Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1117/2021 23.06.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Şükürov İmanverdi Həşimxan oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1, X7, Cavabdeh5, X5, X8, Cavabdeh8, Cavabdeh13, Cavabdeh3, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11, Cavabdeh14, Cavabdeh12, Cavabdeh4, Cavabdeh15 və X2 qarşı “vurulmuş ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Zərdab Rayon Məhkəməsinin 23 oktyabr 2020-ci il tarixli 2(035)–263/2020 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: Zərdab Rayon Məhkəməsinin 23 oktyabr 2020-ci il tarixli 2(035)–263/2020 nömrəli qətnaməsi ilə (hakim Tahir Qubadov) İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, X5, X8, Cavabdeh8, Cavabdeh13, Cavabdeh3, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11, Cavabdeh14, Cavabdeh12, Cavabdeh4, Cavabdeh15 və X2 qarşı “vurulmuş ziyanın ödənilməsi tələbfi’nə dair iddiasının təmin edilməməsi qət edilmişdir. İşin halları İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, X5, X8, Cavabdeh8, Cavabdeh13, Cavabdeh3, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11, Cavabdeh14, Cavabdeh12, Cavabdeh4, Cavabdeh15 və X2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona vurulmuş maddi ziyana görə 13099.50 manat və hüquqlarının müdafiəsi məqsədilə vəkilə ödədiyi 200 manat pulun cavabdehlərdən müştərək qaydada alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının nümayəndəsivəkil X9 iddianı müdafiə edərək izahatında göstərmişdir ki, Zərdab rayonu Məlikumudlu Bələdiyyəsi ilə aralarında bağlanmış 10.10.2006-cı il tarixli, 06 saylı icarə müqaviləsinə əsasən iddiaçı Məlikumudlu kəndi ərazisində bələdiyyənin ehtiyat fondundan 11.5 ha torpaq sahəsini kənd təsərrüfatı məhsullarının istehsalı və əkinçilik məqsədi ilə 25 il müddətinə icarəyə götürmüş və həmin vaxtdan orada əkinçiliklə məşğul olur. Cari mövsümdə iddiaçı həmin icarəyə götürdüyü torpağın 1 ha hissəsində yonca, 7 ha hisəsində buğda, 2 ha hissəsində isə arpa əkmişdir. Lakin, 01.03.2020-ci il tarixdən başlayaraq cavabdehlər onun həmin torpaq sahəsində əkdiyi yonca və taxılı heyvanlara otazdıraraq sahəni tamamilə yararsız vəziyyətə salmışlar. İddiaçı dəfələrlə cavabdehlərə xəbərdarlıq etsə də, heç bir nəticəsi olmamışdır. Nəticədə cavabdehlər tərəfindən iddiaçıya 13099.50 manat məbləğində maddi ziyan vurulmuşdur. Ona görə də iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı nümayəndəsi X3 izahatı ilə razı olduğunu bildirərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh1 iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, özü Rusiya Fedarasiyasının vətəndaşı olsa da, ailəsi Zərdab rayonunun Məlikumudlu kəndində yaşayır. Özü də hazırda kənddə yaşayır. Şəxsi təsərrüfatlarında 7 baş inəyi, 4.63 ha torpaq sahəsi vardır. İddiaçılə həmkəndlidir. İddiaçı yaşadıqları Məlikumudlu kəndinin ərazisindən 11.5 ha torpaq sahəsi icarəyə götürərək, orada əkinçiliklə məşğul olur. Eşitdiyinəgörə kənd sakinlərindən kimlərsə iddiaçının yerinə heyvan salıb əkinini otarmışdır. Lakin, o, özü iddiaçının yerinə heyvan aparmamış, nə də ki, kiməsə bu barədə tapşırıq verməmişdir. İddiaçı yalan danışır vəiddianm əsaslı olmasına dair məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Hesab edir ki, iddia tamamilə əsassızdır. Ona görə də məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh2 iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, şəxsi təsərrüfatlarında 6 baş inəyi, 2.86 ha torpaq sahəsi vardır. İddiaçılə həmkəndlidir. İddiaçı yaşadıqları Məlikumudlu kəndinin ərazisindən 11.5 ha torpaq sahəsi icarəyə götürərək, orada əkinçiliklə ‘məşğul olur. Eşitdiyinə görə kənd sakinlərindən kimlərsə iddiaçının yerinə heyvan salıb əkinini otarmışdır. Lakin, o, özü iddiaçının yerinə heyvan aparmamış, nə də ki, kiməsə bu barədə tapşırıq verməmişdir. İddiaçı yalan danışır və iddianın əsaslı olmasına dair məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Hesab etmişdir ki, iddia tamamilə əsassızdır. Ona görə də məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh5 iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, şəxsi təsərrüfatlarında 3 baş inəyi, 0.96 ha torpaq sahəsi vardır. İddiaçılə həm kəndlidir. İddiaçı yaşadıqları Məlikumudlu kəndinin ərazisindən 11.5 ha torpaq sahəsi icarəyə götürərək, orada əkinçiliklə məşğul olur. Eşitdiyinə görə kənd sakinlərindən kimlərsə iddiaçının yerinə heyvan salıb əkinini otarmışdır. Lakin, o, özü iddiaçının yerinə heyvan aparmamış, nə də ki, kiməsə bu barədə tapşırıq verməmişdir. İddiaçı yalan danışır və iddianın əsaslı olmasına dair məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Hesab etmişdir ki, iddia tamamilə əsassızdır. Ona görə də məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında cavabdeh X5 iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, şəxsi təsərrüfatlarında 5 baş inəyi, 6.80 ha torpaq sahəsi vardır. İddiaçılə həmkəndlidir. İddiaçı yaşadıqları Məlikumudlu kəndinin ərazisindən 11.5 ha torpaq sahəsi icarəyə götürərək, orada əkinçiliklə məşğul olur. Eşitdiyinə görə kənd sakinlərindən kimlərsə iddiaçının yerinə heyvan salıb əkinini otarmışdır. Lakin, o, özü iddiaçının yerinə heyvan aparmamış, nə də ki, kiməsə bu barədə tapşırıq verməmişdir. İddiaçı yalan danışır və iddianın əsaslı olmasına dair məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Hesab etmişdir ki, iddia tamamilə əsassızdır. Ona görə də məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh7 Rəfi oğlu iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, şəxsi təsərrüfatlarında 2 baş inəyi, 4.0 ha torpaq sahəsi vardır. İddiaçılə həmkəndlidir. İddiaçı yaşadıqları Məlikumudlu kəndinin ərazisindən 11.5 ha torpaq sahəsini icarəyə götürərək orada əkinçiliklə məşğul olur. Eşitdiyinə görə kənd sakinlərindən kimlərsə iddiaçının yerinə heyvan salıb əkinini otarmışdır. Lakin, o, özü iddiaçının yerinə heyvan aparmamış, nə də ki kiməsə bu barədə tapşırıq verməmişdir. İddiaçı yalan danışır və iddianın əsaslı olmasına dair məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Hesab edir ki, iddia tamamilə əsassızdır. Ona görə də məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh8 iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, şəxsi təsərrüfatlarında 2 baş inəyi, 4.96 ha torpaq sahəsi vardır. İddiaçılə həmkəndlidir. İddiaçı yaşadıqları Məlikumudlu kəndinin ərazisindən 11.5 ha torpaq sahəsi icarəyə götürərək, orada əkinçiliklə məşğul olur. Eşitdiyinə görə kənd sakinlərindən kimlərsə iddiaçının yerinə heyvan salıb əkinini otarmışdır. Lakin, o, özü iddiaçının yerinə heyvan aparmamış, nə də ki, kiməsə bu barədə tapşırıq verməmişdir. İddiaçı yalan danışır və iddianın əsaslı olmasına dair məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Hesab edir ki, iddia tamamiləəsassızdır. Ona görə də məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh13 iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, şəxsi təsərrüfatlarında 2 baş inəyi, 1.80 ha torpaq sahəsi vardır. İddiaçılə həmkəndlidir. İddiaçı yaşadıqları Məlikumudlu kəndinin ərazisindən 11.5 ha torpaq sahəsi icarəyə götürərək, orada əkinçiliklə məşğul olur. Eşitdiyinə görə kənd sakinlərindən kimlərsə iddiaçının yerinə heyvan salıb əkinini otarmışdır. Lakin, o, özü iddiaçının yerinə heyvan aparmamış, nə də ki, kiməsə bu barədə tapşırıq verməmişdir. İddiaçı yalan danışır və iddianın əsaslı olmasına dair məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Hesab edir ki, iddia tamamiləəsassızdır. Ona görə də məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh3 iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, şəxsi təsərrüfatlarında 5 baş inəyi, 7.53 ha torpaq sahəsi vardır. İddiaçılə həmkəndlidir. İddiaçı yaşadıqları Məlikumudlu kəndinin ərazisindən 11.5 ha torpaq sahəsi icarəyə götürərək, orada əkinçiliklə məşğul olur. Eşitdiyinə görə kənd sakinlərindən kimlərsə iddiaçının yerinə heyvan salıb əkinini otarmışdır. Lakin, o, özü iddiaçının yerinə heyvan aparmamış, nə də ki, kiməsə bu barədə tapşırıq verməmişdir. İddiaçı yalan danışır və iddianın əsaslı olmasına dair məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Hesab edir ki, iddia tamamiləəsassızdır. Ona görə də məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh9 iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, şəxsi təsərrüfatlarında 3 baş inəyi, 5.0ha torpaq sahəsi vardır. İddiaçılə həmkəndlidir. İddiaçı yaşadıqları Məlikumudlu kəndinin ərazisindən 11.5 ha torpaq sahəsi icarəyə götürərək, orada əkinçiliklə məşğul olur. Eşitdiyinə görə kənd sakinlərindən kimlərsə iddiaçının yerinə heyvan salıb əkinini otarmışdır. Lakin, o, özü iddiaçının yerinə heyvan aparmamış, nə də ki, kiməsə bu barədə tapşırıq verməmişdir. İddiaçı yalan danışır və iddianın əsaslı olmasına dair məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Hesab edir ki, iddia tamamiləəsassızdır. Ona görə də məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh10 oğluiddianı qəbul etməyərək izahatında göstərmişdir ki,şəxsi təsərrüfatlarında 3 baş inəyi, 15.0ha torpaq sahəsi vardır. İddiaçılə həmkəndlidir. İddiaçı yaşadıqları Məlikumudlu kəndinin ərazisindən 11.5 ha torpaq sahəsi icarəyə götürərək, orada əkinçiliklə məşğul olur. Eşitdiyinə görə kənd sakinlərindən kimlərsə iddiaçının yerinə heyvan salıb əkinini otarmışdır. Lakin, o, özü iddiaçının yerinə heyvan aparmamış, nə də ki, kiməsə bu barədə tapşırıq verməmişdir. İddiaçı yalan danışır və iddianın əsaslı olmasına dair məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Hesab edir ki, iddia tamamiləəsassızdır. Ona görə də məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh11 iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, şəxsi təsərrüfatlarında 3 baş inəyi, 5.0ha torpaq sahəsi vardır. İddiaçılə həmkəndlidir. İddiaçı yaşadıqları Məlikumudlu kəndinin ərazisindən 11.5 ha torpaq sahəsi icartyə götürərək-orada əkinçiliklə məşğul olur. Eşitdiyinə görə kənd sakinlərindən kimlərsə iddiaçının yerinə heyvan salıb əkinini otarmışdır. Lakin, o, özü iddiaçının yerinə heyvan aparmamış, nə də ki, kiməsə bu barədə tapşırıq verməmişdir. İddiaçı yalan danışır və iddianın əsaslı olmasına dair məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Hesab edir ki, iddia tamamiləəsassızdır. Ona görə də məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh14 iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, şəxsi təsərrüfatlarında 4 baş inəyi, 0.96ha torpaq sahəsi vardır. İddiaçılə həmkəndlidir. İddiaçı yaşadıqları Məlikumudlu kəndinin ərazisindən 11.5 ha torpaq sahəsi icarəyə götürərək, orada əkinçiliklə məşğul olur. Eşitdiyinə görə kənd sakinlərindən kimlərsə iddiaçının yerinə heyvan salıb əkinini otarmışdır. Lakin, o, özü iddiaçının yerinə heyvan aparmamış, nə də ki, kiməsə bu barədə tapşırıq verməmişdir. İddiaçı yalan danışır və iddianın əsaslı olmasına dair məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Hesab edir ki, iddia tamamiləəsassızdır. Ona görə də məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh12 iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, şəxsi təsərrüfatlarında 22 baş keçi, 0.80ha torpaq sahəsi vardır. İddiaçılə həmkəndlidir. İddiaçı yaşadıqları Məlikumudlu kəndinin ərazisindən 11.5 ha torpaq sahəsi icarəyə götürərək, orada əkinçiliklə məşğul olur. Eşitdiyinə görə kənd sakinlərindən kimlərsə iddiaçının yerinə heyvan salıb əkinini otarmışdır. Lakin, o, özü iddiaçının yerinə heyvan aparmamış, nə də ki, kiməsə bu barədə tapşırıq verməmişdir. İddiaçı yalan danışır və iddianın əsaslı olmasına dair məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Hesab edir ki, iddia tamamiləəsassızdır. Ona görə də məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh4 fddianı qəbul etməyərək izahatında göstərmişdir ki, özünün heyvanı yoxdur. Şəxsi təsərrüfatlarında atasının 3 baş inəyi, 5.0ha torpaq sahəsi vardır. İddiaçılə həmkəndlidir. İddiaçı yaşadıqları Məlikumudlu kəndinin ərazisindən 11.5 ha torpaq sahəsi icarəyə götürərək, orada əkinçiliklə məşğul olur. Eşitdiyinə görə kənd sakinlərindən kimlərsə iddiaçının yerinə heyvan salıb əkinini otarmışdır. Lakin, o, özü iddiaçının yerinə heyvan aparmamış, nə də ki, kiməsə bu barədə tapşırıq verməmişdir. İddiaçı yalan danışır və iddianın əsaslı olmasına dair məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Hesab edir ki, iddia tamamiləəsassızdır. Ona görə də məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh15 iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, şəxsi təsərrüfatlarında 4 baş inəyi, 5.42ha torpaq sahəsi vardır. İddiaçılə həmkəndlidir. İddiaçı yaşadıqları Məlikumudlu kəndinin ərazisindən 11.5 ha torpaq sahəsi icarəyə götürərək, orada əkinçiliklə məşğul olur. Eşitdiyinə görə kənd sakinlərindən kimlərsə iddiaçının yerinə heyvan salıb əkinini otarmışdır. Lakin, o, özü iddiaçının yerinə heyvan aparmamış, nə də ki, kiməsə bu barədə tapşırıq verməmişdir. İddiaçı yalan danışır və iddianın əsaslı olmasına dair məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Hesab edir ki, iddia tamamiləəsassızdır. Ona görə də məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh X6 iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, atası ilə birlikdə yaşayır. Şəxsi təsərrüfatlarında 5 baş inək, 6.80ha torpaq sahəsi vardır. Bundan başqa iddiaçının qonşuluğunda bibisi Məhluqəyə məxsus 2.0 ha torpaq sahəsi vardır ki, həmin torpaq sahəsinə də onlar taxıl əkmişlər. İddiaçılə həmkəndlidir. İddiaçı yaşadıqları Məlikumudlu kəndinin ərazisindən 11.5 ha torpaq sahəsi icarəyə götürərək, orada əkinçiliklə məşğul olur. Eşitdiyinə görə kənd sakinlərindən kimlərsə iddiaçının yerinə heyvan salıb əkinini otarmışdır. Lakin, o, özü iddiaçının yerinə heyvan aparmamış, nə də ki, kiməsə bu barədə tapşırıq verməmişdir. Doğrudur bir dəfə bibisinə məxsus, lakin özlərinin əkdikləri sahəyə baxmağa gedərkən Bəhrəmlə rastlaşmış və aralarında dialoq yaranmışdır. Həmin vaxt Bəhrəmin özünün öz əkin sahəsini otardığını görmüşdür. Bəhrəm yalan danışır. Hesab edir ki, iddia tamamilə əsassızdır. Ona görə də məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən X4 ifadəsində bildirmişdir ki, Zərdab Rayon İcra Hakimiyyəti başçısının müavini vəzifəsində işləyir. Cari ilin əvvəllərində Məlikumudlu kəndinin bir qrup sakinləri torpäq sahələrinin ayrı-ayrışəxslər tərəfindən qanunsuz əkilməsi və heyvanlar üçün örüş sahəsinin azlığından Rayon İcra Hakimiyyətinəşikayət etmişlər. Bu səbəbdən 18.02.2020-ci il tarixdə sərəncamla komissiya yaradılmış və o, həmin komisiyanm rəhbəri olmuşdur. Müraciətdən irəli gələrək komisiyanm digər üzvləri ilə birlikdə haqqında şikayət edilən torpaq sahələrinə, o cümlədən İddiaçı icarəsində olan torpaq sahəsinə və sənədlərinə baxmışdır. Həmin vaxt sahədə İddiaçı olduğunu və heyvan (qoyun) otardığını görmüşdür. Sahədə başqa şəxslərin mal-qara otarmasmı görməmişdir. Sənədə əsasən İddiaçı icarəsində olan yer örüş yeridir, əkinçilik üçün nəzərdə tutulmamışdır. Məhkəmə iclasında şahid qismində ifadə verən X1 ifadəsində bildirmişdir ki, Zərdab rayon Məlikumudlu kənd icra nümayəndəsi vəzifəsində işləyir. Cari ilin əvvəllərindən başlayaraq bəzi sakinlər Məlikumudlu kəndi ərazisində icarə torpaqlarında olan əkin sahələrinəözbaşma olaraq mal-qara salaraq otarmağa başlamışlar. Bununla bağlı Zərdab Rayon İcra Hakimiyyətində sakinlərin qəbulunda iştirak etmiş, həmçinin kənd icra nümayəndəsi kimi bilavasitə söhbət zamanı sakinlərəözbaşına hərəkətlərə yol verməmələrini demişdir. Komissiya üzvü kimi, o, da Pərvin Mahmudova ilə birlikdə İddiaçı icarəsində olan torpaq sahəsinə getmişdir. Həmin vaxt sahədə İddiaçı olduğunu və heyvan (qoyun) otardığını görmüşdür. Sahədə başqa şəxslərin mal-qara otarmasını görməmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən X12 ifadəsində bildirmişdir ki, Zərdab RİHBA-nin sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini vəzifəsində işləyir. Cari ilin əvvəllərindən başlayaraq bəzi sakinlər Alcanlı kəndi ərazisində icarə torpaqlarında olan əkin sahələrinə özbaşına olaraq mal-qara salaraq otarmağa başlamışlar. Bununla bağlı Zərdab Rayon İcra Hakimiyyətində sakinlərin qəbulunda iştirak etmiş, həmçinin komissiya üzvü kimi, o, da Pərvin Mahmudova ilə birlikdə İddiaçı icarəsində olan torpaq sahəsinə getmişdir. Həmin vaxt sahədə İddiaçı olduğunu və heyvan (qoyun) otardığını görmüşdür. Sahədə başqa şəxslərin mal-qara otarmasmı görməmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn İddiaçı аpellyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini iddia ərizəsində göstərdikləri və həm özünün, həm də nümayəndəsinin birinci instansiya məhkəməsinin iclasında verdikləri izahatlarla əsaslandıraraq göstərmişdir ki, məhkəmə işin hallarını araşdırmadan, həqiqi vəziyyəti bilmədən, yalnız cavabdehlərin yalan məlumatlarını əks etdirən iddia ərizəsinə istinad etməklə əsassız qətnamə çıxarmışdır. Aşağıdakı dəlillərə və hüquqi aktlara görə məhkəmənin qərarı ləğv edilməlidir. Birinci instansiya məhkəməsi onun sübutunun olmamasını əsas gətirərək onun əleyhinə qərar çıxardı. Amma qanunvericiliyə əsasən isə hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Ona görə də, Zərdab Rayon Məhkəməsinin 23 oktyabr 2020-ci il tarixli 2(035)– 263/2020 nömrəli qətnaməsini ləğv edilməsini və ona vurulmuş ziyanın cavabdehlər tərəfindən ödənilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş edir. Tərəflərin İzahatları İddiaçı, cavabdehlər Cavabdeh1, X7, Cavabdeh5, X5, X8, Cavabdeh8, Cavabdeh13, Cavabdeh3, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11, Cavabdeh14, Cavabdeh12, Cavabdeh4, Cavabdeh15 və X6 lazımı qaydada məhkəmə kollegiyasının iclasına dəvət edilsələr də, məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən apelyasiya şikayətinə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Zərdab Rayon Məhkəməsinin 23 oktyabr 2020-ci il tarixli 2(035)–263/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşdə olan Zərdab Rayon Məhkəməsinin 2(035)-527/2015 saylı, 24.08.2015-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Məlikumudlu Bələdiyyəsi ilə İddiaçı arasında 11,50 ha torpaq sahəsinin 25 il müddətinə kənd təsərrüfatı məhsulları istehsalı istehsalı vəəkinçilik məqsədləri üçün hazırkı İddiaçı icarəsinə verildiyi və bu barədə sonuncunun adma Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən torpaq sahəsinin planı və ölçüsünün tərtib edildiyi müəyyən edilmişdir. İşdə olan Zərdab rayon X15 Mərkəzinin direktoru V.Bayramov tərəfindən verilmiş06.03.2020-ci il tarixli mütəxəssis rəyindən görünür ki, İddiaçı verilmiş torpaq sahəsinə baxış keçirilmiş, baxış zamanı torpaq sahəsində 1 ha hissədə yonca, 7 ha hissədə buğda, 2 ha hissədə isə arpa əkildiyi, taxıl əkinlərinə bitiş suyu vurulduğu, normal bitiş alındığı, lakin sahənin iri və xırda buynuzlu heyvanlara sürü halında tapdalandığı və otazdırıldığı müəyyən edilmişdir. Sahədən bütün aqrotexniki qaydalara əməl edildiyi halda gözlənilən məhsul yonca sahəsindən 500-550 ot kipi, taxılda isə 26-27 sentner aralığında ola bilərdi. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarına və İnsan Hüquqlarıüzrə Avropa Məhkəməsi “Qavazov Bolqarıstana qarşı” işüzrə 06 mart 2008-ci il tarixli qərarına və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1, 82.3, 184.2, 217.4-cü maddələrinə istinad etmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Mahmudov Rusiyaya qarşı” işüzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qaydada olaraq “affırmanti, non neganti incumbit probation” (yəni, sübut etmək yükü təkzib edənin deyil, iddia edəninüzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. İnsan Hüquqlarıüzrə Avropa Məhkəməsi “Qavazov Bolqarıstana qarşı” işüzrə 06 mart 2008-ci il tarixli qərarında qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qaydada olaraq əsaslışübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1 -ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1 -ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin 184.2-ci maddəsinə görə hakimin işdə iştirak edən şəxslərə təklif etməsinə baxmayaraq, onların iddia ərizəsinə dair rəyi (etirazı) və ya əlavə sübutları təqdim etməməsi işdə olan mövcud materiallar əsasında işə baxılmasına mane olmur. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən olunmuşdur ki, İddiaçı ona icarəyə verilmiş torpaq sahəsində sari mövsüm üçünl ha hissədə yonca, 7 ha hissədə buğda, 2 ha hissədə arpaəkmişdir. Lakin, cari ilin mart ayından başlayaraq həmin əkin sahələri kənd sakinləri tərəfindən iri və xırda buynuzlu heyvanlara otazdırılaraq məhv edilmişdir. Birinci instansiya məhkəməsinin tərəfindən təklif edilməsinə və məhkəmə iclasının təxirə salınmasına baxmayaraq, iddiaçı sözügedən əkin sahəsinin məhz hazırkı cavabdehlər tərəfindən otazdırılmasma dair izahat verməkdən savayı məhkəməyə hər hansı bir mötəbər və şübhədənkənar sübut təqdim etməmişdir. İddiaçının və nümayəndəsinin iddianın müdafiəsinə dair verdiyi izahatları cavabdehlərin məhkəmə iclasında verdikləri izahatlarla tam şəkildə təkzib edilmişdir. Birinci instansiya məhkəməsinin araşdırması zamanı sözügedən əkin sahəsinin məhz hazırkı cavabdehlər tərəfindən otazdırılması məhkəmə iclasında müəyyən olunmadı. Məhkəmə hesab edir ki, iddiaçı ona məxsus əkin sahəsinə cavabdehlər tərəfindən heyvan salınaraq ona 13099.50 manat məbləğində maddi ziyan vurduqlarını iddia etsə də, məhkəmə iclasında iddiasını sübuta yetirə bilməmişdir. Birinci instansiya məhkəməsinin belə qənaətə gəlmişdir ki, iddiaçı öz iddiasını məhkəmə iclasında sübuta yetirə bilməmiş, iddianın təmin edilməsi üçün məhkəməyə hər hansı bir mötəbər, şübhədənkənar sübut təqdim edə bilməmişdir. Ona görə də iddia təmin edilməməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnamə qəbul edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 21.3-cü maddəsinə görə zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 1096.1 -ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə görə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin Maddə 1110-cu maddəsinə görə heyvanın sahibi öz heyvanının başqalarına vurduğu zərərin əvəzini ödəməyə borcludur. Bu zaman heyvanın nəzarət altında olduğunun, itdiyinin və ya qaçdığının əhəmiyyəti yoxdur. Əgər heyvanın sahibi üçüncü şəxslərin müdafiəsi üçün zəruri tədbirlər görmüşsə, zərərin əvəzinin ödənilməsi öhdəliyi tətbiq edilmir. Yuxarıda göstərilən maddələrin tələbləri baxımından iddiaçı ona vurulmuş ziyanın ödənilməsini tələb etmək hüququna malik olsa da, o, həmin ziyanın cavabdehlər tərəfindən vurulmuş olmasına dair sübutları məhkəməyə təqdim etməli idi. İddiaçı isə bunu edə bilməmişdir. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan iddiaçı da göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən onun göstərdikləri əsaslı hesab edilə bilməz. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi qətnamə qəbul edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Zərdab Rayon Məhkəməsinin 23 oktyabr 2020-ci il tarixli 2(035)–263/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Zərdab Rayon Məhkəməsinin 23 oktyabr 2020-ci il tarixli 2(035)–263/2020 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: İmanverdi Şükürov Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-1117/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1117/2021
23.06.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver