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılmışdır. Qətnamədən narazı qalan Cavabdeh və vəkili X1 şikayəti verərək, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 2(107)-2881/2019 nömrəli qətnaməsinin ləğv olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli tarixli, 2(107)-2881/2019 nömrəli qətnaməsi ləğv edilmiş, işin yeni apellyasiya baxışına göndərilmişdir. İşin halları: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 9900.20 manat məbləğində dəymiş maddi zərərin və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun alınıb iddiaçıya ödənilməsinə dair qətnamə çixarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh X6 qarşı “xxxxxxxxxx markalı ** JB *** dövlət qeydiyyat nişanlı yük avtomobilinin və həmin avtomobilin AA seriyalı 924170 saylı qeydiyyat şəhadətnaməsinin qaytarılması tələbinə dair mülki işin məhkəmə baxışı zamanı məlum olmuşdur ki, X9 iddiaçının mülkiyyətində olan avtomobili Göyçay rayonu Alxasava kənd sakini Cavabdeh satmışdır. Ona görə də Cavabdeh qismində işə cəlb edilmiş və Göyçay Rayon Məhkəməsinin həmin mülki iş üzrə qəbul etdiyi xx xxxxxxx 2017- ci il tarixli 2(046)-2672 saylı qətnaməyə əsasən iddia tələbi qismən təmin edilmiş, yəni xxxxxxxxxx markalı ** JB *** dövlət qeydiyyat nişanlı yük avtomobilinin və həmin avtomobilə dair Azərbaycan Respublikası DİN BDYPİ-nin QİŞ tərəfindən xx xxxxxx 2007- ci il tarixdə verilmiş AA N 924170 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin Cavabdeh alınaraq iddiaçıya qaytarılması, iddia tələbinin cavabdeh X7 münasibətdə rədd olunması qət edilmişdir. Həmin qətnamədən apelyasiya şikayəti verilməmiş və qətnamə qanuni qüvvəsini aldıqdan sonra icraya yönəldilmişdir. Qətnaməni icra edən Göyçay rayon İcra Şöbəsinin icra məmurları xx xxxxxx 2018-ci il tarixdə avtomobili və onun qeydiyyat şəhadətnaməsini cavabdehdən alaraq iddiaçının nümayəndəsi X8 təhvil vermişlər. Avtomobil tamamilə yararsız vəziyyətdə olmuş və iddiaçının yerləşdiyi əraziyə evakuator vasitəsi ilə gətirilmişdir. Hazırda avtomobil yararsız vəziyyətdə MMC-nin qarajında saxlanılmışdır. “xxxxxxxxxxxxx” MMC-nin xx xxxxxx 2018ci il tarixli qiymətləndirmə aktından görünür ki, avtomobili yararlı hala gətirmək üçün təmirinə 9900.20 manat vəsait tələb olunur. Ona görə də iddianın təmin olunmasını xahiş etmişdir. İş üzrə yuxаrıdа göstərilən məhkəmə qətnаməsi çıxаrılmışdır. Qətnamədən Cavabdeh apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri: Apelyasiya şikayəti onunla əsaslandırmışdır ki, İddiaçı cavabdeh X6 qarşı “xxxxxxxxxx” markalı ** JB *** dövlət qeydiyyat nişanlı yük avtomobilinin və həmin avtomobilin AA seriyalı 924170 saylı qeydiyyat şəhadətnaməsinin qaytarılmasına dair mülki işin məhkəmə baxışı zamanı məlum olmuşdur ki, X10 iddiaçının mülkiyyətində olan avtomobili ona satmışdır. Ona görə də, o cavabdeh qismində işə cəlb edilmiş və Göyçay Rayon Məhkəməsinin həmin mülki iş üzrə qəbul etdiyi xx xxxxxxx 2017-ci il tarixli 2(046)- 2672 saylı qətnaməsinə əsasən iddia tələbi qismən təmin edilmiş, xxxxxxxxxx markalı ** JB *** dövlət qeydiyyat nişanlı yük avtomobilinin və həmin avtomobilə dair Azərbaycan Respublikası DİN BDYP-nin QİŞ tərəfindən xx xxxxxx 2007-ci il tarixdə verilmiş AA N 924170 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin ondan alınaraq iddiaçıya qaytarılması, iddia tələbinin cavabdeh X6 münasibətdə rədd olunması qət edilmişdir. Həmin qətnamədən apelyasiya şikayəti verilməmiş və qətnamə qanuni qüvvəsini aldıqdan sonra icraya yönəldilmişdir. Qətnaməni icra edən Göyçay rayon İcra və Probasiya Şöbəsinin icra məmurları xx xxxxxx 2018-ci il tarixdə avtomobili və onun qeydiyyat şəhadətnaməsini ondan alaraq iddiaçının nümayəndəsi X8 vermişdir. Sözügedən avtomobil Ağalar Səlimov tərəfindən ona satılarkən ekspert tərəfindən qiymətləndirilmiş ehtiyat hissələri sıradan çıxmış, nasaz vəziyyətdə ona təhvil verilmişdir. Hazırki mübahisə üzrə iddiaçıya mülkiyyətində olan nəqliyyat vasitəsinə dəymiş ziyanın məhz onun hansı təqsirli hərəkəti və yaxud hərəkətsizliyi nəticəsində, başqa sözlə desək mülki hüquq pozuntusu nəticəsində vurulması sübut olunmadığı halda, məhkəmə əsassız və qanunsuz olaraq, Azərbaycan Respublikası Mülki Məclləsinin 1096 və 1097-ci maddələrinə əsaslanaraq iddia tələbini təmin etmişdir. “xxxxxxxxxx” markalı ** JB *** dövlət qeydiyyat nişanlı yük avtomobili Ağalar Səlimov tərəfindən ona satılarkən avtomobilin mövcud vəziyyətinə dair akt tərtib edilib ona təhvil verilməmişdir. Məhkəmə həqiqətə nail olmaq üçün, başqa sözlə desək Ağalar Səlimov tərəfindən sözügedən nəqliyyat vasitəsi ona satılarkən hansı vəziyyətdə olmasını aydınlaşdırmaq üçün sonuncunu məhkəmə iclasına dəvət edib, şahid qismində dindirməmişdir. Məhkəmə mübahisələndirən qətnamədə “Cavabdeh “xxxxxxxxxx” markalı ** JB *** dövlət qeydiyyat nişanlı yük avtomobilinin nasaz vəziyyətdə almasını və saz vəziyyətdə təhvil verməsini təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmişdir” kimi nəticəyə gəlmişdir. Bununla bağlı qeyd etməyi zəruri hesab edir ki, iddiaçı da “xxxxxxxxxx” markalı ** JB *** dövlət qeydiyyat nişanlı yük avtomobilinin saz vəziyyətdə ona təhvil verilməsinə dair, eləcə də ehtiyyat hissələrinin onun təqsirli hərəkətim nəticəsində sıradan çıxmasına dair hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı MMC məhkəmə iclasına nümayəndəsini göndərməmiş və göndərməməsinin səbəbləri barədə məlumat verməmişdir. Oxşar münasibətləri tənzimləyən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM-in) 376.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərdən hər hansı biri işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmədiyinə görə məhkəmə iclasına gəlmədikdə məhkəmə işə baxılmasını təxirə salır. MPM-in 376.2-ci maddəsinə görə işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzürlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. Öyrənilən işdən bəlli olur ki, iddiaçı üzürlü səbəblərdən məhkəməyə gəlməməməsi ilə bağlı məlumat verməmişdir. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsini rəhbər tutaraq işə, onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, qeyd olunana “xxxxxxxxxx” markalı ** JB *** dövlət qeydiyyat nişanlı yük avtomobilini Ağalar və Çingiz qardaşlarından almışdır. “xxxxxxxxxx” markalı ** JB *** dövlət qeydiyyat nişanlı yük avtomobili onların hər ikisinin razılığı ilə ona satılmışdır. Hansı ki, qardaşlar birgə iş görürdülər. O yük avtomobilini aldıqdan müəyyən müddət sonra Çingiz adlı şəxslə Ağalar adlı şəxsin arasında mübahisə baş vermişdir. O, yük avtomobilini aldıqdan bir neçə il sonra Çingiz onu məhkəməyə vermişdir. O maşını Ağalardan almışdır. Ağalar da həmişə maşını ona hansı vəziyyətdə satdığını bildirmişdir. Bundan əlavə olaraq qeyd etmək istəyir ki, “xxxxxxxxxx” markalı yük avtomobilini alanda da, geri qaytaranda da hər hansı təhvil-təslim aktları olmamışdır. Cavabdeh ona ünvanlanmış suallara cavab olaraq isə bildirdi ki, o kamazı saz vəziyyətdə almamışdır. Kamazı almaqda məqsədi onun hissələrini onda olan digər kamazların üzərinə qoymaq olmuşdur. Sonradan Ağalar və Çingiz arasında mübahisə yarandığında onlardan aldığı kamaza əl vurmamışdır. Kamazı aldığı vəziyyətdə də onlara qaytarmışdır. Yenidən qeyd edir ki, əvvəl kamazı almaqda məqsədi ondan istifadə etmək olmuşdur. Ona bir qədər xərc çəkdikdən sonra məqsədi şirkətə icarəyə vermək olmuşdur. Sonradan həmin şirkətin müəyyən problemləri yaranmışdır. Ona görə də kamazın istifadəyə yararlı olmadığını görüb hissələrindən öz maşınları üçün istifadə etmək qənaətinə gəlmişdir. Qardaşlar arasında mübahisə yarandığından Kamazla bağlı hər hansı bir iş görməmişdir. Necə alıbsa o cür də geri qaytarmışdır. O kamazı alan vaxt eyni ilin işlək kamazı 13-15 min manat olmuşdur. Kamazı aldığı vaxtdan mübahisəyə qədər 6 ilə qədər vaxt keçmişdir. Odur ki, apelyasiya şikayətinin təmin edilməsini, Göyçay Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(046)-178/2019 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etdi. Hüququ məsələlər: MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İşdən görünür ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(102)-1356/2020 saylı qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli tarixli, 2(107)-2881/2019 nömrəli qətnaməsi ləğv edilmiş, işin yeni apellyasiya baxışına göndərilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli 2(102)-1356/2020 saylı qərarında göstərilmişdir ki, Apelyasiya instansiyası məhkəməsi Kamaz markalı avtomaşının yararsız vəziyyətdə olmasını, həmin Kamazın yararlı vəziyyətə salınması üçün nə qədər xərc tələb olunmasını və nəhayət zərərin məhz cavabdeh tərəfindən törədilməsinin sübut edildiyini, iddiaçı tərəfindən bu barədə məhkəməyə kifayət qədər sübutlar təqdim edildiyini qeyd etmişdir. Həmin məhkəmə kollegiyası qeyd etmişdir ki, Kamaz markalı avtomaşının yararsız vəziyyətdə olmasını, yararlı vəziyyətə salınması üçün nə qədər xərc tələb olunması, həmin xərcin məbləğinin ekspert rəyi ilə müəyyən edilməsi işin mübahisələndirilməyən halları olsa da, avtomobilə dəymiş ziyanın məhz Cavabdeh hərəkətləri və ya hərəkətsizliyi nəticəsində olması iş materiallarında olan sübutlarla təsdiq edilmir. İddiaçı bu barədə məhkəməyə hər hansı bir sübut təqdim etməmiş, həm birinci,instansiya məhkəməsi, həm də apellyasiya instansiyası məhkəməsi işin bu halını iddiaçı tərəfindən sübut edilmiş hesab etmişlər. Cavabdeh iddia tələbinə etirazının əsası kimi həmin “xxxxxxxxxx” markalı yük avtomobilin Ağalar Səlimov tərəfindən ona satılarkən avtomobilin mövcud vəziyyətinə dair akt tərtib edilib ona təhvil verilmədiyini, məhkəmənin həqiqətə nail olmaq üçün, Ağalar Səlimov tərəfindən sözügedən nəqliyyat vasitəsi ona satılarkən hansı vəziyyətdə olmasını aydınlaşdırılmadığını göstərmişdir. Göyçay Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsindən görünür ki, “xxxxxxxxxx” markalı yük avtomobili təkcə Cavabdeh hərəkətləri nəticəsində deyil, MMC-nin təsisçisinin yaxın qohumu X5 təqsirli hərəkətləri nəticəsində iddiaçı MMC-nin sahibliyindən çıxmış, Ağalar Səlimov həmin avtomaşını 2012-ci ilin payızında qanunsuz olaraq 8000 ABŞ dollarına Cavabdeh satmışdır. Ağalar Səlimov bu halları etiraf etmiş, Cavabdeh aldığı pulun bir hissəsini Çingiz Səlimovun həyat yoldaşına verdiyini göstəmişdir. Həmçinin işdən görünür ki, nə Cavabdeh sahibliyinə verilərkən (2012-ci ilin payızı), nə də onun sahibliyindən geri alınan zaman avtomaşının texniki vəziyyəti barədə akt tərtib olunmamış, eləcədə icra məmuru tərəfindən sözügedən avtomaş Cavabdeh alınaraq MMC-yə təhvil verilən zaman tərtib olunmuş xx.xx.2018-ci il tarixli aktda bu barədə hər hansı qeyd aparılmamışdır. Bundan əlavə xx.xx.2018-ci il tarixdə mövcud vəziyyətdə avtomaşının qiymətləndirilməsi barədə akt tərtib edilsədə, həmin vaxt “xxxxxxxxxxxxx” MMC-nin əməkdaşları tərəfindən tərtib edilmiş aktda birtərəfli olmaqla Cavabdeh iştirakı təmin edilməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayaraq, işdə olan sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, iş üzrə Göyçay Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(046)-178/2019 nömrəli qətnaməsi ləğv edilməli, iddia isə rədd edilməlidir. Belə ki, məhkəmə kollegiyası ilk növbədə qeyd etməyi zəruri sayır ki, MPM-nin 2.1-ci maddəsinə görə mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. MPM-in 88, 217.1 və 217.2-ci maddələrinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Konstitusiyanın 25-ci maddəsinə əsasən iddiaçı və cavabdeh qanun və məhkəmə qarşısında bərabərdirlər, məhkəmə tərəfindən isə onlar arasında yaranmış mübahisəyə çəkişmə və tərəflərin hüquq bərabərliyi prinsipinə uyğun olaraq baxılmalıdır.Tərəflərin məhkəmə prosesində bərabərliyi onların tələb və etirazlarının əsaslandırılması üçün gətirdikləri dəlillərə qərəzsiz qiymət verilməsindən ibarətdir. MPM-in 220.4-cü maddəsinin tələbinə görə sübutlara verilmiş qiymətin nəticəsi məhkəmə tərəfindən qəbul olunmuş qətnamənin əsaslandırıcı hissəsində göstərirlir. Məhkəmə qətnamənin həmin hissəsində hər hansı qənaətə gələrkən əsaslandığı sübutları və hər hansı bir sübutun rədd edilməsinin əsaslarını göstərməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə MM-in) 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). MM-in 1097.1 -ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. MPM-in 14.2 və 77.1 -ci maddələrinə əsasən isə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki və mülki prosessual qanunvericiliyin yuxarıda sadalanmış maddələrinin mənasından göründüyü kimi mülki hüquq pozuntusu - deliktə görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: 1) əməl (hərəkət və ya hərəkətsizlik); 2) həmin əməlin hüquqa zidd olması (mülki qanunvericiliyin normalarını pozması) və 3) təqsir (qəsd və ya ehtiyatsızlıq). Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Qeyd edilən dispozisiya şərtlərindən hər hansı birinin olmaması özlüyündə deliktə əsaslanan tələbi əsassız edir. Hazırki işdən sözügedən avtomaşının bilavasitə cavabdeh tərəfindən yarasız hala salınması, həmçinin hazırki mübahisə üzrə iddiaçının mülkiyyətində olan nəqliyyat vasitəsinə dəymiş ziyanın məhz cavabdehin hansı təqsirli hərəkəti və yaxud hərəkətsizliyi nəticəsində, başqa sözlə desək mülki hüquq pozuntusu nəticəsində vurulması öz təsdiqini tapmır. Digər tərəfdən məhkəmə iclasının yeri və vaxtı barədə İddiaçı MMC-nə xəbərnaməli bildiriş göndərilmiş, həmin bildirişdə onlara hüquq və vəzifələri izah edilmiş və məhkəməyə sübut təqdim etmələri təklif edilmişdir. İşdə olan xəbərnamədən görünür ki, İddiaçı MMC-nin əməkdaşı xx xxxxx 2020-ci il tarixində xəbərnaməyə imza edərək bildirişi almış, buna baxmayarq, MMC nümayəndəsini məhkəmə iclasına göndərməmiş, bundan başqa məhkəməyə hər hansı sübut təqdim etməmişlər. Məhkəmə kollegiyası apardığı araşdırmanın nəticəsi olaraq bu fikirdədir ki, İddiaçı MMC-nin Cavabdeh qarşı “9900.20 manat məbləğində dəymiş maddi zərərin ödənilməsi” tələbinə dair iddiası rədd edilməlidir. Çünki, MPM-in 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Eyni zamanda tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Bu baxımdan da, məhkəmə kollegiyası bu qənaətdədir ki, birinci instansiya məhkəməsi düzgün hüquqi nəticəyə gəlməmişdir. Çünki, iş materiallarının məhkəmə tədqiqatından da bu bir mənalı aydın olur ki, hazırkı vəziyyətdə sübut etmə yükü iddiaçı tərəfinin üzərinə düşsədə, iddiaçı öz iddia tələbinin əsası kimi istinad etdiyi halların təsdiqi ilə bağlı biri digərini tamamlayan mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. MPM-in 9.1-ci və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. MPM-in 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. «X2rşı» iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Haqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmək yükü təkzib edənin deyl, iddia edənin üzərinə düşür (affirmanti, non neganti insumbit probation) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. «Qavazov Bolqarıstana qarşı» iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Məhkəmə kollegiyası bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. MPM-in 217-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-in 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxxxx 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafıə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafıə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Apellyasiya şikayətinə baxılmasının nəticələri: Məhkəmə kollegiyası iş üzrə yekun olaraq bu nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsaslı olduğundan təmin edilməli, iş üzrə Göyçay Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(046)-178/2019 nömrəli qətnaməsi ləğv edilməli və iddia rədd edilməlidir. MPM-in 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Məhkəmə kollegiyası şərh edilənlərə əsaslanaraq və MPM-in 372, 384, 387, 392 və 393-cü maddələrini rəhbər tutaraq Qət etdi: Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilsin. Göyçay Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(046)-178/2019 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı MMC-nin Cavabdeh qarşı “9900.20 manat məbləğində dəymiş maddi zərərin ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar