Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1114/2023 07.11.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Əmraslan qızının cаvаbdеh Cavabdeh qаrşı “vurulmuş ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: Ziyanın ödənilməsi, sübutetmə yükü) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X25 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, X43 qızının katibliyi ilə, İddiaçı Əmraslan qızının, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh, Cavabdehin nümayəndəsi və vəkili X28 iştirakları ilə, İddiaçı Əmraslan qızının cаvаbdеh Cavabdeh qаrşı “vurulmuş ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Ağsu Rayon Məhkəməsinin 26 dekabr 2022-ci il tarixli, 2(016)- 988/2022 nömrəli qətnaməsindən İddiaçı Əmraslan qızı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İşin halları
1. İddiaçı Əmraslan qızı cаvаbdеh Cavabdeh qаrşı “vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ona vurulmuş ziyana görə 57000 (əlli yeddi min) manat, kirayə evdə qaldığına görə ödədiyi və əlindən çıxmış faydası kimi 77700 (yetmiş yeddi min yeddi yüz) manat və mənəvi ziyana görə 10000 (on min) manat pulun, ümumilikdə 144700 (bir yüz qırx dörd min yeddi yüz) manat pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2003-cü ilin əvvəllərində Ağsu rayonunun Abasxanlı kənd sakini mərhum X23 birlikdə Bakı şəhəri, Qaradağ rayonunun Sahil qəsəbəsinin Sahil-Müşfiqabad yolunun qərbində yerləşən və sonuncuya məxsus "Emil" İstehsalat-Kommersiya İdarəsinin balansında olan tikinti materialları istehsalı sexini fəaliyyətə salmaq üçün işbirliyi qurmaq barədə razılığa gəlmişlər. Bu məqsədlə də Tovuz rayonunda olan evini sataraq Niyaza köhnə Azərbaycan manatı ilə 21031300 (iyirmi bir milyon otuz bir min üç yüz) manat pul vermişdir. Sonradan ona məlum olmuşdur ki, Niyaz İsmayılov onun etibarından sui-istifadə etmiş və verilən pulları təyinatı üzrə istifadə etməyərək mənimsəmişdir. Niyaz İsmayılov digər şəxslərə qarşı da dələduzluq etdiyinə görə onun barəsində AR CM-nin 178.2.2, 178.2.4 və 178.3.2-ci maddələri ilə cinayət işi başlanılmış və həmin cinayət işi üzrə sonuncu Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmənin 12 iyul 2004-cü il tarixli hökmü ilə təqsirli bilinərək 8 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Digər şəxslərlə bərabər Niyaz İsmayılovdan onun xeyrinə 11.031.300 (iyirmi bir milyon otuz bir min üç yüz) manat tutulması qərara alınmışdır. Qeyd edilən hökm 08 sentyabr 2004-cü il tarixdə qanuni qüvvəsini almış, icraya yönəldilərək həmin məhkəmə tərəfindən 09 dekabr 2009-cu il tarixli A-0045/04 saylı icra vərəqəsi verilmişdir. X41 2006-cı ilin dekabr ayında cəzaçəkmə müəssisəsində vəfat etməsi səbəbindən icra vərəqəsi icra edilməmiş qalmışdır. Tələbinin təmin olunması ona vurulmuş ziyanın tam həcmdə ödənilmiş sayılması demək deyildir. Belə ki, 1999-cu ilin əvvəllərində evini satıb mərhum Niyaz İsmayılova pulunu vermişdir ki, həmin sahəyə qoyulan puldan müəyyən divident əldə etsin, bununla həyat şəraitini və güzəranını yaxşılaşdırsın. Lakin gözlədiyi kimi olmadı, əksinə dələduzluq hərəkətlərinin qurbanı olaraq ziyana düşməklə evini də itirmişdir. Hazırki vaxtda həmin pula ucqar yerdən belə torpaq sahəsinin də alınması mümkün deyildir. Artıq 21 ildir kirayələrdə yaşamağa məcburdur. Qeyd etdiyi kimi təqribən 145 min manat məbləğdən artıq ziyana düşmüşdür. Belə ki, Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 15 iyul 2022-ci il tarixli 04/1-76 saylı məktubundan görünür ki, 2022-ci ilin iyun ayında istehlak qiymətləri indeksi 2004-cü ilin iyul ayına nisbətən 355,1 faiz təşkil etmiş yəni : qiymətlərin səviyyəsinin 3,6 dəfə artması müəyyən olunur. Buna görə də zərər illik 35,2 faiz təşkil edir. Azərbaycan Respublikası Mərkəzi Bankının xx.xx.2022-ci il tarixli 01.20-2-2022-9824 nömrəli məktubuna əsasən xx.xx.2006-cı il tarixdən etibarən 5000 köhnə manat (AZM) = 1 yeni manat (AZN) müsbətində denominasiya olunmuşdur. Bunları nəzərə alaraq hesab edir ki, onun yuxarıda qeyd etdiyi vaxt satdığı iki mərtəbəli, 6 otaqlı hər cür sanitar-qovşaq şəraiti olan evinin qiyməti ən azı 75 (yetmiş beş min) manat təşkil edir. Həmin vaxtdakı satışından indiki satış qiyməti arasındakı fərq 75 min m - 18 min m = 57 min manat təşkil edir (əldən çıxan fayda). Eləcə də 21 ildir ki, kirayədə - Bakı şəhəri, Xətai rayonu, köhnə Naximov hazırkı P.Həşimov küçəsi 31/1-də kommunal xərclərlə birlikdə 300 manata kirayə evdə qaldığına görə çəkdiyi xərclər 21 il 7 ay cəmi 259 ay 300 manatdan 77000 manat təşkil edir. Eləcə də,dəfələrlə mərhumun həyat yoldaşı və cavabdeh olan Cavabdeh ona vurulmuş ziyanı qaytarılmasını tələb etsə də,ona rişxəndlə cavablar verib və nəticədə əzab, əziyyət çəkərək stress keçirtmişdir. Nəticədə mənəvi zərər çəkmişdir. Bütün bunları isə sözlə ifadə etmək çox çətin və üzücüdür. Çünki o neçə illlərdir ki, cavabdeh ailənin nümayəndəsinin ardınca düşmüşdür ki, onun pulunu, ziyanını ödəsinlər. Ona görə də hesab edir ki, ötən bu müddət ərzində infilyasiya,əlindən çıxan faydanı, ona vurulmuş maddi və mənəvi ziyana görə Cavabdeh ümumilikdə evin dəyərinə görə 57000 manat, kirayə qaldığına görə 77700 manat zərər və mənəvi ziyana görə 10000 manat pul-144700 tutularaq ona ödənilməsi barədə qətnamə qəbul olunması əsaslı olardı.
Birinci instansiya məhkəməsində icraat
3. 17 oktyabr 2022-ci il tarixdə keçirilmiş məhkəmə iclasında İddiaçı Əmraslan qızı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
4. 17 oktyabr 2022-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
5. Məhkəmə iclasında Cavabdeh iddia tələbinə etiraz edərək nümayəndəsi və vəkili tərəfindən verilmiş etiraz ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
6. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddia tələbinə etiraz edərək məhkəməyə təqdim etdiyi etiraz ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin rədd edilməsini xahiş etdi. Əlavə olaraq bildirmişdir ki, Ağsu Rayon Məhkəməsinin 2(016)-674/2014 saylı, xx.xx.2014-cü il tarixli icra sənədinə əsasən borclular X29, X19, X30, X20, X31 və X1 müştərək qaydada ödənilməli olan 4206,60 manat indeksasiya edilməklə 11566 manat və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq İddiaçı ödənilməlidir. İcra sənədi xx.xx.2019-cu il tarixdə Ağsu rayon icra və probasiya şöbəsinin icraatına daxil olmuşdur. İcra sənədinin icrası ilə əlaqədar müvafıq tədbirlər görülmüş, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 14 saylı Ərazi İdarəsinin sorğu cavabına əsasən borclulara məxsus Bakı şəhəri. Qaradağ rayonu, Sahil qəsəbəsi, Sahil-Müşviqabad yolunun qərbində yerləşən “Emil” İstehsalat kommersiya tikinti materialları sexi aşkar edilmişdir. Borclulara məxsus torpaq sahəsinin üzərinə həbs qoyulması ilə bağlı təqdimatla Ağsu Rayon Məhkəməsinə müraciət edilmiş, Ağsu Rayon Məhkəməsinin 8(016)-01/2015 saylı, xx.xx.2015-ci il tarixli qərardadına əsasən borclulara məxsus Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Sahil-Müşviqabad yolunun qərbində yerləşən “Emil” İstehsalat kommersiya tikinti materialları sexinin borclular X15, X8, X16, X10, X17 və X2 payına yönəldilmiş və X26 məxsus 82,5 % payı üzərinə həbs qoyulmuşdur. Borclular xx.xx.2022-ci il tarixdə icra sənədində qeyd edilən tələbi 11566 manat pul vəsaiti və 30 manat dövlət rüsumunu tam olaraq tələbkar X3 ödəmişlər. Beləliklə torpaq sahəsinin üzərinə həbs qoyulmasına səbəb olan hallar aradan qaldırılmış və icra sənədi üzrə icraata xitam verilmişdir. Bu məsələyə baxılıb qurtarmışdır. Həmin vaxtdan 20 ildən artıq müddət keçmişdir. 2013-2014-cü illərdə məhkəmə qərarları olmuşdur. Qərarlar icra edilməsi üçün ailə üzvlərinin təqaüdünə yönəldilməklə icra edilmişdir. İddia əsassızdır. Odur ki, tələbin rədd edilməsini xahiş etmişdir.
7. Ağsu Rayon Məhkəməsinin (hakim B.Qasımov) 26 dekabr 2022-ci il tarixli, 2(016)-988/2022 nömrəli qətnaməsi ilə iddiaçı X4 cаvаbdеh Cavabdeh qаrşı “vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iddiası rədd edilmiş, məhkəmə xərcləri iddiaçı X9 aid edilmişdir.
8. Məhkəmə müəyyən etmişdir ki, X7 Məhərrəmova və digərlərinin etibarından suiistifadə etməklə və aldatmaqla dələduzluq edərək külli miqdarda ziyan vurduğuna görə Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikasının Məhkəməsinin 12 iyul 2004cü il tarixli, a-0045/04 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.4 və 178.3.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 08 il müddətinə azadlıqdan məhrum edilmişdir. Hökmə əsasən İddiaçı mülki iddiası qismən təmin edilməklə onun xeyrinə X18 21.031.300 manat tutulması müəyyən edilmişdir. X33 2006-cı ildə cəzaçəkmə müəssisəsində vəfat etmişdir. İddiaçı mülki iddianın mərhumun vərəsələri olan cavabdehlərdən tutulması üçün məhkəməyə müraciət etmiş, Ağsu Rayon Məhkəməsinin 04 aprel 2013-cü il tarixli, 2(016)-66/2013 saylı qanuni qüvvəyə minmiş qətnaməsi ilə cavabdehlər X35, X19, X30, X20, X31 və X1 21.031.300 (iyirmi bir milyon otuz bir min üç yüz) köhnə manat və ya 4206,26 (dörd min iki yüz altı manat iyirmi altı qəpik) AZN və 30 (otuz) manat dövlət rüsumunun alınaraq İddiaçı verilməsi qət edilmişdir. Ağsu Rayon Məhkəməsinin 22 oktyabr 2014-cü il tarixli, 2(016)-674/2014 saylı qanuni qüvvəyə minmiş qətnaməsi ilə iddia qismən təmin edilmiş, X12, X5, X13, X6, X14 və X1 müştərək qaydada ödənilməli 4206,60 manat indeksasiya edilməklə 11566 (on bir min beş yüz altmış altı) manat və 30 (otuz) manat məbləğində dövlət rüsumunun alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Ağsu Rayon Məhkəməsinin 8(016)-01/2015 saylı, xx.xx.2015-ci il tarixli qərardadı ilə Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Sahil-Müşviqabad yolunun qərbində yerləşən “Emil” İstehsalat-kommersiya tikinti materialları sexinin borclular X15, X8, X16, X10, X17 və X2 payına yönəldilmiş və X26 məxsus 82.5% pay üzərinə qoyulmuş həbs Ağsu Rayon Məhkəməsinin 11 avqust 2022-ci il tarixli, 8(016)- 205/2022 saylı qərardadı ilə götürülmüşdür. Hazırda iddiaçı ona vurulmuş ziyana görə 57000 (əlli yeddi min) manat, kirayə evdə qaldığına görə ödədiyi və əlindən çıxmış faydası kimi 77700 (yetmiş yeddi min yeddi yüz) manat və mənəvi ziyana görə 10000 (on min) manat pulun, ümumilikdə 144700 (bir yüz qırx dörd min yeddi yüz) manat pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı iddia tələbini əsaslandıraraq evinin satılması ilə bağlı ona vurulmuş 57000 manat, 21 il kirayədə qaldığına görə ödədiyi və əldən çıxmış fayda kimi 77700 manat və mənəvi ziyana görə 10000 manat pulun cavabdehdən alınmasını tələb etmişdir. Lakin həmin halları təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir.
10. Məhkəmə qeyd etmişdir ki, qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslılığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələbnin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır.
11. Məhkəmə iclasında iddiaçı öz tələbini təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmiş, halbuki mülki prosessual qanunvericiliyin tələbinə görə, iddia etdiyi halın sübut edilməsi məhz iddiaçının vəzifəsidir.
12. Belə olan halda, məhkəmə xüsusi ilə vurğulamağı zəruri hesab etmişdir ki, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşdüyündən iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırkı halda iddiaçı iddia ərizəsində göstərdiyi dəlilləri sübut edə bilməmişdir.
13. Məhkəmə həmçinin qeyd etmişdir ki, göründüyü kimi, İddiaçı Əmraslan qızı cаvаbdеh Cavabdeh qаrşı evinin satılması ilə bağlı ona vurulmuş 57000 manat, 21 il kirayədə qaldığına görə ödədiyi və əldən çıxmış fayda kimi 77700 manat və mənəvi ziyana görə 10000 manat pulun cavabdehdən alınmasını tələb etsədə həmin halları təsdiq edən hər-hansı bir mötəbər sübutu məhkəməyə təqdim etməmiş, iddiasını həmin hallara uyğun əsaslandırmamış, iddia ərizəsində qeyd olunan xüsusatlar məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır.
14. Məhkəmə hesab etmişdir ki, iddia tələbi təmin edilmədiyindən iş üzrə məhkəmə xərcləri iddiaçıya aid edilməlidir.
15. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 77.1, 78.1, 80, 81, 88, 119.2, 217.3, 217.4-cü maddələrinə, İnsan Haqları üzrə Avropa Məhkəməsinin «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli, «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarlarına istinadla əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat a) Apellyasiya şikayətinin dəlilləri
16. Qətnamədən narazı qalan İddiaçı Əmraslan qızı apellyasiya şikayəti vermişdir.
17. Apellyasiya şikayətin dəlilləri iddianın dəlilləri ilə eynilik təşkil etmiş, əlavə olaraq göstərilmişdir ki, məhkəmə cavabdeh tərəfin həqiqətdən uzaq olan əsassız fikirlərinə don geyindirmək məqsədi ilə aşağıdakı sözləri mübahisələndirilən qətnamədə qeyd etmişdir: “Göründüyü kimi, İddiaçı Əmraslan qızı Cavabdeh qarşı evinin satılması ilə bağlı ona vurulmuş 57000 manat, 21 il kirayədə qaldığına görə ödədiyi və əldən çıxmış fayda kimi 77700 manat və mənəvi ziyana görə 10000 manat pulun cavabdehdən alınmasını tələb etsə də həmin halları təsdiq edən hər-hansı bir mötəbər sübutu məhkəməyə təqdim etməmiş, iddiasını bəmin hallara uyğun əsaslandırılmamış, iddia ərizəsində qeyd olunan xtisusatlar məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı Əmraslan qızının Cavabdeh qarşı “vurulmuş ziyanın ödənilməsi» tələbinə dair iddiası rədd edilməlidir.”
18. Məhkəmə işə baxarkən bütün tərəflərin iştirakı ilə təqdim ediləcək bütün sübutları araşdırmalı şahidlərinin izahatlarını dinləməli olduğu halda xx.xx.2022-ci il tarixli, xx.xx.2023-cü il tarixli məhkəmə iclaslarının təxirə salınması barədə ərizələrini nəzərə almayıb, prosesi xx.xx.2022-ci il tarixdə tələm-tələsik keçirərək bu qətnaməni qəbul etməsi tam ədalətsizlik və qanunsuzluqdur. Lakin hakim şifahi deyilən vəsatətlərə əhəmiyyət vermədən belə qərar qəbul etməyə üstünlük verməyi məqsədəmüvafıq hesab etmişdir. Bu isə nəticə etibarı İlə ədalətsiz, qanunsuz və əsassız olan belə qətnamənin qəbul edilməsinə səbəb olmuşdur.
19. O, hesab edir ki, işə baxıb xx.xx.2022-ci il tarixli qətnaməni çıxaran zaman Ağsu Rayon Məhkəməsi Azərbaycan Respublikası Konstitusiyasının 13cü maddəsinin 1-ci hissəsi, 26-cı maddəsinin 2-ci hissəsi, 31, 60-cı maddəsinin 1-ci hissəsi, 71-ci maddəsinin 1-ci hissəsinin tələb və göstərişlərini pozmuş, nəzərə almamışdır.
20. Ağsu rayon məhkəməsi işə baxıb qətnamə çıxaran zaman maddi hüquq normalarını pozmaqla və düzgün tətbiq etməməklə bərabər, eyni zamanda bir sıra prosesual hüquq normalarının tələb və göstərişlərini də pozmuşdur. İlkin olaraq qeyd etmək istəyir ki, Ağsu rayon məhkəməsi tərəfindən hazırkı işə baxılıb qətnamə çıxarılan zaman Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri pozulmuşdur.
21. Ağsu Rayon Məhkəməsi sübutları, faktları, təqdim edilmiş sənədləri, tərəflərin dediklərini, izahatlarını, sübut kimi gətirdikləri və istinad etdiyi hallan hərtərəfli, tam, obyektiv, qərəzsiz və müqayisəli şəkildə araşdırıb qiymətləndirmək əvəzinə, cavabdeh tərəfə qarşı tam qərəzli mövqe tutmuş, cavabdeh tərəfin dediklərini, verdiyi izhatları və izahatlar verərkən səsləndirdiyi fikirləri, izahatlar verən zaman istinad etdiyi fakt və sübutları, dəlilləri, təqdim etdiyi sənədləri tam qanunsuz və əsassız olaraq nəzərə almamış, nəzərə almaq istəməmiş, cavabdeh tərəf kimi ona qarşı tam qərəzli, qeyriobyektiv, ədalətsiz mövqe tutmuş, işin faktiki hallarını düzgün qiymətləndirməmiş, onlara düzgün hüquqi qiymət verməmişdir. Ağsu Rayon Məhkəməsi işə baxıb qətnamə çıxaran zaman iddiaçı tərəfə xüsusi himayədarlıq etmiş, yalnız iddiaçı tərəfin maraqları nöqteyinəzərdən hərəkət etmiş, cavabdeh tərəf olaraq onun hüquq və qanuni mənafelərini demək olar ki, nəzərə almamış, almaq istəməmiş və bu barədə heç düşünməmişdir. İşə baxan məhkəmə bu cür hərəkət etməklə qanunvericiliyin tələblərini ciddi və kobud şəkildə pozmuş və nəticədə cavabdeh tərəf olaraq onun hüquqlarına və qanuni mənafeyinə cavab verməyən, hüquq və mənafelərinin ciddi və kobud şəkildə pozulması ilə nəticələnən xx.xx.2022-ci il tarixli qanunsuz və əsassız qətnaməni çıxarmışdır. Bu şəkildə çıxarılmış məhkəmə qətnaməsi isə heç vaxt qanuni və əsaslı ola bilməz və ona görə də ləğv edilməlidir.
22. Digər tərəfdən Ağsu rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(016)-988/2022 saylı qətnaməsi eyni zamanda Azərbaycan Respublikası MPM-nin 217.1, 217.2, 217.3-cü maddələrinin tələblərinə və AR-sı Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.2005-ci il tarixli, 4 saylı Qərarının 2.1,2.2 və 2.4-cü maddələrinin tələblərinə zidd olduğundan həmin qətnamə qanuni və əsaslı hesab oluna bilməz və ona görə də ləğv edilməlidir. Belə ki, MPM-nin 217.1 -cı maddəsində göstərilir ki, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
23. Apellyasiya şikayətinin əvvəlində qeyd etdiyi kimi birinci instansiya məhkəməsi çıxarmış olduğu qətnamədə onun söylədiyi dəlillərini nəzərə alınmadan iddiaçının yalan sözlərinə əsaslanmaqla məsələni tam, hərtərəfli və obyektiv araşdırmadan işin sonlanmasma səbəb olmuşdur. Bu isə yanlışlıqdır. Lakin Ağsu rayon məhkəməsi bu faktın müəyyən olunması üçün də heç bir tədbir görməmişdir. Ona görə də məhkəmənin bununla bağlı gəldiyi nəticə səhv və yalnış nəticə olmaqla işin faktiki hallarına uyğun deyildir.
24. Bunlardan başqa Ağsu rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(016)- 988/2022 saylı qətnaməsi qanuni və əsaslı olması baxımından Azərbaycan Respublikasının Konstitutsiya Məhkəməsi Plenumunun F.Cavadov və V.Aslanovun şikayəti üzrə xx.xx.2008-ci il tarixli, X.Xəlilovun şikayəti üzrə xx.xx.2009-cu il tarixli, N. Manafovun şikayəti üzrə xx.xx.2009-cu il tarixli və İ.Ağayevin şikayəti üzrə xx.xx.2013-cü il tarixli qərarlarına da zidd olduğundan qanuni və əsaslı sayıla bilməz.
25. Odur ki, Ağsu rayon məhkəməsinin 2(016)-988/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsini qanunsuz və əsassız olduğuna görə ləğv edib, apellyasiya şikayətinin dəlillərinə uyğun, yəni Cavabdeh ona vurulmuş ziyana görə 57000 (əlli yeddi min) manat, kirayə evdə qaldığına görə ödədiyi və əlindən çıxmış fayda kimi 77.700 (yetmiş yeddi min yeddi yüz) manat və mənəvi ziyana görə 10.000 (on min) manat pulun, ümumilikdə 144.700 (bir yüz qırx dörd min yeddi yüz) manat pulun alınaraq ona verilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
26. Apellyasiya şikayətinə qarşı etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı iddia tələbini əsaslandıraraq evinin satılması ilə bağlı ona vurulmuş 57000 manat, 21 il kirayədə qaldığına görə ödədiyi və əldən çıxmış fayda kimi 77700 manat və mənəvi ziyana görə 10000 manat pulun cavabdehdən alınmasını tələb etmişdir. Lakin həmin halları təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir.
27. Məhkəmə iclasında iddiaçı öz tələbini təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmiş, halbuki mülki prosessual qanunvericiliyin tələbinə görə, iddia etdiyi halın sübut edilməsi məhz iddiaçının vəzifəsidir. Lakin iddaçı məhkəməyə heç bir subul təqdim etməyərək yalnız və yalnış formal olaraq sözlərlə kifayətlənmişdir. Bundan əlavə mərhumun məhkum olunmasından 20 ilə yaxın vaxt keçmişdir. Bu müddət ərzində iddaçı 2 dəfə məhkəməyə müraciət edərək 15,000 min manatdan çox pul almışdır. Hazırda isə ona vurulmuş ziyanın ödənilməsini tələb etməsi heç bir məntiqə sığmır.
28. Bildirmək istəyir ki, məhkəmə tərəfindən qət edilmiş məbləğlər tam şəkildə yəni qanununa uyğun olaraq ödənilmişdir.
29. Göründüyü kimi, İddiaçı Əmraslan qızı Cavabdeh qarşı evinin satılması ilə bağlı ona vurulmuş 57000 manat, 21 il kirayədə qaldığına görə ödədiyi və əldən çıxmış fayda kimi 77700 manat və mənəvi ziyana görə 10000 manat pulun cavabdehdən alınmasını tələb etsədə həmin halları təsdiq edən hər-hansı bir mötəbər sübutu məhkəməyə təqdim etməmiş, iddiasını həmin hallara uyğun əsaslandırmamış, iddia ərizəsində qeyd olunan xüsusatlar məhkəmə araşdırması zamanı Öz təsdiqini tapmamışdır.
30. Ona görə də Ağsu Rayon Məhkəməsinin 2(016)-988/2022 saylı 26 dekabr 2022-ci il tarixli qətnaməsi qanuni və əsaslı olduğundan İddiaçı Əmraslan qızının həmin qətnamədən verdiyi apellyasiya şikayətinin təmin edilməməsini xahiş edir.
Məhkəmə icraatı iştirakçılarının izahatları
31. Məhkəmə iclasında iştirak etmiş İddiaçı Əmraslan qızının nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsi, Ağsu Rayon Məhkəməsinin 2(016)-988/2022 saylı 26 dekabr 2022-ci il tarixli qətnaməsinin ləğv edilərək, İddiaçı Əmraslan qızının Cavabdeh qarşı vurulmuş ziyanın ödənilməsi tələbinə dair iddiasının tam şəkildə təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
32. Məhkəmə iclasında iştirak etmiş İddiaçı Əmraslan qızı apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsi, Ağsu Rayon Məhkəməsinin 2(016)-988/2022 saylı 26 dekabr 2022-ci il tarixli qətnaməsinin ləğv edilərək, onun Cavabdeh qarşı vurulmuş ziyanın ödənilməsi tələbinə dair iddiasının tam şəkildə təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. O, həmçinin izahatında cavabdeh tərəfindən ona vurulmuş ziyanın bir hissəsinin əvvəlki məhkəmə qərarları əsasında ödənilməsi nəzərə alınaraq, satılmasa idi hazırda 75000 manat təşkil edəcək evinin dəyərindən əvvəlki məhkəmə qərarlarının icrası üzrə ödənilmiş məbləği çıxdığını, yerdə qalan 57000 manatı digər ziyan məbləğləri ilə birlikdə cavabdehdən tələb etdiyini göstərmişdir.
33. Cavabdeh apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Ağsu Rayon Məhkəməsinin 2(016)-988/2022 saylı 26 dekabr 2022-ci il tarixli qətnaməsinin dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş etmişdir.
34. Cavabdeh nümayəndəsi və vəkili X39 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Ağsu Rayon Məhkəməsinin 2(016)-988/2022 saylı 26 dekabr 2022-ci il tarixli qətnaməsinin dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş etmişdir.
35. Məhkəmə kollegiyasının iclasında iddiaçı tərəfin vəsatəti ilə şahid qismində dindirilmiş X21 ifadəsində göstərmişdir ki, 2000-ci ildən mərhum Niyaz müəllimlə tanışdır. Niyaz onun ərazisinin arxa hissəsindən yer götürərək həmin yerdə sement istehsalı ilə məşğul olmaq istəmişdir. Bu məqsədlədə müxtəlif şəxslərdən, həmçinin Dostu xanımdan da borc almışdır. Lakin sonradan iş alınmamış, borca düşmüş, tutulmuş və vəfat etmişdir. Dostu xanımı da o, vaxt tanımışdır, hansı ki, Dostu xanım tez tez həmin yerə gəlmiş, ağlamışdır. Niyaz müəllim həbs ediləndə o, məhkəməyə dəvət olunmamışdır. Mərhum o zamanlar demişdir ki, xanımın evini də satmışlar. Dostu xanımın deməsinə görə kirayədə yaşayır.
Tətbiq edilən hüquq
36. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericilik normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq pozuntusuna görə məsuliyyət daşıyır. 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.
37. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 13 iyun 2002-ci il tarixli qərarına əsasən şəxsin şərəfi, ləyaqəti və işgüzar nüfuzu təhqir olunarsa, o sarsıntı, iztirab keçirir və bununla da mənəvi təhqirə məruz qalır. Bunun nəticəsində şəxsə mənəvi və maddi zərər yetirilir. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşlara anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmiş şəxsin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.
38. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli, 07 saylı qərarın 2-ci bəndində Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X27 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır.
39. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
40. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına” qarşı 26 iyul 2007-ci il tarixli qərarında göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neqanti, incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzibolunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər.
Apellyasiya baxışının hədləri
41. Apellyasiya şikayətindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam həcmdə mübahisələndirir. Belə ki, o, Ağsu Rayon Məhkəməsinin 26 dekabr 2022-ci il tarixli, 2(016)-988/2022 nömrəli qətnaməsinin tamamilə ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarasını xahiş etmişdir.
42. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyildir və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
43. Ona görə də məhkəmə kollegiyası Ağsu Rayon Məhkəməsinin 06 fevral 2023-cü il tarixli, 2(016)-34/2023 saylı qətnaməsinin əsaslılığının tam həcmdə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
44. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları üzrə yoxlayıb hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddiаçı İddiaçı Əmraslan qızının cаvаbdеh Cavabdeh qаrşı “vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iddiası rədd edilməlidir.
45. “Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
46. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin İddiaçı Əmraslan qızının cаvаbdеh Cavabdeh qаrşı “vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iddiasının təmin edilməməsinə dair gəldiyi nəticə ilə razılaşsa da hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin qanuni əsası olan maddi hüquq normalarına istinad etməməklə, yəni maddi hüquq normalarının pozuntusuna yol verməklə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almamaqla səhvə yol vermişdir.
47. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, X7 Məhərrəmova və digərlərinin etibarından sui-istifadə etməklə və aldatmaqla dələduzluq edərək ziyan vurduğuna görə Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikasının Məhkəməsinin 12 iyul 2004cü il tarixli, a-0045/04 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.4 və 178.3.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 08 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Hökmə əsasən İddiaçı mülki iddiası qismən təmin edilməklə onun xeyrinə X18 21.031.300 manat tutulması müəyyən edilmişdir. X33 2006-cı ildə cəzaçəkmə müəssisəsində vəfat etmişdir. İddiaçı mülki iddianın mərhumun vərəsələri olan cavabdehlərdən tutulması üçün məhkəməyə müraciət etmiş, Ağsu Rayon Məhkəməsinin 04 aprel 2013-cü il tarixli, 2(016)-66/2013 saylı qanuni qüvvəyə minmiş qətnaməsi ilə cavabdehlər X35, X19, X30, X20, X31 və X1 21.031.300 (iyirmi bir milyon otuz bir min üç yüz) köhnə manat və ya 4206,26 (dörd min iki yüz altı manat iyirmi altı qəpik) AZN və 30 (otuz) manat dövlət rüsumunun alınaraq İddiaçı verilməsi qət edilmişdir. Ağsu Rayon Məhkəməsinin 22 oktyabr 2014-cü il tarixli, 2(016)- 674/2014 saylı qanuni qüvvəyə minmiş qətnaməsi ilə iddia qismən təmin edilmiş, X12, X5, X13, X6, X14 və X1 müştərək qaydada ödənilməli 4206,60 manat indeksasiya edilməklə 11566 (on bir min beş yüz altmış altı) manat və 30 (otuz) manat məbləğində dövlət rüsumunun alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Məhkəmə qərarlarının icrası təmin edilmişdir. İddiaçı cavabdeh tərəfindən ona vurulmuş ziyanın bir hissəsinin əvvəlki məhkəmə qərarları əsasında ödənilməsinə baxmayaraq, satılmasa idi hazırda 75000 manat təşkil edəcək evinin dəyərindən əvvəlki məhkəmə qərarlarının icrası üzrə ödənilmiş məbləğ çıxılmaqla yerdə qalan 57000 manat, 21 il kirayədə qaldığına görə ödədiyi və əlindən çıxmış faydası kimi 77700 manat, eləcə də dəfələrlə mərhumun həyat yoldaşı olan cavabdehdən ona vurulmuş ziyanın qaytarılmasını tələb etməsinə baxmayaraq, sonuncunun ona rişxəndlə cavab verməsi, nəticədə əzab, əziyyət çəkərək stress keçirməsi, mənəvi zərər çəkməsi nəzərə alınaraq, həmçinin 10000 manat mənəvi ziyanın cavabdehdən alınaraq ona ödənilməsini tələb etmişdir.
48. Məhkəmə kollegiyası qeyd edir ki, şikayətin dəlilləri tərəfin qətnaməni mübahisələndirdiyi hissəsi ilə bağlı dəlillərdə özünü biruzə verir. Qətnamə tamamilə mübahisələndirildiyi halda şikayətin dəlilləri onun bütün hissələrinin əsassızlığı ilə bağlı, hissəvi mübahisələndirildikdə isə məhz həmin hissəsinin əsassızlığı ilə bağlı olmalıdır. Bu dəlillər şikayətin obyektini müəyyən edir.
49. Apellyasiya instansiyası məhkəməsi qanunçuluğun maraqlarına uyğun olaraq şikayətin dəlillərindən kənara çıxa bilər.
50. Qanunçuluğun maraqları dedikdə baxılan iş üzrə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunması başa düşülməlidir.
51. MPM-in 2.2-ci maddəsinə görə mülki mühakimə icraatının əsas vəzifələrindən biri qanunçuluğun bərqərar edilməsidir. Baxılan iş üzrə Azərbaycan Respublikası Konstitusiyasının müddəalarının, qanunlarının və digər normativ-hüquqi aktlarının düzgün tətbiqinin təmin olunması məhkəmənin vəzifəsidir (MPM-in 2.1-ci maddəsi).
52. Bu vəzifənin məhkəmə tərəfindən yerinə yetirilməsi işdə iştirak edən şəxsin apellyasiya şikayətində əks olunan mövqeyindən asılı ola bilməz. Hüququn tətbiqinə məhkəmə bilavasitə cavabdehlik daşıdığından tərəflərin hüquqi mövqeyi hakim üçün heç bir halda məcburi deyil.
53. Məhz buna görə də qanunverici MPM-in 372.7-ci maddəsində müəyyən etmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlamalıdır.
54. MPM-in 385-387-ci maddələrində birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsaslar nəzərdə tutulmuş və bu əsaslar sırasında maddi və ya prosessual hüquq normalarının pozulması və yaxud düzgün tətbiq edilməməsi də təsbit olunmuşdur.
55. Hüquqi qiymətləndirmə zamanı “iura novit curia” müddəasına əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyindən asılı deyil və qətnaməni apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və ya dəyişdirə bilər.
56. MPM-in 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.
57. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tətbiq edilməli olan qanunu tətbiq etmədiyindən Ağsu Rayon Məhkəməsinin 26 dekabr 2022-ci il tarixli, 2(016)-988/2022 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməlidir.
58. Məhkəmə kollegiyası apellyasiya şikayətinin məhkəmənin işə baxarkən bütün tərəflərin iştirakı ilə təqdim ediləcək bütün sübutları araşdırmalı, şahidlərinin izahatlarını dinləməli olduğu halda xx.xx.2022-ci il tarixli, xx.xx.2023-cü il tarixli məhkəmə iclaslarının təxirə salınması barədə ərizələrini nəzərə almamasına dair dəlilini əsaslı hesab etməyərək qeyd edir ki, iş materiallarından göründüyü kimi iddiaçı və onun vəkili 17 oktyabr 2022-ci il tarixdə keçirilən məhkəmə iclasında iştirak etmiş, tərəflərin izahatları dinlənilmiş, bundan sonra məhkəmə hazırlıq iclası 14 noyabr və 12 dekabr 2022-ci il tarixlərinə təxirə salınmış, həmin iclaslarda iddiaçı tərəf iştirak etməmiş, nəhayət məhkəmə baxışı iclası 26 dekabr 2022- ci il tarixə təxirə salınmış, 26 dekabr 2022-ci il tarixə təyin edilmiş məhkəmə iclasının da ərinin səhhətinin vəziyyəti ilə bağlı təxirə salınmasına dair iddiaçının ərizəsi məhkəməyə təqdim edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının ailə üzvünün səhhətinin vəziyyəti iddiaçının məhkəmə iclasında iştirakına imkan verməmişdirsə belə bu hal onun nümayəndəsi və vəkilinin məhkəmə iclasında iştirakını istisna etməmişdir.
59. Apellyasiya şikayətinin dəlilləri üzrə araşdırma aparan kollegiya qeyd edir ki, baxılan iddianın təmin olunması üçün İddiaçı Əmraslan qızı tərəfindən Cavabdeh mərhum əri X33 tərəfindən ona iddia ərizəsində göstərilən, yəni 57000 manat və 77700 manat maddi ziyan vurulması, Cavabdeh hərəkətləri nəticəsində iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri sübut olunmalıdır.
60. Kollegiya qeyd edir ki, bu halda işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.
61. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.
62. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir.
63. Məhkəmə kollegiyası qeyd edir ki, kollegiyanın iclasında iddiaçı tərəfin vəsatəti ilə şahid qismində dindirilmiş X21 ifadəsində mərhum Niyaz İsmayılovun iddiaçının evini satdıqlarını dediyini göstərməsinə baxmayaraq, iş materialındakı Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikasının Məhkəməsinin 12 iyul 2004-cü il tarixli, a-0045/04 saylı hökmündəki ifadələrindən nə mərhum X22, nə də ki, həmin vaxt zərərçəkmiş şəxs qismində cəlb edilmiş İddiaçı Əmraslan qızının İddiaçı məxsus evin satışı barədə hər hansı bir fikir ifadə etmədikləri müəyyən edilmişdir. Bu səbəbdən məhkəmə kollegiyası şahid X11 məhkəmə kollegiyasının iclasında verdiyi ifadəsini iş üzrə iddia tələbini və yaxud onun hər hansı bir hissəsini təsdiq edə biləcək mötəbər sübut kimi qəbul etmir.
64. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəf iddia ərizəsində qeyd etdiklərini təsdiq edə biləcək hər hansı sübutu məhkəməyə təqdim etməmiş, məhkəmə kollegiyasının iclasında da ümumi qaydada fikir ifadə etməklə iddiasının təmin olunmasını xahiş etmişdir.
65. Kollegiya qeyd edir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığı və ya yoxluğu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirilir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.
66. Məhkəmə kollegiyası hesab edir ki, iddia rədd edildiyindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.
67. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəməkollegiyası QƏT ETDİ:
İddiаçı İddiaçı Əmraslan qızı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunsun. Ağsu Rayon Məhkəməsinin 26 dekabr 2022-ci il tarixli, 2(016)-988/2022 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Əmraslan qızının cаvаbdеh Cavabdeh qаrşı “vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər (elektron kabinet və vəkil vasitəsilə). Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.