Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1117/2022 28.09.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Məmmədova (Paşayeva) Lamiyə Elşən qızının Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki iş üzrə (Açar sözlər: alimentin miqdarının artırılması) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi, iddiaçı Məmmədova (Paşayeva) Lamiyə Elşən qızının və Cavabdeh iştirakları ilə, İddiaçı Məmmədova (Paşayeva) Lamiyə Elşən qızının Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki iş üzrə Ağdaş Rayon Məhkəməsinin 16 iyun 2022-ci il tarixli 2(014)-941/2022 saylı qətnaməsindən iddiaçı Məmmədova (Paşayeva) Lamiyə Elşən qızı və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları Ağdaş rayon Məhkəməsinin 2(014)-1168/2021 saylı 07 iyun 2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh ilə iddiaçı Məmmədova (Paşayeva) Lamiyə Elşən qızının birgə nikahlarından anadan olmuş 27 aprel 2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına yaşına çatana qədər saxlanılması üçün hər ay 160 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq iddiaçının xeyrinə verilməsi qət edilmişdir. İddiaçı həmin məbləğin artırılaraq 193 manat müəyyən edilməsini xahiş edir. Birinci instansiya məhkəməsində icraat: İddiaçı Məmmədova (Paşayeva) Lamiyə Elşən qızı Cavabdeh qarşı «alimentin miqdarının artırılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onunla birgə nikahlarından anadan olmuş uşaqları 27 aprel 2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Ağdaş rayon məhkəməsinin 07 iyun 2021-ci il tarixli qətnaməsi ilə təyin edilmiş alimentin miqdarının artırılmasına, yəni həmin uşağın 18 yaşı tamam olan günədək saxlanılması üçün hər ay 193 manat sabit pul məbləğindən alimentin həmçinin də mediasiya xərci kimi ödədiyi 50 manat pulun onun xeyrinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Məmmədova (Paşayeva) Lamiyə Elşən qızı iddia tələbini onunla əsaslandırmışdır ki, Ağdaş rayon Məhkəməsinin 2(014)-1168/2021 saylı 07 iyun 2021-ci il tarixli qətnaməsi ilə cavabdehlə birgə nikahlarından anadan olmuş 27 aprel 2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına yaşına çatana qədər saxlanılması üçün hər ay 160 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq onun xeyrinə verilməsi qət edilmişdir. Uşaq azyaşlı olduğundan, heç bir yerdə işləyə bilmir. Həmin məbləğə uşağın və eləcə də özünün saxlanılmasında, yəni uşağın fiziki və əqli cəhətdən sağlam böyüməsində, qidalanmasında tələbatlarının ödənilməsi mümkün olmadığından, eləcə də bütün gündəlik tələbat mallarının qiymətlərinin xeyli məbləğdə artığından onun ağır olan maddi vəziyyətini daha da ağırlaşdırır. Lakin cavabdeh bütün bunları nəzərə almayaraq fərdi əməklə məşğul olmasına və gəlirinin yüksək olmasına baxmayaraq hər ay 160 manat ödəməklə öz valideynlik vəzifəsini yerinə yetirmiş hesab edir. Ona görə də alimentin miqdarı ilə əlaqədar cavabdehlə aralarında yaranmış mübahisənin həll edilməsi məqsədi ilə məhkəmə qaydasında əvvəllər məhkəmənin qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilərək, artırılmasına zərurət yaranmışdır. Cavabdeh mediasiya sessiyasına gəlmədiyinə və mediasiya xərclərinin bölüşdürülməsinə münasibət bildirmədiyinə görə hesab edir ki, mediasiya zamanı ödədiyi 50 manat mediasiya xərci cavabdehdən alınaraq ona verilməlidir. Odur ki, uşağa görə təyin edilmiş alimentin hazırki miqdarının artırılması üçün hazırki iddia ərizəsi ilə müraciət edir. İddiaçı Məmmədova (Paşayeva) Lamiyə Elşən qızı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini və bu barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia qismən təmin edilməli, Ağdaş rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(014)-1168/2021 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılmalı, 27 aprel 2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 175 manat sabit pul məbləğində aliment və mediasiya xərci kimi ödədiyi 50 manat pul Cavabdeh alınaraq iddiaçı Məmmədova (Paşayeva) Lamiyə Elşən qızının xeyrinə verilməlidir. Ağdaş Rayon Məhkəməsinin 16 iyun 2022-ci il tarixli 2(014)-941/2022 saylı qətnaməsi ilə (hakim Nizam Əliyev) iddia qismən təmin olunmuş, Ağdaş rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(014)-1168/2021 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılması, Cavabdeh 27 aprel 2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 175 manat sabit pul məbləğində aliment və mediasiya xərci kimi ödədiyi 50 manat pulun iddiaçı Məmmədova (Paşayeva) Lamiyə Elşən qızının xeyrinə tutulması, Cavabdeh iddianın təmin edilmiş hissəsinə münasib olaraq 30 (otuz) manat dövlət rüsumunun alınaraq Dövlət Büdcəsinə ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 75, 76, 78 və 112-ci maddələrinə və «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 3, 5, 19-cu maddələrinə istinad etmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən 22 aprel 2022-ci il tarixli 76 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan məlum olur ki, Cavabdeh Məmmədova (Paşayeva) Lamiyə Elşən qızı tərəfindən təsvir edildiyi kimi, “alimentin miqdarının artırılması tələbi” mübahisəsi üzrə xx.xx.2022 tarixində 15:00 saatlarında keçirilən ilkin mediyasiya sessiyasında iştirak etdiklərini təsdiq etmək üçün verilir. Cavabdeh Eyyub oğlu ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə xx.xx.2022-ci il tarixində poçt vasitəsi ilə məlumatlandırılmışdır. Məmmədova (Paşayeva) Lamiyə Elşən qızı ilkin mediyasiya sessiyasının keçirilməsi üçün 50 manat məbləğində mediasiya ya dair xərci ödədi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 2(014)-1168/2021 saylı qətnamənin surətindən məlum olur ki, iddia qismən təmin edilmiş, Cavabdeh ilə Məmmədova (Paşayeva) Lamiyə Elşən qızının birgə nikahlarından anadan olmuş 27 aprel 2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 160 (yüz altmış) manat sabit pul məbləğində aliment alınaraq iddiaçı Məmmədova (Paşayeva) Lamiyə Elşən qızına verilməsi, miqdarı dəyişdirilmiş alimentin tutulması, bu barədə qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanması, iddia tələbi qalan hissədə təmin edilməsi, Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilməsi qət edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 2(014)-1313/2021 saylı qətnamənin surətindən məlum olur ki, iddia təmin edilmiş, Cavabdeh ilə Məmmədova (Paşayeva) Lamiyə Elşən qızının arasında bağlanmış Mingəçevir regional “ASAN” xidmət mərkəzində Qeydiyyat şöbəsində 29 noyabr 2018-ci ildə 514 № ilə qeyd edilmiş nikah pozulması, 27 aprel 2020ci ildə anadan olmuş X2 adlı uşaq anası Məmmədova (Paşayeva) Lamiyə Elşən qızının yanında saxlanılması, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməsi qət edilmişdir. Qətnаmədən nаrаzı qаlаn iddiaçı Məmmədova (Paşayeva) Lamiyə Elşən qızı və Cavabdeh аpellyаsiyа şikаyətləri vermişlər. Apellyasiya şikayətinin dəlilləri İddiaçı Məmmədova (Paşayeva) Lamiyə Elşən qızı apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, məhkəmə tərəfindən sübutlar olduğu halda baxılmamış, aliment cəmi 15 manat artırılmışdır. Hər ay hər uşaq üçün 150 manat sabit pul məbləğində alimentlə uşaqların tələbatını ödəyə bilmir. Cavabdehin iş yeri və başqa gəlirləri olsa da, maddi imkanı olmadığı üçün vəkil vasitəsi ilə sorğu verib ala bilməmişdir. Ona görə də, Ağdaş rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(014)-941/2022- 009 saylı qətnaməsinin ləğv edilməsini və Cavabdeh birgə nikahdan 27 aprel 2020-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Ağdaş Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə təyin edilmiş alimentin miqdarının artırılaraq 193 manat olması və mediasiya xərci kimi ödədiyi 50 manat pulun onun xeyrinə verilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, Ağdaş rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən bir uşağımızın saxlanması üçün ondan hər ay 160 manat aliment alınıb iddiaçı Məmmədova (Paşayeva) Lamiyə Elşən qızına verilməsi qət edilmişdir. Həmin təyin olunmuş alimenti çətinliklə də olsa ödəyir. Buna baxmayaraq alimentin məbləği yenidən artırılaraq ayda 175 manat müəyyən edilmişdir. Onun hazırkı vəziyyətilə və qazancıyla həmin məbləği vermək imkanı yoxdur. Onun xəstəliyi var və bununla əlaqədar hərbi xidmətə yararsız hesab edilmişdir. Uzun müddətdir heç bir yerdə iş tapa bilmir. Ərazi məşğulluq Mərkəzində qeydiyyatda durur. Lakin hələlik işlə təmin olunmamışdır. Yaşlı anasının aldığı pensiya pulu hesabına yaşayır. Hətta aylıq aliment pulunu da anasının pensiya pulundan ödəyir. Hazırkı vəziyyətdə 175 manat aliment pulu ödəməyə imkanı yoxdur. Ona görə də, Ağdaş rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(014)-941/2022 saylı qətnaməsinin tam ləğv edilməsini və iddianın təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iddiaçı Məmmədova (Paşayeva) Lamiyə Elşən qızı özünün verdiyi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, cavabdehin verdiyi apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh özünün verdiyi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, iddiaçının verdiyi apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Ailə Məcəlləsi: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün aliment valideynlərdən məhkəmə qaydasında tutulur. 76.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 76.1.1-ci maddəsinə əsasən 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutulur 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanunu: 3-cü maddəsinə əsasən uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişətşəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. 4-cü maddəsinə əsasən Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafiəsini müvafiq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları təmin etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar. 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafeyini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır. 8-ci maddəsinə əsasən isə hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosialhüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. 11-ci maddəsinə görə hər bir uşağın hərtərəfli inkişaf etmək, milli və ümumbəşəri dəyərlərə uyğun, humanizm və əxlaqi prinsiplər əsasında tərbiyə almaq hüququ vardır. 19-cu maddəsində isə müəyyən edilmişdir ki, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2022-ci ildə uşaqlar üçün yaşayış minimumu 193 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarı: Həmin Qərarda məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsi). Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanılmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Ali Məhkəmənin yuxarıda göstərilən qərarında sərgilədiyi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarında da öz əksini tapmışdır. Həmin qərara görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. 20 noyabr 1989-cu il tarixdə BMT-nin Baş Məclisinin 44-cü sessiyasında qəbul edilmiş “Uşaq hüquqları haqqında” Konvensiya: 20 noyabr 1989-cu il tarixdə BMT-nin Baş Məclisinin 44-cü sessiyasında qəbul edilmiş “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən edilsin. Həmin Konvensiyanın 27-ci maddəsində qeyd olunur ki, iştirakçı dövlətlər hər bir uşağın fiziki, əqli, ruhi, mənəvi və sosial inkişafı üçün lazım olan həyat səviyyəsinə malik olmaq hüququnu təsdiq edirlər. Valideyn (lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Həmin Məcəllənin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Həmin Məcəllənin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Həmin Məcəllənin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Cavabdeh Ağdaş Rayon Məhkəməsinin 16 iyun 2022-ci il tarixli 2(014)-941/2022 saylı qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı qismən təmin edərkən gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən əsassız və reallığa uyğun olmayan nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikasının Ali Məhkəməsinin 28 mart 2016-cı il tarixli plenum qərarından görünür ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır.Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə kollegiyası hesab edir ki, 27 aprel 2020-ci ildə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay hər bir uşaq üçün 160 manat sabit pul məbləğində aliment tutulub iddiaçı Məmmədova (Paşayeva) Lamiyə Elşən qızına verilməsi barədə Ağdaş rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(014)-1168/2021 saylı qətnaməsi vardır. Həmin məhkəmə qətnaməsinin qəbul edilməsindən o qədər də çox vaxt keçməmiş, qətnamənin qəbul edildiyi vaxtdan bu vaxtadək iddiaçının maddi durumu və ya həyat şəraiti ilə bağlı onun vəziyyətini pisləşdirəcək, cavabdehin isə maddi vəziyyətini yaxşılaşdıracaq şəkildə heç nə dəyişməmişdir. Bunun əksini sübut edən hər hansı bir hal iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. İddiaçı qanuna əsasən onun iddia tələbini əsaslandıran bütün faktiki halları məhkəməyə bildirməlidir. Əgər iddiaçı sübut etmə vəzifəsini yerinə yetirmirsə, onda elə həmin səbəbdən onun iddiası təmin edilməməlidir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instansiya məhkəməsi iddianın qismən də olsa, təmin edilməsini qət etməklə düzgün nəticəyə gəlmədiyindən, qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnunsuz və əsаssız, mаhiyyəti üzrə isə düzgün olmadığındаn, qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulduğuna görə iddiaçı Məmmədova (Paşayeva) Lamiyə Elşən qızı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmalı, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmalı, Ağdaş Rayon Məhkəməsinin 16 iyun 2022-ci il tarixli 2(014)-941/2022 saylı qətnaməsi ləğv edilməli, iddiaçı Məmmədova (Paşayeva) Lamiyə Elşən qızının Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddiası təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı Məmmədova (Paşayeva) Lamiyə Elşən qızı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunsun. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunsun. Ağdaş Rayon Məhkəməsinin 16 iyun 2022-ci il tarixli 2(014)-941/2022 saylı qətnaməsi ləğv edilsin. İddiaçı Məmmədova (Paşayeva) Lamiyə Elşən qızının Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddiası rədd edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Vəzirxan Məlikov
Məhkəmə qərarları › İş №2(107)-1117/2022
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1117/2022
28.09.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver