Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1118/2021 03.06.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şükürov İmanverdi Həşimxan oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Mabudov Faiq Ələşrəf oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Qax rayon İcra və Probasiya Şöbəsinin Cavabdeh qarşı vurulmuş maddi ziyan tələbinə dair Qax Rayon Məhkəməsinin 10 mart 2021-ci il tarixli, 2(024)-131/2021 nömrəli qətnaməsindən iş üzrə Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Qax rayon icra və probasiya şöbəsi məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh mobil nəzarət qurğusunun dəyəri olan 1346.03 manat vəsaitin alınıb Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin xüsusi hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qax Rayon Məhkəməsinin 10 mart 2021-ci il tarixli, 2(024)-131/2021 nömrəli (hakim M.Qarayev) qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh mobil nəzarət qurğusunun dəyəri olan 1346.03 manat alınıb Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin xüsusi hesabına ödənilməsi, Cavabdeh 30 (otuz) manat dövlət rüsumu alınaraq dövlət büdcəsinə köçürülməsi qət edilmişdir. Qətnamənin dəlilləri ilə razılaşmayan Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, Qax Rayon Məhkəməsinin 1(024)-31/2019 nömrəli, 19.12.2019-cu il tarixli hökmünə əsasən Qax rayonu Turaclı kəndində qeydiyyatda olan, xx.xx.1974-cü il təvəllüdlü Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 02 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Məhkəmənin hökmünə əsasən onun üzərinə cəza çəkdiyi müddəti ərzində axşam saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini tərk etməmək, Qax, qonşu Zaqatala və Şəki rayonlarının ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmuşdur. Hökm və hökmün icrası barədə göstəriş 10.01.2020-ci il tarixdə Qax rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuşdur. Məhkum Cavabdeh 15.01.2020-ci il tarixdə şöbənin qeydiyyatına götürülmüş və ona həmin tarixdə 1 ədəd mobil nəzarət qurğusu, 1 ədəd mobil qurğunun enerji adapteri, 1 ədəd sadə elektron qolbaq və 03 ədəd ev siqnal ötürücüləri olmaqla elektron nəzarət vasitələri tətbiq edilərək məhkəmə hökmünün tələbləri, cəzanın icrası qaydaları, həmin qaydaların pozulmasının hüquqi nəticələri, o cümlədən üzərində elektron nəzarət vasitəsi daşımalı olduğu, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yolverilməzliyi, habelə həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı izah edilmiş və bu barədə müvafiq protokol tərtib edilmişdir. Tərtib edilmiş protokoldan göründüyü kimi elektron nəzarət vasitələrini zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı barədə xəbərdarlıq edilməsinə baxmayaraq hazırki iş üzrə Cavabdeh 03.09.2020-ci il tarixdə şöbəyə verdiyi izahatında 14.08.2020-ci il tarixdə saat 19:00 radələrində velosipedlə özünə məxsus bağına gedərkən kiçik qəza törətdiyini və nəticədə mobil qurğunun ekran şüşəsinin zədələndiyini bildirmişdir. Qax rayon İcra və probasiya şöbəsi tərəfindən 03.09.2020-ci il tarixdə hökm üzrə ona tətbiq olunmuş mobil nəzarət qurğusuna baxış keçirilmiş və nəticədə mobil qurğunun ekran şüşəsinin yarıdan çox hissəsinin zədələndiyi müəyyən edilmişdir. Cavabdeh tətbiq edilmiş elektron nəzarət vasitələrini istehsal edən “xxxx” MMC-nin 16.11.2020-ci il tarixli elektron nəzarət dəstinin vəziyyəti haqqında texniki rəyində cavabdehə tətbiq edilmiş mobil nəzarət qurğusunun ekranının sındırıldığı qeyd edilmişdir. Hesab edir ki, Cavabdeh yetəri qədər məsuliyyətli olmadığına görə mobil qurğunun ekran şüşəsi zədələnmiş və nəticədə onlara maddi ziyan dəymişdir. Mobil nəzarət qurğusunun tərkib hissələri ayrıca satılmadığına və mobil nəzarət qurğusunu istehsal edən müəssisə tərəfindən mobil qurğunun hissələrinin ayrıca verilməsi mümkün olmadığına görə dəymiş ziyan mobil nəzarət qurğusunun tam dəyərində qiymətləndirilməlidir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən verilmiş maliyyə arayışına əsasən, həmin mobil nəzarət qurğusunun (xüsusi proqram təminatı ilə) dəyəri 1346.03 manat təşkil edir. Mübahisənin başqa həlli mövcud olmadığına görə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Qax Rayon Məhkəməsinin 7(024)- 23/2020 nömrəli, 16.11.2020-ci il tarixli qərarına əsasən məhkum Cavabdeh təyin edilmiş cəzanın çəkilməmiş hissəsi 02 ay 12 gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş və qərar qanuni qüvvəyə minənədək məhkumun həbsdə saxlanılma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin X1 müəyyən edilmişdir. Göstərdiklərini nəzərə alaraq məhkəmədən Cavabdeh mobil nəzarət qurğusunun dəyəri olan 1346.03 manat vəsaitin alınıb Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin xüsusi hesabına ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri : Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, velosipedlə fındıq bağına gedərkən qəza keçirmiş və mobil qurğu cibindən düşərək ekranı çatlamışdır. O, bu barədə aidiyyəti üzrə məlumat vermişdir. Ekran çatlamasına baxmayaraq mobil telefon işlək vəziyyətdə olmuşdur. Eyni zamanda qurğunun digər avadanlıqları da tam saz və işlək vəziyyətdə olmuşdur. Buna görə də mobil qurğunun tam dəyərinin ondan alınması absurddur. Odur ki, qətnamənin ləğv edilərək iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Proses iştirakçılarının dəlilləri: Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə kollegiyasının iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM-in) 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apelyasiya şikayətində qeyd etdiyi xüsusatlarla oxşar məzmunda izahat verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddianın rədd edilməsinə dair yeni qətnamə çıxarılmasını məhkəmə kollegiyasından xahiş etdi. Hüquqi məsələlər : Apelyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Belə ki, mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). MPM-in 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsində isə göstərilmişdir ki, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarına əsasən, apelyasiya instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apelyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. MPM-in 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq, apelyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apelyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apelyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxılmalı və iş üzrə toplanmış sübutlar obyektiv araşdırılmalı və birinci instansiya məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edib-etməməsinə hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini cavabdehin izahatı və iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tam, hərtərəfli və obyektiv araşdırıb verilən apelyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verərək belə qənaətə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli, iş üzrə Qax Rayon Məhkəməsinin 10 mart 2021-ci il tarixli, 2(024)-131/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş Qax Rayon Məhkəməsinin 19 dekabr 2019-cu il tarixli 1(024)31/2019 saylı hökmünün təsdiq olunmuş surətindən görünür ki, həmin hökmə əsasən Qax rayonu Turaclı kəndində qeydiyyatda olan Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 02 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Məhkəmənin hökmünə əsasən onun üzərinə cəza çəkdiyi müddəti ərzində axşam saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini tərk etməmək, Qax, qonşu Zaqatala və Şəki rayonlarının ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmuşdur. İş materiallaırna əlavə edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxsə elektron nəzarət vasitələrinin tətbiq olunması və ona cəzanın icrası ilə bağı hüquq və vəzifələrinin izah edilməsi barədə 15.01.2020-ci il tarixli Protokolun təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh 1 ədəd mobil nəzarət qurğusu, 1 ədəd mobil qurğunun enerji adapteri, 1 ədəd sadə elektron qolbaq və 03 ədəd ev siqnal ötürücüləri olmaqla elektron nəzarət vasitələri tətbiq edilərək məhkəmə hökmünün tələbləri, cəzanın icrası qaydaları, həmin qaydaların pozulmasının hüquqi nəticələri, o cümlədən üzərində elektron nəzarət vasitəsi daşımalı olduğu, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərində çıxarılmasının yolverilməzliyi, habelə həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı izah edilmişdir. İş materiallarına əlavə edilmiş Cavabdeh Mirzə oğlunun Qax rayon İcra və probasiya şöbəsinə verdiyi 03.09.2020-ci il tarixli izahatından görünür ki, Cavabdeh 14.08.2020-ci il tarixdə saat 19:00 radələrində velosipedlə özünə məxsus bağına gedərkən kiçik qəza törətdiyini və həmin vaxtı mobil qurğunun ekran şüşəsinin zədələndiyini bildirmişdir. İş materiallarına əlavə edilmiş “Elektron nəzarət dəstinin vəziyyəti haqqında” texniki rəyin təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh təhkim olunmuş mobil nəzarət qurğusuna baxış keçirilərkən mobil qurğunun ekranının sındırıldığı müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maliyyə və Təminat İdarəsinin 13.11.2018-ci il tarixli, D-8/196 saylı maliyyə arayışının tədiq olumuş surətindən görünür ki, mobil nəzarət qurğusunun (xüsusi proqram təminatı ilə) dəyəri ümumilikdə 1346.03 manat təşkil edir. İş materiallarına əlavə edilmiş Qax Rayon Məhkəməsinin 7(024)-23/2020 nömrəli, 16.11.2020-ci il tarixli qərarının təsdiq olunmuş surətindən görünür ki, həmin qərara əsasən məhkum Cavabdeh təyin edilmiş cəzanın çəkilməmiş hissəsi 02 ay 12 gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş və qərar qanuni qüvvəyə minənədək məhkumun həbsdə saxlanılma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin X1 müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş, Seriya AZE № 0******* saylı şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh Qax rayonu Turaclı kəndində qeydiyyatdadır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra mətndə MM-in)n 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. MM-in 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. MM-in 1115-ci maddəsinə əsasən Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi” haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbi ilə əlaqədar iddiaçı tərəfindən kifayət qədər mötəbər və zəruri sübutlar təqdim edildiyindən və bu məhkəmə araşdırması zamanı təsdiq olunduğundan mülki qanunvericiliyin müddəalarına əsasən cavabdehin mülki hüquq pozuntusu (delikt) ilə bağlı məsuliyyəti yaranmış hesab edilməlidir. Ona görə də apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşır və hesab edir ki, cavabdehin apelyasiya şikayətində göstərdiyi dəlillər əsassız olduğundan qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi üçün əsas deyildir. MPM-in 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apelyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehin apelyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin mübahisələndirdiyi hissədə ləğv edilməsi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçıya münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ona münasibətdə ləğv edilə bilməz. MPM-in 404-1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Məhkəmə kollgiyiası şərh olunanlara əsaslanaraq və MPM-in 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq q ə t e t d i: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Qax Rayon Məhkəməsinin 10 mart 2021-ci il tarixli, 2(024)-131/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsin. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(107)-1118/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1118/2021
03.06.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver