Məhkəmə qərarları › İş №2(107)-1115/2022

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1115/2022

15.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1115/2022 15.09.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh və Zamin qarşı “kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faiz və cərimə borcunun ödənilməsi” tələbinə” dair mülki iş üzrə (Açar sözlər: pul tələbi) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Məcidov Ələddin Tofiq oğlundan ibarət tərkibdə, Quluzadə Rahul Teyyuf oğlunun katibliyi ilə, Qəbələ Rayon Məhkəməsinin 24 may 2022-ci il tarixli, 2(025)-690/2022 saylı qətnaməsindən cavabdeh Zamin tərəfindən verilmiş аpellyаsiyа şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı "xxxx" MMC cavabdehlər Cavabdeh və Zamin qarşı “kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faiz və cərimə borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə Cavabdeh arasında bağlanmış 0702-110478-01 saylı kredit müqaviləsinə vaxtından əvvəl xitam verilməsini, iddiаçı ilə cаvаbdеh аrаsındа bağlanmış xx.xx.2019-ci il tarixli 0702-110478-01 №-li krеdit müqаviləsindən irəli gələn ödənilməmiş 2934,3 manat əsаs bоrc, xx.xx.2022-ci il tarixədək hesablanmış 27,5 manat fаiz bоrcu, gеcikdirməyə görə 0 manat cərimə və 49.62 manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2019-ci il tarixində iddiaçı ilə Cavabdeh oğlu arasında 0702-110478-01 saylı kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən kreditor tərəfindən borc alana illik 1 % faiz ödənilməsi şərti ilə 60 ay müddətinə 3039,6 (üç min otuz doqquz) AZN məbləğində kredit verilmişdir. Bundan əlavə, kredit müqaviləsi üzrə borc alanın öhdəliklərinin lazımi qaydada yerinə yetirilməsini təmin etmək məqsədilə kreditor ilə Zamin oğlu (bundan sonra “Zamin”) arasında xx.xx.2019-ci il tarixli 0702-110478-01/1 saylı zaminlik müqaviləsi bağlanılmışdır. Həmin müqaviləyə əsasən zamin borc alanın kreditor qarşısında kredit müqaviləsi üzrə öz öhdəliklərini tam həcmdə yerinə yetirməsinə görə məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. Kredit müqaviləsinin 3.2.1-ci bəndinə əsasən borc alan hər ay bərabər məbləğdə müvafiq ödənişləri apararaq kredit üzrə faktiki istifadə edilmiş kredit məbləğinə hesablanmış faizlərin ödənilməsini və əsas borc məbləğinin qaytarılmasını öhdəsinə götürmüşdür. Lakin borc alan bu öhdəliklərini kobud şəkildə pozmuş, bu günə qədər kredit üzrə əsas borc məbləğinin və əsas borc məbləğinə hesablanmış faiz məbləğlərinin ödənişini vaxtında və lazımi qaydada həyata keçirməmişdir. Borcalanın öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca yerinə yetirməməsi nəticəsində xx.xx.2022-ci il tarixinə əsas borcu 2934,3 manat, faiz borcu 27,5 manat və cərimə borcu 0 manat olmaqla, ümumi məbləği 2961,8 manat olmaqla borcu yaranmışdır. Kredit müqaviləsi üzrə borc alan tərəfindən üzərinə götürdüyü öhdəliklərin kobud şəkildə pozulması ilə əlaqədar olaraq cavabdehlər ilə bir neçə dəfə əlaqə saxlanılmasına və onlara borcun ödənilməsinin tələb edilməsinə dair xx.xx.2022-ci il tarixli MB-GM 1136 №-li xəbərdarlıq məktublarının göndərilməsinə baxmayaraq, həmin şəxslər tərəfindən borcun ödənilməsi üçün bu günə qədər heç bir addım atılmamışdır. Birinci instansiya məhkəməsində icraat Qəbələ Rayon Məhkəməsinin 24 may 2022-ci il tarixli, 2(025)-690/2022 saylı qətnaməsi ilə (hakim A.Əliyev) iddia təmin edilərək, Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 0702-110478-01 №-li kredit müqaviləsinə xitam verilsin. Cavabdehlər (borclu) Cavabdeh və (zamin) Zamin müştərək qaydada xx.xx.2019-cu il tarixli, 0702-110478-01 №-li kredit müqaviləsi üzrə əsas borc üzrə 2934,3 manat, faiz borc üzrə 27,5 manat, ümumilikdə 2961,8 (iki min doqquz yüz altmış bir manat səksən qəpik) manat borc və 49,62 (qırx doqquz manat altmış iki qəpik) manat dövlət rüsumu iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulsun. qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, xx.xx.2019-ci il tarixində iddiaçı ilə Cavabdeh oğlu arasında 0702-110478-01 saylı kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən kreditor tərəfindən borc alana illik 1 % faiz ödənilməsi şərti ilə 60 ay müddətinə 3039,6 (üç min otuz doqquz) AZN məbləğində kredit verilmişdir. Bundan əlavə, kredit müqaviləsi üzrə borc alanın öhdəliklərinin lazımi qaydada yerinə yetirilməsini təmin etmək məqsədilə kreditor ilə Zamin oğlu (bundan sonra “Zamin”) arasında xx.xx.2019-ci il tarixli 0702-110478-01/1 saylı zaminlik müqaviləsi bağlanılmışdır. Həmin müqaviləyə əsasən zamin borc alanın kreditor qarşısında kredit müqaviləsi üzrə öz öhdəliklərini tam həcmdə yerinə yetirməsinə görə məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. Kredit müqaviləsinin 3.2.1-ci bəndinə əsasən borc alan hər ay bərabər məbləğdə müvafiq ödənişləri apararaq kredit üzrə faktiki istifadə edilmiş kredit məbləğinə hesablanmış faizlərin ödənilməsini və əsas borc məbləğinin qaytarılmasını öhdəsinə götürmüşdür. Lakin borc alan bu öhdəliklərini kobud şəkildə pozmuş, bu günə qədər kredit üzrə əsas borc məbləğinin və əsas borc məbləğinə hesablanmış faiz məbləğlərinin ödənişini vaxtında və lazımi qaydada həyata keçirməmişdir. Borcalanın öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca yerinə yetirməməsi nəticəsində xx.xx.2022-ci il tarixinə əsas borcu 2934,3 manat, faiz borcu 27,5 manat və cərimə borcu 0 manat olmaqla, ümumi məbləği 2961,8 manat olmaqla borcu yaranmışdır. Kredit müqaviləsi üzrə borc alan tərəfindən üzərinə götürdüyü öhdəliklərin kobud şəkildə pozulması ilə əlaqədar olaraq cavabdehlər ilə bir neçə dəfə əlaqə saxlanılmasına və onlara borcun ödənilməsinin tələb edilməsinə dair xx.xx.2022-ci il tarixli MB-GM 1136 №-li xəbərdarlıq məktublarının göndərilməsinə baxmayaraq, həmin şəxslər tərəfindən borcun ödənilməsi üçün bu günə qədər heç bir addım atılmamışdır. Gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Cavabdeh iddiaçı "xxxx" MMC-nə vurduğu zərər nəticəsində sonuncu müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan müəyyən dərəcədə məhrum olmuşdur və iddiaçı kredit müqaviləsinə əsasən kredit borcunun tutulmasını tələb etməkdə haqlıdır. İddiaçı tərəfindən pretenziya qaydasına əməl edilmiş, bu məqsədlə borcluya xəbərdarlıq məktubu göndərilmiş, lakin sonuncu tələb olunan vaxt ərzində icrası yarımçıq qalmış öhdəliyi icra etməmişdir. Məhkəmə iddiaçı tərəfindən tələb edilən əsas və faiz borcunun məbləğlərini ayrıayrılıqda nəzərdən keçirib hesab etmişdir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə bununla yanaşı nəzərə almışdır ki, Mülki Məcəllənin 472.1 və 472.2-ci maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni dərəcədə məsuliyyət daşıyır. Ona görə də əsas kredit öhdəliyi üzrə zamin durmuş digər cavabdeh Zamin münasibətdə də iddia tələbi qanuni və əsaslıdır. Belə ki, yuxarıda da qeyd olunduğu kimi sonuncu zaminlik müqaviləsini imzalamış, həmin müqavilədə zaminin birgə məsuliyyəti nəzərdə tutulmuşdur. Bu mənada hazırkı mübahisənin hüquqi və faktiki halları baxımından cavabdehlər kreditor (iddiaçı) qarşısında müqavilədən irəli gələn birgə borclu kimi çıxış edirlər, kredit müqaviləsi borc məbləği onlardan müştərək qaydada tutulmalıdır Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək, təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən, habelə iddiaçının tələbi aşkar və əsaslandırılmış olduğundan hesab etmişdir ki, iddia təmin edilməli, Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 0702-110478-01 №-li kredit müqaviləsinə xitam verilməsi, cavabdehlər (borclu) Cavabdeh və (zamin) Zamin müştərək qaydada xx.xx.2019-cu il tarixli, 0702-110478-01 №-li kredit müqaviləsi üzrə əsas borc üzrə 2934,3 manat, faiz borc üzrə 27,5 manat, ümumilikdə 2961,8 (iki min doqquz yüz altmış bir manat səksən qəpik) manat borc və 49,62 (qırx doqquz manat altmış iki qəpik) manat dövlət rüsumu iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 421.2, 423.2, 442, 443.1, 448.1, 448.2, 448.4, 449, 472.1, 472.2, 472.3, 739-cu maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 217.4, 284-1, 284-5.1, 284-5.2-ci maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, xx.xx.2019-cu il tarixində iddiaçı ilə Cavabdeh arasında 0702-110478-01 №-li kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən kreditor tərəfindən borc alana illik 1 % ödənilməsi şərti ilə 60 ay müddətinə 3039,6 AZN məbləğində kredit verilmişdir. Bundan əlavə, kredit müqaviləsi üzrə borc alanın öhdəliklərinin lazımi qaydada yerinə yetirilməsini təmin etmək məqsədilə kreditor ilə Zamin (bundan sonra “Zamin”) arasında xx.xx.2019-cu il tarixli 0702-110478- 01/1 saylı zaminlik müqaviləsi bağlanılmışdır. Həmin müqaviləyə əsasən zamin borcalanın kreditor qarşısında kredit müqaviləsi üzrə öz öhdəliklərini tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. Kredit müqaviləsinin 3.2.1-ci bəndinə əsasən borc alan hər ay bərabər məbləğdə müvafiq ödənişləri apararaq kredit üzrə faktiki istifadə edilmiş kredit məbləğinə hesablanmış faizlərin ödənilməsini və əsas borc məbləğinin qaytarılmasını öhdəsinə götürmüşdür. Lakin borcalan bu öhdəliklərini kobud şəkildə pozmuş, bu günə qədər kredit üzrə əsas borc məbləğinin və əsas borc məbləğinə hesablanmış faiz məbləğinin ödənişini vaxtında və lazımi qaydada həyata keçirməmişdir. Borcalanın öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca yerinə yetirməməsi nəticəsində xx.xx.2022-ci il tarixinə əsas borcu 2934.3 manat, faiz borcu 27,5 manat və cərimə borcu və cərimə borcu 0 manat olmaqla, ümumi məbləği 2961,8 manat olmaqla borcu yaranmışdır və ona görə də həmin məbləğ cavabdehlərdən tutulmalıdır. O, Qəbələ Rayon Məhkəməsinin 24 may 2022-ci il tarixli, e-2(025)-690/2022 saylı qətnaməsi ilə razı deyil, belə ki, onunla kredit müqaviləsi üzrə zaminlik müqaviləsi Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmandan əvvəl imzalanmış və həmin zaminlik müqaviləsi ləğv edildikdən sonra onunla iddiaçı "xxxx" MMC ilə arasında hər hansı zaminlik müqaviləsi bağlanılmamışdır. Fərmandan əvvəl o kredit müqaviləsi üzrə zamin durmuş və onun zaminliyinin qüvvədə olma müddəti qanunvericiliklə kredit müqaviləsinin müddəti bitdikdən 1 il ərzində borclunun öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyət daşıyır. Halbuki kredit müqaviləsi və eyni zamanda zaminlik müqaviləsi 2019-cu il tarixində qüvvədən düşmüş və həmin ildən sonra 2 ildən çox müddət keçdikdən sonra bank olmayan kredit təşkilatı zaminə qarşı iddia irəli sürmüşdir. Ona görə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinə əsasən öhdəliyin icrası müddəti qurtardıqdan 1 il ərzində iddia irəli sürülmədikdə zaminə qarşı olan hissədə xitam verilir. Qanunvericilikdə qeyd olunmuş həmin maddə isə məhkəmə tərəfindən nəzərə alınmamışdır. Digər tərəfdən kredit borcu üzrə xx.xx.2019-cu il tarixli 0702-110478-01/1 saylı zaminlik müqaviləsindəki imza ona məxsus deyil, ona görə də imzanın ona məxsus olub-olmamasının dəqiqləşdirilməsi üçün məhkəmə xətşünaslıq ekspertizası təyin olunmalıdır. Qeyd edilənləri nəzərə alaraq o, Qəbələ Rayon Məhkəməsinin 24 may 2022-ci il tarixli, e-2(025)-690/2022 saylı qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a.və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 432.4-cü maddəsinə əsasən əgər borclu əsas öhdəliyin icrasından başqa, faizləri və xərcləri də ödəməlidirsə, bütün borcun ödənilməsi üçün yetərli olmayan öhdəliyin icrası əvvəlcə xərclərin hesabına, sonra faizlərin hesabına və nəhayət, əsas öhdəliyin hesabına daxil edilir. Borclunun müəyyənləşdirdiyi başqa qayda etibarsızdır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; Həmin Məcəllənin 448.4-cü maddəsinə əsasən borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Həmin Məcəllənin 421.2-cü maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 423.2-cü maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən cərimə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, cərimə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Cərimə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 472.3-cü maddəsinə görə birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 iyul 2009-cu il tarixli qərarı: «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 iyul 2009-cu il tarixli qərarında qeyd olunmuşdur ki, «Banklar müştərilərdən aldıqları vəsaiti müvafiq şərtlərlə geri qaytarmaq öhdəliyini öz üzərinə götürürlər. Bu öhdəliyin bank tərəfindən yerinə yetirilməməsi və ya gecikdirməklə yerinə yetirilməsi əhalinin bank sisteminə etimadını azalda bilər. Bu isə öz növbəsində ölkənin iqtisadi təhlükəsizliyinə və maliyyə vəziyyətinə mənfi təsir göstərə bilər.» Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 394-1.3-cü maddəsinə əsasən apellyasiya şikayəti məhkəməyə daxil olduğu gündən 30 iş günü ərzində işə yazılı icraat qaydasında işdə olan sənədlər əsasında baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam mübahisələndirir. Apellyator apellyasiya şikayətinin təmin edilməsini, Qəbələ Rayon Məhkəməsinin 24 may 2022-ci il tarixli, e-2(025)-690/2022 saylı qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Kollegiya qeyd edir ki, tələb qətnamənin tam ləğvinə yönəldiyindən apellyasiya instansiyası məhkəməsi qətnamənin əsaslılığını apellyasiya şikayətinin dəlillərinə münasibətdə tam həcmdə yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Qəbələ Rayon Məhkəməsinin 24 may 2022-ci il tarixli, 2(025)-690/2022 saylı qətnaməsi cavabdeh Zamin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 saylı qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, xx.xx.2019-ci il tarixində iddiaçı ilə Cavabdeh oğlu arasında 0702-110478-01 saylı kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən kreditor tərəfindən borc alana illik 1 % faiz ödənilməsi şərti ilə 60 ay müddətinə 3039,6 (üç min otuz doqquz) AZN məbləğində kredit verilmişdir. Bundan əlavə, kredit müqaviləsi üzrə borc alanın öhdəliklərinin lazımi qaydada yerinə yetirilməsini təmin etmək məqsədilə kreditor ilə Zamin oğlu (bundan sonra “Zamin”) arasında zaminlik müqaviləsi bağlanılmışdır. Həmin müqaviləyə əsasən zamin borc alanın kreditor qarşısında kredit müqaviləsi üzrə öz öhdəliklərini tam həcmdə yerinə yetirməsinə görə məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. Kredit müqaviləsinin 3.2.1-ci bəndinə əsasən borc alan hər ay bərabər məbləğdə müvafiq ödənişləri apararaq kredit üzrə faktiki istifadə edilmiş kredit məbləğinə hesablanmış faizlərin ödənilməsini və əsas borc məbləğinin qaytarılmasını öhdəsinə götürmüşdür. Lakin borc alan bu öhdəliklərini kobud şəkildə pozmuş, bu günə qədər kredit üzrə əsas borc məbləğinin və əsas borc məbləğinə hesablanmış faiz məbləğlərinin ödənişini vaxtında və lazımi qaydada həyata keçirməmişdir. Borcalanın öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca yerinə yetirməməsi nəticəsində xx.xx.2022ci il tarixinə əsas borcu 2934,3 manat, faiz borcu 27,5 manat və cərimə borcu 0 manat olmaqla, ümumi məbləği 2961,8 manat olmaqla borcu yaranmışdır. Kredit müqaviləsi üzrə borc alan tərəfindən üzərinə götürdüyü öhdəliklərin kobud şəkildə pozulması ilə əlaqədar olaraq cavabdehlər ilə bir neçə dəfə əlaqə saxlanılmasına və onlara borcun ödənilməsinin tələb edilməsinə dair xx.xx.2022-ci il tarixli MB-GM 1136 №-li xəbərdarlıq məktublarının göndərilməsinə baxmayaraq, həmin şəxslər tərəfindən borcun ödənilməsi üçün bu günə qədər heç bir addım atılmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq təmin etmişdir. Apellyator apellyasiya şikayətinin dəlillərində bildirmişdir ki, onunla kredit müqaviləsi üzrə zaminlik müqaviləsi Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmandan əvvəl imzalanmış və həmin zaminlik müqaviləsi ləğv edildikdən sonra onunla iddiaçı "xxxx" MMC ilə arasında hər hansı zaminlik müqaviləsi bağlanılmamışdır. Fərmandan əvvəl o kredit müqaviləsi üzrə zamin durmuş və onun zaminliyinin qüvvədə olma müddəti qanunvericiliklə kredit müqaviləsinin müddəti bitdikdən 1 il ərzində borclunun öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyət daşıyır. Halbuki kredit müqaviləsi və eyni zamanda zaminlik müqaviləsi 2019-cu il tarixində qüvvədən düşmüş və həmin ildən sonra 2 ildən çox müddət keçdikdən sonra bank olmayan kredit təşkilatı zaminə qarşı iddia irəli sürmüşdir. Ona görə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinə əsasən öhdəliyin icrası müddəti qurtardıqdan 1 il ərzində iddia irəli sürülmədikdə zaminə qarşı olan hissədə xitam verilir. Qanunvericilikdə qeyd olunmuş həmin maddə isə məhkəmə tərəfindən nəzərə alınmamışdır. Digər tərəfdən kredit borcu üzrə xx.xx.2019-cu il tarixli 0702-110478-01/1 saylı zaminlik müqaviləsindəki imza ona məxsus deyil, ona görə də imzanın ona məxsus olub-olmamasının dəqiqləşdirilməsi üçün məhkəmə xətşünaslıq ekspertizası təyin olunmalıdır. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas deyil. Belə ki, cavabdehin dəlilləri formal mülahizələrə əsaslanır, heç bir hüquqi əsası yoxdur. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni dərəcədə məsuliyyət daşıyır. Ona görə də əsas kredit öhdəliyi üzrə zamin durmuş digər cavabdeh Zamin münasibətdə də iddia tələbi qanuni və əsaslıdır. Belə ki, yuxarıda da qeyd olunduğu kimi sonuncu zaminlik müqaviləsini imzalamış, həmin müqavilədə zaminin birgə məsuliyyəti nəzərdə tutulmuşdur. Bu mənada hazırkı mübahisənin hüquqi və faktiki halları baxımından cavabdehlər kreditor (iddiaçı) qarşısında müqavilədən irəli gələn birgə borclu kimi çıxış edirlər, kredit müqaviləsi borc məbləği onlardan müştərək qaydada tutulmalıdır. Əlavə olaraq apellyator verdiyi apellyasiya şikayətində xx.xx.2019-cu il tarixli 0702- 110478-01/1 saylı zaminlik müqaviləsindəki imzanın ona məxsus olmadığını, bu səbəbdən də imzanın ona məxsus olub-olmamasının müəyyənləşdirilməsi üçün məhkəmə xətşünaslıq ekspertizası təyin olunmasına zərurətin yarandığını bildirmişdir. Lakin məhkəmə kollegiyası bu dəlili də əsassız hesab edir. Belə ki, apellyator xətşünaslı ekspertizasının təyin edilməsini vacib hesab etsə də, özunə məxsus eksperimental xətt nümunələrini məhkəməyə təqdim etməmişdir. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də cavabdeh Zamin tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və Qəbələ Rayon Məhkəməsinin 24 may 2022-ci il tarixli, 2(025)-690/2022 saylı qətnaməsi cavabdeh Zamin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Cavabdeh Zamin apellyasiya şikayətində qətnamənin tamamilə ləğv edilməsini xahiş etsə də, şikayətin məzmunundan və işin hallarından görünür ki, onun niyyəti təmin olunmuş 2961,8 manatı mübahisələndirmək olmuşdur. Ona görə də, Azərbаycаn Respublikаsı MPMin 402-ci maddəsinin tələbinə əsasən hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh Zamin tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Qəbələ Rayon Məhkəməsinin 24 may 2022-ci il tarixli, e-2(025)-690/2022 saylı qətnaməsi cavabdeh Zamin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar